Məhkəmə qərarları › İş №1(021)-198/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-198/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-198/2022 21.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə. Təqsirləndirilən şəxs: xx xxxx 1957-ci ildə Bərdə rayonu Otuzikilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Otuzikilər kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təqsirləndirilir ona görə ki, о, meşə fоndunа dахil оlmаyаn аğаclаrı qаnunsuz kəsməklə təbiətə külli miqdаrdа ziyаn vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Yаşıllıqlаrın Mühаfizəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 13-cü mаddəsinin, “Yаşıllıqlаrın götürülməsi qаydаsı” hаqqındа Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin 30 аvqust 2016-cı il tаriхli 321 nömrəli qərаrının İİ və İİİ bəndinin tələblərini pоzаrаq Bərdə rаyоnu Otuzikilər kəndi ərazisində kənd qəbiristanlığına gedən yolun sol hissəsində, yəni dövlət mülkiyyətində olan torpaq sahəsində, X5 İdarəsinin balansında olan beton su arxının kənarında bitən 01 ədəd, diаmеtri 22 sm hər bir аğаcа görə dəymiş ziyаn 200 mаnаt оlmаqlа 200 mаnаt, 01 ədəd diаmеtri 24 sm hər bir аğаcа görə dəymiş ziyаn 200 mаnаt оlmаqlа 200 mаnаt, 02 ədəd diаmеtri 25 sm hər bir аğаcа görə dəymiş ziyаn 250 mаnаt оlmаqlа 500 mаnаt, 01 ədəd diаmеtri 27 sm hər bir аğаcа görə dəymiş ziyаn 250 mаnаt оlmаqlа 250 mаnаt, 06 ədəd diаmеtri 30 sm hər bir аğаcа görə dəymiş ziyаn 300 mаnаt оlmаqlа 1800 mаnаt, 01 ədəd diаmеtri 33 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 350 mаnаt, 03 ədəd diаmеtri 34 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 1050 mаnаt, 04 ədəd diаmеtri 35 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 1400 mаnаt, 02 ədəd diаmеtri 36 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 700 mаnаt, 02 ədəd diаmеtri 38 sm hər bir аğаcа görə dəymiş ziyаn 400 mаnаt оlmаqlа 800 mаnаt, 07 ədəd diаmеtri 40 sm hər bir аğаcа görə dəymiş ziyаn 400 mаnаt оlmаqlа 2800 mаnаt, 01 ədəd diаmеtri 41 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+50 mаnаt оlmаqlа 450 mаnаt, 01 ədəd diаmеtri 42 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+100 mаnаt оlmаqlа 500 mаnаt, 01 ədəd diаmеtri 44 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+200 mаnаt оlmаqlа 600 mаnаt, 01 ədəd diаmеtri 45 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+250 mаnаt оlmаqlа 650 mаnаt, 02 ədəd diаmеtri 50 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+500 mаnаt оlmаqlа 1800 mаnаt, 01 ədəd diаmеtri 51 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+550 mаnаt оlmаqlа 950 mаnаt, 01 ədəd diаmеtri 53 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+650 mаnаt оlmаqlа 1050 mаnаt, ümumilikdə külli miqdаr hеsаb еdilən 16050 (оn altı min əlli) mаnаt məbləğində mеşə fоndunа dахil оlmаyаn 38 ədəd qоvаq cinsinə mənsub аğаclаrı 2022-ci ilin iyun ayında köküstə yаş hаldа qаnunsuz kəsərək təbiətə külli miqdаrdа ziyаn vurmuşdur. Bununlа dа, Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə iclası zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Otuzikilər kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. 1991-ci ildən 2014cü ilədək Bərdə rayonu İcra Hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmişdir. Yaşadığı kəndin qəbiristanlığına gedən yolun sol tərəfində ailəsinə məxsus 2,32 ha pay torpaq sahəsi vardır. Həmin sahəyə bitişik, bələdiyyənin ehtiyat fondunda olan 5 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin kənarında yerləşən beton su arxının yaxınlığında çoxlu sayda qovaq (qələmə) ağacları vardır. Ağacların bitdiyi torpaq sahəsi X5 İdarəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. Həmin su beton arxına bitişik ərazi ailəsinin pay torpaq sahəsidir. Təxminən 2022-ci ilin iyun ayının ortalarında beton su arxının kənarında 38 ədəd ağacın kəsildiyini eşitmişdir. Bu barədə ona oğlu Rəşad mobil telefon vasitəsilə məlumat vermiş, o, dərhal həmin əraziyə gedərək ağacların Göyçay rayon sakini Seymur adlı şəxs tərəfindən kəsildiyini görmüşdür. Seymur 2022-ci ilin iyun ayında onun xəstə kimi yataq şəraitində müalicə aldığı dövrdə evinə gələrək pay torpaq sahəsinə bitişik ərazidəki qələmə ağaclarının kəsilməsinə icazə istəmiş, Seymura ağacların kiçik olduqlarını, böyümələri lazım olduğunu, payız ayında gəlməsini və sənədləşmə işlərinin aparılmalı olduğunu bildirmişdir. Ağacların kəsilməsindən sonra oğlu Rəşadla mübahisə edərək niyə ağacların kəsilmələrinə imkan verdiyini soruşmuş, oğlu ona həmin şəxsin guya ondan icazə aldıqlarını bildirdiyini demişdir. Həmin vaxt o, bu barədə heç kimə razılıq vermədiyini söyləmiş və səhhətində olan ağrılara görə evə qayıtmışdır. Əməlindən səmimi peşman olmasını və evli olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi qismində tanınmış 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 iyun 2022-ci il tarixdə işlədiyi idarəyə 13 iyun 2022-ci il tarixdə Bərdə rayonu Otuzikilər kəndi ərazisindən keçən suvarma kanalının kənarında 38 ədəd qovaq cinsinə mənsub olan ağacların kəsilməsinə dair məlumat daxil olmuş, həmin məlumat əsasında idarənin əməkdaşları Şahid5, Şahid6 və Şahid7 tərəfindən baxış keçirilərək 66625 nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən aparılmış hesabatla Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş ziyanın ümumi məbləği 16050 manat müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş 16050 manat ziyanın tutulmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Otuzikilər kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olmaqla ailəsini dolandırır. Yaşadığı kəndin qəbiristanlığına gedən yolun sol tərəfində ona və ailəsinə məxsus 2,32 ha pay torpaq sahəsi vardır. Həmçinin həmin sahəyə bitişik, bələdiyyənin ehtiyat fondunda olan 5 ha torpaq sahəsini icarəyə götürmüşlər. Həmin torpaq sahəsinin kənarında yerləşən beton su arxının yaxınlığında çoxlu sayda qovaq (qələmə) ağacları olmuşdur. Ağacların bitdiyi torpaq sahəsi X5 İdarəsinin balansında olmaqla dövlət mülkiyyətindədir. 2022-ci ilin iyun ayının ortalarında pay torpaq sahəsində alaq işləri aparan zaman qovaq ağaclarının elektrik mişarı ilə kəsildiklərini görmüşdür. Bu səbəbdən ağacları kəsən şəxslərin yanına getmiş və ağacların kəsilməsi barədə kiməsə məlumat verib-vermədiklərini soruşmuşdur. Seymur ona atası Yaqubla razılaşdığını, buna görə də ağacları kəsdiyini bildirmişdir. Atasının ağacların kəsilməsindən məlumatlı olduğunu zənn edərək həmin şəxsə heç nə deməmişdir. Sonradan atasına mobil telefon vasitəsilə zəng edib ağacların kəsilməsi barədə məlumat vermiş, atası oraya gələrək həmin şəxslərlə mübahisə etmiş və ağacları nə üçün kəsdiklərini soruşmuşdur. Hətta atası onunla mübahisə edib niyə gec zəng etdiyini soruşduqda, o, “Həmin şəxslərin səndən icazə aldığını öyrəndim, ona görə zəng etmədim” cavabını vermiş, atası Yaqub ağacları kəsənlərin yalan danışdıqlarını, heç kimə ağacların kəsilməsi ilə bağlı razılıq vermədiyini söyləmiş və ağrıdığı üçün çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Bərdə rayonu Otuzikilər bələdiyyəsinin sədri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır. 14 iyun 2022-ci il tarixdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onunla əlaqə saxlanılaraq Bərdə rayonu Otuzikilər kəndində kənd qəbiristanlığına gedən yolun kənarında kütləvi şəkildə ağacların kəsildiyi barədə məlumat verilmiş, həmin gün kəsilmiş qovaq ağaclarına baxış keçirilmişdir. Baxış zamanı 38 ədəd qovaq ağacının kəsilməsi aşkarlanmışdır. Həmin ağaclar ərazidən keçən beton su arxının kənarında yerləşir. Ağacların yerləşdiyi əraziyə bitişik Təqsirləndirilən şəxs məxsus 2,5 ha pay torpaq sahəsi və həmin şəxsin icarə əsasında istifadəsində olan 5 ha torpaq sahəsi vardır. Həmin torpaq sahələrində əkin işləri aparılır. 13 iyun 2022-ci il tarixdə əldə xəritə olmadan və tərəfindən müvafiq araşdırma aparılmadan ağacların kəsildiyi ərazinin Bərdə rayonu Otuzikilər bələdiyyəsinə aid olması barədə arayış tərtib edərək 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmişdir. Bundan sonra ağacların kəsildiyi ərazinin kimin mülkiyyətində olmasını dəqiqləşdirmək üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və torpaq sahəsinin X5 İdarəsinin balansında olmaqla dövlət mülkiyyətinə aid olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 1989-cu ildən X5 İdarəsində sahə rəisi vəzifəsində çalışır və rayon ərazisində 42000 ha torpaq sahəsinə suyun verilməsinin təmin edilməsini tənzimləyir. Digər vəzifələri su paylayıcılarına nəzarət etməkdən və Yuxarı Qarabağ kanalında suyun səviyyəsini ölçərək kiçik ölçüdə torpaq sahələrinə suyun verilməsini təmin etməkdən ibarətdir. 14 iyun 2022-ci il tarixdə 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onunla əlaqə saxlayaraq Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən yolun kənarından keçən beton su arxının yaxınlığındakı ağacların kəsildiyi barədə məlumat vermişdir. Ekologiya idarəsinin əməkdaşlarının və Bərdə rayonu Otuzikilər bələdiyyəsi sədrinin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, baxış zamanı müxtəlif diametrli 38 ədəd qovaq ağaclarının kəsildiyi müəyyənləşdirilmişdir. Ağacların kəsildiyi ərazi X5 İdarəsinin balansında olan 16x- 1 beton suvarma kanalının kənarında yerləşməklə dövlət mülkiyyətində olsa da, ərazidə ağacların kəsilməsini görməmiş, ağacların kim tərəfindən və nə vaxt kəsilməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, 2007-ci ildən X1 Bərdə rayon şöbəsinin icraçı direktoru işləyir. Vəzifəsi müqavilə üzrə X5 İdarəsindən suyu satın alaraq torpaq istifadəçilərinə paylamaqdan, növbəliliyi tənzimləməkdən və su pullarının toplanılmasından ibarətdir. Xidməti ərazisinə Bərdə rayonunun Otuzikilər, Əyricə və Çələbilər kəndləri daxildir. Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən yolun kənarında X5 İdarəsinin balansında olan beton arxın yaxınlığında çoxlu sayda qovaq ağacları olmuşdur. Həmin ağacların kəsilməsi barədə məlumatı ona 14 iyun 2022-ci il tarixdə 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından biri tərəfindən mobil telefon vasitəsilə zəng edərək vermişdir. Təxminən 3 ay əvvəl ağacların kökləri arxın kənarındakı betonu zədələməklə suyun dağılmasına səbəb olduğundan o, kənd sakini Təqsirləndirilən şəxs onları lazımi orqanlardan icazə aldıqdan sonra kəsməsini bildirmişdir. Lakin qovaq ağaclarının kim tərəfindən və nə vaxt kəsilməsi barədə heç bir məlumatı olmamışdır. X7 ifadəsində qovaq ağaclarının kəsilməsinə dair icazə almaq üçün heç kimin yazılı və ya şifahi formada işlədiyi idarəyə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunda aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Onun vəzifəsi ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq işlərini həyata keçirməkdən ibarətdir. 13 iyun 2022-ci il tarixdə idarəyə Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən yolun sol hissəsində beton suvarma kanalının qırağında qovaq cinsinə mənsub ağacların kəsilməsi barədə məlumat daxil olmuşdur. 21 iyun 2022-ci il tarixdə idarənin əməkdaşları Şahid6 və Şahid7, Bərdə rayonu Otuzikilər bələdiyyəsinin sədri Şahid2 və kənd sakini Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan əraziyə baxış keçirmiş, baxış zamanı yaş halda diametri 22 smolan 1 ədəd, diametri 24 sm olan 1 ədəd, diametri 25 sm olan 2 ədəd, diametri 27 sm olan 1 ədəd, diametri 30 sm olan 6 ədəd, diametri 33 sm olan 1 ədəd, diametri 34 sm olan 3 ədəd, diametri 35 sm olan 4 ədəd, diametri 36 sm olan 2 ədəd, diametri 38 sm olan 2 ədəd, diametri 40 sm olan 7 ədəd, diametri 41 sm olan 1 ədəd, diametri 42 sm olan 1 ədəd, diametri 44 sm olan 1 ədəd, diametri 45 sm olan 1 ədəd, diametri 50 sm olan 2 ədəd, diametri 51 sm olan 1 ədəd, diametri 53 sm olan 1 ədəd olmaqla 38 ədəd qovaq cinsinə mənsub olan ağacın yaş halda kəsilərək məhv edilməsi aşkar edilmişdir. Bununla bağlı tərəflərindən akt tərtib olunduqdan sonra təbiətə dəymiş ziyanın hesablanması üçün idarəyə təqdim edilmiş və hesabat aparılmaqla ziyanın məbləğinin 16050 manat olduğu müəyyən edilmişdir. Aparılmış sorğular nəticəsində ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Qeyd edilən ağaclar heç bir icazə hüququ verən sənəd olmadan qanunsuz olaraq kəsildiyindən “Ətraf mühitin mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli və 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarlarının tələbləri pozularaq təbiətə ziyan vurulmuşdur. Onlar aktı imzalamaqla təsdiq etsələr də, baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs aktı imzalamaqdan imtina etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid7 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid6 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində digər Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli 9/6255 nömrəli rəyindən görünür ki, ekpertiza tədqiqatına təqdim edilmiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 iyun 2022-ci il tarixli 66526 nömrəli aktına əsasən tərtib edilmiş hesabatda göstərilən Bərdə rayonu Otuzikilər kəndi ərazisində yolun sol kənarında beton suvarma arxının ətrafında 01 ədəd d=22 sm, 01 ədəd d=24 sm, 02 ədəd d=25 sm, 01 ədəd d=27 sm, 06 ədəd d=30 sm, 01 ədəd d=33 sm, 03 ədəd d=34 sm, 04 ədəd d=35 sm, 02 ədəd d=36 sm, 02 ədəd d=38 sm, 07 ədəd d=40 sm, 01 ədəd d=41 sm, 01 ədəd d=42 sm, 01 ədəd d=44 sm, 01 ədəd d=45 sm, 02 ədəd d=50 sm, 01 ədəd d=51 sm, 01 ədəd d=53 sm qovaq cinsinə mənsub ağaclar olmaqla ümumilikdə 38 ədəd köküstə yaş ağacların qanunsuz kəsilərək (tikinti və quraşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 16050 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş 04 iyul 2022-ci il tarixli 17/236 nömrəli məktubdan görünür ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Otuzikilər kənd sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş halda və bioloji inkişafda olan müxtəlif diametrli 38 ədəd ağacın kəsilərək məhv edilməsi faktı ilə bağlı 21 iyun 2022-ci il tarixdə 66526 nömrəli akt tərtib edilmiş və yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən dəymiş ziyan 16050 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”na əsasən istifadəsində olan torpaq sahələrinə dair yaşıllığın uçot və monitorinqi barədə məlumatlar aidiyyəti üzrə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyun 2022-ci il tarixli 66526 nömrəli aktdan görünür ki, daxil olmuş məlumat əsasında Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən avtomobil yolunun sol hissəsində yerləşən beton su arxının ətrafındakı əraziyə idarənin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı 38 ədəd qovaq cinsinə mənsub olan ağacın kəsilərək məhv edilmələri faktını müəyyən etmiş, ərazidə çəkilmiş fotoşəkillər, alınmış izahatlar və toplanmış digər sənədlər akta əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun məsləhətçi-müfəttişi Şahid6 tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarının 1 saylı əlavəsinə və 21 iyun 2022-ci il tarixli akta əsasən 22 iyun 2022-ci il tarixdə hesabat aparılmış və təbiətə dəymiş ziyanın ümumi məbləğinin 16050 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X5 İdarəsinin 14 iyun 2022-ci il tarixli 327 nömrəli və 20 iyun 2022-ci il tarixli 340 nömrəli məktublarının surətlərindən görünür ki, Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən avtomobil yolunun sol hissəsində 38 ədəd qovaq ağacının kəsildiyi torpaq sahəsi idarənin balansında olan 16x-1 beton suvarma kanalının mühafizə zolağında yerləşir və dövlət mülkiyyətinə aiddir. 2022-ci ilin əsaslı təmir planında 16x-1 kanalının təmir işləri nəzərdə tutulmamışdır, həmin ərazidə ağac və kol-kosların təmizlənməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Otuzikilər bələdiyyəsi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli 13 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən yolun sol kənarında yerləşən bələdiyyə mülkiyyətinə aid olan torpağın yola yaxın hissəsində 38 ədəd qələmə ağacının kəsilməsi Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Bərdə rayonu Otuzikilər kənd qəbiristanlığına gedən avtomobil yolunun sol hissəsində yerləşən beton su arxının ətrafındakı ərazidə diametri 22 sm olan 1 ədəd, diametri 24 sm olan 1 ədəd, diametri 25 sm olan 2 ədəd, diametri 27 sm olan 1 ədəd, diametri 30 sm olan 6 ədəd, diametri 33 sm olan 1 ədəd, diametri 34 sm olan 3 ədəd, diametri 35 sm olan 4 ədəd, diametri 36 sm olan 2 ədəd, diametri 38 sm olan 2 ədəd, diametri 40 sm olan 7 ədəd, diametri 41 sm olan 1 ədəd, diametri 42 sm olan 1 ədəd, diametri 44 sm olan 1 ədəd, diametri 45 sm olan 1 ədəd, diametri 50 sm olan 2 ədəd, diametri 51 sm olan 1 ədəd, diametri 53 sm olan 1 ədəd olmaqla 38 ədəd qovaq cinsinə mənsub olan ağacın yaş halda kəsilərək məhv edilməsi aşkar edilmiş, baxış zamanı həmin ərazinin X5 İdarəsinin balansında, dövlət mülkiyyətində olduğu, həmçinin əraziyə bitişik olan torpaq sahəsinin kənd sakini Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 7 saylı Bərdə Ərazi İdarəsindən daxil olmuş 15 sentyabr 2022-ci il tarixli **********70 nömrəli məktubdan görünür ki, Bərdə rayonu Otuzikilər kəndində beton suvarma kanalının yaxınlığında 38 ədəd müxtəlif cinsli və diametrli, qanunsuz kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək “Torpaqların elektron kadastr uçotu” məlumat bazası ilə müqayisələndirilmiş, naturada göstərilən kəsilmiş ağacların tutduğu ərazinin dövlət mülkiyyətinə aid, təsərrüfatdaxili beton suvarma kanalına təhkim olunmuş torpaq sahəsində yerləşdiyi və məlumat bazasında həmin torpaq sahəsinin hər hansı hüquqi sənədlə (çıxarış, dövlət aktı) üst-üstə düşmədiyi məlum olmuşdur. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 19 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə rayon Otuzikilər kənd qəbiristanlığına gedən avtomobil yolunun sol hissəsində beton suvarma arxının ətrafında 38 ədəd qovaq cinsinə mənsub ağaclar Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 20 oktyabr 2022-ci il tarixli 496 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə rayonu Otuzikilər kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ali təhsillidir, 2 övladı vardır, yaşadığı kəndin Ağsaqqallar şurasının sədridir, kənd əhalisi arasında böyük hörmət və nüfuzu vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu “Yаşıllıqlаrın Mühаfizəsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 13-cü mаddəsinin, “Yаşıllıqlаrın götürülməsi qаydаsı” hаqqındа Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin 30 аvqust 2016-cı il tаriхli 321 nömrəli qərаrının İİ və İİİ bəndinin tələblərini pоzаrаq Bərdə rаyоnu Otuzikilər kəndi ərazisində kənd qəbiristanlığına gedən yolun sol hissəsində, yəni dövlət mülkiyyətində olan torpaq sahəsində, X5 İdarəsinin balansında olan beton su arxının kənarında bitən 01 ədəd, diаmеtri 22 sm hər bir аğаcа görə dəymiş ziyаn 200 mаnаt оlmаqlа 200 mаnаt, 01 ədəd diаmеtri 24 sm hər bir аğаcа görə dəymiş ziyаn 200 mаnаt оlmаqlа 200 mаnаt,02 ədəd diаmеtri 25 sm hər bir аğаcа görə dəymiş ziyаn 250 mаnаt оlmаqlа 500 mаnаt, 01 ədəd diаmеtri 27 sm hər bir аğаcа görə dəymiş ziyаn 250 mаnаt оlmаqlа 250 mаnаt, 06 ədəd diаmеtri 30 sm hər bir аğаcа görə dəymiş ziyаn 300 mаnаt оlmаqlа 1800 mаnаt, 01 ədəd diаmеtri 33 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 350 mаnаt, 03 ədəd diаmеtri 34 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 1050 mаnаt, 04 ədəd diаmеtri 35 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 1400 mаnаt, 02 ədəd diаmеtri 36 sm hər bir аğаcа görə dəymiş ziyаn 350 mаnаt оlmаqlа 700 mаnаt, 02 ədəd diаmеtri 38 sm hər bir аğаcа görə dəymiş ziyаn 400 mаnаt оlmаqlа 800 mаnаt, 07 ədəd diаmеtri 40 sm hər bir аğаcа görə dəymiş ziyаn 400 mаnаt оlmаqlа 2800 mаnаt, 01 ədəd diаmеtri 41 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+50 mаnаt оlmаqlа 450 mаnаt, 01 ədəd diаmеtri 42 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+100 mаnаt оlmаqlа 500 mаnаt, 01 ədəd diаmеtri 44 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+200 mаnаt оlmаqlа 600 mаnаt, 01 ədəd diаmеtri 45 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+250 mаnаt оlmаqlа 650 mаnаt, 02 ədəd diаmеtri 50 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+500 mаnаt оlmаqlа 1800 mаnаt, 01 ədəd diаmеtri 51 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+550 mаnаt оlmаqlа 950 mаnаt, 01 ədəd diаmеtri 53 sm hər bir аğаcа görə dəymiş ziyаn 400+650 mаnаt оlmаqlа 1050 mаnаt, ümumilikdə külli miqdаr hеsаb еdilən 16050 (оn altı min əlli) mаnаt məbləğində mеşə fоndunа dахil оlmаyаn 38 ədəd qоvаq cinsinə mənsub аğаclаrı 2022-ci ilin iyun ayında köküstə yаş hаldа qаnunsuz kəsərək təbiətə külli miqdаrdа ziyаn vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 259.2.4-cü maddəsinə əsasən Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə - yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini və onun şərti sınaq müddəti ilə tətbiq edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 259.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını və həmin cəzanın təqsirləndirilən şəxsə tətbiq edilə bilməsini, lakin təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayır və buna görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin həmin cəzanın şərti olaraq tətbiq edilməsini cəzanın islah təsiri və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar baxımından hazırki işdə uyğun hesab edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq edib təqsirləndirilən şəxsi şərti məhkum etməklə də cəzanın məqsədlərinə çatmaq olar. CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirli şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təbiətə 16050 (on altı min əlli) manat maddi ziyan dəyməsi və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınmalı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 16050 (on altı min əlli) manat maddi ziyanın olması və ziyanın hazırki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar