Məhkəmə qərarları › İş №1(021)-189/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-189/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-189/2022 23.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bərdə rayonu Saatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, orta təhsilli, Bərdə rayonu Saatlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Gərənə kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı Bərdə rayonu Gərənə kəndində təşkil olunmuş toy məclisində öz dayısı Zərərçəkmiş şəxs ilə, onun xalasının ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında sözlə mübahisə baş vermiş, daha sonra o, dayısı Zərərçəkmiş şəxs toy məclisini tərk etməsini gözləmiş və sonuncu toy məclisi keçirilən yeri tərk etdikdən sonra onun arxasınca gedərək təxminən məclis evindən 100 metr aralıda yolun kənar hissəsində Zərərçəkmiş şəxs yaxınlaşaraq bir az əvvəl xalasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün ona öz iradını bildirmiş və həmin vaxt aralarında yaranmış şəxsi münasibətləri zəminində mübahisə zamanı qəsdən yumruqla bir dəfə sifət nahiyəsindən zərbə vuraraq Zərərçəkmiş şəxs burun belinin əzilmiş yarası ilə burun sümüyünün yerdəyişməyən sınığı və sol gicgah nahiyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən xəsarətlər yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. İbtidai istintaqda Zərərçəkmiş şəxs onun barəsində yazmış olduğu ərizə ilə tanış olmuşdur. Balaca dayısı vəfat etdikdən sonra, ailəsinə orada rahat yaşamağa imkan verməmişlər, bu da onların ailəsində narazılığa səbəb olmuş və bundan sonra dayısı Muğanla onun arasında münasibətlər pozulmuşdur. xx.xx.2022-ci il tarixdə dostunun Bərdə rayonu Gərənə kəndində toy mərasimi zamanı dayısı Muğan da toyda olmuş və həmin vaxtı ona atmacalı sözlər atmışdır. Dayısı Muğandan toyu tərk etməyi tələb etmişdir. Lakin Muğan toyu tərk etməmişdir. Sonra gözləmiş ki, dayısı Muğan toyu tərk etsin. Muğan toyu tərk edərək gedən zaman o, Muğanın arxasınca getmiş və kənd yolunun kənarında Muğanı saxlayaraq hansı səbəbə görə ona atmacalı sözlər atdığını Muğan soruşmuş, Muğan ona nə edibsə yaxşı elədiyini deyən zaman o, Muğanın sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Sonra isə ondan kənarlaşaraq toy evinə qayıtmış və sonra fikirini dəyişərək Muğan dayısının yaşadığı evə getmişdir. Dayısının evində söz mübahisəsi edən zaman polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Mübahisə zamanı dayısı Muğanı vurarkən, sağ əlindən sınıq xəsarəti almışdır, lakin buna görə heç kimdən şikayət və tələbi yoxdur. Mübahisə 1 dəqiqə davam etmiş və mübahisəni heç kim görməmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək bacısı oğlu Asiman və Asim tərəfindən döyülməsi barədə məlumat vermişdir. Ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Bərdə rayonu Gərənə kəndində toyda olan zaman, toya pul yazdırmış və bu vaxtı bacısı oğlu Asiman ondan 5 manat pul istəmişdir. Asimana 5 manat pul vermiş və toyu tərk edərək küçəyə çıxmış həmin vaxtı da, bacısı oğlu Asiman onun qoluna girərək yol getmişlər. Onlar bir qədər getdikdən sonra Asiman ona, hansı səbəbə görə onun xalasına söyüş söydüyünü soruşmuşdur. O da, Asimana, “bacı mənimdir yaxşı edirəm söyürəm” demişdir. Bu vaxtı Asiman onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş və o, özünü saxlaya bilməyərək yerə yıxılmışdır. Bundan sonra Asiman oradan kənarlaşaraq çıxıb getmişdir. Evə gəlmiş, sonra kürəkəni Nicat onun evinə gəlmiş və Nicat gələn zaman Asiman da evinə gələrək onunla mübahisə etmişdir. Asiman onunla mübahisə edən zaman Nicat onları ayırmış, daha sonra polis əməkdaşları evinə gələrək Asimanı oradan aparmışlar. Baş vermiş mübahisə zamanı Asim onu döyməmiş, əsəbi olaraq Asimin də adını şikayət ərizəsində qeyd etmşdir. Təqsirləndirilən şəxs ilə toydan çıxdıqdan sonra aralarında baş vermiş mübahisəni heç kim görməmişdir. Mübahisə təxminən 1-2 dəqiqə davam etmiş və ora kənar şəxslər gəlməmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, məhkəmə Şahid2 və Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. xx.xx.2022-ci il tarixdə axşam saat 20:00 radələrində Bərdə rayonu Gərənə kəndinə qayınatası Muğanın evinə gəlmiş, təxminən 30 dəqiqə sonra qayınatası Muğan üzündən qan axaraq həyətə daxil olmuşdur. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda, qayınatası Muğan ona, toydan çıxıb evə gələn zaman bacısı oğlu Asimanın onu döydüyünü demişdir. Muğanın üzünü yuyaraq həyətdə oturdan zaman, Asiman həyətə daxil olmuş və qayınatası Muğanla söz mübahisəsi etməyə başlamışdır. Əvvəlcədən qayınatası Muğan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Asimanın onu döyməsi barədə məlumat vermişdir. Asiman həyətdə söz mübahisəsi edən zaman polis əməkdaşları həyətə daxil olmuş və Asimanı oradan götürüb aparmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı Zərərçəkmiş şəxs, qardaşı Təqsirləndirilən şəxs barəsində və onun barəsində olan müraciəti ilə tanış olmuşdur. Mahiyəti üzrə qeyd etmişdir ki, qardaşı Asimanla dayısı Muğanın münasibətləri yaxşı olmamışdır. xx.xx.2022-ci il tarixdə onlar Bərdə rayonu Gərənə kəndində toy mərasimində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə iştirak etmişdir. Toydan çıxaraq Bərdə rayonu Saatlı kəndinə yaşadığı evə getmişdir. Təxminən 1 saat sonra ona məlumat gəlmişdir ki, dayısı Muğanla, qardaşı Asiman toydan çıxdıqdan sonra dalaşmışlar. Sonra Bərdə rayonu Gərənə kəndinə qardaşı Asimanın yanına gəlmiş və ondan mübahisənin səbəbini soruşduqda Asiman ona dayısı Muğanın toyda atmacalı sözlər dediyinə görə toydan çıxmağını gözləməsini və sonra da kəndin içərisindəki yolda döydüyünü bildirmişdir. Asimanla dayısı Muğanın arasında baş verən mübahisəni görməmiş, sonradan məlumatı olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 812 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – burun belinin əzilmiş yarası ilə burun sümüyünün yerdəyişməyən sınığı, sol gicgah nahiyəsinin qançırı ilə müşayət olunan küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Bərdə rayonu Gərənə kəndində təşkil olunmuş toy məclisində öz dayısı Zərərçəkmiş şəxs ilə, onun xalasının ünvanına xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında sözlə mübahisə baş vermiş, daha sonra o, dayısı Zərərçəkmiş şəxs toy məclisini tərk etməsini gözləmiş və sonuncu toy məclisi keçirilən yeri tərk etdikdən sonra onun arxasınca gedərək təxminən məclis evindən 100 metr aralıda yolun kənar hissəsində Zərərçəkmiş şəxs yaxınlaşaraq bir az əvvəl xalasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün ona öz iradını bildirmiş və həmin vaxt aralarında yaranmış şəxsi münasibətləri zəminində mübahisə zamanı qəsdən yumruqla bir dəfə sifət nahiyəsindən zərbə vuraraq Zərərçəkmiş şəxs burun belinin əzilmiş yarası ilə burun sümüyünün yerdəyişməyən sınığı və sol gicgah nahiyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən xəsarətlər yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən və ayrıca olaraq məhkəməyə vurduğu teleqramdan görünür ki, Təqsirləndirilən şəxs оğlu ilə barışdığından və ona vurulmuş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o zərərçəkmiş şəxslə barışdığından barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Həmin qərarın nəticə hissəsində yekun olaraq bir daha qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar