Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-187/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 17 avqust 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 3, mənzil 9-da qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Ədalət Ədilov küçəsində yerləşən nömrəsiz evdə yaşamış, Bərdə Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun İ və İİ siyahılarında göstərilən 3(üç) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,540 qram, 0,453 qram və 0,491 qram olmaqla ümumi təmiz çəkisi 1,484 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib qara rəngli parça kisəyə qoyaraq yaşadığı Bərdə şəhəri, Ə.Ədilov küçəsində nömrəsiz ünvanda yerləşən yaşayış evinin yataq otağındakı çarpayının üzərindəki yastığın içərisinə qoyub saxlamış, 24 iyul 2022-ci il tarixdə saat 1030 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərindəki yastığın içərisindən bir ədəd qara rəngli parça kisədə 3(üç) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,540 qram, 0,453 qram və 0,491 qram olmaqla ümumi təmiz çəkisi 1,484 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitə heroin, bəzi hallarda isə psixotrop maddənin metamfetamin növündən çəkmə yolu ilə istifadə edir. 22 iyul 2022-ci il tarixdə axşam saat 18 radələrində evə gələrkən yaşadığı küçədən ağ rəngli sellofan büküm tapmış, bükümü açanda içərisində ayrı-ayrılıqda iki ədəd sellofan bükümlər olduğunu görmüşdür. Bükümlərin birinin içərisində tanıdığı narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin olmuşdur. Bükümləri cibinə qoyub evə gətirmiş, özü istifadə etmək üçün heroin olan bükümü ayrıayrılıqda 3 ədəd kiçik bükümlərə bükmüş, yataq otağında çarpayının üzərindəki yastığın alt hissəsinə yerləşdirmişdir. 24 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən həyət darvazasının döyüldüyünü eşidib darvazaya yaxınlaşıb qapını açarkən bir neçə polis əməkdaşlarının qapının qarşısında olduğunu görmüş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağını deyib evə baxış keçirəcəklərini bildirmişlər. Etiraz etməyib razılığını bildirmiş, bu barədə ərizə yazmış, onun iştirakı ilə video çəkiliş vasitəsilə yaşadığı evə baxış keçirilərkən evin yataq otağında iki gün əvvəl tapdığı, çarpayının üzərindəki yastığın içərisində gizlətdiyi qara rəngli parça kisənin içərisində gizlətdiyi 3 ədəd sellofan bükümlərdə heroin, bir ədəd sellofan bükümdə metamfetamin və dostu Kamilin ona saxlamaq üçün verdiyi 1 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq, 25 ədəd 5 manatlıq və 49 ədəd 1 manatlıq olmaqla ümumilikdə 424 manat pul aşkar edilmiş, aşkar edilmiş heroinlər ayrıayrılıqda onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, heroinlər ümumilikdə sellofan bükümlərlə birlikdə 1,72 qram olmuşdur. Metamfetamin isə sellofan bükümlə birlikdə 0,48 qram olmuşdur. Kütlələr birlikdə aşkar edilmiş pulla bərabər ayrı-ayrılıqda qablaşdırılıb götürülmüş, zərfin üzərinə özü imza etmiş, zərf möhürlə möhürlənib götürülmüşdür. Protokol tərtib edilmiş, o da tərtib edilmiş protokolu oxuyub doğru yazılmasını imzası ilə təsdiq etmişlər. Onu Bərdə rayon Polis şöbəsinə gətirib şübhəli şəxs qismində tutmuşlar. Üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə də protokol tərtib edilmişdir. Narkotik vasitədən istifadə etdiyinə görə əməldən peşmançılıq hissi keçirdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ərizə təqdim edərək özünün narktoik vasitələrin istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün və rahat daşınması məqsədilə bükümlərə ayıraraq işə apararkən tutulduğunu, narktoik vasitənin istifadəçisi olması və narkotik vasitənin satışının iş üzrə ibtidai istintaq zamanı sübut edilməməsinə baxmayaraq ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsi və ibtidai istintaqın kobud pozuntularla aparılmasını nəzərə alaraq barəsində ədalətli hökm verməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, iş üzrə ibtidai istintaq zamanı ittihamın hansı maddə ilə təqsirləndirilən şəxsə elan edilməsindən asılı olmayaraq ədalət mühakiməsini həyata keçirən məhkəmə CPM-in 318.1-ci maddəsinə əsaslanmaqla məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2016-cı il tarixdən DİO-da xidmət edir, hazırda polis leytenantı rütbəsində Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Ədalət Ədilov küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, evində və üzərində narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, Bərdə rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3, Bərdə rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə rayon Polis şöbəsinin KTQ-nun inspektor-kriminalisti, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvansız evə gəlmişlər, Təqsirləndirilən şəxs evdə olduğundan ona yaşadığı evə baxış keçirəcəklərini demiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bu haqda imzası ilə bildirmişdir. Bundan sonra evin həyətinə daxil olduqda məlum olmuşdur ki, evin həyətində sağ hissədə yarımçıq tikili, sol hissədə isə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin giriş qapısı taxtadan qapı olmuşdur. Onlar evə daxil olmuş, evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü yataq otağında qoşa çarpayının üzərindəki balışın alt hissəsində qara rəngli torbanı təqdim edərək içərisində narkotik vasitə olmasını bildirmişdir. Tərəflərindən torbaya baxış keçirilərkən torbanın içərisində 3 (üç) ədəd sellofan bükümdə heroinə oxşar kütlələr, 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, həmçinin torbanın içərisindən 100-lük, 50lik, 20-lik, 10-luq, 5-lik və 1 manatlıq pul əskinazları olan ümumilikdə 429 manat pul aşkar edilmiş, həmin narkotik vasitə olan 3 bükümdə heroin aptek tərəzisində çəkilmiş, bükümlərin çəkisinin bükümlərlə birlikdə ümumi çəkilərinin 1,72 qram olması, psixotrop maddə olan metamfetaminin isə bükümlə birlikdə çəkisinin 0,48 qram olması məlum olmuşdur. Bükümlər bir zərfə qoyularaq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə iştirakçılar imza etmiş, eyni zamanda 429 manat pul da ayrıca bir zərfə qoyularaq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar zərfin üzərinə imza etməklə təsdiq etmiş, yataq otağının digər yerlərinə, fərdi yaşayış evinin mətbəx və digər otaqlarına baxış keçirilmiş, hər hansı bir digər narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, protokol baxışa uyğun tərtib edildiyi üçün imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələrlə birlikdə Bərdə rayon Polis şöbəsinə gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilmiş, özünün istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ilə təmin edilmiş, onların, müdaifəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən üzərindən hər hansı bir digər narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni tutulmamışdan bir neçə gün əvvəl evə gələrkən küçədən yerdən tapdığını, heç kimə narkotik vasitə satmadığını və vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alıq-satqısı ilə məşğul olması barədə məlumat daxil olsa da onun konkret olaraq kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satması, yaxud da pay verməsi, eləcə də onun həmin narkotik vasitəni dəqiq haradan əldə etməsi barədə hər hansı bir dəqiq məlumat əldə edilə bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və məhkəmə istintaqı zamanı ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid3 da Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 16/875 saylı 25 iyul 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki, 3(üç) ədəd şəffaf polietlen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,540 qram, 0,453 qram, 0,491 qram, ümumi təmiz çəkisi 1,484 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,452 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -heroinin ümumi təmiz çəkisi 1,484 qram, tədqiqata sərf edildi 0,15 qram (hər obyektə 0,05 qram), qalıq 1,334 qramdır. -metamfetaminin ümumi təmiz çəkisi 0,452 qram, tədqiqata sərf sərf edildi 0,05 qram, qalıq 0,402 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 1381 saylı 16 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli 298 qeydiyyat nömrəli telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə istintaqı aparan müstəntiq tərəfindən İB-nin rəisi Elvin Kərimovun iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung A02S” markalı mobil telefonlara baxış keçirilmiş və həmin telefonlarda sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir dəlil müəyyən və aşkar edilməmişdir. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli video disklərə baxış keçirilməsi barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı Bərdə şəhəri Ə.Ədilov küçəsində nömrəsiz evə baxış və götürmə keçirilmiş və bu zaman aparılan bütün istintaq hərəkətləri videogörüntüyə alınaraq 2 ədəd DVD disklərdə saxlanmış və həmin disklər sübut qismində iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan müstəntiqin əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ-nin rəisi Ənvər Həsənov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs konret olaraq kimlərə narkotik satması, kimdən narkotik alması, eləcə də aşkar edilmiş narkotik vasitələri kimdən alması müəyyən edilə bilməmişdir. 26 iyul 2022-ci il tarixli Bərdə rayon Məhkəməsinin Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında Bərdə RPŞ-in NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Bərdə RPŞ-nin rəisi Ənvər Həsənov tərəfindən təsdiq edilmiş 24 iyul 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 429 manat məbləğində pul Bərdə rayon Polis şöbəsində sahibi X5 təhvil verilmişdir. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun İ və İİ siyahılarında göstərilən 3(üç) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,540 qram, 0,453 qram və 0,491 qram olmaqla ümumi təmiz çəkisi 1,484 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrində, istərsə də şahidlərin ifadələrindən, telefonlara baxış keçirilməsi protokolundan və müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir, həmçinin təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı var. Təsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilmiş 429 manat məbləğində pul vəsaiti isə təqsirləndirilən şəxsin dostu X5 məxsus olmaqla saxlanması üçün təqsirləndirilən şəxsə verilmişdir. İş üzrə narkotik vasitə və ya psixotrop maddənin alıcıları müəyyən edilməmiş və təsirləndirilən şəxsin üzərinə axtarış, evinə baxış və götürmə keçirilərkən həmin maddələrin çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkisinin nisbətən çox olması isə onun satış məqsədilə əldə edilməsinə dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun İ və İİ siyahılarında göstərilən 3 (üç) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,540 qram, 0,453 qram və 0,491 qram olmaqla ümumi təmiz çəkisi 1,484 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qara rəngli parça kisəyə qoyaraq yaşadığı Bərdə şəhəri, Ə.Ədilov küçəsində nömrəsiz ünvanda yerləşən yaşayış evinin yataq otağındakı çarpayının üzərindəki yastığın içərisinə qoyub saxlaması, 24 iyul 2022-ci il tarixdə saat 1030 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərindəki yastığın içərisindən bir ədəd qara rəngli parça kisədə 3 (üç) ədəd ayrı-ayrı şəffaf polietilen kəsiyi bükümlərində təmiz çəkiləri 0,540 qram, 0,453 qram və 0,491 qram olmaqla ümumi təmiz çəkisi 1,484 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2066 saylı 06 oktyabr 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 5-da yaşayır. Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşadığı müddətdə qonşular və qohumları ilə münaqişə yaratmamışdır. Başqa pis vərdişləri yoxdur, fərdi əməklə məşğuldur. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2018-ci il tarixli və 16 dekabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 17 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 27 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarından müəyyən olunur ki, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat qismən təmin edilmiş, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Ə.Ədilov küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs barəsində 02 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin əvvəlinin 24 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 24 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 25 iyul 2022-ci il tarixli 16/875 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut – 1,334 qram çəkidə narkotik vasitə heroin və 0,402 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, yaşadığı evə baxış keçirmə və götürməni əks etdirən iki ədəd DVD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 1,334 qram çəkidə narkotik vasitə heroin və 0,402 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, yaşadığı evə baxış keçirmə və götürməni əks etdirən iki ədəd DVD disklər iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-187/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-187/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver