Məhkəmə qərarları › İş №1(021)-184/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-184/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-184/2023 30.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİ qrup əlil, məhkumluğu olmayan, işləməyən, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarından, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq hal-hazıradək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 16 yanvar 2023-cü il tarixdə **********805 reyestr nömrəsi ilə Bərdə rayonu Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs yaşadığı kənd ərazisində xüsusi mülkiyyət subyekti kimi verilmiş 0,06 ha torpaq sahəsini həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət istifadə və ya icarə hüququ olmadan hər tərəfini dəmir məftillə, giriş hissəsini isə iki taylı darvaza ilə hasarlayaraq Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsini özbaşına tutmaqla, onun topaq üzərində mülkiyyət huququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Bərdə rayon Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır onunla aralarında əvvəllər hər hansı bir narazılıq ədavət və ya düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirdirmişdir ki, o, 1991-ci ildən Bərdən rayonu Soğanverdilər kəndində yaşayır, yaşadığı ev ona məxsusdur və onun mülkiyyətindədir. 03 iyul 2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyerstri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən Bərdə rayonu Soğanverdilər kəndində fərdi yaşayış evinə texniki pasport verilmişdir. Fərdi yaşayış evinin sənəd üzərində torpaq sahəsi 0,14 ha torpaq sahəsi göstərilmişdir. Belə ki, yaşadığım evin qarşısında Soğanverdillər kənd bələdiyyəsinə məxsus təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Ancaq həmin boş torpaq sahəsinə dair heç bir sənəd almamışdır və ona həmin torpaq sahəsinin alınması barədə heç bir təklif edilməmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsində son vaxtlar o, kənd təssərüffatlı təyinat üçün əkin əkib-becərir. Bundan başqa həmin torpaq sahəsindən evinə girib çıxmaq üçün istifadə etmişdir. O, görmüşdür ki, həmin torpaq sahəsi yol qırağıdır, digər şəxslər gəlib yiyələnmək istəyirlər. O, 2017-ci ildə həmin torpaq sahəsindən 0.016 ha torpaq sahəsini həmkəndlisi Şahid1 2000 manat satmışdır. Şahid1 satdığı 0.016 ha torpaq sahəsini Əfgər öz adına sənədləşdirmişdir. Lakin sonradan həmkəndlisi Zərərçəkmiş şəxs faktiki olaraq Bərdə rayonu Soğanverdilər kəndində yaşamadığına baxmayaraq özünü Birinci Qarabağ müharibəsi əlili kimi təqdim edərək Şahid1 satdığı 0.016 ha torpaq sahəsinin yerinin Elçin ona məxsus olduğunu bildirərək həmin torpaq sahəsinə dair sənədləri təqdim etmişdir. Bundan başqa həmin şəxs özü ilə birlikdə Əmlak Məsəlləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsinin əməkdaşlarını gətirərək həmin yerə baxış keçirmişdir və həmin vaxt o, onlara qeyd olunan torpaq sahəsinin onun istifadəsində olduğunu və həmin yerdən yaşadığı evə yol kimi istifadə etdiyini bildirsə də həmin şəxslər onun sözlərinə əhəmiyyət verməmişdilər. Bundan sonra Zərərçəkmiş şəxs onun satmış olduğu 0.016 ha torpaq sahəsinin sahibi Şahid1 torpaq sahəsindən istifadə etməsinə maneçilki törətmişdir. O, həmin torpaq sahəsinin ona məxsus olmasını və Şahid1 satmağı barədə Zərərçəkmiş şəxs dəfələrlə xəbərdalıq etsə də Elçin onun sözlərinə əhəmiyyət verməmişdir. Zərərçəkmiş şəxs onun barəsində qeyd etdikləri həqiqətə uyğun deyildir. Belə ki, o, Elçinə məxsus torpaq sahəsini zəbt etməmiş və özünə məıxsus 0,14 ha torpaq sahəmdən 0.016 ha torpağı Şahid1 satmışdır. Zərərçəkmiş şəxs müraciətində qeyd etdiyi 0.06 ha torpaq sahəsnə dair onun hər hansı bir rəsmi sənədi ilə bağlı bildirmişdir ki, ona məxsus olan və yaşadığı evin qarşısında olan 0,14 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsindən texniki pasport verilmişdir. Ona məxsus olan 0.14 ha torpaq sahəsindən 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Şahid1 satmış, hazırda ona məxsus 0.1240 ha hissəsi vardır, həmin torpağa dair sənədlərin surətini istintaqa təqdim edə bilər. İstintaq zamanı araşdırmaya əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri xidmətinin 7 saylı ərazi idarəsindən verilmiş 01 iyul 2016-cı il tarixli məktubda onun müraciəti əsasında Bərdə rayonu Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evi üzərində 0.14 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınaraq reysterdən çıxarışla rəsimləşdirilməsi və texniki pasportun verilməsi barədə ********** saylı ərizə və ərizəyə əlavə edilmiş sənədlərə baxılaraq əmlakın faktiki vəziyyəti öyrənilməsi məqsədi ilə keçirilən müayinə baxışı zamanı məlum olmuşdur ki, təqdim olunan sənədlərdə qeydə alınmalı olan 1980-ci ildə inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti ilə JN-108A saylı Torpağın mülkiyyətə verilməsinə dair şahadətnamə arasında konfuqurasiya uyğunsuzluğu olmuşdur. Belə ki, müayinə baxışı zamanı şəhadətnamədə göstərilən torpaq sahəsinin fərdi yaşayış evinin qarşı hissəsində yerləşən torpaq sahəsinin olduğu müəyyən olunmuş və bununla bağlı bildirmişdir ki, o, elə bilmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur. Müraciətindən sonra ona verilmiş cavab məktubunda yaızılanlardan onun anlayışım yoxdur. Ona görə də elə bilmişdir ki, fərdi yaşayış evinin qarşısında olan 0.14 ha torpaq sahəsi texniki pasport əsasında ona məxsusdur. Zərərçəkmiş şəxs müraciətində Elçinə məxsus Bərdə rayonu, Soğanverdilər kənd ərazisində yerləşən 0,06 ha torpaq sahəsində iki taylı darvaza və dəmir məftil ilə hasarlandığını göstərməsi ilə bağlı bildirmişdir ki, həmin torpaq sahəsinə kənar şəxslər daxil olurmuşlar bundan başqa mal-qara keçərək torpaq sahəsinə daxil olduğuna görə o, həmin torpaq sahəsini 20 gün əvvəl dəmir məftil ilə hasralamış və dəmir darvaza qoymuşdur. Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində 23 yanvar 2023-cü il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində Elçinə məxsus olan 0.006 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün 7 saylı Bərdə ərazi idarəsinin əməkdaşları Elçinə məxsus torpaq sahəsinin yerini göstərdikdən sonra torpaq sahəsinin 4 künçünə dəmir armaturlar basdıraraq iplə həmin sahəni hasara alımaını, 24 yanvar 2023-cü il tarixdə həmin torpaq sahəsinə baxmağa gedəndə torpaq sahəsinin dörd bir tərəfinə basırdığı dəmir armaturlar və iplər sökülməsini, ondan sonra Elçinə verilmiş torpaq sahəsinin girişinə onun tərəfindən dəmir darvaza qoyulub ətrafı isə dəmir məftilə hasara alınması, buna görə də onun Elçini öldürməklə hədələməsi əlində olan lapatka ilə Elçinin başının ortasından vurub iki yerə böləcəyi ilə hədələdiyini qardaşı Taleh isə əlində olan yekə balta ilə Elçinin doğruyacağı ilə hədələməsini göstərməsi ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan deyir həmin vaxt onun əlində lapatka olmamış, nədə ki, qardaşı Talehin əlində balta olmamışdır. Onlar Elçini öldürməklə hədələmədiklərini, Elçinə heç bir hədə-qorxu gəlmədiklərini bildirmişdir. Sadəcə olaraq o, Elçinə demişdir ki, onun iddia etdiyi 0.06 ha torpaq sahəsi ona məxsusdur. Ona məxsus olan torpaq sahəsini yiyələnmək istəyir ancaq o, Elçinin iddia etdiyi həmin torpaq sahəsinin Elçinə verilməsinə razı olmayacağını demişdir. 7 saylı Bərdə Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubunda göstərilən onun hazırda naturada 0.24 ha torpaq sahəsindən istifadə etməsi, bundan 0.0445 ha hissəsi, **********05 reyestr nömrəli çıxarışla Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş torpaq sahəsinin olması, 0.1240 ha hissəsi JN-108A nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin olması, 0.0160 ha hissəsi **********40 reyestr nömrəli çıxarışla Şahid1 mülkiyyətinə verilmiş torpaq sahəsinin olması və qalan 0.0555 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin göstərilməsi ilə bildirmişdir ki, qeyd etdiyi kimi həmin torpaq sahələri ona məxsusdur, o, həmin torpaq sahəsindən 0.0160 ha hissəsini Şahid1 satmış, qalan torpaq sahəsinin isə ona məxsusdur, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, heç bir halda Elçin həmin torpaq sahəsinin mülkiyyətçisi deyil, Elçinə məxsus olan heç bir sənədi qəbul etmir, 5 qardaşının qanı da axsa, həmin mübahisəli torpaq sahəsini Elçinə verməyəcək, nədə ki, Elçinin həmin torpaqda iş görməsinə imkan verməyəcək. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və ikinci qrup Qarabağ əlilidir. Buna görə də 2022-ci ildə Bərdə rayon İcra Hakimiyyətinə müraciət edərək ona Qarabaq əlili olduğu üçün Bərdə rayonu Soğanverdilər kəndi ərazisində istifadə etməyi üçün torpaq sahəsi verilməsini xahiş etmişdir. Bu səbəbdən də Bərdə rayonu Soğanverdilər kəndi ərazisində 0,06 hektar torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi barədə **********805 reystr nömrəli Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reystri xidmətindən çıxarış verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda Bərdə rayon Soğanverdilər kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus 0,14 ha torpaq xüsusi mülkiyyətində olan torpaq vardır. Sahib 2017-ci il tarixdə özünə məxsus 0,14 ha torpaq sahəsindən 160 kv torpaq sahəsini Bərdə rayonu Soğanverdilər kəndində yaşayan Şahid1 satmışdır. 16 yanvar 2023-cü il tarixdə sözügedən 0.06 ha torpaq sahəsini xüsusi mülkiyyət olaraq adına keçirərək torpaq sahəsini sərhədlərini müəyyən edilərək hasarlamaq istəmişdir. Həmin vaxt Şahid1 həmin torpaq sahəsinin yanına gələrək ona məxsus torpaq sahəsindən 160 kvm torpaq sahəsini Təqsirləndirilən şəxs aldığını deyərək həmin torpaq sahəsinin Əfgər özünə məxsus olmasını bildirmiş, həmin vaxt orada topağa dair sənədlərini Əfgərə göstərmişdir. Daha sonra 0,06 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu deyərək torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmişdir. Bu səbəbdən 23 yanvar 2023-cü il tarixdə o, Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsinə müraciət etmiş və həmin şöbənin əməkdaşları sözügedən torpaq sahəsinə gələrək həmin ərazidə olan 0,20 ha torpaq sahəsinin 0,06 ha torpaq sahəsinin ona məxsus olmasını, 0,14 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdilər. Daşınmaz Əmlakın əməkdaşları onun torpaq sahəsinin yerini göstərdikdən sonra onların yanında özünə məxsus olan 0,06 ha torpaq sahəsinin hər 4 küncünə dəmir almaturlar basdırdıqdan sonra iplə həmin sahəni hasara almışdır. 24 yanvar 2023-cü il tarixdə o, torpaq sahəsinə baxmağa gedəndə görmüşdür ki, torpaq sahəsinin dörd bir tərəfinə basdırdığı dəmir armaturlar və iplər sökmüşdülər. Ondan 3-4 gün keçdikdən sonra isə ona verilmiş torpaq sahəsinin girişinə dəmir darvaza qoyub ərtafını isə dəmir məftillə harasa almışdılar. Həmin vaxt o, Təqsirləndirilən şəxs və həmkəndlisi Şahid1 onun torpaq sahəsini zəbt etdiklərini və ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiklərini bildirmişdir. Lakin buna baxmayaraq Sahib, onun qardaşı Şahid3 mənim sözlərinə əhəmiyyət verməyərək həmin torpaq sahəsinin onlara məxsus olmasını bildirmişdilər. Sahib və qardaşı Taleh orada ona həmin ərazidə tikinti işləri aparacağı təqdirdə öldürəcəklərini demişdilər. Buna görə də o, həmin şəxslər barəsində şikayət etmək qərarına gəlmişdir. O, polis şöbəsinə ərizə verdikdən sonra torpağına dair sənədlərin surətini təqdim etmişdir. Bundan sonra Bərdə rayon X2 Bölməsinin təqhqiqatçısı Orxan Məmmədov həmin torpaq sahəsinə baxış keçirilməsi üçün getmiş, onun torpaq sahəsinə baxış keçirilib müəyyən olunmuşdur ki, Sahib və Əfgər ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara almışdılar. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Əfgər Qorbanov kənd bələdiyyəsinə məxsus kəndin sel sularının və qurund sularının axıdığıması üçün nəzərdə tutulmuş kanalı 7-8 il bundan əvvəl doldurmişlar. Həmin sahəni qanunsuz olaraq zəbt edib orada Əfgər su kanalın üstündə ticarət obyekti tikib və kanalın sahəsini zəbt edərək obyektin ərazsisinə birləşdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hənin su kanaının keçdiyi ərazini torpaqla dolduraraq 7-8 ildir ki, kənd təsərrüfatlı təyinatlı mövsümü əkinlər əkir. Gələcəkdə qurund sularının və selin axıdılıması, suların getməsi üçün kanalın qarşısının açılmasını xahiş etmişdir. Əgər gələcəkdə sel suları gələrsə də belə olacağı tədqirdə ümumi kənd ərazisi üçün təhlükə mənbəyinin olduğunu bildirmişdir. Çünki həmin su kanalı kəndin tən ortasından keçir su kanalı kəndi ortandan iki hissəyə bölür. Bu səbəbdən də həmin su kanalına düşən sahədə ölçülərək zəbt etmişlərsədə onlar barəsində qanuni tədbir görülməsini və kəndə gələn su kanalı açılıb bərpa edilməsni bildirmişdir. Bundan baqşa Şahid1 məxsus olan obyektlərin sahəsinin ölçülməsi və obyetə dairə nə kimi sənədlərinin olub-olmamsı aydınlaşdırılsını, Əfgər kənd ərazisinin torpaqlarını qeyri qanuni yolla zəbt etdiyini bildirmişdir. Əfgərin əslində obyektə dair neçə kvadrat metr sahənin çıxarışı vardırsa da hənim sahədə obyet tikmişdirmi və ya özbaşına artıq sahəni zəbt etmişdirmi. Bu məsələyə də aydınlıq gətirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və qardaşı Şahid3 onu hədələmələri ilə bağlı bildirmişdir ki, 23 yanvar 2023-cü il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində Sahib və qardaşı Taleh ona demişdilər ki, sən kimsən bunları gətirib torpaq ölçüdürürsən. Buna görə də onu ödürməklə hədələmişdilər. Həmin vaxt Sahibin əlində lapatka olduğunu və sahin oan demişdir ki, lapatqanı dikinə başının ortasından vuracam iki yerə bölünəcəksən, Talehin isə əlində yekə bir ət baltası olduğunu, Taleh də ona demişdir ki, atası da adam öldürüb bu dəqiqə onu əlində olan balta ilə doğruyacaqdır, ancaq aralarında 3-4 metr məsafə olmuşdur. Sahib və Taleh ona yaxınlaşdıqca o, kənara çəkilmişdir ki, çıxıb getsinlər. Həmin vaxt orada kənar şəxslər olmamış, çünki əmlakın işçiləri çıxıb getmişdilər. Bundan başqa 24 yanvar 2023-cü il tarixdə o, yenədə torpaq sahəsinə baxmağa gedəndə Sahib və qardaşı Taleh onu yenədə ölümlə hədələmişdilər və ona demişdilər ki, onlar qoymazlar ona oradan torpaq verilsin. İş üzrə əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan 0.06 torpaq sahəsinin zəbt olunması barədə müvafiq orqanlara müraciət etdikdən sonra 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları gəlib Bərdə rayonu Soğanverdilər kənd ərazisində yerləşən ona məxsus olan 0.06 ha torpaq sahəsinin yerini ona tanıtmışdılar. Bundan başqa Təqsirləndirilən şəxs Soğanverdilər kənd sakini Şahid1 satdığı 0.016 ha torpaq sahəsinin yerini Şahid1 göstərmişdilər. Şahid1 ona məxsus olan 0.016 ha tortpaq sahəsinin göstərildiyi yerlə razılaşmışdır. Bundan başqa Şahid1 Təqsirləndirilən şəxs tərəfindən satılan 0.016 ha torpaq sahəsindən bu günədək istifadə etmədiyini və ona məxsus torpaq sahəsinin kənarını hasarlamadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid1 ona məxsus olan Bərdə rayonu Soğanverdilər kənd ərazisində yerləşən 0.06 ha torpaq sahəsini zəbt etməmişdir. Ona məxsus olan 0.06 ha torpaq sahəsinin dörd bir kənarı Təqsirləndirilən şəxs tərəfindən hasarlanaraq Təqsirləndirilən şəxs zəbt etmişdir. O, da bu barədə Bərdə Rayon Məhkəməsinə müracət etmişdir. Onun müraciəti əsasında Bərdə rayonu Soğanverdilər kənində yerləşən 0.06 ha torpaq sahəsindən istifadə etməyi üçün Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşov tərəfindən qərardad çıxarılmışdır. Qərardada göstərilmişdir ki, ona məxsus olan Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsindən istifadə etməyi üçün Təqsirləndirilən şəxs tərəfindən yaranmış maneələr aradan qaldırılsın. Qərardadın icra Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Bərdə Rayon İcra və Probasiya şöbəsinin, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları Bərdə Rayon Məhkəməsinin qərardadını icra etmək üçün Bərdə rayonui Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsinə gəlsələr də Sahib Qurbanov qərardadın icra edilməsinə imkan verməmişdir. X4 rayon Məhkiəməsinin qərardadına Bərdə rayon İcra və probasiya əməkdaşlarına həmçinin Bərdə Rayon Polis Şöbəsinin qərarlarına heç bir əhəmiyyət vermir. Onun torpaq sahəsini zəbt etməkdə davam edir, bütün bunları nəzərə alıb Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır onunla Elçinin aralarında əvvəllər hər hansı bir narazılıq ədavət və ya düşmənçiliyi olmamışdır. Mahiiyyəti üzrə bildirmişdir ki, o, Bərdə rayonu Soğanverdilər kəndində anadan olmuş həmin vaxtdan orada yaşayır. Yaşadığı kəndin kənarında gedən magistiral yolun qırağında ona məxsus ticarət obyektləri vardır. Ticarət obyektinin qarşı tərəfində Bərdə rayonu Soğanverdilər kənd sakini Təqsirləndirilən şəxs yaşayış evi yerləşir. O, 2017-ci ildə Təqsirləndirilən şəxs 0.016 kvm torpaq sahəsini almış, həmin torpaq sahəsi boş sahədən ibarətdir. Belə ki, o, Təqsirləndirilən şəxs məxsus 0.14 ha torpaq sahəsindən 0.016 ha torpaq sahəsini almışdır. Sonradan 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs ona məxsus olan torpaq sahəsinin kənarında 0,06 ha torpaq sahəsi almışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında torpaq üstündə mübahisələri baş verməyə başlamış, Zərərçəkmiş şəxs iddia etdiyi torpaq sahəsi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşir və Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən uzun illərdir ki, istifadə etdiyini bildirir. Bu səbəbdən Zərərçəkmiş şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə rayon 7 saylı ərazi idarəsinə müraciət etmiş və həmin şöbənin əməkdaşları sözügedən torpaq sahəsinə baxış keçirilmiş, lakin o, həmin vaxt baxış keçirilməsində iştirak etməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin torpaq sahəsənin Sahib özünə məxsus olduğunu deyərək həmin yeri Elçinə verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məxsus torpaq sahəsini zəbt etməmiş və həmin yerdən istifadə etməmişdir. O, qeyd olunan torpaq sahəsni 2017-ci ildə almış və həmin vaxtdan isə Zərərçəkmiş şəxs həmin ərazidə torpaq sahəsi olmamışdır. Bundan əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında 2023-cü ilin mart ayının əvəllərində 7 saylı Bərdə Ərazi idarəsinin və Bərdə RPŞnin əməkdaşları tərəfindən sözügedən əraziyə gəlib baxış keçirmişdilər. Baxış zamanı 7 saylı Bərdə ərazi İdarəsinin əməkdaşları GPR vasitəsilə Zərərçəkmiş şəxs məxsus, Təqsirləndirilən şəxs məxsus və ona məxsus olan torpaq sahəsinin yerlərini göstərmişlər. Magistral yoldan sonra Zərərçəkmiş şəxs məxsus olan 0,06 ha torpaq sahəsnin yerini və ona məxsus olan 0.016 ha torpaq sahəsinin 16 metr uzunluğunda 10 mert enində olan yerini göstərmişlər. Ona məxsus olan torpaq sahəsi ilə Elçinə məxsus olan 0.06 ha torpaq sahəsi üst-üstə düşməmişdir. Zərərçəkmiş şəxs müraciətində onun və Təqsirləndirilən şəxs Elçinə məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etməsini gösrətməsi ilə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsini o, zəbt etməmiş və həmin yerdən istifadə etməmişdir. 7 saylı Bərdə Ərazi İdarəsindən daxil olmuş məktubda Zərərçəkmiş şəxs **********05 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsindən 0.0155 ha hissəsi onun tərəfindən istifadə edildiyi göstərilməsi ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı 0.016 ha torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. 7 sayı Bərdə Ərazi idarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən oan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı 0.016 ha torpaq sahəsi Zərərçəkmiş şəxs məxsus olan 0.06 ha torpaq sahəsindən sonra yerləşir. Bundan başqa o, Təqsirləndirilən şəxs 0.016 ha torpaq sahəsini 2017-ci ildə alqı-satqı müqaviləsi əsasında almış, Təqsirləndirilən şəxs 0.016 ha torpaq sahəsini alan vaxt Zərərçəkmiş şəxs orada torpaq sahəsi olmamışdır. Təqsirləndirilən şəxs 0.016 ha torpaq sahəsini ona satan zaman Sahib özünə məxsus olan 0.14 ha torpaq sahəsindən satdığını demişdir. Təqsirləndirilən şəxs ona satdığı 0.016 ha torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Zərərçəkmiş şəxs ifadəsində Elçinə məxsus olan toraq sahəsinin qarşı tərəfində yerləşən ona məxsus ticarət obyetləri tikərkən kəndin qurund sularının axıdılması üçün nəzərdə tutulmuş su arxını doldurub ticarət obyektlərini tikərək torpaq sahəsini zəbt etməyi ilə bağlı göstərdiləri ilə bağlı bildirmişdir ki, onun tikdirdiyi ticarət obyektlərimin sənədləri vardır, o, heç bir torpaq sahəsni zəbt etməmişdir, magistral yoldan 30 metr aralıda obyektləri yerləşir, həmçinin kəndin qurund sularının axıdılması üçün su arxının üzərində yerləşən körpü yerindədir. Həmin su kanalı onun ticarət obyektlərindən sonra yerləşir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından Bərdə rayonu Soğanverdilər kənd bələdiyyəsinin sədir vəzifəsində işləyir. Bərdə rayon Soğanverdilər kənd sakini Təqsirləndirilən şəxs onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmərinə etdiyi müraciətlə və Bərdə RPİŞ-nə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır onunla Sahibin arasında əvvəllər hər hansı bir narazılıq ədavət və ya düşmənçiliyi olmamışdır. Sahib Qurbanovun onun barəsində etdiyi şaikayət ərizəsi ilə əlaqədar bildirmişdir ki, 2022-ci ildə Bərdə rayonu Sonvanverdilər kənd sakini 1-ci Qarabağ müharibə iştirakçısı 2-ci qrup Qarabağ müharibə əlili Zərərçəkmiş şəxs ona ərizə ilə rəsmi müraciət edərək özünə kənd ərazisindən həyətyanı torpaq sahəsi istəmişdir. Həmin vaxt Elçin ərizəsində Bərdə rayonu Soğanverdilər kənd ərazisində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşı tərəfində köhnə pambıq qurutma meyfdançası adlanan ərazidə torpaq yerinin olduğunu göstərmiş, həmin sahənin araşdırılb boş olub-olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs etdiyi müraciəti əsasında o, da həmin ərazinin araşdırılması reliyefionin və kordiunatının müəyyənlədirilməsi üçün Dölvlər Əlmak Komitəsinin Bərdə şəhəri 7 saylı əriazi idarəsinə müraciət etmişdir. Onun müraciəti əsasında 7 saylı ərazi idarəsindən mütəxəssis gəlib Elçib Abbasovun iddia etdiyi Bərdə rayonu Soğanverdilər kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarsşısında yerləşən torpaq sahəsinə baxış keçirmişlər. Baxış keçirilmiş ərazinin müəyyənləşdirilməsi üçün 7 saylı ərazi idarəsi baş idarələrinə göndərmişdilər. Bundan sonra Dövlət Əmlak komitəsindən rəy gəlmişdir ki, Zərərçəkmiş şəxs iddia etdiyi ərazi boşdur heç kimə məxsus deyildir, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Bundan sonra o, Bərdə rayon İcra Hakimiyyətinin Memarlıq və Arxtektura şöbəsinə müraciət etmişdir. Onun müracəti əsasında müsbət rəy verilmişdir ki, Bələdiiyə məxsus boş torpaq sahəsindən Zərərçəkmiş şəxs istifadəsinə 0,06 ha torpaq sahəsi verilsin. Həmçinin Bərdə rayonu 7 saylı ərazi idarəsindən Bələdiyyənin mülkiyyəti kimi 0.06 ha torpağa dair çıxarış verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs müraciəti əsasında Bələddiyə torpağına məxsus Bərdə rayonu Soğanverdilər kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin qarşısında və yol kənarında yerləşən 0.06 ha torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında əvəzsiz olaraq Elçib Abbasova verilmişdir. Onlar alqı-satqı etdikdən sonra Zərərçəkmiş şəxs adına 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs adına Bərdə rayonu Soğanverdilər kənd ərazisindən 0.06 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilməmişdir, çünki Təqsirləndirilən şəxs Elçinə verilmiş torpaq sahəsini yüngül kostruksiya ilə dəmir məftil ilə hasara alaraq giriş üçün darvaza qoymuşdur. Zərərçəkmiş şəxs da torpaq sahəsindən istifadə edə bilmədiyi üçün aidiyyəti orqanlara müraciət etmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan torpaq sahəsini başqa şəxsə satması barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək və Bərdə RPŞ-nə yazdığı ərizə ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir, o, heç kimə Bərdə rayonu Sovanverdilər kənd ərazisindən torpaq satmamışdır. Zərərçəkmiş şəxs 1-ci Qarabağ müharibə iştirakçısı olduğuna görə Elçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən Elçinə Bərdə rayonu Soğanverdilər kənd ərazisində bələdiyyə torpağına məxsus boş sahədən 0.06 ha torpaq sahəsi ayrılaraq Elçinin istifadəsinə verilmişdir. O, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs əvəzsiz olaraq alıqsatqı müqaviləsi əsasında vermişdir. Həmin torpaq sahəsini müvafiq icra hakimiyyəti orqanının rəyinə əsasən Elçin Abbbasova verilmişdir. Təqsirləndirilən şəxs dedikləri şər və böhtandır, hətta Təqsirləndirilən şəxs onu bir neçə dəfə şərləyəcəyi ilə hədələdiyini bildimişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayon Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs onun qardaşı barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır onunla aralarında əvvəllər hər hansı bir narazılıq ədavət və ya düşmənçiliyi olmamışdır. 03 iyul 2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyerstri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən Bərdə rayonu Soğanverdilər kəndində fərdi yaşayış evinə texniki pasport verilmişdir. Fərdi yaşayış evinin sənəd üzərində torpaq sahəsi 0,14 ha torpaq sahəsi göstərilmişdir. Belə ki, yaşadığım evin qarşısında Soğanverdillər kənd bələdiyyəsinə məxsus təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Ancaq həmin boş torpaq sahəsinə dair heç bir sənəd almamışdır və ona həmin torpaq sahəsinin alınması barədə heç bir təklif edilməmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsində son vaxtlar o, kənd təssərüffatlı təyinat üçün əkin əkib-becərir. Bundan başqa həmin torpaq sahəsindən evinə girib çıxmaq üçün istifadə etmişdir. O, görmüşdür ki, həmin torpaq sahəsi yol qırağıdır, digər şəxslər gəlib yiyələnmək istəyirlər. O, 2017-ci ildə həmin torpaq sahəsindən 0.016 ha torpaq sahəsini həmkəndlisi Şahid1 2000 manat satmışdır. Şahid1 satdığı 0.016 ha torpaq sahəsini Əfgər öz adına sənədləşdirmişdir. Lakin sonradan həmkəndlisi Zərərçəkmiş şəxs faktiki olaraq Bərdə rayonu Soğanverdilər kəndində yaşamadığına baxmayaraq özünü Birinci Qarabağ müharibəsi əlili kimi təqdim edərək Şahid1 satdığı 0.016 ha torpaq sahəsinin yerinin Elçin ona məxsus olduğunu bildirərək həmin torpaq sahəsinə dair sənədləri təqdim etmişdir. Bundan başqa həmin şəxs özü ilə birlikdə Əmlak Məsəlləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsinin əməkdaşlarını gətirərək həmin yerə baxış keçirmişdir və həmin vaxt o, onlara qeyd olunan torpaq sahəsinin onun istifadəsində olduğunu və həmin yerdən yaşadığı evə yol kimi istifadə etdiyini bildirsə də həmin şəxslər onun sözlərinə əhəmiyyət verməmişdilər. Bundan sonra Zərərçəkmiş şəxs onun satmış olduğu 0.016 ha torpaq sahəsinin sahibi Şahid1 torpaq sahəsindən istifadə etməsinə maneçilki törətmişdir. O, həmin torpaq sahəsinin ona məxsus olmasını və Şahid1 satmağı barədə Zərərçəkmiş şəxs dəfələrlə xəbərdalıq etsə də Elçin onun sözlərinə əhəmiyyət verməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 yanvar 2023-cü il tarixli çıxarışında göstərilmişdir ki, Zərərçəkmiş şəxs xüsusi mülkiyyətinə verilmiş Bərdə rayonu Soğanverdilər kəndində 0.06 ha torpaq sahəsi 193 nömrəli Reyestr kitabının 34-cü səhifəsində ********** sayda qeydiyyata alınmışdır. Cinayət işinə əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli Akta göstərilmişdir ki, 7 sayı Bərdə Ərazi İdarəsinin mühəndisi Veys Məmmədovun, Bərdə rayonu Soğanverdilər kənd sakinləri Zərərçəkmiş şəxs və Nizami Abbasovun iştirakı ilə Bərdə rayonu Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs 19 yanvar 2023-cü il tarixli ********** saylı ərizəsinə görə ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin koordinatları Torpaq sahəsinin planı və ölçüsü sənədə əsasən GPS aləti ilə naturada təyin edilərək özünə tanıdılmışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon X2 bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, 13 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında Bərdə rayonu Soğanverdilər kəndi ərazsində yerləşən Zərərçəkmiş şəxs xüsusi istifadəsinə verilmiş 0.06 ha torpaq sahənin girişində iki taylı dəmirdən düzəlmiş darvaza vardır, darvazanın ətrafı dəmir məftil ilə hasarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, Bərdə rayonu Soğanverdilər kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq həmin ərazini zəbt edərək dəmir məftil ilə hasarlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsinə dair hər hansı bir rəsmi sənəd təqdim etməmişdir. Baxış zamanı qeyd olunan torpaq sahəsinin Ağdam-Bərdə yolunun kənarında yerləşdiyi həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşdiyi müşahidə olunmuşdur. Cinayət işinə əlavə edilmiş 14 fevral 2023-cü il tarixli Bərdə rayon Soğanverdilər Bələdiyəsinin sədri Şahid2 verdiyi arayışından görünür ki, Bərdə rayonu Soğanverdilər ərazisində yerləşən 0.06 ha torpaq sahəsi Bərdə rayonu Soğanverdilər sakini 1-ci qrup Qarabağ Müharibəsi əlili Zərərçəkmiş şəxs əvəzsiz olaraq verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən qanunsuz olaraq zəbt olunaraq istifadə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinin məktubundan görünür ki, Bərdə rayonu Soğanvertdilər kənd sakini Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan 0.14 ha torpaq sahəsindən həmkəndlisi Şahid1 satdığı 0.016 ha torpaq sahəsinin, Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş sözügedən 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və Şahid1 0.016 ha torpaq sahəsinin kordinatlarının yerində müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bərdə RPŞ-nin əməkdaşının, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs iştirakları ilə onların naturada istifadə etdikləri torpaq sahələrinin koordinatları naturada təyin edilərk Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumat bazası ilə müqayisə edilmişdir. Məlum olmuşdur ki, Şahid1 **********940 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.016 ha torpaq sahəsi ilə Zərərçəkmiş şəxs **********05 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üst-üstə düşmür. TEKUİS məlumat bazasında və naturada su arxı, kanal mövcud olmağığından Şahid1 və Təqsirləndirilən şəxs su-kanal ərazisinin zəbt edib etməməsini təyin etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda naturada 0.24 ha torpaq sahəsindən istifadə edir. Bundan 0.0445 ha hissəsi, **********05 reyestr nömrəli çıxarışla Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş torpaq sahəsidir, 0.1240 ha hissəsi JN-108A nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə özünün mülkiyyətinə verilmiş torpaq sahəsidir, 0.0160 ha hissəsi **********40 reyestr nömrəli çıxarışla Şahid1 mülkiyyətinə verilmiş torpaq sahəsidir və qalan 0.0555 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Zərərçəkmiş şəxs **********05 reyestr nömrəli çıxarışla verilmiş 0.06 ha torpaq sahəsindən isə 0.0155 ha hissəsi Şahid1 tərəfindən istifadə edir. Mübahisəli torpaq sahəsi üzərində hər hansı bir ticarət obyekti mövcud deyil. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 16(21)-30/2023 nömrəli qərardada göstərilmişdir ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs və üçüncü şəxs Bərdə rayon Soğanverdilər Bələdiyyəsinə qarşı “evə və torpaq sahəsinə gediş-gəliş yolunun açılması” tələbinə dair ilkin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı torpaqdan çıxarılma, kanalın açılması və darvazanın götürülməsi” tələbinə dair 2(21)-1413/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ərizəçi Zərərçəkmiş şəxs məxsus Bərdə rayon Soğanverdilər kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən istifadə edilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən yaranmış maneələr aradan qaldırılsın. Cinayət işi üzrə verilmiş 08 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayon sakini Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Soğanverdilər kəndində yerləşən 0.06 ha torpaq sahəsinin hər tərəfini dəmir məftillə, giriş hissəsini isə iki taylı darvaza ilə Bərdə rayonu Soğanverdilər kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən hasarlanaraq zəbt etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 16 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin arayışından görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Bərdə RMX-nın Polikilinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-in arayışından görünür ki, xx xxxx 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Bərdə RMX-nın Polikilinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə tərəfindən mübahisəli obyektin yerli baxışı təşkil edilmiş və yerli baxış zamanı proses iştirakçılarının yerində izahatları dinlənilmiş və təqsirləndirilən şəxs ona təqdim edilən heç bir sənədi qəbul etməmiş, hər hansısa bir izahı dinləməkdən imtina edərək aqressiv və israrlı şəkildə mübahisəli torpaq sahəsinin onun dədə-babasına məxsus olmasını və həmin torpağın Zərərçəkmiş şəxs tərəfindən istifadə edilməsinə imkan verməyəcəyini bildirmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, 2023-cü ilin yanvar ayının sonlarından, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq hal-hazıradək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 16 yanvar 2023-cü il tarixdə **********805 reyestr nömrəsi ilə Bərdə rayonu Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs yaşadığı kənd ərazisində xüsusi mülkiyyət subyekti kimi verilmiş 0,06 ha torpaq sahəsini həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət istifadə və ya icarə hüququ olmadan hər tərəfini dəmir məftillə, giriş hissəsini isə iki taylı darvaza ilə hasarlayaraq Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsini özbaşına tutmaqla, onun topaq üzərində mülkiyyət huququnu pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini aşağıdakı hallarla əsaslandırır.

1. Təqsirləndirilən şəxs ona təqdim edilən heç bir sənədi qəbul etmək istəmir.

2. Dövlət orqanları tərəfindən verilmiş sənədlərin saxta olmasını və qeyriprosessual yollarla əldə edilməsini bildirək qanuni sənədlərin mötəbərliliyini əsassız olaraq şübhə altına salmaq niyyətindədir.

3. Hər hansısa bir izahı dinləməkdən imtina edərək aqressiv və israrlı şəkildə mübahisəli torpaq sahəsinin onun dədə-babasına məxsus olmasını və həmin torpağın Zərərçəkmiş şəxs tərəfindən istifadə edilməsinə imkan verməyəcəyini bildirir.

4. Yerli baxış zamanı proses iştirakçılarına və məhkəməyə 5 qardaşının həmin 0,6 ha torpaq sahəsi üçün qanının axması müqabilində mübahisəli torpaq sahəsinin zərərçəkmiş şəxsə verməyəcəyi ilə hədələyərək təsir göstərir.

5. Məhkəmə çıxışları zamanı gülərək “yox bir ömürlük cəza verin” deyərək məhkəmə prosesinə və qanunlara hörmətsizlik nümayiş etdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qatimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, sonuncu məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli 30 oktyabr 2023-cü ildən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 30 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 30 manat məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar