Məhkəmə qərarları › İş №1(021)-203/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-203/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-203/2023 23.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair №230300111 cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə daxil olmuşdur. Həmin cinayət işi 21 may 2023-cü il tarixdə Bərdə RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 98140 kiloqram çəkidə 36455 manat çiyit məhsulunu dələduzluq yolu ilə ələ keçiriməsini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin dekabr ayının ilk ongüllüyündə, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb özünün müştərilərinin olmasını, tez bir zamanda Zərərçəkmiş şəxs məxsus texniki çiyid məhsullarını satıb satışdan əldə olunacaq pulu yaxın müddətdə ona verəcəyinə yalandan vəd verib inandırmaqla Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib aldatmaqla 14 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından 1(bir) kiloqramının dəyəri 0,37 qəpik olan 13360 kq çəkidə ümumi dəyəri 4.943 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, həmin tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19480 kq çəkidə ümumi dəyəri 7.207 manat 60 qəpik məbləğində texniki çiyid məhsulunu, 15 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19560 kq çəkidə ümumi dəyəri 7.237 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, 17 dekabr 2022-ci il tarixdə, gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından kisələrə yığılmış formada bir kiloqramının dəyəri 0,38 qəpik olan 14280 kq çəkidə ümumi dəyəri 5.426 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu, 19 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 13740 kq çəkidə ümumi dəyəri 5.083 manat 80 qəpik məbləğində texniki çiyid məhsulunu və eyni tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 17720 kq çəkidə ümumi dəyəri 6.556 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 36.454 manat 60 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı bildirdi ki, cinayət işinin aidiyyəti Bərdə rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələbləri pozulmamışdır. Cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar yoxdur. Cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığından təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxsin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etirazı yoxdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, MKT 2 saylı pambıq zavodunda mühafizəçi işləyib və oradan da Zərərçəkmiş şəxs tanıyıb. İşin məhkəməyə verilməsinə və məhkəmə baxışının təyin edilməsinə etirazı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.2-ci maddəsinə əsasən, hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə tərəfindən cinayət işinin materialları hazırlıq iclasında araşdırılarkən aşağıdakıları müəyyən etdi. Cinayət işinin 01-ci vərəqində olan 21 may 2023-cü il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanıma kimi” qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 98140 kiloqram çəkidə 36455 manat çiyit məhsulunu dələduzluq yolu ilə ələ keçiriməsini bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Həmin qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qsimində tanınmışdır. Cinayət işinin 5-6-cı vərəqələrində olan Zərərçəkmiş şəxs izahatında qeyd edir ki, “ Bərdə rayonunda yerləşən iki nömrəli pambıq zavodla "xxxx" MMC şirkətinin müqaviləsi vardır. Və həmin şirkət qeyd olunan zavodun pambıq çiyidini alır və müxtəlif şəxslərə satır. Həmçinin qeyd olunan şirkətin pambıq çiyidlərini isə alaraq başqa şəxslərə satır. Bərdə rayon Mirzalıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Vahid pambıq zavodda gözətçi vəzifəsində işləyirdi. Tanıdığı müddətdə Vahid ondan bir neçə dəfə borc pul almış vaxtında qaytarmışdır. Həmçinin ondan müxtəlif vaxtlarda texniki çiyid alaraq tanışlarına satmış və pulunu geri ödəmişdir. 2022-ci ilin dekabr ayında Vahid ona çiyid istəyən olduğunu, ona çiyid verməsini və satıb pulunu dərhal verəcəyini demişdir. O, Vahidin sözlərinə inanıb ona çiyid verməyə razılaşmışdır. O, Kənd Trade MMC şirkətindən xx.xx.2022-ci il tarixdə ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə 13360 kiloqram, həmin gün kamaz markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə 19480 kiloqram, xx.xx.2022-ci il tarixdə kamaz markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 19560 kiloqram, xx.xx.2022-ci il tarixdə kamaz markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə kisələrə doldurulmuş vəziyətdə 14280 kiloqram, xx.xx.2022-ci il tarixdə ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə 13740 kiloqram, xx.xx.2022-ci il tarixdə ** HP *** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə 17720 kiloqram olmaqla ümumilikdə 98140 kiloqram texniki çiyid məhsulunu Təqsirləndirilən şəxs satmışdır. Bununla da sonuncu ona 36455 manat pul borcludur. O, isə Vahiddən pulunu tələb edəndə Vahid müxtəlif bəhanələrlə pulunu vermir. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə 2022-ci ilin dekabr ayı ərzində Bərdə şəhəri H. Əliyev prospektində yerləşən iki nömrəli pambıq zavodda baş vermişdir. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə ona 36455 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs iki ildir ki, tanıyır onunla normal münasibəti olmuşdur. Ona bir neçə dəfə borc pul vermişdir. Həmçinin nisyə çiyid məhsulu vermişdir. Vahid isə həmin çiyid məhsullarını sataraq onun pulunu ödəmişdir. Sonuncu dəfə isə Vahid ona çiyid istəyən olduğunu, ona çiyid verməsini və satıb pulunu verəcəyini demişdir. Vahid bir kiloqram çiyidi ondan 0.37 manata almışdır. Cinayət işinin 39-40-cı vərəqələrində olan Təqsirləndirilən şəxs izahatında qeyd edir ki, sonuncu dəfə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayının sonlarına kimi "xxxx" MMC-də gözətçi vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs gözətçi işlədiyi dövrdən tanımışdır. O, dəfələrlə Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda pul borc götürüb, qaytarmışdır. Bundan başqa o, müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs dəfələrlə nisyə olaraq texniki çiyit bitkisini almış, söz verdiyi vaxtda da götürdüyü malın pulunu qaytarmışdır. Səmimi olaraq etiraf edir ki, 14 dekabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək olan müddətdə 6 dəfə olmaqla mən ümumilikdə 98140 kiloqram çiyit bitkisini Zərərçəkmiş şəxs götürmüşdür. Həmin çiyit bitkilərini o, Ağcabədi rayonu Afşar kəndində yem mağazası işlədən Sadiq adlı şəxsə, səyyarı yem satan Ağcabədi rayonu Qaravəlli kəndində yaşayan Səbuhi adlı şəxsə və Səbuhinin adını bilmədiyi tanışına satıb 37860 manat gəlir əldə etmişdir. Daha dəqiq desə, Zərərçəkmiş şəxs 14 dekabr 2022-ci il tarixdə Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən MTK İK MMC-nin anbarından 13360 kq və 19480 kq çəkilərdə olan çiyit bitkisini "Şaqman" markalı ** BG *** dövlət qeydiyyat nişanlı və "Kamaz" markalı ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobillərə yükləyib ona göndərmişdir. Səhərisi gün 15 dekabr 2022-ci il tarixdə Murad eyni qaydada "Kamaz" markalı ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 19560 kq, 19 dekabr 2022-ci il tarixdə "Şaqman" markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 13740 kq, MAN markalı ** HP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə isə 17720 kq çiyit bitkilərini yüklədib ona göndərmişdir. Bundan başqa 17 dekabr 2022-ci il tarixdə o, kisələrə yığılmış formada çiyit bitkisini istəmişdir. Ona görə də Zərərçəkmiş şəxs çiyit bitkilərini kisələrə yığaraq "Kamaz" markalı ** RT *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 14280 kq çiyit bitkisini yükləyib ona göndərmişdir. O, yalandan Zərərçəkmiş şəxs texniki çiyit bitkisini Balakən rayonuna satdığını deymişdir. Çünki, Zərərçəkmiş şəxs onun müştərisini əlindən almasından ehtiyat etmişdir. Həmin çiyit bitkilərinin satışından əldə etdiyim 37860 manat pulu o, öz şəxsi borclarına ödəmişəm. Həmin puldan 8000 manatını sələm borcunu qaytarmış, 1200 manatını Vüqar adlı dostuna, 700 manatını Fəzail adlı dostuna, 800 manatını isə Elvar adlı tanışına olan borcunu qaytarmışdır. Qalan məbləği isə öz istirahətinə və dostlarına xərcləmişdir. Lakin o, Zərərçəkmiş şəxs götürdüyü 98149 kiloqram texniki çiyit bitkisinə görə yaranmış 36000 manat pulu Murada verə bilməmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidməti Müqavilədən görünür ki, İcraçı "xxxx" MMC-nin Bərdə rayonunda yerləşən, anbarında olan çiyidin satışı ilə bağlı əmək funksiyalarını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək bağlanılır.Gördüyü işlərin icrası ilə bağlı Şifarişçi İcraçıya vergi və digər ayrılmalar daxil olmaqla 250 manat məbləğində vəsaiti nağd şəklində ayda 1 dəfə olmaqla ödəyir. Cinayət işinin 152-ci vərəqəsində olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində bağlanmış və xx.xx.2022-ci il tarixdə xitam verilmiş müqaviləyə əsasən, Zərərçəkmiş şəxs "xxxx" MMC-yə heç bir öhdəliyi qalmamışdır. Cinayət işinin 153-cü vərəqəsində olan 12-MCR-1-419-23/1 saylı Kredit Müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavədən görünür ki, Zərərçəkmiş şəxs 36 ay müddətinə 6 ay güzəşt müddəti ilə 50000 manat məbləğində kredit verilmişdir. Məhkəmə qeyd edir ki, işdən müəyyən olunur ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Xidməti Müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs texniki çiyit bitkisini almışdır. Həmin tarixlərdə texniki çiyit bitkisinin mülkiyyətçisi "xxxx" MMC olmuşdur. Zərərçəkmiş şəxs isə anbarında olan çiyidin satışı ilə bağlı əmək funksiyalarını həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 7-ci bəndi) . Hazırkı işdə isə əmlakın mülkiyyətçisi və ya qanuni sahibi yox, çiyidin satışı ilə bağlı əmək funksiyalarını həyata keçirməyi öz öhdəsinə götürmüş Zərərçəkmiş şəxs zərəçəkmiş qismində tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 303.4-cü maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəmə tərəfindən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin məcəllənin 303.5-ci maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs ilə yanaş "xxxx" MMC də cinayət işi üzrə zərərçəkmiş qismində tanınmalı və cinayət prosessual qanunvericiliyə uyğun olaraq müvafiq hərəkətlər aparılmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntularını məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair № ********* nömrəli cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 303.1, 303.3.6 və 321-ci madələrinin tələblərinə əsasən, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair № ********* nömrəli cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroruna qaytarılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar