Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-194/2023 25.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs və qanuni nümyəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2006-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, ünvan 2 tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda cəzasını çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasının qapısının şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq mağazadan 450 manat nağd pul, 150 manat dəyərində konturlar və bir qutunun dəyəri 4 manat 10 qəpik olan 38 ədəd Sobranie markalı qalın ballı, bir qutunun dəyəri 3 manat 80 qəpik olan 46 ədəd Kent 4 markalı nazik, bir qutunun dəyəri 3 manat 10 qəpik olan 18 ədəd LD markalı nazik siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 986 (doqquz yüz səksən altı) manat 40 (qırx) qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus "Buta" adlı şərab mağazasının qapısında olan kilidi sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq oradan dəyəri 38 manat olan 01 blok Kent 4 nazik, dəyəri 41 manat olan 01 blok Sobranie ağ nazik ballı, dəyəri 41 manat olan 01 blok Sobranie ağ qalın, dəyəri 38 manat olan 01 blok Kent 8, bir qutunun dəyəri 2 manat 20 qəpik olan 06 qutu Magna, bir qutunun dəyəri 2 manat 50 qəpik olan 08 qutu Senator markalı siqaretlər, dəyəri 50 manat olan 01 ədəd Olmeca 0.7 L tekila, dəyəri 35 manat olan 01 ədəd Olmeca 0.5 L tekila, bir ədədinin dəyəri 12 manat olan 02 ədəd Badikübe Konyak, bir ədədinin dəyəri 12 manat olan 02 ədəd Azgranata bakal konyak, bir ədədinin dəyəri 15 manat olan 04 ədəd 0.5 L Azgranata viski, bir ədədinin dəyəri 10 manat olan 03 ədəd 0.7 L X10 araq, bir ədədinin dəyəri 18 manat olan 02 ədəd 1 L Kaspiskiy Şuka araq, dəyəri 12 manat olan 01 ədəd 3 L Azgranata şərab, bir ədədinin dəyəri 07 manat olan 03 ədəd 2 L Kuller pivə, bir ədədinin dəyəri 7 manat olan 02 ədəd 2 L Xırdalan pivə, dəyəri 55 manat olan 01 ədəd 0,7 X12, bir ədədinin dəyəri 1 manat 50 qəpik olan 08 ədəd Go markalı spirtli içkiləri, 3 manat dəyərində saqqız, 98 manat nağd pul gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 665 (alt yüz atmış beş) manat 20 (iyirmi) qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qanuni nümyəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında dindirilərkən özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X2 təxminən 6-7 ildir ki, tanımış, daimi bir yerdə olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində X5 ilə Bərdə rayon İcra hakimiyyətinin qarşısında görüşmüşlər və mağazların birindən “Go" markalı spirtli içki almışlar. Həmin spirtli içkini qəbul etdikdən sonra Bərdə şəhəri H.Əliyev prospekti boyunca gəzməyə başlamışlar. Siqaretləri qurtardığı üçün mağazalardan birinə girib, siqaret oğurlamaq qərarına gəlmişlər. Bərdə şəhəri H.Əliyev prospektindən Yevlax şəhəri istiqamətində Asan Xidməti keçdikdən sonra yolun sağ tərəfində yerləşən mağazanın qarşısından keçərkən həmin mağazaya girərək oğurluq etmək qərarına gəlmişlər. Murad mağazanın şüşəsini ayaq zərbəsi ilə qırmış, sonra şüşələri ehmalca çıxartdıqdan sonra hər ikisi mağazaya daxil olmuşlar. Mağazanın rəflərindən müxtəlif adda siqaretlər götürərək sellofan torbaya qoymuşlar. Süyürmədən isə 220 manat nağd pul götürmüşlər. Oğurluq bitdikdən sonra mağazadan girdiklər üsul ilə çıxaraq yaşadıqları evə getmişlər Bundan başqa təxminən 1 ay bundan əvvəl Qamətlə birlikdə Bərdə şəhəri, H.Əliyev prospektində köşkdən oğurluq etmişlər. Bununla bağlı Bərdə RPŞ-də araşdırma aparılır. O və Murad etdikləri əməli etiraf etmişlər. 09 noyabr 2022-ci il tarixdə gün ərzində evdə olmuşdur. Axşam saat 21 radələrində Bərdə şəhərində İcra hakimiyyətinin qarşısında olan zaman Qamətlə qarşılaşmış, görüşüb söhbət etmişlər. Qamətdə araq olmuşdur. Birlikdə yeməksiz həmin arağı içmişlər, daha sonra maddi imkanları zəif olduğu üçün birlikdə oğurluq etmək qərarına gəlmişlər. Onların niyyəti birlikdə mağazalara daxil olub ordan ərzaq və digər məhsulları götürüb başqa yerə satmaq və pul əldə etmək olmuşdur. Onlar küçə ilə hərəkətdə olan zaman yerdən armatur parçası tapıb özləri ilə götürmüşlər. Bərdə şəhəri, Nüşabə küçəsi ilə üzü Z.Əliyeva məktəbinə tərəf hərəkətdə olan zaman yolun solunda yeni istifadəyə verilmiş “Buta” adlı şərab mağazası görmüşlər. Həmin vaxt saat 02 radələrində Qamət götürdükləri armatur parçasını mağazanın qapısının kilidinə keçirərək qırmış, həmin vaxt o da yoldan başqa şəxslərin gəlib- gəlmədiyinə baxmışdır. Qamət kilidi qırdıqdan sonra birlikdə içəri daxil olmuşlar. Qamət ilkin olaraq kassanı açmağa cəhd göstərmiş, kassanı açan zaman içərisində 60 qəpik olmuşdur. O da həmin qəpikləri götürmüşdür. Bundan sonra mağazanın tavanına baxan zaman kamera olduğunu görmüşlər. Qamətə də mağazada kamera olduğunu demişdir. Bundan sonra kamera onları çəkdiyi üçün qırmaq qərarına gəlmişdir ki, sonra baxıb onları tapmasınlar. Bundan sonra əli ilə kameranı olduğu yerdən dartıb çıxarmış və qırmışdır. Sonra o və Qamət mağazadan üç ədəd torba götürmüş və araq, viski, konyaklardan həmin torbalara yığmışlar. Qamətin əlində 2 ədəd torba olmuşdur. 1 ədəd torbada o, götürmüşdür. Onlar qapıdan birlikdə çölə çıxmışlar. 1 nömrəli məktəbin həyətində götürdüklərni bölmüşlər. Ona 4 qutu Sobranie nazik siqareti, 3 ədəd 0,5 viski, 1 ədəd Olmeca 0,7 İt tekila, 2 ədəd “Vinçetr” viski, 2 ədəd bokal konyak, 1 ədəd “Ağsu” viski, 2 ədəd banka kola, 2 ədəd dirol saqqız, 1 ədəd “Badi kubə” konyakı onun payına düşmüşdür. Bundan sonra Qəhrəmanlar parkına getmişlər. Orada oğurladıqları içkilərin hamısın içmişlər. Hərəsindən biraz içib tullamışlar, etdiyi əməldən peşmandır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, baxış keçirilməsi haqqında protokol, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən ərzaq mağazası işlədir. Hər gün səhər saat 08 radələrində mağazanı açır, saat 23 və ya 24 radələrində mağazanı bağlayır. Mağazanın qapısı və pəncərələri plastik materialdan olan şüşələrdən ibarətdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində mağazanın qapısını bağlayaraq evinə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində işlədiyi mağazaya gələrkən giriş qapısının aşağı sol tərəfində olan pəncərənin şüşəsinin sınmasını görmüşdür. Mağazadan oğurluq olmasını düşünərək dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və mağazaya daxil olub baxış keçirmişdir. Mağazaya baxış keçirdərkən süyürmədə olan 450 manat nağd pulun, 150 manat dəyərində konturların və siqaret vitrinində olan müxtəlif adda siqaretlərin oğurlanmasını aşkar etmişdir. Mağazadan bir ədədi 4 manat olan ümumi dəyəri 152 manat olan 38 ədəd Sobranie markalı, bir ədədi 3,80 manat olan ümumi dəyəri 174 manat olan 46 ədəd Kent markalı, bir ədədi 3,20 manat olan ümumi dəyəri 57 manat olan 18 ədəd LD markalı siqaretlərin oğurlanmasını aşkar etmişdir. Mağazadan olmuş oğurluğa görə ona ümumilikdə 983 manat maddi ziyan dəymişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Nüşabə küçəsində icarə əsasında yeni “Buta” adlı şərab evi açmışdır. Həmin şərab evini o işlətmişdir. Şərab evində müxtəlif növdə və çeşiddə spirtli içkilər, enerji içkiləri və s. içkilər, həmçinin siqaretlər satmışdır. Həmçinin o, şərab evinə bitişik olan bərbərxanada bərbər kimi işləmişdir. Müştəri gələn zaman şərab evinə keçmişdir. 09 noyabr 2022-ci il tarixdə günorta saatlarında işə getmişdir. Gecə təxminən 02-03 radələrinədək orda olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində o, şərab evini bağlayaraq evə getmişdir. Səhər saat 10 radələrində işə gələn zaman görmüşdür ki, mağazanın qapısında olan kilid sındırılmış və qapı açıq vəziyyətdə olmuşdur. O, qapıdan içəri girən kimi içəridən oğurluq olduğunu görmüşdür. Həmin vaxt birbaşa polis şöbəsinə gəlmiş və bu barədə ərizə yazmışdır. Bildirmişdir ki, mağazadan 1 blok Kent 4 nazik, 1 blok Sobranie ağ nazik ballı, 1 blok Sobranie ağ qalın, 1 blok Kent 8, 6 qutu Magna, 8 qutu Senator, 1 ədəd Olmeca 0.7 İ tekila, 1 ədəd Olmeca 0.5 İ tekila, 2 ədəd Badikübə Konyak, 2 ədəd Azgranata bakal konyak, 4 ədəd 0.5 İ Azgranata viski, 3 ədəd 0.7 İ X10 araq, 2 ədəd 1 İ Kaspiskiy Şuka araq, 1 ədəd 3 İ Azgranata şərab, 3 ədəd 2 İ Kuller pivə, 2 ədəd 2 İ Xırdalan pivə, 1 ədəd 0,7 X12, 8 ədəd Go spirtli içkisi və 98 manat nağd pul oğurlanmışdır. Həmçinin məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsinə göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. 2019-cü il tarixdə Bərdə şəhərində yerləşən 2 nömrəli tam orta məktəbi bitirmişdir. 2020-ci ilin yanvar sonlarında həqiqi hərbi xidmətə getmişdir. 2021-ci ilin iyul ayında həqiqi hərbi xidməti bitirdikdən sonra Bərdə şəhərində yaşadığı evə qayıtmışdır. Bərdə şəhərinə qayıtdıqdan sonra müxtəlif yerlərdə işləmiş, lakin müxtəlif səbəblərə görə işlədiyi yerlərdən çıxmalı olmuşdur. Müxtəlif yerlərdə iş axtarsa da tapa bilməmişdir. 2021-ci ildən tanıdığı Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda görüşmüşlər. Maddi vəziyyətləri zəif olduğuna və işsiz olduqlarına görə Təqsirləndirilən şəxs ilə oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs ilə Bərdə rayon İcra hakimiyyətinin qarşısında görüşmüşlər və mağazların birindən “Go" markalı spirtli içki almışlar. Həmin spirtli içkini qəbul etdikdən sonra Bərdə şəhəri H.Əliyev prospekti boyunca gəzməyə başlamışlar. Siqaretləri qurtardığı üçün mağazalardan birinə girib, siqaret oğurlamaq qərarına gəlmişlər. Bərdə şəhəri H.Əliyev prospektindən Yevlax şəhəri istiqamətində Asan Xidməti keçdikdən sonra yolun sağ tərəfində yerləşən mağazanın qarşısından keçərkən həmin mağazaya girərək oğurluq etmək qərarına gəlmişlər. Murad mağazanın şüşəsini ayaq zərbəsi ilə qırmış, sonra şüşələri ehmalca çıxartdıqdan sonra hər ikisi mağazaya daxil olmuşlar. Mağazanın rəflərindən müxtəlif adda siqaretlər götürərək sellofan torbaya qoymuşlar. Süyürmədən isə 220 manat nağd pul götürmüşlər. Oğurluq bitdikdən sonra mağazadan girdiklər üsul ilə çıxaraq yaşadıqları evə getmişlər. Bundan başqa o, 09 noyabr 2022-ci il tarixdə gün ərzində evdə olmuşdur. Axşam saat 23 radələrində Bərdə şəhərində İcra hakimiyyətinin qarşısında olan zaman Muradla qarşılaşmışlar. Muradla söhbət əsnasında pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Onların niyyəti birlikdə mağazalara daxil olaraq ordan ərzaq və digər məhsulları götürüb başqa yerə satmaq və pul əldə etmək olmuşdur. Onlar küçə ilə hərəkətdə olan zaman yerdən armatur parçası taparaq özləri ilə aparmışlar. Bərdə şəhəri, Nüşabə küçəsi ilə üzü Z.Əliyeva məktəbinə tərəf hərəkətdə olan zaman yolun solunda yeni istifadəyə verilmiş “Buta” adlı şərab mağazası görmüşlər. Saat 02 radələrində götürdükləri armatur parçası ilə mağazanın qapısının kilidini qırmışlar. Həmin vaxt Murad yoldan başqa şəxslərin gəlib-gəlmədiyinə baxmışdır. O. kilidi qırdıqdan sonra birlikdə içəri daxil olmuşlar. O, ilkin olaraq kassanı açmağa cəhd göstərmişdir. Kassanı açan zaman içərisində qəpik pullar olmuş, Murad həmin qəpikləri götürmüşdür. Murad mağazada kamera olduğunu bildirmişdir. Bundan sonra əli ilə kameranı olduğu yerdən dartıb çıxardaraq qırmışdır. Bundan sonra Murad mağazadan üç ədəd torba götürərək araq və viskini həmin torbaya yığmışdır. O isə bir ədəd 0,7 İ Jack Daniel's viskisi götürmüşdür. O, tutulmaq ehtimalı olduğu üçün başqa heçnə götürməmişdir. Murad isə torbaya spirtli içkilərdən və digər məhsullardan yığmışdır. Onlar qapıdan birlikdə çölə çıxmışlar. 1 nömrəli məktəbin həyətində götürdüklərini bölmüşlər, bölü əsasında o, 3 İt çaxır, 3 ədəd 0,5 viski, 1 ədəd Olmeca 0,5 İt tekila, 2 ədəd “Ağsu” viski, 2 ədəd bokal konyak, 1 ədəd Vinçestr viski, 1 ədəd X12si və 4 qutu Sobranie nazik siqareti onun payına düşmüşdür. Bundan sonra Qəhrəmanlar parkına getmişlər. Orda oğurladıqları içkilərin hamısın içmişlər. Hərəsindən biriaz içib tullamışlar. Cinayət işinin 48-ci vərəqəsində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli Qərardan görünür ki, X4 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli Qərardan görünür ki, X4 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 45-46-ci vərəqələrində olan “cinayət işinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında haqqında” 16 yanvar 2023-cü il tarixli Qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri üzrə cinayət əməllərini X4 və Təqsirləndirilən şəxs törətdiyini nəzərə alınıb ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrəli cinayət işi üzrə davam etdirilmiş, X4 və Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 aprel 2023-cü il taixli Qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 25-26-cı vərəqələrində olan “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli Qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri üzrə cinayət əməllərini X1 törətdiyi nəzərə alınıb ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı ********* nömrəli cinayət işi üzrə davam etdirilmişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan 16 iyun 2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 143-144-cü vərəqələrində olan 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 18 mart 2023-cü il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan cinayət əməlləri həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək istintaqı həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinin 248-249-cu vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqıinda 06 sentyabr 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamlara əlavələr və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərədə tutulan yenidən ittiham elan edilmişdir. Cinayət işinin 186-189-cu vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/4193 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 950,60 manat müəyyən edilir. -X6 məxsus mağazadan oğurlanmış mallar 2022-ci ilin noyabr ayına- 564,20 manat -Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurlanmış mallar 2022-ci ilin oktyabr ayına- 386,40 manat Cinayət işinin 69-cu vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 39-cu vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan ünvan 2 tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən olunmuşdur. Cinayət işinin 202-203-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 226-227-ci vərəqələrində olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 05 sentyabr 2023-cü il tarixli 4363 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2170/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, yetkinlik yaşına çatmayan məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)- 1091/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxlərlə barışmasını, dəymiş ziyanın ödənilməsini, törətdiyi cinayətin zorakı cinayət olmamasını, yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 12 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(101)1091/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi zəruri olmamışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(101)1091/2023 saylı hökmündən əvvəl törətmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər olmaq hesabı nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(101)1091/2023 saylı hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli ilkin hökm üzrə həbsə alındığı 22 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsi də nəzərə alınmaqla Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(101)1091/2023 hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkdiyindən, hazırkı cinayət işi üzrə təyin olunan cəza həmin hökmlə təyin olunmuş cəza ilə toplanıldığından o cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasın yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsi nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(101)1091/2023 hökmü ilə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 06 (altı) il 5 (beş) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 noyabr 2022-ci il il tarixdən hesablansın və onun hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-194/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-194/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver