Məhkəmə qərarları › İş №1(021)-19/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-19/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-19/2022 05.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Cəbrayıl rayonu, Tinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin 12 nömrəli X2 Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işləmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının CMnin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 04 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cəbrayıl rayonu, Tinli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının əvvəllərində istintaqla müəyyən olunmayan gündə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə və vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmə cinayətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Bundan başqa, o, törətdiyi dələduzluq əməlindən nəticə çıxarmayaraq, təkrarən tamah niyyətilə 09 noyabr 2009-cu il tarixdən Fövqəladə Hallar Nazirliyinin, X12 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin 12 nömrəli X2 Yanğın profilaktikası sektorunun inspektoru vəzifəsində işləyərkən, 2021-ci ilin təxminən yanvarfevral aylarında tanışı Şahid5 vasitəsilə tanış olduğu Şahid1 övladı Şahid6 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətində yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə Şahid1 əmlakını aldatma və etibarından suiistifadə etmək yolu ilə qəsdən ələ keçirmək məqsədilə özünün Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək Şahid6 həmin Xidmətdə vəzifəyə təyin etdirəcəyini yalandan vəd verib, 06 fevral 2021-ci il tarixdə sonuncu və onun atası Şahid1la Bakı şəhəri, Xırdalan yolu, Masazır dairəsinin yaxınlığında görüşərək qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxs olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşına Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, 10 fevral 2021-ci il tarixdə, saat 01-02 radələrində Mingəçevir-Bərdə-Bəhramtəpə yolunun sağ kənarında, Bərdə rayonu, Qarağacı kəndi ərazisində, “MM Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında, özünə məxsus “VAZ 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Şahid6 iştirakı ilə onun atası Şahid1 10.000 (on min) manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və bu əməli ilə Şahid1 rüşvət verməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 oğlu Şahid6 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək üçün onlardan alacağı rüşvəti, yəni 15.000 manatı həmin nazirliyin vəzifəli şəxslərinə verəcəyini və bunun qarşılığında Şahid6 həmin orqana düzəldə biləcəyini demiş, əslində elə bir vəzifəli şəxslərlə onun nə əlaqəsi, nə də ki, işə kimisə düəltməklə bağlı münasibəti olmuşdur. Məqsədi Şahid1 15.000 manat pulu almaqdan ibarət olmuşdur. Məhz buna görə də, Şahid1 ona etimad edərək, verdiyi 10.000 manatın FHN-nin vəzifəli şəxslərinə çatacağını güman etmişdir. O, Şahid5la qabaqcadan əlbir olmamışdır. Onun Şahid1 alacağı və ya aldığı puldan ona hər hansı bir pay vermək fikri olmamışdır. Əvvəlcədən də, Şahid5la belə bir razılaşma etməmişdir. Onun xx.xx.2021-ci il tarixdə, saat 01-02 radələrində Şahid5la telefon əlaqəsi olmuşdur. Onun Bərdəyə gəlişindən Bəxtiyarın təxminən gecə saat 01 radələrində məlumatı olmuşdur. O, Bəxtiyara nə üçün gəldiyini deməmişdir. Şahid1 görüş yerinə gec gəldiyi üçün, o, Fikrət gələnə kimi Bəxtiyarla da görüşmək istəmişdir. Ancaq Bəxtiyar ona yorğun olduğunu və yatacağını deyərək onunla görüşməyə gəlməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərdi ki, o, 2010-cu ildə X10 ilə evlənmişdir. Evlilikdən iki qız və bir oğlan olmaqla üç övladı dünyaya gəlmişdir. 2009-cu ildən X9 işləməyə başlamışdır. 2009-2011-ci illərdə Sumqayıt şəhər Dövlət X4 yanğın söndürən vəzifəsində, 2011-2017-ci illərdə Abşeron rayon Dövlət X4 köməkçi, növbə rəisi, bölmə rəisi əvəzi, fiziki döyüş hazırlığı üzrə inspektor kimi vəzifələrində, 2017-ci ilin aprel ayında etibarən isə FHN-nin X12 Xidmətinin 12 nömrəli X2 inspektoru vəzifəsində işləmişdir. Bu işlə bərabər avtomobil satışı ilə də məşğul olmuşdur. Onun qayınanasının dayısı oğlu Azay Bərdə rayonu, İmamqulu bəyli kəndində yaşamışdır. Azayın oğlu Zahid FHN-nin X5 bağban işləmişdir. Azay vəfat etdikdə o Bərdə rayonu, İmamaqulubəyli kəndinə yas mərasiminə getmişdir. Azayın oğlu Zahidə görə FHN-nin X6 bir çox işçiləri də yas mərasimində iştirak etmişdirlər. O, Şahid5 ilk dəfə həmin yas mərasimində görmüşdür. Sonradan onun qohumu Samirin də Şahid5la tanışlığını öyrənmişdir. O, Bakıdan Bərdəyə gələndə Bəxtiyarla görüşmüşdür. Müharibə vaxtları tez-tez telefonla zəng edib onun halını xəbər almışdır. O, Bərdəyə gələndə Bəxtiyarla ova getmişdir. Bəxtiyar Bakıya gəldikdə onu qarşılamış, qulluğunda durmuşdur. Getdikcə onların aralarında olan münasibət daha da yaxşılaşmışdır. 2021-ci ilin yanvar ayında Şahid5 ona zəng edərək, Bərdə rayonunda yaşayan tanışının X9 işə düzəldilməsində köməklik etməyini istəmişdir. O, telefonda Bəxtiyara bildirmişdir ki, pandemiya ilə əlaqədar olaraq hazırda işə qəbul dayandırılıb. Heç bir qəbul yoxdur. Əgər tanışı işə qəbul olmaq istəyirsə, rəsmi şəkildə elektron variantda nazirliyə müraciət edə bilər. Bu söhbətdən sonra təxminən 4-5 gün Bəxtiyar onunla əlaqə saxlamamışdır. Növbəti dəfə Şahid5 yenidən ona zəng etmişdir. Bu dəfə onun yanında FHN-nin X12 Xidmətinin 12 nömrəli X2 sürücüsü Şahid7 da olmuşdur. Bəxtiyarla telefonda salam-sağ ol etdikdən sonra ondan yenidən nazirliyə işə qəbulla bağlı bir yeniliyin olubolmadığını soruşmuşdur. Bu dəfə o, Bəxtiyara nazirlikdə adam tapdığını, tanışının X9 işə düzəldə biləcəyimi demişdir. Ancaq Bəxtiyara pul barəsində hələ ki, heç nə deməmişdir. Bir neçə gün sonra o, Bəxtiyara zəng edərək tanışının X3 işə düzəlməsi üçün 15.000 manat pul istəmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, kənd təsərrüfatı ilə məşğul olur. 2020-ci ilin sentyabr-oktyabr aylarında oğlu Şahid6 Fövqəladə Hallar nazirliyinin Bərdə rayon X4 işə düzəltmək qərarına gəlmişdir. Bunun üçün Bərdə rayon İHB-nın Hüseynalılar İƏD-si üzrə nümayəndəsi olan xalası oğlu Şahid3 Haqveri oğluna müraciət etmişdir. Ərşadın uzun müddət dövlət qulluğunda işlədiyi üçün oğlunun işə düzəlməsində özünün əlaqələri vasitəsilə ona köməklik edəcəyini düşünmüşdür. Ərşad bu işdə bizə kömək edə biləcək tanışının olduğunu, həmin şəxslə danışdıqdan sonra ona xəbər edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə nahar vaxtından əvvəl Şahid3 ona zəng edərək Şahid5la danışdığını, bu işin düzələcəyini, Bərdə şəhərində görüşüb söhbət etməli olduqlarını demişdir. O, Şahid3 və Bəxtiyar adlı şəxs Bərdə şəhərində, “əlişin kruqu” adlanan yerdən 50 metr irəlidə, Tərtər rayonuna gedən yol istiqamətində, yolun solunda, ovçular mağazasının qarşısında görüşmüşdürlər. Bəxtiyar ağ rəngli, sonu 421 dövlət qeydiyyat nişanlı “Niva” avtomobilinin içərisində oturmuşdur və Ərşadla onu gözləmişdir. Bəxtiyar tək gəlmişdir. Onlar Bəxtiyarın avtomobilinə yaxınlaşmışlar. Şahid3 Bəxtiyarı onunla tanış etmiş və qeyd etmişdir ki, oğlunu FHN-nə işə düzəltmək istəyən Fikrət Məmmədov bu kişidir. Bəxtiyar artıq Bakıdakı tanışı ilə danışdığını, Fikrətin oğlunun işə düzələcəyini, sadəcə belə işlər üçün “şirniliyin” verilməli olduğunu bildirmişdir. O, Bəxtiyardan “şirniliyin” məbləğini soruşduqda Bəxtiyar 15.000 manat olduğunu demişdir. Ərşad ondan həmin 15.000 manatı verməyə imkanının çatıb-çatmayacağını soruşmuşdur. O, Şahid5 FHN-nin X5 yüksək vəzifədə olduğunu bildiyi üçün etibar etmiş və həyətdəki mal-qaranı sataraq həmin pulu verəcəyimə söz vermişdir. Bəxtiyar ondan 15.000 manatı əvvəlcədən birdəfəlik verməsini istəsə də, o, buna etiraz etmişdir. O, 10.000 manatı əvvəlcədən, oğlu işə düzəldikdən sonra isə qalan 5.000 manatı verməyə razı olmuşdur. Bəxtiyar onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə, səhər vaxtı Ərşad zəng edərək ona 10.000 manatı hazır etməsini, Bakıya, Bəxtiyarın tanışı Təqsirləndirilən şəxs aparıb verməsini bildirmişdir. Mal-qaranın həmin gün satılması çox vaxt aldığından o, gecə vaxtı Bakıya yola düşə bilməmişdir. Bundan sonra Ərşad ona zəng edərək Təqsirləndirilən şəxs özü gəlib Bərdədə ondan 10.000 manatı alacağını demişdir. O, xx.xx.2021-ci il tarixdə “VAZ 2106” markalı avtomobili ilə Bərdə-Yevlax yolunda, Bərdə rayonu, Qarağacı kəndi ərazisində, yolun Bərdə istiqamətində, sağ kənarında, “luk oil” yanacaq doldurma məntəqəsinin əks istiqamətində dayanmışdır. Bu zaman oğlu Rüfət də onunla avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs özünə məxsus “050 967-55-33” mobil nömrəsi ilə onun “051 768-10-00” saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, telefonda Elvinə olduğu yerə necə gələcəyini başa salmışdır. xx.xx.2021-ci il tarixdə, təxminən gecə saat 02 radələrində “VAZ 2107” markalı, göy rəngli avtomobil onlara yaxınlaşmışdır. O və oğlu Rüfət nəqliyyat vasitəsindən düşüb Təqsirləndirilən şəxs VAZ 2107” markalı, göy rəngli avtomobilində oturmuşdurlar. Təqsirləndirilən şəxs yanında təxminən 40 yaşlarında bir kişi də olmuşdur. O, oğlu Şahid6 FHN-də işə düzəldilməsi üçün FHN-nin Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən X6 polkovniki Bəxtiyar adlı şəxslə aralarındakı razılaşmaya əsasən 100 manat və 200 manat əsginazlardan ibarət 10.000 manat pulu “VAZ 2107” markalı, göy rəngli avtomobilin içərisində oğlu Şahid6 və ön tərəfdə oturan 40 yaşlarında olan kişinin iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs və yanında gətirdiyi adam 10.000 manatı sayıb ön oturacaqların arasındakı dirsəkliyin içərisinə qoymuşdurlar. Sonra Elvin onları yenidən Bakıya çağıracağını, deyəcəyi sənədləri də özləri ilə Bakıya gətirmələrini demişdir. O, söhbəti yekunlaşdırmış və Elvinin avtomobilindən düşmüşdür. Elvin və yanındakı adam görüşdükləri yeri tərk etmişdirlər. Bir neçə gün sonra Şahid3 ona zəng edərək Bəxtiyarın onunla görüşmək istədiyini bildirmişdir. Əlişin kruqunda, ovçular mağazasının qarşısındakı çayxanda Bəxtiyar, Ərşad və o birlikdə oturmuşlar. Bəxtiyar digər 5.000 manatı da ondan tələb etmişdir. O isə razılaşmanın belə olmadığını, oğlunun işi düzəldikdən sonra qalan 5.000 manatı verəcəyinə söz verdiyini Bəxtiyara xatırlatmışdır. Bu sözündən sonra Bəxtiyar artıq oğlunun işinin düzəlməyəcəyini, Elvinə zəng edib məlumat verəcəyini bildirmiş və Elvinə verdiyi 10.000 manatı geri götürməyi tapşırmışdır. O, Elvinlə bu məsələ barəsində Bakıda, BDYP-nin yaxınlığında yerləşən çayxanada oturub söhbət etmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağı, Rüfəti komissiyadan özü 5.000 manat verib keçirəcəyini, sonra həmin 5.000 manatı ondan alacağını demişdir. O, Elvinlə razılaşmış və Bərdəyə qayıtmışdır. Həmin söhbətdənv təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edib Rüfətin hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin surətinin, ağ və qırmızı fonda şəkillər, yaşayış yerindən arayış və xəstəxanadan forma 86-nı götürüb Bakıya gəlməsini bildirmişdir. O, bu dəfə Bakıya Rüfətlə birlikdə getmişdir. Elvin onlarla Bakı şəhəri, Beynəlxalq Avtovağzalın yaxınlığında olan körpünün altında görüşmüşdür. Təqsirləndirilən şəxs həmin yerə 01 - - 105 dövlət qeydiyyat nişanlı, mercedes markalı avtomobillə tək gəlmişdir. Elvin onları heç bir idarəyə aparmamışdır. Bu hərəkətləri onu şübhələndirmişdir. Elvin ona Milli Qvardiyada polkovnik vəzifəsində olduğunu bildirsə də, sonradan FHN-nin X12 Xidmətinin 12 nömrəli X4 daxili-xidmət kapitanı rütbəsi ilə inspektor vəzifəsində işlədiyi məlum olmuşdur. Sənədləri Elvinə verib Bərdəyə qayıtdıqdan təxminən 10 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək oğlumun FHN-də işə düzəlməsi baş tutmadığını və aprel ayının 5-i onun Bakıya gəlib 10.000 manatı götürməyini bildirmişdir. Həmin gecə o, Bəxtiyara zəng etmişdir. Bəxtiyar da ona işin alınmadığını və Təqsirləndirilən şəxs tapşırdığını, 5 aprel tarixdə gedib 10.000 manatı geri almağını demişdir. 5 apreldə Təqsirləndirilən şəxs Şahid3 zəng edərək pulu hazır edə bilmədiyini, 20 apreldə Bərdəyə gələrək 10.000 manatı şəxsən ona verəcəyini bildirmişdir. 20 aprel tarixdə Təqsirləndirilən şəxs yanında 3 nəfərlə Bərdəyə gəlmişdir. Pajarninin kruqunda, çayxanada o, Təqsirləndirilən şəxs, Bəxtiyar, Elvinin hacı dediyi əmisi və tanımadığı hündür boylu bir oğlanla birlikdə oturmuşdur. Hacı ona 2.000 manat versə də, o, qəbul etməmiş, Təqsirləndirilən şəxs verdiyi bütöv 10.000 manatın geri qaytarılmasını tələb etmişdir. Hacı ona mayın 1-i evinə gəlib 10.000 manatı şəxsən əli ilə qaytaracağına söz vermişdir. Söz verilən müddət başa çatsa da, pulu qaytarmamışdırlar. Mayın 1-i Ərşad ona zəng edib Bərdə şəhərində Qəhrəmanlar parkında görüşmək istədiyini bildirmişdir. O, Qəhrəmanlar parkına çatdığımı bildirmək üçün Ərşadın mobil telefonuna zəng etmişdir. Ərşad həmin vaxt kabinetdə, Bəxtiyar və onun dostları ilə birgə oturmuşdur. Lakin o, həmin şəxslərin üzlərini görə bilməmişdir. Bəxtiyar onunla görüşmək istəmədiyi üçün kabinetdən çıxmamışdır. Ərşad onun yanına gəlmiş və Bəxtiyara zəng etmişdir. Bəxtiyar ondan mayın 5-nə kimi gözləməsini xahiş etmişdir. Ancaq yenə də pulu geri qaytarmamışdırlar. Elvin bundan sonra iki dəfə ona zəng edib evini satacağını və pulunu geri qaytaracağını desə də, o, Təqsirləndirilən şəxs 10.000 manat pulunu geri ala bilməmişdir. Həmçinin hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı Şahid6 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verədək sonuncun ifadəsində göstərdiyi xüsusatları təstiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, 2000-ci ildən Daxili İşlər nazirliyi nəzdində X16 şöbəsinin inspektoru vəzifəsində, 2010-cu ildən FHN-nin X5 Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti kimi fəaliyyətə başlamışdır. 2013-cü ildən isə FHN-nin X5 Ərazi orqanları ilə iş şöbəsinin rəisi təyin edilmişdir. Bərdə rayon İHB-nın Hüseynalılar kənd İƏD-nin nümayəndəsi Şahid3 uzaq qohumudur. Həmçinin Ərşadın kürəkəni Teymur onun dostudur. Təxminən 2021-ci ilin yanvar ayının sonu, fervral ayının əvvəli Şahid3 “050 326-16-46” saylı mobil nömrəsi ilə onun istifadəsində olan “050 574-10-51” nömrəsinə zəng etmişdir. Ərşad telefonda ona bir qohumunun olduğunu, həmin şəxsin oğlunun işə düzəlməsində köməyinə ehtiyaclarının olduğunu demişdir. O, həmin vaxtlar məzuniyyətdə olmuşdur. Ərşad zəng edərkən o, Bərdə rayonu, Nazırlı, Qılınclı kəndləri yaxınlığında Ovçular mağazasının müdiri Tofiq (sənəddə rəsmi adı Rafiq) ilə birlikdə balıq ovunda olmuşdur. Balıq tutmaqdan qayıtdıqda tanımadığı bir kəndin ərazisində, ərzaq mağazasının yanında Şahid3 ilə görüşmüşdür. Onlar söhbət edərkən sonradan Şahid1 da gəlmişdir. Şahid3 Fikrəti onunla tanış etmişdir. O, Şahid1 ilk dəfə həmin vaxt görmüşdür. Ərşad Fikrəti onunla tanış etdikdən sonra sonuncunun oğlu, Şahid6 X9 işə düzəltmək istədiklərini və bunun üçün vəzifəli şəxs axtardıqlarını bildirmişdir. Ərşad ona bu işi çalış həll etməsini, yekunda Fikrətin “hörmət” edəcəyini demişdir. O, bu barədə maraqlanıb bir cavab verəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edib X9 işə düzəltmək istəyən qohumunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin kadrlar idarəsində tanışı olduğunu, Şahid1 oğlunu FHN-də işə düzəlmə məsələsini həll edə biləcəyini demiş və ondan Ərşadgilə “050 967-55-33” saylı mobil nömrəsini verməyini istəmişdir. O, Təqsirləndirilən şəxs razılığından sonra Ərşada zəng edərək Elvin adlı FHN-də işləyən tanşı olduğunu, Elvinin nömrəsini verəcəyini, özlərinin Elvinlə danışmalı olduqlarını dedmişdir. O, Ərşada Təqsirləndirilən şəxs mobil nömrəsini verdikdən sonra Ərşadgil Elvinlə əlaqə saxlamışdırlar. Şahid1 Bakıya gedərək Təqsirləndirilən şəxslə görüşmüşdür. Sonra Təqsirləndirilən şəxslə Şahid1 özləri vaxt təyin edərək görüşümüşdürlər. Şahid1 Təqsirləndirilən şəxs 10.000 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs Şahid1 oğlunun işə düzəlmə məsələsində müddəti uzatdığı üçün aralarında narazılıq yaranmağa başlamışdır. Elvinin nömrəsini Şahid1 və Şahid3 o verdiyi üçün Elvinlə əlaqə yarada bilmədikdə hər ikisi də ona zəng etməyə başlamışdırlar. Şahid5 ifadəsinə əlavə olaraq bildirdi ki, 8-9 il bundan əvvəl mən Nabranda sanatoriyada olanda Samir adlı Fövqəladə Hallar orqanının əməkdaşı ilə tanış olmuşdur. Samir FHN-nin X12 Xidmətinin Yasamal alayında işləmişdir və rütbəsi polkovnik-leytenantdır. Təxminən 4-5 il əvvəl Təqsirləndirilən şəxs Ağdam rayonu, İmamqulubəyli kəndinə yas yerinə gəlmişdir. Təqsirləndirilən şəxs ilk dəfə orada görmüşdür. Elvinin Samirlə dayı oğlu, bibi oğluduqlarını sonradan bilmişdir. Təqsirləndirilən şəxs Ağdam rayonu, İmamqulubəyli kəndindəki yas yerinə özünə məxsus “VAZ 2107” avtomobili ilə gəlmişdir. Daha çox müharibə vaxtı Elvinlə tez-tez zəngləşərək hal-əhval etmişdir. ilk dəfə imiş ki, Şahid1 oğlu Şahid6 Fövqəladə Hallar orqanına işə düzəltməyi barədə köməklik etməsi üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs 10.000 manatı Şahid1 nə vaxt, harada, hansı şəraitdə və kimin iştirakı ilə alması barədə məlumatı olmamışdır, həmin vaxtlarda Ərşad, Fikrət Elvin və Rüfətlə telefon danışığı olmamışdır. Bərdə rayon Dövlət X2 rəisi Şahid2 oğlunun kirvəsidir. “Pajarninin kruqu” adlanan yerdəki görüşdə o da iştirak etmişdir. Ərşad, özünün dediyinə görə, həmin vaxt Mingəçevirdə olmuşdur. Təqsirləndirilən şəxs 10.000 manatdan 2.000 manatı həmin vaxt gətirmişdir. Lakin Şahid1 razılaşmayaraq bütöv 10.000 manatı istəmişdir. Fikrət, Təqsirləndirilən şəxs 10.000 manatın hamısını gətirməsi üçün 1 ay vaxt vermişdir. Təqsirləndirilən şəxs yanında gələn hacı ləqəbli tanımadığı şəxs Şahid1 1 ay sonra 10.000 mantı Fikrətin evinə şəxsən gətirəcəyi barədə söz vermişdir. Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin 12 nömrəli X4 inspektor vəzifəsində işləmişdir. Rütbəsi daxili-xidmət kapitanı olmuşdur. Bərdə Dövlət X2 əməkdaşı olan Taleh adlı şəxsi Təqsirləndirilən şəxs Bakıya çağırtdırmış və onların görüşündən rəisi Şahid2 məlumatı olmamışdır. Qəhrəmanlar parkında oturarkən orada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsinin Bərdə rayon şöbəsinin rəisi Şahid8, Bərdə rayon Dövlət X2 rəisi Şahid2, Ovçular mağazasının sahibi Tofiq (Rafiq) və Qarabağ hərbi prokurorunun sabiq müavini Babək müəllim də iştirak etmişdir. 15.000 manat pul qarşılğında Təqsirləndirilən şəxs köməyi ilə Şahid6 X9 işə düzəldiləcəyi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsinin Bərdə rayon şöbəsinin rəisi Şahid8, Bərdə rayon Dövlət X2 rəisi Şahid2, Ovçular mağazasının sahibi Tofiq (Rafiq) və Qarabağ hərbi prokurorunun sabiq müavini Babək müəllimin qismən məlumatı olmuşdur. Təqsirləndirilən şəxslə bir neçə dəfə görüşdükdə ona FHN-də yüksək vəzifədə işləyən tanışlarının çox olduğunu, əgər FHN-nə işə düzəlmək istəyən olsa xəbər etməsini, həmin müraciət edənləri FHN-də işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs sadəcə inspektor vəzifəsində işlədiyini bilmişdir. Şahid1la arasında FHN-də oğlunun işə düzəlməsi ilə bağlı söhbət olmamışdır. O, Şahid1 ümumiyyətlə tanımamışdır. Fikrətin hansı kənddən olması barədə belə məlumatım yoxdur. Şahid6 FHN-də işə düzəlməsi üçün 15.000 manat pul lazım olduğu barədə Ərşad və Fikrətə məlumat verməmişdir. Şahid1 Şahid3 qohumu olduğu üçün Fikrət barəsində hər hansı bir problem yaranmasını istəməmişdir. İş üzrə şahid qismində əlavə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid1 ondan sonuncunun oğlunun FHN-də düzəlməsində köməklik göstərməyimi xahiş etmişdirlər. O, onlara Şahid6 FHN-də işə düzəldəcək şəxsi tapan kimi məlumat verəcəyimi bildirmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxslə də təsadüfi telefon danışıqları baş tutmuşdur. Təqsirləndirilən şəxs ona ətrafının yaxşı olduğunu, Fövqəladə Hallar Nazirliyində vəzifəli şəxslərlə əlaqə qurduğunu, FHN-də işə düzəlmək istəyən olarsa, müraciət edə biləcəyini demişdir. Buna görə də, FHN-də Şahid1 oğlunun işə düzəlməsi üçün o, Təqsirləndirilən şəxs “050 967-55-33” saylı mobil nömrəsini Şahid3 vermişdir. Elvinin mobil nömrəsini Şahid3 verdiyi tarix onun dəqiq yadında olmasa da, ancaq həmin mobil nömrəni verdikdə Şahid1 hələ Təqsirləndirilən şəxslə görüşməmişdir. Şahid3 ona tez-tez zəng edib bezdirmişdir. O, sonunda məcbur qalıb Təqsirləndirilən şəxs mobil nömrəsini onlara vermişdir. Onun Təqsirləndirilən şəxs mobil nömrəsini verdikdən, habelə Təqsirləndirilən şəxs Şahid1la Bakı şəhərində görüşdükdən sonra sonuncunun oğlunun FHN-də 15.000 manat qarşılığında işə düzəlməsi danışıqlarında iştirakı olmamışdır. O, ancaq Təqsirləndirilən şəxs Şahid1 oğlunu işə düzəltmədikdən, onlar arasında narazılıq yarandıqdan sonra 10.000 manat pulun geri qaytarılmasında iştirak etmişdir. O, onlarla əlaqə saxlamışdır, çünki Şahid3 və Şahid1la Elvini özü tanış etmişdir. Hər birisi yığıb ondan tez-tez məsləhət almaq istəsələr də, o, söhbəti dəyişmişdir. Bu işdə adının hallanmağını istəməmişdir. O, Şahid1 və Şahid3 15.000 manat pul verilməli olduğunu deməmişdir. Bu sözünü üzləşdirmə istintaq hərəkəti zamanı da onların hər iksinin üzlərin demişdir. O, sadəcə Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş və bir daha onu narahat etməmələri üçün onları Təqsirləndirilən şəxs yönəltmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında xx.xx.2021-xx.xx.2021-ci tarixdə, saat 22-02 radələrində telefon danışıqları olmuşdur. Elvin ona Bərdəyə gələcəyini demişdir. Hətta gecə saat 01 radələrində ona zəng edib Bərdədə olduğunu bildirmişdir. Həmin vaxt o, evində olmuşdur. Elvin onunla görüşmək istəsə də, o razı olmamış, çox yorğun olduğunu demiş və telefonu söndürmüşdür. Təqsirləndirilən şəxs Şahid1 onun oğlunu FHN-də işə düzəltmək adı ilə almış olduğu 10.000 manatdan ona pul verməmiş və vermək fikri də olmamışdır. Onun məqsədi kimdənsə pul almaq olmamışdır. Əksinə, o, dələduzluq əməlləri barədə məlumat aldıqdan sonra Elvinin almış olduğu 10.000 manatı geri qaytarması üçün əlindən gələni etmişdir. Məhkəmə istintaqı zamanı şahid Cəfərov X11 Əsədovun ifadəsinə uyğun ifadə verərək sonuncun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdən etibarən Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsinin Bərdə rayon şöbəsinin rəisi vəzifəsində işləmişdir. Şahid5 mənim dostudur. FHN-nin X6, daxili xidmət polkovnik-leytenantı rütbəsində, Ərazi orqanları ilə iş şöbəsinin rəisi vəzifəsində işləyir. Onlar işdən sonra asudə vaxtlarımızda görüşüb, həmsöhbət olurlar. 01 may 2021-ci il tarixdə Bərdə şəhərində yerləşən Qəhrəmanlar parkında o, Azərbaycan Respublikası FHN-nin X5 Ərazi orqanları ilə iş şöbəsinin rəisi Şahid5, Bərdə rayon Dövlət X2 rəisi Şahid2 və Qarabağ hərbi prokurorunun sabiq müavini Babək müəllim ilə birlikdə oturub çay içmişdirlər. Bu vaxt sonradan tanıdığım Bərdə rayon İHB-nın Hüseynalılar İƏD-nin nümayəndəsi Şahid3 də onlara qoşulmuşdur. Onun Şahid3lə həmin günə kimi və həmin gündən sonra heç bir münasibəti olmamışdır. Tofiq özünə məxsus mobil telefonla Elvin adlı şəxsə zəng etmişdir. Tofiq mobil telefonun səs ucaldıcısını aktivləşdirmişdir. Telefon danışığı zamanı başa düşmüşdür ki, Ərşadın qohumu Fikrət adlı şəxs övladını FHN-də işə düzəltmək üçün Elvin adlı şəxslə görüşüb və ona miqdarını bilmədiyi məbləğdə pul vermişdir. X13 bu məsələyə aidiyyəti olmadığını, pulu özü aldığını, özü də qaytaracağını bildirmişdir. Bundan sonra telefon danışığı yekunlaşmışdır. Ərşad onların oturduqları yeri tərk etmişdir. Bir qədər sonra onlar da çıxıb getmişdirlər. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid8 ifadəsinə uyğun ifadə verədək sonuncun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan oldunan Şahid7 ibidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 29 dekabr 2019-cu il tarixdən FHN X12 Xidmətinin 12 nömrəli X4 sürücü işləmişdir. 1 gün işdə, 2 gün evdə olmuşdur. Evdə olan vaxtlarımda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs FHN-nin X12 Xidmətinin 12 nömrəli X4 daxili xidmət kapitanı rütbəsi ilə inspektor vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə iş yerində tanımışdır. Sonradan onların dostluq münasibətləri yaranmışdır. Onlar ailəvi dost olmuşdurlar. Biri-birilərinin evlərinə gedib gəlmişdirlər. Təqsirləndirilən şəxs onun həmyerlisi, X1 FHN-də işə düzəltmək adı ilə təxminən 1 il əvvəl 10.000 manat pul almışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzluqla məşğuldur. Əliağa Elvinin aldatdığını bildikdən sonra onun barəsində prokurorluğa şikayət etmişdir. Hazırda Əliağanın şikayəti üzrə başlanan cinayət işinin istintaqı davam etməkdədir. O, həmin cinayət işi üzrə şahid qismində iştirak etmişdir. Təxminən 2021-ci ilin aprel ayında onun avtomobili ilə Elvinlə birlikdə Hacıqabul rayonuna Elvin üçün kredit götürməyə getmişdirlər. Hacıqabulda Elvinin tanışı Taleh adlı şəxslə görüşmüşdürlər. Sonra Elvinlə o, Bakıya qayıtmışdır. Yolda Elvinə zəng gəlmişdir. Avtomobildən düşüb telefonla danışmışdır. Elvin ona Talehi Bərdə rayonuna aparmaq lazım olduğunu, yol xərcini isə özü qarşılayacağını bildirmişdir. O, Port Bakunun yaxınlığında ofisində olan əmisi Rahibi də götürmüşdür. Onların üçü də birlikdə Hacıqabula qayıtmışdırlar. Oradan da Talehi götürüb Bərdə rayonuna gəlmişdirlər. Elvin bir neçə gün əvvəl onlar Bakıda olanda Fikrət adlı şəxsə pul borcu olduğunu ona demişdir. Amma Fikrətin harada yaşadığını deməmişdir. Onlar aprel ayında Bərdəyə gəldikdə X21 sakini olduğunu, görüşüb Fikrəti razı salmaq istədiyini bildirmişdir. X22 şikayət edəcəyini demişdir. Gecə saat 03 radələrində Bərdəyə çatmışdırlar. Bərdə X2 işçisi Talehin evində gecələmişdirlər. Növbəti gün səhər tezdən Bərdə şəhərində, pajarninin kruqu adlanan yerdə Şahid1la görüşmüşdürlər. Onun əmisi hacı Rahib bir neçə dəfə böyük kimi Təqsirləndirilən şəxs problemlərini həll etmişdir. Bu dəfə də ona köməklik etmək məqsədilə məsələyə Rahib da müdaxilə etmişdir. Söhbət zamanı Rahib Fikrətin əlinin qabarlarını, onun zəhmətkeş biri olduğunu görüb öz cibindən 2000 manat çıxartmış və Şahid1 tərəf uzatmışdır. Ancaq Fikrət 2000 manatı qəbul etməyib Təqsirləndirilən şəxs vermiş olduğu 10000 manatın bütöv şəkildə geri qaytarılmasını tələb etmişdir. Əmisi hacı Rahibin xahişi ilə Elvinin 10.000 manatı geri qaytarmaq üçün əlavə 1 ay istədiyi müddət barədə Şahid1 razılaşmışdır. Həmin söhbətdən sonra onlar Fikrətlə sağollaşmış və Bakıya geri qayıtmışdırlar. Təqsirləndirilən şəxs bir neçə nəfərin pulunu FHN-nə işə düzəltməklə aldadaraq pulunu talamışdır. Elvin 3 aydır ki, işə gəlməmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 116-117-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 142-144-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 29 avqust 2021-ci il tarixli 4(021)94/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 395-396-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 24 sentyabr 2021-ci il tarixli, 20070 nömrəli məktubuna əlavə olunmuş 01 ədəd “CD” diskə baxış protokoluna əsasən “**********56.txt” adlı faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin Bərdə rayonu, Arabaçılar kəndində qeydiyyatda olan Şahid6 məxsus olduğu müəyyən edildi. Şahid6 istifadə etdiyi mobil nömrə ilə araşdırma zamanı Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edilən 050 967-55-33 saylı mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdə, saat 20:18-dən 01:25:15-dək 9 dəfə telefon danışığı olmuşdur. Anten dairəsinə əsasən Şahid6 həmin vaxt ərzində Bərdə rayonu, Cəyirli kəndi ərazisi yaxınlığında olmuşdur. - “**********51.txt” adlı faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin Başqərvənd kənd sakini Şahid5 məxsus olduğu müəyyən edildi. Şahid5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək olan müddətdə 3 dəfə Təqsirləndirilən şəxslə, 4 dəfə Şahid3lə və 1 dəfə Şahid1la telefon danışığı olmuşdur. - “antenna.xlsx” adlı faylı açıb içərisinə baxış keçirən zaman Şahid1 xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə iki dəfə Bakı şəhərinə gedibBakı şəhəri, Xırdalan yolu, DYPnə yaxın ərazidə Təqsirləndirilən şəxslə görüşmüşdür. - “**********00.txt” adlı faylı açıb içərisinə baxış keçirən zaman Şahid1 istifadəsində olan “051 768-10-00” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “050 967-55-33” saylı nömrə arasında ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə, saat 09:59 dəqiqədə danışıq olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin 06 oktyabr 2021-ci il tarixli, BKC/LGL- 18473/21 saylı məktubuna əlavə olunmuş 01 ədəd “CD” diskə baxış protokoluna əsasən “**********61” saylı mobil nömrənin Şahid5, “.**********94” və “050 967-55-33” saylı mobil nömrələrin isə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Bundan əlavə “SMS_Tarixçəsi__**********1136__555122761” faylını açıb içərisinə baxış keçirilən zaman xx.xx.2021 tarixdə, saat 13:36:04 dəqiqədə Şahid5 istifadəsində olan “**********61” saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan “.**********94” saylı mobil nömrəyə “Masalani.tez.hall.ela.sahar.galirlar.bakiya.arsadnam.fikrat.tez.lap.tez” məzmunlu sms göndərildiyi aşkar edildi. “SMS_Tarixçəsi__**********1140__555122761” adlı faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilən smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. “Zənglərin_Detallaşması__**********4346___555122761” adlı faylı açıb içərisinə baxış keçirən zaman xx.xx.2021-ci il tarixdə, saat 18:30 dəqiqədən xx.xx.2021-ci il tarixdən, saat 01:45 dəqiqəyə kimi Şahid5 istifadəsində olan “**********61” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “050 967-55-33” saylı mobil nömrə arasında müxtəlif fasilələrlə 10 dəfə telefon danışığı olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 25 oktyabr 2021-ci il tarixli, AZF/LGL-28262/21 nömrəli məktuba əlavə edilmiş 01 (bir) ədəd CD diskə baxış protokoluna əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 01:25 dəqiqədən saat 01:48-dək Bərdə rayonu, Samux kəndi ərazisində olmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 noyabr 2021-ci il tarixli, AZF/LGL-27396/21 nömrəli məktuba əlavə edilmiş 01 (bir) ədəd CD disk baxış protokoluna əsasən Şahid7 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Bərdə rayon ərazisi və ona yaxın ərazilərdə olmamışdır. Cinayət işinin 215-ci vərəqəsində olan Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin 09 sentyabr 2021-ci il tarixli, xx/xx-00450 nömrəli məktubuna əsasən FHN-nin DYMX-nin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin 12 nömrəli X2 Yanğın profilaktikası sektorunun inspektoru, daxili xidmət kapitanı Təqsirləndirilən şəxs Tibb Xidmətinin Tibb Mərkəzində 2012-ci ilin dekabr ayında mürəkkəb miopik astiqmatizm, 2013-cü ilin sentyabr ayında bel fəqərəsinin spondilolistezi, vertebrogen lumboişalgiya, xx.xx.2013 - xx.xx.2013- cü il tarixinədək sağ ayaq pəncəsinin irinləmiş-deşilmiş yarası, xx.xx.2014 - xx.xx.2014-cü il tarixinədək sağ əlinin deşilmiş-infeksiyalaşmış yarası, xx.xx.2015-ci ildə sol pəncənin birinci barmağının onixoxriptozu, xx.xx.2016 - xx.xx.2016cı il tarixinədək sol aşıq baldır oynaq bağlarının gərilməsi, xx.xx.2019 - 11,09.2019-cu il tarixinədək sağ daban nahiyyəsinin deşilmiş yarası, xx.xx.2020 - 27.01,2020-ci il tarixinədək sol bazu oynağının postravmatik sinoviti diaqnozları ilə həkim-cərrahın ambulator müalicəsində olmuşdur. Xəstə 2016-cı ildən 2021-ci ilədək müntəzəm olaraq həkim-kardioloqda ÜİX. Gərginlik stenokardiyası İİ FS, Hipertoniya xəstəliyi İİ mərhələ diaqnozları ilə ambulator müalicə almışdır. xx.xx.2016-cı il tarixində Xüsusi Həkim Ekspertiza Komissiyasından keçmiş, xəstəliklər cədvəlinin 44b, 43b maddəsinin İİİ qrafasına və ƏTC-ə əsasən “sıradankənar hərbi xidmətə yararlıdır” rəyi verilmişdir. Cinayət işinin 313-320-ci vərəqələrində olan məhkəmə-fonoskopik ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 4/1265-4/1311 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş 01 ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Həmin yazılı mətndə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1 Bəxtiyar oğluna məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramda montaj əlamətləri müəyyən olunmadı. (aparılmış tədqiqatın dəyəri 200 manat) Cinayət işinin 270-271-ci vərəqələrində olan 17 sentyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şahid1 28-1259282-1 saylı hesabına X15 tərəfindən 10.000 manat pul mədaxil edilmişdir. Cinayət işinin 331-333-cü vərəqələrində olan 21 oktyabr 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun AZ31CTRE******************** saylı depozit hesabına Təqsirləndirilən şəxs tərəfindən 2500 manat pul mədaxil edilmişdir. Cinayət işinin 269-270-ci vərəqələrində olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Bərdə rayonu, Arabaçılar kənd sakini Şahid1 Təqsirləndirilən şəxs ilə barışmışdır, aralarında heç bir mübahisə yoxdur, Şahid1 dəymiş ziyan tam olaraq ödənilmişdir, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Cinayət işinin 229-ci vərəqəsində olan FHN-nin X12 Xidmətinin xx.xx.2021-ci il tarixli, xx/xx-01472 nömrəli məktubuna əsasən xx.xx.1982-cı il təvəllüdlü daxili xidmət kapitanı Təqsirləndirilən şəxs 09 noyabr 2009-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə X12 Xidmətinin 0861/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə “X3 xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu"nun 15.2-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış və xidmət etdiyi müddət ərzində hərbi qulluqçu statusuna malik olmamışdır. Cinayət işinin 230-cu vərəqəsində olan iş yerindən verilən xidməti xasiyyətnaməyə əsasən Yanğın profilaktika sektorunun inspektoru daxili xidmət kapitanı Təqsirləndirilən şəxs hissədə işlədiyi müddət ərzində özünü yaxşı tərəfdən göstərmişdir.Xidməti vəzifənin icrasına məsuliyyətlə yanaşır, mühafizə olunan obyektlərin texnoloji prossesın yanğın təhlükəsizliyini və yanğına qarşı vəziyyətini, yanğın təhlükəsizliyi norma və qaydalarını bilir və əməli işdə həyata keçirməyi bacarır. Yanğın təhlükəli texnoloji avadanlıqların və qurğuların vaxtı-vaxtında təmirinə nəzarət edir, təhkim olunmuş sahədə yanğına qarşı vəziyyəti, su təchizatı sistemini, yanğın söndürmə qurğularının vəziyyətinin yoxlayaraq rəhbərliyə məruzə edir. Fövqəladə Hallar Nazirliyin, DYMX-nin əmr və göstərişlərini düzgün başa düşür, əməli işdə yerinə yetirməyə çalışır. Rəhbərlik tərəfindən verilən tapşırıqları zəif yerinə yetirir. Xidməti davamiyyəti zəifdir, tez-tez səhhəti ilə əlaqədar olaraq xəstəlik vərəqələri təqdim edərək işə gəlməmək hallarına yol verir. Hərbi geyim forması səliqəsizdir. Fiziki cəhətdən zəifdir. Beləliklə, Təqsirləndirilən şəxs iş yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 310-312-ci vərəqələrində olan məhkəmə-psixoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 190 saylı rəyinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir, özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə neyilli deyildir, əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Paktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqasının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət işinin 250-251-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, KQMBİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinə əlavə edilmi Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş notarial qaydada təsdiq olunan şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaq vardır. Cinayət işinə əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut “Xiaoi” markalı 01 ədəd mobil telefon cinayət işi materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərər ödəməsini və barışmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 avqust 2021-ci il tarixdə barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, 03 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanılığı saxlandığı 10 (on) ay 08 (səkkiz gün) müddət -27 avqust 2021-ci il il tarixdən 05 iyul 2022ci il tarixədək olan müddət nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(001)38/2022 saylı hökmündən əvvəl törətmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(001)38/2022 saylı hökmündən apellyasiya şikayəti verilmiş, şikayət təmin olunmamış və hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(001)38/2022 saylı hökmü qanuni qüvvəsini almış, lakin Təqsirləndirilən şəxs həmin hökm üzrə təyin olunmuş cəzasından çəkməmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(001)38/2022 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinin tələbini də nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı ləğv olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-nin 73-1.2-ci maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında , yəni 2500 manat pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun büdcə təsnifat koduna ödəmişdir. Həmçinin iş üzrə müəyyən olunur ki, başqa bir cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin 1(001)38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 04 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Rayon Məhkəməsinin 1(001)38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməsini və onun hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması müəyyən olunduğundan CM-nin 73-1.2-ci maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında , yəni 2500 manat pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun büdcə təsnifat koduna ödənilməsinə əsas yoxdur. Odur ki, ödənilmiş 2500 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Maddi sübut “Xiaoi” markalı 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixindən 05 iyul 2022-ci il tarixinədək həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay 08 (səkkiz ) gün həbsdə və ev dustaqlığında saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)38/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) il 06 (altı) ayı ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə çəksin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 24:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza şəkdiyi müddətdə yaşadığı Abşeron rayonu və işlədiyi Bakı şəhərinin inzibati ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Azərbaycan Respublikası Baş Prokurorluğunun büdcə təsnifat koduna ödənilmiş 2500 manat pul Təqsirləndirilən şəxs geri qaytarılsın. Maddi sübut “Xiaoi” markalı 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar