Məhkəmə qərarları › İş №1(021)-192/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-192/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-192/2022 23.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qaraməmmədli kədində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayon Əliyanlı kəndində yerləşən birgə nikah dövründə yeni inşa etdirdikləri fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində, yəni həmin evdə yaşamaqla bağlı arvadı Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı ilə ögey qızı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə onu anasından aralaşdırmaq üçün bir dəfə vuraraq sonuncuya sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin kəsilmiş yarası xəsarəti ilə müşaiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ilə ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 2əşən “Tural” çörək zavodunda fəhlə işləyir, 2016-cı il tarixdə Bərdə şəhərində yaşayan Şahid1 ilə tanış olmuş, onunla telefon vasitəsilə danışırmış, həmin vaxt Cəmilə rəsmi olaraq evli olsa da atasıgilin yanında yaşayırmış. 2017-cı ildə Cəmilə rəsmi olaraq ayrılmışdır. O, 2017-ci ildə Bərdə rayonu Əliyanlı kənd bələdiyyəsindən 1 sotu 600 manat olmaqla 4 sot torpaq almışmış, həmin torpaqda özləri üçün ev tikdirmək fikri var imiş, o iş yerində “lotereya” oynayırmış, pulu götürən kimi evin tikintisi üçün xərcləyirmiş. O, öz pulu ilə ilk 8x8 m ölçüdə bünövrə tökdürmüş, həmin bünövrənin puluna Cəmilə kömək etməmişdir. 2018-ci il tarixdə Cəmilə ilə ailə qurduqdan sonra yavaş-yavaş evin tikintisinə başlamışlar. Lotoreyada öz növbəsində bütöv pul götürən kimi tikintiyə başlayırmış, hər dəfə pul götürəndə evin bir hissəsinin tikintisi ilə məşğul olurmuşdur. Cəmilə də arabir evin tikintisi üçün köməklik edir, pul verirmiş, 2022-ci ilin iyun ayında evin içərisində yerin taxtaların döşətdirmiş, tavana isə alçipan vurdurmuş, lakin evin qapıları qoyulmamışdır. Evin pəncərələrində öz puluyla düzəltdirmişdir. İndiyə qədər müxtəlif vaxtlarla Cəmilə evin təmir-tikintisi üçün ona müxtəlif məbləğlərdə pullar vermişdir. Onlar bu işləri rəsmi olaraq evli olduqları müddətdə etmişlər, hadisədən təxminən 3-4 gün qabaq Cəmilə 2 döşək və 1 ədəd taxta çarpayı gətirib evə qoymuşdur. Lakin orda yaşayış olmayıb. İndiyə kimi Cəmilə ilə aralarında bir neçə dəfə münaqişə olmuşdur. O, rəsmi olaraq ayrılmaq üçün Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, bir dəfə məhkəmə iclasında olmuşdur. 23 iyul 2022-ci il tarixdə saat 21 radələrində axşam saatlarında evə baş çəkmək üçün Əliyanlı kəndinə getmiş, evə çatanda orda Cəmilə, anası Roza, qızları Fatimə və Mədinə var olmuş, sonradan isə bacısı İradə və bacı qızı Aynur da ora gəlmiş, o, evə çatan kimi onlar üstünə gəlmiş, ona “sən kimsən bura gəlmisən?” demiş və sonra isə onu daşlamışlar. Həmin vaxt Cəmilə ilə aralarında mübahisə olmuş, bu zaman Fatimə Cəmilənin yanına gəlib onun qolundan tutmuş, O Fatiməyə aralaşmasını bildirmiş, lakin Fatimə uzaqlaşmamışdır. Lakin o, Fatiməni vurmamışdır. Sadəcə Fatiməni itələmişdir. Bundan sonra avtomobilin yük yerində olan ehtiyyat 1 lt benzini götürüb evə qayıtmış, benzini evin içərisinə tökmüş, kibrit ilə yandırmışdır. Ev alovlanmağa başlayan zaman əlində olan benzində partlamış və onu çölə atmışdır. Bundan sonra özünə gəlib evdən çıxıb getmişdir. Evi yandıran zaman evdə heç kim olmamışdır. Onun kimisə öldürmək fikri olmamışdır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Halbuki ibtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü törədilmiş cinayət əməlində tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 2əşən “Tural” çörək zavodunda fəhlə işləyir, 2016-cı il tarixdə Bərdə şəhərində yaşayan Şahid1 ilə tanış olmuş, onunla telefon vasitəsilə danışırmış, həmin vaxt Cəmilə rəsmi olaraq evli olsa da atasıgilin yanında yaşayırmış. 2017-cı ildə Cəmilə rəsmi olaraq ayrılmışdır. O, 2017-ci ildə Bərdə rayonu Əliyanlı kənd bələdiyyəsindən 1 sotu 600 manat olmaqla 4 sot torpaq almışmış, həmin torpaqda özləri üçün ev tikdirmək fikri var imiş, o iş yerində “lotereya” oynayırmış, pulu götürən kimi evin tikintisi üçün xərcləyirmiş. O, öz pulu ilə ilk 8x8 m ölçüdə bünövrə tökdürmüş, həmin bünövrənin puluna Cəmilə kömək etməmişdir. 2018-ci il tarixdə Cəmilə ilə ailə qurduqdan sonra yavaş-yavaş evin tikintisinə başlamışlar. Lotoreyada öz növbəsində bütöv pul götürən kimi tikintiyə başlayırmış, hər dəfə pul götürəndə evin bir hissəsinin tikintisi ilə məşğul olurmuşdur. Cəmilə də arabir evin tikintisi üçün köməklik edir, pul verirmiş, 2022-ci ilin iyun ayında evin içərisində yerin taxtaların döşətdirmiş, tavana isə alçipan vurdurmuş, lakin evin qapıları qoyulmamışdır. Evin pəncərələrində öz puluyla düzəltdirmişdir. İndiyə qədər müxtəlif vaxtlarla Cəmilə evin təmir-tikintisi üçün ona müxtəlif məbləğlərdə pullar vermişdir. Onlar bu işləri rəsmi olaraq evli olduqları müddətdə etmişlər, hadisədən təxminən 3-4 gün qabaq Cəmilə 2 döşək və 1 ədəd taxta çarpayı gətirib evə qoymuşdur. Lakin orda yaşayış olmayıb. İndiyə kimi Cəmilə ilə aralarında bir neçə dəfə münaqişə olmuşdur. O, rəsmi olaraq ayrılmaq üçün Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, bir dəfə məhkəmə iclasında olmuşdur. 23 iyul 2022-ci il tarixdə saat 21 radələrində axşam saatlarında evə baş çəkmək üçün Əliyanlı kəndinə getmiş, evə çatanda orda Cəmilə, anası Roza, qızları Fatimə və Mədinə var olmuş, sonradan isə bacısı İradə və bacı qızı Aynur da ora gəlmiş, o, evə çatan kimi onlar üstünə gəlmiş, ona “sən kimsən bura gəlmisən?” demiş və sonra isə onu daşlamışlar. Həmin vaxt Cəmilə ilə aralarında mübahisə olmuş, bu zaman Fatimə Cəmilənin yanına gəlib onun qolundan tutmuş, O Fatiməyə aralaşmasını bildirmiş, lakin Fatimə uzaqlaşmamışdır. Anasının qolun buraxmamışdır. O da Fatiməni uzaqlaşdırmaq üçün bıçaqla onun əlinə vurmuş, həmin vaxt bıçaq onun sol əlinə xəsarət yetirmiş, bundan sonra onlar səs-küy etdiyindən o, avtomobili qonşunun həyətində qoyub ordan uzaqlaş, bıçağı isə orda atmışdır, 1-2 saat sonra isə avtomobili götürmək üçün evə qayıtmış, o, gəlib evə baxmışdır ki, heç kim yoxdur. Sonra isə fikirləşmişdir ki, əgər bu evi tikib burda yaşamayacaqsa, onu bu evə qoymayacaqlarsa heç kimə qalmasın. Avtomobilin yük yerində olan ehtiyyat 1 lt benzini götürüb evə qayıtmış, benzini evin içərisinə tökmüş, kibrit ilə yandırmış, ev alovlanmağa başlayan zaman əlində olan benzində partlamış və onu çölə atmışdır. Bundan sonra özünə gəlib evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Şahid1, Zərərçəkmiş şəxs və digərlərini öldürmək niyyətində olmadığını göstərmişdir. Qeyd edilən ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı təqsirləndsirilən şəxs Təqsirləndirilən şəxs əlavə ifadə verilməsi təklif edilsə də, o, bundan imtina etmiş və əlavə olaraq bildirdi ki, heç bir təzyiq və təsir olmadan istintaqda ifadə vermiş, ifadəsini imzalamışdır və hazırda dediyi sözlər həqiqətdir. İstintaqda elə sözlər deməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır, məktəbdə oxuyur. Şahid1 onun anasıdır, Təqsirləndirilən şəxs isə onun ögey atasıdır. Anası birinci dəfə 2009-cu ildə doğma atası İsmayıl ilə ailə həyatı qurub, həmin evlilikdən bir bacısı vardır. Atası ilə 2017ci il tarixdə ayrılmış, 2018-ci ildə isə Şikar adlı şəxs ilə ailə qurmuşdur. Sonra onun bir qardaşıda dünyaya gəlmiş, anası həmin vaxtdan Əliyanlı kəndində ev tikdirirmiş. Şikarla anası son vaxtlar tez-tez dalaşırmış, onlar ayrılmaq istəyirmiş. 23 iyul 2022-ci il tarixdə Şikar Əliyanlı kəndində olan yeni evə gəlmiş, Şikar anası ilə mübahisə etmiş və soruşmuşdur ki, “niyə gəlmisən bura? Sənə deməmişəm bura gəlmə?” Anası da demişdir ki, “bəs harda yaşamalıyam?” Bundan sonra Şikar anasını döymüş, bu vaxt o, anasının qolundan tutmuş, Şikar ona demişdir ki, əlini buraxıb ordan uzaqlaşsın, lakin o, əlini buraxmamış, həmin vaxt Şikar bıçaq çıxarıb onun sol qoluna vurmuşdur ki, “sənə demirəm uzaqlaş?” həmin vaxt əli yaralanmış və qanamışdır. O da qorxub ağlamış, bundan sonra Şikar bıçağı atıb evdən çıxıb getmiş, o anasıyla şikayət üçün polis şöbəsinə gələn zaman xalası qızı Aynur anasına zəng edib demişdir ki, Şikar onların evini yandırıb. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi həmçinin Şahid1 izahatında göstərmişdir ki, Bərdə şəhəri, Nizami küçəsi bina 112B, mənzil 18-də qeydiyyatda olmaqla Bərdə rayon Əliyanlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Birinci dəfə 2009-cu ildə Füzuli rayon sakini İsmayıl adlı şəxslə ailə həyatı qurmuş, həmin evlilikdən 2 qızı vardır. İsmayıl ilə 2017-ci il tarixdə rəsmi olaraq ayrılmış, uşaqlarıda onunla birlikdə yaşayır. 2017-ci ildə Şikar ona 3000 manata Bərdə rayon Əliyanlı kəndi ərazisində 3 sot torpaq almış, o da 2017-ci ildə həmin torpaqda fərdi yaşayış evi tikdirməyə başlamış, lakin həmin evdə yaşamırmış. 2018-ci il tarixdə Bərdə rayon Mirzalıbəyli kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, ailə qurduqdan sonra atasıgil ilə birlikdə Bərdə şəhəri, Nizami küçəsi bina 112B, mənzil 18-də yaşamışlar, həmin evlilikdən də 1 övladı vardır. 2021-ci ilin dekabr ayında Şikarla aralarında münasibətləri pisləşməyə başlamış, onun xəyanətini tutduğu vaxtdan aramızda münaqişələr başlamışdır. Evli olduğu müddətdə də həmin evin təmiri üçün özü alimentin pulundan verirmiş, Şikar evin tikinti, təmir üçün heç bir pul xərcləməmişdir. 2022-ci ilin iyun ayında Şikar boşanmaqları üçün məhkəməyə müraciət etmişdir. Təxminən 21 iyul 2022-ci il tarixdə anası və uşaqları ilə birlikdə Bərdə rayon Əliyanlı kəndində yerləşən ona məxsus evə köçmüşdür. xx.xx.2022-ci il tarixdə Şikar onların evinə gəlmiş, ondan soruşmuşdur ki, “niyə gəlmisən bura? Sənə deməmişəm bura gəlmə?” o da bəs harda yaşamalıyam? demiş, bundan sonra Şikar onu döyərək xəsarət yetirmiş, həmin vaxt evdə olan qızı Fatimə onu qucaqlayan zaman Şikar özü ilə gətirdiyi bıçaqla qızının sol qoluna vuraraq xəsarət yetirmişdir. O, şikayət üçün polis şöbəsinə gələn zaman bacısı qızı Aynur ona zəng etmişdir ki, Şikar evi yandırıb. O da bu barədə polislərə məlumat verib tez evə getmişdir. Təqsirləndirilən şəxs dəfələrlə onu, qızını, bacısını və anasını döymüş və üzərində gəzdirdiyi bıçaqla hədələmişdir. İki qızı başqa insandan olması Şikara icazə vermir ki, onun qızlarının ağzını, üzünü söysün, onları ağır söyüşlərlə təhqir etsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Nizami küçəsi bina 112B, mənzil 18-də qeydiyyatda olmaqla Bərdə rayon Əliyanlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür, 4 övladı vardır. Qızı Şahid1 birinci dəfə 2009-cu ildə Füzuli rayon sakini İsmayıl adlı şəxslə ailə həyatı qurmuş, həmin evlilikdən 2 qızı vardır. İsmayıl ilə 2017-ci il tarixdə rəsmi olaraq ayrılmış, həmin vaxtdan uşaqları ilə birlikdə onunla birlikdə yaşayır. 2018-ci ildə Cəmilə Şikar adlı şəxslə rəsmi olaraq ailə həyatı qurmuşdur. 2018-ci ildə həmin evlilikdən 1 oğlan övladı dünyaya gəlmişdir. Şikar həmin ərəfələrdə ona 3000 manata Bərdə rayon Əliyanlı kəndi ərazisində 3 sot torpaq almışdır. 2018-ci ildən də həmin torpaqda fərdi yaşayış evi tikdirməyə başlamışdır. Lakin həmin evdə yaşamırmışlar. 2021-ci ilin dekabr ayında Şikarla Cəmilənin aralarında münasibətləri pisləşməyə başlamışdır. Cəmilə uşaqları üçün aldığı aliment pulu ilə və onların etdiyi maddi köməklə evi tikirmiş, 2022-ci ilin iyun ayında Şikar boşanmaq üçün məhkəməyə müraciət etmiş, 23 iyul 2022-ci il tarixdə qızı Cəmilə ilə birlikdə onun yeni evinə getmişlər. Cəmilə öz ev əşyalarını da evə yışmışdı. Onlar evdə olan zaman Şikar da evə gəldi. Şikar evin qapısı döydü. O, qapını açanda görmüşdür ki, Şikar qapının qarşısında dayanıb. Şikar içəri girən kimi Cəmiləyə nalayiq ifadə işlətməyə başlamışdır. O, da Şikara cavab qaytaran kimi Şikar əli ilə onun ağzından tutmuş, Cəmilə onu telefonla çəkmək istəyən Şikar onun üstünə getmiş, Şikar Cəmilənin boğazından tutub onu döyürmüş. Cəmilənin qızı Fatimə də anasının qolundan tutan zaman Şikar bıçaqla onun qoluna vurmuş, sonra onlar səs-küy etmiş, bu vaxt Şikar qaçıb getmişdir. Cəmilə polisə şikayət etmək üçün polis şöbəsinə getmiş, o da qızı İradənin evinə getmiş, bir müddət keçdikdən sonra Cəmilənin evi istiqamətdə partlayış səsi eşitmiş, nəvəsi Aynur ona demişdir ki, Cəmilənin evi yanır. Ora getmiş və görmüşdür ki, həqiqətən də Cəmilənin evi yanır. Dəfələrlə təqsirləndirilən Təqsirləndirilən şəxs onu da döymüş və ağər söyüşlərlə təhqir etmişdir. Şikar həmişə üzərində bıçaq gəzdirmişdir. Əvvəllər Şikar yaxşı olmuşdur, lakin bir qadınla gəzməyə başlayandan sonra ailəsinə düşmən kəsilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 27 iyul 2022-ci il tarixli 532 nömrəli rəydən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol bazunun 1/3-nin arxa bayır səthinin kəsilmiş yarası deşicikəsici alət, ola bilsin ki, bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 23 iyul 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X4 daxil olmuş 21 sentyabr 2022-ci il tarixli 16/1130 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır. Lakin tiyə dəstəyin qarşısında möhkəmlənmədiyindən tiyə ǝyilir, bu səbəbdən zərbə gücü bıçağın ucuna doğru tam yönəlmir və kifayət qədər məhvetmə gücünə malik deyildir. Təqdim edilmiş bıçaq hazırkı vəziyyətdə istifadəyə yararsızdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaraməmmədli kəndində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 13 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsində kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 23 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayon Əliyanlı kəndində yerləşən birgə nikah dövründə yeni inşa etdirdikləri fərdi yaşayış evinin həyətində şəxsi münasibətlər zəminində, yəni həmin evdə yaşamaqla bağlı arvadı Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı ilə ögey qızı Zərərçəkmiş şəxs sol qol nahiyəsinə onu anasından aralaşdırmaq üçün bir dəfə vuraraq sonuncuya sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin kəsilmiş yarası xəsarəti ilə müşaiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına nisbətən daha aşağı cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməli min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə məhz nə səbəbə azadlıqdan məhrum etmə cəzasını təyin etdiyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmayan ögey övladına qarşı törətmiş, əməlini etiraf etməmiş, əməlindən səmimi peşman olmamış, qaynanasına, arvadına və baldızına qarşı mütəmadi şiddət göstərmiş, qaldıqları evlərini səbəbsiz yerə yandırmaqla təhlükəli şərait yaratmışdır. Bundan başqa məhkəmə iclas zalında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və onun anası Şahid2 tərəfindən təqsirləndirilən şəxsin üzünə qarşı bu ifadələr səsləndirildikdə təqsirləndirilən şəxs yalnız “hamısı yalan danışır” deməsi ilə kifayətlənmiş və əsaslandırıcı dəlillərini və sübutlarını məhkəməyə təqdim edə bilməmiş və verilmiş suallara gözlərini yayındaraq rabitəsiz və qarışıq cavablar vermişdir. Halbuki iş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 05 fevral 2022ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından da görünür ki, X7 (Şahid1 bacısı) təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı polis şöbəsinə şikayət vermişdir. Həmin qərarla X3 Təqsirləndirilən şəxs tərəfindən döyülməsi faktı müəyyən edilmiş və sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Bərdə rayon X9 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi, eləcə də həmin Məcəllənin 61.1.10-cu maddəsinə əsasən cinayətin ümumi təhlükəli üsullardan istifadə etməklə törədilməsi təqsirkəndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Beləliklə, məhkəmə X8 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, təqsirləndirilən şəxs X5 cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, sonuncu məhkəmə iclas zalında həbsə qalınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar