Məhkəmə qərarları › İş №1(021)-189/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-189/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-189/2023 17.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Hacısamlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Şirvanlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə vahid niyyətlə 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayının 11-dək olan müddət ərzində qeyri-rəsmi olaraq fəhlə kimi işlədiyi Bərdə rayonu Şirvanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən ticarət obyektindən hissə-hissə olmaqla dəqiq tarixləri və vaxtları istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda vahidinin qiyməti 3 manat 70 qəpik olan cəmi 740 manat dəyərində 200 ədəd nazik qutuda “Kent-4” markalı, vahidinin qiyməti 3 manat 50 qəpik olan cəmi 875 manat dəyərində 250 ədəd nazik qutuda “Vinston” markalı, vahidinin qiyməti 3 manat 10 qəpik olan cəmi 930 manat dəyərində 300 ədəd nazik qutuda “LD” markalı, vahidinin qiyməti 2 manat 60 qəpik olan cəmi 780 manat dəyərində 300 ədəd nazik qutuda “PallMall” markalı, vahidinin qiyməti 2 manat 60 qəpik olan cəmi 728 manat dəyərində 280 ədəd nazik qutuda “Vincester” markalı tütün məmulatlarını vahid niyyətlə gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 4053,00 (dörd min əlli üç) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Laçın rayonunun Hacısamlı kəndində qeydiyyatda olsa da Bərdə rayonu, Şirvanlı kəndində valideynləri ilə bilikdə yaşayır. Zərərçəkmiş şəxs Bərdə RPŞ-nə onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirdi ki, yaşadığı Bərdə rayonu Şirvanlı kəndində Zərərçəkmiş şəxs məxsus ticarət obyekti vardır. Həmin ticarət obyektində ərzaq və tütün məmulatlarının satışı ilə məşğul olurlar. Bərdə rayonu Şirvanlı kəndində Zərərçəkmiş şəxs məxsus olan ticarət obyektində o, əvvəllər təxminən 3-4 il fəhlə kimi işləmişdir. 2022-ci ilin əvvəllərində o, işə 2-3 gün gec gəldiyinə görə rəhbərlik onu işdən çıxartmışdır. O, işdən çıxdıqdan sonra Bərdə rayonunda yol idarəsində gözətçi kimi işə düzəlmiş, təxminən 4 ay işləmiş hər ayın sonlarında Qəbələ rayonuna texnikaların yanında qalmağa göndərmişdilər. Bundan sonra onu Ağdam rayonuna gönədrəndə minadan qorxduğu üçün işdən çıxmışdır. O, Bərdə rayonu Təzə bazada yay aylarında pamidor satışı ilə məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayında Laçın rayonunda fəhlə kimi işləməyə getmiş, təxminən 2 ay Laçın rayonunda fəhlə işləmişdir. Havalar soyuyanda o, Zərərçəkmiş şəxs zəng xahiş etmişdir ki, Laçın rayonunda havalar soyuqdur işləyə bilmir onu işinə qaytamağını xahiş etmişdir. Pərviz də onunla razılaşmış o, 2022-ci ilin noyabr ayının 13-dən Pərvizin ticarət obyektində işləməyə başlamışdır. O, hər gün səhər saat 08 radələrində işə gedib günorta saat 13:30 radələrində yemək yemək üçün öz yaşadığı evə gedib, bir saatdan sonra qayıdıb işə gəlmişdir, hər gün axşam saat 18 radələrində işdən çıxmışdır. O, təxminən bir ay orada fəhlə kimi işləmiş, bundan sonra obyektdən oğurluq etməyə başlamışdır. Obyektdə işləyərkən iş vaxtı müştəri mal almaq üçün sifariş verəndən sonra müştəri ona malları yığmaq üçün siyahını verirmiş, o, da malları yığıb, siqaret olan tərəfə keçib siyahıda olan siqaretləri yığarkən oğurluq etmək üçün əlavə siqaretləri müştəriyə yığdığı siqaretlərin arasına qoyub, sonra isə oğurlamaq üçün götürdüyü Kent, Viniston, LD, Pall Mall, Vinchester markalı siqaretləri boş qutuya qoyub aparıb obyektdə soyuducunun içərində olan taxtanın altında gizlədirmiş, günorta evə gedərkən elə vaxt olmuşdur ki, həmin siqaretləri özü ilə götürüb qış gödəkcəsinin sepini açıb gödəkcəsinin içərisində gizlədib aparmış, elə vaxtlar olmuş günorta evə gedəndə siqaretləri soyuducudan götürə bilməmiş, axşam gedəndə əynində olan qış gödəkcəsinin sepini açıb gödəkcəsinin içərisində gizlədib aparmışdır. Bəzən də elə vaxtlar olmişdu ki, axşam da siqareti soyuducudan götürə bilməmişdir. O, obyektdən elə günlər olmuşdur ki, bir blok, iki blok və ya üç blok siqaretləri oğurlayıb aparmışdır. O, günortalar siqaretləri obyektdən oğurlayıb evə aparanda kəndin ərazisində yerləşən Fərid şadlıq sarayının arxa tərəfində kolun içərisinə qoyub gizlətmiş, axşam işdən çıxandan sonra gedib götürmüşdür. O, həmin oğurladığı siqaretləri özü aparıb Bərdə şəhərində yerləşən ticarət obyektlərinə və tanımağı şəxsə satmışdır. O, siqaretləri satan zaman siqareti alan şəxslərə demişdir ki, xalası oğlu firmada işləyir siqaretləri ondan götürüb bir blokunun üstünə 1 manat pul qoyub satır. O, oğurladığı siqaretləri aparıb Bərdə şəhəri Sarayın dairəsi adlanan yerdə Şirvanlı yolun istiqamətdə gedəndə 3-cü ticarət köşkünə və Bərdə şəhəri 4 nömərli tam orta məktəbin yaxınlığında yolun kənarında yerləşən Şərab evinə və Bərdə şəhər ərazisində tanımadığı şəxsə aparıb satmışdır. Onun özü siqaret çəkdiyi üçün oğurladığı siqaretlərdən özü də çəkmişdir. O, Zərərçəkmiş şəxs məxsus olan ticarət obyektindən oğurladığı Kent 4 markalı (nazik) siqaretin bir balokunu satış qiymətindən yəni 35,70 (otuz beş manat yetmiş qəpikdən) aşağı qiymətə yəni 32 (otuz iki) manata, Viniston markalı (nazik) siqaretin bir balokunu satış qiymətindən yəni 33,90 (otuz üç manat doxsan qəpikdən) aşağı qiymətə yəni 30 (otuz) manata, LD marakalı (nazik) siqaretin bir blokunu satış qiymətindən yəni 30,20 (otuz manat iyirmi qəpikdən) aşağı qiymətə yəni 27 (iyirmi yeddi) manata, Pall Mall markalı (nazik) siqaretin bir blokunu, satış qiymətindən yəni 25,60 (iyirmi beş manat altmış qəpikdən) aşağı qiymətə yəni 22 (iyirmi iki) manata, Vinchester markalı nazik) siqaretin bir blokunu, satış qiymətindən yəni 25,60 (iyirmi beş manat altmış qəpikdən) aşağı qiymətə yəni 22 (iyirmi iki) manata satmışdır. O, həmin pulları aparıb özü üçün xərcəmişdir. O, Zərərçəkmiş şəxs məxsus işlədiyi ticarət obyektindən maksimum 3000-4000 manat dəyərində siqaretlər oğurladığını, ticarət obyektindən oğurluğu iş vaxtı etmiş, siqaretləri obyektdə gizlətdiyi soyducunun içərisində əynində olan qış gödəkcəsinin içərisinə qoyub obyektin böyük giriş-çıxış qapısından aparıb getmişdir. O, Zərərçəkmiş şəxs məxsus ticarət obyektindən siqaretlərdən başqa başqa heç nə oğurlamadığını və digər yerlərdən oğurluq etmədiyini bildirmişdir. O, oğurluq hadisəsini özü tək etdiyini, heç kimin məlumatı olmadığını, ticarət obyektindən oğurluq etməyini heç kim görməmiş və oğurluq etməyi barədə heç kimə deməmişdir. Onun Zərərçəkmiş şəxs məxsus ticarət obyerktindən oğurluq etdiyini ailə üzvlərindən və ya qohumlarından heç kim bilmir, heç kimin bu barədə heç kimin məlumatı olmamış və onun oğurluq etməyini heç kim görməmişdir. Onun oğurladığı siqaretləri aparıb Bərdə şəhər ərazisində ticarət obyektlərinə satarkən ticarət obyektlərinin sahiblərinə və tanımadığı şəxsə siqaretlərin oğurluq olması barədə hər hansı bir söz deməmişdir. O, siqaretləri satarkən xalası oğlunun firmada işlədiyini və xalası oğlundan siqaretləri alıb üstünə bir manat pul qoyub satdığını demişdir. Bərdə RPŞ-də ona hər hansı təzyiq olmadığını, törətdiyi oğurluq əməlini özü könüllü etiraf etmiş, əməlindən peşmandır. Oğurluq etdikdən sonra Zərərçəkmiş şəxs dəymiş 4000 manat maddi ziyanı ödəmişdir. O, elə bilmişdir ki, ziyan ödənildikdən sonra işi qurtarıbdır. O, öz kəndində və Bərdə rayon ərizisində fəhlə işləməyə utanmış, buna görə gedib Ağdam rayonu, Quzanlı qəsəbəsində usta yanında fəhlə işləyib, orada qalmış, valideynlərindən utandığı üçün evə gəlməmişdir. Onun mobil telefonu xarab olduğuna görə işləməmiş, ona görə də əlaqə saxlaya bilməmişdir. 2023-cü ilin avqust ayının sonlarında o, özü işi ilə maraqlanmaq üçün Bərdə Rayon Polis Şöbəsinə özü gəlmişdir. Buna görə də o, axtarışda olmağını bilməmişdir. Hazırda törətdiyi əməlindən peşman olmasını, zərərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyi, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1992-ci ildən Şuşa rayonu Turşsu qəsəbəsində məcburi köçkün kimi gəlib Bərdə rayonu, Şirvanlı kəndində məskunlaşmışdır. Həmin ünvanda hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kəndin ərazisində ticarət obyekti işlədir. Həmin ticatər obyekdtində ərzaq və tütün məmulatlarının topdan satışı ilə məşğul olur, ticarət obyektində 5 nəfər işçi vardır. O, hər gün səhər 08 darələrində ticatət obyektini açıb axşam saat 18 radələrindək ərzaq və tütün məmulatlarının satışı ilə məşğul olur. Ticarət obyektində fəhlə işləyən Təqsirləndirilən şəxs hərəkətlərindən son vaxtlar şübhələnmişdir. Ticarət obyektinə arada bir qardaşı oğlu Şahid1 gəlib-getmişdir. Həzi təxminən 3-4 gün əvvəl ona demişdir ki, ticarət obyektimdə fəhlə işləyən Elnurun obyektdən siqaret oğurlayaraq Bərdə şəhər ərazisində köşklərə aparıb satmasını ona demişdilər. Qardaşı oğlu Həzi ona bildirmişdir ki, Elnur obyektdə kameralar olduğuna görə siqaretləri aparıb obyektin içərisində olan soyuducunun içərisində gizlədib orada isə əyninə geyindiyi paltarın iç cibinə qoyaraq siqaretləri obyektdən çıxardıb aparıb satır. Bundan sonra o, Elnurun hərəkətlərinə ticarət mərkəzində olan kameralar vasitəsinə nəzarət etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə o, obyektin kamerasına baxarkən xx.xx.2023-cü il tarixdə Elnurun tütün məmulatları olan yerdə müştəriyə yazılan siqaretləri yığarkən tütün məmulatlarından götürüb apararaq soyuducunun içərisinə qoymasını aşkar etmişdir. O, dərhal gedib soyuducunun içərisinə baxanda görmüşdür ki, 3 blok siqaretləri soyuducunun içərisində olan taxtanın altında gizlətmişdir. Elnur xx.xx.2023-cü il tarixdə işə gəlmiş, lakin günortada evə yemək yeməyə getdikdən sonra iş yerinə qayıtmamışdır. Buna görə də o, Elnurun yaşadığı evə gedib Elnuru obyektə çağırıb gətirmişdir. O, Elnurdan obyektdən oğurluq etdiyini soruşanda ona demişdir ki, oğurluq etməmişdir. O, Elnura etdiyi oğurluqların obyektdə olan kameralara düşüdüyünü bildirmiş sonra isə Elnuru aparıb kameraya baxdırmışdır. Bundan sonra Elnur obyektdən son iki ay ərzində təxminən 3-4 min manat məbləğində siqatretləri oğurlayıb aparıb Bərdə şəhərində yerləşən ticarət köşklərinə satdığını ona etiraf etmişdir. O, da polis şöbəsinə gəlib Elnurun obyektdən oğurluq etməsi barədə ərizə yazmışdır. Ona məxsus ticarət obyektindən Elnurun deməsinə görə son iki ay ərzində yəni 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayının 11-dək olan müddət ərzində oğurluq etmişdir, xx.xx.2023-cü il tarixdə obyektin kameralarına baxarkən Elnurun siqaretləri götürüb apararaq obyektdə olan soyuducunun içərisində taxtanın altında gizlədib sonra isə siqaretləri əynində olan paltarın içərisinə qoyub aparmışdır. Təqsirləndirilən şəxs ona məxsus obyektdən Kent, Viniston, LD, Pall Mall, Vincehestr markalı siqaretləri oğurlamışdır. Başqa heç bir əşya oğurlamamışdır. Ona məxsus olan mağazadan vahidinin qiyməti 3.60 manat olan cəmi 720 manat dəyərində 200 qutu “Kent 4” markalı (nazik), vahidinin qiyməti 3.40 manat olan cəmi 850 manat dəyərində 250 qutu “Vinston” markalı (nazik), vahidinin qiyməti 3.10 manat olan cəmi 930 manat dəyərində 300 qutu “LD” markalı (nazik), vahidinin qiyməti 2.60 manat olan cəmi 780 manat dəyərində 300 qutu “PallMAll” markalı (nazik), vahidinin qiyməti 2.60 manat olan cəmi 728 manat dəyərində 280 qutu “Vincester” markalı (nazik) siqaretlərin oğurlanması nəticəsində ümumilikdə ona Təqsirləndirilən şəxs tərəfindən təxminən 4008 manat maddi ziyan dəymişdir. Birinci dəfədir ona məxsus olan ticarət obyektindən oğurluq hadisəsi baş vermişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, onlar barışmışlar, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatda olsa da Bərdə rayonu, Meşəçilik qəsəbəsində ailəsi ilə bilikdə yaşayır. Bərdə şəhəri, H.Əliyev prospektində prospektində yerləşən Şərab evində satıcı işləyir. Həmin mağazada şərab müxtəlif adlarda siqaret və içkilər satır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin dekbar ayındın sonlarında işdə şərab evində olarkən saat 15-16 radələrində şərab evinə sonradan adının Elnur olduğunu bildiyi şəxs mağazaya gəlib ehtiyacı olduğu üçün firmada işləyən xalası oğlundan siqaret alıb hər blokunun üstünə bir manat pul qoyub siqaret satdığını bildirmişdir. Həmin vaxt Elnurun əlində iki blok siqaretlər olmuşdur. Elnurun əlində gətirdiyi siqaretlərin bir bloku Viniston digər bloku isə Kent 4 markalı siqaretlər olmuşdur. O, Elnura siqareti özü istifadə etmək üçün ala bilcəyini demişdr. Elnur Vinistion markalı siqareti satış qiymətindən 33.90 (otuz üç manat doxsan qəpikdən) aşağı qiymətə 30 (otuz) manata satdığı üçün Elnurla razılaşıb bir blokunun 30 (otuz) manata almış, digər Kent 4 markalı siqareti isə satış qiymətindən 35,70 (otuz beş manat yetmiş qəpikdən) aşağı yəni 32 (otuz iki) manata razılaşıb almışdır. Bundan sonra Elnur 2023-cü ilin yanvar ayının 2-də onun işlədiyi şərab evinə gəlib yenədə satdıq siqaretinin olduğunu demişdir. Həmin vaxt Elnur özü ilə PAL MALL markalı, Vinchester, Vinsiston və Kent 4 markalı 3 blok siqaretləri satmaq üçün gətirmişdir. Elnur satdığı siqaretləri satış qiymətindən aşağı qiymətə satdığı üçün o, Elnurdan satdığı siqaretləri alıb şərab evində satmaq qərarına gəlmişdir. O, Elnurdan siqaretlərin oğurluq olub-olmamasını soruşmuş, Elnur da siqaretlərin oğurluq olmadığını xalası oğlu firmada işlədiyini və siqaretləri xalası oğlundan alıb hər blokunun üstünə bir manat qoyub satıb dolandığını bildirmişdir. O, Elnurdan Viniston markalı siqareti satış qiymətindən 33.90 (otuz üç manat doxsan qəpikdən) aşağı qiymətə 30 (otuz) manata, Kent 4 markalı siqareti isə 32 manata, PALL MALL markalı siqareti isə satış qiymətindən 25,60 (iyirmi beş manat altmış qəpikdən) aşağı qiymətə 22 (iyirmi iki) manata, Vinchester markalı siqareti də satış qiymətindən 25.60 (iyirmi beş manat altış qəpikdən) aşağı qiymətə (iyirmi iki) manata razılaşıb almışdır. 2023-cü ilin yanvar ayında bir neçə dəfə Elnur yenədə siqaretləri gətirib ona satmışdır. Bundan sonra Elnur onun yanına gəlib siqaret satdığını və ondan satdığı siqaretləri almağını soruşmuş, o, da pulunun olmadığını və almaq istəmədiyini bildirib Elnurdan siqaretləri almaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs siqaretləri gətirib ona öz dəyərindən aşağı qiymətə satan zaman demişdir ki, xalası oğlu firmada işləyir siqaretləri xalası oğlundan alıb hər blokunun üstünə bir manat qoyub satıb dolanır, Elnur siqaretlərin oğurluq olması barədə ona heç nə deməmişdir, sadəcə ehtiyacı olduğuna görə siqaretləri firmada işləyən xalası oğlundan alıb üstünə bir manat qoyub satdığını dediyi üçün Elnurdan siqaretləri almışdır. Elnurun ona satdığı siqaretlərin oğurluq olmasını bilməmiş, Elnurun satdığı siqaretlərin oğurluq olmasını bilsəydi ondan siqaret almazdı. Təqsirləndirilən şəxs əvvəllər ona siqaret gətirib satmamış, 2022-ci ilin dekabr ayından siqaretləri gətirib yanvar ayının sonlarınadək satmışdır. Elnur siqaretdən başqa ona hər hansı bir əşya gətirib satmamış və təklif etməmişdir. Təqsirləndirilən şəxs ona gətirib satdığı siqaretlərin məbləğini dəqiq deyə bilmir, çünki o, Elnurdan siqaretləri alanda heç bir yerdə qeyd etməmişdir. Onun yadından çıxdığına görə Elnurun ona hansı məbləğdə siqaret satması yadında qalmamışdır. Təqsirləndirilən şəxs gətirib ona satdığı siqaretlərdən qalmamış, Elnurun ona satdığı siqaretləri satmış və həmin siqaretlərdən özü də istifadə edib çəkmişdir. Ona görə də Elnurun ona satdığı siqaretləri təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şuşa şəhəri Xəlil Məmmədov küçəsi ev 1-də qeydiyyatda olsa da Bərdə şəhəri Qarabağ qəsəbəsində ailəsi ilə bilikdə yaşayır. Bərdə şəhəri, H.Əliyev prospektində Sarayın Dairəsi yaxınlığında yerləşən ticarət köşkü qonşusu və tanışı X1 məxsusdur. Onun Orxanla münasibəti yaxşı olduğuna görə Orxan ondan xahiş etmişdir ki, gedib onun yanında arada bir köməklik etsin. O, da Orxanın xahişinə görə Orxanın işi olanda gedib arada bir Orxana köməklik etmişdir. Həmin ticarət köşkündə müxtəlif adlarda siqaretlər, içkilər, loteriya, konturlar satılır, siqaretləri, içkiləri, loteriya və konturlar müxtəlif firmalara məxsus avtomobillər gətirir həmin məhsulları və əşyaları Orxan özü alır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin yanvar ayındın əvəllərində o, Orxana məxsus ticarət köşkündə olarkən axşam tərəfi adını bilmədiyi bir nəfər şəxs köşkə gəlmişdir. Həmin şəxs ona demişdir ki, xalası oğlu siqaret firmasında işləyir firmadan siqaretlər götürüb hər blokunun üstündə 1 manat qoyub satır və əlində üç blok siqaretlər olmuşdur. Adını sonradan bildiyi Elnur adlı şəxs əlində Vinchesret, Kent 4 və LD markalı siqaretləri gətirmişdir. Elnurdan Vinchester markalı siqareti 22 manata, LD markalı siqareti 28 manata, Kent 4 markalı siqareti 32 manata almışdır. Bundan təxminən 5-6 gün keçdikdən sonra Elnur ticarət köşkünə gəlib yenə də satdıq siqaretinin olduğunu demişdir. Həmin vaxt Elnur PAL MALL markalı, Vinisiton markalı və Kent 4 markalı 3 blok siqaretləri satmaq üçün gətirmişdir. O, Viniston markalı siqaretin bir blokunu 30 manata, Kent 4 markalı siqareti bir blokunu 32 manata, PALL MALL markalı siqareti bir blokunu isə 23 manata almışdır. Bundan sonra daElnur bir neçə dəfə yadında qalmayan siqaretləri eyni qiymətə gətirib ona satmışdır. 2023-cü ilin fevral ayının əvəllərində yenədə həmin şəxs siqaret satdığını və ondan siqareti almağını soruşmuş, o, da almaq istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs siqaretləri gətirib ona öz dəyərindən aşağı qiymətə satan zaman demişdir ki, onun xalası oğlu firmada işləyir siqaretləri xalası oğlundan alıb hər blokunun üstünə bir manat qoyub satıb dolanır, Elnur siqaretlərin oğurluq olması barədə ona heç nə deməmişdir, sadəcə ehtiyacı olduğuna görə siqaretləri firmada işləyən xalası oğundan alıb üstünə bir manat qoyub satdığını dediyi üçün Elnurdan siqaretləri almışdır. Elnurun ona satdığı siqaretlərin oğurluq olmasını bilməmiş, Elnurun satdığı siqaretlərin oğurluq olmasını o, bilsəydi Elnurdan siqaret almazdı. Təqsirləndirilən şəxs əvvəllər ona siqaret və ya digər hər hansı bir əşya gətirib satmamış, 2023-cü ilin yanvar ayının əvəllərindən sonlarınadək siqaretləri gətirib satmışdır. Təqsirləndirilən şəxs siqaretdən başqa ona hər hansı bir əşya gətirib satmamış və təklif etməmişdir. Təqsirləndirilən şəxs ona gətirib satdığı siqaretlərin məbləğini dəqiq deyə bilmir, çünki o, Elnurdan siqaretləri alanda heç bir yerdə qeyd etməmişdir. Onun yadından çıxdığına görə Elnurun ona hansı məbləğdə siqaret satması onun yadında qalmamışdır. Elnurun gətirib ona satdığı siqaretlərdən qalmamış, Elnurun ona satdığı siqaretləri satmış və həmin siqaretlərdən o, özü də istifadə edib çəkmişdir. Ona görə də Elnurun ona satdığı siqaretləri təqdim edə bilmir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 23 mart 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu Şirvanlı kəndində yaşayan Zərərçəkmiş şəxs, 11 fevral 2023-cü il tarixdə Bərdə RPŞ-nə müraciət edərək 2022-ci ilin dekabr ayından 2023-cü ilin fevral ayının 11-dək olan müddət ərzində ona məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən ticarət obyektindən Elnur adlı şəxs 4000 (dörd min) manat dəyərində tütün məmulatlarını gizli yolla talayaraq oğurluq etməsini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, 30300063 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 133-134-cü vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 96-97-ci vərəqələrində olan 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, 30300063 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-20-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır Cinayət işinin 64-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2023-cü il tarixli, 9/4726 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tütün məmulatlarının 2022-ci ilin dekabr-2023-cü ilin fevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 4053,00 manat müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 61-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 119-cu vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Şirvanlı kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 40-cı vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 123-131-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, işdə olan işdə olan təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxslərin, şahidin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə əmtəəşanaslıq ekspertizasının rəyi və digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi və Təqsirləndirilən şəxs oğurluq etməsini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi qiymətləndirilmiş, 01 (bir) ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin həmin qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 4000 manat dəymiş maddi ziyan ödənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 01 sentyabr 2023-cü il tarixdə ona elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar