Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-194/2021 21.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, təqsirləndirlən şəxsin müdafiəçisi X2 iştirakı ilə xx xxxxxx 1988-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan və Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi anası Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobil ilə 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində Körpüsındıran-Muğanlı avtomobilin yolunun Bərdə rayonu Kələntərli kəndi ərazisindən keçən yolu ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq avtomobili hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək idarə edib, həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməmiş, yolun sağ çiyni ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan sonuncuya sağ budun aşağı 1/3 nahiyəsinin travmatik amputasiyası, sağ qalça sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün platonun sınığı, alın nahiyəsinin əzilmiş yarası, sağ gözaltı və üst göz qapağının qançırları, baldırın çoxsaylı açıq yaraları ilə sağ budun yuxarı 1/3-nin hematoması, diz altı damarın arteriyasının plastikadan sonrakı vəziyyəti, baldırın ön qrup əzələsinin nekrozu, incik siniri nevriti, baldırın geniş həcmli yaraları, aşıq baldır oynağının və baldırın kontrakturaları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilə 511 (beş yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobilə 848 (səkkiz yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs3 məxsus “VAZ-21074” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı avtomobilə 1646 (bir min altı yüz qırx altı) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və göstərmişdir ki, anası Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobili var, avtomobil anasının adına olsada özü etibarnamə ilə idarə edir. Avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. 18 iyul 2021-ci il tarixdə saat 17 radələrində “Bərəkət” şadlıq sarayında toy mərasimində iştirak edərək spirtli içki qəbul etmişdir. Bundan sonra Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən evinə taksi ilə getmişdir. Evdən özünə məxsus avtomobili götürüb, avtomobil ilə Bərdə rayonu Kələntərli kəndi ilə Bərdə şəhəri istiqamətində saatda 60 kilometr surətlə hərəkət etmişdir. Qarşısına qəflətən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil çıxmış, idarəetməni itirərək avtomobili yolun sağına çıxarmış, avtomobil sağ-sol istiqamətdə hərəkət etmiş və yolun sağında dayanan “VAZ-2107” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı avtomobili və piyadanı vurmuşdur. “VAZ-2107” markalı avtomobil digər “VAZ-2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Avtomobildən düşüb adının sonradan Elmir olmasını bildiyi piyadanın yanına yaxınlaşmış, piyadanın üzünə su vurmuşdur. Onun avtomobilini Məhəbbət adlı qonşusu sürub aparmışdır. Sonradan avtomobilin arxasınca getmiş, yenidən hadisə yerinə qayıtmış, həmin vaxt polis əməkdaşlarını hadisə yerində görmüşdür. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin ondan tələb və şikayətinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alıb ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxaraq Bərdə rayonu Kələntərli kəndinə avtomobil düzəltmə sexinə getmiş, sexdə avtomobilini rənglətmişdir. Sexdən çıxıb yol çiyni ilə evinə piyada getmişdir. Bu zaman “VAZ-2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilin tormoz ilə üzərinə gəldiyini görmüşdür. Avtomobilin onu vurmasından qaçmaq üçün qabağa qaçmışdır. Lakin avtomobil onu sağ tərəfi ilə vurmuş və onu yolun kənarına atmışdır. Daha sonra isə yolun kənarında dayanan “VAZ-2107” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobilləri vurmuşdur. Yerdə olarkən Amil onun yanına gələrək onun üzünə su vurmuşdur. Bibisi oğlu Asiman avtomobil ilə onu Bərdə RMX-na aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Amil isə hadisə yerində qalmışdır. “Bakı sağlamlıq Mərkəzi” özəl klinikasında ayağı amputansiya edilmiş və Bərdə rayonuna geri qayıtmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qonşu kənd sakini kimi tanımışdır. Özünə məxsus “VAZ-2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi ilə idarə edir. 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu Kələntərli qəsəbəsinin girəcəyində olan avtomobil düzəltmə sexində oturmuş, özünə məxsus avtomobili sexin qarşısında saxlamışdır. Yandakı qapı-pəncərə sexinə keçdikdə Elmiri sexin qarşısında görmüşdür. Bir və ya iki dəqiqə sonra qapıpəncərə sexində olarkən qəflətən səs eşitmiş, çölə çıxdıqda “VAZ-2106” markalı 09 BE- 262 dövlət qeydiyyat nişanlı avtomobilin Elmiri, ona məxsus avtomobili və Arzumana məxsus “VAZ-2107” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı avtomobili vurmasını görmüşdür. Bundan sonra adının sonradan Amil olmasını bildiyi şəxs avtomobildən düşmüş və Elmirin yanına gəlmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı 02 BM-952 dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə 848 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməsə də Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibəti olmamış, heç bir düşmənçiliyi və ədavəti yoxdur. Özünə məxsus “VAZ 2107” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili sürücülük vəsiqəsi ilə idarə edir. 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu Kələntərli qəsəbəsinin girəcəyində olan qapı-pəncərə düzəltmə sexində oturmuş, avtomobili sexin qarşısında saxlamışdır. Yaxınlıqda avtomobil düzəltmə sexində usta işləyən Elməddin onun işlədiyi sexə keçmişdir. Qapı-pəncərə sexində olarkən qəflətən səs eşitmişdir. Çölə çıxdıqda “VAZ-2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilin Elmiri, ona məxsus avtomobili və Elməddinə məxsus “VAZ-2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobili vurmasını görmüşdür. Amil avtomobildən düşmüş və Elmirin yanına gəlmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2107” markalı 09 BL-065 dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə 1646 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməsə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs “VAZ- 2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil onun adına olsa da, avtomobil oğlu Amilə məxsusdur. Oğluna avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində Amil evə içkili vəziyyətdə, taksi ilə gələrək “VAZ-2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobili götürüb evdən getmişdir. Bir neçə saat sonra ona qonşular Amilin avtomobil ilə qəza törətməsini, piyada və digər avtomobili vurmasını demişlər. Amil sonradan evə gəldikdə, Amildən avtomobil ilə Elmir adlı şəxsi və daha iki avtomobili vurmasını öyrənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2106” markalı 09 BE-262 dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə 511 manat maddi ziyan dəymişdir. Oğlu Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qardaşıdır. Təqsirləndirilən şəxs məcburi köçkün kimi tanımış, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində avtomobillə Kələntərli kənd yolu ilə evə gedərkən yolun solunda olan iki avtomobilin əzilməsini və ətrafında xeyli insanın toplaşmasını görmüşdür. Nə baş verməsini öyrənmək üçün avtomobili saxlamış və avtomobildən enmək istəmişdir. Bu zaman xatırlamadığı şəxs ona yaxınlaşaraq xəstəxanaya gedib-getməməyini soruşmuşdur. Həmin şəxs ona qardaşı Elmiri avtomobil vurduğunu və Elmirin xəstəxanada olmasını söyləmişdir. Elmiri kimin xəstəxanaya aparmasını soruşduqda, həmin şəxs ona bibisi oğlu Asimanın aparmasını söyləmişdir. Özü də xəstəxanaya yollanmışdır. Xəstəxanada pilləkənlərdə xələkdə Elmiri görmüş, Elmirin baş və sifət nahiyəsi, sağ ayağında travma olmasını görmüşdür. Elmirə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Bundan sonra Elmir ona Kələntərli kənd yolunda sexdən çıxarkən Amil adlı şəxsin idarə etdiyi VAZ-2106 markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilin onu vurmasını və yolun kənarında dayanmış “VAZ-2107” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobilləri vurmasını demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində Elmirlə Bərdə şəhəri, Sənayə küçəsində yerləşən avtomobil təmiri sexindi olmuşlar. Elmirin avtomobili ilə onun sexinə təmir üçün gəlmişdir. Elmir avtomobili ona təhvil vermiş və onunla sağollaşaraq sexdən çıxmışdır. Bir neçə dəqiqə sonra avtomobil tormoz səsi və toqquşma səsi eşitmiş, bundan sonra dərhal sexin qarşısına çıxmışdır. Sexin qarşısında Amilin idarə etdiyi “VAZ-2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobili ilə piyada olan Elmiri asfalt yoldan kənarda vuraraq, həmçinin yolun kənarında olan “VAZ-2107” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobilləri vurub dayanması görmüşdür. Dərhal Elmirin yanına gəlmiş, həmin vaxt Amildə Elmirin yanına gəlmişdir. Sexdə olan Elmirin avtomobili ilə Elmiri dərhal Bərdə rayon Mərkəzi xəstəxanasına aparmış, həmin vaxt Elmir özündə olmamışdır. Onunla hadisə yerində olan Şahid4 Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək avtomobili hadisə yerindən kənarlaşdırmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 rayonlararası zona mərkəzinin verdiyi 19 avqust 2021-ci il tarixli 733 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ budun aşağı 1/3 nahiyəsinin travmastik amputasiyası, sağ qalça sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün platonun sınığı, alın nahiyəsinin əzilmiş yarası, sağ gözaltı və üst göz qapağının qançırları, baldırın çoxsaylı açıq yaraları ilə sağ budun yuxarı 1/3-nin hematoması, diz altı damarın arteriyasının plastikadan sonrakı vəziyyəti, baldırın ön qrup əzələsinin nekrozu, incik nirini nevriti, baldırın geniş həcmli yaraları, aşıq baldır oynağının və baldırın kontrakturaları küt əşyanın (əşyaların) təsirindın törənmiş, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdirlər, müddəti qərarda göstərilən tarixə - yəni 18.07.2021ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 məxsus VAZ-21061 minik markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 848 manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs3 məxsus VAZ-21074 minik markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1646 manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs4 oğluna məxsus VAZ- 21063 minik markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 511 manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 8/2290 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, “VAZ 2106” markalı, 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs VAZ-21063 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 18 iyul 2021-ci il tarixli, 901 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcəli alkoqol sərxoşluğu əlamətləri olmuşdur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi anası Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobil ilə 18 iyul 2021-ci il tarixdə saat 18 radələrində Körpüsındıran-Muğanlı avtomobilin yolunun Bərdə rayonu Kələntərli kəndi ərazisindən keçən yolu ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq avtomobili hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək idarə edib, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməməsi, yolun sağ çiyni ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan sonuncuya sağ budun aşağı 1/3 nahiyəsinin travmatik amputasiyası, sağ qalça sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün platonun sınığı, alın nahiyəsinin əzilmiş yarası, sağ gözaltı və üst göz qapağının qançırları, baldırın çoxsaylı açıq yaraları ilə sağ budun yuxarı 1/3-nin hematoması, diz altı damarın arteriyasının plastikadan sonrakı vəziyyəti, baldırın ön qrup əzələsinin nekrozu, incik siniri nevriti, baldırın geniş həcmli yaraları, aşıq baldır oynağının və baldırın kontrakturaları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2106” markalı 09 BE-262 dövlət qeydiyyat nişanlı avtomobilə 511 (beş yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı 02 BM-952 dövlət qeydiyyat nişanlı avtomobilə 848 (səkkiz yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs3 məxsus “VAZ-21074” markalı 09 BL-065 dövlət qeydiyyat nişanlı avtomobilə 1646 (bir min altı yüz qırx altı) manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 1372 saylı 06 sentyabr 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli rayonu Dilağarda kəndində qeydiyyatdadır və hal-hazırda Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur, özünü yaşadığı ərazidə normal bir sakin kimi aparmışdır. Kələntərli kənd İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 dekabr 2015-ci il tarixli AZ-İ 648160 saylı, 15 mart 2017-ci il tarixli AZ-İİİ 893714 saylı və 14 iyul 2021-ci il tarixli AZ-İV 600956 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 04 dekabr 2015-ci ildə anadan olmuş X3, 08 mart 2017-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs4 Amil qızının və 02 iyul 2021-ci ildə anadan olmuş X5 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 08 oktyabr 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 07 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci ildə MSY-dən azad edilmiş və barəsində “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01(bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə maddi sübut olan “VAZ 2106” markalı 02 BM-952 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2, “VAZ 21074” markalı 09 BL-065 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 və “VAZ 2106” markalı 09 BE-262 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərər alınmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair 22 sentyabr 2021-ci il tarixli 8/2290 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 01(bir) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla ona 02(iki) il 05(beş) ay 29(iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəlli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “VAZ 2106” markalı 02 BM-952 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2, “VAZ 21074” markalı 09 BL-065 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 və “VAZ 2106” markalı 09 BE-262 qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərər alınsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-194/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-194/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver