Məhkəmə qərarları › İş №1(021)-201/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-201/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-201/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altina vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə, xx xxxx 1990-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 15 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığına gəlib ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs1 kartdan pulun çıxarılmasına köməklik göstərməsi xahişi ilə alaraq kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Zərərçəkmiş şəxs1 kartın qarşısının bloklanmasını deyib kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs1 məxsus 269 (iki yüz altmış doqquz) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 17 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığında qardaşı Təqsirləndirilən şəxs2 dayanmasını, kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə ona xəbər verəcəyi öhdəliyini yerinə yetirməsini qabaqcadan razılaşdıqdan sonra həmin bankomatın qarşısına gəlib Tərtər rayonu, Dəmirçilər kəndində yaşayan X4 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs2 oğlu Şahid kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq həmin kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Şahid kartda pul vəsaitinin olmadığını deyib aldatmaqla kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs2 məxsus 285 (iki yüz səksən beş) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 23 yanvar 2023-cü il tarixdə, saat 12:20 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Rüzi» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığında qardaşı Təqsirləndirilən şəxs2 dayanmasını, kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə ona xəbər verəcəyi öhdəliyini yerinə yetirməsini qabaqcadan razılaşdıqdan sonra həmin bankomatın qarşısına gəlib Bərdə rayonu, Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs3 kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Zərərçəkmiş şəxs3 kartın qarşısının bloklanmasını deyib aldatmaqla kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs3 məxsus 280 (iki yüz səksən) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 17 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığına gəlib kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə qardaşı Təqsirləndirilən şəxs1 xəbər verəcəyini öhdəsinə götürüb qabaqcadan razılaşdıqdan sonra qardaşı Təqsirləndirilən şəxs1 həmin bankomatın qarşısına gəlib Tərtər rayonu, Dəmirçilər kəndində yaşayan X4 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs2 oğlu Şahid kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq həmin kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Şahid kartda pul vəsaitinin olmadığını deyib aldatmaqla kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs2 məxsus 285 (iki yüz səksən beş) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 23 yanvar 2023-cü il tarixdə saat 12:20 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Rüzi» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığına gəlib kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə qardaşı Təqsirləndirilən şəxs1 xəbər verəcəyini öhdəsinə götürüb qabaqcadan razılaşdıqdan sonra qardaşı Təqsirləndirilən şəxs1 həmin bankomatın qarşısına gəlib Bərdə rayonu, Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs3 kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Zərərçəkmiş şəxs3 kartın qarşısının bloklanmasını deyib kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs3 məxsus 280 (iki yüz səksən) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Qaradağlı kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləməsə də fərdi əməklə məşğul olur. Evlidir, himayəsində 1 azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2 oğlu Şahid və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, maddi vəziyyəti yaxşı olmadığından Bərdə rayonu ərazisində yerləşən bankomatlardan pul çıxarmaq istəyən şəxslərin kartından pul çıxarmaq qərarına gəlib 15 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ATM-nin qarşısında Zərərçəkmiş şəxs1 plastik kartını alaraq həmin kartın içərisində olan 269 (iki yüz altmış doqquz) manat pulu bankomatdan çıxarmışdır. Belə ki, o, kartı Zərərçəkmiş şəxs1 alaraq bankomata daxil etdikdən sonra 269 (iki yüz altmış doqquz) manat pulun olduğunu görüb pulu çıxışa vurduqdan sonra kartı çıxarıb Zərərçəkmiş şəxs1 vermiş və kartın bloklandığını demiş, Zərərçəkmiş şəxs1 isə kartı ondan alıb dərhal bankomatın qarşısından uzaqlaşarkən o, pulu bankomatdan götürüb oradan uzaqlaşmışdır. Həmin vaxt o, bankomatın qarşısında dayandığından Zərərçəkmiş şəxs1 kartda pulun olub-olmadığını görə bilməmişdir. Həmçinin, həmin vaxt orada heç kim olmamışdır. Eyni zaman da qardaşı Təqsirləndirilən şəxs2 orada olmamışdır. Bundan başqa, o, təkrar olaraq 04 yanvar 2023-cü il tarixdə, saat 10:45 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Brand Kredit»in qarşı hissəsinə quraşdırılmış "xxxx" ATM-nin qarşısında tək olan zaman X10 ona yaxınlaşaraq plastik kartından pul çıxarmağını xahiş etdiyi üçün o, Sura İbrahimovadan həmin kartı alıb bankomata daxil etdikdə kartın balasında 180 (bir yüz səksən) manat pulun olduğunu görüb həmin pulun 100 (bir yüz) manatını çıxarıb Sura İbrahimovaya vermişdir. Həmin vaxt Sura İbrahimova ona kartında 180 (bir yüz səksən) manat pulun olduğunu və kartı təkrar bankomata daxil edib yoxlamağını xahiş etmişdir. O, kartı təkrar bankomata daxil edib içərisində olan 80 (səksən) manat pulu çıxışa vurmuş, lakin Sura İbrahimovaya kartında pul olmadığını bildirib kartı geri qaytarmışdır. Həmin vaxt Sura İbrahimova kartı ondan alıb uzaqlaşarkən o, dərhal bankomatdan çıxışa vurmuş olduğu 80 (səksən) manat pulu götürüb uzaqlaşmışdır. Həmin vaxt hər hansı bir şəxs və eyni zaman da qardaşı Təqsirləndirilən şəxs2 orada olmamışdır. Bundan sonra 17 yanvar 2023-cü il tarixdə o, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermişdir. Belə ki, o, qeyd olunan şəxslərə məxsus kartlardan pul çıxarmağı barədə məlumat verib bu işdə ona köməklik etməsini demişdir. Qardaşı Təqsirləndirilən şəxs2la aralarında olan razılığa görə qardaşı Ramin bankomatın təxminən 10-15 metr kənarında dayanıb ətrafda olan insanları müşahidə etməli, o, isə bankomatın qarşısında dayanaraq oradan pul çıxarmağa gələn şəxslərə yaxınlaşıb bankomatdan pul çıxarmaqda kömək edə biləcəyini bildirib bankomatdan pulu çıxardıqdan sonra birlikdə əldə etdikləri pulları xərcləməli idi. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 da onunla razılaşdıqdan sonra həmin gün yəni, 17 yanvar 2023-cü il tarixdə birlikdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “İlqar” marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ATM-nin qarşısına getmişlər. Həmin vaxt saat 13 radələrində qardaşı Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdıqları kimi ondan təxminən 10-15 metr kənarda dayanıb ətrafı müşahidə etmişdir. O, isə bankomatın qarşısında olan zaman Şahid ona yaxınlaşaraq plastik kartdan pul çıxarmağını xahiş etmişdir. O, da kartı Şahid aldıqdan sonra kartı bankomata daxil etmiş və kartın balansında 285 (iki yüz səksən beş) manat pulun olduğunu görmüşdür. Həmin vaxt o, kartda pul olmadığını bildirib 285 manat pulu çıxışa vurub kartı dərhal bankomatdan çıxarıb Şahid vermişdir. Lakin Şahid onun pulu çıxışa vurmağını görməmişdir. Şahid kartı ondan aldıqdan sonra uzaqlaşarkən o, dərhal bankomatdan çıxışa vurduğu həmin 285 manat pulu götürüb oradan uzaqlaşmış və həmin pulu qardaşı ilə birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, o, təkrar olaraq qardaşı Təqsirləndirilən şəxs2la birlikdə 23 yanvar 2023-cü il tarixdə, saat 12:20 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin binasının qarşısına quraşdırılmış "xxxx" ATM-nin qarşısına pul çıxarmağa gələn Zərərçəkmiş şəxs3 plastik kartından eyni üsulla 280 (iki yüz səksən) manat pulunu çıxarmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyini bildirib kartı ona verdikdən sonra o, kartı bankomata daxil etmiş və kartın balansında 280 manat pulun olduğunu görüb həmin pulu çıxışa vurduqdan sonra kartın qarşısının bağlandığını bildirib kartı bankomatdan çıxarıb Zərərçəkmiş şəxs3 geri qaytarmışdır. Zərərçəkmiş şəxs3 isə kartı ondan alıb uzaqlaşarkən o, bankomatdan həmin pulu götürüb qardaşı Raminlə birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. Həmin vaxt orada hər hansı bir kənar şəxs olmamışdır. Qeyd olunanlar barədə onun ailə üzvlərinin və ya hər hansı bir şəxsin məlumatı olmamışdır. O, qeyd etdiyi cinayət əməlindən başqa hər hansı bir şəxsin kartından pul çıxarmamış, eyni zaman da rayon ərazisində və digər rayon ərazisində hər hansı bir cinayət əməlini törətməmişdir. Etmiş olduğu cinayət əməlinə görə əməlimdən peşmandır və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləməsə də fərdi əməklə məşğul olur. Subaydır. O, Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2 oğlu Şahid və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamışdır. Həmçinin həmin şəxslərlə aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. O, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə atası Əhmədə məxsus fərdi yaşayış evində yaşayır. 15 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində qardaşı Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ATM-nin qarşısında Zərərçəkmiş şəxs1 plastik kartını alaraq həmin kartın içərisində olan 269 (iki yüz altmış doqquz) manat pulu bankomatdan çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 kartı Zərərçəkmiş şəxs1 alaraq bankomata daxil etdikdən sonra 269 (iki yüz altmış doqquz) manat pulun olduğunu görüb pulu çıxışa vurduqdan sonra kartı çıxarıb Zərərçəkmiş şəxs1 verərkən kartın bloklandığını demişdir. Zərərçəkmiş şəxs1 isə kartı Rahibdən alıb dərhal bankomatın qarşısından uzaqlaşarkən Rahib pulu bankomatdan götürüb oradan uzaqlaşmışdır. Lakin həmin vaxt o, orada və digər hər hansı bir kənar şəxs olmamışdır. Bundan başqa, qardaşı Təqsirləndirilən şəxs1 təkrar olaraq 04 yanvar 2023-cü il tarixdə, saat 10:45 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli yaşayaş binasının birinci mərtəbəsində yerləşən «Brand Kredit»in qarşı hissəsinə quraşdırılmış "xxxx" ATM-nin qarşısında tək olan zaman X2 yaxınlaşaraq plastik kartından pul çıxarmağını xahiş etmişdir. Rahib də Sura İbrahimovadan həmin kartı alıb bankomata daxil etdikdə kartın balasında 180 (bir yüz səksən) manat pulun olduğunu görüb həmin pulun 100 (bir yüz) manatını çıxarıb Sura İbrahimovaya vermişdir. Həmin vaxt X19 kartında 180 (bir yüz səksən) manat pulun olduğunu və kartı təkrar bankomata daxil edib yoxlamağını xahiş etmişdir. Rahib də kartı təkrar bankomata daxil edib içərisində olan 80 (səksən) manat pulu çıxışa vurmuş, lakin Sura İbrahimovaya kartında pul olmadığını bildirib kartı geri qaytarmışdır. Həmin vaxt Sura İbrahimova kartı Rahibdən alıb uzaqlaşarkən Rahib dərhal bankomatdan çıxışa vurmuş olduğu 80 (səksən) manat pulu götürüb uzaqlaşmışdır. Həmin vaxt o, orada olmamışdım. 17 yanvar 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı evdə olan zaman Rahib ona qeyd etdikləri barədə məlumat vermişdir. Belə ki, Rahib ona qeyd olunan şəxslərə məxsus kartlarından pul çıxarmağı barədə məlumat verib bu işdə köməklik etməyini demişdir. Qardaşı Təqsirləndirilən şəxs1la aralarında olan razılığa görə o, bankomatın təxminən 10-15 metr kənarında dayanıb ətrafda olan insanları müşahidə etməli, Rahib isə bankomatın qarşısında dayanaraq oradan pul çıxarmağa gələn şəxslərə yaxınlaşıb bankomatdan pul çıxarmaqda kömək edə biləcəyini bildirib bankomatdan pulu çıxardıqdan sonra birlikdə əldə etdiyi pulları xərcləməli idi. Həmin vaxt onun pula etiyacı olduğu üçün qardaşı Təqsirləndirilən şəxs1la razılaşdıqdan sonra həmin gün yəni, xx.xx.2023-cü il tarixdə birlikdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “İlqar” marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ATM-nin qarşısına getmişdir. Həmin vaxt saat 13 radələrində qardaşı Təqsirləndirilən şəxs1 əvvəlcədən razılaşdıqları kimi o, təxminən 10-15 metr kənarda dayanıb ətrafı müşahidə etmişdir. Rahib isə bankomatın qarşısında olan zaman Şahid Rahibə yaxınlaşaraq plastik kartdan pul çıxarmağını xahiş etmişdir. Rahib də kartı Şahid aldıqdan sonra kartı bankomata daxil etmiş və kartın balansında 285 (iki yüz səksən beş) manat pulun olduğunu görmüş və kartda pul olmadığını Ziyəddinə bildirib 285 manat pulu çıxışa vurub kartı dərhal bankomatdan çıxarıb Şahid vermişdir. Lakin Şahid Rahibin pulu çıxışa vurmağını görməmişdir. Şahid kartı Rahibdən aldıqdan sonra uzaqlaşarkən Rahib dərhal bankomatdan çıxışa vurduğu həmin 285 manat pulu götürüb oradan uzaqlaşaraq onun yanına gəldikdən sonra birlikdə həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa, təkrar olaraq o, qardaşı Təqsirləndirilən şəxs1la birlikdə 23 yanvar 2023-cü il tarixdə, saat 12:20 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin binasının qarşısına quraşdırılmış "xxxx" ATM-nin qarşısında olan zaman Rahib pul çıxarmağa gələn Zərərçəkmiş şəxs3 plastik kartından eyni üsulla 280 (iki yüz səksən) manat pulunu çıxarmışdır. Həmin vaxt o, yenə əvvəlcədən razılaşdıqları kimi kənarda dayanıb ətrafı müşahidə etmişdir. Belə ki, kənar hər hansı bir şəxs gəldiyi təqdirdə o, qardaşına məlumat verməli olacaqdır. Həmin vaxt orada hər hansı bir kənar şəxs olmamışdır. Qeyd olunanlar barədə onun ailə üzvlərinin və ya hər hansı bir şəxsin məlumatı olmamışdır. O, qeyd etdiyi cinayət əməlindən başqa hər hansı bir şəxsin kartından pul çıxarmamış, eyni zaman da rayon ərazisində və digər rayon ərazisində hər hansı bir cinayət əməlini törətməmişdir. Etmiş olduğu cinayət əməlinə görə əməlimdən peşmandır və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əmrah qızı ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır, təqaüdçüdür, 269 (iki yüz altmış doqquz) manat təqaüd alır. Həmin pulu "xxxx"a məxsus olan plastik kart vasitə ilə əldə edir. 14 dekabr 2022-ci il tarixdə həmin kartına təqüad pulu olan 269 manat pulu köçdüyü üçün 15 dekabr 2022-ci il tarixdə 269 manat təqaüd pulunu çıxarmaq üçün Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-nə məxsus ATM-nin qarşısına getmişdir. Həmin vaxt saat 12 radələrində istintaq zamanı ona məlum olan Bərdə rayon sakini Təqsirləndirilən şəxs1 bankomatın qarşısında dayanmış vəziyyətdə olduğunu görüb kartında olan həmin 269 manat pulu bankomatdan çıxarmaq üçün Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Belə ki, bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyi üçün kartını Rahibə vermişdir. Həmin Rahib kartı bankomata saldıqdan bir qədər sonra kartının qarşısının bağlandığını bildirib kartını ona geri qaytarmışdır. Həmin vaxt bankomatın qarşısında hər ikisindən başqa digər hər hansı bir şəxs olmamışdır. Bundan sonra o, oradan "xxxx"ın Bərdə filialına gedib bu barədə müraciət etdikdə bankın əməkdaşı ona kartının qarşısının bağlanmadığını, kartından həmin gün yəni, 15 dekabr 2022-ci il tarixdə 269 manat pulunun çıxarılması barədə məlumat vermişdir. Həmin gün rayon polis şöbəsinə gedib kartından pul çıxaran şəxsin tapılması barədə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Hacallı kəndində yaşayır, təqaüdçüdür, 280 (iki yüz səksən) manat təqaüd alır. Həmin pulu "xxxx"a məxsus olan plastik kart vasitə ilə əldə edir. 23 yanvar 2023-cü il tarixdə 280 manat təqaüd pulunu çıxarmaq üçün Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-nə məxsus ATM-nin qarşısına getmişdir. Həmin vaxt saat 12:20 radələrində istintaq zamanı ona məlum olan Bərdə rayon sakini Təqsirləndirilən şəxs1 bankomatın qarşısında dayanmış vəziyyətdə olduğunu görüb kartında olan həmin 280 manat pulu bankomatdan çıxarmaq üçün Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Belə ki, bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyi üçün kartını Rahibə vermişdir. Həmin Rahib kartı bankomata saldıqdan bir qədər sonra kartının qarşısının bağlandığını bildirib kartı ona geri qaytarmışdır. Həmin vaxt bankomatın qarşısında hər ikisindən başqa digər hər hansı bir şəxs olmamışdır. Bundan sonra o, oradan "xxxx"ın Bərdə filialına gedib bu barədə müraciət etdikdə bankın əməkdaşı ona kartının qarşısının bağlanmadığını, kartından həmin gün yəni, 23 yanvar 2023-cü il tarixdə 280 manat pulunun çıxarılması barədə məlumat verilmişdir. Həmin gün o, rayon polis şöbəsinə gedib kartından pul çıxaran şəxsin tapılması barədə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır, təqaüdçüdür, 285 (iki yüz səksən beş) manat təqaüd alır. Həmin pulu "xxxx"a məxsus olan plastik kart vasitə ilə əldə etmişdir. 17 yanvar 2023-cü il tarixdə 285 manat təqaüd pulunu çıxarmaq üçün "xxxx" ASC-nə məxsus olan plastik kartını oğlu Şahid vermişdir. Oğlu Şahid həmin gün təxminən saat 13 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-nə məxsus ATM-nin qarşısında olan zaman tanımadığı şəxs, yəni, sonradan istintaq zamanı ona məlum olan Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 Şahid bankomatdan pul çıxarmaq istədiyini görüb köməklik etmək istədiyini bildirib kartı Ziyəddinin əlindən alaraq kartın şifrəsini Ziyəddindən öyrəndikdən sonra kartı bankomata daxil edərək 285 manat pulun olduğunu görüb pulu çıxarmaq üçün əməliyyatı yerinə yetirdikdən sonra kartı çıxarıb Ziyəddinə geri qaytarmışdır. Həmin vaxt bankomatın qarşısında onlardan başqa heç kim olmamış və Təqsirləndirilən şəxs1 Ziyəddinə kartda pul olmadığını dediyi üçün Ziyəddin oradan uzaqlaşarkən dərhal Təqsirləndirilən şəxs1 ona məxsus 285 manat pulu bankomatdan çıxarmışdır. Belə ki, həmin vaxt oğlu Şahid bankomata fikir vermədiyi üçün Təqsirləndirilən şəxs1 hansı əməliyyatlar etməsini və kartda pul olub-olmamasını görməmişdir. Bundan sonra oğlu Şahid yaşadıqları evə gələrək kartda pul olmaması barədə ona məlumat vermişdir. 19 yanvar 2023-cü il tarixdə isə o, oğlu Şahidla birlikdə "xxxx"dan həmin təqaüd kartı üzrə çıxarış almış və həmin çıxarışda 17 yanvar 2023-cü il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin qarşı hissəsinə quraşdırılmış bankomatdan ona məxsus təqaüt kartında olan 285 (iki yüz səksən beş) manat pulun çıxarılması göstərilmişdir. Buna görə də həmin gün o, oğlu Şahidla birlikdə Bərdə rayon polis şöbəsinə getmiş və orada oğlu Şahid ərizə ilə müraciət etmişdir. Həmin vaxt bu barədə onun və oğlu Ziyəddinin izahatı alınmışdır. Sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə birləşərək 17 yanvar 2023-cü il tarixdə ona məxsus təqaüd kartından qeyd olunan bankomatdan 285 (iki yüz səksən beş) manat pulu çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 kənarda dayanıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə bankomatın qarşısına gələn şəxslərə köməklik etmək məqsədi ilə yaxınlaşaraq əvvəlcə kartda pul olmadığını bildirərək kartı sahibinə geri qaytardıqdan sonra kartda olan pulu əldə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Dəmirçilər kəndində yaşayır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs2 onun anasıdır. Anası Zərərçəkmiş şəxs2 təqaüdçüdür və 285 (iki yüz səksən beş) manat təqaüd alır. Həmin pulu "xxxx"a məxsus olan plastik kart vasitə ilə əldə edir. 17 yanvar 2023-cü il tarixdə 285 manat təqaüd pulunu çıxarmaq üçün anası Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nə məxsus olan plastik kartını ona vermişdir. O, da Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-nə məxsus ATM-nin qarşısında olan zaman tanımadığı şəxs, yəni, sonradan istintaq zamanı ona məlum olan Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 onun bankomatdan pul çıxarmaq istədiyini görüb köməklik etmək məqsədi ilə kartı əlindən alaraq kartın şifrəsini ondan öyrəndikdən sonra kartı bankomata daxil etmiş və bir qədər sonra kartı çıxarıb ona geri qaytararaq kartda pul olmaması barədə məlumat vermişdir. Həmin vaxt o, bankomata fikir vermədiyi üçün kartda pulun olub-olmamasını görməmişdir. Eyni zaman da bankomatın qarşısında hər ikisindən başqa digər hər hansı bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs1 ona kartda pul olmadığını dediyi üçün o, oradan uzaqlaşaraq yaşadığı evə getmiş və kartda pul olmaması barədə anasına məlumat vermişdir. 19 yanvar 2023-cü il tarixdə isə o, anası Zərərçəkmiş şəxs2 ilə birlikdə "xxxx"dan həmin təqaüd kartı üzrə çıxarış almış və həmin çıxarışda 17 yanvar 2023-cü il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin qarşı hissəsinə quraşdırılmış bankomatdan anasına məxsus təqaüt kartında olan 285 (iki yüz səksən beş) manat pulun çıxarılması göstərilmişdir. Buna görə də həmin gün o, anası Zərərçəkmiş şəxs2 ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmiş və orada ərizə ilə müraciət etmişdir. Həmin vaxt bu barədə onun və anasının izahatı alınmışdır. Sonradan ona məlum olmuş ki, 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona həmin kartı geri qaytardıqdan sonra dərhal anasına məxsus 285 manat pulu bankomatdan çıxarmışdır. Belə ki, həmin vaxt o, bankomata fikir vermədiyi üçün Təqsirləndirilən şəxs1 hansı əməliyyatlar etməsini və kartda pul olub-olmamasını görməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus plastik kartdan pul çıxardığı Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatı, Zərərçəkmiş şəxs3 məxsus plastik kartdan pul çıxardığı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatı, iş üzrə şahid X6 məxsus plastik kartdan pul çıxardığı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Brand Credıt» təşkilatının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatı və qardaşı Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin yaxınlığında dayandığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan Zərərçəkmiş şəxs2 məxsus plastik kartdan pulun çıxarıldığını, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin binasının qarşı hissəsinə quraşdırılmış bankomatdan Zərərçəkmiş şəxs3 məxsus plastik kartdan pulun çıxarıldığını və dayanmış olduğu yerin göstərilməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 08 may 2023-cü il tarixli, 886 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Qaradağlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 08 may 2023-cü il tarixli, 887 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 13 iyul 1986-cı il təvəllüdlü arvadı X3 və 01 may 2019-cu il tarixli oğlu X7 ilə birlikdə Bərdə rayonu, Qaradağlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 1 (bir) azyaşlı övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, 62-ci maddələri təqsirli bilinib 01 il 6 ay islah işləri, 01 dekabr 2011-ci il tarixli Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə 10 oktyabr 2011-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə hökmdən xaric edilərək qalan hissə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 1(021)-117/2011-ci il tarixli Bərdə Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yeni redaksiyada 263.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə təyin edilmədən, aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla bir il altı ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən götürülmüş hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Bərdə RMX» PHŞ-nin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 tək olaraq 15 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus plastik kartın içərisində olan 269 (iki yüz altmış doqquz) manat pulu Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar tək olaraq 04 yanvar 2023-ci il tarixdə, saat 10:45 radələrində Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan X6 məxsus plastik kartın içərisində olan 80 (səksən) manat pulu Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən «Brand Kredit»nin qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrar 17 yanvar 2023-ci il tarixdə, saat 13 radələrində Tərtər rayonu, Dəmirçilər kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus plastik kartın içərisində olan 285 (iki yüz səksən beş) manat pulu Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrar olaraq 23 yanvar 2023-ci il tarixdə, saat 12:20 dəqiqədə Bərdə rayonu, Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus plastik kartın içərisində olan 280 (iki yüz səksən) manat pulu Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Ruzi» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlindən başqa rayon ərazisində və digər rayon ərazilərində hər hansı bir cinayət hadisəsinin törədilməsində iştirak etməmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni görmüş şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 15 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığına gəlib ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs1 kartdan pulun çıxarılmasına köməklik göstərməsi xahişi ilə alaraq kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Zərərçəkmiş şəxs1 kartın qarşısının bloklanmasını deyib kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs1 məxsus 269 (iki yüz altmış doqquz) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 17 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığında qardaşı Təqsirləndirilən şəxs2 dayanmasını, kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə ona xəbər verəcəyi öhdəliyini yerinə yetirməsini qabaqcadan razılaşdıqdan sonra həmin bankomatın qarşısına gəlib Tərtər rayonu, Dəmirçilər kəndində yaşayan X4 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs2 oğlu Şahid kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq həmin kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Şahid kartda pul vəsaitinin olmadığını deyib aldatmaqla kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs2 məxsus 285 (iki yüz səksən beş) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 23 yanvar 2023-cü il tarixdə, saat 12:20 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Rüzi» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığında qardaşı Təqsirləndirilən şəxs2 dayanmasını, kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə ona xəbər verəcəyi öhdəliyini yerinə yetirməsini qabaqcadan razılaşdıqdan sonra həmin bankomatın qarşısına gəlib Bərdə rayonu, Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs3 kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Zərərçəkmiş şəxs3 kartın qarşısının bloklanmasını deyib aldatmaqla kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs3 məxsus 280 (iki yüz səksən) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 17 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən «İlqar» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığına gəlib kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə qardaşı Təqsirləndirilən şəxs1 xəbər verəcəyini öhdəsinə götürüb qabaqcadan razılaşdıqdan sonra qardaşı Təqsirləndirilən şəxs1 həmin bankomatın qarşısına gəlib Tərtər rayonu, Dəmirçilər kəndində yaşayan X4 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs2 oğlu Şahid kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq həmin kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Şahid kartda pul vəsaitinin olmadığını deyib aldatmaqla kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs2 məxsus 285 (iki yüz səksən beş) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək 23 yanvar 2023-cü il tarixdə saat 12:20 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «Rüzi» marketin binasının qarşı hissəsinə quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomatın yaxınlığına gəlib kənar şəxslərin bankomatın qarşısına gələcəyi və ya hər hansı bir təhlükə olacağı təqdirdə qardaşı Təqsirləndirilən şəxs1 xəbər verəcəyini öhdəsinə götürüb qabaqcadan razılaşdıqdan sonra qardaşı Təqsirləndirilən şəxs1 həmin bankomatın qarşısına gəlib Bərdə rayonu, Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə mənsub plastik kartını Zərərçəkmiş şəxs3 kartdan pulun çıxarılmasına köməklik göstərilməsi xahişi ilə alaraq kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparılması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqləyərək Zərərçəkmiş şəxs3 kartın qarşısının bloklanmasını deyib kartı geri qaytardıqdan sonra elektron daşıyıcısı hesab edilən kartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs3 məxsus 280 (iki yüz səksən) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-1-ci maddələri maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X20rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışması və maddi ziyanların tamamilə ödənilməsi, bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 (bir) azyaşlı övladının olması təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışması və maddi ziyanların tamamilə ödənilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə rayon Polis Şöbəsində 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ona təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunacaq cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Bərdə rayonu, Qaradağlı ünvanında yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 269 (iki yüz altmış doqquz) manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 285 (iki yüz səksən beş) manat və Zərərçəkmiş şəxs3 ümumilikdə 280 (iki yüz səksən) manat maddi ziyan dəymiş və zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş materiallarında olan 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi hesab olunmuş, saxlanması üçün iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 1 ədəd “DVD” disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bərdə rayon Polis Şöbəsində 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bərdə rayonu, Qaradağlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bərdə rayon Polis Şöbəsində 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonu, Qaradağlı kəndindəki yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 269 (iki yüz altmış doqquz) manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 285 (iki yüz səksən beş) manat və Zərərçəkmiş şəxs3 ümumilikdə 280 (iki yüz səksən) manat dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edənElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar