Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-185/2022 21.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1968-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli hökmü ilə Azəraycan Respublikası CM-nin 185.2.1,185.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş və götürülmüş, Bərdə şəhəri Sabir küçəsi ev 14 ünvanında qeydiyyatda olan, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd TC-5945 nömrəli, 7,62 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı “AKMS” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silahı, 52 ədəd 7,62x39 mm kalibrli, 01 ədəd 5,45x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən patronları və həmin avtomat silahına məxsus 02 ədəd hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı avtomatın komplekt hissəsi olan daraqları əldə edib yaşadığı ünvanda saxlamış, 13 iyul 2022-ci il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin 01 ədəd TC-5945 nömrəli, 7,62 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı “AKMS” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silah, 52 ədəd 7,62x39 mm kalibrli, 01 ədəd 5,45x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən patronlar və həmin avtomata məxsus 02 ədəd hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı avtomatın komplekt hissəsi olan daraqlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağından aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Subaydır, orta təhsillidir. Rəsmi olaraq heç bir yerdə işləmir. Dəmir alqı-satqısı ilə məşğul olaraq dolanır. 2022-ci ilin fevral ayında tanışı Vüqarla ona məxsus VAZ 2101 markalı avtomobil ilə birlikdə Daşkəsən rayonu Yaxın Dodan kəndinə gediblər. Onların həmin kənddə məqsədləri dəmir alaraq Bərdə şəhərinə qayıtmaq olub. Həmin kəndin ərazisində gəzərkən yolun kənarında dəmir yığan zaman üzərində hərbi şəkil olan kisənin yolun kənarında olduğunu görmüşdür. O, həmin kisəyə yaxınlaşaraq içərisinə baxmış və həmin kisənin içərisində 1 ədəd AKMS markalı avtomat, 2 ədəd dolu vəziyyətdə olan patron dolu daraqlar olmasını görmüşdür. Həmin silahı və 2 ədəd patron dolu daraqları gizlincə gətirirərək, Vüqar adlı tanışına məxsus VAZ 2101 markalı avtomobilin qabaq sağ oturacağının altına qoymuşdur. Onun 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd patron dolu vəziyyətdə olan daraqları tapmağından tanışı Vüqarın xəbəri olmamışdır. Məhərrəm və Vüqar birlikdə Bərdə rayonuna geri qayıtmışlar. O, Vüqarın avtomobilinin sağ qabaq oturacağına qoyduğu bir ədəd kisənin içərisində olan 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd dolu vəziyyətdə olan daraqları götürmüş, yaşadığı ünvanda ünvan 4 olan sandığın alt hissəsinə qoymuşdur. Əmiraslanov Məhərrəm 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd patron dolu vəziyyətdə olan daraqları polis şöbəsinə təhvil vermək istədiyini bildirmiş, işlərinin çoxluğu ilə əlaqədar olaraq təhvil vermədiyini bildirmişdir. Əmiraslanov Məhərrəm sandıqçanın altında gizlətdiyi üzərində hərbi şəkil olan kisənin içərisində olan 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd dolu vəziyyətdə olan daraqlardan heçkimə məlumat verməmişdir. 13 iyul 2022-ci il tarixdə evdə olan zaman evin giriş darvazasının döyülməsini eşidərək darvazaya yaxınlaşmışdır. Həmin vaxt özlərini polis əməkdaşları kimi təqdim edərək mülkü formalı şəxslər onun yaşadığı ünvanda qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komplekt hissələrini saxlaması barədə məlumat aldıqlarını deyərək, yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları Məhərrəmin evinə baxış keçirilməsi ilə bağlı qərar qəbul edildiyini bildirərək həmin qərarı ona göstərmişlər. Polis əməkdaşları Məhərrəmin yaşadığı ünvana baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşmuşlar. O, etirazının olmadığını demiş, bununla bağlı ərizə də yazmışdır. Daha sonra polis əməkdaşları Məhərrəmin yaşadığı ünvana videomüşahidə vasitəsi ilə baxış keçirmişlər. Baxış zamanı evinin qonaq otağında yerləşən sandıqçanın altında gizlətdiyi, 1 ədəd üzərində hərbi fiqurlar olan kisənin içərisində 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd dolu vəziyyətdə olan daraqlar aşkar edilərək götürülmüşdür. Patronlar daraqlardan boşaldıldı və 53 ədəd olması müəyyən edilmişdir. Həmin 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd patron darağı və 53 ədəd patronlar zərfə qoyularaq qablaşdırıldı. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən DİO-da, hazırda Bərdə RPŞ-nin X1 Baş İnspektoru vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 13 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatını yaşadığı ünvanda saxlaması barədə məlumatlar daxil olduğu üçün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və adı çəkilən şəxs Bərdə şəhəri Sabir küçəsi ev 14 ünvanının qarşısında onun və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 və polis kapitanı Şahid3 tərəfindən 13 iyul 2022-ci tarixdə saat 11 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını demişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış və götürmə keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində videoçəkilişdən istifadə olunmasını, həmin video çəkilişin isə onun tərəfindən aparılması izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında yerləşən sandıqçanın altında gizlətdiyi 1 ədəd üzərində hərbi fiqurlar olan kisənin içərisində 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd dolu vəziyyətdə olan daraqları onlara təqdim etmişdir. Patronlar onlar tərəfindən daraqlardan boşaldılmış və 53 ədəd olması müəyyən edilmişdir. Həmin 1 ədəd “AKMS” markalı avtomat, 2 ədəd patron darağı və 53 ədəd patronlar X3 tərəfindən ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 14 iyul 2022-ci il tarixli, 22/486R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd TC-5945 nömrəli silah 7,62 mm kalibrli olmaqla zavod üsülu ilə 1993cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatı dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 52 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş hər biri 30 ədəd 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər biri 30 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstuksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib əlavə məlumat veriləcəkdir. DİN-nin KTİ-də “itirilmiş və oğurlanmış” silahların qyediyyatı aparılmadığından qərarın 4-cü sualında qeyd olunan “ təqdim edilmiş silahın itirilmiş və oğurlanmış silah kimi qeydiyyatda olub olmaması( hansı şöbə, idarə və ya prokurorluq orqanları tərəfindən itirilmiş və yaxud oğurlanmış silah kimi qeydiyyata qoyulması göstərilsin) müəyyən edilsin? Sualına cavab verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 13 iyul 2022-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Sabir küçəsi ev 14-də yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmiş, yaşadığı evin ikinci mərtəbəsində yerləşən qonaq otağında yerləşən sandığın alt hissəsində bükülü vəziyyətdə əşya aşkar olunmuşdur. Həmin bükülü açılıb baxılan zaman içərisində 1 ədəd “AKM” markalı avtomat, 2 ədəd dolu vəziyyətdə patron sandığı və 2 ədəd patron sandığının içərisində ümumilikdə 53 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 1 ədəd “AKM” markalı avtomatın, 2 ədəd patron darağının və 53 ədəd patronun özünə məxsus olduğunu həmin 1 ədəd “AKM” markalı avtomatı və adları çəkilən döyüş sursatlarını Polis Şöbəsinə təhvil vermək üçün evdə saxladığını bildirmişdir. “AKM” markalı avtomat, 2 ədəd dolu vəziyyətdə patron sandığı və 2 ədəd patron sandığının içərisində ümumilikdə 53 ədəd patron qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti videogörüntü ilə qeydə alınaraq 01 ədəd “DVD” diskə köçürülməklə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Hərbi Xidmətdə olmamışdır. Subaydır. Bərdə şəhəri Sabir küçəsi ev 14 ünvanında yaşadığı müddətdə qonşular və qohumları ilə münaqişə yaratmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər Azərbaycan Respublikası CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 avqust 2016-cı ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(021) 113/2013 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 13 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, xx xxx 1968-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə şəhəri Sabir küçəsi ev 14 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs оğlu 13 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 4(021) 85/2022 nömrəli, 15 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 1993-cü ildə Rusiya Federasiyasında istehsal edilmiş 01 ədəd TC-5945 nömrəli, 7,62 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı “AKMS” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silahı, 52 ədəd 7,62x39 mm kalibrli, 01 ədəd 5,45x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən patronları və həmin avtomat silahına məxsus 02 ədəd hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı avtomatın komplekt hissəsi olan daraqları əldə edib yaşadığı ünvanda saxlamış, 13 iyul 2022-ci il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 01 ədəd TC-5945 nömrəli, 7,62 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı “AKMS” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silah, 52 ədəd 7,62x39 mm kalibrli, 01 ədəd 5,45x39 mm kalibrli atəşə yararlı döyüş sursatı hesab edilən patronlar və həmin avtomata məxsus 02 ədəd hər biri 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı avtomatın komplekt hissəsi olan daraqlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağından aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Həmin qərarın 6-cı bəndində qeyd edilmişdir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır.Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu andan yəni, 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və Bərdə Rayon Polis Şöbəsində saxlanılan – 01 ədəd TC-5945 nömrəli, 7,62 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı “AKMS” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silahı, 49 ədəd 7,62x39 mm kalibirli, 01 ədəd 5,45 x39 mm kalibirli atəşə yararlı döyüş sursatı hesab edilən patronları və həmin avtomat silahına məxsus 02 ədəd hər biri 30 ədəd 7,62 x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı avtomatın komplekt hissəsi olan daraqlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Sabir küçəsi ev 14-də yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilməsi istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu andan yəni, 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və Bərdə Rayon Polis Şöbəsində saxlanılan – 01 ədəd TC-5945 nömrəli, 7,62 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı “AKMS” modelli odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan avtomat silahı, 49 ədəd 7,62x39 mm kalibirli, 01 ədəd 5,45 x39 mm kalibirli atəşə yararlı döyüş sursatı hesab edilən patronları və həmin avtomat silahına məxsus 02 ədəd hər biri 30 ədəd 7,62 x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı avtomatın komplekt hissəsi olan daraqlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Sabir küçəsi ev 14-də yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilməsi istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-185/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-185/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver