Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-196/2022 29.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, orta təhsilli, Bərdə rayon Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə, təxminən saat 12 radələrində Bərdə rayon Qaradəmirçi kəndi ərazisində yerləşən pay torpaq sahəsində özünə məxsus iribuynuzlu heyvanları həmkəndlisi Zərərçəkmiş şəxs torpaq sahəsində otarması səbəbindən Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş, həmin vaxt aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsinə yumruqla, dodaq nahiyəsinə başı ilə, baş nahiyəsinə isə yumruqla bir dəfə zərbə vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin qançırı, alt və üst dodaq nahiyəsinin selikli qişasının qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən xəsarətlər yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayır rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və onunla arasında heç bir qəsdi qərəzlilik və düşmənçilik yoxdur. O, təxminən 1 ay bundan əvvəl Zərərçəkmiş şəxs ona məxsus pay torpaq sahəsinin bir hissəsini iribuynuzlu heyvanlarını otarmaq üçün 20 manata satmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində özünə məxsus iribuynuzlu heyvanları həmin torpaq sahəsində otaran zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə üçün iribuynuzlu heyvanlarını sonuncunun torpaq sahəsində otarmasını soruşmuş, sonra isə onu söyüb təhqir etmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuş, sonra isə sonuncunun əynində olan paltarın sinə nahiyəsindən tutaraq Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək aralarında olan mübahisə barədə məlumat vermişdir. Mübahisə zamanı yaxınlıqda hər hansı kənar şəxslər olmamışdır. O, aralarında olan mübahisənin təxminən 5-6 dəqiqə davam etməsini bildirdi. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onunla arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, təxminən 1 ay bundan əvvəl Təqsirləndirilən şəxs sonuncuya məxsus torpaq sahəsini iribuynuzlu heyvanlarını otarmaq üçün 20 manata almışdır. O, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində torpaq sahəsinə gedən zaman Bəhruzun özünə məxsus iribuynuzlu heyvanları onun torpaq sahəsində otarması görmüş, o, bu zaman Təqsirləndirilən şəxs nə üçün öz iribuynuzlu heyvanlarını onun torpaq sahəsində otarmasını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona “yaxşı edirəm otarıram” dediyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs qəfildən onun sinə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra isə hər iki əli ilə onun əynində olan paltarın sinə nahiyəsindən tutaraq onun dodaq nahiyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. O, bu zaman yıxılmaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, o, daha sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onunla Təqsirləndirilən şəxs arasında olan mübahisə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bərdə rayon Qaradəmirçi kəndində yerləşən torpaq sahəsində baş vermiş, mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, mübahisə zamanı kənar şəxslər olmamışdır. O, mübahisə zamanı Təqsirləndirilən şəxs döyməmiş və sonuncuya heç bir xəsarət yetirməmişdir. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 9-10-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 875 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin qançırı, alt və üst dodaq nahiyəsinin selikli qişasının qansızması küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 42-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 44-cü vərəqəsində olan Bərdə RİHB-nın Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-196/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-196/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver