Məhkəmə qərarları › İş №1(021)-191/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-191/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-191/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-ci ildə Bərdə rayonu Körpüqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Körpüqıran kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Füzuli küçəsi təzə məhlələrdə yaşamış və hazırda Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədə 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyini, həmçinin 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəşə yararlı PB-4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə və atəşə yararlı 11 ədəd patron və 02 ədəd zavodu üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı qanunsuz olaraq əldə edərək yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi təzə məhəllədə yerləşən fərdi yaşayış evinin zirzəmisində saxlamış, 05 avqust 2022-ci il tarixdə saat 09:50 radələrində arvadı Şahid3 Bərdə rayon Polis Şöbəsinə şikayət ərzəsi əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı qeyd edilən evə baxış keçirilən zaman evin zirzəmisindən 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyi, həmçinin 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəşə yararlı PB- 4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə və atəşə yararlı 11 ədəd patron və 02 ədəd zavodu üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Füzuli küçəsi təzə məhəllədə yaşayır, evlidir və himayəsində 6 azyaşlı uşağı vardır, rəsmi heçbir yerdə işləmir, lakin “santexnik” ustası işləyir, bundan başqa boş vaxtlarında öz avtomobililə çaylaqlarda və digər zibillik tökülən yerlərdə mis yığır, yaşadığı evdə atası Bəkir İsmayılovdan 1 ədəd tək lülə 16 kalibirli ov tüfəngi yadigar qalmışdır və o həmin silahı yaşadığı evin zirzəmisində saxlamışdır. Təxminən 5 il bundan qabaq həmin silahın qundaq və lüləsi çürüdüyü üçün kəsmiş, elə zirzəmidə də gizlətmiş, 04 avqust 2022-ci il tarixdə arvadı Şahid3 ilə aralarında olan telefon danışığı zamanı mübahisə baş vermişdir və buna görə də Şahid3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq onun qanunsuz olaraq odlu silah saxlamağı haqqında məlumat vermişdir. Buna görə də 05 avqust 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evin qarşısına gəldilər və evdə qanunsuz olaraq odlu silah saxlamağı barədə məlumat daxil olduğunu bildirdilər. Həmçinin yaşadığı evə baxış keçirməli olduqlarını bildirdilər. O, da səmimi olaraq yaşadığı evin zirzəmisində odlu silah gizlətdiyini və baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra onlar həyətə daxil olmuşlar və o, evinin alt hissəsi olan zirzəmidə 1 ədəd 16 kalibrli tək lülə və qundağı kəsik ov tüfənginin olduğu və 3 ədəd patron olduğunu bildirmiş, bundan sonra zirzəmiyə düşərək ordan həmin ov tüfəngini və 3 ədəd patronu təqdim etmişdir. Daha sonra polis əməkdaşları zirzəmiyə baxış keçirdilər və zirzəmidən heç kimin xəbəri olmadığı 1 ədəd “Makarov” tipli tapança, 2 ədəd həmin tapançaya məxsus daraq və 11 ədəd tapança patronu aşkar edildilər, o, həmin silahın və patronlarında özünə məxsus olduğunu etiraf etmiş, belə ki, həmin “Makarov” tipli tapançanı, 2 ədəd darağı və 11 ədəd patronu təxminən 4 il bundan qabaq Bərdə şəhərində “kariyer” adlanan ərazidə mis axtaran zaman tapmışmışdır, onda maraq yarandığı üçün həmin silahı və daraqları götürmüş, evdə həmin darağlara baxan zaman 11 ədəd patron olduğunu görmüş, patronları və silahı paslandığı üçün limon duzunun suyuna qoyaraq pasın açmışdır. Makarov tapançasına da püskürtmə boya ilə qara rəng vurmuşdur. O, həmin tapançanı da zirzəmidə gizlətmişdir. Ailə üzvlərinində həmin tapançadan xəbəri olmamışdır. Yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 3 ədəd tüfəng üçün tutulan patron, 1 ədəd "Makarov" tipli tapança, 11 ədəd tapança patronu və iki ədəd daraq ona məxsusdur. Baxış zamanı təqdim etdiyi silahlar, daraqlar və patronlar ekspertiza tədqiqatına təqdim ediləcəkləri bildirilməklə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamış, bundan sonra onu polis şöbəsinə dəvət etmişlər, şübhəli şəxs qismində tutulmuş, sonra isə səhəri gün onu evə buraxmışlar. Təqsirləndirilən şəxs həmçinin ifadəsində qorxuduğu üçün həmin silahları və patronları təhvil vermədiyini, yaşadığı evdən aşkar edilərək götürülmüş odlu silahlar və döyüş sursatından başqa heç yerdə qanunsuz əşya və ya predmet saxlamadığını, həmin ov tüfəngindən təxminən 30 il bundan qabaq bayramlarda istifadə etdiyini, lakin “Makarov” tipli tapançadan əvvəllər heç vaxt istifadə etmədiyini, tüfəngin evdə olmasın ailə üzvləri bildiyini, lakin tapançadan heç kimin xəbəri olmadığını, tüfəng, tapança və döyüş sursatını saxlaması və ya istifadə etməsi üçün heç kimə verməmiş, yalnız özündə saxlamışdır. Məhkəmədən himayəsində azyaşlı övladlarının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 05 avqust 2022-ci il tarixdə polis şöbəsində istintaq-əməliyyat qrupunun üzvü imiş, saat təxminən 09:30 radələrində Bərdə RPŞ-nin NH-yə DİN-nin 102 Xidməti-X5 şəhərində yeni yaşayış massivində yaşayan Şahid3 evdə əri Təqsirləndirilən şəxs məxsus 3 ədəd patron və lüləsi kəsilmiş tüfəng aşkar etməsi barədə məlumat daxil olmuş, müvafiq təlimatla istintaq-əməliyyat qrupunun üzvləri, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2, İTB-nin polis sahə rəisi Şahid4 və rayon Polis Şöbəsinin TBnin təhqiqatçısı Orxan Məmmədovla birlikdə həmin ünvana yollanmışlar. Yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs və Şahid3 görüb yaxınlaşaraq, Şahid3 yaşadıqları evdə 3 ədəd patron və lüləsi kəsilmiş tüfəng aşkar etməsi barədə məlumat verdiyini, buna görə də yaşadıqları evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid3 yaşadıqları evə baxış keçirilməsinə heç bir etirazları olmadıqlarına dair ərizə ilə müraciət etmişlər, Təqsirləndirilən şəxs evdə həqiqətən də odlu silah olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadıqları evin zirzəmisindən 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəng və 3 ədəd patronu təqdim etmiş, sonra tərəflərindən zirzəmiyə baxış keçirilən zaman oradan 1 ədəd Makarov tipli tapança, 11 ədəd 9x18 mm kalibrli patron və 2 ədəd Makarov tipli tapançaya məxsus daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəngin atasından ona yadigar qaldığını, Makarov tipli tapançanı isə tapdığını bildirmişdir. Ardınca aşkar olunmuş silahlar, patronlar və daraqlar zərflərə və polietilen torbaya qoyularaq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “94” saylı möhürü ilə möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Bundan başqa baxış zamanı digər əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə polis şöbəsində istintaq-əməliyyat qrupunun üzvü olmuşdur, saat təxminən 09:30 radələrində Bərdə rayon Polis Şöbəsinin NH-yə DİN-nin 102 Xidməti-X5 şəhərində yeni yaşayış massivində yaşayan Şahid3 evdə əri Təqsirləndirilən şəxs məxsus 3 ədəd patron və lüləsi kəsilmiş tüfəng aşkar etməsi barədə məlumat daxil olmuş, müvafiq təlimatla istintaq-əməliyyat qrupunun üzvləri, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2, İTB-nin polis sahə rəisi Şahid4 və rayon Polis Şöbəsinin təhqiqatçısı Orxan Məmmədovla birlikdə həmin ünvana yollanmışlar. Yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs və Şahid3 görüb yaxınlaşaraq, Şahid3 yaşadıqları evdə 3 ədəd patron və lüləsi kəsilmiş tüfəng aşkar etməsi barədə məlumat verdiyini, buna görə də yaşadıqları evə baxış keçiriləcəyi bildirilmişik. Təqsirləndirilən şəxs və Şahid3 yaşadıqları evə baxış keçirilməsinə heç bir etirazları olmadıqlarına dair ərizə ilə müraciət etdilər, Təqsirləndirilən şəxs evdə həqiqətən də odlu silah olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadıqları evin zirzəmisindən 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəng və 3 ədəd patronu təqdim etmiş, sonra tərəflərindən zirzəmiyə baxış keçirilən zaman oradan 1 ədəd Makarov tipli tapança, 11 ədəd 9x18 mm kalibrli patron və 2 ədəd Makarov tipli tapançaya məxsus daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəngin atasından ona yadigar qaldığını, Makarov tipli tapançanı isə tapdığını bildirmişdir. Ardınca aşkar olunmuş silahlar, patronlar və daraqlar zərflərə və polietilen torbaya qoyularaq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “94” saylı möhürü ilə möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Bundan başqa baxış zamanı digər əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Füzuli küçəsi yeni yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs onun əridir. Onunla 1991-ci ildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 1 övladları dünyaya gəlmişdir. Övladı ailə qurduqdan təxminən 20 il sonra olmuşdur. Həmin müddət ərzində çox mehriban olmuşlar, aralarında heç bir söz-söhbət olmamışdır. Lakin uşaq olduqdan sonra Yurik ailəyə qarşı soyumağa başlamış, onun niyə belə etdiyini əvvəllər başa düşmürmüş, lakin bir müddət sonra ona xəbərlər çatmışdır ki, Yurikin başqa ailəsi vardır, həmin ailəsindən də uşaqları dünyaya gəlmişdir. Lakin o, bunlara inanmırmış, Yurik hər axşam evdə gəlib qalırmış, onun övladı Şükür 6 yaşında məktəbə gedən zaman orda bilmişdir ki, Yurikin başqa övladı da vardır. Həmin uşağı özü görmüşdür. Bundan sonra ailəsində söz-söhbətlər yaranmışdır. O, Yurikin atasından qalma 16 kalibrli silahı olduğundan xəbərim var imiş, lakin Yurikin həmin silahdan istifadə etdiyini heç vaxt görməmişdir. Həmin silahın rəsmi sənədinin olubolmamasını bilmirmiş, 05 avqust 2022-ci il tarixdə evdə olan zaman o, Yurikin başqa ailəsindən 5-ci uşağının anadan olmasını eşitmiş, həmin vaxt əsəbləşib Yurikə zəng etmiş, onun övladının hazırlığa getməyə pulun olmamasını, 5-ci uşağı neynədiyini soruşmuşdur. Yurik də bildirmişdir ki, “mənim uşağım deyil”. O da Yurikin paltarlarını evdən yığmış, bir taksi çağırıb paltarlarını anası evinə aparmış, özüm də DİN-nin 102 xidmətinə zəng edib polisə məlumat vermişdir. Polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər, həmin vaxt Yurik də evə gəlmiş, polislər yaşadığı evə baxış keçirməyə etirazının olub-olmamasını soruşmuşlar, onlar da etirazları olmaması barədə ərizə yazmışlar. Sonra videoçəkiliş ilə evə baxış keçirilmiş, baxış zamanı lüləyi və qundağı kəsilmiş 16 kalibrli tüfəng 3 ədəd patron, 1 ədəd Makarov tapançası və onun 11 ədəd patronu aşkar edilərək götürülmüşdür, Makarov tipli tapançanın onların evində olmasından xəbəri olmamışdır. O evdə silah olmasından qorxduğu üçün silahın götürülməsini istəmişdir. Yurikin həbs olunmasını istəməmişdir. Onun tutulması oğlunun psixologiyasına və sağlamlığına çox pis təsir edir. Azyaşlı oğlunun xatirinə ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İbtidai istintaqda şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2022-ci il tarixdə polis şöbəsində istintaqəməliyyat qrupunun üzvü imiş, saat təxminən 09:30 radələrində Bərdə RPŞ-nin NH-yə DİN-nin 102 Xidməti-X5 şəhərində yeni yaşayış massivində yaşayan Şahid3 evdə əri Təqsirləndirilən şəxs məxsus 3 ədəd patron və lüləsi kəsilmiş tüfəng aşkar etməsi barədə məlumat daxil olmuş, müvafiq təlimatla istintaq-əməliyyat qrupunun üzvləri, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2, İTB-nin polis sahə rəisi Şahid4 və RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Məmmədovla birlikdə həmin ünvana yollanmışlar. Yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs və Şahid3 görüb yaxınlaşaraq, Şahid3 yaşadıqları evdə 3 ədəd patron və lüləsi kəsilmiş tüfəng aşkar etməsi barədə məlumat verdiyini, buna görə də yaşadıqları evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid3 yaşadıqları evə baxış keçirilməsinə heç bir etirazları olmadıqlarına dair ərizə ilə müraciət etmişlər, Təqsirləndirilən şəxs evdə həqiqətən də odlu silah olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadıqları evin zirzəmisindən 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəng və 3 ədəd patronu təqdim etmiş, sonra tərəflərindən zirzəmiyə baxış keçirilən zaman oradan 1 ədəd Makarov tipli tapança, 11 ədəd 9x18 mm kalibrli patron və 2 ədəd Makarov tipli tapançaya məxsus daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd lüləyi və qundağı kəsilmiş tüfəngin atasından ona yadigar qaldığını, Makarov tipli tapançanı isə tapdığını bildirmişdir. Ardınca aşkar olunmuş silahlar, patronlar və daraqlar zərflərə və polietilen torbaya qoyularaq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “94” saylı möhürü ilə möhürlənməklə qablaşdırılıb götürülmüşdür. Bundan başqa baxış zamanı digər əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nаzirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının 07 avqust 2022-ci il tаriхli 22/526R nömrəli rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd PB-4496 N-li silah zavod üsulu ilə keçmiş SSRİdə 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 11 ǝdəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar.

3. Tədqiqata təqdim edilmiş 02 ədəd əşyalar, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağlarıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.

4. Tədqiqata təqdim edilmiş 01 ədəd И-73789 N-li silah, keçmiş SSRİ dövlətində zavod üsulu ila ljevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir ve odlu yivsiz silahdır.

5. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yararlıdırlar. Qeyd: Təqdim edilmiş 11 ədəd 9 mm kalibrli patronlardan 03 ədədivə 03 ədəd 16 kalibrli ov patronlarından 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyini, ekspert tədqiqindən sonra qalan 02 ədəd ov patronu və 01 ədəd PB-4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançanı, tapançaya aid 2 ədəd darağı və ekspert tədqiqindən sonra qalan 08 ədəd 9x18 mm kalibrli döyüş sursatı maddi sübut hesab olunaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübut otağına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Kələntərli kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Körpüsındıran kəndində qeydiyyatdadır, lakin Bərdə şəhəri, Füzuli küçəsində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 19 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavabından görünür ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Tədbirlər zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş silahlarla başqa cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir, həmçinin 01 ədəd 16 kalibrli İJ-K modelli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyini və 01 ədəd PB-4496 N-li 9 mm kalibrli, Makarov konstruksiyalı tapançanı kimdən və haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyini, həmçinin 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəşə yararlı PB-4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə və atəşə yararlı 11 ədəd patron və 02 ədəd zavodu üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı qanunsuz olaraq əldə edərək yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi təzə məhəllədə yerləşən fərdi yaşayış evinin zirzəmisində saxlamış, 05 avqust 2022-ci il tarixdə saat 09:50 radələrində arvadı Şahid3 Bərdə rayon Polis Şöbəsinə şikayət ərzəsi əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı qeyd edilən evə baxış keçirilən zaman evin zirzəmisindən 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyi, həmçinin 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəşə yararlı PB- 4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə və atəşə yararlı 11 ədəd patron və 02 ədəd zavodu üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyini, həmçinin 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəşə yararlı PB-4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə və atəşə yararlı 11 ədəd patron və 02 ədəd zavodu üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı qanunsuz olaraq əldə edərək yaşadığı Bərdə şəhəri, Füzuli küçəsi təzə məhəllədə yerləşən fərdi yaşayış evinin zirzəmisində saxlamış, 05 avqust 2022-ci il tarixdə saat 09:50 radələrində arvadı Şahid3 Bərdə RPŞ-yə şikayət ərzəsi əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı qeyd edilən evə baxış keçirilən zaman evin zirzəmisindən 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyi, həmçinin 01 ədəd texniki cəhətdən saz vəziyyətdə olan atəşə yararlı PB-4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan istifadəyə və atəşə yararlı 11 ədəd patron və 02 ədəd zavodu üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhz bu baxımdan məhkəmə hazırki cinayət üzrə sanksiya daxilində daha yüngül cəzaların olmasını nəzərə alıb hazırki iş üzrə törədilmiş cinayətə görə təyin edilən cəza elə formada təzahür etməlidir ki, həmin cəza özü-özlüyündə “cəzaların böhranını” yaratmamış olsun. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağın olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş 06 noyabr 2022-ci il tarixdə azad edilmişdir. 09 noyabr 2022-ci il tarixdə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd texniki cəhətdan saz vəziyyətdə atəş üçün yararlı olan lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş И-73789 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1956-cı ildə istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli odlu yivsiz silah hesab edilən ov tüfəngi kəsiyini, ekspert tədqiqindən sonra qalan 02 ədəd ov patronu və 01 ədəd PB-4496 N-li zavod üsulu ilə keçmiş SSRİ-də 1975ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançanı, tapançaya aid 2 ədəd darağı və ekspert tədqiqindən sonra qalan 08 ədəd 9x18 мм kalibrli döyüş sursatı hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 05 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün, həbsdə saxlamanın müddətinin azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Bərdə rayon Polis Şöbəsində saxlanılan 1 ədəd İU-3285 nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1967-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı odlu yivli silah olan AKM modelli avtomatı, həmin silaha aid 1 ədəd 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş darağı və darağın içərisində 1 ǝdəd döyüş sursatı olan 1973-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən, 01 ədəd giliz zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsi olan atılmış-giliz hökm qanuni qüvvəsini aldıqdan məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar