Məhkəmə qərarları › İş №1(021)-2/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-2/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-2/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bərdə rayon X16 Hüquqi Şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1956-cı il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X25 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X16 Hüquqi şəxsin Nevrologiya şöbəsinin müdiri (həkim nevropotoloq) işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi cinayət əməlini törətmişdir. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs 15 yanvar 2007-ci il tarixdən 25 may 2021ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon X2 şöbəsinin müdiri (həkim nevropotoloq) vəzifəsində işləyərkən həmin Nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, şöbə müdiri kimi şöbənin (bölmənin) funksiya və vəzifələrinə uyğun olaraq fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə (bölmədə) müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək, əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək, işin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin etmək, səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya etmək, onların qarşılıqlı əlaqəsini təmin etmək, şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, tibb müəssisəsinin növbətçilik cədvəlinin tərtibatında aidiyyəti üzrə iştirak etmək, şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin etmək, şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, şöbənin (bölmənin) iş planını işləyib hazırlamaq, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil etmək, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirmək, şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yartmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Bərdə rayon hərbi komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılaraq döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyun ayında yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 919 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı “sağ tərəfli döş qəfəsinin travması, böyrəklərin travmatik əzilməsi, qapalı kəllə beyin travması, keçirilmiş kəskin sistitin qalıq əlamətləri” diaqnozu qoyulmuş, Bərdə rayon X3 şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş göndəriş əsasında Bərdə rayon mərkəzi xəstəxanasının Nevroloji şöbəsində stasionar müalicə alması üçün ona müraciət etmiş xx xxxxxx 1963-cü il təvəllüdlü, Bərdə rayonu Nəcəfqulubəyli kənd sakini Şahid1 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 2 ünvanında yerləşən Bərdə rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid1 barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “qıcolma tutmaları” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 119 nömrəli əmrlə təsdiq olunmuş ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “Keçirilmiş qapalı-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, hipertenzion sindrom, qıcolma tutmaları” kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid1 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini 18 yanvar 2016-cı il tarixdə Bərdə rayon X9 məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid1 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 19 yanvar 2016-cı il tarixli 0232003AAGD9 nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “Hipertenzion sindrom, epileptik qıcolma tutmaları” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid1 beş il müddətə, yəni xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2016-cı il tarixli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 33.987,5 manat (otuz üç min doqquz yüz səksən yeddi manat əlli qəpik) məbləğində pensiya və 10.742,23 manat (on min yeddi yüz qırx iki manat iyirmi üç qəpik) məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, ümumilikdə 44.729,73 manat (qırx dörd min yeddi yüz iyirmi doqquz manat yetmiş üç qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının (xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X25 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X16 Hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə, habelə, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X25 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X16 Hüquqi şəxsin Nevrologiya şöbəsinin müdiri (həkim nevropotoloq) vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək beş il müddətinə verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Bərdə rayon mərkəzi xəstəxanası Poliklinika şöbəsi tərəfindən verilmiş göndəriş əsasında Bərdə rayon mərkəzi xəstəxanasının Nevroloji şöbəsində stasionar müalicə alması üçün özünə xx.xx.2021-ci il tarixdə müraciət etmiş 3 noyabr 1963-cü il təvəllüdlü, Bərdə rayonu Nəcəfqulubəyli kənd sakini Şahid1 barəsində, onun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına, yəni Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən, qıcolma tutmaları diaqnozu əlillik təyininə əsas verdiyindən sonuncuya məhz həmin diaqnozla əlaqədar əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 4 ünvanında yerləşən Bərdə rayon mərkəzi xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid1 barəsində obyektiv, laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək qeyd edilən müddətdə onda faktiki olaraq hər hansı bir qıcolma tutmasını müəyyən etməməsinə baxmayaraq, cinayətkar niyyətinə nail olmaq üçün qəsdən 14 günlük müayinənin nəticəsi olaraq guya Şahid1 1 ay ərzində 8-9 dəfə qıcolma tutması keçirməsi barədə rəsmi sənəd hesab edilən xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 119 nömrəli əmrlə təsdiq olunmuş ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa xx.xx.2021-ci il tarixdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “Mərmi partlayışından sonra keçirilmiş qapalı-beyin travmasından sonrakı ensefalopatiya, hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid1 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini Bərdə rayon X9 məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid1 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 17 fevral 2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “Hipertenzion sindrom, epileptik sindromlar tez-tez qıcolma tutmaları ilə (ayda 8-9 dəfə)” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsindən sonra Şahid1 Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən əyani müayinə olunub qiymətləndirilərək alınmış travmanın əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlamətini təyin etməməsi barədə xx.xx.2021-ci il tarixli qərar verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının (xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X25 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X16 Hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirdi ki, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun Müalicə proflaktika fakultəsini bitirmişdir. 1990-cı ildə Təkmilləşdirmə İnstutunda 4 aylıq kursda olmuş və nevropatoloq sertifikatı almışdır. İxtisasca nevropatoloqdur. 1985-ci ildə Bərdə rayon Təcili tibbi yardım stansiyasında həkim işləmişdir. 1990-cı ildən Bərdə rayon mərkəzi xəstəxanasında həkim nevropatoloq və 2007-ci ildən 2021-ci ilin may ayınadək şöbə müdiri vəzifələrində işləmişdir. Hazırda təqaüddədir və işləmir. Bərdə rayon Mərkəzi xəstəxanası xx.xx.2019-cu ildən Publik hüquqi şəxs olmaqla xx.xx.2021-ci il tarixdən TƏBİB-in tərkibindədir. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim məsləhət komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Bərdə rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.2016-cı il tarixli 17 saylı Əmrinə əsasən xəstəxanada həkim məsləhət komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir və həkim məsləhət komissiyası 1 sədr və 3 üzvdən ibarət olmuşdur. Həmin komissiyasının sədri Şahid5, üzvləri - travmatoloq həkim kimi X22, həkim terapevt kimi X1, həkim nevropatoloq kimi isə Şahid3 daxil edilmişdir. Həmçinin Bərdə rayon X16 Hüquqi şəxsin direktorunun xx.xx.2021-cı il tarixli 11 saylı Əmrinə əsasən xəstəxanada həkim məsləhət komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir və həkim məsləhət komissiyası 1 sədr və 3 üzvdən ibarət olmuşdur. Həmin komissiyasının sədri Şahid4, üzvləri - terapevt həkim kimi Şahid5, həkim pediatr kimi X19, həkim nevropatoloq kimi isə Şahid3 daxil edilmişdir. Komissiyanın üzvlərindən Şəmil Məmmədov və Kamil İbrahimov vəfat etmişlər. Həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir: Xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Əlilliyin verilməsi ilə bağlı xəstəxanaya müraciət edən şəxslər ilk növbədə xəstəliyin ixtisası üzrə sahə həkimi tərəfindən qəbul edilir və onun sənədlərinə baxılır. Əgər müraciət edən şəxsin tibbi sənədləri yoxdursa ona göndəriş verilərək müayinələrdən keçirilir, zərurət olduqda digər klinik xəstəxanalara göndərilir, ambulator və stasionar müalicələr aparılır, əgər xəstəliyi ilə bağlı sənədləri varsa və əlavə müalicəyə ehtiyacı yoxdursa sənədlər toplanaraq komissiyaya təqdim edilir. Sonra komissiya sənədlərlə birlikdə şəxsi qəbul edir və həqiqətən də onda qeyd olunan xəstəliyin əlamətləri varsa xəstəliyin əlilliyə səbəb olubolmamasını Nazirlər Kabinetinin 415 nömrəli qərarı ilə qiymətləndirir. Əgər şəxsin xəstəliyi əlilliyin verilməsi üçün əsasdırsa barəsində elektron qaydada forma 88 yazılaraq təsdiq olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Şahid1 onun xəstəsi olmuşdur. Şahid1 əlillik verilməsi üçün Bərdə rayon X3 şöbəsinə müraciət edən şəxslərdən biridir. O, əlillik verilməsi ilə bağlı ilk dəfə xəstəxanaya 2015-ci ildə müraciət etmiş və Şahid3 tərəfindən qəbul edilmişdir. Belə ki, Şahid1 Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli qərarında İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla 1992-ci ildə xəsarət alaraq Qədirli adına Hövzə klinik xəstəxanasında müayinə və müalicə olunaraq ona “Sağtərəfli döş qəfəsinin travması. böyrəklərin travmatik əzilməsi” diaqnozu qoyulmuş, 1993-cü ildə yenidən yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmaqla ona “Qapalı kəllə beyin travması. Keçirilmiş kəskin sistitin qalıq əlamətləri” diaqnozu qoyulmuş və həmin xəsarətlər “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Bundan sonra Şahid1 nevropatoloq həkim Şahid3 tərəfindən müayinə olunaraq stasionar qaydada Bərdə rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunması üçün göndəriş verilmişdir. Şahid1 qeyd olunan travma nəticəsində ağırlaşmaların yaranıb-yaranmadığını müəyyən etmək üçün o, göndəriş əsasında xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər Bərdə rayon Mərkəzi Xəstəxanasına stasionara yerləşdirilərək müayinə və müalicə olunmuş, ona onun tərəfindən “Keçirilmiş qapalı-kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom və qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. Həmçinin, Şahid1 xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək təkrarən xəstəxanada stasionar qaydada müayinə və müalicə olunmuş, ona “Keçirilmiş qapalı-kəllə beyin travmasının qalıq əlamətləri. Travmatik ensefalopatiya. Hipertenzion sindrom və qıcolma tutmaları ilə” diaqnozunu qoymuşdur. Bundan əlavə, Ş.X10 Mərkəzində “Baş Beynin Nativ KT” müayinəsindən keçirilmiş və ona “Baş beyin yarımkürələrinin alın paylarının atrofiyası. C5-C7 osteoxondroz” diaqnozu qoyulmuşdur. Sonra Şahid1 sənədləri komissiya üzvləri tərəfindən yoxlanılaraq təsdiq edilməklə Nazirliyə göndərilmişdir. Lakin, elə həmin ayda Şahid1 əlilliyin verilməsindən imtina verilmiş, səbəb kimi əlavə müalicə qeyd edilmişdir. İmtinadan sonra Şahid1 yenidən müalicə həkimi Şahid3 müraciət etmiş və həmin zaman Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmirə bağlandığından xx.xx.2015-ci ildə ona Bakı Sağlamlıq Mərkəzində stasionar müalicə olunması üçün göndəriş verilmişdir. Şahid1 də göndəriş əsasında xx.xx.2015-ci ildə Bakı Sağlamlıq Mərkəzinə stasionar müalicəyə yerləşdirilmiş və xx.xx.2016-cı il tarixdə xəstəxanadan çıxmışdır. 19 yanvar 2016-cı ildə Şahid1 komissiya üzvləri tərəfindən yoxlanılmış və Nazirlər Kabinetinin 415 nömrəli qərarına əsasən Şahid1 verilmiş diaqnoz əlilliyə düşdüyü üçün 2016-cı ilin yanvar ayında ona forma 88 yazılaraq Nazirliyə göndərilmiş və Şahid1 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ildə 5 illik müddət bitdiyindən Şahid1 ona təyin edilmiş əlillik müddətinin uzadılması ilə əlaqədar yenidən Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və yenidən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 14 gün ərzində Bərdə rayon Mərkəzi Xəstəxanasında stasionar qaydada müayinə və müalicə olunmuş və ona “Mərmi partlayışından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefolopatiya. Hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” diaqnozu qoyulmuşdur. Bundan sonra sənədlər qiymətləndirilmiş və əlillik verilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə uyğun olduğundan elektron qaydada forma 88 hazırlanaraq təsdiq olunub Nazirliyə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə isə Şahid1 uzadılmasından imtina edilmişdir. O həmçinin bildirdi ki, 2015-ci ildə onun Şahid1 qoyduğu diaqnozdan fərqli diaqnoz məlumatları elektron sistemə daxil olmuşdur. Belə ki, o ağırlaşma əlaməti kimi idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qıcolma tutmalar diaqnozu qoymamışdır. Həmçinin bildirdi ki, 2021-ci ildə onun Şahid1 qoyduğu diaqnozdan fərqli diaqnoz məlumatları elektron sistemə daxil olmuşdur. Belə ki, o ağırlaşma əlaməti kimi idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu qoymamışdır. Nə səbəbdən müvafiq göndərişlərə həmin diaqnozların yazılması ona da məlum deyil. Həmçinin bildirdi ki, 2021-ci ildə təyin etdiyi tez-tez qızolma tutmalar (ayda 8-9 dəfə) diaqnozu ona görə vermişdir ki, əgər xəstədə həftədə 1 dəfə qıcolma tutması baş verərsə ayda 8-9 dəfə həmin tutmanın olması qaçılmazdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarının 2.2.11-ci bəndinə əsasən tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar epilepsiya ilə bağlı olan tutmalardı. Eplepsiya ilə əlaqədar olduğundan həmin qərarda onun kodu da G40-G41.9 kimi qeyd olunmuşdur. O isə xəstəlik tarixinə eplepsiya diaqnozu yazmamışdır. Qeyd olunanlara əsasən özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs Bərdə rayon X16 Hüquqi Şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət Bərdə rayonunda həkim kimi fəaliyyət göstərib. Rayonun nüfuzlu həkimlərdən biridir.Uzun müddət işləyib təqaüdə çıxdıqdan sonra onun barəsində cinayət işinin başlanılması həkim kollektivini də narahat edir. Cinayət işi ilə əlaqədar məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X30 nümayəndəsi X23 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixədək olan müddətdə 33.987,5 manat (otuz üç min doqquz yüz səksən yeddi manat əlli qəpik) məbləğində pensiya və 10.742,23 manat (on min yeddi yüz qırx iki manat iyirmi üç qəpik) məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, ümumilikdə 44.729,73 manat (qırx dörd min yeddi yüz iyirmi doqquz manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti Şahid1 köçürülmüşdür. Hesab edir ki, təqsirləndirilən şəxsə cəza verilməli, eyni zamanda mülki iddia təmin olunaraq həmin pul vəsaiti geri qaytarılmalıdır. O, həmçinin məhkəməyə ərizə ünvanlayaraq iş üzrə yeni təyin edilmiş Dövlət ittihamçısı etirazının olmadığını bildirmiş, mülki iddianı müdafiə edərək təmin olunmasını, onun iştirakı olmadan işə baxılmasını və yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1982-ci il tarixdə Bərdə RMX-nın şəhər poliklinikasında həkim psixiatr kimi işə təyin edilmişdir.1985-ci ilin fevral ayından xəstəxananın poliklinika şöbəsində həkim nevropatoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı ildən Bərdə RMX-da fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvüdür. Həkim məsləhət komissiyası komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma-88 lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə göndərilməsini həyata keçirir. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə tabe edildi. 2017-ci ildən isə həkim məsləhət komissiyaları müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə yəni Tibbi sosial ekspertiza və Reabilitasiya Alt siseminə «TSERAS» sisteminə göndərir həmin xidmətin göndərişi əsasında Agentlikdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılır. Ona elektron imza Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsusdur. Bildirmişdir ki, xəstəyə qoyulmuş diaqnozlar barədə Həkim məslət komissiyasının yekun rəyi qəbul olunduqdan sonra onun ambulator tibbi kitabçasına yazıldıqdan sonra həmin kitabça komissiya üzvləri və sədrin razılığı əsasında operatora təqdim edilir, operator tibbi kitabçada yazılmış diaqnozları elektron sistemə daxil etdikdən sonra elektron göndəriş sədr və komissiya üzvlərinin elektron imzası ilə təsdiq edilir və Tibbi sosial ekspertiza və Reabilitasiya Alt siseminə «TSERAS» sisteminə göndərilir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Belə ki, əlilliyin verilməsi ilə bağlı xəstəxanaya müraciət edən şəxslər ilk növbədə xəstəliyin ixtisası üzrə sahə həkimi tərəfindən qəbul edilir və onun sənədlərinə baxılır. Əgər müraciət edən şəxsin tibbi sənədləri yoxdursa ona göndəriş verilərək müayinələrdən keçirilir, zərurət olduqda digər klinik xəstəxanalara göndərilir, əgər xəstəliyi ilə bağlı sənədləri varsa və əlavə müalicəyə ehtiyacı yoxdursa sənədlər toplanaraq komissiyaya təqdim edilir. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan elektron imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmur. Şahid1 tanıyır və onun xəstəsi olmuşdur. Şahid1 əlillik verilməsi üçün Bərdə rayon X3 şöbəsinə müraciət edən şəxslərdən biridir. O, xx.xx.1992-ci il tarixdən xəstəxananın poliklinika şöbəsində qeydiyyatdadır. Ş. Mustafayev əlillik verilməsi ilə bağlı ilk dəfə xəstəxanaya 2015-ci ildə müraciət etmiş və tərəfindən qəbul edilmişdir. Onun təqdim etdiyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli qərarında Şahid1 İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla 1992-ci ildə xəsarət alaraq Qədirli adına Hövzə klinik xəstəxanasında müayinə və müalicə olunaraq ona “Sağtərəfli döş qəfəsinin travması, böyrəklərin travmatik əzilməsi” diaqnozu qoyulması, 1993-cü ildə yenidən yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmaqla ona “Qapalı kəllə beyin travması. Keçirilmiş kəskin sistitin qalıq əlamətləri” diaqnozu qoyulması və həmin xəsarətlərin “Hərbi travmadır, Azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilməsi qeyd edilmişdir. Bundan sonra Şahid1 tərəfindən müayinə olunaraq ona stasionar qaydada Bərdə rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunması üçün göndəriş verilmişdir. Sonuncu da göndəriş əsasında xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər Bərdə rayon Mərkəzi Xəstəxanasına stasionara yerləşdirilərək xəstəxananın nevropatoloq həkimi Təqsirləndirilən şəxs tərəfindən müayinə və müalicə olunmuş, ona “Keçirilmiş qapalı-kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom və qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. Sonra Şahid1 sənədləri komissiya üzvləri tərəfindən yoxlanılaraq təsdiq edilməklə Nazirliyə göndərilmişdir. Lakin, elə həmin ayda Şahid1 əlilliyin verilməsindən imtina verilmiş, səbəb kimi əlavə müalicə qeyd edilmişdir. İmtinadan sonra Şahid1 yenidən ona müraciət etmişdir. Şahid1 yenidən stasionar müalicə olunması üçün göndəriş vermiş və Nürəddin həkimə müraciət edərək eyni diaqnozla xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək təkrarən xəstəxanada stasionar qaydada müayinə və müalicə olunmuşdur. Bundan başqa Şahid1 yenidən yanına gəlmiş və həmin vaxtlarda Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmirə bağlandığından xx.xx.2015-ci ildə ona Bakı Sağlamlıq Mərkəzində stasionar müalicə olunması üçün göndəriş verilmişdir. Şahid1 də göndəriş əsasında xx.xx.2015-ci ildə Bakı Sağlamlıq Mərkəzinə stasionar müalicəyə yerləşdirilmiş və xx.xx.2016-cı il tarixdə xəstəxanadan çıxmışdır. 18 yanvar 2016-cı ildə Şahid1 tibbi sənədləri ilə birlikdə ona yaxınlaşmış və toplanmış sənədlər komissiya üzvləri tərəfindən müzakirə olunaraq Nazirlər Kabinetinin 413 nömrəli qərarına əsasən Şahid1 verilmiş diaqnoz əlilliyə düşdüyü üçün xx.xx.2016-cı il tarixdə ona forma 88 yazılaraq Nazirliyə göndərilmiş və Şahid1 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ildə 5 illik müddət bitdiyindən Şahid1 ona təyin edilmiş əlillik müddətinin uzadılması ilə əlaqədar yenidən Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Yevlax şəhər X17 stasionar müalicə olunması barədə tibbi sənədi təqdim etmişdir. Bundan sonra Şahid1 yenidən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər Bərdə rayon Mərkəzi Xəstəxanada stasionar qaydada müayinə və müalicə olunmuş və nevropatoloq həkim Təqsirləndirilən şəxs tərəfindən ona “Mərmi partlayışından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefolopatiya. Hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” diaqnozu qoyulmuşdur. Bundan sonra komissiyada Şahid1 iştirak etmiş və tibbi sənədləri tərəflərindən qiymətləndirilmiş və əlillik verilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə uyğun olduğundan elektron qaydada forma 88 hazırlanaraq təsdiq olunub Nazirliyə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə isə Şahid1 “əlilliyin təyininə əsas verən ağırlaşma aşkar olunmur” səbəbi ilə əlilliyin uzadılmasından imtina edilmişdir. Şahid1 qoyulmuş diaqnoz sonuncunun Bərdə rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəsi nəticəsində yazılmışdır. Həmin əlamətlər də Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə əlilliyin verilməsi üçün əsas olduğundan komissiya tərəfindən forma 88 hazırlanaraq göndərilmişdir. Şahid1 yazılmış diaqnozlar sonuncunun Bərdə rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəsi zamanı keçirilmiş müayinələr nəticəsində yazılmışdır. O, həmin diaqnozların düzgün qoyulması qənaətinə gəlmiş və göndərişi TSEK-ə göndərmişdir. Həmin diaqnozlar nevropatoloq Təqsirləndirilən şəxs tərəfindən yazılmışdır. O həmçinin bildirdi ki, 2015-ci ildə Şahid1 Təqsirləndirilən şəxs tərəfindən qoyulmuş diaqnozdan fərqli -idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qıcolma tutmalar diaqnozu və 2021-ci ildə isə idiopatik epilepsiya və epileptik sindromlar diaqnozu elekteon sistemə daxil olması onun səhvi ola bilməz. Ola bilsin ki, həmin sistemə daxil edən operator səhvən həmin diaqnozları elektron sistemə daxil etmişdir. O eyni zamanda bildirdi ki, Şahid1 əlillik təyin olunmasa da onun xəstəliyi var, xəstəxana tərəfindən bu günkü gündə də dərmanlarla təmin edilir. Ona və eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş Şahid1 tərəfindən Forma 88-in doldurularaq göndərilməsi ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif olunaraq verilməmişdir. O, qeyd etdi ki, Şahid1 sonradan yenə də Bərdə RMX-da HMK-dan keçmiş və xx.xx.2022-ci il tarixində forma 088 (0232003AAYQF) təsdiqlənmiş və TSEK-nın alt sisteminə göndərilmişdir. Lakin onun cavabı hələdə açıq qalmaqda davam edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1988-ci ildən həkim kimi fəaliyyət göstərməklə elə həmin tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasında həkim və reanimasiya şöbəsinin müdiri vəzifələrində, 2015-ci ildən xx.xx.2022-ci il tarixədək isə "Bərdə rayon Mərkəzi Xəstəxanası" X30 direktorunun müavini, baş həkim vəzifəsində işləmişdir. Hazırda Anesteziologiya reanimasiya şöbəsində şöbə müdiri işləyir. Eyni zamanda 2020-ci ildən xx.xx.2022-ci il tarixədək xəstəxanada olan əlillik sənədlərinin hazırlanması ilə bağlı həkim məsləhət komissiyasının sədri olmuşdur. Ondan əvvəl isə komissiyanın sədri Xəstəxananın poliklinika şöbəsində terapevt işləyən Şahid5 olmuşdur. Şahid1 əliliik verilməsi üçün Bərdə rayon X3 şöbəsinə müraciət edən şəxslərdən biridir. O, əlillik verilməsi ilə bağlı ilk dəfə xəstəxanaya 2015-ci ildə müraciət etmişdir. Həmin zaman isə o komissiyanın üzvü olmamışdır. Xəstəxanada olan tibbi sənədlərdən göründüyü kimi Şahid1 İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla 1992-ci ildə xəsarət alaraq Qədirli adına Hövzə klinik xəstəxanasında müayinə və müalicə olunmuş və ona "Sağtərəfli döş qəfəsinin travması, böyrəklərin travmatik əzilməsi" diaqnozu qoyulmuşdur. 1993-cü ildə yenidən yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunmuş və ona "Qapalı kəllə beyin travması. Keçirilmiş kəskin sistitin qalıq əlamətləri" diaqnozu qoyulmuşdur. Həmin xəsarətlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə "Hərbi travmadır, Azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilmişdir. Şahid1 müraciətindən sonra sonuncuda qeyd olunan travma nəticəsində ağırlaşmaların yaranıb-yaranmadığını müəyyən etmək üçün o xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək Bərdə rayon Mərkəzi Xəstəxanasına stasionara yerləşdirilərək müayinə və müalicə olunmuş, nevropatoloq Nurəddin həkim tərəfindən ona "Keçirilmiş qapalı-kəllə beyin travmasının qalıq əlamətlər. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom və qıcolma tutmaları ilə" diaqnozu qoyulmuşdur. Həmçinin, Şahid1 eyni diaqnozla xx.xx.2015-ci ildən xx.xx.2015-ci ildən təkrarən xəstəxanada stasionar qaydada müayinə və müalicə olunmuşdur. Bundan əlavə Ş.X10 Mərkəzində "Baş Beynin Nativ KT" müayinəsindən keçirilmiş və ona "Baş beyin yarımkürələrinin alın paylarının atrofiyası. C5-C7 osteoxondroz" diaqnozu qoyulmuşdur. Bundan sonra toplanmış sənədlər komissiya üzvləri tərəfindən müzakirə olunmuş və Nazirlər Kabinetinin 415 nömrəli qərarına əsasən Şahid1 verilmiş diaqnoz əlilliyə düşdüyü üçün 2016-cı ilin yanvar ayında ona forma 88 yazılaraq Nazirliyə göndərilmiş və Şahid1 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ildə müddət bitdiyindən Şahid1 ona təyin edilmiş əlillik müddətinin uzadılması ilə əlaqədar yenidən Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və xx.xx.2021 -ci ildən xx.xx.2021-ci ilə qədər Xəstəxanada stasionar qaydada müayinə və müalicə olunaraq nevropatoloq Nurəddin həkim tərəfindən "Mərmi partlayışından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefolopatiya. Hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)" diaqnozu qoyulmuşdur. Sonradan sənədlər qiymətləndirilmiş və əlillik verilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə uyğun olduğundan elektron qaydada forma 88 hazırlanaraq təsdiq olunub Nazirliyə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə isə Şahid1 "əlilliyin təyininə əsas verən ağırlaşma aşkar olunmur" səbəbi ilə əlilliyin uzadılmasından imtina edilmişdir. Şahid1 qoyulmuş diaqnoz sonuncunun Bərdə rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəsi zamanı nevropatoloq Nurəddin həkim tərəfindən müayinələrin nəticəsində yazılmışdır. Həmin əlamətlər də Nazirlər Kabinetinin 415 nömrəli qərarı ilə əlilliyin verilməsi üçün əsas olduğundan forma 88 hazırlanaraq göndərilmişdir. Diaqnozlar yazılarkən və təsdiq olunarkən xəstəliklərin bilərəkdən ağırlaşdırılması məqsədi ilə təhrif olunması və hiperdiaqnostikaya yol verilməsi hallarına yol verilməmişdir. Həmin xəstə onun ixtisasına uyğun deyil və müalicə həkiminin qoyduğu diaqnoza və sənədlərə əsaslanaraq həmin diaqnozları təsdiq etmişdir. Xəstəyə qeyd edilən diaqnozlar ambulator kartasında olan sənədlər əsasında forma 88-də qeyd edilərək göndərilmişdir. Ona və eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş Şahid1 tərəfindən Forma 88-in doldurularaq göndərilməsi ilə bağlı hər hansı pul və bu kimi maddi nemət təklif olunaraq verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verib onun dediklərini təsdiq etdi. O həmçinin bildirdi ki, 2015-ci ildə və 2021-ci ildə Şahid1 qoyulmuş diaqnozdan fərqli diaqnoz məlumatları elektron sistemə daxil olmasını səbəbinin izahını 14 saylı Tibbi Sosial Ekspert Komisiyyası açıqlaya bilər. Belə ki, 14 saylı Tibbi Sosial Ekspert Komisiyyası həmin sənədlərin toplayıb elektron sistemə yerləşdirilməsini təşkil edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1991-1995-ci illərdə İ Qarabağ müharibəsinin iştirakçısı olmuş və müharibə zamanı üç dəfə ayrı-ayrı vaxtlarda yaralanmışdır. Belə ki, ilk dəfə 1992-ci ildə tankın altında qalaraq döş qəfəsindən xəsarət almış və bununla bağlı Qədirli adına Hövzə klinik xəstəxanasında "Sağtərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi" diaqnozu ilə üç ay müddətində stasionar müalicə olunmuş, sonra isə yenidən döyüş bölgəsinə yollanaraq döyüşə davam etmiş və 1993-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə tank mərmisi düşməsi nəticəsində yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirilmiş və orada "Qapalı kəllə beyin travması. Keçirilmiş kəskin sistitin qalıq əlamətləri" diaqnozu ilə iki ay stasionar müalicə olunmuşdur. Sağaldıqdan sonra təkrarən döyüş bölgəsinə qayıtmış və 1993-cü ildə yenidən Kəlbəcər rayonu istiqamətində yanına tank mərmisi düşməsi nəticəsində böyrəklərindən xəsarət alaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında stasionar müalicə olunmuşdur. Aldığı xəsarətlər nəticəsində döyüş bölgəsindən Hərbi Dəniz Qüvvələrinə göndərilsə də buna etiraz edərək yenidən döyüş bölgəsinə qayıdaraq müharibədə iştirakını davam etdirmişdir. 1995-ci ildə artıq müharibə yekunlaşdığından və səhhətində aldığı yaralar nəticəsində narahatçılıqlar olduğundan ordudan təxris olunmuşdur. Aldığı xəsarətlər nəticəsində başında kontuziya olduğundan ayrı-ayrı vaxtlarda müxtəlif xəstəxanalarda müalicə olunmuşdur. Dəfələrlə sənədlərini toplayıb əlillik almaq üçün müraciət etmək istəsə də Müdafiə Nazirliyindən sənədlərini ala bilməmişdir. Onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə 919 saylı qərar verilmişdir. Sonra isə həmin qərar və digər sənədlərlə birlikdə əlillik almaq üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxanada onu həkim nevropatoloq Şahid3 qəbul edərək müayinə etmiş və stasionar qaydada Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunmağı üçün ona göndəriş verilmişdir. Həmin göndəriş əsasında xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək Bərdə rayon Mərkəzi Xəstəxanasına stasionara yerləşdirilərək xəstəxananın nevropatoloqu Təqsirləndirilən şəxs tərəfindən müayinə və müalicə olunmuş və ona "Keçirilmiş qapalı-kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom və qıcolma tutmaları ilə" diaqnozu qoyulmuşdur. Bundan sonra o eyni diaqnozla xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixədək təkrarən xəstəxanada nevropatoloq Təqsirləndirilən şəxs tərəfindən stasionar qaydada müayinə və müalicə olunmuşdur. Əlavə olaraq X11 "Baş Beynin Nativ KT" müayinəsindən keçirilmiş və ona "Baş beyin yarımkülərinin alın paylarının atrofiyası. C5-C7 osteoxondroz" diaqnozu qoyulmuşdur. Bundan sonra sənədləri komissiya üzvləri tərəfindən yoxlanılaraq təsdiq edilməklə Nazirliyə göndərilmişdir. Lakin, elə həmin ayda ona əlilliyin verilməsindən imtina edilmiş, səbəb kimi əlavə müalicə qeyd edilmişdir. İmtinadan sonra o yenidən Şahid3 həkimin yanına getmiş və onun göndərişi əsasında xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək Bakı Sağlamlıq Mərkəzində stasionar qaydada müalicə olunmuşdur. Müalicə qurtardıqdan sonra tibbi sənədlərini götürüb 18 yanvar 2016-cı ildə yenidən Zöhrə həkimin yanına gedərək sənədlərini təqdim etmişdir. Sonra isə sənədləri komissiya üzvləri tərəfindən qiymətləndirilmiş, əlillik verilməsi üçün forma 88 yazılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Keçirilmiş komissiya nəticəsində xx.xx.2016-cı ildə ona 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2021-ci ildə ona təyin edilmiş əlilliyin müddəti bitdiyindən əlillik müddətinin uzadılması ilə əlaqədar yenidən Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmçinin xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Yevlax şəhər X17 stasionar müalicə olunmağı barədə sənədləri də təqdim etmişdir. Bundan sonra yenidən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Bərdə rayon Mərkəzi Xəstəxanasında stasionar qaydada müavinə və müalicə olunmuş və xəstəxananın nevropatoloqu Təqsirləndirilən şəxs tərəfindən "Mərmi partlayışından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefolopatiya, Hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə) diaqnozu qoyulmuşdur. Sonra isə sənədləri qiymətləndirilmiş və əlillik verilməsi üçün elektron qaydada forma 88 hazırlanaraq Nazirliyə göndərilmişdir. Lakin, heç bir cavab verilmədiyindən bununla bağlı şikayət etməyə başlamışdır. Nəhayət çoxsaylı müraciətlərindən sonra 04 iyun 2021-ci il tarixdə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən qəbul edilmiş və sənədləri komissiyanın üzvlərindən biri olan, adını bilmədiyi xanıma təqdim edərək bildirmişdir ki, sənədlərə baxıb vicdanla qərar qəbul etsin. Lakin, həmin xanım bildirmişdir ki, “bizim vicdanımız məlumdur, Qarabağda döyüşən oğlanların vicdanları isə naməlumdur”. Bu söz ona çox pis təsir etdiyindən və həmin zaman xəstəliyinə görə özünü idarə etmək qabiliyyətini itirdiyindən özündən asılı olmadan həmin xanımın üstünə hücum çəkərək onu vurmuşdur. Sonra isə komissiyanın üzvləri onu saxlayaraq çölə çıxartmış və polis dəvət etmişlər. Xanıma qarşı etdiyi hərəkətlər nəticəsində barəsində Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılmış və işi Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hökmü ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aparılan istintaq zamanı 8 gün Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuş və ona "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Psixopatabənzər davranışlar. Anomnezində funksional tutmalarla" diaqnozu qoyulmuşdur. Heç kimə o, cümlədən həkim və ya tibbi işçilərinə heç bir pul və ya rüşvət verməmiş, eləcə də həkim və tibbi işçiləri arasında heç bir tanışı və ya qohumu yoxdur. Əlillik dərəcəsi ilə əlaqədar həkim və ya tibb işçisi ilə heç bir sövdələşməsi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1998-ci ildən tibbi-sosial ekspertiza sahəsində çalışır. 2019-cu ilin dekabr ayından 17 iyul 2020-ci ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspertiza şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda xidmətin adı dəyişdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adlandırılmış və o da Agentliyin departament müdirinin müavini vəzifəsini icra edir. Əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin əlillik vəziyyətlərinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi araşdırmalar aparılır və əlillik dərəcəsi verilmiş şəxslərin əlillik vəziyyəti təkrar qiymətləndirilir. Bu səbəbdən Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidmətində komissiya yaradılmış və o, həmin komissiyada ekspert həkim cərrah kimi üzvlüyünə daxil edilmişdir. Yaradılmış həmin komissiyanın işi keçmiş əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı verilən qərarların əsaslılığının araşdırılması və əyani müayinə edilərək əlillik vəziyyətinin yenidən qiymətləndirilməsindən ibarətdir. Bu məqsədlə bir çox əlilliyi olan və eləcə də əlil kimi qeyd edilmiş şəxslərin Nazirliyin Mərkəzi Elektron İnformasiya sisteminin Əlillik Alt sisteminə səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada daxil edilmiş göndərişləri (forma 88) təftiş edilmiş və müəyyən edilmişdir ki, göndərişdə qeyd olunmuş diaqnoz və ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə əsaslandırılmamışdır. Bu səbəbdən tərəfindən imtina qərarı verilmiş, şəxs narazı olduqda isə sonuncu təkrar əyani müayinəyə cəlb edilmiş və müayinə olunaraq əlillik vəziyyəti qiymətləndirilmişdir. Bərdə rayon X7 Mustafayev barədə yazmış olduğu göndərişdə ağırlaşma kimi qeyd edilmiş “Teztez baş verən qıcolma tutmaları” xəstənin şikayətləri və anamnestik məlumatlarla öz təsdiqini tapmamışdır. Həmçinin obyektiv müayinə zamanı xəstədə qıcolmaların olmasını təsdiq edən əlamətlər, yəni dildə diş izləri, bədənin müxtəlif nahiyələrinə hər hansı sıyrıntı və yaxud travma izləri aşkar edilməmişdir. Bundan əlavə, göndərişdə qeyd edilmiş “Baş vermiş kəllə-beyin travması sonrası psixoorqanik sindrom” obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Ona görə də əlillik təyin edilməmişdir. Bütün bu sadalanan halları tam dəqiqləşdirmək üçün qıcolma tutmalarının tezliyi və xarakteri dəqiqləşdirilməli (epileptik və ya funksional xarakterli qıcolmadı), EEQ müayinəsindən keçirilərək monitorinq aparılmalı, xəstənin ruhi sferada pozğunluğunun olub-olmamasını dəqiqləşdirilməli və şəxs KT və ya MRT müayinəsindən keçirilməli idi. Lakin bunların heç bir xəstədə tətbiq edilməmişdir. Əlillik təyin edilməsinə əsas diaqnoz tez-tez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə) olmuşdur. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnaməyə əsasən şəxsdə qıcolma tutmaları 4 dəfədən artıq olarsa 2-ci qrup əlillik, 2 dəfədən az olmayaraq olduqda isə 3-cü dərəcəli əlillik təyin edilir. Xəstə həkim məsləhət komissiyasına əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müraciət etdikdə Həkim məsləhət komissiyasında xəstəni diaqnozuna uyğun olaraq komissiyanın tərkibində olan həkim nevropatoloq müayinə edir. Belə ki, nevropatoloq tərəfindən xəstə obyektiv müayinə olunmalı, müayinə nəticəsində xəstənin tibbi sənədlərində qeyd edilən diaqnozlar xəstənin vəziyyətində əksini tapırsa və həyat fəaliyyətinin davamlı məhdudlaşması aşkar olunursa həkim məsləhət komissiyasının qərarı ilə göndəriş rəsmiləşdirilə bilər. Qeyd olunan xüsusatlarda uyğunsuzluq varsa göndərişin rəsmiləşdirilməsindən imtina edilir. Qeyd edir ki, xəstənin diaqnozunun düzgünlüyünə həkim məsləhət komissiyasının üzvü olan həkim nevropatoloq məsuliyyət daşıyır, digər komissiyanın üzvləri və sədri isə ixtisas həkiminin qoyduğu diaqnoza inanaraq qəbul edilmiş qərarı imzalayır yəni forma 88 elektron qaydada elektron imzalarla təsdiq olunaraq göndərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Baş İdarəyə göndərilmiş məktubda qeyd edilmişdir ki, Şahid1 hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müvafiq sənədlərə baxış keçirilərkən Bərdə rayon Mərkəzi Xəstəxanasının 0232003AAGD9 və 0232003AAQVP nömrəli göndərişlərində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd edilmiş xəstəliklərin bilərəkdən ağırlaşdırılması məqsədi ilə təhrif olunması, eyni zamanda hiperdiaqnostikaya yol verilməsi faktları aşkarlanmışdır. Şahid1 barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında şəxsin qapalı kəllə-beyin travması qeyd edilsə də, Bərdə rayon Mərkəzi Xəstəxanasının həm 2016, həm də 2021-ci il tarixli göndərişlərində “tez tez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə)” yazılması bilərəkdən ağırlaşdırılaraq təhrif olunmuşdur. Cinayət işinin 2-ci cildinin 83-87-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 118-119-cu vərəqələrində olan 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 121-ci vərəqələrində olan 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X31 şəxsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 123-ci vərəqələrində olan 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X25 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bərdə rayon X16 Hüquqi şəxsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 iyun 2021-ci il tarixli **********1 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətlərində, o cümlədən tibbi-sosial ekspertiza və reabilitasiya, habelə əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində ardıcıl islahatlar həyata keçirilir. Əlillik təyinatlarında sosial ədalət, ünvanlılıq və şəffaflığın təmin olunması, haqqı çatan şəxslərin əlillik statusunun düzgün təmin edilməsi, haqqı çatmayan şəxslərə əlillik təyinatının qarşısının alınması, saxta əlillik təyinatlarının aşkarlanaraq ləğvi əsas hədəflər kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlilliyin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan tibb müəssisələrinin göndərişləri əsasında Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyaları (TSEK) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi vasitəsilə aparılır. Bununla yanaşı, zəruri hallarda vətəndaşların Agentlikdə əyani qəbulları təşkil edilir, eləcə də videoçəkilişlə həyata keçirilən bu qəbullar zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və QHT nümayəndələrinin iştirakı təmin olunur. Görülmüş bu tədbirlərin nəticəsində əlillik sahəsində Nazirlik üzrə əvvəllər müşahidə edilən kütləvi saxtalaşdırma və korrupsiya halları aradan qaldırılır, habelə hər bir müraciətin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsi təmin edilir. Sözügedən tədbirlər çərçivəsində bir sıra digər vətəndaşlarla yanaşı, xx.xx.2021-ci il tarixdə Agentlikdə Bərdə rayon sakini Şahid1 əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani qəbulu həyata keçirilmişdir. Şahid1 əlillik vəziyyəti ilk dəfə Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAGD9 nömrəli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə keçmiş Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən qiymətləndirilmiş və "Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom. Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Epileptik qıcolma tutmaları. Digər neqativ pozuntular. Kəskin asteno nevrotik sindrom" diaqnozu əsasında beş il müddətinə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 919 saylı qərarı əsasında "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" müəyyən edilmişdir. Belə ki, həmin qərarda Şahid1 döyüş zonasında hərbi xidmət keçərkən aldığı "Sağ tərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi. Qapalı kəllə-beyin travması. Keçirilmiş kəskin sistitin qalıq əlamətləri" diaqnozlu travmanın səbəb əlaqəsi kimi "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qeyd edilmişdir. Şahid1 xx.xx.2021-ci il tarixdə Agentlikdə yaradılmış müvafiq komissiya tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAQVP nömrəli göndərişi əsasında sonuncu əyani müayinəsi zamanı alınmış travmanın əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilmədiyinə görə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmiş və müvafiq qərar vətəndaşın nəzərinə çatdırılmışdır. Verilən qərarla razılaşmayan vətəndaş sözügedən komissiyanın üzvü - Mərkəzi TSEK-in nevropatoloqu X8 xidməti vəzifələrinin icrası zamanı səhhətinə qəsdən xəsarət yetirmiş, bununla bağlı akt tərtib olunmuş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət edilmişdir. Vətəndaşın hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı həmçinin müvafiq sənədlərə baxış keçirilərkən Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAGD9 və 0232003AAQVP nömrəli göndərişlərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd edilmiş xəstəliklərin bilərəkdən ağırlaşdırılması məqsədi ilə təhrif olunması, eyni zamanda hiperdiaqnostikaya yol verilməsi faktları aşkarlanmışdır. Bildiririk ki, qeyd olunan qanun pozuntusu Şahid1 əlillik təyinatı qüvvədə olduğu müddətdə pensiya və təqaüd ödənişinin həyata keçirilməsinə səbəb olmuş, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş digər imtiyazlardan istifadəyə də şərait yaratmışdır. Cinayət işinin 1-ci cildinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 iyun 2021-ci il tarixli **********1 saylı məktubuna əlavə edilmiş 19 yanvar 2016-cı il tarixli 0232003AAGD9 nömrəli elektron göndərişdən görünür ki, Şahid1 qeyd olunan elektron göndərişində əsas diaqnozu kimi “Kəllədaxili travmanın nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, Postravmatik ensefalopatiya” ağırlaşma diaqnozu kimi xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epileptik qıcolma tutmaları, digər neqativ pozuntular, kəskin astenonevrotik pozuntular, kəskin astenonevrotik sindrom” diaqnozları qeyd olunaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin göndəriş xx.xx.2016-cı il tarixdə Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətində qiymətləndirilmiş və Şahid1 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 55-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 09 iyun 2021-ci il tarixli **********1 saylı məktubuna əlavə edilmiş 17 fevral 2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişdən görünür ki, Şahid1 qeyd olunan elektron göndərişində əsas diaqnozu kimi “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya, ağırlaşma diaqnozu kimi xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-9 dəfə), digər neqativ pozuntular, qabarıq asteno nevrotik sindrom” diaqnozları qeyd olunaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik verilməsindən imtina edilmiş, imtina səbəbi kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmir” qeyd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatda olan Şahid1 xx.xx.1992-ci il tarixdən xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatdadır. Şahid1 xəstəliyi ilə bağlı xx.xx.2015 - xx.xx.2015, xx.xx.2015 - xx.xx.2015 və xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərdə "Mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, Hipertenzion sindrom, tez-tez qıcolma tutmaları" diaqnozu ilə Bərdə RMXnın nevroloji şöbəsində stasionar müalicələrdə olmuşdur. Şahid1 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən qərarda bu hərbi travmadır və AR-nın müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Şahid1 Respublika Psixiatriya Xəstəxanasından xx.xx.2021-ci il tarixdə aldığı tibbi rəydə "Üzvü (travma mənşəli) şəxsiyyət pozuntusu" diaqnozu təsdiq edilmişdir. Məsələ ilə bağlı HMK-nın üzvləri İTS üzrə X12 Nəzarət Departamentinə dəvət olunmuş və izahatları alınmışdır. İşlərində yol verdikləri nöqsana görə HMK-nın üzvlərinin hər birinə töhmət elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 165-ci vərəqəsində olan Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş xx.xx.2015-xx.xx.2015-ci il tarixli Xəstənin stasionar tibbi kartasından çıxarışda müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, Hipertenzion sindrom və qıcolma tutmaları ilə diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqələrində olan Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş xx.xx.2015-xx.xx.2015-ci il tarixli ******* saylı Xəstənin stasionar tibbi kartasından çıxarışda müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, Hipertenzion sindrom və qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqələrində olan Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş xx.xx.2021-xx.xx.2021-ci il tarixli ******* saylı Xəstənin stasionar tibbi kartasından çıxarışda müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, Hipertenzion sindrom və tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin 158-164,172-174-cü vərəqələrində olan Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş sənəddən görünür ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası xx.xx.2019-cu il tarixdən X27. xx.xx.2016-cı il tarixli 17 saylı əmrlə Bərdə RMX PHŞ Həkim Məsləhət Komissiyasının 1 sədri və 3 üzvü müəyyən edilmişdir: Bərdə HMK sədri – Şahid5, üzvləri travmatoloq həkim X22, həkim terapevt X1, həkim nevropatoloq Şahid3 təyin edilmişdir. Həmçinin Bərdə rayon X16 Hüquqi şəxsin direktorunun xx.xx.2021-cı il tarixli 11 saylı Əmrinə əsasən xəstəxanada həkim məsləhət komissiyası 1 sədr və 3 üzv müəyyən edilmişdir. Həmin komissiyasının sədri Şahid4, üzvləri - terapevt həkim Şahid5, həkim pediatr X19, həkim nevropatoloq Şahid3 təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 180-cı vərəqələrində olan Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bərdə rayon X2 şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cinayət işinin 1-ci cildinin 179-cu vərəqələrində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 919 saylı qərarından görünür ki, vətəndaş Şahid1 döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı xəsarətlər nəticəsində qoyulmuş diaqnozlar "Sağ tərəfli döş qəfəsinin travması, Böyrəklərin travmatik əzilməsi, qapalı kəllə beyin travması, Keçirilmiş kəskin sistitin qalıq əlamətləri” olmuşdur, həmin xəsarətlərin hərbi travma olduğu, «Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması» qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 211-213-cü vərəqələrində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 X13 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 01 saylı məktubundan görünür ki, İİ qrup əlilliyi olmuş şəxs Şahid1 Hümmət oğlu 10 mart 2020-ci il tarixdə stasionar müalicə almaq məqsədilə Mərkəzə müraciət etmişdir. Xəstə daxil olarkən onun diaqnozu "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Xoşxassəli hipertenziya, hipertenzion sindrom. Sol tərəfli pleksit" olmuşdur. ƏOŞ-lər Mərkəzə müraciət etməmişdən əvvəl səhiyyə müəssisələrində müayinə olunur, onlara qoyulan diaqnoza əsasən mərkəzdə yalnız fizioterapiya müalicəsi aparılır. Mərkəzdə xəstələrə diaqnoz qoyulması üçün müvafiq aparatlar yoxdur. COVİD-19 infeksiyasının başlanması ilə əlaqədar 12 mart 2020-ci il tarixdə həmin şəxsin müalicəsi dayandırılmış və o, evə buraxılmışdır. Cinayət işinin 1-ci cildinin 235-cü vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Psixatriya X20 Şəxsin xx.xx.2022-ci il tarixli 1207 saylı məktubundan görünür ki, Şahid1 Hümmət oğlu xx.xx.2021-ci il tarixdə xəstəxanaya qəbul olunub. xx.xx.2021-ci il tarixdə xəstəxanadan evə yazılıb. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla. Anamnezində funksional tutmalarla” diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin 251-ci vərəqələrində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X30 X15 xx.xx.2022-ci il tarixli **********8 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Sosial ödənişlər alt sistemində əks olunan məlumatlara əsasən Bərdə rayonu Nəcəfqulubəyli kəndində qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü Şahid1 Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu X30in X14 xx.xx.2016-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək cəmi 10.742,23 (on min yeddi yüz qırx iki manat iyirmi üç qəpik) manat Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlilliyə görə Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. Cinayət işinin 1-ci cildinin 253-cü vərəqələrində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2022-ci il tarixli **********5 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) Şahid1 dair daxil olmuş 24 fevral 2016-cı il tarixli 04608 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən 21 yanvar 2016-cı il tarixindən adıçəkilən şəxsə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilməklə ödənilib (sonuncu pensiya ödənişi 674,24 manat). Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şahid1 təyin edilmiş "Azərbaycan Respubiikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlilliyin etibarlılıq müddəti 21 yanvar 2021ci il tarixinədək olduğu üçün ona pensiya ödənişi 31 yanvar 2021-ci il tarixindən dayandırılıb. Qeyd olunanlara əsasən Şahid1 Mərkəzi Filial tərəfındən xx.xx.2016xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 33.987,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 106-116-cı vərəqələrində olan Azərbaycan Respubiikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X18” X30 №892\KEŞ nömrəli 16,11,2021-ci il tarixli Ekspert rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Şahid1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi, mütəxəssis və instrumental müayinələrinin cavablarına əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.3. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Şahid1 adına "Bərdə rayon Mərkəzi Xəstəxanası"nda 0232003AAGD9 və ******* AAQVP nömrəli göndərişlərdə onda travma mənşəli şəxsiyyət pozuntusu qeyd edilsə də, lakin məhkəmə-tibbi ekspertizası zamanı aparılmış komyuter tomoqrafiya və elektroensefaloqrafiya müayinələri zamanı hər hansı bir patoloji dəyişikliklər o, cümlədən ocaqlı pozuntular və epileptiform işarələri müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq göndərişlərdə göstərilən ağırışmalar öz təsdiqni tapmamışdır.

2. Şahid1 müayinəsi zamanı onda əlillik təyinatı üçün əsas verən patofunksional dəyişikliklər müəyyən edilmədi.

4. Şahid1 barəsində "Bərdə rayon Mərkəzi Xəstəxanası"nın vǝ ******* AAQVP nömrəli göndərişlərində qeyd olunan 0232003AAGD9 ağırlaşmaların hiperdiaqnostikaya yol verilmişdir. Müəyyən edilən hiperdiaqnostika Səhiyyə Naziriliyinin 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxslər həkim məsləhət komissiyasının üzvləridir. Cinayət işinin 2-ci cildinin 13-21-cı vərəqələrində olan Binəqədi rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 1(001)-337/2021 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini trətməkdə təqsirli bilinmiş və 1 il müddətə azadlıqdan məhrum etmə cəzasın məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinin 10-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Məntəqəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 20-27/03 saylı Tibbi arayışdan görünür ki, məhkum Şahid1 ƏN PX-in 16 saylı CÇM-nə xx.xx.2021-ci il tarixində gətirilmişdir. Qəbul edilərkən məhkum ilkin tibbi müayinədən keçirilmişdir. Aparılan müayinələrdən sonra ona "Qapalı kəllə-beyin travması (anamnezdə)" diaqnozu qoyulmuş və bildirdiyi xəstəliyi ilə bağlı Tibb-sanitar hissəsinə sənəd təqdim etməsi tövsiyə olunmuşdur. Cəza çəkdiyi müddət ərzində məhkum Şahid1 xx.xx.2021-ci il tarixində "Qapalı kəllə-beyin travmasının qalıq əlamətləri" ilkin diaqnozu ilə ixtisaslı müayinə məqsədilə ƏN PX-in Müalicə Müəssisəsinə göndərilmişdir. MM-də məhkum klinik, instrumental, lobarotor müayinələrdən keçmiş və ona "Kəllə-beyin travmasının qalıq əlamətləri.Astenonevrotik sindrom.Dizartriya" diaqnozu qoyulmuş, stasionar müalicəyə ehtiyacı olmadığından ambulator təyinat yazılmışdır və xx.xx.2021-ci il tarixində cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Məhkuma təyin olunan ambulator müalicə kursu tibb hissəsində icra edilmiş və şikayətləri aradan qaldırılmışdır. Məhkum cəza çəkdiyi müddətdə səhhəti ilə əlaqədar tibb hissəsinə müraciət etməmişdir və "Epiliptik qıcolma" müşahidə olunmamışdır. Hal-hazırda məhkum Şahid1 16 saylı CM-də cəza çəkir, səhhəti ilə əlaqədar şikayəti yoxdur, səhhəti qənaətbəxşdir. Cinayət işinin 138-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər icra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin materiallarında olan 19 yanvar 2016-cı il tarixli 0232003AAGD9 nömrəli elektron göndərişdən görünür ki, Şahid1 əsas diaqnoz T90.5 kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Ağırlaşma diaqnozu: F48- digər neqativ pozuntular, Kəskin asteno nevrotik sindirom, G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, G40.0 fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qıcolma tutmalar qeyd edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişdən görünür ki, Şahid1 əsas diaqnoz Y36.2 hərbi əməliyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya, Ağırlaşma diaqnozu: G93.2-Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, G40.0 fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar, tez-tez qıcolma tutmalar (ayda 8-9 dəfə) qeyd edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası” X30 xx.xx.2021-ci il tarixli məsləhət vərəqi AXTV müəyyən olunur ki, Şahid1 posttravmatik ensefalopatiya diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası” X30 xx.xx.2022-ci il tarixli ambulator xəstənin tibbi vərəqəsindən müəyyən olunur ki, Şahid1 eplepsiya xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarında olan “Respublika psixiatriya xəstəxanası” X30 xx.xx.2022-ci il tarixli 10159 saylı məktubundan görünür ki, Şahid1 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu psixopatabənzər davranış, anamnezində funksional tutmalar diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən sorğu edilmiş və cinayət işinin materiallarında olan Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubun əlavə edilmiş Şahid1 xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişi üzrə qiymətləndirmə məlumatından görünür ki, ona qoyulmuş diaqnoz: kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, epileptik qıcolma tutmalar, digər neqativ pozuntular , kəskin asteno nevrotik sindrom olmuşdur. İmtina etmənin səbəbi: anamestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik təyin etmir barədə qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan Respublika Diaqnostika Mərkəzinin Şahid1 barəsində xx.xx.2022-ci il tarixli EEQ-ma müayinəsi zamanı oynaqlıq ritminin diffuz diritmiyası fonunda alfa ritmin indeksi normal yaşa uyğundur. Funksional sınaqlardan fotostimulyasiya başlayan kimi xəstənin halı pisləşir, trizm, titrəmə başlayır, EEG-də çoxlu kəskin dalğalar qeyd edilərək –fotoparoksizmal reaksiya qeyd edilir, bunula əlaqədar fotostuimulyasiyanı tam anlamaq mümkün olmadı,Yuxu ritminin təşkili və fizyoloji yuxu patternlərinin indeksi yaşa uyğundur.Yarımkürələrarası assimetriya qeyd edilmir. Nəzərə almaq lazımdır ki, xəstə antikonvuliv pereparat qəbul edir. Cinayət işinin materiallarında olan Bərdə X16 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 2590 saylı məktubundan görünür ki, Şahid1 arayış verilir ondan ötrü ki, Bərdə RMX-da HMK-dan keçmiş xx.xx.2022-ci il tarixində forma 088 (0232003AAYQF) təsdiqlənmiş və TSEK-nın alt sisteminə göndərilmişdir. İş materialına əlavə edilmiş təcili tibbi yardım jurnalının çıxarışından müəyyən olunur ki, Şahid1 epileptik status diaqnozu qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2015-xx.xx.2015-ci il tarixli ******* saylı Xəstənin stasionar tibbi kartasından çıxarışda müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, Hipertenzion sindrom və qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. Həmin diaqnozdan sonra 0232003AAGD9 nömrəli elektron göndərişdən görünür ki, Şahid1 əsas diaqnoz T90.5 kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmanınsının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Ağırlaşma diaqnozu: F48- digər neqativ pozuntular, Kəskin asteno nevrotik sindirom, G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, G40.0 fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qıcolma tutmalar qeyd edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Bundan sonra Şahid1 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmçinin Bərdə Rayon X16 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı Xəstənin stasionar tibbi kartasından çıxarışda müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, Hipertenzion sindrom və tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişdən görünür ki, Şahid1 əsas diaqnoz Y36.2 hərbi əməliyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya, Ağırlaşma diaqnozu: G93.2-Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, G40.0 fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar, tez-tez qızolma tutmalar (ayda 8- 9 dəfə) qeyd edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Şahid1 xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişi üzrə qiymətləndirmə məlumatından görünür ki, ona qoyulmuş diaqnoz: kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya, xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom, Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, epileptik qıcolma tutmalar, digər neqativ pozuntular, kəskin asteno nevrotik sindrom olmuşdur. İmtina etmənin səbəbi: anamestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik təyin etmir barədə qərar qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi olmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2015, xx.xx.2015xx.xx.2015-ci il tarixlərdə müalicə həkimi kimi Şahid1 müayinə etmiş və xx.xx.2015-ci il tarixdə yuxarıda qeyd olunan diaqnozu təyin etmişdir Şahid1 Təqsirləndirilən şəxs tərəfindən diaqnoz təyin edilən tarixdə Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 saylı Qərarı qüvvədə olumuşdur. Lakin həmin diaqnozdan sonra 0232003AAGD9 nömrəli elektron göndəriş zamanı və Şahid1 əlillik təyin olunan vaxt “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı qüvvədə olumuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarının 2.2.11-ci bəndinə əsasən epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) 2-ci qrup əlilliyin təyin edilməsinə əsas verir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs təyin etdiyi diaqnoz Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, Hipertenzion sindrom və qıcolma tutmaları olmuşdur. Göründüyü kimi 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarın 2.2.11-ci bəndinə göstərilən diaqnozlardan yalnız qıcolma tutmaları həmin diaqnoza uyğun gəlir ki, onada neçə dəfə tutmaların olması qeyd olunmamışdır. Lakin 0232003AAGD9 nömrəli elektron göndərişdən görünür ki, Şahid1 əsas diaqnoz: T90.5 kəllədaxili travmanın nəticələri, keçirilmiş qapalı kəllə beyin travmanınsının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Ağırlaşma diaqnozu: F48digər neqativ pozuntular, Kəskin asteno nevrotik sindirom, G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, G40.0 fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qızolma tutmalar qeyd edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona bəlli deyil ki, onun təyin etmədiyi idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qızolma tutmalar diaqnozu hansı səbəbdən elektron göndərişə daxil olub. Həmin suala aydınlıq gətirilməsi üçün məhkəmə ibtidai istintaqda şahid kimi dindirilmiş Şahid2 dediklərini yəni, xəstə həkim məsləhət komissiyasına əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müraciət etdikdə Həkim məsləhət komissiyasında xəstəni diaqnozuna uyğun olaraq komissiyanın tərkibində olan həkim nevropatoloq müayinə edir. Belə ki, nevropatoloq tərəfindən xəstə obyektiv müayinə olunmalı, müayinə nəticəsində xəstənin tibbi sənədlərində qeyd edilən diaqnozlar xəstənin vəziyyətində əksini tapırsa və həyat fəaliyyətinin davamlı məhdudlaşması aşkar olunursa həkim məsləhət komissiyasının qərarı ilə göndəriş rəsmiləşdirilə bilər. Bu səbəbdən də HMK-nın həkim nevropatoloq üzvü Şahid3 dindirilərkən bildirmişdir ki, ona bəlli deyil ki, 0232003AAGD9 nömrəli elektron göndərişə idiopatik epilepsiya, epileptik sindromlar, epileptik qıcolma tutmalar daxil edilmiş, ola bilsin ki, həmin sənədi icra edən operatorun səhvi olub. Həmçinin HMK-nın digər üzvü Şahid5 bildirmişdir ki, qoyulmuş diaqnozdan fərqli diaqnoz məlumatları elektron sistemə daxil olmasını səbəbinin izahını 14 saylı Tibbi Sosial Ekspert Komisiyyası açıqlaya bilər. Belə ki, 14 saylı Tibbi Sosial Ekspert Komisiyyası həmin sənədlərin toplayıb elektron sistemə yerləşdirilməsini təşkil edir. Bununla əlaqədar məhkəmə tərəfindən 14 saylı Tibbi Sosial Ekspert Komisiyyasının həkim üzvü Ruzbeh həkimlə ***-***-**-** nömrəsi vastəsilə əlaqə saxlanılmış, o da bildirmişdir ki, 14 saylı Tibbi Sosial Ekspert Komisiyyasında heç bir arxiv sənədlər qalmır, bütün sənədlər Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilir. Məhkəmə həmçinin qeyd edir ki, işin həqiqi halları ondan ibarətdi ki, Şahid1 xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək təkrarən xəstəxanada stasionar qaydada müayinə və müalicə olunmuş, ona “Keçirilmiş qapalı-kəllə beyin travmasının qalıq əlamətləri. Travmatik ensefalopatiya. Hipertenzion sindrom və qıcolma tutmaları ilə” diaqnozunu qoymuşdur. Bundan əlavə, Ş.X10 Mərkəzində “Baş Beynin Nativ KT” müayinəsindən keçirilmiş və ona “Baş beyin yarımkürələrinin alın paylarının atrofiyası. C5-C7 osteoxondroz” diaqnozu qoyulmuşdur. Sonra Şahid1 sənədləri komissiya üzvləri tərəfindən yoxlanılaraq təsdiq edilməklə Nazirliyə göndərilmişdir. Lakin, elə həmin ayda Şahid1 əlilliyin verilməsindən imtina verilmiş, səbəb kimi əlavə müalicə qeyd edilmişdir. İmtinadan sonra Şahid1 yenidən müalicə həkimi Şahid3 müraciət etmiş və həmin zaman Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmirə bağlandığından xx.xx.2015-ci ildə ona Bakı Sağlamlıq Mərkəzində stasionar müalicə olunması üçün göndəriş verilmişdir. Şahid1 də göndəriş əsasında xx.xx.2015-ci ildə Bakı Sağlamlıq Mərkəzinə stasionar müalicəyə yerləşdirilmiş və xx.xx.2016-cı il tarixdə xəstəxanadan çıxmışdır. 19 yanvar 2016-cı ildə Şahid1 komissiya üzvləri tərəfindən yoxlanılmış və Nazirlər Kabinetinin 415 nömrəli qərarına əsasən Şahid1 verilmiş diaqnoz əlilliyə düşdüyü üçün 2016-cı ilin yanvar ayında ona forma 88 yazılaraq Nazirliyə göndərilmiş və Şahid1 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respubiikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X18” X30 №892\KEŞ nömrəli xx.xx.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, Müəyyən edilən hiperdiaqnostika Səhiyyə Naziriliyinin 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir və buna məsul şəxslər həkim məsləhət komissiyasının üzvləridir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarının 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin president hüquqna əsasən, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). İşin sadalanan hallarını nəzərə alan məhkəmə hesab edir ki, Şahid1 2016-cı ildə 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar İİ qrup əlillik təyin edilməsində verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona həmin hissədə bəraət verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “Mərmi partlayışından sonra keçirilmiş qapalı-beyin travmasından sonrakı ensefalopatiya, hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” kimi biləbilə yalan diaqnozları vahid şəxsi niyyətlə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid1 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini Bərdə rayon X9 məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid1 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 17 fevral 2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “Hipertenzion sindrom, epileptik sindromlar tez-tez qıcolma tutmaları ilə (ayda 8-9 dəfə)” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsindən sonra Şahid1 Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən əyani müayinə olunub qiymətləndirilərək alınmış travmanın əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlamətini təyin etməməsi barədə xx.xx.2021-ci il tarixli qərar verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi Xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, xx.xx.2022-ci il tarixli 152 saylı məktubuna əlavə edilmiş xx.xx.2021xx.xx.2021-ci il tarixli ******* saylı Xəstənin stasionar tibbi kartasından çıxarışda müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Mərmi partlayışından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya, Hipertenzion sindrom və tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişdən isə görünür ki, Şahid1 əsas diaqnoz Y36.2 hərbi əməliyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya, Ağırlaşma diaqnozu: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, Hipertenzion sindrom, G40.0 fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar, tez-tez qızolma tutmalar (ayda 8-9 dəfə) qeyd edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Göründüyü kimi yenə də Təqsirləndirilən şəxs tərəfində qoyulmuş diaqnozlardan fərqli diaqnozlar - fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar - elektron sistemə əlavə olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona yenə bəlli deyil ki, onun təyin etmədiyi fokal başlangıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya, epileptik sindromlar diaqnozu hansı səbəbdən elektron göndərişə daxil olub. Təyin etdiyi tez-tez qıcolma tutmalar (ayda 8-9 dəfə) diaqnozu ilə bağlı qeyd etmişdir ki, əgər xəstədə həftədə 1 dəfə qıcolma tutması baş verərsə ayda 8-9 dəfə həmin tutmanın olması qaçılmazdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarının 2.2.11-ci bəndinə əsasən tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalar epilepsiya ilə bağlı olan tutmalardı. Eplepsiya ilə əlaqədar olduğundan həmin qərarda onun kodu da G40-G41.9 kimi qeyd olunmuşdur. O isə xəstənin tibbi kartasına eplepsiya diaqnozu yazmamışdır. Bununla əlaqədar HMK-nın həkim nevropatoloq üzvü Şahid3 dindirilərkən bildirmişdir ki, ona bəlli deyil ki, xx.xx.2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişə idiopatik epilepsiya, epileptik sindromlar daxil edilmiş, ola bilsin ki, həmin sənədi icra edən operatorun səhvi olub. Məhkəmə qeyd edir ki, əlilliyin verilməsindən imtina olunduqdan sonra “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik Xəstəxanası” X30 xx.xx.2022-ci il tarixli ambulator xəstənin tibbi vərəqəsindən müəyyən olunur ki, Şahid1 eplepsiya xəstəliyi diaqnozu qoyulmuşdur. Həmçinin müəyyən olunur ki, “Respublika psixiatriya xəstəxanası” X30 27. 10.2022-ci il tarixli 10159 saylı məktubuna əsasən, Şahid1 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu psixopatabənzər davranış, anamnezində funksional tutmalar diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu edilmiş Şahid1 aid tibbi sənədlər istənilmiş və Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə məlumatdan görünür ki, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom. Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalize olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar.Epileptik qıcolma tutmaları.Diger negativ pozuntular.Kəskin asteno nevrotik sindrom." anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Göndərişdə qeyd olunan diaqnozlarla xəstənin şikayələri arasında uyğunsuzluq qeyd olundu. Eləcədə, Müayinə vaxtı həkim-ekspertə qarşı fiziki aqresiya göstərərək xəsarət yetirmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Lakin həmin məlumatda hansı tibbi sənədlər əsasında diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilməsi göstərilməmiş və həmin tibbi sənədləri məhkəməyə göndərməmişlər. İşdən müəyyən olunur ki, Şahid1 04 iyun 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiya tərəfindən qəbul edilmiş və Komissiyanın üzvü həkim Leyla Seyidovaya xəsarət yetirmiş, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Şahid1 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aparılan istintaq zamanı 8 gün Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuş və ona "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Psixopatabənzər davranışlar. Anomnezində funksional tutmalarla" diaqnozu qoyulmuşdur. Həmçinin Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə zərəçəkmiş şəxs Leyla Seyidovanın ifadəsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Şahid1 Komissiyanın qərarı elan olunan vaxt həmin hadisə baş vermişdir. X32 Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Şahid1 qiymətləndirmə məlumatından görünür ki, müayinə tarixi xx.xx.2021ci il tarixdə qeyd olmuş və xx.xx.2021-ci il tarixdə əlilliyin təyininə əsas verən ağırlaşma halı qeyd edilməsi səbəbindən natamam doldurma barədə qərar verilmişdir. Yəni əliliyin verilməsindən imtina olunması barədə qərarın nə vaxt qəbul olunması tarixləri arasında ziddiyət müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixdə məhkəmə prossesi keçirilən zaman dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə verilən suallar zamanı şahid qismində iştirak edən Şahid1 dövlət ittihamçısına öz narazıçılığını bildirmiş, məhkəmə tərəfindən ona yerində əyləşməsi bildirilmiş, bu zaman Şahid1 məhkəmə iclas zalında özündən gedərək (bayılaraq) yerə yıxılmış, məhkəmə fasilə verərək təcili tibbi yardımı çağırmışdır. İş materialına əlavə edilmiş təcili tibbi yardım jurnalının çıxarışından müəyyən olunur ki, Şahid1 epileptik status diaqnozu qeyd edilmişdir. Məhəmə həmçinin qeyd edir ki, Bərdə X16 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 2590 saylı məktubuna əsasən, Şahid1 arayış verilir ondan ötrü ki, Bərdə RMX-da HMK-dan keçmiş xx.xx.2022-ci il tarixində forma 088 (0232003AAYQF) təstiqlənmiş və TSEK-nın alt sisteminə göndərilmişdir. Lakin onun cavabı hələdə açıq qalmaqda davam edir. Bu ziddiyyətli məqamlar məhkəmə tərəfindən aradan qaldırıla bilmədiyindən şüphəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunması kimi qiymətləndirir . Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ümumilikdə 44.729,73 manat (qırx dörd min yeddi yüz iyirmi doqquz manat yetmiş üç qəpik) məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutulması ilə bağlı mülki iddia üzrə aşağıdakıları qeyd edir. Belə ki, 19 yanvar 2016-cı il tarixli 0232003AAGD9 nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “Hipertenzion sindrom, epileptik qıcolma tutmaları” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid1 beş il müddətə, yəni xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2016-cı il tarixli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 33.987,5 manat (otuz üç min doqquz yüz səksən yeddi manat əlli qəpik) məbləğində pensiya və 10.742,23 manat (on min yeddi yüz qırx iki manat iyirmi üç qəpik) məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, ümumilikdə 44.729,73 manat (qırx dörd min yeddi yüz iyirmi doqquz manat yetmiş üç qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə görə verilmiş mülki iddia verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Yuxarıda qeyd olunduğu kimi, Şahid1 beş il müddətə, yəni xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2016-cı il tarixli qərar verilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona həmin hissədə bəraət verilməsi nəticəsinə gəlinmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il 15 №-li qərarına əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə mülki iddianı baxılmamış saxlanılması qənaətinə gəlir. CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Azərbaycan Respublikası CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Azərbaycan Respublikası CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa əsasən xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “Keçirilmiş qapalı-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, hipertenzion sindrom, qıcolma tutmaları” kimi biləbilə yalan diaqnozları vahid şəxsi niyyətlə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid1 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini 18 yanvar 2016-cı il tarixdə Bərdə rayon X9 məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid1 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 19 yanvar 2016-cı il tarixli 0232003AAGD9 nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “Hipertenzion sindrom, epileptik qıcolma tutmaları” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid1 beş il müddətə, yəni xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2016-cı il tarixli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 33.987,5 manat (otuz üç min doqquz yüz səksən yeddi manat əlli qəpik) məbləğində pensiya və 10.742,23 manat (on min yeddi yüz qırx iki manat iyirmi üç qəpik) məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, ümumilikdə 44.729,73 manat (qırx dörd min yeddi yüz iyirmi doqquz manat yetmiş üç qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə nail olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi barədə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddəsi ilə əməlində cinayət tərkibinin olmadığına görə bəraət verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa xx.xx.2021-ci il tarixdə tam diaqnoz kimi (əsas xəstəliyi, yanaşı, ağırlaşma) “Mərmi partlayışından sonra keçirilmiş qapalı-beyin travmasından sonrakı ensefalopatiya, hipertenzion sindrom, tez-tez qıcolma tutmaları (ayda 8-9 dəfə)” kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid1 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini Bərdə rayon X9 məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid1 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 17 fevral 2021-ci il tarixli 0232003AAQVP nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “Hipertenzion sindrom, epileptik sindromlar tez-tez qıcolma tutmaları ilə (ayda 8-9 dəfə)” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsindən sonra Şahid1 Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən əyani müayinə olunub qiymətləndirilərək alınmış travmanın əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlamətini təyin etməməsi barədə xx.xx.2021-ci il tarixli qərar verilməsi ilə əlaqədar təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi barədə verilmiş ittiham üzrə şüphəli və ziddiyətli məqamlar bütün məhkəmə istintaqı zamanı aradan qaldırılması mümkün olmamış, bu səbəbdən də müvafiq hallar təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddəsi üzrə təqsiri sübuta yetmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq

HÖKMETDİ:

Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi barədə xx.xx.2015, xx.xx.2015 və 19.01. 2016-cı illər üçün verilmiş epizotlara görə ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddəsi ilə əməlində cinayət tərkibinin olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi barədə xx.xx.2021 və 17.02. 2021-ci illər üçün verilmiş epizotlara görə ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddəsi üzrə təqsiri sübuta yetmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Verilmiş mülki iddia baxılmamış saxlanılsın. Baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququ mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X30ə izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti vermək olar.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar