Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-207/2021 29.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin hüquqi varisinin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 21 dekabr 1958-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin sədri vəzifəsində işləmiş, Bərdə şəhəri, R.Rza küçəsi ev 70-də qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X3 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Komitəsi sədrinin 21 fevral 2003-cü il tarixli 10-K nömrəli əmrinə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon komitəsinin 3 ay sınaq müddəti ilə sədr vəzifəsinin icrası həvalə edilməklə, 26.09.2014-cü il tarixdə 21422UVV000201 nömrəli, 13.12.2017-ci il tarixdə 21522UVV000203 nömrəli, 02.03.2020-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməklə həmin cəmiyyətdə sədr vəzifəsində işləyərkən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Rəyasət Heyətinin 28 dekabr 2013-cü il tarixli qərarı ilə təsdiq olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon/şəhər bölmə sədrinin vəzifə öhdəliklərinə əsasən, bölmənin işini Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinin 24,25 və 26-cı maddələrinə uyğun şəkildə təşkil etmək, fəaliyyət göstərdiyi ərazidə AzQAC-ə üzvlərin fəal şəkildə qoşulmasını təşkil etmək, bölmənin idarəetmə Şurasının və Rəyasət Heyətinin fəal üzvlərdən demokratik şəkildə təmsil olunmasını Milli Cəmiyyətin Nizamnaməsinin 24, 25 və 26-cı maddələrində göstərilən qaydada təmin etmək, faəliyyət göstərdiyi ərazidə daim AzQAC-nin sıralarına yeni könüllülərin cəlb olunmasını, bu istiqamətdə mütərəqqi metodların həyata keçirilməsini tətbiq etmək, bu könüllülərin humanitar sahələrə fəal cəlb olunmasını təşkil etmək, daim AzQAC sıralarına fəal gənclərin axınını təşkil etmək, gənclərdə X17 va X11 humanitar missiyasi və Fundamental Prinsiplərinə hörməti aşılamaq üçün müvafiq işlər görmək, aztəminatlı ailələrin, tənha qocaların, sosial dəstəyə ehtiyacı olanların, əlillərin, müharibə nəticəsində iqdisadi və sosial problemlərlə üzləşənlərin və s. kövrək qruplara aid olanların vəziyyətini daim nəzarətdə saxlamaq, onların humanitar problemlərinin həlli üçün müvafiq dövlət va qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, bu kimi insanların vəkili rolunda çıxış etmək, bölmənin imkanları daxilində səfərbər olunaraq humanitar, texniki və mənəvi yardım etmək, rayon/şəhər bölməsinin sədri fəaliyyət göstərdiyi ərazidə beynəlxalq Qızıl Xaç va X12, onun emblemlərinə, AzQAC-a və onun fəaliyyətlərinə kölgə sala biləcək hər hansı bir işdən çəkinmək, bu kimi neqativ hallar baş verərsə Hərakatın o ərazidəki vəkili kimi çıxış etməyi bacarmaq, Hərəkatı müdafiə etmək, bölmənin üzvlərinin sayının artması üçün əməli işlər görmək, üzvlük haqlarının vaxtlı-vaxtında toplanması və lazımi qaydalara uyğun şəkildə humanitar və inzibati sahələrə xərclənməsi işinə nəzarət etmək, bölmənin maddi durumunun yaxşılaşdırılması üçün daim fəaliyyətdə olmaq, bölmənin yerləşdiyi ofis şəraitinin, anbarın, avtonəqliyyat vasitələrinin və s. yaxşı şəkildə qorunmasını, daim əməkdaşların normal iş qaydalarına uyğun şəkildə çalışa bilməsi üçün şərait yaratmaq, bölmənin maliyyə durumunun daim artırılması istiqamətində işlər görərək müvafiq humanitar sahələrdə yeni işçiləri işə qəbul etmək, bütün əməkdaşların vaxtlı-vaxtında yüksək maaşla təmin olunması üçün iş görmək, bu kimi məsələlərə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə 2017-ci ilin sentyabr ayından 18 may 2021-ci il tarixədək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində müxtəlif vəzifələrdə işləyən şəxslərin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməmələrinə baxmayaraq, onların işdən çıxarılmasını rəsmiləşdirməyib adlarına əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Bərdə şəhəri, X15 küçəsi 17 ünvanında yerləşən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin inzibati binasındakı xidməti otağında həmin şəxslərin guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil etməklə öz imzası və “Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib həmin şəxslərin adlarına olmaqla "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı kartlarını özündə saxlayıb, həmin kart hesablarına qeyd edilən müddətdə köçürülmüş müxtəlif məbləğdə pul vəsaitini, o cümlədən, 2017-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində kompyuter üzrə təlimçi kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid5 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid5 guya işə çıxmaqla əmək haqqı almasına dair biləbilə yalan məlumatları daxil edib, həmin sənədləri üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid5 "xxxx" ASC tərəfindən verilmiş 4169******9581 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2017-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayınadək olan müddətdə köçürülmüş cəmi 1.541,50 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2020-ci ilin fevral ayından 2020-ci ilin noyabr ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid8 Yusibəli oğlunun işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid8 guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid8ya "xxxx" ASC tərəfindən verilmiş 416974******6724 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2020-ci ilin fevral ayından 2020-ci ilin noyabr ayınadək olan müddətdə köçürülmüş cəmi 1.411,90 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2020-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid2 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid2 guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid2ya "xxxx" ASC tərəfindən verilmiş 416974******3746 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2020-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə köçürülmüş cəmi 1.823,80 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2020-ci ilin fevral ayında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən X4 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Radə Süleymanovanın guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Radə Süleymanovaya "xxxx" ASC tərəfindən verilmiş 416974******9645 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2020-ci ilin fevral ayında köçürülmüş cəmi 135,1 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində mühasib kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid1 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid1 guya işə çıxmaqla əmək haqqı almasına dair biləbilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid1 "xxxx" ASC tərəfindən verilmiş 416974******4608 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə köçürülmüş cəmi 3.839,45 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2020ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid9 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid9 guya işə çıxmaqla əmək haqqı almasına dair biləbilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid9ya "xxxx" ASC tərəfindən verilmiş 510307******6984 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə köçürülmüş cəmi 1.906,73 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2021-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid6 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid6 guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid6 "xxxx" ASC tərəfindən verilmiş 416974******4056 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2021-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə köçürülmüş cəmi 466,7 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2021-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən X10 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Azay Əliyevin guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Azay Əliyevə "xxxx" ASC tərəfindən verilmiş 416974******7770 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2021-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə köçürülmüş cəmi 337,70 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2021-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində xadiməçi kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid3 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid3 guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid3 "xxxx" ASC tərəfindən verilmiş 416974******7279 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2021-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddətdə köçürülmüş cəmi 416,8 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2021-ci ilin aprel ayında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən X5 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Tərgül Məmmədovanın guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Tərgül Məmmədovaya "xxxx" ASC tərəfindən verilmiş 510307******4251 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2021-ci ilin aprel ayında köçürülmüş cəmi 94,8 manat məbləğində pul vəsaitini, həmçinin, eyni niyyətlə, 2021-ci ilin aprel ayında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsində yardım üzrə təlimatçı kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işə gəlməməklə əmək funksiyalarını icra etməyən Şahid4 işdən çıxarılmasını rəsmiləşdirməyib həmin müddət üzrə tərtib etdiyi əmək haqqı köçürülməsi üçün əsas olmuş işçilərin ödəniş tapşırıqlarına Cəmiyyətin Bərdə bölməsinin inzibati binasındakı xidməti otağında tamah niyyətilə Şahid4 guya işə çıxmaqla əmək haqqı almasına dair bilə-bilə yalan məlumatları daxil edib, həmin sənədi üzərində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Bərdə Şəhəri” sözləri yazılmış dairəvi möhürlə təsdiqləyib imzalamaqla Şahid4 "xxxx" ASC tərəfindən verilmiş 510307******7094 saylı əmək haqqı kartını özündə saxlayıb həmin kart hesabına 2021-ci ilin aprel ayında köçürülmüş cəmi 94,8 manat məbləğində pul vəsaitini, ümumilikdə qeyd edilən qaydada 11 halda özündə olan qeyd edilən plastik kartlara köçürülmüş pul vəsaitini həmin müddətdə hər ay Bərdə şəhərində yerləşən həmin banka məxsus bankomatlardan nağdlaşdıraraq çıxarmaqla və nağdsız qaydada öz şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinə məxsus olmaqla ona etibar edilmiş cəmi 12.069,28 manat (on iki min altmış doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarında olan ölüm haqqında akt qeydindən müəyyən olunur ki, X3 01 noyabr 2021-ci il tarixdə “kəskin respirator çatışmamazlığı” xəstəliyindən ölmüşdür. Belə ki, təqsirləndirilən şəxs X1 hüquqi varisi Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən atası X2 verilmiş ittihamı qəbul edərək atası Xanlar İsmayılov 01 noyabr 2021-ci il tarixdə öldüyündən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs X2 verilmiş ittihamı qəbul edərək Xanlar İsmayılov 01 noyabr 2021-ci il tarixdə öldüyündən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X3 01 noyabr 2021-ci il tarixdə öldüyündən cinayət işi üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs oğlu X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X3 01 noyabr 2021-ci il tarixdə öldüyündən cinayət işi üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə, X1 törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzibolunmaz dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, X3 01 noyabr 2021-ci il tarixdə öldüyündən onun Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.5-ci maddəsində nəzərdə tutulur ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 300.1 və 300.1.7-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Bu Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayətprosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, X3 öldüyündən onun Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X3 barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut olan "xxxx" ASC-yə məxsus üzərində "CAMİLA ALASGAROVA", "AYTEKİN HASANOVA", "AZAY ALİYEV", "HABİL HASANOV", "ELMİR İSMAYİLOV", "YASİN AGAYEV", "SHAFAQ ASADOVA", "AMİN HASANOV", "TARGUL MAMMADOVA", "ELMİR SAMADOV", "MİRJAMAL MİRZAYEV" sözləri yazılmış 11 ədəd əmək haqqı kartları, üzərində "ƏMƏK HAQ CƏDVƏLİ 2020" "AZ QAC BƏRDƏ BÖLMƏSİNİN İŞDƏN AZAD OLUNAN İŞÇİLƏRİN SƏNƏD QOVLUĞU" sözləri yazılmış kağız qovluqlarda olan Şahid5, Şahid8 Yusibəli oğlu, Şahid2, X7, Şahid1, Şahid9, Şahid6, X14, Şahid3, X8 və Şahid4 ilə bağlanmış əmək müqavilələri, işə qəbul olunmaları bardə yazdıqları ərizələr, "xxxx" ASC-nin plastik kartlar hazırlaması haqqında tapşırıqlar, əmək haqqı cədvəlləri, ödəniş tapşırıqları, mədaxil reyestrləri, "xxxx" ASC-nin 22 oktyabr 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş hesabdan çıxarışlar, 1 ədəd plastik kartlarından nağdlaşdırma əməliyyatlarına dair görüntüləri özündə əks etdirən CD disk və üzərində "Az. QAC Bərdə r-n bölməsi. əmr kitabı başlanıb 03.2019-cu il" sözləri yazılmış əmr jurnalının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 299, 300, 301, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə təqsirləndirilən şəxs X3 öldüyündən Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-yə məxsus üzərində "CAMİLA ALASGAROVA", "AYTEKİN HASANOVA", "AZAY ALİYEV", "HABİL HASANOV", "ELMİR İSMAYİLOV", "YASİN AGAYEV", "SHAFAQ ASADOVA", "AMİN HASANOV", "TARGUL MAMMADOVA", "ELMİR SAMADOV", "MİRJAMAL MİRZAYEV" sözləri yazılmış 11 ədəd əmək haqqı kartları, üzərində "ƏMƏK HAQ CƏDVƏLİ 2020" "AZ QAC BƏRDƏ BÖLMƏSİNİN İŞDƏN AZAD OLUNAN İŞÇİLƏRİN SƏNƏD QOVLUĞU" sözləri yazılmış kağız qovluqlarda olan Şahid5, Şahid8 Yusibəli oğlu, Şahid2, X7, Şahid1, Şahid9, Şahid6, X14, Şahid3, X8 və Şahid4 ilə bağlanmış əmək müqavilələri, işə qəbul olunmaları bardə yazdıqları ərizələr, "xxxx" ASC-nin plastik kartlar hazırlaması haqqında tapşırıqlar, əmək haqqı cədvəlləri, ödəniş tapşırıqları, mədaxil reyestrləri, "xxxx" ASC-nin 22 oktyabr 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş hesabdan çıxarışlar, 1 ədəd plastik kartlarından nağdlaşdırma əməliyyatlarına dair görüntüləri özündə əks etdirən CD disk və üzərində "Az. QAC Bərdə rn bölməsi. əmr kitabı başlanıb 03.2019-cu il" sözləri yazılmış əmr jurnalının cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-207/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-207/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver