Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-20/2025 01.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Abdullayev Fərman Firidun oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi2. Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X8, Təsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətandaşı, azərbaycanlı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri ilə seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə 2017-ci ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb, Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitlərini işlədiyi “X51” MMCdə lombard müştərilərinə verib, əvəzində verdiyi pulun dəyərində qızıl-zinyət əşyalarını girov qoyaraq, ona verdiyi pulun ümumi miqdarının 2.6 faiz qazancını verməsini ondan xahiş etməsindən istifadə edib, əvvəlcə Zərərçəkmiş şəxs1 saxlaması üçün həqiqi qızılziynət əşyaları verərək sonuncunun etibarını qazandıqdan sonra, xeyli miqdarda pulunu ələ keçirmək məqsədi ilə 2023-cü ilin yanvar ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, H.Əliyev prospekti 696 ünvanında yerləşən “Azərbaycan Beynalxalq Bank”ının Gəncə filialında 10.000 (on min) manat pulunu, 2023cü ilin aprel ayında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, H.Əliyev prospekti 696 ünvanında yerləşən “Azərbaycan Beynalxalq Bank”ının Gəncə filialında 15.000 (on beş min) manat pulunu və 2023-cü ilin iyun ayının əvvəllərində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri, H.Əliyev prospekti 696 ünvanında yerləşən “Azərbaycan Beynalxalq Bank”ının Gəncə filialının qarşısında 23.000 (iyirmi üç min) manat pulunu alaraq, işlədiyi lombardda ayrı-ayrı şəxslərin ona girov kimi verdikləri möhürlənmiş, imzalanmış 20 ədəd qızıl paketi adı ilə dəmir və əlvan metal ərintisi verərək, onların həqiqi qızıl əşyaları olduğunu Zərərçəkmiş şəxs1 inandırmaqla, ümumilikdə sonuncunun xeyli miqdar hesab edilən 48 (qırx səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “X51” MMC-də qiymətləndirici vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdar əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə həmin MMC-nin rəhbəri və təsisçisi vəzifəsində işləyən Şahid4 vasitəsi ilə Tərtər rayonu, Səhləbad kənd sakini Zərərçəkmiş şəxs2 ilə 12 iyul 2023-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda danışıb ona 8.500(səkkiz min beş yüz) manat kredit verəcəyini yalandan vəd verib inandırmaqla, Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra həmin etibardan sui-istfadə edib aldatmaqla 12 iyul 2023-cü il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda “X51” MMC-nin inzibati binasında ümumi dəyəri 10.000(on min) manat olan 54.9 qramlıq 585 əyar 4 ədəd qadın boyunbağısı, 7.5 qramlıq 583 əyar 1 ədəd qırıq qızıl qolbağı, 1.6 qramlıq 585 əyar qızıl boyunbağı hissəsi, 4.6 qramlıq 1 ədəd 888 əyar qızıl beşlik klon, 0.9 qramlıq 585 əyar 1 ədəd klon, 25.4 qramlıq 585 əyar 6 ədəd qadın üzüyü, 22.5 qramlıq 585 əyar 2 ədəd qızıl komplekt, 25 qramlıq 583 əyar 1 ədəd qızıl tros boyunbağını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar hesab edilən 10.000(on min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü qismən təqsirli bilir. Belə ki, o, Çiçək xanımın qızıllarını almamış, lakin Zahirlə bağlı ittihamı qəbul edir. Çiçək xanımın qızıllarını görməmişdir. O, 8 ilə yaxındır lombardda qiymətləndirici zərgər işləmişdir. Billurə yeyinti etdiynə görə onunla Zahir arasında problem yaranmışdır. Onun Zahirə borcu qalmayıb. O, işlədikləri müddətdə Zahirə qızıl verib, pul götürüb. Vətəndaşlar qızıllarını gətirib onlara verib, o da Zahirdən və Mustafadan pul alıb vətəndaşlara verib. Zahir və Mustafa pulları depozit kimi qoyublar, o da hər ay onların qazanclarını verib. O, müştərilərin qızıllarını Zahirə, Mustafaya verib. O, Zahirlə 2017-ci ildə tanış olmuşdur. Zahirin qazancı ona verdiyi pulun aylıq 2.5-2.6% qədər gəlir imiş. O, Zahirlə şifahi razılıq əldə etmişdir. Əvvəllər Zahirin qazancı 2.6% idi sonralar 2.4% olmuşdur. Onunla Zahirin arasında 225.000 manata qədər pul dövriyyəsi olmuşdur. 2023cü ilə qədər onunla işləmişdir. Sonra görmüşdür ki, lombarda pul gəlmir və depozitorların pulunu verə bilmir. Əvvəllər pul yığılıb, lakin daha sonra pul yığılmamışdır. Billurə pulları mənimsəyirmiş. Onun 300 nəfər müştərisi var idi. Lakin, onun bildiyi qədərilə çox olamlı imiş. Aylıq qazancı 50.000, 60.000, 70.000 manat oldurdu. Təxminən 18.000 manat depozitorlara pul ödəyirdi. Özü də 70.000 manat kredit götürmüşdü. Aylıq ödənişlər olmayanda Billurə bildirirmiş ki, Məhərləmlikdir, ona görə ödənişlər olmur. O, qərara gəlmişdir ki, lombardı satsın, alan adam depozitorlərın pulunu bağlasın və oranı həmin adam özü işlətsin. Billurə ilə belə söhbətləri başlamışdır. Lakin Billurə lombardı təhvil verməkdən imtina etmişdir. O, lombardı müstəntiqlə təhvil verəcəyini bildirmişdir. Sonra problemlər yaranmışdır. O, Zahirin aylıq pulunu gecikdirmişdir. Müştəri ödənişləri etdikdən sonra qızıllarını tələb edirmiş. Qızıllar Zahirdə olduğuna görə ondan müştərinin qızıllarını almaq üçün aldığı qızıl həcmində yeni qızıllar verməli imiş. Yeni müştərilər olmadığına görə və aldığı qızılın yerinə qızıl qoya bilmədiyinə görə Zahirə saxta qızıllar verib əvəzində müştərinin qızıllarını ondan almışdır. 10-15 dəfə belə hallar olmuşdur. O, pulu qaytarmırdı. Zahirə aldığı qızılın əvəzinə həmin çəkidə qızıl təhvil verirdi. O, Çiçək xanımı görməmişdir. O, depozitorlarda olan qızıl sahiblərinin siyahısını polisə təhvil vermişdir. Orda Çiçək xanımın adı yoxdur. Billurə ona Çiçək xanımın qızıllarını təqdim etməyib. Billurə Çiçək xanımın müqaviləsinə 4546 nömrəni yazıb. Mustafa adlı depozitor həmin nömrəli qızılların onda olduğunu və həmin qızılları ondan götürdüyünü demişdir. Polis şöbəsində olanda müəyyən olunmuşdur ki, 4546 nömrəli paket Musayev Rüstəmin adınadır. Müştəriləri Billurə qəbul edir, sənədləri o hazırlayır, qızılları o qəbul edirmiş. O özü Gəncədə olur gecə 11-də 12-də gəlirmiş. O, orada olduğu müddətdə müştərilərin gəlib ödəniş etdiyini görmüşdür. Müştərilərin gəlməsini, onlara kredit verilməsini, aylıq ödənişlərin olunması işlərinə Billurə baxmışdır. Onun işi yalnız qiymətləndirmə olub. Müştəri gəlir qızılı təqdim edir, o, qızılı qiymətləndirir, paketə qoyur, Billurə həmin qızılları kompüterə işləyir, yəni müştərinin adı, qızılın çəkisi, kreditin ödəniş cədvəli haqqında məlumatları sistemə yerləşdirirmiş. Billurə özü də o, olmayanda qızıl götürür və qiymətləndirirdi. O, işdə olanda kompüter sistəminə daxil olub iş fəaliyyətlərini yoxlaya bilirdi. Billurə ona Çiçək xanımın qızıl-zinət əşyaları haqqında heç nə deməyib. Billurə Çiçək xanımın müqaviləsinə köhnə müştərinin müqaviləsini yazıb. Çiçək xanımın müqaviləsini proqrama işləməyib. Həmin proqramı polisə və ona təqdim etməyib. Polislər lombarda baxış keçirdəndə Çiçək xanımın sənədlərini aşkar ediblər. Çiçək xanıma Billurə kredit verməyib. Elə vaxt olmuşdur ki, müştəri qızıl qoyub pul istəyəndə o, Zahirdən borca pul alıb müştəriyə vermişdir. Sonra başqa müştəri qızıl qoyanda həmin qızılı Zahirə qaytarmışdır. Borc bəzən 100.000 manata qalxmışdır. O, işdə olan vaxt müştəri kredit üçün müraciət edəndə qızıl siyahısını o yazıb qızılı qiymətləndirib, siyahını Billurəyə vermişdir. Billurə müştərilərin kreditini vermişdir. O, müştərilərin verdiyi qızılları paketə qoyub Gəncədə Zahirə, Mustafaya vermişdir. O, olmayanda Billurə özü qiymətləndirirdi. Billurə sənədləri hazırlayır, proqrama işləyir, qızıl paketini hazırlayırdı. Billurə özü müdir idi, lakin qızıl-zinət əşyalarını qiymətləndirə bilmişdir. O, Billurənin verdiyi paketləri o, depozitorlara vermişdir. Paketlərin üstündə açıq pəncərədən baxıb onların qızıl olub-olmadığını müəyyən edə bilirdi. O, təxridxanada olanda Billurənin Çiçək xanımdan qızıl götürüb kredit vermədiyini bilmişdir. O, Depozitorlara verdiyi qızılın siyahısını tutmuşdur. Həmin siyahıda Çiçəyin adı yox imiş. Təcridxanada olan zaman Billurə ilə üzləşmə aparılan zaman Billurə ona demişdir ki, “Çiçək xanımın qızıllarını sənə vermişəm”. O, Çiçəyin adını bilməsə də onun adına olan müqavilədəki 4445 nömrəli paketi ona verdiyini təsdiqləmişdir. 4445 nömrəli paketin sahibi Rüstəm adlı şəxs olmuşdur. Bunu ona Mustafa deyib. Musatafa həmin müqavilə üzrə paketi iyun ayında götürdüyünü bildirmişdir. Müştərilər qızılları tələb edəndə o, WhatsAppla həmin müştərilərin siyahısını Mustafaya göndərib onların qızıllarını götürəcəyini bildirirdi. Mustafa da həmin paketləri ona verir, o da müştərilərə həmin qızıl paketlərini qaytarırdı. 4445 saylı paketi ona verdiyini bildirəndə o, müqaviləyə baxanda bilmişdir ki, o Çiçəyin müqaviləsinin nömrəsi deyil. Həmçinin Təqsirləndirilən şəxs son söz olaraq bildirdi ki, əməlindən peşmandır. Zərərçəkmiş şəxs Zahirlə barışmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, himayəsində 2 azyaşlı uşaqları var. Özü təxminən 2005 və ya 2006-ci il tarixlərində zərgərlik kursunu bitirmişdir. Buna görədə qızıl alış-verişi ilə məşğul olmuşdur. Qızıl alış-verişi üçün 2009-cu ildən Bərdə rayonuna gedib-gəlmişdir. 2012-ci ildə dostu X1 rayonunda lombard mağazası açmışdır. O, da Şaiqin yanında qiymətləndirici kimi işləməyə başlamışdır. Həmin mağazada 2016-ci ilə qədər işləmişdir. 2016-cı ildən sonra əvvəldən tanıdığı X5 onun adına açdığı lombard mağazasında qiymətləndirici kimi işləmişdir. Daha sonra Eldəniz Muradov “X51” MMC adlanan lombardı Şahid4 təhvil vermişdir və Qazaxıstan Respublikasına getmişdir. O, tutulmazdan əvvələ qədər Bərdə şəhərində yerləşən “X51” MMC-də qiymətləndirici vəzifəsində işləmişdir. Həmin MMC-ni müdir kimi işləyən X16 təsis etmişdir, Bilurənin adına olmuşdur. O, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 təxminən 2017-ci ildən tanımışdır. Aralarında dostluq münasibəti olmuşdur. X32ynı Tural tanış etmişdir. Tural ona demişdir ki, Zahirdə külli miqdarda pul var, sən də lombarda işləyirsən onun pulunu istifadə et, ona da qazanc ver. O, da razılaşmış və Zahirlə aralarında razılaşma olmuş ki, Zahir ona pul verəcək, o, da Zahirdən aldığı pulları işlədiyi lombardda müştərilərə Billurə verəcək və müştərilərin Zahirə verdikləri qızılları o da Zahirə girov kimi qoyub Bilurədən aldığı pulların müqabilində hər ay Zahirə 2,6 faiz qazanc verəcəkdir. Bu barədə o, Bilurǝ ilə danışmış və o, da bununla razılaşmışdır. O, 2017-ci ildən dəqiq ayı yadında deyil, hissə-hissə olmaqla Zahirdən 2023-cü ilin avqust ayının sonlarına kimi ümumilikdə 225.000 manat pul götürmüşdür. O, Zahirdən pulları götürəndə ona paketdə qızıl əşyalarını vermişdir. Həmin paketlərdə Bərdə şəhərində pul verib qızıl götürdüyü müştərilərin adları, soyadları, ata adları, qızılın qramı, imzalar, lombardın möhürlənmiş vəziyətdə paketlərini vermişdirlər. Zahir ona inandığı üçün heç vaxt paketləri açmamış, ancaq qramına görə ona bazar qiymətinə uyğun pul vermişdir. 2023-cü ilin təxminən yanvar ayının sonlarında o, görmüş ki, lombardda işləri yaxşı getmir, borcları, faizləri ödəyə bilmirlər. Ona görədə o, Gəncə şəhərində bujiteriya mağazalarından ucuz qiymətə sarı qızıl rəngində olan metal üzük, sırqa, boyunbağı, qolbağı almış və sonra Bərdə rayonunda müştərilərdən aldıqları az miqdarda real qızıl olan paketləri açıb içərisinə bujiteriya mağazasından aldığı əşyaları yerləşdirib, yenidən möhürləyib üzərinə çəkilərini yazıb sonra gətirib Gəncə şəhərində Beynəlxalq bankın Gəncə filialında Zahirlə görüşüb paketlərin üzərində yazdığı qramlara görə bazar qiymətinə Zahirdən pulları götürmüşəm. O, son iki aya kimi Zahirin faiz pulunu ödəməmiş, o da şübhələnməmiş, paketləri yoxlamamış, elə başa düşmüş ki, paketlərdəki hamısı təmiz qızıllardır. Təxminən, Zahirə verdiyi qızıl əvəzi bujiteriyaların çəkisinə uyğun qızıl qiymətinə 48000 manat civarında olmuşdur. Son iki ayda yəni 2023-cü ilin avqust ayının sonlarından o, Zahirə artıq faiz pulunu ödəyə bilməmişdir. O, artıq Zahirə pul ödəmədiyi üçün ondan pullunu tələb etmiş, o, da mənə demişdir ki, sənin pulunu ödəyəcəkdir. Zahirdə gözləmişdir. 06 noyabr 2023-cü il tarixdə Zahir ona zəng etmiş ki, görüşək “səninlə işim var”. Onlar axşam saat 20 radələrində Gəncə şəhərində görüşmüşdürlər və Zahir ona demiş ki, onun verdiyi qızılları yoxlatdırıb, qızılların böyük hissəsi bujiteriyadır. O, da etiraf etmiş ki, həqiqətəndə ona verdiyi paketlərdən bəzilərində qızılla birlikdə bujiteriyalarda olmuşdur. O, yenə Zahirə demiş ki, narahat olmasın pulunu ödəyəcəkdir. Lakin, sonra ona məlum olmuş ki, Zahir ondan şikayət etmişdir. O, Zahirlə birlikdə 49 ədəd paketlərdəki qızıl bujjiteriyaları polisə təqdim etmişdir. Həmin paketlərdən 20 ədədində bujiteriyalar vardır, 29 ədədində isə qızıllardır. Həmin 20 ədəd paketdə olan bujiteriyalara görə o, Zahirdən 2023-cü ilin yanvar ayından iyun ayına qədər cəmi 48.000 manat pul almışdır. Həmin pullardan 10.000 manat pulu 2023-cü ilin yanvar ayında Gəncə şəhəri, H.Əliyev prospekti 696 ünvanında yerləşən “Azərbaycan Beynalxalq Bank”ının Gəncə filialında, 15.000 manat pulu 2023-cü ilin aprel ayında eyni bankda və 23.000 manat pulu isə 2023-cü ilin iyun ayının əvvəlində Gəncə şəhəri, H.Əliyev prospekti 696 ünvanında yerləşən “Azərbaycan Beynalxalq Bank”ının Gəncə filialının qarşısında almışdır. O, Zahirə vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Eyni zamanda bildirmək istəmiş ki, Zərərçəkmiş şəxs1 ondan etdiyi şikayətdə bildirmişdir ki, guya Zahirin 225.000 manat pulunu ələ keçirmişdir. Həqiqətdə isə belə bir şey olmamış, o, Zahirin cəmi 48.000 manat pulunu alıb, pulun əvəzinə bujiteriya vermişdir. Zahir verdiyi şikayətdə bildirdiyi 225.000 manat onun əldə etməli olduğu gəlirləridə hesablamış olduğu üçün bu formada bildirmişdir. Onun Zahirə bujiteriyaya görə vurmuş olduğu ziyan cəmi 48.000 manat pul olmuşdur və o, həmin ziyanıda tamamilə qaytarmışdır. İstintaqa təqdim etdiyi qızıllar isə lombardda olan müştərilərindi və həmin qızıllara görə Zahir lombarda depozit qoymuşdur. Şahid4 depozitə görə olan pulları ödəyib qurtardıqca Zahir həmin qızılları ona qaytaracaqdır. Bundan başqa Zərərçəkmiş şəxs2 şikayəti ilə əlaqədar olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 özünü görməmiş, əvvəl görmüş olsada xatırlamışdır. Zərərçəkmiş şəxs2 onun işlədiyi “X51” MMC-nin müştərisi olmuşdur. Zərərçəkmiş şəxs2 dəqiq xatırlamadığı bir vaxtda, təxminən 2023-cü ilin iyul ayında təxminən 10.000 (on min) manat dəyərində olan 142.5 qramlıq qızıl-zinyət əşyalarını lombardda Şahid4 girov qoyaraq, 8.500 manat məbləğində kredit götürməli idi. Lakin, lombardda pul olmadığına görə qızıllar üçün verilməli olan 8.500 manat pul verilməmişdir. O, Şahid4 ilə danışan zaman həmin qızıllara götürüb depozitorlara verib, oradan pul götürəcəyini bildirmişdir. Buna görədə Şahid4 Zərərçəkmiş şəxs2 qızıllarını götürmüş və depozitor olan Mustafaya verib, ondan dəqiq xatırlmadığı məbləğdə pulu almışdır. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün Mustafadan götürdüyü pulları xərcləmişdir. Şahid4 ondan pulu istədikdə isə, müxtəlif bəhanələr edib, pulu verəcəyimi bildirmişdir. Daha sonra Şahid4 ona bildirmiş ki, müştəri öz qızıllarını geri istəmişdir. O, depozitor olan Mustafadan qızılları geri götürmək üçün borca pul almış və Mustafaya pulu verərək, Zərərçəkmiş şəxs2 məxsus qızılları götürmüşdür. Bundan sonra, pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 məxsus olan qızıl-zinyət əşyalarını adını xatırlamadığı bir şəxsə girov qoyaraq 10.000 manat pul əldə etmişdir. Onun pula ehtiyacı olduğu üçün həmin pulu ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs2 onu tanımamasına görə pulu ödəməmişdir. Daha sonra Şahid4 ilə aralarındakı münasibətlər pisləşdiyinə görə bu məsələ yaddan çıxıb qalmışdır. Daha sonra, dekabr ayında Gəncə şəhərində olan dələduzluq işinə görə həbs olunmuşdur. Bundan sonra həmin qızılların aqibətinin necə olduğunu bilməmişdir. O, həbsdən çıxdıqdan sonra həmin qızılları girov qoyduğu adamı tapa bilməmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus qızılları ələ keçirmiş, etdiyi əməldən peşiman olmuş və imkanı olan kimi Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tamamilə ödəyəcəkdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Sənanı 2017-ci ildən tanıyır. Tanışları ona demişdirlər ki, Sənan lombard açır, lakin pulu yoxdur. Qardaşı ona xaricdən pul göndərmişdir. Sənanla razılamışdır ki, ona pul verəcək, Sənan da kredit almaq üçün müraciət edən müştərilərin qızılarını saxlamaq üçün ona verəcək. Sənan ona hər ay onda olan qızılların dəyərinin 2.6 faiz məbləğində pul verəcəkdir. Ona görə Beynəlxalq bankdan Sənanla ikisinin adına seyf götürmüşdürlər. Sənan müştərilərdən aldığı qızılları paketdə ona verirmiş, o da paketlərin içini açmadan paketləri seyfə qoyurmuş, dəftərə qeyd edirmiş. Qardaşı pul göndərdikcə Sənana pul verirmiş. Sənan 10- 15 günə pulu paylayıb qızılları gətirib ona təhvil verirmiş. O, pulları vermədikcə qızılları verməkdən imtina edirdi. Eyni zamanda Sənan yeni müştərilərin qızıllarını kredit üçün ona verəndə o, eyni dəyəri olan əvvəlki müştərilərin qızılların ona geri qaytarmışdır. Son zamanlar Sənan ona aylıq qazanc vermədiyinə görə o şübhələnib Sənanın ona verdiyi qızıl paketlərinə baxdıqda bəzi qızıl paketlərinin içərisində qızıl olmayan bijuteriyaların olduğunu aşkar etmişdir. Sənana bu barədə bildirdikdə Sənan etdiyi hərəkəti etiraf edərək bildirmişdir ki, kredit borclarını ödəyən müştərilər qızıllarını tələb etdiyinə görə o məcbur olub bu hərəkətə yol vermişdir, yəni ona verdiyi qızıl paketlərinin içərisinə bilərəkdən qızıl olmayan bijuteriyalar qoymaqla onu aldatmışdır. Lakin hal-hazırda Sənan ona vurulan ziyanı tam ödəmişdir. Bununla yanaşı məhkəməyə ərizə təqdim edərək bildirdi ki, ona dəymiş ziyan ödənilib, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. O, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır, aralarında yaxın dost münasibəti olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxtdan hazırkı vaxa kimi Bərdə şəhərində Lombard işlətmişdir. Ona Sənan demişdir ki, ağər çoxlu pulun varsa ver mən lombarda qoyum və sənə verdiyin pulun müqabilində vətəndaşlardan girov götürdüyü qızılları sənə girov qoyum və hər ay 2 faiz qoyduğun pulun qazancını verim. O da Sənana inandığı üşün razı olmuş və Ukrayna Respublikasında yaşayan qardaşı X27 ona göndərdiyi 20000 manat pulu 01 dekabr 2017-ci ildə Sənanın yaşadığı Gəncə şəhəri, Pərviz Səmədov küçəsindəki evində ona vermişdir. O da demişdir ki, etibarlı olması üçün sənə verdiyim qızılları bağlı paketdə aparaq X48 filialında seyfinə qoyaq, mən sənə pulu qaytaranda həmin qızılları mənə verərsən.O da razı olmuş və onlar Nikoil bankda hər ikisinin birlikdə seyfi açmaq səlahiyyəti olmaqla Sənanın ona 20000 manat müqavilində bağlı paketlərdə qızılları vermiş, qızılların çəkismi üzərində qeyd olunmuşdur. Bundan sonra Sənan hər ay ona 20000 manat pulun 2 faizini yəni 400 manat pul ödəmişdir. Bundan sonra o, Sənana daha da inanmış və 2018-ci ilin noyabr ayında dəqiq günü yadında qalmayan vaxtda yenə Nikoil bankda Sənana 30000 manat pul vermiş və o da yenə həmişəki qaydada ona həmin pulun dəyərində paketlərdə qızılları vermiş və birlikdə bankın seyfinə qoymuşlar və yenə hər ay 50000 manatın 2 faizini ona ödəmişdir. 2021-ci ilin noyabr ayında tarixi dəqiq yadında qalmayan vaxtda qaynı Tural Rabitə bankdan külli miqdarda kredit götürmüş, iş görürdü, o Turaldan 150.000 manat pul almış və həmin pulu da aldığı gündə Nikoil bankın seyfində olan qızılları da Sənanla birlikdə götürüb bu dəfə Beynəlxalq bankın Gəncə filialına gətirmişlər və həmin qızılların üzərinə 150.000 manatlıq qızılları da bağlı paketdə Sənan ona vermiş və beləliklə də o həmin banka 200.000 manatlıq qızıl əşyalarını qoymuşdur. Sənan yenə ona hər ay 200.000 manatın 2 faizini yəni 4000 manat pulu ödəmişdir. 2023-cü ilin yanvar ayında dəqiq günü yadında qalmayan tarixdə o, oğlunun Mersedes markalı avtomaşınını satmış və yenə həmin bankda Sənana 10.000 manat pul vermiş və o da yenə 10.000 manatlıq qızılı paketdə ona vermiş və seyfə qoymuşlar. 2023-cü ilin aprel ayının sonlarında ona yenə qardaşı Ukraynadan 15000 manat pul göndərmiş və həmin vaxt həmin 15.000 manat pulu da Sənana Beynəlxalq bankda vermiş və ona demişdir ki, mənə verdiyin qızılların çəkisini hesablamışam, verdiyim 225.000 manat pulu ödəmir. O da, çəkini düzəldəcəm demiş və ona əlavə 20 ədəd paketdə qızıllar gətirmiş, o da içərisinə baxmamış, yenə möhürlü imzalı olmuşdur. Sənan demişdir ki, bunlar da qızıldır. Paketlərin sayı artıq 49 olmuşdur. Beləliklədə o, Sənana ümumilikdə hissə-hissə olmaqla cəmi 225.000 manat pul vermiş və o da həmin pulun dəyərində ona 49 ədəd paketlərdə 2 kiloqram 734 qram qızıl adı ilə əşyaları paketlərdə vermişdir. Həmin bağlı paketlərdə, lombardın möhürü vurulmuş, üzərində müdirin və müştərinin imzası, adı, ata adı, eyni zamanda qızılların çəkisi yazılmış halda olmuşdur. O da həmin qızılın çəkisinə və bazar qiymətinə uyğun Sənana pul vermişdir. O da hər ay dediyi kimi, ona verdiyi pulların 2 faiz miqdarında qazancını verirdi. Son iki ayda yəni 2023-cü ilin avqust ayının sonlarından Sənan ona aylıq faiz ödənişlərini verməmişdir. O, dəfələrlə ondan əsas ona verdiyi cəmi 225.000 manat pulu tələb etmişdir ki, pulumu qaytar, gəl qızıllarını apar. Sənan isə ona yalan olaraq demişdir ki, guya onun işçisi qadın onun aldadaraq pullarını mənimsəmişdir, ona görədə ödənişi edə bilmir. Sənan ona təklif etmişdir ki, Bakı şəhərindən müştəri tapacam gətirib sənə verdiyim qızılları ona satıb sənin 225.000 manat pulunu ödəyəcəm. O, gözləmiş, lakin Sənan ona verdiyi vədini yerinə yetirməmişdir. O, şübhələnmişdir ki, Sənanın ona verdiyi qızıllar saxtadır ki, o həmin qızıllarla maraqlanmır, geri almır, pulunu ödəmir. Ona görə o, Sənana demişdir ki, gəl birlikdə aparaq sənin mənə verdiyin qızıllarpı yoxladaq. Sənan da, gəlmiş və bankın seyfindən 49 ədəd paketi götürmüşlər. Həmin vaxt Sənan artıq ona özü etiraf etmişdir ki, son dəfə verdiyi 20 ədəd paketlərdəki qızıllar qızıl deyil mağazalardan sarı rəngdə bujiteriya alaraq paketlərə yerləşdirmiş və ona qızıl adı ilə vermişdir. O da həmin paketlərə baxanda paketin sellofan olan hissəsindən bujiteriya olduğu görünürdü. Həmin əşyalar müəyyən üzük, sırqa, boyunbağı, qolbağı formalarında düzəldilmişdir. Ona görədə o, Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək onun etibarından sui istifadə edərək ona qarşı dələduzluq etmiş, ona saxta qızıllar vermiş Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görüb onun cinayət məsuliyyətinə cəlb olunmasını və ona dəymiş 225.000 manat məbləğində zərərin ödənilməsində köməklik göstərilməsini bildirmişdir. O, Sənanın özü ilə birlikdə həmin 49 ədəd paketi polisə təqdim etmişdir. Həmin 20 ədəd paketlərdə təxminən 2 kiloqram bujiteriyadır, qalan 734 qram isə qızıllardır. O, polisə şikayət edəndən sonra Sənan ona 30.000 manat pul ödəmişdir, qalan pulunu ödəməmişdir. O, 06 noyabr 2023-cü il tarixdə aşkar etmişdir ki, həmin qızıllar saxtadır, bujiteriyadır, həmin vaxt dərhal Sənanla əlaqə saxlamış və onunla görüşüb bu barədə Sənana bildirəndə Sənan özü də etiraf etmişdir ki, həqiqitəndə ona verdiyi paketlərdən 20 ədədində bujiteriyalardır. Ona demişdir ki, pulları dağıtmışam, xərcləmişəm, ödəyə bilmədiyim üçün bu addımı atmışam. O, əvvəl X48ə filialında sonradan isə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankın Gəncə filialında müqavilə əsasında seyf almış və qızılları orada saxlamışdır. Elə orada da qızılları Sənandan qəbul edib pulları da orada vermişdir. O, ilk dəfə Sənana pul verib qızılı götürəndə yanlarında onun qaynı Tural, Sənanın yanında isə yeznəsi Əşrəf olmuşdur. Sonralar isə onlar ancaq ikisi olmuşlar, başqa şəxs olmamışdır. İş üzrə əlavə ifadəsi alınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 əlavə ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat idarəsində istintaqa verdiyi Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair əvvəlki ifadəsini təsdiq edir və həmin ifadəsinə əlavəsi odur ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs ona verdiyi 20 paketdə olan bujiteriyalara görə ondan 48.000 manat pul almışdır, lakin ümumilikdə ona 225.000 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxsla barışımış, ondan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqında üzrə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2023-cü ildə oğlu həbsxanada xəstə imiş. Ona görə ona təcili pul lazım idi. Billurəyə zəng edib bildirmişdir ki, ona təcili pul lazımdır. Qızıl müqabilində ona pul versin. Billurə ona bildirmişdir ki, Sənanla danışmışdır, demişdir ki, “qızılları götür, pulu verəcəm”. O da 142 qram qızılı aparıb Billurəyə vermişdir. Billurə sənəd yazıb vermiş, lakin pulu verməmişdir. Sonra ona 1000 manat pul vermişdir. Sonra Billurə ona demişdir ki, Sənan deyir getsin Bakıya pulu karta vuracaq. Lakin ona heç bir pul verilməmişdir. Sonra oğlu xətəxanaya düşmüşdür. Qızılları Billurəyə verməsinə baxmayaraq sonuncu pulun verilməməsini Sənanın üstünə atırmış. O, “Sənanın sənin oğlunun xəstə olması bardə məlumatı var” deyə bildirmişdir. Onunla bağlanan müqavilədə tarix 2022-ci il yazılıb, lakin müqavilə xx.xx.2023-cü ildə bağlanılmışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5 il bundan əvvəl maddi ehtiyacı olduğu üçün Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən lombard mağazasında olan “X51” MMC-də Şahid4 kredit götürmək üçün girova qızıl-zinyət əşyaları qoymuş, kreditə pul götürmüş, daha sonrada həmin krediti ödəyib vaxtlı-vaxtında qızılzinyət əşyalarını götürmüşdür. Şahid4 başqa heç kimi o, tanımamışdır. Həmişə həmin lombarda girova qızıl qoyan kimi, pulunu götürmüşdür. O, Şahid4 etibar edirmiş ki, Şahid4 sözünə əməl edən şəxsdir. 12 iyul 2023-cü il tarixdə yenidən Şahid4 kredit götürmək istədiyindən həmin lombarda yaxınlaşmış, Şahid4 girova qızıl qoyub kredit götürmək istədiyini bildirmişdir. Şahid4 bununla razılaşmışdır. Şahid4 54.9 qramlıq 585 əyar 4 ədəd qadın boyunbağısı, 7.5 qramlıq 583 əyar 1 ədəd qırıq qızıl qolbağı, 1.6 qramlıq 585 əyar qızıl boyunbağı hissəsi, 4.6 qramlıq 1 ədəd 888 əyar qızıl beşlik klon, 0.9 qramlıq 585 əyar 1 ədəd klon, 25.4 qramlıq 585 əyar 6 ədəd qadın üzüyü, 22.5 qramlıq 585 əyar 2 ədəd qızıl komplekt, 25 qramlıq 583 əyar 1 ədəd qızıl tros boyunbağını, ümumilikdə 142,5 qramlıq qızılı 12 iyul 2023-cü il tarixdə vermiş və həmin əmanətə qoyduğu qızıl-zinyət əşyalarının qarşılığında 8.500(səkkiz min beş yüz) manat kreditə pul verməli olduğunda razılaşmışdırlar. Həmişə qızılı götürən kimi, kreditə verilməli olan məbləği vermişdir. Bu dəfə isə, ona demiş ki, iki günə verəcəyini bildirmişdir. O, Şahid4 8 avqust 2023-cü il tarixədək kredit məbləğini verməsini bildirmişdir. O, pula çox ehtiyyacı olduğundan Şahid4 həmin 8.500(səkkiz min beş yüz) manat pulu dəfələrlə istəmiş ki, yoldaşı Bakı şəhərinə gedəcək, həmin qızılları mütləq ver. Bilurə ona demiş ki, yoldaşı getsin Bakıya tanımadığı Sənan adlı şəxs pulu yoldaşının kartına vuracağını bildirmişdir. Yoldaşı Bakı şəhərinə getmiş, lakin pulu verməmişdir. Pul vacib lazım olduğu üçün məcbur qalıb başqa yerdən kreditə pul götürmüşdür. Bundan sonra pula ehtiyacı olmadığından Bilurədən qızılları istəmişdir. Lakin, bu günə kimi ona heç bir pul məbləği verməmişdir. Şahid4 ona müxtəlif vaxtlarda “pulu axşama kimi verəcəm, uşağım xəstədi, qardaşım gedib Gəncəyə pulu gətirməyə, Sənan sizin kartınıza həmin pulu vuracağını, qardaşım acildə işləyir, qardaşımın iş yoldaşı pul götürüb verəcək” kimi müxtəlif bəhanələr gətirərək, nə qızılları, nə də ki, pulu verməmişdir. Şahid4 ona məxsus olan təxminən 10.000(on min) manat dəyərində olan 142.6 qramlıq qızılını etibarımdan sui-istifadə edərək ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, 12 iyul 2023-cü il tarixdə Şahid4 54.9 qramlıq 585 əyar 4 ədəd qadın boyunbağısı, 7.5 qramlıq 583 əyar 1 ədəd qırıq qızıl qolbağı, 1.6 qramlıq 585 əyar qızıl boyunbağı hissəsi, 4.6 qramlıq 1 ədəd 888 əyar qızıl beşlik klon, 0.9 qramlıq 585 əyar 1 ədəd klon, 25.4 qramlıq 585 əyar 6 ədəd qadın üzüyü, 22.5 qramlıq 585 əyar 2 ədəd qızıl komplekt, 25 qramlıq 583 əyar 1 ədəd qızıl tros boyunbağını girov üçün vermişdir. Həmin qızıllara görə ona verməli olduğu 8.500(səkkiz min beş yüz) manat pulu verməmiş və etibarından istifadə edərək ümumi çəkisi 142.5 qramlıq qızıl-zinyət əşyalarını ələ keçirmişdir. Həmin qızılları Bilurəyə verməyi ilə bağlı aralarında akt bağlanmışdır və həmin aktın surətini əvvəlki ifadəsinə əlavə etmişdir. Lakin, bu aktdan başqa heç bir müqavilə bağlamamışdırlar. O, bilmiş ki, Bilurə ilə müqavilə bağlamalı idi, lakin Bilurə bağlamadı ki, pulu verəndə müqaviləni bağlayaq. Qızı Şahid3 adına olan kreditin məbləğini azaltdığından qızının adına olan krediti yeniləmək məqsədi ilə həmin qızıla görə ona 1.000 (min) manat pul vermişdir. Lakin, onun Bilurəyə 12 iyul 2023-cü il tarixdə verdiyi təxminən 10.000(on min) manat dəyərində olan 142.6 qramlıq qızılına görə verməli olduğu 8.500(səkkiz min beş yüz) manat pulu isə verməmişdir. Qızı Şahid3 adına olan kreditdə olan 100 qramlıq qızıl-zinyət əşyalarının onun verdiyi 142.6 qramlıq qızıla aidiyyəti olmamışdır. Şahid4 onun etibarından sui-istifadə edərək, 12 iyul 2023-cü il tarixdə dəqiq saatını xatırlamadığı vaxtda Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən lombarda mağazasında təxminən 10.000(on min) manat dəyərində olan 142.6 qramlıq qızılını ələ keçirmişdir. Bununla bağlı Şahid4 imzaladığı aktı əvvəlki ifadəsinə əlavə etmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sənan onun sinif yoldaşıdır. Sənan lombard işlədir. O, Sənana kredit götürmək üçün müraciət edən müştərilərə kredit vermək üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vermişdir. Sənan müştərilərin qızıllarını girov kimi ona verirmiş, eyni zamanda Sənan ona onda olan qızılların dəyərinə uyğun ayda 2.5 faiz qazanc vermişdir. Növbəti dəfə Sənan ondan müştərilərə kredit vermək üçün müraciət etdikdə bildirmişdir ki, bir müştəri var ona təcili pul lazımdır, krediti almaq istəyən şəxs qadındır, onun oğlu xəstədir. Lombardan pul götürə bilmir ki, ona kredit versin. Həmin vaxt Sənan ondan 20.000 manat pul almış, oğlu xəstə olan qadının kredit pulu da həmin pulun içində olmuşdur. Sənana verdiyi pulun müqabilində ondan həmin qızıl-zinət əşyalarını təhvil almışdır. Lakin həmin qızılların Çiçəyə məxsus olub-olmamasını bilmir. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ifadə verməyinin səbəbi ona məlıum olmuş və təxminən 2017-ci il tarixdə sinif yoldaşı olan Təqsirləndirilən şəxs ona lombard mağazası açdığını, depozit qoymaq lazım olduğunu bildirmişdir. Sənan ona qoyduğu depozitin hər ay 2.5 faizi qədərində gəlir əldə edəcəyini bildirmişdir. O, həmin vaxt 50.000(əlli min) manat depozit qoyaraq, həmin dəyərdədə olan qızıl paketlərini ondan götürmüşdür. O, bu formada 6 ildir ki, işləmişdir. O, yavaş-yavaş həmin MMC-yə qoyduğu depoziti artırmışdır. Hal-hazırda onun həmin MMC-də 280.000(iki yüz səksən min) manat depoziti olmuşdur, onun isə təxminən 4300 qram qızılı olmuşdur. Onda olan qızılların dəyəri təxminən 250.000(iki yüz əlli min) manat təşkil etmişdir. Onun 30.000 (otuz min) manat dəyərində əksiyi olmuşdur. Həmin qızıl paketlərinin kimə məxsus olmasınıda Təqsirləndirilən şəxs daha dəqiq formada bilir. Təxminən 4 aydır ki, Təqsirləndirilən şəxs ona verilməli olan qazancı verməməyə başlamışdır. O, bundan şübhələnməyə başlamış, Sənana demiş ki, get lombardı yoxla, orada nəsə problem var. Təxminən oktyabr ayının ortalarında Sənan ona demiş ki, Şahid4 kompyuteri vermir ki, haqq-hesab etsinlər. Bundan sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs AR DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, Şahid4 tanımamış, onu bir dəfə Təqsirləndirilən şəxs yanında görmüşdür. Onun həmin “X51” MMC-də 280.000(iki yüz səksən min) manat depoziti var, 250.000(iki yüz əlli min) manat dəyərində 4300 qram qızıl paketi olmuşdur. Həmin depozitləri və qızıl paketlərini Təqsirləndirilən şəxs vasitəsi ilə vermişdir. O, ancaq Sənanı tanımışdır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Çiçək xanımı məhkəmədə tanımışdır. Əvvəllər onu tanımamışdır. O, Sənana 225000 manat pul vermişdir. Hazırda ona 220000 manat borcu qalıb. Onlar öz aralarında danışmışdırlar, borcunu yavaş-yavaş ödəyəcək. 225000 manat puldan 4 aydır bir neçə min ödəniş edib. Qalanını da ödəyəcək. Sənan ondan pulu birdəfəlik götürməyib. 6 il boyunca hissə-hissə götürərək, nəticədə o qədər pul borcu yaranıb. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç bir işlə məşğul deyil, sadəcə bankdan pul götürürdü. Sonuncu dəfə bankdan 2 ay bundan əvvəl 12000 manat pul götürmüşdür. Sənanla bir-birlərini uşaqlıqdan tanıyırlar. Sənan lombard işlədirdi, hamı da bilirdi ki, onun lambardi var. O, lombarda qızıl və ya pul qoymamışdır. Sənanın ümumi olaraq ona 225000 manat borcu var. Onda şikayət etməməyinə səbəb aralarında olan tanışlıq, hörmətdir. 120000 manat pul vətəndaşlara olan borcudur. Onda Çiçəyin qızıllarından yoxdur. O, Bilurəni tanımır. O, müdir kimi Sənanı tanıyır. Bununla yanaşı, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 2017-ci il tarixdə dəqiq xatırlamadığı bir vaxtda həm qonşusu, həm də qohumluq münasibəti olan Təqsirləndirilən şəxs Bərdə şəhərində ona lombard mağazası açdığını, depozit qoymaq lazım olduğunu bildirmişdir. Sənan ona qoyduğu depozitin hər ay 2.5 faizi qədərində gəlir əldə edəcəyini bildirmişdir. O, həmin vaxt onun təklifini dəyərləndirmək qərarına gəlmiş və həmin vaxt xatırlamadığı bankdan 20.000(iyirmi min) manat pul ona vermişdir. O, verdiyi pulun əvəzində depozitə qızıl almışdır. Bu işin xeyir gətirdiyini gördükdən sonra, əlavə olaraq bankdan yenə kredit götürərək, ora qoymuşdur. Əldə etdiyi gəlirlər vasitəsilə bankaların aylıq ödənişlərini vermişdir. Onlar bu formada 6 ildir ki, işləmişdirlər. Mən yavaş-yavaş həmin MMC-yə qoyduğu depoziti artırmışdır. Hal-hazırda onun həmin MMC-də 225.000(iki yüz iyirmi beş min) manat depoziti olmuş, o, isə təxminən 350 qram qızıl olmuşdur. Onda olan qızılların dəyəri təxminən 21.000(iyirmi bir min) manat təşkil etmişdir. Onun təxminən 200.000 (iki yüz min) manat dəyərində əksiyi olmuşdur. O, da dəqiq hansı şəxslərin girovları olması barədə dəqiq bilməmişdir. Həmin qızıl paketlərinin kimə məxsus olmasınıda Təqsirləndirilən şəxs daha dəqiq formada bilmişdir. Təxminən 2 aydır ki, Təqsirləndirilən şəxs ona verilməli olan qazancı verməməyə başlamışdır. O, bundan şübhələnməyə başlamış, pulu tələb etmişdir. Təxminən oktyabr ayının əvvəllərində Sənan ona müxtəlif bəhanələr etməyə başlamışdır. Təxminən, noyabr ayının əvvəllərində Sənan bildirmiş ki, işçisi Şahid4 kompyuteri götürüb vermir. Bundan sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs AR DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, Şahid4 tanımır, onu heç vaxt görməmişdir. Həmçinin Şahid2 bildirmişdir ki, onun həmin “X51” MMC-də 225.000(iki yüz iyirmi beş min) manat depoziti var, 21.000(iyirmi bir min) manat dəyərində 350 qram qızıl paketi olmuşdur. Həmin depozitləri və qızıl paketlərini Təqsirləndirilən şəxs vasitəsi ilə vermişdir. O, ancaq Sənanı tanımışdır. Təqsirləndirilən şəxs onun həm qohumu, həm də yaxın qonşusu olduğundan Sənan inanmışdır. Hər dəfə pul vermədən girov qoyulan paketləri istəmişdir, o da Sənanla razılaşıb, həmin paketləri vermişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sənanı 2019-cu ildən tanıyır. Onlarda olan 399 qram qızılı Billurəyə gətirmişdirlər. O vaxtı oranın müdiri Eldəniz müəllim idi. Onlara pul lazım idi. Ələsgər Sənanı çağırıb o da gəlib qızılları paketləyib götürmüşdür. Həmin vaxtdan Sənanı, daha sonra isə Billurəni tanımışdır. 2023-cü il kimi Billurə ilə işləmişdir. Həmin vaxt ona demişdirlər ki, Billurənin anası dələduzdur, dəlixanada yatıb çıxıb. Ona görə də qızılları geri almışdırlar. Sonra onlara pul lazım olanda qızıl qoyub pul istəmişlər, lakin o pul verməmiş, pulun Sənanda olduğunu demişdir. Billurə Ələsgər oradan çıxdıqdan sonra onlara özünü oranın müdiri kimi təqdim etmişdir. Onun 100 qram qızılı Billurədədir. Ondan şikayətçidir. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul oluşdur. Mahiyyəti üzrə bildirmiş ki, dəqiq xatırlamadığı bir vaxtda Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən lombardda işləyən Şahid4 bir müddətdir ki, tanımışdır. Belə ki, anası Zərərçəkmiş şəxs2 və Şahid4 işlədiyi lombarda girova qızıl qoyub, kreditə pul götürmüşdürlər. Əvvəllərdə lombardın müştərişi olmuşdurlar, həmin vaxt heç bir problem olmamışdır. Onun özünə məxsus olan 100 qramlıq qızıl-ziynət əşyaları lombardda girovdadır və həmin qızıllara görə öhdəliyi qalmışdır. Lakin, anası Zərərçəkmiş şəxs2 12 iyul 2023-cü il tarixdə özünə məxsus olan ümumilikdə 10.000 (on min) manat dəyərində olan 54.9 qramlıq 585 əyar 4 ədəd qadın boyunbağısı, 7.5 qramlıq 583 əyar 1 ədəd qırıq qızıl qolbağı, 1.6 qramlıq 585 əyar qızıl boyunbağı hissəsi, 4.6 qramlıq 1 ədəd 888 əyar qızıl beşlik klon, 0.9 qramlıq 585 əyar 1 ədəd klon, 25.4 qramlıq 585 əyar 6 ədəd qadın üzüyü, 22.5 qramlıq 585 əyar 2 ədəd qızıl komplekt, 25 qramlıq 583 əyar 1 ədəd qızıl tros boyunbağını girov üçün Şahid4 vermişdir. Lakin, Şahid4 ona bu qızıllar üçün verməli olduğu 8.500 (səkkiz min beş yüz) manat dəyərindəki krediti verməmişdir. Eyni zamanda anasının etibarından istifadə edərək, ansı ilə müqavilədə bağlamamışdır. Daha sonra anası qızıllarını geri istədikdə, Şahid4 qızılların Sənan adlı şəxsdə olmasını bildirmişdir. Anasına məxsus olan 142.6 qramlıq qızıl lombard tərəfindən ələ keçirilmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs ilə bir yerdə işləmişdirlər. Çiçək xanım onların müştərisi olub. O, gəlib qızılları verib getmişdir. Daha sonra problem oldu deyə gəlib pulları götürə bilməmişdir. O, Çiçəyin qızllarını Sənana verib. O, qızılları Sənana verdikdən sonra qızılların harada olduğunu bilmir. Ona verilmiş suallarla cavab olaraq bildirmişdir ki, pul veriləndə qızıl onlarda saxlanılmır. Onlarda lombardda seyf olmadığı üçün qızılı göndərirlər. Qızılları özündə saxlamamışdır. Vəzifəsi icraçı direktordur. 2016-ci ildən işləyir, Sənanla lambardda tanış olmuşdur. İraçı direktor kimi ora özü nəzarət edir. Ümumiyyətlə qızıllara da özü nəzarət etməlidir. Onu işə Muradov Eldəniz qəbul edib. Çiçək xanım qızılları ona verəndə tək olub, Təqsirləndirilən şəxs qızılları sonradan ondan zərf formasında götürüb. Çiçəyin qızılları ilə bağlı sistemə məlumatları heç kim işləməyib. Çiçək xanımın verdiyi qızılların indi harda olduğunu bilmir. O, işlə bağlı məsuliyyət daşıyır. Onlar qızılları yoxlayıblar, Çiçək xanımın adına qızıl yoxdur. O, bir müddət işə gedə bilməmişdir. Həmin ərəfələrdə olan paketləri Sənan demişdir ki, “çək at onları qeyd edim”. Çiçək xanımın qızıllarının şəkili ona göndərilməyib. Qızılları Təqsirləndirilən şəxs qiymətləndirirdi. O, özü də qızılı bijuteriyadan seçə bilir. Qızılların Sənana verməsilə bağlı hər hansı bir sənəd yoxdur. Onlar təxminən 8 ildir ki, işləyirlər. İndiyədək heç bir təhvil təslim aktı olmayıb. Hər kəs bilir ki, qızıllar Sənana təhvil verilib. Elə müştərilər olub ki, qızılları alınandan 2-3 gün sonra pulunu gəlib götürüblər”. Çiçık də belə müştərilərdən biri olub. Qızıl olan paketləri özü nömrələyir. Çiçək xanımın paket nömrəsi 4546 idi. Qızıllar Sənanadadır. Proqrama nəzarəti özü həyata keçirir. Qızılı 4546 nömrə ilə göndərmişdir. Göndərdiyi qızıl ona qaytarılmayıb. Qızılların məsulliyətini Təqsirləndirilən şəxs daşıyır , o, paketləyib qızılları Sənana vermişdir. Həmin nomrələr qeydiyyata salınmır. Bununla yanaşı, Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Şorǝlli kəndində ailəsilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2016-cı ilin fevral ayının 23-də "xxxx" MMC-ni X13 yaratmışdır. Həmin cəmiyyətin rəhbəri isə rəsmi sənəddə Təqsirləndirilən şəxs olmuşdur. Lakin, MMC-nin yaranması üçün sərmayəni Eldəniz Muradov vermişdir. Həmin vaxtı o, MMC-nin kredit meneceri olaraq işləmişdir. Dəqiq bilmədiyi səbəbdən 20 dekabr 2016-cı il tarixdə Eldəniz Muradov MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs yox, onun olmağını istəmişdir. Bunun üçün notarial qaydada gedərək, həmin MMC-ni mənim adıma keçirtmiş və cəmiyyətin adı "X51" MMC olmuşdur.. Həmin cəmiyyətin təsisçisi və müdiri özü olmuş və onun başqa işçisi olmamışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs zərgər olduğundan, onu işçi kimi işə götürmüşdür. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-ni yaradan zaman MMC-nin sərmayəsini Eldəniz Muradov vermiş və başqa heç kim pul qoymamışdır. O, özü də həmin vaxt sərmayə qoymamışdır. 20 dekabr 2016-cı il tarixdə "X51" MMC-ni yaradan əvvəlki "xxxx" MMC-də olan bütün məlumatlar, müştərilər və əmanətlər onun adıma yaranan yeni MMC-nin balansına keçmişdir. "X51" MMC-ni (bundan sonra cəmiyyət) yaradan zaman o da 200(iki yüz) manat cəmiyyətin balansına pul qoymuşdur. 2016-ci ilin dekabr ayında cəmiyyət onun adına keçən zaman cəmiyyətin balansında 60.000(altmış min) manat pul var idi. Həmin 60.000(altmış min) manat pul tamamilə Eldəniz Muradova məxsus idi, Təqsirləndirilən şəxs heç bir pulu yox idi. Təqsirləndirilən şəxs Eldəniz Muradovla dost olduğu üçün cəmiyyətə gəlib gedirdi. 2019cu ilin əvvəlində X35 rayon sakini olduğundan, tanışlarının borc götürərək qaytarmaması səbəbindən, işləmək üçün Goranboy rayonuna getdi və Təqsirləndirilən şəxs zərgər olduğundan onu öz yerinə dəvət etdi ki, zərgər kimi işləsin. 2020-ci ildə isə Sənanla rəsmi müqavilə bağlamışdır. X21 rayonuna gedən zaman cəmiyyətin balansında təxminən 80.000(səksən min)-100.000(yüz min) manat sərmayəsi var idi və Eldəniz Muradov cəmiyyətə qoyduğu sərmayəni, əlavə şəxslər sərmayə qoyan zaman götürəcəyini bildirmişdir. Əlavə şəxsləri isə Təqsirləndirilən şəxs tapmışdır. Təqsirləndirilən şəxs Mustafa adlı şəxsdən və Zahir (Tural) adlı şəxslərdən dəqiq xatırlamadığı məbləğlərdə pul vermişdirlər. Beləliklə, Eldəniz Muradov təxminən 10 ay ərzində cəmiyyətin balansında olan 100.000(yüz min) manat pulu tamamilə götürmüşdür. Həmin vaxtı MMC-nin sərmayəsində təxminən 300.000(üç yüz min) - 400.000(dörd yüz min) manat pul olmuşdur. Həmin pullar Zahir(Tural) və Mustafa adlı şəxslərə məxsus idi. Onların dəqiq hansının nə qədər pulu olduğunu xatırlamır. Həmin vaxt onun və Sənanın heç bir pulu yox idi. Mustafa və Zahir adlı şəxslərə isə depozitə verdikləri sərmayənin aylıq 2.7-3 faiz məbləğində pul verirdi. Həmin pulların faizini o, Təqsirləndirilən şəxs verirdi və Sənan aparıb onlara verirdi. O, həmin şəxslərin özünü həmin vaxt görməmişdir. Mustafa və Zahir(Tural) adlı şəxslərdən cəmiyyətə pul qoymaq üçün Təqsirləndirilən şəxs dəvət etmiş və həmin pullarıda Təqsirləndirilən şəxs gətirib vermişdir. Xəstəliyilə bağlı o, dəqiq hesablama aparmadığından cəmiyyətin balansında nə qədər pul və sərmayə olmasını dəqiq bilmir. Ona elan edilmiş ittiham üzrə bildirir ki, Zərərçəkmiş şəxs2 tanıyır, belə ki, o, onun 8 illik müştəri olmuşdur. Zərərçəkmiş şəxs2 müştərisi olan qızı Şahid3 krediti yeniləmək və əlavə qızıl qoyub kreditin məbləğini artırmaq istəyirdi. Bunun üçün o, 12 iyul 2023-cü il tarixdə 54.9 qramlıq 585 ǝyar 4 ǝdǝd qadın boyunbağısı, 7.5 qramlıq 583 ǝyar 1 ədəd qırıq qızıl qolbağı, 1.6 qramlıq 585 ǝyar qızıl boyunbağı hissəsi, 4.6 qramlıq 1 ədəd 888 ǝyar qızıl beşlik klon, 0.9 qramlıq 585 ǝyar 1 ədəd klon, 25.4 qramlıq 585 əyar 6 ədəd qadın üzüyü, 22.5 qramlıq 585 əyar 2 ədəd qızıl komplekt, 25 qramlıq 583 ayar 1 ədəd qızıl tros boyunbağını, ümumilikdə 142,5 qramlıq qızıl-zinət əşyalarını qəbul etmiş və həmin qızılı Təqsirləndirilən şəxs vasitəsi ilə depozitor olan Mustafaya göndərmişdir. Həmin qızıllara görə Zərərçəkmiş şəxs2 8.500 (səkkiz min beş yüz) manat pul verməli idi. O, ona 1.000(min) manat pul vermişdir. 7.500(yeddi min beş yüz min) manat pulu isə verəcəyimi bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs depozit vermək istəyən olduğunu və pul verəcəyini bildirdi. Lakin, pul gətirmədi və o da sonra Zərərçəkmiş şəxs2 ödənişlərdən verəcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs2 qızılları tələb etdi, lakin qızıllar Gəncə şəhərindən olduğundan verə bilməmişdir. O, Zərərçəkmiş şəxs2 cəmi 1000 manat pul vermiş, verməli olduğu 7500 manat pulu isə verə bilməmişdir. Bunu verə bilməməyinin səbəbi Təqsirləndirilən şəxs onu aldatması, ona qızılı gətirəcəyini bildirməsi olmuşdur. Müştərilərdən gələn pulları isə depozitorların faizinə vermək adı ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs özünün yaranan borclarına görə verdiyi pulları depozitorlara verib-vermədiyini dəqiq bilmir. Bununla bağlı suallara Təqsirləndirilən şəxs cavab verəcəkdir, hətta Təqsirləndirilən şəxsla aralarında olan "Whatsapp" danışıqlarında Təqsirləndirilən şəxs həmin qızılların onda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla onun arasında olan danışıqlarıda istintaqa təqdim edəcəkdir. Eyni zamanda bildirir ki, o, depozitorları son zamanlarda, yəni Təqsirləndirilən şəxs tutulandan sonra tanımışdır. Daha sonra depozitor olan Mustafa ilə danışan zaman Təqsirləndirilən şəxs paketi ona gətirəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin qızılları Mustafaya verməmişdir. Bu barədə Mustafanın səs yazılarını təqdim edəcəm. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində sizin ona verdiyiniz 1000 manat pul qızı Şahid3 adına olan krediti yeniləmək məqsədilə sizin tərəfinizdən verildiyini, sizin ona 8500 manat pul verməli olduğunuzu bildirmişdir. - Xeyr, o, yalan deyir o, ona verdiyi 1000 manat pul qızıla görə vermiş, 7500 manat pulu isə verməli idi, yuxarıda göstərdiyi səbəblərə görə verə bilməmişdir. O, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməmiş, onun onun pulunu və ya qızıllarını ələ keçirmək məqsədim olmamışdır. Həmin qızılları o, Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs həmin qızılların harada olmasını ancaq o bilir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş şahid X9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ildə ona məxsus olan 1 hektar torpaq sahəsini satmış, həmin satışda həmin vaxt Təqsirləndirilən şəxs iştirak etmişdir. 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ona bildirmiş ki, Bərdə şəhərində lombard mağazası var, həmin mağazaya depozit qoyub, faiz əldə edəcəkdir. O, Sənanın təklifi ilə razılaşıb 50.000(əlli min) manat pul vermiş və onun dəyərində qızıl paketləri almışdır. Həmin vaxt ayda 1000(min) manat gəlir əldə edirmiş, təxminən 6 aydan sonra Sənan ona pul ehtiyac olduğunu bildirmiş və o, bankdan 180.000(yüz səksən min) manat pul götürmüş və həmin məbləği Sənana verib, qarşılığında qızıl paketlərini ona vermişdir. Bu formada 5 ildir ki, işləmişdirlər. Hal-hazırda onun həmin şirkətdə 225.000(iki yüz iyirmi beş min) manat pulu həmin lombard mağazası üçün vermişdir. 55.000(əlli beş min) manatlıq əksik qızıl var, o, 170.000(yüz yetmiş min) manatlıq qızıl paketləri ondadır. Həmin qızıl paketlərinin kimə məxsus olmasınıda Təqsirləndirilən şəxs daha dəqiq formada bilmişdir. 2023-cü ilin avqust ayından onun hər ay almalı olduğu 4.400(dörd min dörd yüz) manat pulu ala bilməmişdir. Təqsirləndirilən şəxs ona hər dəfə demiş ki, pulu ödəyəcəkdir. Lakin, ödəyə bilmədikdə Sənandan bunun səbəbini soruşduqda, Təqsirləndirilən şəxs lombard mağazasında yeyinti olduğunu bildirmişdir. Biz Sənandan pulu tələb edirdik, təxminən 1 həftə bundan əvvəl, Sənan ona demiş ki, Şahid4 adlı işçisi və Bilurənin anası olan şəxs işlərin aparıldığı komputeri götürüb təhvil verməmişdir. O, əvvəlcə Sənana inanmamış, lakin sonradan xx.xx.2023-cü il tarixdə Şahid4 və anası Gəncə şəhərinə gəlmiş, Sənan, Bilurə, Bilurənin anası, o və onun vəkilinin iştirakı ilə Gəncə şəhərində “Çinar kafe” adlı yerdə görüşmüşdürlər. Həmin vaxt Bilurə çantasından sayını bilmədiyi, təxminən 8000(səkkiz min) manatdan artıq pul çıxartmış və bunun dəyərində qızıl götürmək istədiyini bildirmişdir. O, Bilurəyə və anasına kompyuteri nə üçün vermədiklərini, nə qədər əksikləri olması barədə soruşmuşdur. Bilurə isə ona demiş ki, “sən kimsən, məndən uçot edirsən, get hara şikayət edirsənsə et, kompyuteri vermiyəcəm”. Bundan sonra onlar oradan aralaşmışdırlar. Həmin gün Sənan və o, həmin kafedən çıxaraq, birbaşa Bərdə şəhərində olan lombard mağazasına gəlmiş və həmin vaxt mağazada kompyuterin olmadığını görmüşdürlər. Bundan sonra Təqsirləndirilən şəxs AR DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə polisə məlumat vermişdir. İş üzrə əlavə ifadəsi alınmış X25 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımışdır. Təqsirləndirilən şəxs Bərdə şəhərində yerləşən lombard mağazasında işlədiyini bilmişdir. 2017-ci il tarixdə qohumu olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla tanış etmiş və Zərərçəkmiş şəxs1də lombard işinə qoşulmasında Sənanın kömək etməsini ondan xahiş etmişdir. Zahirlə Təqsirləndirilən şəxs aralarında razılığa gəlmişlər və Zahir Sənana ilk əvvəl 20.000 manat, daha sonra isə 30.000 manat bir müddət sonra isə yenə pullar vermiş, hətta Zahir üçün onun bankdan 150.000 manat pul götürüb Zahirə vermişdir. X22 işlədiyi lombarda 225.000 manat məbləğində pul qoymuşdur. Həmin pullara görə faiz almış və onun banka olan borcunuda ödəmişdir. Onun həmin işdən xeyri olmamışdır. Zahir ona 2023-cü ilin avqust ayından Təqsirləndirilən şəxs verməli olduğu pulu verə bilmədiyini bildirmişdir. O, bundan sonra Zahiri Sənanla tanış etdiyinə görə Təqsirləndirilən şəxs pulu tələb etməyə başlamıdır. Sənan hər dəfə pulu verəcəyini, biraz probleminin yarandığını bildirmişdir. Sənan lomardda Şahid4 ilə aralarında problemlərin yarandığını ona bildirmişdir. O, əvvəlcə Biurəyə inanmamış, lakin sonradan xx.xx.2023-cü il tarixdə Şahid4 və anası Gəncə şəhərinə gəlmiş, Sənan, Bilurə, Bilurənin anası, o və onun vəkilinin iştirakı ilə Gəncə şəhərində “Çinar kafe” adlı yerdə görüşmüşdürlər. Həmin vaxt Bilurə çantasından sayını bilmədiyi, təxminən 8000(səkkiz min) manatdan artıq pul çıxartmış və bunun dəyərində qızıl götürmək istədiyini bildirmişdir. O, Bilurə və Bilurənin anasına kompyuteri nə üçün vermədiklərini, nə qədər əksikləri olması barədə soruşmuşdur. Bilurə isə demiş ki, “sən kimsən, məndən uçot edirsən, get hara şikayət edirsənsə et, kompyuteri vermiyəcəm”. Bundan sonra onlar oradan aralaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 bildirmiş ki, Təqsirləndirilən şəxs ona verdiyi qızılların içinə bujiteriyalar yerləşdirib, Zahiri aldatmışdır. Təqsirləndirilən şəxs bütün pulları ödəyəcəyini bildirmiş, daha sonra isə Zahirin Gəncə şəhər Baş Polis İdarəsinə bu barədə şikayət etdiyini öyrənmişdir. O, Bərdə RPŞ-də ifadə verən zaman Sənanla Zahiri tanış etdiyinə görə, həmin işdə Zahirin adının olmamağı üçün depozitorun özü olduğunu bildirmişdir. Həqiqətdə isə depozitor Zərərçəkmiş şəxs1 olmuş və Təqsirləndirilən şəxs qızıllar barədə Zahiri aldatmışdır. O, sonradan Zahirdən öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zahirdən 48.000 manat pul alıb onun yerinə saxta bujiteriyalar qoymuşdur. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 09 dekabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 09 dekabr 2023-cü il tarixdə tarixdə fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Füzuli Şıxıyev tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 6-22-ci vərəqələrində olan materiallarından görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb və əsas xx xxx 1972-ci ildə Saatlı rayonunda anadan olmuş, Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi ev 23-də yaşayan Zərərçəkmiş şəxs1 06 noyabr 2023-cü il tarixdə Gəncə şəhər BPİ-yə ərizəsi daxil olmuş, müraciətində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, tanıdığı xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Bərdə şəhərində yerləşən «X51» MMC-də qiymətləndirici vəzifəsində işləyən, ünvan 9 ünvanında qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs etibarından sui-istifadə etməklə, aldatma yolu ilə ondan 2017-ci ildən 2023-cü ilin avqust ayına kimi hər ay 2 faiz qazanc vermək adı ilə ümumilikdə 225.000 manat pulunu Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının yaxınlığında almış, əvəzində ona girov olaraq möhürlənmiş 49 ədəd paketlərdə aldığı məbləğin dəyərində qızıl-zinət əşyaları vermiş, Təqsirləndirilən şəxs son 3 ayda ona faiz borcunu ödəmədiyi üçün girov götürdüyü qızıl əşyalarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, 2 kq 734 qram qızıl adı ilə girov götürdüyü əşyaların təxminən 2 kilqorami bujiteriya əşyaları olmuş, bununlada Təqsirləndirilən şəxs onu aldadıb, pulunu ödəməyib 225.000 manat məbləğdə külli miqdarda pulunu ələ keçirməklə dələduzluq etməsi faktı barədə toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci cildinin 120-ci vərəqəsində olan 04 noyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 04 noyabr 2023-cü il tarixdə tərəfimdən fakta görə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 177-238-ci vərəqələrində olan materiallarından görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb 02 noyabr 2023-cü il tarixdə saat 18:39 dəqiqədə Təqsirləndirilən şəxs, DİN-nin 102 Zəng Xidməti Mərkəzinə müraciət edərək Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən «X51» MMC-nin yerləşdiyi mənzildən ona məxsus olan Toshiba markalı kompüterin və dəqiq məbləğini bilmədiyi məbləğdə pullarının MMC-nin işçisi Şahid4 tərəfindən oğurlanmasını bildirməsi, həmçinin həmin gün saat 19:29 dəqiqədə X36, DİN-nin 102 Zəng Xidməti Mərkəzinə müraciət edərək «X51» MMC-nin işçisi Şahid4 qızıl-zinyət əşyalarını girov qoyaraq kredit götürməsini, krediti ödəməsinə baxmayaraq ona məxsus qızıl-zinyət əşyalarını ona qaytarmayaraq mənimsəməsini bildirməsi, bundan əlavə 04 noyabr 2023-cü il tarixdə saat 12:06 dəqiqədə Şahid4 DİN-nin 102 Zəng Mərkəzinə müraciət ədərək sahib olduğu «X51» MMC-nin işçisi Təqsirləndirilən şəxs lombardın binasından sənədləri oğurlayıb mənzilin giriş qapısına ayrıca kilid vurmasını bildirməsi, eyni zamanda xx.xx.2023-cü il tarixdə saat 18:10 dəqiqədə X6 DİN-nin 102 Zəng Xidməti Mərkəzinə müraciət edərək Şahid4 qızılzinyət əşyalarını girov qoyaraq kredit götürməsini, krediti ödəməsinə baxmayaraq ona məxsus qızıl-zinyət əşyalarının Şahid4 tərəfindən qaytarılmayaraq mənimsənilməklə ondan əlavə pul tələb etməsini bildirməsi faktları, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 2-ci cildinin 83-84-cü vərəqəsində olan 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 05 dekabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 181-ci vərəqəsində olan 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 232-234-cü vərəqələrində olan 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 149-153-cü vərəqələrində olan 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, 06 aprel 2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 tərəfindən cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 171-172-ci vərəqəsində olan 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 171-173-cü vərəqələrində olan 23 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 3-cü cildinin 33-35-cü vərəqələrində olan 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 2-ci cildinin 167-ci vərəqəsində olan zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 131-138-ci vərəqələrində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/432-9/492 nömrəli ekpert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 173 adda məmulatların modeli, əyarı, kütləsi və digər göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 74266 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 170-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 12 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 55-56-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 75-77-ci vərəqələrində olan Gəncə Şəhər Məhkəməsinin 4(125)-588/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqələrində olan Gəncə Şəhər Məhkəməsinin 4(125)-99/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cildinin 20-23-cü vərəqələrində olan Bərdə Məhkəməsinin 4(125)- 74/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından azad olunmuşdur. Cinayət işinin 3-cü cildinin 109-114-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 83-cü vərəqəsində olan Gəncə şəhəri Psixonevroloji Dispanserdən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqəsində olan Gəncə şəhəri Narkoloji Dispanserdən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin 1-ci cildinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cildinin 91-ci vərəqəsində olan AZ-İ №656991 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X17 xx.xx.2011ci il tarixdə nikah bağlamışdırlar. Cinayət işinin 1-ci cildinin 92-93-cü vərəqəsində olan AZ-İİİ №481055 və AZ-İİİ №887833 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Nigar və xx.xx.2014-cü il təvəllüdlü Saleh adlı yetkinlik yaşına çatmayan uşaqları var. Cinayət işinin 33-55-ci vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərardan görünür ki: - Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Şahid4 təqsirliliyi sübuta yetirilə bilmədiyi üçün onun təqsirləndirilən şəxs statusuna xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 va 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər və əlavələr edərək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2. 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham edilmişdir. -06 noyabr 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X11 tərəfindən götürülmüş qızıl məmulatları pulun qarşılığında saxlanılması üçün Zərərçəkmiş şəxs1 verildiyindən qızıl məmulatları saxlanılması üçün Zərərçəkmiş şəxs1 saxlanılması üçün qaytarılmışdır. -06 dekabr 2023-cü il tarixdə keçirilmiş axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş X14 məxsus olan qara rəngli "Toshiba” markalı kompüterin Mətləb Əlizadəyə, X2 məxsus olan qızıl-ziynət əşyalarının İlhamə İmamverdiyevaya, X18 məxsus qızıl-ziynət əşyalarının Rövşən Qasımova. X15 məxsus "Toshiba" markalı kompüterin Sonan Kərimova, "X51" MMC-yɔ məxsus sənədlər və dördkünc möhür MMC-nin rəhbəri olan Əlizado Bilurǝ Asif qızına qaytarılmışdır. -İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd DVD disk, kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, istintaq hǝrǝkǝti protokollarına olavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilo uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarina əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 136-cı vərəqəsində olan AZ-İ №159590 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx.xx.2005ci il tarixdə nikah bağlamışdırlar. Cinayət işinin 1-ci cildinin 135-ci vərəqəsində olan AZ-İİ №924003 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X26 adlı övladı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2025-ci il tarixli 5/625 No-li ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd "Toshiba" markalı "Satellite L755" modelli "notebook" tipli kompüter hal-hazırda tədqiqat aparılması üçün işlək vəziyyətdədir. Tədqiq olunan "Toshiba" markalı "Satellite L755" modelli "notebook" tipli kompüterin yaddaşında hal-hazırda aktiv şəkildə olan lombard tipli tətbiqi proqram təminatı aşkar edilmədi. "Tədqiqat prosesinin təsviri" hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə, tədqiq olunan "notebook" tipli kompüterin yaddaşından lombard tipli proqram təminatının silinib-silinməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş itiham üzrə özünü Zərərçəkmiş şəxs2 epizodu üzrə təqsirli bilməsə də, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə həmin ittiham da öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 krediti oğlunun xəstə olması ilə əlaqədar götürdüyünü bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 isə ifadəsində göstərmişdir ki, Sənan ondan növbəti müştəriyə kredit götürülməsi üçün pul istədikdə sonuncu həmin krediti bir xəstə oğlu olan qadına verəcəyini bildirmiş, həmin vaxt Sənana 20.000 manat pul vermiş, həmin pulun içərisində həmin qadına verilməsi nəzərdə tutulan kredit pulu da olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, ailəli olmasını, yetkinlik yaşına çatymayan uşaqlarının olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını və ona dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək uzadılmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il trixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bərdə Rayon Məhkəməsinin 1(021)-136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə istintaqı dövründə barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə və “ev dustaqlığında” saxlamanın müddəti və azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixindən 24 may 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 05 (beş) ay 12 (on iki) gün və 24 may 2024-cü il tarixindən 01 dekabr 2025-ci il tarixinədək ev dustaqlığında saxlanıldığı 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 01 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X33rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 380 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxs1 dəymiş 48000 manat ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixindən 24 may 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 05 (beş) ay 12 ( on iki) gün müddətin və 24 may 2024-cü il tarixindən 01 dekabr 2025-cü il tarixinədək ev dustaqlığında saxlanıldığı 01 (bir) il 06 (altı) ay 07 (yeddi) gün müddətin 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 2 (iki) il dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 380 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs1 dəymiş 48000 manat ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-20/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-20/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver