Məhkəmə qərarları › İş №1(021)-19/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-19/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-19/2024 26.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçisi Müdafiəçi oğlunun Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixində Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Əliyanlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,940 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 21 iyul 2023-cü il tarixdə saat 21:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,940 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişdir, Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə cəzasınının çəkilməmiş 04 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Sonuncu dəfə isə Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, 2003-cü ildən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. O, təxminən 7 gün bundan əvvəl Bakı şəhərində S.Vurğun adına parkda olarkən parkda olan oturacaq masanının üzərində 1 ədəd sellofan kəsiyinə bükülmüş bükülü görmüş və sellofan bükülünü götürüb içərisinə baxanda heroin olduğunu görmüş, narkotik vasitə olan heroini tanıdığına görə götürüb öz şəxsi istifadəsi üçün cibinə qoyoraq üzərində saxlamışdır. O, Bakı şəhərindən çıxıb yaşadığı Bərdə rayonu Əliyanlı kəndində yerləşən fərdi yaşayış evinə gələrək, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21:15 radələrində o, Bərdə şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini bildirmişdirlər. Həmin vaxt o, polislərə həqiqətəndə üzərində narkotik vasitə hesab edilən heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin vaxt polislər ona birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdirlər. O, buna etiraz etməyərək polislərlə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər vardırsa da təqdim etməli olduğu bildirilmişdir. O, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, sol yan cibindən 1 ədəd Prima markalı siqaret qutusunu, 1 ədəd alışqan, 1 ədəd 10 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinaslarını və 1 ədəd sellofana bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində olan kütlənin narkotik vasitə “kakos” olduğunu demişdir. Ondan həmin kütləni haradan əldə etdiyini soruşduqda, o, 7 gün bundan əvvəl Bakı şəhəri S.Vurğun adına parkda olarkən parkda oturacaq masasının üzərindən tapdığını və öz şəxsi istifadəsi üçün götürüb cibinə qoyub, Bərdə rayonuna gətirdiyini bildirmişdir. Bundan sonra o, üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzəridən aşkar edilmiş 1 ədəd sellofan kəsiyi büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,13 qram olması müəyyən edilmişdir. Həmin sellofan kəsiyi bükümündə olan kütlə elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra onun üzərindən aşkar edilmiş “Samsung A7” markalı mobil telefon da ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Onun üzərindən aşkar edilmiş 1 ədəd 10 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinaları da ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra onun üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış aparılması dayandırılmışdır. X6 bildirmişdir ki, 2003-cü ildən narkotik vasitə olan heroindən istifadə edir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, həmin narkotik vasitəni cibində şəxsi istifadəsi üçün saxlamışdır. O, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmiş, xəlvət qəbul etmişdir. O, heç kimə üzərində saxladığı narkotik vasitədən satmamış, nə də heç bir kəsə verməmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni tutulmamışdan təxminən 7 gün əvvəl Bakı şəhəri S.Vurğun adına parka olan oturacaq masasının üzərindən tapmışdır. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüş, vəkili Ayna Nəsirlidən başqa həmin halı kimsə də görməmişdir. Polislər də onu saxlayanda tək olmuş, yanında heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamışdır. O, əvvəllər narkotik vasitəni bir neçə dəfə tapıb istifadə etmiş, lap əvvəllər tanımadığı şəxslərdən bir neçə dəfə almış, o şəxsləri də tanımamış, yadında qalmamışdır. O, istifadəsində “Samsung A7” markalı mobil telefonunda ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş “Samsung A7” markalı mobil telefonu polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, ailəli olmasını, azyaşlı övladının nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CABnin rəisi, polis polkovnik-leytenantı Şahid1, ifadəsində göstərmişdir ki, 21 iyul 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Əliyanlı kəndində yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 21 iyul 2023-cü il saat 21:15-də Təqsirləndirilən şəxs Bərdə şəhəri, Heydər Əliyev prospektində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İftixar Səfərov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofan bükülünü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra həmin şəffaf sellofan bükülünün içərisində narkotik vasitə hesab edilən “kokos” adlandırılan maddə olduğunu bildirmiş, bundan əlavə əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd “Samsung Galaxy A7” markalı mobil telefon çıxardaraq masanın üzərinə qoymuş, şalvarın sol yan cibindən isə 1(bir) ədəd alışqanı, 1(bir) ədəd siqaret qutusunu, 1(bir) ədəd A41017558 nömrəli 1 manatlıq, 1(bir) ədəd A68562498 nömrəli 10 manatlıq pul əskinasını masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxs üzərinə axtarış keçirmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükülünün içərisində olan kütlə ilə birlikdə Bakı şəhərində, Səməd Vurğun parkında skamyanın üzərindən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil Samsung Galaxy A7 markalı mobil telefon olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükülünün içərisinə baxış keçirilmiş, narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən olunmuş, daha sonra həmin şəffaf rəngli sellofan bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1.13 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan kütlə ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung Galaxy A7” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün bir ədəd ağ rəngli zərfə qablaşdırılaraq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd A41017558 nömrəli 1 manatlıq, 1(bir) ədəd A68562498 nömrəli 10 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etdiyi üçün ağ rəngli zərfə qablaşdırılaraq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd alışqan və bir ədəd siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib etməməsi soruşulmuş və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin şəffaf rəngli sellofan bükülünün özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X4 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuşdur. Proses iştirakçları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin KTQ-nun baş isntektor-kriminalisti vəzifəsində işləyən, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 22 iyul 2023-cü il tarixli “cinayət işi başlamaq və aidiyyatı üzrə göndərmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 22 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru İftixar Səfərov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və həmin tarixdə istintaq aidiyyatı üzrə göndərilmişdir. Cinayət işinin 7-46-cı vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanılmasına səbəb 21 iyul 2023-cü il tarixdə saat 21:15 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlamasında və istifadəsində şübhəli bilinən Bərdə şəhəri Gəncə küçəsi ev 2-də qeydiyyatda olmaqla Bərdə rayonu Əliyanlı kəndində yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,940 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 21 iyul 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 21 iyul 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)205/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilərək xx.xx.2023-cü il tarixdə məhkəmə zalından dərhal həbsə alınmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 22 iyul 2023-cü il tarixli 16/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “.....Təqsirləndirilən şəxsnnun üzərindən götürülmüş maddi sübut..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd, şəffaf rəngli sellofan bükülünün içərisində olan kütlənin təmiz çəkisi 0,940 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroin təmiz çəkisi-0,940 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,890 qramdır. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1623 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinin sui-istifadəsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-124-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)109\2019 saylı 19 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1-28/2-1133/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs, xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur, xəstəxananın Narkoloji kabinetində “Tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 137-148-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə ümumilikdə təmiz çəkisi 0,940 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,890 qram qalmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş və 21 iyul 2023-cü il tarixdə üzərinə şəxsi axtarış və götürülmə aparılmasını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə cəzasının çəkilməmiş 04 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırki iş üzrə cinayət əməlini 2023-cü ilin iyul ayında törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 23 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 23 iyul 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, daha sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)205/2023 saylı qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilərək xx.xx.2023-cü il tarixdə məhkəmə zalından dərhal həbsə alınmışdır. Ona görə də, cəzasının əvvəli 06 noyabr 2023-cü il il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (xx.xx.2023-cü il tarixdən -xx.xx.2023-cü il tarixədək) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan qalıq-0,890 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixindən 23 iyul 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan qalıq-0,890 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar