Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-185/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X3 iştirakı ilə, xx xxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, hal-hazırda təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan odlu yivsiz silahı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, 08 iyul 2023-cü il tarixdə, saat 2030 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradağlı kənd ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əlində gəzdirdiyi hərbi idman çantasının içərisində 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, hal-hazırda təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan odlu yivsiz silah aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarında işləmək üçün təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalından azad edilmiş Şuşa və Füzuli rayonlarına getmiş, həmin rayonlarda ev tikintisi ilə məşğul olmuşdur. 2022-ci ilin yay ayında Füzuli rayonunda işləyərkən dağıntılar altından göy sellofana bükülmüş 01 ədəd lüləsi və qundağı kəsilmiş qoşalülə silah və onun yanında 4 ədəd patron tapmışdır. Silahı və patronları işlətdiyi əşyaların içərisində gizlədib Bərdə rayonuna gətirərək, yaşadığı kənddə gizlətmişdir. 08 iyul 2023-ci il tarixdə saat 2030 radələrində gizlətdiyi silah və patronları gizlətdiyi yerdən çıxarıb, idman çantasına qoyub yaşadığı evdən çıxmışdır. Silahı götürməkdə məqsədi onu kiməsə satmaq olmuşdur. Yaşadığı kənd ərazisində olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, əlində olan idman çantasında qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarının idman çantasında saxladığı silahdan xəbərdar olduqları üçün çantada silah və onun patronları olduğunu demişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, etiraz etməyərək Bərdə Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlində olan idman çantasının içərisində göy rəngli sellofan torbaya bükülmüş lüləsi və qundağı kəsilmiş qoşa lülə ov tüfəngini və həmin ov tüfənginə aid olan 4 ədəd patronu təqdim etmişdir. Silah və patronlar ağ kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Törətdiyi əməlindən peşmandır, söz verir ki, bir daha hər hansı qanunazidd əməllər törətməyəcəkdir. Himayəsində işsiz arvadı və üç nəfər azyaşlı uşağı vardır, ailəsi maddi cəhətdən ağır həyat şəraitində yaşayır və ailəsinin yeganə qazanc gətirən şəxsidir, onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi ailəsini yeganə qazanc gətirəndən məhrum etməklə onlar üçün əlavə məhrumiyyətlər yaradacaqdır. Göstərdiklərinin, habelə gəncliyinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Təqsirləndirilən şəxsla 2008-ci ildə ailə həyatı qurmuş, üç azyaşlı övladları var. Təqsirləndirilən şəxs evlərin tikinti və təmiri işi ilə məşğul olur. Sonuncu 2022-ci ildə işğaldan azad olunmuş ərazilərə gedib işləmişdir. Onun işğaldan azad edilmiş ərazidən odlu silah gətirməyindən və yaxud da yaşadığı evin həyətində gizlətməyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs odlu silahın olması və üzərində tapılmasından polis əməkdaşları tərəfindən saxlanılarkən bilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs atası Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyul 2023-cü il tarixdə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah və onun komponentlərinin saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında 08 iyul 2023-cü il tarixdə saat 2030 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində, yaşadığı evin qarşısında saxlanılaraq rayon polis şöbəsinə dəvət edilmiş, Bərdə Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bərdə RPŞ-nin digər əməkdaşları Şahid3, Əvəz Hüseynovun, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, sonuncuya üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində gəzdirdiyi hərbi idman çantasını stolun üzərinə qoyub içərisində göy rəngli sellofana bükülmüş 1 ədəd nömrəsi silinmiş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş odlu silahı və həmin silaha məxsus 04 ədəd patronu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin silahı Füzuli rayonunda işləyərkən dağıntılar altından tapdığını demişdir. Aşkar edilmiş əşyalar Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş və protokol tərtib edilmiş, protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09 iyul 2023-cü il tarixli 23/515 R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş,12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 04 ədəd 12 kalibrli ov patronlarından 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, hal-hazırda təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan odlu yivsiz silahını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirməsi, 08 iyul 2023-cü il tarixdə, saat 2030 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradağlı kənd ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əlində gəzdirdiyi hərbi idman çantasının içərisində 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, hal-hazırda təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan odlu yivsiz silahın aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Ailə üzvləri arvadı Şahid4, qızı 2009-cu il təvəllüdlü X4, qızı 2011-ci il təvəllüdlü X1 və oğlu 2018-ci il təvəllüdlü X5 ibarətdir. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qeyri-qanuni hərəkətlərə yol verməmişdir. Onun barəsində Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 aprel 2008-ci il tarixli AZ-İ 401184 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 22 aprel 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Alışova soyadı verilmişdir. AZE seriyalı 18155601 nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2009-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” rafasında anası kimi Şahid4 qeyd edilmişdir. AZE seriyalı 11655774 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” rafasında anası kimi Şahid4 qeyd edilmişdir. AA seriyalı ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2018-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” rafasında anası kimi Şahid4 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində işsiz arvadı və azyaşlı övladları olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan ailə üzvlərini yeganə qazanc gətirən şəxsdən məhrum etməklə onlar üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Habelə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması və yaşayış yerindən müsbət xarakterizə olunması, CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 10 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs ailəsinin maddi cəhətdən ağır həyat şəraitində yaşadığını və ailəsinin yeganə qazanc gətirəni olduğunu, onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinin ailəsini yeganə qazanc gətirəndən məhrum etməklə onlar üçün məhrumiyyətlər yaradacağını bildirdi və bir daha hər hansı qanunazidd əməllər törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması, ailədə yeganə qazanc gətirən olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması barədə” 08 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulla kəsilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan odlu yivsiz silah və zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, 12x70 kalibrli 04 ədəd ov patronları, 02 ədəd eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 02 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək həbsdə və 26 iyul 2023-cü il tarixdən “ev dustaqlığında” olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-12 modelli, çaxmaqsız, hamar qoşalüləli ov tüfəngi, lüləsi və qundağı kustar üsulla kəsilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi olan odlu yivsiz silah və zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, 12x70 kalibrli 04 ədəd ov patronları, 02 ədəd eksperimental atəşdən istifadə edildikdən sonra qalıq 02 ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-185/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-185/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver