Məhkəmə qərarları › İş №1(021)-207/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-207/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-207/2022 22.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Goranboy rayonu Borsunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdə və vaxtda qaynı X9 və bacısı Şahid1 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzillə bağlı sonuncunun 03 aprel 2021-ci il tarixdə verdiyi etibarnamə əsasında notariat hərəkətlərində istifadə etmək məqsədi ilə yaşadığı Goranboy rayonu, Borsunlu kəndində yerləşən evində hüquqi əhəmiyyətə malik olmaqla hüquq verən 10 yanvar 1968-ci il təvəllüdlü Ukrayna Respublikasının vətəndaşı və hazırda orada yaşayan qaynı X4 25 dekabr 2015-ci il tarixdə ölməsi barədə 27 avqust 2021-ci il tarixli, 977 nömrəli saxta arayışın kserosurəti və Fikrət Yusifovla 04 iyun 2004-cü il tarixdən hazırkı vaxta qədər rəsmi nikah münasibətlərində olan xx xxxx 1984-cü il təvəllüdlü bacısı Şahid1 subaylığı haqqında 11 sentyabr 2021-ci il tarixli, 987 nömrəli saxta arayışın blanklarını – Azərbaycan Respublikasının saxta blanklarını mətbəə çap üsulu ilə və “Goranboy rayon qeydiyyat şöbəsi” məzmunlu Azərbaycan Respublikasının saxta dövlət möhürünü kustar üsulu ilə hazırladıqdan sonra, eyni məqsədlə mətnlərini lazer printerdə çap etdirməklə və üzərindəki “Goranboy rayon qeydiyyat şöbəsinin rəisi” qrafasındakı imzaları Şahid6 adından özü icra etməklə və üzərinə həmin dairəvi möhürü relyef klişedən birbaşa vuraraq qeyd edilən sənədləri saxtalaşdırıb qanunsuz hazırlamış və həmin saxta sənədləri 15 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospekti 100 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “Asan Xidmət”mərkəzində notariat ofisinə təqdim edərək ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə Şahid1 adından Şahid4 hədiyyə verilməsinə dair 15 sentyabr 2021-ci il tarixli, 4Ə-1827 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanılmasına nail olmaqla bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsinə göstərmişdir ki, o, Şahid1 onun bacısı, Şahid4 isə anasıdır. Bacısı Elnarə 2004-cü ildə həmkəndlisi Fikrət Yusifovla ailə qurmuşdur. X8 vətəndaşıdır, Mariupol şəhərində yaşayaraq ticarətlə məşğul olur. Fikrətlə Elnarənin nigahından bir qızı və bir oğlu vardır. Onların qızının 15, oğlunun isə 5 yaşı vardır. Fikrətlə Elnarə əvvəl mehriban yola getmişlər, aralarında narazılıq olmamışdır. Fikrət Ukraynada qazandığı pulu ona göndərmiş, o, isə Fikrətin razılığı ilə Gəncə şəhərində 2 ədəd üç otaqlı, 2 ədəd isə iki otaqlı, 1 ədəd mağaza almışdır. Evləri və mağazanı bacısı Elnarənin adına almışdır. 2019-cu ildə Fikrətin anası ömüş, Fikrət anasının yas mərasimi ilə əlaqədar qardaşı Gündüzlə birlikdə Azərbaycana Respublikasına gəlmişdir. Yas mərasimində iştirak etdikdən sonra Fikrət ona demişdir ki, Gəncə şəhərində aldığı evlərə və mağazaya baş çəkmək istəmişdir. O, Fikrəti Gəncə şəhərinə aparmış, Fikrətin qardaşı Gündüz də onlarla birlikdə Gəncə şəhərinə getmişdir. Həmin vaxtadək Fikrətin qardaşı Gəncə şəhərində alınmış evlərdən və mağazadan xəbəri olmamışdır. O, Fikrəti Gəncə şəhərinə aparmış evləri və mağazası ilə tanış etdikdən sonra Fikrətin qardaşları Gündüz, Arif və Arifin oğlu Samir Fikrətdən onlar üçündə mülk almasını istəmişlər. Bundan sonra Fikrət Goranboy rayonu Borsunlu kəndinin ərazisində qardaşları üçün 10 hektar torpaq sahəsi və kafe almışdır. Fikrət 10 hektar sahəni və kafeni qardaşı Arifə vermişdir. Bu hadisələrdən sonra Fikrətlə Elnarənin arasında narazılıq yaranmağa başlamışdır. 2021-ci il may ayının 26-da Fikrət Ukrayna Respublikasında Elnarəni döymüş və Elnarədən Azərbaycan Respublikasıdakı adına olan əmlakın Samirə etibar edilməsinə dair etibarnamə alaraq Samirə göndərmişdir. Samir də Elnarənin və Fikrətin verdiyi etibarnamə əsasında Fikrətin Borsunlu kəndindəki 10 hektar torpaq sahəsini başqasının adına sənədləşdirmək istəmiş, bundan xəbər tutan kimi o, dərhal Elnarəyə məlumat vermiş, Elnarə etibarnaməni ləğv etdirdiyindən Samir 10 hektar sahəni başqasının adına sənədləşdirə bilməmişdir. Bundan sonra o, qohumunun vasitəsi ilə Elnarəni və Elnarənin uşaqlarını Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı konsulluğuna yerləşdirmiş, konsulluq da Elnarəni Azərbaycana Respublikasına göndərmişdir. Bundan sonra Fikrət qardaşı Arifin adına etibarnamə verərək Azərbaycan Respublikasında əmlakının bölünməsi haqqında iddia qaldırmağı tapşırmışdır. Arif də Fikrətin verdiyi etibarnamə əsasında mülkün bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Elnarə 2020-ci ildə Azərbaycan Respublikasına gəldikdən sonra iki ay Azərbaycan Respublikasınada yaşadıqdan sonra uşaqlarını da götürərək Ukraynaya Respublikasına getmişdir. Elnarənin ona verdiyi etibarnamə əsasında 2021-ci ilin sentyabr ayında o, Elnarənin ünvan 2 ünvanında yerləşən iki otaqlı evini 2021-ci il sentyabrayının 15-də Bərdə Asan Xidmət Mərkəzində bağışlama müqaviləsi ilə anası Şahid4 hədiyyə etmiş, daha sonra həmin evə müştəri tapmış və evi 32000 manata satmışdır. Evi satmağının səbəbi Elnarə ilə Fikrətin arasında münaqişə baş verməsi və Elnarə uşaqları ilə birlikdə Kiyevşəhərində yaşadıqları üçün bacı Elnarə ondan pul istəmiş, o, da Elnarənin adına olan evi sataraq pulunu Elnarəyə göndərmək qərarına gəlmişdir. Buna görə də qaynı X4 həmin evi satılması üçün razılıq imzası lazım olmmuşdur. Çünki nikah dövründə əldə edilmiş əmlakın saatılması və ya bağışlanması üçün ər və ya arvadın razılıq imzası olmalıdır. Həmin vaxtlar qaynı Fikrət Yusifovla bacısı Elnarənin aralarında soyuqluq olduğu üçün o, Elanərinin ona verdiyi etibarnamə əsasında həmin ünvan 6 ünvanında yerləşən mənzili anası Şahid4 bağışlamaq üçün qaynı Fikrət Yusifovun razılıq imzasını al bilməyəciyindən Fikrət Yusifovu ölmüş və bacısı Şahid1 subay göstərməli olduğu üçün Goranboy rayon qeydiyyat şöbəsinin adından X4 ölməsini və bacısı Elnarənin subay olması haqqında saxta arayış hazırlamaq üçün yollar axtarmağa başlamışdır. Bundan sonra “Youtub” proqramına mobil telefonda baxaraq yaşadığı evdə möhür hazırladıqdan sonra evində Goranboy rayon qeydiyyat şöbəsinin adından 25 dekabr 2015-ci il tarixdə X4 ölməsi haqqında 977 nömrəli saxta arayış və bacısının subay olması haqqında saxta arayış hazırlamışdır. Bütün bunları etdikdən sonra 15 sentyabr 2022-ci il tarixdə həmin sənədləri Bərdə rayonunda yerləşən Bərdə “Asan Xidmət” mərkəznin notariat ofisinə təqdim edərək ünvan 7 ünvanında yerləşən evi anası Şahid4 bacısı adından bağışlanma edərək həmin evin satılmasına səbəb olmuşdur. Həmçinin bildirmişdir ki, ilkin ifadələrində etdiyi əməli etiraf etməməyinin səbəbi məsüliyyətinin dahada ağırlaşmasından qorxaraq elə ifadə vermişdir. Etdiyi əməldən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, X9 ilə 2004-cü ildə ailə qurmuş, birgə nikahdan iki övladları vardır. Fikrət Yusifovla ailə qurduqdan sonra Ukraynanın Mariupol şəhərində yaşayır. Fikrət Mariupol şəhərində ticarət ilə məşğul olmuşdur. 2012-ci ildən 2019-cu ilədək olan müddətdə onlar Gəncə şəhərində 2 ədəd üç otaqlı, 2 ədəd isə iki otaqlı, 1 ədəd mağaza, Goranboy rayon Borsunlu kəndində isə 10 hektar torpaq sahəsi və 1 ədə kafe almışlar. 2021-ci ilin may ayının 26-da Fikrət Ukranyada döymüş və o, uşaqlarını götürüb evdən çıxmış, Kiyev şəhərində konsullugun yaxınlığında kirayə ev tutub 9 ay həmin evdə uşaqları ilə birlikdə yaşamışdır. 2022-ci ilin fevral ayında Rusiya Ukranya müharibəsi başlamış, 09 mart 2022-ci il tarixdə uşaqları ilə birlikdə Azərbaycana gəlmişdir. Bildirmişdir ki Gəncə şəhərində alınmış mənzillər, mağaza, Goranboy rayon Borsunlu kəndində alınmış 10 hektar torpaq sahəsi və kafe onun adınadır. 2021-ci ilin mart ayında qardaşı Təqsirləndirilən şəxs etibarnamə vermişdir. 2021-ci ilin sentyabr ayında Elbrusa demişdir ki, Gəncə şəhərindəki mənzillərdən birini sataraq pulunu ona göndərsin. Çünki, Kiyev şəhərində konsulluğun yaxınlığında kirayə tutduqları evdə uşaqları ilə bir yerdə yaşamağı üçün onlara pul lazım olmuşdur. O, qardaşına demişdir ki, Gəncədəki mənzillərdən birini sataraq pulunu ona göndərsin. Elbrus da 2021-ci ilin sentyabr ayında onun verdiyi etibarnamə əsasında onun Gəncə şəhəri Kəpəz rayonunda yerləşən 2 otaqlı mənzilini anası Şahid4 bağışlamış və həmin mənzili 32000 manata satmışdır. Elbrus satdığı mənzilin pulunu ona göndərmiş və pulun göndərilməsi barədə qəbzlərin surətlərini istintaq orqanına təqdim etmişdir. Fikrətlə onun münasibətinin korlanmasına səbəb onun qaynı Arif, Gündüz və qaynın oğlu Samir, Ülvidir. Belə ki, qayınları Arif və Gündüz, qaynın oğlu X10 haqqında olmayan şeylər deyərək Fikrəti ona qarşı qaldırmış və Fikrət onu döyərək evdə girov kimi saxlamış, sənədlərini əlindən almışdır. O da xalasının kürəkəni Cəfərov Vaqifin vasitəsi ilə 01 iyun 2021-cil tarixdə evdən çıxıb uşaqlarını götürüb Kiyev şəhərinə gəlmiş və səfirliyin məlumatı əsasında Kiyevdə kirayə ev tutaraq 9 ay həmin evdə yaşamışdır. Qayınlarının və qaynı oğlanlarının niyyəti Fikrətlə onu boşandırmaq və Fikrətin pulunu ələ keçirmək olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid5 ifadə verərək bildirdi ki, X11 onun kiçik qardaşıdır. Fikrət 35 ildir ki, Ukrayna Respublikasında yaşayır, Ukrayna Respublikasının vətəndaşıdır. Fikrətin həyat yoldaşı Şahid1 həmkəndlisidir. Elnarənin dayısı Rəhmanla kirvəlik münasibəti olduğundan o, Fikrətin Elnarə ilə ailə qurmasına səbəbkar olmuşdur. Fikrətlə Elnarənin iki övladı vardır, böyük övladının 16, kiçik övladının isə 5 yaşı vardır. Fikrətlə Elnarənin münasibəti yaxşı olmuş, mehriban yola getmişlər. Fikrət Ukranya Respublikasının Mariopol səhərində ticarətlə məşğul olmuş, Mariopol şəhərində kafe və mağaza işlətmişdir. Fikrət Ukrayna Respublikasında qazandığı pulla Gəncə şəhərində 4 ev və 1 mağaza almış və aldığı əmlakı arvadı Elnarənin adına sənədləşdirmişdir. Şahid1 2015-ci il dekabr ayının 25-də qardaşı X12 Respublikasının Xarxov şəhərində ağciyər-ürək çatişmamazlığından ölməsi barədə saxta sənəd əldə etmiş və həmin sənədi Goranboy rayon qeydiyyat şöbəsinə təqdim edərək subay olması barədə saxta arayış əldə etmişdir. Elnarənin həmin saxta sənədi əldə etməsinin səbəbi onun saxta sənəd əsasında subay olması, qardaşı Fikrətin Gəncə şəhərində aldığı daşınmaz əmlakın yeganə mülkiyyətçisi kimi əmlaka yiyələnməsi və həmin əmlakı istədiyi kimi istifadə etmək istəyi olmuşdur. Elnarənin saxta sənəd əldə etməsindən 6-7 ay bundan əvvələ kimi onların xəbərləri olmamışdır. 2021-ci il iyun ayının 1-də Elnarə yaşadıqları evdə olan 40000 ABS dollarını götürərək azyaşlı oğlu Teymur ilə birlikdə Mariopol şəhərindən Kiyev şəhərinə qohumlarının evinə getmişlər. Həmin vaxt qardaşı Fikrət Elnarənin oğurlanması barədə polisə müraciət etmiş və araşdırma zamanı məlum olmuşdur ki, Elnarə uşaqla birlikdə oğurlanmamış, evdən pul götürüb qaçmışdır. Həmin vaxtdan Elnarə ilə qardaşı Fikrətin arasında münasibət korlanmışdır. Bundan sonra Elnarə Ukrayna Respublikasından Azerbaycan Respublikasına gələrək özünə saxta şəxsiyyət vəsiqəsi, xarici pasport almış və həmin sənədlə Ukrayna Respublikasına qayıdaraq uşaqları ilə birlikdə Azarbaycan Respublikasına gəlmişlər, Elnarə 2021-ci in sentyabr ayında saxta sənədlərindən isdifadə edərək Bərdə Asan Xidmət Mərkəzində notariusda ünvan 2 ünvanında yerləşən iki otaqli evi anası Şahid4 hədiyyə vermiş və həmin evi qardaşı Təqsirləndirilən şəxs vasitəsi ilə 32000 manata satdıraraq həmin pulu ələ keçirmişdir. Elnarə qardaşının evini hədiyyə verəndən sonra o, Gəncə şəhərindən özünə vəkil tutmuş və vəkili sənədləri araşdırarkən Elnarənin saxta sənəd əldə edərək qardaşı Fikrət Yusibovun öldüyünü, bu barədə saxta ölüm haqqında şəhadətnamə əldə etməklə qardaşının əmlakını yiyələndiyini aşkar etmişlər. Bunları bildikdən sonra o, Şahid1 və Şahid4 qarşı Goranboy rayon məhkəməsində iddia qaldırmış və Goranboy rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə qaldırdığı iddia təmin edilmiş, Şahid1 ilə Şahid4 arasında 15 sentyabr 2021-ci il tarixdə Bərdə ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Şahid1 saxta sənəd əldə edərək qardaşı Fikrət Yusibovun əmlakını dələduzluq yolu ilə ələ keçirilməsi faktı araşdırılmaqla Şahid1 barəsində cinayat işi başlanaraq istintaq aparılmalı və bu işləri görməkdə Şahid1 köməklik edən Təqsirləndirilən şəxs da cinayət məsulliyətinə cəlb olunmasını tələb etmişdir. Həmçinin bildirmişdir ki, qardaşı Fikrət Yusibov hazırda Ukrayna Respublikasının Dnepropetrovsk şəhərindədir. Çünki Mariopol şəhəri Rusiya qoşunları tərəfindən mühasirəyə alınmış, Fikrət də Dnepropetrovsk şəhərində qardaşı Gündüzün yanında qalmışdır. Təqsirləndirilən şəxs yalan məlumat vermişdir. Belə ki, qardaşı Fikrət Yusibov kriminala meyilli olmamışdır. Qardaşı Ukrayna Respublikasında müharibə başlamazdan əvvəl Mariopol şəhərində yaşamış və ticarətlə məşğul olmuşdur. Hazırda isə qardaşı X15 Respublikasında davam edən müharibə ilə bağlı Mariopol şəhərindən çıxaraq Dnepr şəhərindədir. Qardaşı heç bir vaxt Ukrayna Respublikası tərəfindən axtarışa verilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2015-cı ildən Bərdə şəhərində yerləşən Bərdə Asan Xidmət Mərkəzində Notarita ofisində çalışır. Hazırda həmin ofisdə baş mütəxəssis vəzifəsində çalışır. İşinin icarsı ilə bağlı hər gün səhər saat 09:00-dan axşam saat 17:00-dək X19 xidməti otağında olur. X23 vətəndaşlar notariat fəaliyyəti ilə bağlı müraciət edən zaman növbəli şəkildə qəbul olunurlar. Vətəndaşlar ilkin olaraq notariat fəaliyyəti ilə bağlı hərəkətlər edilməsinə görə müvafiq növbələri çatdıqdan sonra onun çalışdığı ofisdə çalışan işçilərə yəni mütəxəssis və operatorlara yaxınlaşırlar. Həmin mütəxəssis və operatorlar isə vətəndaşların təqdim etdikləri sənədləri yoxladıqdan sonra həmin sənədləri notariat ofisinin notariusuna təqdim edirlər. Notarius da sənədlərin qanuna müvafiq olmasını yoxladıqdan sonra notariat fəaliyyətini həyata keçir. Hazırda barələrində soruşulan Təqsirləndirilən şəxs və Şahid4 tanımır. Onlarla heç bir münasibəti olmamışdır. Həmin şəxslər ev bağışlanması ilə bağlı 15 sentyabr 2021-ci il tarixində onun çalışdığı X19 yerləşən notariat ofisinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona verilmiş etibarnamə əsasında ünvan 8 ünvanında yerləşən iki otaqlı 44.8 kvadrat metr sahəsi olan evi anası Şahid4 bağışlamaq istədiyini bildirmişdir. Bunun üçün də onlar müvafiq sənədləri təqdim etmişlər. Həmin vaxt sənədlərin ilkin yoxlanılması onun tərəfindən yoxlanılmaqla notarius Şahid2 təqdim olunmuşdur. Təqdim edilən sənədlər Şahid1 adından Təqsirləndirilən şəxs verilm iş etibarnamə, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 şəxsiyyət vəsiqəsi, bağışlanma ediləcək evə dair çıxarış, bağışlanmalı olan evin mülkiyyətçisi Şahid1 subay olması barədə Goranboy rayon Qeydiyyat şöbəsindən verilmiş arayış və eyni zamanda bağışlanmalı olan evin mülkiyyətçisi Şahid1 ərinin ölməsi barədə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış olmuşdur. Notariat ofisində həmin sənədlər onun tərəfindən yoxlanılaraq notarius Tamaşaya təqdim edilmişdir. Bağışlanma edilməsi üçün isə digər sənədlər sistem vasitəsi ilə onun tərəfindən yoxlanılaraq notarius Tamaşaya təqdim edilmişdir. Odur ki, təqdim edilmiş və sistemdən çıxarmış olduqları sənədlərdə hər hansısa bir problem və ya qanuna uyğunsuzluq olmadığı üçün Şahid1 tərəfindən verilmiş etbarnamə əsasında onun adına olan ünvan 8 ünvanında yerləşən iki otaqlı 44.8 kvadrat metr sahəsi olan ev Təqsirləndirilən şəxs tərəfindən anası Şahid4 bağışlanmışdır. Bununla bağlı isə notarius Şahid2 tərəfindən müvafiq sənədlər hazırlanmış, sonda isə bağışlanmaya dair sənədlər hər iki vətəndaşa verilmişdir. Qeyd etdiyi kimi ünvan 8 ünvanında yerləşən iki otaqlı 44.8 kvadrat metr sahəsi olan evin bağışlanması ilə bağlı onlara təqdim edilmiş sənədlər Şahid1 Kərim qızının adından Təqsirləndirilən şəxs Kərim oğluna verilmiş iş etibarnamə, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 şəxsiyyət vəsiqəsi, bağışlanma ediləcək evə dair çıxarış, bağışlanmalı olan evin mülkiyyətçidir. Şahid1 subay olması barədə Goranboy rayon Qeydiyyat şöbəsindən verilmiş arayış və eyni zamanda bağışlanmalı olan evin mülkiyyətçisi Şahid1 ərinin ölməsi barədə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış olmuşdur. Həmin sənədlər isə ilk öncə ona təqdim edilmişdir. O isə həmin sənədləri ilkin yoxladıqdan sonra sənədləri notarius Şahid2 təqdim etmişdir. Həmin sənədləri isə ona bağışlanma üçün gəlmiş şəxslər yəni Təqsirləndirilən şəxs və Şahid4 təqdim etmişdir. O, təqdim edilmiş sənədlər içərisində iki arayışın saxta olması ilə bağlı heç bir şübhə doğuran hal müəyyən etməmişdir. Belə ki, təqdim edilən hər iki arayış Respublika üzrə Qeydiyyat şöbələri tərəfindən verilən rekvizitlərə uyğun hazırlanmışdır. Arayışların aşağı hissəsində imza və peçat yerində olmuşdur. Odur ki, bağışlanma ediləcək evə dair təqdim edilmiş sənədlər və onlar tərəfindən sistem vasitəsi ilə yoxlanılan sənədlərin qanuna müvafiq olması tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş subayliq və ölüm haqqında arayışlar o və ya notarius Tamaşa tərəfindən vahid sistem vasitəsi ilə yoxlanılmamışdır. Ümumiyyətlə onlar Qeydiyyat şöbələri tərəfindən verilmiş ölüm haqqında və subaylıq haqqında arayışları sistem ilə yoxlamırlar. Həmin sənədlər Qeydiyyat şöbələri tərəfindən vahid sistemə vurulmadığından onlar da həmin sənədlərin həqiqiliyini sistem vasitəsi ilə yoxlaya bilmirlər. Onlar sadəcə olaraq subaylıq haqqında arayış tərtib edilmiş şəxsin sonradan ailə qurub-qurmamasını sistem vasitəsi ilə yoxlayırlar. Bundan başqa isə təlimata uyğun olaraq vahid sistem mərkəzində yerləşdirilmiş sənədləri o və digər notariat ofisinin işçiləri sistem vastəsi ilə yoxlayırlar. Lakin vahid mərkəz sisteminə yerləşdirilməmiş sənədlər sistemdə mövcud olmadığı üçün yoxlama apara bilmirlər. Belə olan halda təqdim edilmiş sənədlərin rekvizitlərinə və bütün rekvizitlər standartlara uyğun olduqda notariat hərəkətkəti aparılırmışdır. Təqsirləndirilən şəxs və Şahid4 yalan ifadə vermişdirlər. Belə ki, təlimata uyğun olaraq hansısa notariat hərəkətinin aparılması üçün tərəflərin iştirakı mütləqdir. Bağışlanma ilə bağlı isə təlimata uyğun olaraq hər bir halda bağışlanma ediən mülkün sahibi, sahibi olmadıqda səlahiyyətli nümayəndəsi, bağışlanan şəxsin özü və ya səlahiyyətli nümayəndəsi mütləq şəkildə notariat ofisində olmalıdır. Təqsirləndirilən şəxs Şahid1 adından verilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə kimi Gəncə şəhərində yerləşən evin bağışlanması ilə bağlı çıxış etmişdirlər. Şahid4 isə evin bağışlanıldığı kimi çıxış etmişdir. Yəni Elbrus və ya Təliqənin hər hansısa səlahiyyətli nümayəndəsi notariyat hərəkətlərində çıxış etməmişdirlər. Buna görə də bağışlanma ilə bağlı təlimata uyğun olaraq onların hər ikisi notariat ofisində olmuş, subaylıq və ölüm haqqında arayışları şəxsən təqdim etmişdirlər. Ona təqdim edilmiş ölüm və subaylıq haqqında arayışların saxta olmasını heç bir halda anlaya bilməzlər. O yox ümumiyyətlə başqa bir şəxs də həmin sənədlərin saxta olmasını anlaya bilməz. Çünki, təqdim edilən sənədlər Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş və bütün rekvizitlərə uygun olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirdi ki, 2016-cı ildən Bərdə şəhərində yerləşən Bərdə Asan Xidmət Mərkəzində notarita ofisində notarius vəzifəsində çalışır. İşinin icarsı ilə bağlı hər gün səhər saat 09:00-dan axşam saat 17:00-dək X19 xidməti otağında olmuşdur. X19 vətəndaşlar notariat fəaliyyəti ilə bağlı müraciət edən zaman növbəli şəkildə qəbul olunurlar. Vətəndaşlar ilkin olaraq notariat fəaliyyəti ilə bağlı hərəkətlər edilməsinə görə müvafiq növbələri çatdıqdan sonra onun çalışdığı ofisdə çalışan işçilərə yəni mütəxəssis və operatorlara yaxınlaşırlar. Həmin mütəxəssis və operatorlar isə vətəndaşların təqdim etdikləri sənədləri yoxladıqdan sonra həmin sənədləri ona təqdim edirlər. O da sənədlərin qanuna müvafiq olmasını yoxladıqdan sonra notariat fəaliyyətini həyata keçirir. Hazırda barəsində soruşulan Təqsirləndirilən şəxs və Şahid4 tanımır. Onlarla heç bir münasibəti olmamışdır. Həmin şəxslər ev bağışlanması ilə bağlı 15 sentyabr 2021-ci il tarixində onun çalışdığı X19 yerləşən notariat ofisinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona verilmiş etibarnamə əsasında ünvan 8 ünvanında yerləşən iki otaqlı 44.8 kvadrat metr sahəsi olan evi anası Şahid4 bağışlamaq istədiyini bildirmişdir. Bunun üçün də onlar müvafiq sənədləri təqdim etmişlər. Həmin vaxt sənədlərin ilkin yoxlanılması onun çalışdığı ofisdə baş mütəxəssis vəzifəsində çalışan Səadət tərəfindən yoxlanılmaqla ona təqdim olunmuşdur. Təqdim edilən sənədlər Şahid1 adından Təqsirləndirilən şəxs verilmiş etibarnamə, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 şəxsiyyət vəsiqəsi, bağışlanma ediləcək evə dair çıxarış, bağışlanmalı olan evin mülkiyyətçisi Şahid1 subay olması barədə Goranboy rayon Qeydiyyat şöbəsindən verilmiş arayış və eyni zamanda bağışlanmalı olan evin mülkiyyətçisi Şahid1 ərinin ölməsi barədə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış olmuşdur. Notariat ofisində həmin sənədlər baş mütəxəssis Səadət tərəfindən yoxlanılaraq ona təqdim edilmişdir. Bağışlanma edilməsi üçün isə digər sənədlər sistem vasitəsi ilə baş mütəxəssis Səadət tərəfindən yoxlanılıb ona təqdim edilmişdir. Odur ki, təqdim edilmiş və sistemdən çıxarmış olduqları sənədlərdə hər hansısa bir problem və ya qanuna uyğunsuzluq olmadığı üçün Şahid1 tərəfindən verilmiş etbarnamə əsasında onun adına olan ünvan 8 ünvanında yerləşən iki otaqlı 44.8 kvadrat metr sahəsi olan ev Təqsirləndirilən şəxs tərəfindən anası Şahid4 bağışlanmışdır. Bununla bağlı isə onun tərəfindən müvafiq sənədlər hazırlanmış, sonda isə bağışlanmaya dair sənədlər hər iki vətəndaşa verilmişdir. Həmçinin bildirmişdir ki, qeyd etdiyi kimi ünvan 8 ünvanında yerləşən iki otaqlı 44.8 kvadrat metr sahəsi olan evin bağışlanması ilə bağlı onlara təqdim edilmiş sənədlər Şahid1 Kərim qızının adından Təqsirləndirilən şəxs Kərim oğluna verilm iş etibarnamə, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, Şahid4 şəxsiyyət vəsiqəsi, bağışlanma ediləcək evə dair çıxarış, bağışlanmalı olan evin mülkiyyətçisidir. Şahid1 subay olması barədə Goranboy rayon Qeydiyyat şöbəsindən verilmiş arayış və eyni zamanda bağışlanmalı olan evin mülkiyyətçisi Şahid1 ərinin ölməsi barədə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış olmuşdur. Həmin sənədlər isə ondan öncə ofisdə baş mütəxəssis vəzifəsində çalışan Səadətə təqdim edilmişdir. Səadət isə həmin sənədləri ilkin yoxladıqdan sonra sənədləri ona təqdim etmişdir. Həmin sənədləri isə Səadətə bağışlanma üçün gəlmiş şəxslər yəni Təqsirləndirilən şəxs və Şahid4 təqdim etmişdir. O, təqdim edilmiş sənədlər içərisində iki arayışın saxta olması ilə bağlı heç bir şübhə doğuran hal müəyyən etməmiş, təqdim edilən hər iki arayış Respublika üzrə Qeydiyyat şöbələri tərəfindən verilən rekvizitlərə uyğun hazırlanmışdır. Arayışların aşağı hissəsində imza və peçat yerində olmuşdur. Odur ki, bağışlanma ediləcək evə dair təqdim edilmiş sənədlər və onlar tərəfindən sistem vasitəsi ilə yoxlanılan sənədlərin qanuna müvafiq olması tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş subayliq və ölüm haqqında arayışlar o və ya ofisdə baş mütəxəssis vəzifəsində çalışan Səadət tərəfindən vahid sistem vasitəsi ilə yoxlanılmamışdır. Ümumiyyətlə onlar Qeydiyyat şöbələri tərəfindən verilmiş ölüm haqqında və subaylıq haqqında arayışları sistem ilə yoxlamırlar. Həmin sənədlər Qeydiyyat şöbələri tərəfindən vahid sistemə vurulmadığından onlar da həmin sənədlərin həqiqiliyini sistem vasitəsi ilə yoxlaya bilmirlər. Onlar sadəcə olaraq subaylıq haqqında arayış tərtib edilmiş şəxsin sonradan ailə qurub-qurmamasını sistem vasitəsi ilə yoxlamışlar. Bundan başqa isə təlimata uyğun olaraq vahid sistem mərkəzində yerləşdirilmiş sənədləri o və digər notariat ofisinin işçiləri sistem vastəsi ilə yoxlamışlar. Lakin vahid mərkəz sisteminə yerləşdirilməmiş sənədlər sistemdə mövcud olmadığı üçün yoxlama apara bilmirlər. Belə olan halda təqdim edilmiş sənədlərin rekvizitlərinə və bütün rekvizitlər standartlara uyğun olduqda notariat hərəkətkəti aparılırmışdır. Həmçinin Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 yalan ifadə vermişlər. Belə ki, təlimata uyğun olaraq hansısa notariat hərəkətinin aparılması üçün tərəflərin iştirakı mütləqdir. Bağışlanma ilə bağlı isə təlimata uyğun olaraq hər bir halda bağışlanma edilən mülkün sahibi, sahibi olmadıqda səlahiyyətli nümayəndəsi, bağışlanan şəxsin özü və ya səlahiyyətli nümayəndəsi mütləq şəkildə notariat ofisində olmalıdır. Təqsirləndirilən şəxs Şahid1 adından verilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə kimi Gəncə şəhərində yerləşən evin bağışlanması ilə bağlı çıxış etmişlər. Şahid4 isə evin bağışlanıldığı kimi çıxış etmiş, yəni Elbrus və ya Təliqənin hər hansısa səlahiyyətli nümayəndəsi notariat hərəkətlərində çıxış etməmişdir. Buna görə də bağışlanma ilə bağlı təlimata uyğun olaraq onların hər ikisi notariat ofisində olmuş, subaylıq və ölüm haqqında arayışları şəxsən təqdim etmişlər. Ona təqdim edilmiş ölüm və subaylıq haqqında arayışların saxta olmasını heç bir halda anlaya bilməz. O yox ümumiyyətlə başqa bir şəxs də həmin sənədlərin saxta olmasını anlaya bilməz, çünki, təqdim edilən sənədlər Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş və bütün rekvizitlərə uygun olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək bildirdi ki, Şahid1 onun qızı, Fikrət Yusifov isə yeznəsidir. Elnarə Fikrətlə 2004-cü ildə ailə qurmuş və onunla birgə nikahdan iki övladı vardır. Fikrətlə Elnarə ailə qurduqları vaxtdan Ukraynanın Mariuqol yaşayırmışlar, Fikrət ticarətlə məşğul olaraq pul qazanmış və qazandığı pulla qızı Elnarə son 7-8 ildə Gəncədə iki ədəd üç otaqlı, iki ədəd iki otaqlı mənzil, bir ədəd mağaza, Goranboy rayon Borsunlu kəndində 10 hektar torpaq sahəsi və bir ədəd kafe almışdır. 2021-ci ilin may ayında Fikrət qardaşlarının sözünə əsasən qızı Elnarəni döymüş, Elnarə də bacısının kürəkəninin köməkliyi ilə uşaqlarını götürüb Kiyev şəhərin getmiş və Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı səfirliyinə məlumat vermişdir. 9 ay Elnarə Kiyev şəhərində kirayədə yaşamış, Fikrət Elnarəyə və uşaqlara baxmadığı üçün Elnarəyə pul lazım olmuş, o, Goranboy rayonu Borsunlu kəndində yerləşən evini sata bilmədiyinə görə Elnarə qardaşı Elbrusa Gəncə şəhərində aldığı evlərdən birini satmağı tapşırmışdır. 2021-ci ilin sentyabr ayında oğlu Elbrus onu Bərdə şəhərinə Asan Xidmət Mərkəzinə aparmış, orda X16 şəhərindəki iki otaqlı mənzilini ona bağışlamışdır. Elnarənin Elbrusa etbarnaməsi olduğundan Elbrus Elnarənin mənzilini ona notariusda bağışlamış və bundan sonra Elbrus həmin mənzilə müştəri taparaq 32000 manata satmışdır. Elbrus satdığı mənzilin pulunu Elnarəyə göndərmiş, Elnarə həmin pulla Kiyev şəhərində 2022-ci ilin mart ayınadək qalmışdır. Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra Elnarə uşaqlarını səfirliyin köməkliyi ilə Azərbaycan Respublikasına gətirmişdir. O həmçinin bildirmişdir ki, yeznəsi X4 25 dekabr 2015-ci ildə Ukraynanın Xarkov şəhərində ölümü haqqında saxta sənədin kim tərəfindən əldə edildiyini bilmir. Fikrət ölməmiş, sağdır və eşitdiyinə görə Ukraynanın Denpropetrovsk şəhərindədir. Qızı Şahid1 subay olmağı barədə Goranboy rayon Qeydiyyat şöbəsindən arayışı kim tərəfindən alındığını bilmir. 2021-ci ilin sentyabr ayında qızı Elnarənin Gəncə şəhəri Kəpəz rayonunda yerləşən iki otaqlı mənzili satdırmağından onun əri Fikrətin xəbəri olmamışdır. 2021-ci ilin sentyabr ayında oğlu Təqsirləndirilən şəxs onu Bərdə şəhərinə apararaq orada Asan Xidmət Mərkəzində yerləşən notariusda qızı Elnarənin adına ünvan 8 ünvanında yerləşən iki otaqlı mənzili ona bağışlama müqaviləsi ilə ona bağışlamışdır. Həmin vaxt notariusa hansı sənədlərin təqdim olunduğunu bilməmişdir. O, ümumiyyətlə savadsız insan olduğundan notariusda bağışlanma müqaviləsinin bağlanması üçün hansı sənədlərin tələb olunduğunu bilmir. Onun qızı Elnarə subay deyil ailəlidir, yeznəsi Fikrət Yusifovda ölməmişdir, sağdır, Elnarənin subay olmagı və Fikrətin ölümü haqqında olan arayışlar saxta sənədlərdir. Həmin sənədlər kim tərəfindən əldə olduğunu və kimin tərəfindən, hansısa məqsədlə istifadə olunduğunu bilmir. Məhkəmə istintaqı zamanı Şahid6 verərək bildirdi ki, o 2008-ci ildən Goranboy rayon Qeydiyyat şöbəsinin müdiri vəzifəsində işləyir. Goranboy rayon Borsunlu kəndində qeydiyyatda olan Şahid1 Kərim qızını və onun əri X5 tanımır, onlarla heç bir əlaqəsi olmamışdır. Şahid1 və Fikrət Yusifovun adlarını 2021-ci ilin dekabr ayının sonlarında eşitmişdir. Belə ki, 24 dekabr 2021-ci il tarixdə Gəncə şəhər Vəkil Bürosunun vəkili X13 rayon Qeydiyyat şöbəsinə müraciət edərək Şahid1 subaylığı haqqında arayış istəmiş, Fuad İsgəndərovun müraciətinə baxılması ilə əlaqədar Şahid1 subay olub-olmaması X2 Reyesterində yoxlanılmış və onun 04 iyun 2004cü ildə X9 ilə Goranboy rayon Qeydiyyat şöbəsində nikaha girməsi müəyyən olunmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqdim olunan arayışlara baxmış,hər iki ayarış Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilməmiş, saxta sənədlərmişdir. Adının üst tərəfində imza ona məxsus deyil, “Əsli ilə düzdür ” ştampı onun işlədiyi idarədə mövcud deyil, həmin saxta sənədlər kim tərəfindən hazırlandığını bilmir. Cinayət işi materiallarına əlavə edilmiş 05 may 2022-ci il tarixdə kompleks məhkəməxətşunaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspertizanın 16 iyun 2022-ci il tarixli 4/746, 5/571 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-xətşunaslıq üzrə ekspertizaya təqdim olunmuş, 27 avqust 2021-ci il tarixli 977 nömrəli arayışın kserosurətində: 11 sentyabr 2021-ci il tarixli 987 nömrəli arayışda “Goranboy rayon qeydiyyat şöbəsinin rəisi” qrafasındakı imzalar – Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekpertizası üzrə

1. Tədqiqata təqdim edilmiş Şahid1 subaylığı barədə 11 sentyabr 2021-ci il tarixli, 987 nömrəli arayışın blankı mətbəə çap üsulu ilə hazırlanmışdır.

2. Təqdim edilmiş Şahid1 subaylığı barədə 11 sentyabr 2021-ci il tarixli, 987 nömrəli arayışın üzərində olan mətin lazer prinetrdə çap edilmişdir.

3. Təqdim edilmiş Şahid1 subaylığı barədə 11 sentyabr 2021-ci il tarixli, 987 nömrəli arayışın üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurlumuşdur.

4. Təqdim edilmiş Şahid1 subaylığı barədə 11 sentyabr 2021-ci il tarixli, 987 nömrəli, X4 ölüm haqqında 27 avqust 2021-ci il tarixli, 977 nömrəli arayışların üzərlərində olan “Goranboy rayon qeydiyyat şöbəsi” məzmunlu möhür əksi və reproqrafik surəti təqdim edilmiş eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. Cinayət işi materiallarına əlavə edilmiş jurnala baxış keçirilməsi haqqında 20 aprel 2022ci il tarixli protokoldan görünür ki, Goranboy rayon Qeydiyyat şöbəsinin “Subaylıq arayışları” jurnalına baxış keçirilərkən məlum olmuşdur ki, jurnal ofis dəftəridir, jurnalda ilk qeydiyyat 27 iyul 2021-ci il tarixdə aparılmışdır. Jurnalda 27 avqust 2021-ci il tarixdə X4 ölümü barədə və Şahid1 subaylığı haqqında qeydə rast gəlinməmişdir. Habelə jurnalın yazılmağa başlandığı 27 iyul 2021-ci il tarixdən yoxlanma tarixinə,yəni 20 aprel 2022-ci il tarixədək nə X4 ölümü haqqında, nə də Şahid1 subaylığı haqqında arayış verilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən Goranboy rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri cənab Babək Paşayevə göndərilmiş 19 aprel 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Borsunlu kənd sakini Şahid1 tərəfindən şöbəyə hər hansı bir sənədin istənilməsi barədə müraciət edilməmiş, eyni zamanda həmin şəxsin adına hər hansı bir sənəd tərtib edilib verilməmişdir. Əlavə olaraq bildirilir ki, Borsunlu kəndində doğulmuş X4 ölümü şöbə tərəfindən qeydə alınmamış, habelə onun ölümü haqqında heç bir sənəd verilməmişdir. Eyni zamanda X9 və Şahid1 arasında nikah 04 iyun 2004-cü il tarixdə 52 nömrə ilə Goranboy rayon qeydiyyat şöbəsində qeydə alınmışdır və hazırda həmin nikah qüvvədədir. Cinayət işi materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX , № ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 7 ünvanında 44.8 kv metr sahəli ev Şahid1 tam paylı xüsusi mülkiyyətindədir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından müəyyən olunur ki, Şahid1 ünvan 7 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda başqa heçbir şəxs yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nin Borsunlu kənd İƏD-i üzrə nümayəndəliyindən daxil olmuş 19 oktyabr 2022-ci il tarixli 494 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Salmanov X7 rayonu Borsunlu kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Beləliklə, istintaqla sübut edilmişdir ki, X6 istintaqla müəyyən edilməyən tarixdə və vaxtda qaynı X9 və bacısı Şahid1 birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzillə bağlı sonuncunun 03 aprel 2021-ci il tarixdə verdiyi etibarnamə əsasında notariat hərəkətlərində istifadə etmək məqsədi ilə yaşadığı Goranboy rayonu, Borsunlu kəndində yerləşən evində hüquqi əhəmiyyətə malik olmaqla hüquq verən 10 yanvar 1968-ci il təvəllüdlü Ukrayna Respublikasının vətəndaşı və hazırda orada yaşayan qaynı X4 25 dekabr 2015-ci il tarixdə ölməsi barədə 27 avqust 2021-ci il tarixli, 977 nömrəli saxta arayışın kserosurəti və Fikrət Yusifovla 04 iyun 2004-cü il tarixdən hazırkı vaxta qədər rəsmi nikah münasibətlərində olan xx xxxx 1984-cü il təvəllüdlü bacısı Şahid1 subaylığı haqqında 11 sentyabr 2021-ci il tarixli, 987 nömrəli saxta arayışın blanklarını-Azərbaycan Respublikasının saxta blanklarını mətbəə çap üsulu ilə və “Goranboy rayon qeydiyyat şöbəsi” məzmunlu Azərbaycan Respublikasının saxta dövlət möhürünü kustar üsulu ilə hazırladıqdan sonra, eyni məqsədlə mətnlərini lazer printerdə çap etdirməklə və üzərindəki “Goranboy rayon qeydiyyat şöbəsinin rəisi” qrafasındakı imzaları Şahid6 adından özü icra etməklə və üzərinə həmin dairəvi möhürü relyef klişedən birbaşa vuraraq qeyd edilən sənədləri saxtalaşdırıb qanunsuz hazırlamış və həmin saxta sənədləri 15 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Bərdə şəhəri, Heydər Əliyev prospekti 100 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “Asan Xidmət”mərkəzində notariat ofisinə təqdim edərək ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə Şahid1 adından Şahid4 hədiyyə verilməsinə dair 15 sentyabr 2021-ci il tarixli, 4Ə-1827 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanılmasına nail olmaqla bilə-bilə hüquq verən saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin şərh edilməsinə dair» 15 noyabr 2019cu il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayət predmentini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və ya onun üzərində elə qanunsuz hərəkətlərin edilməsidir ki, bu hərəkətlər nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və ya qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduqları əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalsarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxsə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1. təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzan yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmamasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməllərinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzalarının təyin edilməsini məqsədə uyğun hesab edir Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd edilən hallar təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələrində təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edənElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar