Məhkəmə qərarları › İş №1(021)-2/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-2/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-2/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X10 nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bərdə rayonu Divanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 01 oktyabr 2020-ci il tarixdən sürücü kimi işlədiyi “Xırdalan Şərab” zavodunun nəzdində fiziki şəxs qismində fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Güloğlular kəndində yerləşən satış anbarının ərazisinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin anbardan ona təhkim edilmiş “Ford Transit” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək avtomobilə yüklənmiş, 1 ədədinin qiyməti 2,20 manat olan 9900 ədəd 0,25 litr həcmli butulkalardakı "xxxx" markalı spirtli içki arağı gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 21780 (iyirmi bir min yeddi yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 01 oktyabr 2021-ci il tarixdə əmək müqaviləsi əsasında Bərdə rayonu Güloğlular kəndində yerləşən fiziki şəxs Zərərçəkmiş şəxs məxsus olan müəssisədə sürücü işləməyə başlamışdır. Zərərçəkmiş şəxs həmin müəssisənin rəhbərliyini Şahid2 həvalə etmişdir. Hər iş günü müəssisənin anbarına gedərək ona təhkim olunmuş “Ford Transit” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bölgələrə müxtəlif növ içkilərin, o cümlədən spirtli içkilərin çatdırılmasını həyata keçirmişdir. Belə ki, sifariş edilmiş içkilər ona təhkim olunmuş avtomobilə yüklənmiş, o isə öz növbəsində həmin içkiləri sifarişçilərə çatdırmışdır. 14 iyun 2022-ci il tarixdə saat 18:00 radələrində anbarın ərazisində onun iştirakı ilə “Ford Transit” markalı avtomobilə 9900 ədəd 0,25 litr həcmində olan butulkalarda "xxxx" markalı spirtli içki olan araq yüklənmişdir. Müəssisədə bölgə müdiri vəzifəsində işləyən Raminlə qabaqcadan aralarında baş tutmuş razılaşmaya əsasən spirtli içkiləri Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsinin yaxınlığında Bakı şəhərindən gələn tanımadığı şəxslərə satmalı olmuşdur. Ancaq həmin müştəriləri Raminin özü tanımış, o, yalnız içkiləri satmaq və əldə etdiyi pulu Raminə vermək işini yetirə yetirməyi öhdəsinə götürmüşdür. Ramin bunun qarşılığında ona 60 manat pul verməli olmuşdur. Həmin gün saat 20 radələrində Raminin göstərişi ilə avtomobili idarə edərək anbardan çıxıb Yevlax rayonu istiqamətində yola düşmüşdür. Həmin vaxt avtomobildə özündən başqa Raminin qardaşı Razi də olmuşdur. Onunla Ramin arasındakı razılaşmadan Razinin də xəbəri olmuşdur. Bərdə rayonu Cəyirli kəndi ərazisində yerləşən “Kəlbəcər” adlı kafedə Razi ilə çay içərkən Ramin mobil telefon vasitəsilə ona zəng edərək spirtli içkiləri alacaq şəxslərin Bakı şəhərindən gec gəlib çatacaqlarını, avtomobili geri qaytarıb anbarda saxlamasını, lazım olan vaxt ona xəbər verəcəyini demişdir. Bu səbəbdən avtomobili idarə edərək anbara qayıtmış, Razi isə oradan çıxıb getmişdir. Saat 22:00 radələrində Ramin yenidən onunla telefon əlaqəsi saxlamışdır. O, həmin zəng əsasında anbara yollanmış və avtomobilə əyləşib idarə etməklə deyilən yerə getmişdir. Həmin yerdə 3 nəfər tanımadığı şəxs və 1 ədəd “Mercedes Atego” markalı yük avtomobili olmuşdur. Avtomobili saxladıqdan sonra həmin şəxslər onun avtomobilinin yük yerinə yığılmış spirtli içkiləri öz avtomobillərinə yığmağa başlamış və sonda ona 13365 manat pul verərək çıxıb getmişlər. 15 iyun 2022-ci il tarixdə saat 02:00 radələrində Raminin telefon zənginə əsasən onlar Divanlı kənd qəbristanlığında görüşmüş və aldığı pulu Raminə verdikdən sonra avtomobillə Divanlı kəndinə gedərək həmkəndlisi Samiri götürüb anbara qayıtmışdır. Anbara çatmasına az qalmış mühafizəçi işləyən Həsənin mobil telefonuna zəng edərək qapını açmasını istəmişdir. Həsən ona qapının açıq olduğunu bildirdiyi üçün anbara çatdıqdan sonra Samir avtomobildən düşüb qapını açmış və o, avtomobili filialın həyətində saxlayaraq çıxıb getmişdir. Bundan sonra həmin gecə Şahid2 mobil telefon vasitəsilə zəng edib anbardan oğurluq etdiyini və pulu qaytarmalı olduğunu bildirmişdir. O, Vüsala ertəsi gün səhər saatlarında görüşəcəklərini bildirsə də, sonrakı günlərdə Vüsal hadisə ilə əlaqədar barəsində Bərdə rayon polis şöbəsinə müraciət etmişdir. Əlavə olaraq qeyd edir ki, əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X10 nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, “VÖEN **********” olan fiziki şəxs qismində “A+Co” MMC şirkəti olaraq müxtəlif növ içkilərin, o cümlədən spirtli içkilərin satışını həyata keçirirlər. Şirkətin filiallarından biri Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşməklə satış anbarı fəaliyyət göstərir. Həmin filialın müdiri Şahid2dur. 22 iyun 2022-ci il tarixdə Şahid2 1 ay müddətinə onu bütün dövlət və qeyri-dövlət orqanlarında, hüquq mühafizə orqanlarında, həmin orqanların tərkibinə daxil olan bütün orqan, struktur bölmə və idarələrdə təmsil etmək, habelə bu təmsilçilik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq bütün zəruri sənədləşmə, rəsmiləşdirmə və hesablaşma işlərinin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri yerinə yetirmək səlahiyyətləri etibar edilmişdir. Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixli ərizəsi əsasında hər ay 300 manat əmək haqqı ödənilməklə sürücü kimi işə götürmüş və həmin tarixdə aralarında Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən maddi ziyan vurmamalı, ziyankarlığa qarşı mübariz olmalı, etibar edilmiş pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı və müqavilədən irəli gələn digər tələbləri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə 23760 manat dəyərində 0,25 litr həcmli butulkalarda olan 9900 ədəd "xxxx" markalı spirtli içkiləri satış fakturası əsasında Ağcabədi rayonunda yerləşən “Zahir Market” adlı mağazaya çatdırmalı olsa da, 14 iyun 2022ci il tarixdə saat 21:00 radələrində heç kimə xəbər vermədən özbaşına anbarın yerləşdiyi əraziyə daxil olaraq “Ford Transit” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salmış və həmin avtomobilin yük yerində olan spirtli içkiləri oğurlamaqla naməlum şəxslərə satmışdır. Onu baş vermiş oğurluq hadisəsi barədə 14 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixə keçən gecə Şahid2 məlumatlandırmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət etdiyini demişdir. Bundan başqa Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində 23760 manat dəyərində maddi ziyan vurulduğunu, 14 iyun 2022-ci il tarixdə Bərdə satış anbarında “Ford Transit” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənmiş spirtli içkilərin 15 iyun 2022-ci il tarixdə Ağcabədi rayonunda yerləşən “Zahir Market” adlı mağazaya çatdırılmalı olduqlarını bildirmiş və öz adından Şahid2 verilmiş etibarnamənin, Təqsirləndirilən şəxs işə qəbul edilməsini xahiş etdiyi ərizəsinin, əmək müqaviləsinin, tam maddi məsuliyyət haqqında müqavilənin və 15 iyun 2022-ci il tarixdə spirtli içkilərin adı çəkilən obyektə çatdırılmasını nəzərdə tutan satış fakturasının surətlərini ifadəsinə əlavə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, fiziki şəxs Zərərçəkmiş şəxs rəsmi işçisidir. Zərərçəkmiş şəxs fiziki şəxs qismində “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” MMC vasitəsilə müxtəlif içkilərin satışını həyata keçirir. Həmin müəssisədə bölgə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından müəssisənin Şahid2 müdiri olduğu Bərdə filialında sürücü işləməyə başlamışdır. Veysələ “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. 14 iyun 2022-ci il tarixdə saat 18:00 radələrində Veysəlin idarə etdiyi avtomobilə 9900 ədəd 0,25 litr həcmində olan butulkalarda "xxxx" markalı spirtli içki yüklənmiş, Veysəl həmin içkiləri 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Ağcabədi rayonunda yerləşən sifarişçiyə çatdırmalı və satış fakturası əsasında təhvil verib geri qayıtmalı olmuşdur. Həmin gün saat 20:00 radələrində işdən çıxıb yaşadığı evə getmiş, bir qədər sonra iş yerində vəziyyətin necə olduğunu maraqlanmaq üçün mobil telefon vasitəsilə mühafizəçi Həsənə zəng etmiş və hər şeyin qaydasında olub-olmadığını, eləcə də “Ford Transit” markalı avtomobilin filialın ərazisində olub-olmadığını soruşmuşdur. Həsən ona 1 saat sonra gecə növbəsinə işə çıxacağını bildirdiyindən mühafizəçidən qonşuluqda yerləşən obyektin mühafizəçisinin mobil nömrəsini öyrənib telefon danışığını sonlandırmış, ancaq öyrəndiyi nömrəyə zəng etməmişdir. Həsənin işə çıxmasını gözləyib təxminən 2-3 saat sonra yenidən sonuncuya zəng etmişdir. Həsən ona Veysəlin avtomobilinin filialın ərazisində olmadığını bildirsə də, ətraflı məlumat ala bilmədiyi üçün Veysəlin özünə zəng etmək qərarına gəlmişdir. Veysəl ilə əlaqə saxlayarkən ona düzgün sözlər deməmişdir. Bundan şübhəyə qapıldığı üçün Şahid2 zəng edərək “Ford Transit” markalı avtomobilə yüklənmiş "xxxx" markalı spirtli içkilərin oğurlanması barədə məlumat vermişdir. Bundan başqa Şahid1 ifadəsində Veysəl ilə arasında əvvəlcədən heç bir sövdələşmə baş tutmadığını, “Ford Transit” markalı avtomobilin anbardan idarə edilib çıxarılması və anbara geri qaytarılması ilə bağlı heç bir göstəriş vermədiyini, qardaşı Razinin bu proseslərlə heç bir əlaqəsi olmadığını, 14 iyun 2022-ci il tarixdə Veysəl ilə hər hansı ünvanda görüşmədiyini, Veysəlin “Ford Transit” markalı avtomobilə yüklənmiş spirtli içkiləri satmasından xəbərinin olmadığını, həmin gün Veysəlin onunla görüşmədiyini və ona hər hansı məbləğdə pul vermədiyini, oğurluq hadisəsinin Veysəl tərəfindən onun və qardaşının hər hansı formada iştirakı və məlumatı olmadan təkbaşına törədildiyini, Veysəlin onun ifadəsində bildirdiklərinin əksinə göstərdiklərinin həqiqəti əks etdirmədiyini, məsuliyyətdən yaxa qurtarmaq üçün “Cəhənnəmə gedən özünə yoldaş axtarır” prinsipi ilə verilmiş məlumatlar olduğunu, 14 iyun 2022-ci il tarixdə Veysəl ilə mobil telefon əlaqəsi saxlayaraq “Ford Transit” markalı avtomobilə yüklənmiş "xxxx" markalı spirtli içkilərin harada olduğunu soruşduğunu, ancaq Veysəlin ona bu barədə düzgün sözlər deməməsi səbəbindən, dili topuq vurduğundan oğurluq etməsindən şübhələnib filialın müdiri Vüsala məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fiziki şəxs Zərərçəkmiş şəxs rəsmi işçisidir. Belə ki, Zərərçəkmiş şəxs fiziki şəxs qismində “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” MMC vasitəsilə müxtəlif içkilərin satışını həyata keçirir. Müəssisənin Bərdə filialına rəhbərlik etmək Zərərçəkmiş şəxs tərəfindən Şahid2 həvalə edilmişdir. Kiçik qardaşı Ramin həmin müəssisədə bölgə müdiri, o isə fəhlə işləyir. Onun vəzifəsi Bərdə satış anbarına gətirilmiş müxtəlif növ içkilərin daşınaraq anbara yığılmasını və sifarişçilərə çatdırılacaq içkilərin avtomobillərə yüklənməsini həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs müəssisədə işlədiyi vaxtdan tanıyır. Əvvəllər Veysəl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Veysəl təhkim edilmiş “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərək əksər vaxtlarda Ağcabədi rayonunda yerləşən obyektlərə içkilərin çatdırılmasını həyata keçirmişdir. 14 iyun 2022-ci il tarixdə saat 18:00 radələrində Veysəlin idarə etdiyi avtomobilə 9900 ədəd 0,25 litr həcmində olan butulkalarda "xxxx" markalı spirtli içki yüklənmişdir. Veysəl həmin içkiləri 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Ağcabədi rayonunda yerləşən sifarişçiyə çatdırmalı və satış fakturası əsasında təhvil verib geri qayıtmalı olmuşdur. 14 iyun 2022-ci il tarixdə saat 20:00 radələrində işdən çıxdıqdan sonra o, Veysəl ilə birlikdə Bərdə rayonu Cəyirli kəndində yerləşən “Kəlbəcər” adlı kafeyə gedərək çay içərək söhbət etmiş, saat 21:00 radələrində Veysəldən ayrılıb yaşadığı evə getmişdir. Veysəl söhbət zamanı ona oğurluq etmək niyyətində olması ilə bağlı heç nə deməmişdir. 15 iyun 2022-ci il tarixdə səhər saatlarında işə gələn zaman 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Veysəlin təkbaşına filialın həyətinə gələrək yük yerində olan spirtli içkilərlə birlikdə “Ford Transit” markalı avtomobili idarə edib oğurlamaqla tanımadığı şəxslərə satdığını, daha sonra avtomobili gətirib yenidən filialın həyətində saxladıqdan sonra çıxıb getdiyini öyrənmişdir. Lakin hadisənin hansı şəraitdə baş verməsi barədə ətraflı məlumatı yoxdur. Bundan başqa Şahid3 ifadəsində 14 iyun 2022-ci il tarixdə Veysəl ilə Bərdə rayonu Cəyirli kəndində yerləşən “Kəlbəcər” adlı kafedə çay içsə də, Veysəlin ona hər hansı oğurluq hadisəsi törədəcəyi barədə məlumat vermədiyini, qardaşı ilə Veysəl arasında razılaşmanın olması, bu razılaşmadan guya onun da xəbərdar olması barədə Veysəlin ifadəsində göstərdiklərinin tamamilə yalan olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, rəsmi olaraq “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” MMC şirkətinin Bərdə filialında müdir işləyir. Rəhbərlik etdiyi filialın Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən satış anbarı fəaliyyət göstərir. Həmin anbarda saxlanılan müxtəlif növ içkilər sifariş əsasında topdan şəkildə müştərilərə çatdırılır. 22 iyun 2022-ci il tarixdə fiziki şəxs Zərərçəkmiş şəxs adından ona 1 ay müddətinə bütün dövlət və qeyri-dövlət orqanlarında, hüquq mühafizə orqanlarında, həmin orqanların tərkibinə daxil olan bütün orqan, struktur bölmə və idarələrdə təmsil etmək, habelə bu təmsilçilik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq bütün zəruri sənədləşmə, rəsmiləşdirmə və hesablaşma işlərinin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri yerinə yetirmək səlahiyyətləri etibar edilmişdir. Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixli ərizəsi əsasında hər ay 300 manat əmək haqqı ödənilməklə Zərərçəkmiş şəxs tərəfindən sürücü kimi işə götürülmüş və həmin tarixdə Veysəl ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən maddi ziyan vurmamalı, ziyankarlığa qarşı mübariz olmalı, etibar edilmiş pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı və müqavilədən irəli gələn digər tələbləri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə 23760 manat dəyərində 0,25 litr həcmli butulkalarda olan 9900 ədəd "xxxx" markalı spirtli içkiləri satış fakturası əsasında Ağcabədi rayonunda yerləşən “Zahir Market” adlı mağazaya çatdırmalı olsa da, 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində heç kimə xəbər vermədən özbaşına anbarın yerləşdiyi əraziyə daxil olaraq “Ford Transit” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salmış və həmin avtomobilin yük yerində olan spirtli içkiləri oğurlamaqla naməlum şəxslərə satmışdır. Belə ki, 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhərindən anbara yük avtomobili (tır) vasitəsilə müxtəlif növ içkilər, o cümlədən "xxxx" markalı spirtli içkilər göndərilmiş, filialın anbardarı Elnur həmin içkiləri köməkçiləri Elvin və Xalidlə birlikdə avtomobildən boşaltmışdır. Onlar yük avtomobilini boşaldan zaman 0,25 litr həcmində olan 9900 butulka "xxxx" markalı spirtli içkiləri Veysəlin “Ford Transit” markalı avtomobilə yükləyib ertəsi gün Ağcabədi rayonunda yerləşən “Zahir Market” adlı mağazaya çatdırması məqsədilə ayırıb bir kənara qoymuş, digər bütün növ içkiləri anbarın içərisinə yığmışlar. Veysəl "xxxx" markalı spirtli içkiləri avtomobilə yükləmiş, həmin vaxt onun özü də anbarda olmuşdur. Elnur, Xalid və Elvin yük avtomobilini boşaldıb qurtardıqdan sonra işdən çıxmış, özü isə həmin gün saat 20:00 radələrində işdən çıxıb yaşadığı evə getmişdir. 14 iyun 2022-ci il tarixdə saat 23:00 radələrində bölgə müdiri Şahid1 mobil telefon vasitəsilə zəng edərək Veysəlin “Ford Transit” markalı avtomobilə yüklənmiş "xxxx" markalı spirtli içkiləri oğurlaması barədə məlumat vermişdir. Buna görə də o, filialın mühasib-operatoru Nicatla mobil telefon əlaqəsi saxlayıb Veysəlin idarə etdiyi avtomobilə quraşdırılmış “GPS” cihazının Bərdə rayonunda son olaraq hansı nöqtədə göründüyünə baxmasını istəmişdir. Bir neçə dəqiqə sonra Nicat ona zəng edib “Local” adlı xüsusi tətbiqetməyə daxil olaraq qeyd edilən avtomobilin sonuncu dəfə Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən bazarın yaxınlığında göründüyünü müəyyən etməsi barədə məlumat vermişdir. Gedib həmin nöqtəyə baxsa da, avtomobili həmin yerdə aşkarlamadığı üçün Nicata filiala gəlməsini və birlikdə gedib həmin yerə baxmağı təklif etmişdir. Ardınca özü də filiala qayıtmış və avtomobilin yerində olduğunu görmüş, Veysəlin avtomobilə yüklənmiş spirtli içkiləri oğurlayıb satdıqdan sonra avtomobili boş halda gətirib yerində saxladığını anlamışdır. Bir qədər sonra Nicat filialın ofisinə gəlmişdir. Onlar Veysəlin idarə etdiyi avtomobilə quraşdırılmış “GPS” cihazının tətbiqetmədə son göstərdiyi nöqtəyə yollansa da, Veysəlin orada olmadığını müəyyən etmişlər. Bundan sonra Veysəlin Ağcabədi rayonunda yerləşən mağazaya çatdırılmalı olan spirtli içkiləri oğurladığına əmin olub saat 02:57 radələrində mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid4 ifаdəsində göstərmişdir ki, rəsmi olaraq 2020-ci ilin noyabr ayından “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” MMC-nin Bərdə filialının anbarında anbardar işləyir və hər ay 500 manat əməkhaqqı alır. Onun vəzifəsi işlədiyi müəssisənin anbarına daxil olan və anbardan təhvil verilən müxtəlif növ içkilərin qeydiyyatını aparmaqdan, anbardan çıxarılan içkilərə görə fakturalar verməkdən və bu barədə müəssisənin rəhbərliyini məlumatlandırmaqdan ibarətdir. Təqsirləndirilən şəxs o, işləməyə başladıqdan bir müddət sonra sürücü vəzifəsinə işə götürülmüş və Veysələ “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Veysəl həftənin iş günlərində avtomobilə yüklənmiş müxtəlif növ içkilərin Ağcabədi rayonunda yerləşən müxtəlif obyektlərə paylanılması işini həyata keçirmişdir. Əvvəllər Veysəl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhərindən anbara yük avtomobili (tır) vasitəsilə müxtəlif növ içkilər, o cümlədən "xxxx" markalı spirtli içkilər göndərilmiş, o, həmin içkiləri anbardar köməkçisi işləyən Elvin və Xalidin köməkliyi ilə avtomobildən boşaltmışdır. Onlar yük avtomobilini (tırı) boşaldıb qurtaranadək Veysəl 0,25 litr həcmli butulkalarda olan 9900 ədəd "xxxx" markalı spirtli içkini Ağcabədi rayonunda yerləşən mağazalara aparmaq məqsədilə “Ford Transit” markalı avtomobilə yükləmişdir. Həmin vaxt bölgə müdiri Ramin orada olmasa da, filial müdiri Vüsal spirtli içkilər avtomobilə yüklənən zaman orada olmuş, yük avtomobilini boşaldıb qurtardıqdan sonra o, saat 19:00 radələrində Elvin və Xalid ilə birlikdə işdən çıxmışdır. Ertəsi gün, yəni 15 iyun 2022-ci il tarixdə səhər saatlarında işə gələn zaman 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Veysəlin təkbaşına filialın həyətinə gələrək yük yerində olan spirtli içkilərlə birlikdə “Ford Transit” markalı avtomobili idarə edib oğurlamaqla tanımadığı şəxslərə satdığını, daha sonra avtomobili gətirib yenidən filialın həyətində saxlayaraq çıxıb getdiyini öyrənmiş, lakin hadisənin hansı şəraitdə baş verməsi barədə təfərrüatı ilə məlumat ala bilməmişdir. Bundan başqa Şahid4 ifadəsində 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Elvin və Xalidlə birlikdə Bakı şəhərindən gələn yük avtomobilində olan içkiləri anbarın həyətinə boşaltdığını, həmin vaxt "xxxx" markalı spirtli içkiləri Veysəlin “Ford Transit” markalı avtomobilə yığması məqsədilə ayırdıqlarını, digər bütün növ içkiləri anbarın içərisinə yığdıqıarını, bu zaman bölgə müdiri Şahid1 orada olub-olmadığını xatırlamasa da, Şahid2 anbarda olduğunu, oğurluq hadisəsinin hansı şəraitdə baş verməsi barədə ətraflı məlumatı olmadığını, buna görə də Veysəlin Həsənlə əlaqə saxlayıb-saxlamaması barədə bir söz deyə bilməyəcəyini, Veysələ təhkim edilmiş “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənmiş "xxxx" markalı spirtli içkilər 15 iyun 2022-ci il tarixdə Ağcabədi rayonunda yerləşən obyektə çatdırılmalı olduğundan 14 iyun 2022-ci il tarixdə həmin mallara dair faktura vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, işləməyə başladıqdan bir müddət sonra sürücü vəzifəsinə işə götürülmüş və Veysələ “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Veysəl həftənin iş günlərində avtomobilə yüklənmiş müxtəlif növ içkilərin Ağcabədi rayonunda yerləşən müxtəlif obyektlərə paylanılması işini həyata keçirmişdir. Əvvəllər Veysəl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhərindən anbara yük avtomobili (tır) vasitəsilə müxtəlif növ içkilər, o cümlədən "xxxx" markalı spirtli içkilər göndərilmiş, o, həmin içkiləri anbardar köməkçisi işləyən Elvin və Xalidin köməkliyi ilə avtomobildən boşaltmışdır. Onlar yük avtomobilini (tırı) boşaldıb qurtaranadək Veysəl 0,25 litr həcmli butulkalarda olan 9900 ədəd "xxxx" markalı spirtli içkini Ağcabədi rayonunda yerləşən mağazalara aparmaq məqsədilə “Ford Transit” markalı avtomobilə yükləmişdir. Həmin vaxt bölgə müdiri Ramin orada olmasa da, filial müdiri Vüsal spirtli içkilər avtomobilə yüklənən zaman orada olmuş, yük avtomobilini boşaldıb qurtardıqdan sonra o, saat 19:00 radələrində Elvin və Xalid ilə birlikdə işdən çıxmışdır. Ertəsi gün, yəni 15 iyun 2022-ci il tarixdə səhər saatlarında işə gələn zaman 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Veysəlin təkbaşına filialın həyətinə gələrək yük yerində olan spirtli içkilərlə birlikdə “Ford Transit” markalı avtomobili idarə edib oğurlamaqla tanımadığı şəxslərə satdığını, daha sonra avtomobili gətirib yenidən filialın həyətində saxlayaraq çıxıb getdiyini öyrənmiş, lakin hadisənin hansı şəraitdə baş verməsi barədə təfərrüatı ilə məlumat ala bilməmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, işləməyə başladıqdan bir müddət sonra sürücü vəzifəsinə işə götürülmüş və Veysələ “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Veysəl həftənin iş günlərində avtomobilə yüklənmiş müxtəlif növ içkilərin Ağcabədi rayonunda yerləşən müxtəlif obyektlərə paylanılması işini həyata keçirmişdir. Əvvəllər Veysəl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 14 iyun 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhərindən anbara yük avtomobili (tır) vasitəsilə müxtəlif növ içkilər, o cümlədən "xxxx" markalı spirtli içkilər göndərilmiş, o, həmin içkiləri anbardar köməkçisi işləyən Elvin və Xalidin köməkliyi ilə avtomobildən boşaltmışdır. Onlar yük avtomobilini (tırı) boşaldıb qurtaranadək Veysəl 0,25 litr həcmli butulkalarda olan 9900 ədəd "xxxx" markalı spirtli içkini Ağcabədi rayonunda yerləşən mağazalara aparmaq məqsədilə “Ford Transit” markalı avtomobilə yükləmişdir. Həmin vaxt bölgə müdiri Ramin orada olmasa da, filial müdiri Vüsal spirtli içkilər avtomobilə yüklənən zaman orada olmuş, yük avtomobilini boşaldıb qurtardıqdan sonra o, saat 19:00 radələrində Elvin və Xalid ilə birlikdə işdən çıxmışdır. Ertəsi gün, yəni 15 iyun 2022-ci il tarixdə səhər saatlarında işə gələn zaman 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Veysəlin təkbaşına filialın həyətinə gələrək yük yerində olan spirtli içkilərlə birlikdə “Ford Transit” markalı avtomobili idarə edib oğurlamaqla tanımadığı şəxslərə satdığını, daha sonra avtomobili gətirib yenidən filialın həyətində saxlayaraq çıxıb getdiyini öyrənmiş, lakin hadisənin hansı şəraitdə baş verməsi barədə təfərrüatı ilə məlumat ala bilməmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq 2019-cu ilin noyabr ayından “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” şirkətinin Bərdə filialında mühasib-operator işləyir və hər ay 550 manat əməkhaqqı alır. Onun vəzifəsi ekspeditellər tərəfindən toplanaraq ona verilən pul vəsaitlərini kassaya mədaxil etməkdən, kadr əməliyyatları barədə rəhbərliyə məlumat verməkdən və aylıq əməkhaqqı cədvəllərini tərtib edərək rəhbərliyə göndərilməsini təmin etməkdən ibarətdir. Təqsirləndirilən şəxs o, işləməyə başladıqdan bir müddət sonra sürücü vəzifəsinə işə götürülmüş və Veysələ “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Veysəl həftənin iş günlərində avtomobilə yüklənmiş müxtəlif növ içkilərin Ağcabədi rayonunda yerləşən müxtəlif obyektlərə paylanılması işini həyata keçirmişdir. Əvvəllər Veysəl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 15 iyun 2022-ci il tarixdə saat 02:00 radələrində yaşadığı evdə yatarkən filialın müdiri Şahid2 mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb Veysələ təhkim edilmiş “Ford Transit” markalı avtomobilə quraşdırılmış “GPS” cihazının Bərdə rayonunda son olaraq hansı nöqtədə göründüyünə baxmasını istəmişdir. Bunun üçün o, əvvəlcədən mobil telefonuna quraşdırılmış “Local” adlı xüsusi tətbiqetməyə daxil olaraq qeyd edilən avtomobilin sonuncu dəfə Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən bazarın yaxınlığında göründüyünü müəyyən etmiş və bu barədə Şahid2 məlumat verdikdə sonuncu gedib həmin nöqtəyə baxdığını, lakin avtomobili həmin yerdə aşkarlamadığını söyləmişdir. Bundan sonra Şahid2 onu filialın ofisinə dəvət edərək birlikdə gedib həmin yerə baxmağı təklif etmişdir. O, dərhal əynini geyinib ofisə yollanmış və Şahid2 ilə görüşərək Veysəlin idarə etdiyi “Ford Transit” markalı avtomobilə quraşdırılmış “GPS” cihazının tətbiqetmədə son göstərdiyi nöqtəyə getmişlər. Həmin vaxt avtomobilin qeyd edilən yerdə olmadığını və tətbiqetmədə “No set” yazısının qeyd olunduğunu müəyyən edərək avtomobilə quraşdırılmış “GPS” cihazının işləmədiyini bilmişdir. Həmin avtomobilin yük yerində ertəsi gün Ağcabədi rayonunda yerləşən obyektlərə paylanılması üçün "xxxx" markalı spirtli içkilər olduğundan Şahid2 spirtli içkilərin Veysəl tərəfindən oğurlandığını bildirmiş və təxminən saat 02:57 radələrində mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə spirtli içkilərin oğurlanması barədə məlumat vermişdir. Ertəsi gün işə gəldikdə Veysəlin təqribən 27000 manat dəyərində olan "xxxx" markalı spirtli içkiləri oğurlayıb satdıqdan sonra “Ford Transit” markalı avtomobili gətirib filialın həyətində saxladığını öyrənmişdir. Bundan başqa Şahid7 ifadəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə spirtli içkilərin Ağcabədi rayonunda yerləşən obyektlərə paylanılması məqsədilə yükləndiyini, lakin həmin içkilərin konkret olaraq hansı alıcı və ya sifarişçiyə çatdırılacağını bilmədiyini, işlədiyi müəssisədə qanunazidd qaydada hər hansı sənədləşmənin aparılması halına rast gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid8 ifаdəsində göstərmişdir ki, təxminən 4 il “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” MMC şirkətinin Bərdə filialında mühafizəçi işləmiş və hər ay 350 manat əməkhaqqı almışdır. Onun vəzifəsi işlədiyi filialın ərazisində və satış anbarında mühafizəni təşkil etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında sürücü vəzifəsinə işə götürülmüş və Veysələ “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. Veysəl həftənin iş günlərində avtomobilə yüklənmiş müxtəlif növ içkilərin Ağcabədi rayonunda yerləşən müxtəlif obyektlərə paylanılması işini həyata keçirmişdir. Əvvəllər Veysəl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində mühafizəni təşkil etmək üçün işə gəlmiş, saat 20:00 radələrində bölgə müdiri Ramin istifadəsində olan xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək işdə olub-olmadığını və Veysəlin “Ford Transit” markalı avtomobillə filialın ərazisinə gəlib-gəlmədiyini soruşmuşdur. Bundan sonra Ramin qonşuluqda yerləşən “Mərcan Broyler” adlı obyektin mühafizəçisinin mobil nömrəsini ondan öyrənib telefon danışığını sonlandırmışdır. Telefon danışığından təxminən 1 saat sonra anbarın ərazisinə gələrək işə başlamışdır. Bu zaman Ramin yenidən mobil telefonuna zəng edib Veysəlin gəlibgəlmədiyini xəbər almışdır. Həmin vaxt Veysəlin avtomobilinin filialın ərazisində olmadığını Raminə bildirmişdir. Bundan 5 dəqiqə sonra Veysəl mobil telefonuna zəng edərək filialın ərazisində məsul şəxslərdən kimin olduğunu soruşmuş, həmçinin əraziyə daxil olmaq üçün qapının açıq olub-olmadığını öyrənmişdir. O, Veysələ heç kimin olmadığını bildirərək Raminin ona zəng etdiyini və Veysəli soruşduğunu, buna görə də Raminə zəng etməsini demişdir. Bir neçə saat sonra, yəni 15 iyun 2022-ci il tarixdə saat 02:00 radələrində mühafizəni təşkil edən zaman bölgə müdiri Raminin, filial müdiri Vüsalın və mühasib-operator işləyən Nicatın anbarın ərazisinə gəldiklərini görmüşdür. Danışılanlardan başa düşmüşdür ki, Veysəl idarə etdiyi “Ford Transit” markalı avtomobilə yüklənmiş spirtli içkiləri oğurlayaraq özbaşına aparıb naməlum şəxslərə satmış və avtomobili gətirib filialın ərazisində saxladıqdan sonra çıxıb getmişdir. Bundan başqa Şahid8 ifаdəsində Veysəlin 14 iyun 2022-ci il tarixdə axşam saatlarında yalnız bir dəfə onunla telefon əlaqəsi saxladığını və həmin telefon danışığı zamanı ondan anbarın ərazisinə daxil olmaq üçün qapının açıq olub-olmadığını soruşduğunu, qapının açıq olduğu cavabını verdiyini, ancaq Veysəl üçün qapı açmadığını, ümumiyyətlə, həmin gün Veysəli görmədiyini, Veysəlin avtomobillə anbarın ərazisinə gəlməsindən və avtomobili orada saxladıqdan sonra çıxıb getməsindən xəbəri olmadığını, Veysəlin ona anbarın ərazisinə daxil olacağı barədə heç bir məlumat vermədiyini, anbarın ərazisinə daxil olmasından hər hansı formada xəbəri olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilən 24 iyun 2022-ci il və 30 avqust 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, Şahid1 üzləşdirmə zamanı Veysəl ilə arasında əvvəlcədən heç bir sövdələşmə baş tutmadığını, “Ford Transit” markalı avtomobilin anbardan idarə edilib çıxarılması və anbara geri qaytarılması ilə bağlı heç bir göstəriş vermədiyini, qardaşı Razinin bu proseslərlə heç bir əlaqəsi olmadığını, 14 iyun 2022-ci il tarixdə Veysəl ilə hər hansı ünvanda görüşmədiyini, Veysəlin “Ford Transit” markalı avtomobilə yüklənmiş spirtli içkiləri satmasından xəbərinin olmadığını, həmin gün Veysəlin onunla görüşmədiyini və ona hər hansı məbləğdə pul vermədiyini, oğurluq hadisəsinin Veysəl tərəfindən onun və qardaşının hər hansı formada iştirakı və məlumatı olmadan təkbaşına törədildiyini, Veysəlin onun ifadəsində bildirdiklərinin əksinə göstərdiklərinin həqiqəti əks etdirmədiyini, məsuliyyətdən yaxa qurtarmaq üçün “Cəhənnəmə gedən özünə yoldaş axtarır” prinsipi ilə verilmiş məlumatlar olduğunu, 14 iyun 2022-ci il tarixdə Veysəl ilə mobil telefon əlaqəsi saxlayaraq “Ford Transit” markalı avtomobilə yüklənmiş "xxxx" markalı spirtli içkilərin harada olduğunu soruşduğunu, ancaq Veysəlin ona bu barədə düzgün sözlər demədiyini, spirtli içkilərin 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Ağcabədi rayonunda yerləşən “Zahir Market” adlı mağazaya çatdırılması məqsədilə avtomobilə yükləndiyini, 14 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixə keçən gecə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Veysəlin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zənglər etdiyini, telefon danışıqları zamanı Veysəldən “Ford Transit” markalı avtomobilin harada olmasını soruşduğunu, oğurluq edib-etmədiyini dəqiqləşdirməyə çalışdığını təqsirləndirilən şəxsin üzünə qarşı bildirməklə onu ifşa etmişdir. Şahid1 üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə, saat 18.00-da tutulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 4(021)-74/2022 saylı, 25 iyun 2022-ci il tarixli qərarından müəyyən olunur ki, təqdimat və vəsatətin təmin edilməsi, xx xxx 1985-ci il tarixdə Bərdə rayonu, Divanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Divanlı kəndində daima qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs etmənin əvvəlinin 23 iyun 2022-ci il tarixdən hesablanması, qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 4(021)-127/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri iilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 23 sentyabr 2022-ci il tarixdən, 23 noyabr 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin1(021)-195/ 2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə məhkəməyə verilməsi və cinayət işinin məhkəmə baxışına təyin edilməsi, işə Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə baxılması, Təqsirləndirilən şəxs sədrliyi ilə baxılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-195/2022 saylı, 07 dekabr 2022-ci il tarizli Qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbsdən dərhal azad edilsməsi, Təqsirləndirilən şəxs ev dustaqlığını Bərdə rayonu Divanlı kəndində yaşadığı evdə çəkməsi, Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəninişlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, təbii fəlakətlə əlaqədar mənzili tərk etmək, istintaq və məhkəmə orqanlarının çağırışına gəlmək, xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək istisna olmaqla, yaşayış yerindən çıxmaq, telefondan, poçt göndərişlərindən və digər rabitə vasitələrindən istifadə etmək, istintaqla dairəsi müəyyən olunmuş şəxslərlə ünsiyyətdə olmaq və onları evində qəbul etmək qadağan olunması və ona nəzarət telefon zənglərinə və digər nəzarət siqnallarına cavab vermək, istintaq orqanına və təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən vaxtlarda zəng etmək, yaxud şəxsən gəlmək vəzifə olaraq tapşırılması, qərarın icrası və Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Divanlı kəndində yaşadığı evin mühafizəsi, o cümlədən Təqsirləndirilən şəxs lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlərin həyata keçirilməsi Bərdə rayon Polis Şöbəsi və Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmşdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 725 saylı, 27 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Divanlı kənd sakini Təqsirləndirilən şəxs 1985-ci ildə anadan olmuşdur və ailə üzvüləri arvadı X8, oğlu X11 və X3 ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxx 1985-ci il tarixdə Bərdə rayonu, Divanlı kəndində anadan olmuşdur, ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış, qeyri- normal hərəkətlərə yol verməmişdir. İctimai yerlərdə davranışı müsbət olmuşdur. Onun barəsində Bərdə rayonu Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İ 377734 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs və X5 31 yanvar 2008-ci ildə 01 saylı akt qeydi ilə, nikahlarını Bərdə rayonu, Şahvəlilər kənd icra nümayəndəliyində qeyd etdirmişlər. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 06 iyul 1986-cı ildə doğulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş AZE 11739415 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 05 may 2006-cı ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Quliyeva Şəbnəmdir. Cinayət işi materiallarına əlavə edilmiş AZE 11739406 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 05 may 2006-cı ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Quliyeva Şəbnəmdir. Cinayət işi materiallarına əlavə edilmiş xəstəlik kağızlarından və arayışdan müəyyən olunur ki, X12 uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2022-ci il tarixli 9/5141 nömrəli rəyindən görünür ki, 01 ədəd 250 qram həcmli "xxxx" markalı spirtli içkinin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 2,20 manat olmaqla 9900 ədədinin qiyməti 21780 manat müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənmiş "xxxx" markalı spirtli içkiləri oğlurladığı yer Bərdə-Yevlax magistral avtomobil yolunun Bərdə rayonu Güloğlular kəndi ərazisindən keçən hissəsində Yevlax rayonu istiqamətində yolun sağ tərəfində yerləşən “Bolmart” adlı marketin arxa tərəfindəki “A+Co” MMC şirkətinin Bərdə filialının satış anbarıdır. Baxış keçirilməsində iştirak edən Şahid2 anbarı və sözügedən avtomobili göstərərək 14 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobili həmin ərazidən idarə edərək apardığını və içərisinə yüklənmiş spirtli içkiləri satdıqdan sonra gətirib həmin yerdə saxladığını bildirmişdir. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, sənəd və sair aşkar olunmamış və götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ərizə ilə müraciət edərək içərisində Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsi ilə bağlı videogörüntülərin olduğu 01 ədəd diski könüllü surətdə istintaqa təqdim etmiş, Şahid2 iştirakı ilə diskə baxış keçirilərkən 01 dəqiqə 52 saniyə və 35 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 21:04-də təkbaşına “Xırdalan Şərab” zavodunun Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən satış anbarına təkbaşına daxil olub “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salaraq çıxıb getdiyi müəyyən olunmuş və həmin 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixli ərizəsinin, həmin tarixli əmək müqaviləsindən və tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, o, fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən sürücü kimi işə götürülməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq hər ay 300 manat əməkhaqqı ödənilməklə işə götürülmüş və ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq və s. tələbləri yerinə yetirmək öhdəliyini öz üzərinə götürmüş, həmçinin əmək müqaviləsi ilə gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli olduğu, iş saatının saat 09:00-dan saat 18:00dək olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş əlavə edilmiş S102.020427.9510 nömrəli satış fakturasının surətindən görünür ki, Təqsirləndirilən şəxs hər qutuda 30 ədəd 0,25 litr həcmli butulkada olmaqla 330 qutu "xxxx" markalı, dəyəri 23760 manat olaraq müəyyən edilmiş spirtli içkini 15 iyun 2022-ci il tarixdə Ağcabədi rayonunda yerləşən “Zahir Market” adlı obyektə çatdırmalı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 19 sentyabr 2022-ci il tarixli 17879 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskə içərisində olan “18087-adlara qeydiyyatda olan nömrələr.xlsx” adlı faylı açıb baxış keçirdikdə ***-***-**-**, 050-734-5465 və ***-***-**-** mobil nömrələrinin mobil operatorda Təqsirləndirilən şəxs adına qeydə alındığı məlum olmuş, “18087-k.m..xlsx” adlı faylı açıb baxış keçirdikdə ***-***-**-** mobil nömrəsinin Şahid1 adına, ***-***-**-** mobil nömrəsinin Şahid2 adına qeydə alındığı müəyyən edilmişdir. Həmçinin diskin içərisindəki “**********44.txt” adlı faylı açıb baxış keçirdikdə müəyyən edilmişdir ki, Şahid1 adına qeydə alınan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə 15 oyun 2022-ci il tarixdə saat 00:05, 00:10 və 00:16 dəqiqələrdə müvafiq olaraq 60, 35 və 25 saniyə müddətlərində danışıqların baş tutduğu zənglər edilmiş, Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 15 iyun 2022-ci il tarixdə saat 02:18 və 02:35 dəqiqələrdə 452 və 193 saniyə müddətlərində danışıqların baş tutduğu zənglər edilmişdir. Bundan başqa həmin fayla baxış zamanı Vüsal Quliyevin istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 14 iyun 2022-ci il tarixdə saat 21:19 dəqiqədə zəng etdiyi və aralarında 172 saniyə müddətində telefon danışığının baş tutduğu aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 07 sentyabr 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 17 oktyabr 2022-ci il tarixdə verilmiş cavabından görünür ki, Bərdə rayonu Divanlı kəndində yaşamış Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində “Xırdalan Şərab” zavodunun nəzdində fəaliyyət göstərən “A+Co” MMC-nin Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən satış anbarından “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yük yerində olan 9900 ədəd 0,25 litr həcmində olan butulkalardakı "xxxx" markalı spirtli içkini qanunsuz olaraq satmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs oğurluq hadisəsini təkbaşına törətdiyi, digər hər hansı şəxsin iştirakçılığı və ya əlbirliyinin olmadığı, əvvəlcədən hər hansı şəxslə arasında sövdələşmə, ələ-alma kimi halların olmadığı müəyyən edilmişdir. Həmçinin oğurluq hadisəsinin baş verməsindən məlumatlı olan şəxs və ya şəxslərin dairəsinin, eləcə də “Samir” adlı Bərdə rayonu Divanlı kənd sakininin və “Bolmart” adlı marketin 14 iyun 2022-ci il tarixdə axşam saatlarında işdə olan mühafizəçisinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində çoxsaylı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri və aparılmış kəşfiyyat xarakterli söhbətlər nəticəsində Təqsirləndirilən şəxs satış anbarına daxil olması barədə əvvəlcədən hər hansı şəxsə məlumat vermədiyi, hadisə zamanı hərəkətlərini təkbaşına icra etdiyi məlum olmuşdur. Həmçinin “Ford Transit” markalı 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrindən sonrakı hərəkətinin Bərdə şəhəri ərazisində quraşdırılmış müşahidə kameralarına düşməsi müəyyən edilmədiyindən avtomobilin hərəkət marşrutunu özündə əks etdirən videogörüntüləri istintaqa təqdim etmək mümkün olmamışdır. Habelə Təqsirləndirilən şəxs oğurladığı spirtli içkiləri satdığı şəxslərin şəxsiyyətlərinin əməliyyat yolu ilə müəyyən edilə bilmədiyindən həmin şəxslərin istintaqa gəlmələrini təmin etmək, həmçinin həmin şəxslərin spirtli içkiləri aldıqdan sonra yüklədikləri avtomobil haqqında məlumatları əldə etmək istiqamətində müsbət nəticə əldə edilə bilinməmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsindən başqa Bərdə rayonu və ətraf rayonların ərazisində hər hansı cinayət əməlinin törədilməsində iştirak etmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 27 iyun 2022-ci il tarixli 725 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən, həmçinin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır, evlidir, 05 may 2006-cı il təvəllüdlü Bəşir Quliyev və 17 sentyabr 2008-ci il təvəllüdlü Ömər Quluzadə olmaqla 2 uşağı vardır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş istintaq zamanı götürülmüş Şahid2 təqdim etdiyi 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 28 oktyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 15 iyul 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bərdə Rayon Məhkəməsinin 1(021)-13/2023 saylı,11 iyul 2023-cü il tarixli qərarı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 oktyabr 2023cü il tarixli 9/5832 nömrəli rəyindən görünür ki, 01 ədəd 250 qram həcmli "xxxx" markalı spirtli içkinin arağın dəyəri 2022-ci ilin iyun ayına olan ilkin qiyməti təxminən 2,20 manat, topdan satış qiyməti isə təxminən 1.90 olmaqla 9900 ədədinin qiyməti 18.810 manat müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 1500 manat zərərçəkmiş "xxxx" ASC-nin xeyrinə ödəməsi aktlaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 22 yanvar 2024-cü il tarixli aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 350 manat zərərçəkmiş "xxxx" ASC-nin xeyrinə ödəməsi aktlaşdırılmışdır. Cinayət işi üzrə keçirilmiş 07 dekabr 2022-ci il tarixli, 1(021)-195/2022 saylı məhkəmə baxış iclasının protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 2000 manat zərərçəkmiş "xxxx" ASC-nin xeyrinə ödəmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-116/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) ay 04 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək həbsdə və 14 mart 2023-cü il tarixdən hökm çıxan günədək ev dustaqlığında qaldığı 08 (səkkiz) ay 04 gün müddət nəzərə alınması və hazırki hökmlə təyin edilmiş cəza çəkilmiş hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsi və “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət işi materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən bir ədəd 01 DVD disk cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Ford transit” markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X9 təhvil verilməsi nəzərə alınsması, cinayət işi üzrə maddi sübut qismində tanınmış və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmiş 01 ədəd idman aləti olan ağac dəyənək hökm qanuni qüvvəsini alandan sonra məhv edilməsi, zərərçəkmiş şəxs X9 vurulmuş 215 manat zərərin qismən, yəni 100 manat hissəsinin ödənilməsi nəzərə alınması, zərərçəkmiş şəxs X14 tərəfindən mülki iddia verilmədiyindən vurulmuş ziyanın ödənilməmiş hissəsi ilə bağlı ona mülki mühakimə icraatı qadasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi hökm edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 01 oktyabr 2020-ci il tarixdən sürücü kimi işlədiyi “Xırdalan Şərab” zavodunun nəzdində fiziki şəxs qismində fəaliyyət göstərən Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Güloğlular kəndində yerləşən satış anbarının ərazisinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq həmin anbardan ona təhkim edilmiş “Ford Transit” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək avtomobilə yüklənmiş, 1 ədədinin qiyməti 2,20 manat olan 9900 ədəd 0,25 litr həcmli butulkalardakı "xxxx" markalı spirtli içki arağı gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 18810 (on səkkiz min səkkiz yüz on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması, övladının ağır xəstə olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən ziyanın qismən ödənilməsi (ümumilikdə 3850 manat), müsbət xarakterizə edilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran haların olmasını nəzərə alıb ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin 25 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müdətinə həbs qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti 23 sentyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək uzadılmış, Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı qətimkan tədbiri” başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir İş üzrə zərərçəkmiş şəxsə vurulmuş 18.850 (on səkkiz min səkkiz yüz əlli) manat maddi ziyаnın qismən, yəni 3850 manat hissəsinin ödənilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-116/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (ay) 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının bir günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və hazırki hökmlə təyin edilmiş cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 04 (ay) 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 23 iyun 2022-ci il tarixdən hazırki hökm çıxarılanədək həbsdə və ev dustaqlığında qaldığı 01 (bir) il 07 (yeddi) ay müddət həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (iki) il 02 (iki) ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Divanlı kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş ümumilikdə 18850 (on səkkiz min səkkiz yüz əlli) manat ziyanın, qismən yəni 3850 manat ödənilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar