Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-199/2022 21.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1979-cu il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs оğlu qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamışdır. Belə ki, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, ИЖ-56-3 “Белка” modelli, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli, kombinə edilmiş, odlu silah hesab edilən 1 (bir) ədəd ov tüfəngini və 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patronu yaşadığı Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən evin yataq otağındakı dolabda saxlamış, 16 iyun 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı dolabın içərisindən ИЖ-56-3 “Белка” modelli, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli, kombinə edilmiş, odlu silah hesab edilən 1 ədəd ov tüfəngi, 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patron aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evində yaşayır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi iş yeri yoxdur. Ona 1990-cı ildə vəfat etmiş mərhum atası X1 1 ədəd qoşalüləli ov tüfəngi, 4 ədəd 28 kalibrli patron və 18 ədəd 28 kalibrli giliz yadigar qalıb. O həmin silahı, patronları və gilizləri əvvəllər yaşadığı evin yataq otağında olan yorğan-döşəyin altında saxlasa da, sonradan yerini dəyişərək həmin otaqdakı dolabda gizlətmişdir. 16 iyun 2022-ci il tarixdə evdə olarkən Bərdə rayon polis şöbəsinın əməkdaşları yaşadığı ünvana gəlib evin darvazası qarşısında polis əməkdaşları evdə qanunsuz olaraq yivli odlu silah saxlamağı barədə məlumat əldə etdiklərini, bu səbəbdən evə baxış keçirilməli olduğunu bildirmişdirlər və buna hər hansı etirazının olub-olmadığını soruşmuşdurlar. O, ərizə yazıb imzalamaqla baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları ondan evdə odlu silah olubolmadığını soruşanda, o qanunsuz olaraq odlu silah saxladığını səmimi şəkildə etiraf edərək təqdim edə biləcəyini söyləmişdir. Ardınca polis əməkdaşları ilə birlikdə yaşadığı evin birinci mərtəbəsində yerləşən otağa daxil olaraq oradakı dolabdan 1 ədəd odlu silah, 4 ədəd patron və 18 ədəd giliz götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin silahı və döyüş sursatı hesab edilən patron və gilizləri haradan əldə etdiyini soruşduqda, o həmin silah, patron və gilizlərin atasından yadigar qaldığını söyləmişdir. Baxış zamanı təqdim etdiyi silah, patronlar və gilizlər ekspertiza tədqiqatına təqdim ediləcəkləri bildirilməklə qablaşdırıldı və üzəri möhürlənərək götürülmüşdür. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Əməlindən səmimi peşman olmasını, həmin silahdan heç zaman istifadə etmədiyini və onun ov məqsədli silah olmasını, ailəli və övladlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis mayoru rütbəsində olmaqla Bərdə rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən evində qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 16 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayonu, Yenidaşkənd kəndində olması müəyyən edildikdən sonra, Bərdə RPŞ-in TB-in təhqiqatçısı, polis mayoru X7, Bərdə RPŞ-in, KTQ-un ekspert-kriminalisti polis baş leytenantı Şahid4, Bərdə RPŞ-nin İTB-in polis sahə rəisi, polis mayoru Şahid2, Bərdə RPŞ-in, İTB-in polis sahə nəfəri, polis serjantı Şahid3 ilə birlikdə onun yaşadığı evə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlamasında şühəli olması barədə əməliyyat məlumatına malik olduqları və yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs isə yaşadığı evdə odlu silah olduğunu səmimi etiraf edərək təqdim edəcəyini və heç bir etirazının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda yerləşən şkafın içərisindən 1 ədəd ədəd yivli odlu silah və patronları çıxardaraq onlara təqdim etmişdir. Bundan sonra həmin silah və patronlar evin həyətyanı sahəsində olan stolun üzərinə qoyulub baxış keçirilmiş, baxış zamanı silahın üzərində C8931 və 1958 y, həmçinin 56/28 rəqəmləri olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs silahın və patronların atasından qaldığını, atasının 1990-cı ildə vəfat etdiyini, aşkar edilmiş silahın ov silahı olmasını, 28 kalibirli patronların isə ov silahının güllələri olduğunu bildirmişdir. Bundan sonra həmin silah və patronlar sintetik kisəyə qoyularaq müvafiq olaraq qablaşdırılıb möhürlənmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş digər şahidlər Şahid4 və Şahid3 verdikləri ifadələrində digər şahidlərlə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahidlər Şahid2 və Şahid5 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində digər şahidlərlə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 4 ildir Təqsirləndirilən şəxs ilə evlənmişdir. Həmin evlilikdən Tunar və Zəhra adlı iki az yaşlı övladları vardır. Əri Təqsirləndirilən şəxs odlu silah və patronlar saxlaması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bu barədə ona heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/835 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş,”C8931” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, üst lüləsi 5,6 mm kalibrli –yivli, alt lüləsi hamar 28 kalibrli olub, ИЖ-56-3 “Belka” modelli, kombinə edilmiş ov tüfəngidir, odlu silahdır, texniki cəhətdən saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişinliklər edilməmişdir, atəş açmaq üçün yararlıdır. Tədqiq edilən 4(dörd) ədəd patron 28 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizlərin zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş, patrondur, istifadəyə (atəşə) yararlıdır. Tədqiq edilən 18 (on səkkiz) ədəd giliz 28 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, patronun atəşlə ayrılmış hissəsidir-gilizdir, döyüş sursatı hesab edilmir, istifadəyə yarasızdır. Cinayət işinin materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmiş, yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda olan dolabdan texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli ИЖ-56-3 “Белка” modelli, kombinə edilmiş, odlu silah hesab edilən 1 (bir) ədəd ov tüfəngi, 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patron qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkəti videogörüntü ilə qeydə alınaraq 01 ədəd “DVD” diskə köçürülməklə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladı var və övladı X5 xx.xx.2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 17 iyun 2022ci il tarixli, 5(021)-117/2022 saylı “əməliyyat-axtarış tədbirinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenentı Şahid1 tərəfindən qəbul edilmiş və həmin şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov tərəfindən təsdiq edilmiş 16 iyun 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli ИЖ-56-3 “Белка” modelli, kombinə edilmiş, odlu silah hesab edilən 1 (bir) ədəd ov tüfəngi, 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patron və 1 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, ИЖ-56-3 “Белка” modelli, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli, kombinə edilmiş, odlu silah hesab edilən 1 (bir) ədəd ov tüfəngini və 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patronu yaşadığı Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən evin yataq otağındakı dolabda saxlamış, 16 iyun 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı dolabın içərisindən ИЖ-56-3 “Белка” modelli, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli, kombinə edilmiş, odlu silah hesab edilən 1 ədəd ov tüfəngi, 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patron aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Həmin qərarın 6-cı bəndində qeyd edilmişdir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır.Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması, həmin maddədə nəzərdə tutulmayan Təqsirləndirilən şəxs оğlunun əvvəllər məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi isə onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş texniki cəhətdən saz vəziyyətdə olan atəş açmaq üçün yaralı olan, zavod üsulu ilə istehsal edilmiş, ИЖ-56-3 “Белка” modelli, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli, kombinə edilmiş, odlu silah hesab edilən 1 (bir) ədəd ov tüfəngi və 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 3 kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətiimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yaralı olan, zavod üsulu ilə istehsal edilmiş, ИЖ-56-3 “Белка” modelli, “C8931” nömrəli, xarici çaxmaqlı, üst lüləsi 5,6 mm kalibrli - yivli, alt lüləsi hamar 28 kalibrli olmaqla qoşalüləli, kombinə edilmiş, odlu silah hesab edilən 1 (bir) ədəd ov tüfəngi və 28 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulla doldurulmuş, istifadəyə (atəşə) yararlı 4 (dörd) ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut kimi saxlanılmış 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-199/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-199/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver