Məhkəmə qərarları › İş №1(021)-188/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-188/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-188/2023 27.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair №232007036 cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə daxil olmuşdur. Həmin cinayət işi fakta görə 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon polis şöbəsinə göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bərdə rayonu Lənbəran kənd sakini X9 məxsus pay torpağının ərazisində yaş halda müxtəlif diametrli 48 ədəd qovaq, habelə həmin taorpaq sahəsinin ərazisi ilə həmsərhəd drenaj kanalının mühafizə zolağında və bermasında bioloji inkişafda olan 8 ədəd qovaq və 1 ədəd palıd cinsinə məxsus ağacların kəsilərək məhv edilməsi müəyyən olunaraq bu barədə X5 Xidmətinə məlumat verilməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında istintaqa tarixi və vaxtı məlum olmayan tarixdə və vaxtda, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin, “Yaşıllıqların götürülməsi qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı qərarının İİ və İİİ bəndinin tələblərini pozaraq meşə fonduna daxil olmayan yaşadığı Bərdə rayonu, Lənbəran kəndində X9 məxsus pay torpaq sahəsində bitən dəyəri 250 manat olan 01 (bir) ədəd diametri 25 sm, dəyəri 300 manat olan 01 (bir) ədəd diametri 30 sm, dəyəri 540 manat olan 03 (üç) ədəd diametri 18 sm, dəyəri 1080 manat olan 06 (altı) ədəd diametri 20 sm, dəyəri 480 manat olan 04 (dörd) ədəd diametri 10 sm, dəyəri 750 manat olan 05 (beş) ədəd diametri 13 sm, dəyəri 400 manat olan 02 (iki) ədəd diametri 24 sm, dəyəri 400 manat olan 02 (iki) ədəd diametri 22 sm, dəyəri 200 manat olan 01 (bir) ədəd diametri 23 sm, dəyəri 200 manat olan 02 (iki) ədəd diametri 8 sm, dəyəri 450 manat olan 03 (üç) ədəd diametri 15 sm, dəyəri 600 manat olan 05 (beş) ədəd diametri 12 sm, dəyəri 300 manat olan 02 (iki) ədəd diametri 14 sm, dəyəri 540 manat olan 03 (üç) ədəd diametri 19 sm, dəyəri 240 manat olan 02 (iki) ədəd diametri 11 sm, dəyəri 540 manat olan 03 (üç) ədəd diametri 17 sm, dəyəri 500 manat olan 02 (iki) ədəd diametri 28 sm, dəyəri 350 manat olan 01 (bir) ədəd diametri 34 sm olmaqla ümumilikdə 8120 (səkkiz min yüz iyirmi) manat dəyərində 48 (qırx səkkiz) ədəd qovaq cinsli ağaclarını, həmçinin meşə fonduna daxil olmayan həmin torpaq sahəsinin ərazisi ilə həmsərhəd olan, yəni dövlət mülkiyyətinə aid, Suvarma Sistemləri İdarəsinin balansında olan beton su arxının kənarında dəyəri 120 manat olan 01 (bir) ədəd diametri 9 sm, dəyəri 120 manat olan 01 (bir) ədəd diametri 12 sm, dəyəri 150 manat olan 01 (bir) ədəd diametri 15 sm, dəyəri 180 manat olan 01 (bir) ədəd diametri 17 sm, dəyəri 180 manat olan 01 (bir) ədəd diametri 19 sm, dəyəri 250 manat olan 01 ()bir ədəd diametri 27 sm, dəyəri 300 manat olan 01 (bir) ədəd diametri 30 sm, dəyəri 550 manat olan 01 (bir) ədəd diametri 43 sm olmaqla ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat dəyərində 8 (səkkiz) ədəd qovaq cinsli ağacları və dəyəri 2000 manat olan 01 (bir) ədəd diametri 72 sm olmaqla 2000 manat dəyərində palıd cinsli ağacı köküstü yaş halda qanunsuz kəsərək təbiətə ümumilikdə, külli miqdar hesab edilən 11970 (on bir min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı bildirdi ki, cinayət işinin aidiyyəti Bərdə rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələbləri pozulmamışdır. Cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar yoxdur. Cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığından təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, cinayət işi üzrə verilmiş ittihamı qəbul etmir. Belə ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə izahat verərkən bildirmişdir ki, həmin ağacların kəsilməsindən xəbəri yoxdur. İbtidai istintaqı aparan müstəntiqə də həmin məzmunlu izahat vermişdir. O bildirmişdir ki, həmin ərazidə məcburi köçkünlər yaşayır, ola bilsin ağacları onlar kəsiblər. Müstəntiq sənədləri imzaladarkən ona verdiyi izahatı rəsmləşdirdiyini və imza etməli olduğunu demişdir. O da oxumadan imza etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi bildirdi ki, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolu müstəntiq oxumuş, o da imza etmişdir. Hesab etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş izahatdır, yenidən vəkil tərəfindən oxunmağa zərurət yoxdur. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs məlmat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə CPM-nin 299.11-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümükün hesab etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.2-ci maddəsinə əsasən, hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə tərəfindən cinayət işinin materialları hazırlıq iclasında araşdırılarkən aşağıdakıları müəyyən etdi. Cinayət işinin 01-ci vərəqində olan 04 may 2023-cü il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən cinayət işinin başlanılması haqında qərar qəbul olunmuş və fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə RPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın müəyyən etdi hissəsinin birinci abzasında qeyd edilir ki, Bərdə rayonu Lənbəran kənd sakini X9 məxsus pay torpağının ərazisində yaş halda müxtəlif diametrli 48 ədəd qovaq, habelə həmin torpaq sahəsinin ərazisi ilə həmsərhəd drenaj kanalının mühafizə zolağında və bermasında bioloji inkişafda olan 8 ədəd qovaq və 1 ədəd palıd cinsinə məxsus ağacların kəsilməsi nəticəsində 11970 mant məbləğində külli miqdarda ziyan vurulmuşdur. Həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsinə əsaslı şübhələr vardır. Həmin qərarda həmçinin qeyd edilir ki, Təqsirləndirilən şəxs izahatında həmin ağacları əkin yeri salmaq məqsədilə kəsdiyini etiraf etmişdir. Cinayət işinin 42-43-ci vərəqində olan Təqsirləndirilən şəxs Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsinə verdiyi izahatında isə qeyd edir ki, təxminən iki ay əvvəl həmin torpaq sahəsində yeni çəkil ağaclarını yetişdirmək məqsədilə yararsız çəkil ağaclarının kökünü çıxarmış , ancaq həmin çəkil ağaclarının kim tərəfindən kəsilməsi, yararsız hala salınması barədə məlumatı yoxdur. Həmçinin torpaq sahəsində 48 ədəd qovaq ağacının kəsilməsini təsdiq edir, ancaq ağacların kim tərəfindən kəsiməsi barədə heç bir məlumatı yoxdur. Cinayət işinin 24-cü vərəqində olan Təqsirləndirilən şəxs 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi izahatında qeyd edir ki, pay torpaq sahəsində qovaq, qoz incil, gavalı ağaclarını kəsməyib, təkcə çəkil ağaclarını yararsız olduğu üçün kəsib.Həmçinin həmin torpaq sahəsi ilə həmsərhəd dren kanalının mühafizə zonasında palıd və qovaq ağaclarının pay torpaq sahəsində kəsilən ağaclarla eyni vaxta kəsilməsi barədə suala cavab olaraq bildirmişdir ki, ondan xəbəri yoxdur. Cinayət işinin 83-cü vərəqində olan raportdan görünür ki, əməliyyat tapşırığına əsasən 48 ədəd qovaq, 8 ədəd qovaq və 1 ədəd palıd ağacının qanunsuz kəsilməsi Bərdə rayon Lənbəran kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi verdiyi ifadələrin aydınlaşdırılması zərurətindən ibtidai istintaqı aparan Bərdə Rayon Polis Şöbəsinin X2 məhkəmə iclas zalına dəvət edilmişdir. X2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsinə izahat vermiş, orada əməlini etiraf etmiş, bu səbəbdən də 04 may 2023cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon polis şöbəsinə göndərilmişdir.Həmçinin əməliyyat tapşırığına əsasən 48 ədəd qovaq, 8 ədəd qovaq və 1 ədəd palıd ağacının qanunsuz kəsilməsi Bərdə rayon Lənbəran kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin 42-43-cü vərəqində olan Təqsirləndirilən şəxs Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsinə verdiyi izahatında bildirmişdir ki, təxminən iki ay əvvəl həmin torpaq sahəsində yeni çəkil ağaclarını yetişdirmək məqsədilə yararsız çəkil ağaclarının kökünü çıxarmış , ancaq həmin çəkil ağaclarının kim tərəfindən kəsilməsi, yararsız hala salınması barədə məlumatı yoxdur. Həmçinin torpaq sahəsində 48 ədəd qovaq ağacının kəsilməsini təsdiq edir, ancaq ağacların kim tərəfindən kəsiməsi barədə heç bir məlumatı yoxdur. Cnayət işinin 42-43-ci vərəqində olan Təqsirləndirilən şəxs Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsinə verdiyi izahatın kim tərəfindən alınması müəyyən edilmir. Belə ki, həmin izahatın izahatı aldı qrafası imzalanmadığından boş olaraq qalmışdır. (Qeyd: izahatın tarixi izahat vərəqinin kənarında xx.xx.2023-cü il göstərilmişdir). 04 may 2023-cü il tarixli cinayət işinin başlanılması haqında qərar qəbul olunmuş və fakta görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə RPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın müəyyən etdi hissəsinin birinci abzasında qeyd edilir ki, Bərdə rayonu Lənbəran kənd sakini X9 məxsus pay torpağının ərazisində yaş halda müxtəlif diametrli 48 ədəd qovaq, habelə həmin torpaq sahəsinin ərazisi ilə həmsərhəd drenaj kanalının mühafizə zolağında və bermasında bioloji inkişafda olan 8 ədəd qovaq və 1 ədəd palıd cinsinə məxsus ağacların kəsilməsi nəticəsində 11970 mant məbləğində külli miqdarda ziyan vurulmuşdur. Həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsinə əsaslı şübhələr vardır. Həmin qərarda həmçinin qeyd edilir ki, Təqsirləndirilən şəxs izahatında həmin ağacların əkin yeri salmaq məqsədilə kəsdiyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, 04 may 2023-cü il tarixli cinayət işinin başlanılması haqında qərarda Təqsirləndirilən şəxs ağacların əkin yeri salmaq məqsədilə kəsdiyini etiraf etməsi hansı izahatında olması göstərilməmişdir. Cinayət işinin 16-17-ci səhifəsində olan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ağacların kəsdiyini etiraf etmiş, lakin torpaq sahəsinin ərazisi ilə həmsərhəd drenaj kanalının mühafizə zolağında və bermasında bioloji inkişafda olan 8 ədəd qovaq və 1 ədəd palıd cinsinə məxsus ağacların kim tərəfindən kəsilməsindən xəbəri olmamasını bildirmişdir. Bundan başqa cinayət işinin 24-cü vərəqində olan Təqsirləndirilən şəxs 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd edir ki, pay torpaq sahəsində qovaq, qoz incil, gavalı ağaclarını kəsməyib, təkcə çəkil ağaclarını yararsız olduğu üçün kəsib. Həmçinin həmin torpaq sahəsi ilə həmsərhəd dren kanalının mühafizə zonasında palıd və qovaq ağaclarının pay torpaq sahəsində kəsilən ağaclarla eyni vaxta kəsilməsi barədə suala cavab olaraq bildirmişdir ki, ondan xəbəri yoxdur. Bu ziddiyətli məqamlara aydınlıq gətirilməsi üçün ibtidai istintaqı aparan Bərdə Rayon Polis Şöbəsibin müstəntiqi X1 və cavab olaraq bildirmişdir ki, əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs cinayətin törədilməsi müəyyən edilmişdir. Əməliyyat tapşırığı əsasında hansı şahidlərin olmasını müəyyən edilməsi barədə soruşulmuş və müstəntiq ittiham aktında həmin şahidlərin qeyd olunmamasını da bildirmişdir. Cinayət işinin 79-cu səhifəsində olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, müstəntiq tərəfindən 48 ədəd qovaq, habelə həmin torpaq sahəsinin ərazisi ilə həmsərhəd drenaj kanalının mühafizə zolağında və bermasında bioloji inkişafda olan 8 ədəd qovaq və 1 ədəd palıd cinsinə məxsus ağacların kim tərəfindən kəsilməsi istiqamətində əməliyyat tapşırığı vermiş və xx.xx.2023-cü il tarixdə əməliyyatçı tərəfindən raport yazılaraq həmin şəxsin Təqsirləndirilən şəxs olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığı və xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs müəyyən edilənədək dayandırılması barədə qərarı 04 may 2023-cü il tarixdə cinayət işinin başlanması barədə qərarı bir daha şübhə altına qoyur. Belə ki, həmin qərarda Təqsirləndirilən şəxs cinayətin törədilməsinin etirafı qeyd edildiyi halda yenidən təqsirləndirilən şəxs müəyyən edilənədək icraatın dayandırılması barədə qərar qəbul olunmaqla bir-birinəz zidd təşkil edən qərarlardır. Məhkəmə qeyd edir ki, 04 may 2023-cü il tarixdə cinayət işinin başlanması barədə qərarda Təqsirləndirilən şəxs cinayətin törədiləsinin etirafı qeyd edilməsi həmin tarixə qədər olan yalnız 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir. Müstəntiq isə görünür həmin aktın istintaq orqanı tərəfindən müəyyən edilməyən akt kimi qiymətləndirdiyindən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığı və xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs müəyyən edilənədək dayandırılması barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeud edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarı). Məhkəmə həmçinin ittiham aktı üzrə qeyd edilmiş şahidlərin izahatlarını və kimliyini nəzərdən keçirmiş və müəyyən etmişdir ki, Şahid1, X4, Şahid3, Şahid4, Şahid6 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarıdır. Digər şahid isə Şahid5 isə Bərdə rayon Lənbəran Bələdiyyəsinin sədri işləyir. Həmin şahidlər eyni məzmunlu izahat verərək əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs ağacların kəsilməsini etiraf etməsi barədə bildirmişlər. Məhkəmə qeyd edir ki, ittiham aktı üzrə qeyd edilə şahidləin heç biri Təqsirləndirilən şəxs tərəfindən ağacların kəsilməsini birbaşa görməmişlər. Həmin şahidlər yalnız ağacların kəsilməsi faktını təsdiq ediblər, onlardan Şahid5 istisna olmaqla 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarıdır ki, vəzifə səlahiyyətlərindən irəl gələn araşdırma nəticəsində faktı müəyyən edilblər. Məhkəmə həmçini qeyd edir ki, cinayət işinin 23-cü vərəqində olan arayışdan müəyyən edilir ki, şahid Hacıyev X11 Bələdiyyəsinin sədri olmaqla Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə əraziyə baxış keçirilən zaman ağacların kəsilməsi faktının ona bəlli olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktı üzrə qeyd edilmiş şahidlərin CPM-nin 95.1-ci maddəsi üzrə stastus daşımasına bir daha qiymət verilməli olan haldır. Məhkəmə həmçinin qeyd edir ki, 48 ədəd qovaq ağacının kimin mülkiyyətində olması dəqiq müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, torpaq sahəsi babası X6 və nənəsi X7 pay torpaq sahəsidir. Lakin bu işdə heç bir sənədlə müəyyən edilmir. Həmçinin həmin torpaq sahəsinin ərazisi ilə həmsərhəd drenaj kanalının mühafizə zolağında və bermasında bioloji inkişafda olan 8 ədəd qovaq və 1 ədəd palıd cinsinə məxsus kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi kim olması müəyyən edilməmişdir. Odur ki, qeyd edilən kəsilmiş ağacların yerləşdiyi yer üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən rəy alınmalı və rəyin əsasında kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyətçilərinin iş üzrə zərəçəkmiş şəxs kimi cəlb ediliməsi məsələsinə münasibət bildirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, təxminiən 2-3 ay əvvəl pay torpaq sahəsini istifadə etməyə başlamışdır. Belə olan halda kəsilmiş ağacların kəsilmə tarixini müəyyən etməkdən ötrü Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən müvafiq rəy alınmalı olan haldır. Azərbaycan Respublikası CPM-nin 303.4-cü maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəmə tərəfindən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin məcəllənin 303.5-ci maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq müddətində CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmamasına da diqət yetirilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntularını məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair № ********* nömrəli cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 303.1, 303.3.6 və 321-ci madələrinin tələblərinə əsasən, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair № ********* nömrəli cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroruna qaytarılsın. Qərardan şikayət nəzərdə tutulmur. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar