Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-209/2025 26.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Bala Qəcər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Probasiya şöbəsinin 27 yanvar 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverənlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndində əsasən həmin cəzadan azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Bala Qəcər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəs, Karvan küçəsində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstinad edilən əməlin halları Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə xx.xx.2025-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonu, Bala Qəcər kəndində gəlib həmin kəndin mərkəzi hissəsində yaşayan X3 məxsus fərdi yaşayış evinin yola tərəf hissəsində inşa edilmiş və sonuncu tərəfindən istifadəsinə razılıq verilmiş Qəşəng Səfərovanın qardaşı qızı Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasının dam örtüyünü əli ilə mexaniki təsir göstərib sındıraraq oradan saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq mağazanın içərisinə quraşdırılmış piştaxtanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 490 manat pul əskinaslarından və 60 manat məbləğində qəpik pullardan ibarət ümumilikdə 550 manat nağd pulu və dəqiq sayları istintaqla müəyyən edilməsi mümkün olmayan 24 manat məbləğində 1 və 3 manatlıq «Azercell» ödəniş danışıq kartlarını gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 574 (beş yüz yetmiş dörd manat) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, onun himayəsində bir azyaşlı uşağı vardır. O, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, “Xocavəndin” və “Füzulinin” azad olunmasına görə meddallarla təltif edilmiş, eyni zaman da «Cəsur döyüşçü» medalı ilə təltif edilmişdir. O, Bərdə rayonu, Bala Qəcər kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o, tək olaraq yaşadığı Bakı şəhərindən tanımadığı taksi ilə Bərdə rayonu, Bala Qəcər kəndində yaşayan atası Vüqar Novruzovun bacısı, yəni bibisi Şahid2 yaşadığı evə qonaq gəlmişdir. Həmin gün orada olduqdan sonra pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o, bibisi Şahid2 yaşadığı Bakı şəhərinə gedəcəyini bildirib Şahid2 yaşadığı evdən çıxdıqdan sonra xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixə keçən gecə tək olaraq Bala Qəcər kənd ərazisində piyada gəzərkən tanıdığı Zərərçəkmiş şəxs işlətdiyi bibisi, onun tanıdığı X2 yaşadığı fərdi yaşayış evin həyətində yerləşən bir mərtəbəli mişar daşı ilə tikilmiş mağazanın yaxınlığından keçərkən həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə həmin mağazanın ətrafına nəzər yetirmiş, mağazanın ətrafında və yaxınlıqda müşahidə kamerasının olmadığını gördükdən sonra mağazanın küçəyə açılan qapısının qarşısına yaxınlaşmışdır. Mağazanın tavan hissəsi işlənmiş vəziyyətdə olan yuxarı hissəsi örtülü olduğundan hər iki əli ilə güc verib aralıqdan sonra tavan hissədən mağazanın içərisinə daxil olmuşdur. Bundan sonra o, mağazanın içərisində pul axtararkən mağazanın içərisində kassa üçün nəzərdə tutulmuş yerə baxarkən kağız pul əskinaslarının, qəpik pulların və «Azercell» danışıq kartlarının olduğunu görüb həmin kağız pul əskinaslarını, qəpik pulları və «Azərcell» danışıq kartlarını götürüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyub mağazanın içərisindən Qəşəng Səfərovaya məxsus fərdi yaşayış evinin həyətinə açılan dəmir materialdan olan qapının rəzəsini əli ilə açıb həyətə çıxmışdır. Həmin vaxt o, oradan mişar daşı ilə hasarlanmış hasarın üzərinə çıxıb küçəyə çıxmış və kənd arası yolla gedərkən həmin pulları saymağa başlamışdır. Həmin vaxt pulları saymışdır, lakin hal-hazırda sayını xatırlamır. «Azercell» danışıq kartları da olmuşdur. Bundan sonra Bala Qəcər kənd ərazisindən tanımadığı taksi ilə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən «Avtovağzal»a getmiş və oradan isə tanımadığı taksi ilə yaşadığı Bakı şəhərinə getmişdir. Bundan sonra həmin pulları Bakı şəhəri ərazisində şəxsi ehtiyaclarına xərcləmiş, danışıq kartlarını isə mobil telefonunda istifadə etmişdir. Lakin oğurluq etməyi barədə ailə üzvlərinin və Bala Qəcər kəndində yaşayan bibisi Şahid2 məlumatı olmamışdır. Məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin məhkəmə istintaq zamanı vermiş olduğu ifadə Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Bala Qəcər kəndində yaşayır. Yaşadığı Bərdə rayonu, Bala Qəcər kəndi ərazisində atasının bacısının fərdi yaşayış evinin həyətində özünə məxsus ərzaq mağazası var. Belə ki, bibisi Qəşəng Səfərova ailə üzvləri ilə təxminən 10 ildən artıqdır ki, Bərdə şəhərində yaşadığı üçün həmin ünvanda heç kim yaşamır. O, da bibisi Qəşəng Səfərovanın razılığı ilə fərdi yaşayış evinin həyətində yerləşən həmin mağazanı təxminən 15 ildir ki, tək olaraq işlədir. Həmin mağaza bir mərtəbəli olmaqla mişar daşları ilə tikilmişdir. O, həmin mağazanın içərisində ərzaq və qeyri ərzaq məhsulları satır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, işlətdiyi mağazaya getmiş və gün ərzində həmin mağazada olduqdan sonra həmin gün axşam saat 19 radələrində mağazanın giriş qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 08 radələrində o, yaşadığı evdən işlədiyi mağazaya getmiş və giriş qapısını açdıqdan sonra mağazanın içərisinə daxil olmuşdur. O, əvvəlcə havanın küləkli olması səbəbi ilə mağazanın tavan hissəsinə ziyan dəydiyini düşünmüşdür. Həmin vaxt mağazadan oğurluq olduğunu başa düşmüşdür. Buna görə də o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib mağazasından oğurluq hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Ümumilikdə ona 574 manat maddi ziyan dəymişdir. Bundan sonra bibisi Qəşəng Səfərovanın fərdi yaşayış evinə quraşdırılmış müşahidə kamerasının yaddaş videogörüntüsünə polis əməkdaşları ilə baxarkən xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixə keçən gecə işlətdiyi mağazanın tavan hissəsindən qanunsuz daxil olan 1 nəfər cavan oğlanın olduğunu görüb həmin şəxsin həmkəndlisi və tanıdığı Təqsirləndirilən şəxs olduğunu görüb polis əməkdaşlarına bildirmişdir. Dəymiş maddi zərər nağd pul əskinaslarından və mobil operatora məxsus danışıq kartlarından ibarət olmuşdur. Ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, hal-hazırda hər hansı şikayət və tələbi yoxdur. Şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, X5 onun anasıdır, Bərdə rayonu, Bala Qəcər kəndində anasına məxsus 1 mərtəbəli fərdi yaşayış evi var. Onlar əvvəl həmin evdə yaşasa da, lakin təxminən 10 ildən artıqdır ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayır. Həmin evdə heç kim yaşamasa da, evin həyətyanı sahəsində yerləşən 1 mərtəbəli mağazanı dayısı qızı Zərərçəkmiş şəxs işlədir. Belə ki, Zərərçəkmiş şəxs Bərdə rayonu, Bala Qəcər kəndində yaşayır, subaydır, heç bir yerdə işləmədiyi üçün anası həmin mağazanı işlətmək üçün Zərərçəkmiş şəxs vermişdir. Buna görə də Zərərçəkmiş şəxs həmin mağazanı işlədir. 19 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib məlumat verərək xx.xx.2025ci il tarixdən, xx.xx.2025-ci il tarixə keçən gecə işlətdiyi həmin mağazanın içərisindən oğurluq cinayət hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs əvvəlcə oğurluq cinayət əməlini törədən şəxsin kim olduğunu bilməsə də, lakin həmin evin içərisinə quraşdırılmış müşahidə kamerasının videogörüntüsünə baxarkən xx.xx.2025-ci il tarixdən, xx.xx.2025- ci il tarixə keçən gecə işlətdiyi mağazanın tavan hissəsindən qanunsuz daxil olan 1 nəfər cavan oğlanın olduğunu görüb həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görüb polis əməkdaşlarına bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, hər hansı bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs isə onun qardaşı oğludur. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tək olaraq yaşadığı Bakı şəhərindən onun yaşadığı evə qonaq gəlmişdir. Təqsirləndirilən şəxs təxminən 2 gün onun yaşadığı evdə qonaq qaldıqdan sonra 18 sentyabr 2025-ci tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb yaşadığı Bakı şəhərinə gedəcəyini bildirib çıxıb getmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixə keçən gecə saat 00:20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs işlətdiyi yaşadığı kənd ərazisində yerləşən bibisi X3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ərzaq mağazasının içərisindən oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulduqdan sonra onun bu barədə məlumatı olmuşdur. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs oğurluq cinayət əməlini törətdikdən sonra onun yaşadığı evə gəlməmiş və bu barədə onun hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini törətdikdən sonra yaşadığı Bakı şəhərinə getmiş, lakin sonradan polis əməkdaşları tərəfindən müəyyən edildikdən sonra tutulmuşdur. Buna görə də onun əvvəlcədən hər hansı bir məlumatı olmamışdır. İş materiallarına istinad Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 19 sentyabr 2025-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən X3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasına baxış keçirilərkən Zərərçəkmiş şəxs mağazanın içərisindən ümumilikdə 700 (yeddi yüz) manat pulun və 30 manat dəyərində olan «Azercell>>> danışıq kartlarının oğurlandığı yeri əli ilə göstərmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predment götürülməmişdir. Baxış zamanı mağazanın bir neçə görnüşdən fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 27 sentyabr 2025-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Zərərçəkmiş şəxs təqdim etmiş olduğu hadisə yerini özündə əks etdirən içərisində videogörüntü olan 1 (bir) ədəd <DVD>> diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskin içərisində olan 1 (bir) ədəd videogörüntüdə Bərdə rayonu, Bala Qəcər kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi X2 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən mağazanın arxa tərəfindən qara saçlı, hündür boylu, əynində qara rəngli gödəkçə olan bir nəfər kişi cinsli cavan oğlanın mağaza istiqamətində piyada hərəkət edərək mağazanın tavan hissəsindən mağazanın içərisinə daxil olması və mağazanın arxa qapısından çıxaraq naməlum istiqamətə getməsi müşahidə edilmişdir. Həmin 1 (bir) ədəd <<DVD> disk və videogörüntüdən çəkilmiş 2 ədəd fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 09 oktyabr 2025-ci il tarixdə tərəfimdən Zərərçəkmiş şəxs iştirakı ilə həmin 1 (bir) ədəd <DVD>> diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, VİD-20250930-WA0028 saylı 24 saniyə müddətində olan 1 (bir) ədəd videofayl aşkar edilmiş, həmin diskin içərisindəolan 1 (bir) ədəd videogörüntüdə Bərdə rayonu, Bala Qəcər kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi X2 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən mağazanın arxa tərəfindən qara saçlı, hündür boylu, əynində qara rəngli gödəkçə olan bir nəfər kişi cinsli cavan oğlanın mağaza istiqamətində piyada hərəkət edərək mağazanın tavan hissəsindən mağazanın içərisinə daxil olması və mağazanın arxa qapısından çıxaraq naməlum istiqamətə getməsi müşahidə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs işlətdiyi mağazaya qanunsuz daxil olan həmin şəxsin həmkəndlisi və tanıdığı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 20 oktyabr 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs və müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə həmin 1 (bir) ədəd <<DVD> diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, VİD-20250930-WA0028 saylı 24 saniyə müddətində olan 1 (bir) ədəd videofayl aşkar edilmiş, həmin diskin içərisində olan 1 (bir) ədəd videogörüntüdə Bərdə rayonu, Bala Qəcər kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi X2 yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən mağazanın arxa tərəfindən qara saçlı, hündür boylu, əynində qara rəngli gödəkçə olan bir nəfər kişi cinsli cavan oğlanın mağaza istiqamətində piyada hərəkət edərək mağazanın tavan hissəsindən mağazanın içərisinə daxil olması və mağazanın arxa qapısından çıxaraq naməlum istiqamətə getməsi müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özünün olduğunu və qeyd edilən mağazaya tavan hissədən qanunsuz daxil olaraq mağazanın içərisindən oğurluq cinayət əməlini törətdiyini bildirmişdir. İş üzrə tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 21 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək 19 sentyabr 2025-ci il tarixdə, gecə saat 00:20 dəqiqədə Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazanın tavan hissəsindən mağazasının içərisinə qanunsuz olaraq daxil olduğunu, mağazanın içərisindən kassa üçün nəzərdə tutulmuş yerdən 490 (dörd yüz doxsan) manat nəğd pul əskinaslarını, 60 manat qəpik pulları və 24 manat dəyərində olan 1 və 3 manatlıq <<Azercell>» danışıq kartlarını oğurladığı yeri əli ilə göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən hadisə yerinin bir neçə görünüşdən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 01 noyabr 2025-ci il tarixli, 745 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Bala Qəcər kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakteriza olunur, himayəsində 1 (bir) az yaşlı övladı var. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş «Bərdə rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin daxil olmuş 17 noyabr 2025-ci il tarixli məktubdan görünür ki Təqsirləndirilən şəxs Bərdə RMX phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsin X7 şöbəsinin xx.xx.2025-ci il tarixli, 840 saylı məhkəmə- psixiatrik ekspertizasının rəyin nəticə hissəsində yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda nevrasteniya, anamnezində dissosiativ daxilolmalarla aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri təsdiq edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən nevrasteniya onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda nevrasteniya, anamnezində dissosiativ daxilolmalarla aşkar olunur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona itthiam olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəktlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 noyabr 2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-56/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğul Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmi 09 (doqquz) gün müddətinin 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 18 (on səkkiz) gün çıxılaraq üzərində qəti olaran 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tək olaraq Bərdə rayonu, Bala Qəcər kəndində yaşayan Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasından oğurluq cimnayət əməlini törətmiş, Təqsirləndirilən şəxs törətmiş olduğucinayət hadisəsindən başqa rayon ərazisində və digər rayon ərazilərində hər hansı bir cinayət hadisəsinin törədilməsində iştirak etməsi müəyyən edilməmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni görmüş şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsinə vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində ona ümumilikdə 574 (beş yüz yetmiş dörd) manat maddi ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikasının Ali Məhkəmənin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarın 2-ci bəndində verilmiş şərhə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-21-ci bəndlərinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadələri, tədqiq olunmuş cinayət işi materiallarında olan hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması protokolları və digər sənədlərlə cinayət əməli sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində himayəsində 01 azyaşlı uşağının olması, anlaqlılığı istisna etməyən pisixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı tamamilə könüllü olaraq ödəməsi və 59.2-ci maddəsinə əsasən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alır. Bütün bunlara baxmayaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər anoloji cinayət törətmiş, məhkəmə tərəfindən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamış, yəni islah olunmamışdır. Məhkəmə göstərilən əsaslardan irəli gələrək, təqsirləndirilən şəxsin barəsində həmin maddənin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının minumum həddinin təyin edilməsini əsaslı, qanuni və ədalətli hesab edir. Məhkəmə xüsusilə qeyd edir ki, əvvəlki cinayət üzrə məhkumluq ödənilməmiş və götürülməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 20 (iyirmi) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 20 (iyirmi) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (həbsdə saxlanılan təqsirləndirilən şəxsə rəsmi qaydada verildiyi gündən) Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı gündən sonraki gün qanuni qüvvəyə minir. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-209/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-209/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver