Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-200/2025 18.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Bərdə rayonu Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, orta təhsilli, Bərdə rayon Samux kəndində qeydiyyatda olan Bərdə rayon Güloğlular kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, günorta radələrində Bərdə rayonu Güloğullar kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı X6 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı keçmiş arvadı Vüsalə Məmmədovanın əl barmaq nahiyəsinə bir dəfə qəsdən bıçaq ilə vuraraq sonuncuya sol əlin İİ barmağının İ-İİ falanqasının sağ yan ovuc səthinin kəsilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X6 onun keçmiş həyat yoldaşıdır. 2 ildir ki, Vüsalə ilə boşanmışdır. Başqa evi olmadığı üçün onunla bir evdə yaşayırdı. Buna görə də vaxtaşırı olaraq aralarında mübahisələr yaranmışdır. Hal-hazırda xatırlmadığı vaxtda yaşadığı evdə olarkən Vüsalə Məmmədovanın telefonla danışdığını görmüşdür. Telefonla danışan zaman nalayiq ifadələr işlətdiyi üçün ona irad bildirmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı yaxınlıqda olan mətbəxdə istifadə etdiyi bıçağı görmüşdür. Əsəbi olduğu üçün bıçağı götürmüşdür və Vüsalə Məmmədovaya sakit olmasını demişdir. Vüsalə onu nalayiq ifadələrlə təhqir etmişdir. O bıçaqla Vüsalənin üzərinə yerimişdir. Bu zaman Vüsalə sol əlini irəli vermişdir və onun əlində olan bıçaq onun sol əlinə dəymişdir. Orada Vüsalənin əlindən qan axdığını görmüşdür. Bundan sonra mübahisənin böyüməməsi üçün evdən çıxmışdır. Bir qədər uzaqlaşdıqdan sonra bıçağı yolun kənarındakı kanala atmışdır. Onların arasında olan mübahisə yaşadıqları evdə olmuşdur. Həmin bıçağı evdə hardan götürdüyünü xatırlamır. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs X3 Elxan Həbib oğlu ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda notarial qaydada təsdiq olunmuş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2025-ci il tarixli, 1018 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol əlin İİ barmağının İ-İİ falanqasının sağ yan ovuc səthinin kəsilmiş yarası kəsici təsirə malik əşyanın, ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İcra Nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Güloğlular kəndində yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan 15 dekabr 2025-ci il tarixli **********6952 nömrəli ərizədən görünür ki, X6 ilə Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axını zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən haldır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Beləliklə, X1 qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma və məhkəmədə iştirak etdiyi 10(on) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçsün Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-200/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-200/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver