Məhkəmə qərarları › İş №1(021)-20/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-20/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-20/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1991-ci ildə Bərdə rayonu Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixdə saat 1210 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində yerləşən əkin sahəsində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əlində olan yabanın taxta materialından olan tutacaq hissəsi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, beyin silkələnməsialının sol yarasının, sol baldırın aşağı 1/3-nin iç yan səthinin, sağ baldırın orta 1-3-nin bayır səthinin qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, aralarında ədavətləri vardır. Belə ki, 2001-ci ildə pul qarşılığında atası Şahid3 kəndlərinin ərazisində özlərinə məxsus olan 1,35 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs anası Pakizəyə icarəyə vermişdir. Cari ilin mart ayından etibarən ailəlikcə torpaq sahələrini Zərərçəkmiş şəxs geri qaytarmasını tələb etmişlər. Elə bu vaxtdan onların aralarında ədavətləri başlamışdır. Aprel ayında Zərərçəkmiş şəxs onların barələrində Bərdə Rayon Məhkəməsində iddia qaldırmış və onların aralarında məhkəmə çəkişmələri olmuşdur. Zərərçəkmiş şəxs küçələrində özünə məxsus dükanı vardır. 26 oktyabr 2020-ci ildə səhər saatlarında yaşadıqları kənddə Zərərçəkmiş şəxs dükanın qarşısından piyada keçərkən Zərərçəkmiş şəxs dükandan küçəyə çıxmış, ona aralarında olan torpaq məsələlərinə görə sözlə öz iradını bildirmiş, onu təhqir etmişdir. Mübahisə böyüməməsi üçün dərhal oradan uzaqlaşıb getmişdir. 01 oktyabr 2020-ci il tarixdə saat 1210 radələrində qardaşı Kənan və atası Natiq kəndlərində olan torpaq sahələrində ot yığarkən Zərərçəkmiş şəxs və bacısı Firuzə tanımadıqları şəxsin avtomobili ilə oraya gəlmişlər. Avtomobilin sürücüsü avtomobildən aşağı düşməmiş, Həmidə ilə bacısı Firuzə onların yanlarına gəlmişdir. Zərərçəkmiş şəxs onlara otu yığmaqlarına görə sözlə öz iradını bildirmiş və onları təhqir etmişdir. Atası Şahid3 sakitcə keçib kənarda dayanmışdır. Özü və Kənan isə Həmidə ilə mübahisə etməyə başlamışdır. Aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu təhqir etdiyindən, əlində olan yabanın taxta materialdan olan tutacaq hissəsi ilə Zərərçəkmiş şəxs sağ ayağına bir dəfə və sonra eyni üsulla başına bir dəfə zərbə vurmuşdur. Həmin vaxt atası və qardaşı Kənan onu sakitləşdirmişdir. Az sonra Həmidə və bacısı Firuzə oradan uzaqlaşıb avtomobil ilə getmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olmasını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Münasibətləri normal olmuş, cari ilin mart ayından aralarında olan torpaq mübahisəsinə görə münasibətləri pisləşmiş, ədavətləri yaranmışdır. Belə ki, 2001-ci ildə pul qarşılığında kəndlərinin ərazisində Şahid3 məxsus olan 1,35 hektar torpaq sahəsini almışdır. Cari ilin mart ayından etibarən Şahid3 həyat yoldaşı Təbibə, övladları Saleh və Kənan 2001-ci ildə Şahid3 ona satdığı torpaq sahəsini ondan geri qaytarmasını tələb etmişdir. Elə bu vaxtdan onların aralarında ədavətləri başlamışdır. 2020-ci ilin aprel ayında həmin ailə barəsində Bərdə Rayon Məhkəməsində iddia qaldırmış və onların aralarında məhkəmə çəkişmələri olmuşdur. 26 oktyabr 2020-ci il tarixdə səhər saatlarında yaşadığı kənddə özünə məxsus dükanın qarşısında olarkən təsadüfən Təqsirləndirilən şəxs piyada küçə ilə keçmiş, aralarında olan torpaq məsələsinə görə Salehə sözlə öz iradını bildirmişdir. Aralarında sözlə mübahisələri olmuş, mübahisə zamanı Saleh əsəbləşərək ilk öncə sinə nahiyyələrinə əli ilə iki üç dəfə yumruq zərbələri vurmuş və sonra əli ilə saçından tutaraq yolmuşdur. Saleh onun səs-küy salmağını görüb qaçıb getmişdir. Salehin onu döyməsinə görə əsəbləşib 26.09.2020-ci il tarixdə saat 1649 radələrində 102 xidmətinə zəng edərək müraciət etmiş və Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonuncu dəfə 01 oktyabr 2020-ci il tarixdə saat 1210 radələrində bacısı Firuzə ilə Sərdar Rzayevin avtomobili ilə kəndlərinin ərazisində özlərinə məxsus əkin sahəsinə baxış keçirməyə getmişdir. Orada Şahid3 və övladları Saleh ilə Kənanın aralarında mübahisəli olan əkin sahəsində otu biçib, yığdıqlarını görmüş, onlara sözlə öz iradını bildirmişdir. Şahid3 sakitcə keçib kənarda dayanmış, Saleh və Şahid4 qardaşları isə onunla mübahisə etməyə başlamışdır. Aralarında yaranmış mübahisə zamanı Saleh əlində olan yabanın taxta materialdan olan tutacaq hissəsi ilə baş nahiyyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Sonra əllərində olan yabanın taxta materialdan olan tutacaq hissələri ilə onun ayaqlarının baldır nahiyyələrinə və baş nahiyyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Bacısı Firuzə ilə oradan uzaqlaşıb Sərdar Rzayevin avtomobili ilə getmişdir. Sahədə olarkən DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Təqsirləndirilən şəxsla barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Həmidə ilə onların ailələri arasında ədavətləri vardır. Belə ki, 2001-ci ildə pul qarşılığında atası Şahid3 kəndlərinin ərazisində özlərinə məxsus olan 1,35 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs anası Pakizəyə icarəyə vermişdir. Ailəlikcə torpaq sahələrini Zərərçəkmiş şəxs geri qaytarmasını tələb etmiş, bu səbəbdən aralarında ədavətləri başlamışdır. Zərərçəkmiş şəxs onların barələrində Bərdə Rayon Məhkəməsində iddia qaldırmış və onların aralarında məhkəmə çəkişmələri olmuşdur. 01 oktyabr 2020-ci il tarixdə saat 1210 radələrində qardaşı Saleh və atası Natiqlə kəndlərində olan torpaq sahələrində ot yığarkən Zərərçəkmiş şəxs və bacısı Firuzə tanımadıqları şəxsin avtomobili ilə oraya gəlmişdir. Həmin vaxt avtomobilin sürücüsü avtomobildən aşağı düşməmiş, Həmidə ilə bacısı Firuzə onların yanlarına gəlmişdir. Zərərçəkmiş şəxs onlara otu yığmaqlarına görə sözlə öz iradını bildirmiş və onları təhqir etmişdir. Salehlə birlikdə Həmidə ilə mübahisə etməyə başlamışdır. Aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Salehi təhqir etdiyindən Saleh əlində olan yabanın taxta materialdan olan tutacaq hissəsi ilə Zərərçəkmiş şəxs sağ ayağına bir dəfə, başına bir dəfə zərbə vurmuşdur. Atası ilə birlikdə Salehi sakitləşdirmişdir. Az sonra Həmidə və bacısı Firuzə oradan uzaqlaşıb avtomobil ilə getmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası mərkəzinin verdiyi 03 oktyabr 2020-ci il tarixli 865 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəlləbeyin travması, beyin silkələnməsi, alının sol yarısının, sol baldırın aşağı 1/3-nin iç yan səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 01.10.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixdə saat 1210 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində yerləşən əkin sahəsində aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı əlində olan yabanın taxta materialından olan tutacaq hissəsi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, beyin silkələnməsialının sol yarasının, sol baldırın aşağı 1/3nin iç yan səthinin, sağ baldırın orta 1-3-nin bayır səthinin qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 10 dekabr 2020-ci il tarixli 478 saylı arayışından və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Zümürxan kəndində yaşayır. Kənddə yaşadığı müddətdə kənd camaatı arasında heç bir narazı hərəkəti olmamışdır. Kəndin xeyir və şər işlərində köməklik etmişdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2018-ci il tarixli AZ-İV 213030 saylı və AZ-İV 213031 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 19 iyul 2015-ci ildə anadan olmuş X3 və 12 yanvar 2017-ci ildə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 05.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar