Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-21/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1964-cü il tarixdə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Laçın şəhəri, Nəriman Nərimanov küçəsi ev 73-də qeydiyyatda olan və Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, sürücülük hüququ olmaqla ayıq vəziyyətdə “AA 437272” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus idarə etdiyi «Kamaz-55111» markalı, “**-BB-***” qeydiyyat nişanlı yük avtomobili ilə 12 may 2020-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu, Zümürxan kəndi ərazisində avtomagistral yolda 50-60 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb qarşı hərəkət zolağında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin əzilmiş-cırılmış-didilmiş yarası, burun sümüyünün sınığı(cərrahi əməliyyat ehtiyacdır), üz nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sürücü Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşayiət olunan alın, sol almacıq nahiyələrinin qançırları, sol yanaq və sağ baldır nahiyələrinin sıyrıqları, sağ və sol diz oynağı nahiyələrinin qançırları və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobilə, ümumilikdə, 13082(on üç min səksən iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsini öz adına rəsmiləşdirdiyi “Kamaz 55111” markalı ** BB *** qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyaraq dolandırır. Yük avtomobilini idarə etmək üçün AE 803143 seriya nömrəli sürücülük vəsiqəsi vardır. 12 may 2020-ci il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi “Kamaz 55111” markalı ** BB *** qeydiyyat nişanlı yük avtomobili ilə Tərtər rayonu ərazisindən qum yükü ilə Bərdə şəhəri istiqamətinə avtomagistral ilə 40 km/saat sürətlə hərəkət etmişdir. Bərdə rayonu Zümürxan kəndi ərazisində “Çənlibel” restoranına çatmamış, avtomobillər sıx hərəkət etmişdir. Bu zaman onun hərəkət zolağının sağ tərəfində arxaya doğru dövlət qeydiyyat nişanını görmədiyi “Mercedes Atego” markalı yük avtomobili hərəkət etmişdir. O, həmin avtomobil ilə toqquşmamaq üçün düz xəttli yolda qarşı hərəkət zolağına çıxıb ötmə əməliyyatını yerinə yetirmək istəmişdir. O, qarşı hərəkət zolağına çıxan kimi ağ rəngli “Chevrolet Cruze” markalı ** DV *** qeydiyyat nişanlı minik avtomobilinin üzərinə doğru gəldiyini görmüşdür. O, həmin avtomobil ilə toqquşmamaq üçün idarə etdiyi yük avtomobilini yolun sol tərəfinə doğru çəkmişdir. Lakin, toqquşmadan yayına bilməmişdir. “Chevrolet Cruze” markalı ** DV *** qeydiyyat nişanlı minik avtomobili onun avtomobilinin qabaq sağ tərəfindən dəymiş, qarşı-qarşıya toqquşmuşdur. O, idarə etməni itirib yolun sol tərəfində səkidə dayanmışdır. Hadisə nəticəsində o, xəsarət almamışdır. Lakin, “Chevrolet Cruze” markalı ** DV *** qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almasından məlumatı olmuşdur. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmamışdır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş mülki iddia ilə bağlı qeyd etdi ki, mülki iddianı qəbul etmir. Belə ki, zərərçəkmişin avtomaşınına ziyan vursa da həmin məbləği o yox sığorta şirkəti ödəməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 12.05.2020-ci il tarixə kimi Bərdə şəhəri ərazisində Asif adlı şəxsə məxsus yeməkxanada aşbaz işləmişdir. Sonuncu dəfə 12.05.2020-ci il tarixdə təxminən saat 11-radələrində işlədiyi yeməkxanadan Asif adlı şəxsin övladı Zərərçəkmiş şəxs1 onu “Chevrolet Cruze minik” markalı **-DV-*** qeydiyyat nişanlı şəxsi avtomili ilə yaşadığı ünvana aparmışdır. Vasif avtomobili Bərdə-Tərtər avtomagistralı ilə Bərdə şəhəri tərəfdən Tərtər rayonu istiqamətində idarə etmişdir. O, avtomobildə arxa sağ oturacaqda əyləşmişdir. Vasif avtomobili təxminən orta sürətlə yəni, normal sürətlə öz hərəkət zolağı ilə idarə etmişdir. Magistral yolda “Çənlibel” restoranının yaxınlığında avtomobilin salonundan onların hərəkət zolaqlarında qarşıdan üzərlərinə doğru hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 55111” markalı **-BB-*** qeydiyyat nişanlı yük avtomobilini görmüşdür. Bu vaxt o, qışqıraraq Vasifə yük avtomobili ilə toqquşacaqlarını bildirmişdir. Vasif baş verəcək hadisənin qarşısını almağa görə sürəti azaldaraq avtomobili sağa doğru hərəkət etdirmiş, lakin, hadisənin qarşısını ala bilməmişdir. Elə bu vaxt sərnişini olduğu avtomobil ilə yük avtomobili qarşı-qarşıya toqquşmuşdur. Toqquşmada zərbənin təsirindən o, özündən asılı olmadan arxa oturacaqdan qabağa doğru hərəkət etmiş və baş nahiyyəsi qabaq şüşəyə dəymişdir. Onun alın, burun nahiyyələrimdən qan axmağa başlamış, o, özünü itirmədən avtomobilin qapısını açıb aşağa düşmüş və Vasifin avtomobildən düşməsində köməklik göstərmişdir. Az sonra ətrafda olan tanımadığı şəxslər onu Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar və orada ona ilkin tibbi yardım göstərilmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil atası X2 məxsusdur. O, həmin avtomobili ƏN-V 151389 nömrəli etibarnamə vasitəsi ilə idarə etmişdir. Tərtər dəmir yol xəttinin yaxınlığında atası Asif kafe işlədir. O da karantin rejimi olduğu üçün atasına köməklik etmişdir. 12 may 2020ci il tarixdə saat 12 radələrində kafelərində aşbaz işləyən Zərərçəkmiş şəxs2 yaşadığı Bərdə rayonu Zümürxan kəndinə aparmışdır. O, Bərdə-Tərtər avtomagistralında Tərtər rayonu istiqamətində təxminən 55-60 km/saat sürətlə hərəkət etmişdir. Bərdə-Tərtər avtomagistralında Tərtər rayonu istiqamətində hərəkətdə olarkən yolun “Çənlibel” restoranın yaxınlığında qarşı hərəkət zolağından qəflətən sarı rəngli “Kamaz” markalı ** BB *** qeydiyyat nişanlı yük avtomobilinin yüksək sürətlə hərəkət edərək ötmə əmliyyatı edib onun yoluna çıxdığını, onun üzərinə gəldiyini görmüşdür. O, əyləcə basıb, “Kamaz”ın sürücüsündən öz yolu ilə hərəkət etməsini bildirmək üçün xəbərdaredici uzaqvuran işıqla xəbərdarlıq etmiş və avtomobili yolun sağ kənarına doğru çəkmişdir, lakin, “Kamaz” markalı avtomobil ilə toqquşmadan yayına bilməmişdir. O, “Kamaz” markalı yük avtomobili ilə toqquşmazdan əvvəl sürətini 20-25 km/saata qədər azaltmış və öz hərəkət zolağında yolun sağ kənarında olmuşdur. Toqquşma zamanı onun idarə etdiyi avtomobilin qabaq hissəsi “Kamaz” markalı avtomobilin sağ qabaq tərəfinə dəymişdir. O, hava şarları açıldığı üçün huşunu itirmişdir. Özünə gəldikdən sonra avtomobildən arxa qapıdan enib, sərnişin Zərərçəkmiş şəxs2 baş nahiyəsinin qanadığını görüb, həyəcanlandığı üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, avtoqəza ilə bağlı məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, hadisə yerinə baxış keçirib müayinə etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, qanuni cəza təyin edilməsini xahiş etdi. Eyni zamanda, Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi mülki iddia ərizəsinə uyğun izahat verərək təqsirləndirilən şəxsdən 13082 manat maddi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, 2012-ci ildən X3, həmin tarixdən də Bərdə RPŞ-nin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəlllər tanımamış, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. 12.05.2020-ci il saat 09-dan 13.05.2020-ci il saat 09-a qədər növbə üzrə qrafikə uyğun olaraq ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşdur. 12.05.2020-ci il tarixdə saat 11 radələrində xidmətdə olan zaman Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində iki avtomobilin qarşı-qarşıya toqquşması barədə ona məlumat daxil olmuşdur. Onlar dərhal aidiyyəti üzrə Bərdə RPŞ-nin Növbətçi Hissəsinə xüsusi rabitə vasitəsilə məlumat verdikdən sonra hadisə baş verən yerə getmişdir. Bu zaman Zümürxan kəndi istiqamətində yolun sağ tərəfində səkidə Kamaz- 55111 markalı ** BB *** nömrə nişanlı yük avtomobilinin dayandığı, yolun ortasında isə Chevrolete Cruze markalı ** DV *** nömrə nişanlı avtomobilin qəzalı vəziyyətdə dayanmasını görmüşdür. Bundan sonra hadisə yerinə müstəntiq gəlmişdir. Hadisə yeri müstəntiq tərəfindən müayinə olunmuş, ölçülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokol və sxem tərtib edilmiş, protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Daha sonra onlar aidiyyəti üzrə xidmət yerlərinə qayıdaraq xidmətlərini davam etdirmişdir. Cinayət işinə əlavə edilmiş 12.05.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 55111” markalı, “**-BB-***” qeydiyyat nişanlı yük avtomobil ilə Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze minik” markalı, “**-DV- ***” dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli 8/1270 nömrəli rəyindən görünür ki, Kamaz-55111 markalı, “**- BB-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı omuşdur. Cinayət işinə əlavə edilmiş MTE və PA ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzininin 04.06.2020-ci il tarixli, 463 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər- beyin silkələnməsi ilə müşayət olunan başın təpə nahiyyəsinin əzilmiş-cırılmış-didilmiş yarası, burun sümüyünün sınığı(cərrahi əməliyyat ehtiyacdır), üz nahiyyəsinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə-yəni 12.05.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş MTE və PA ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzininin 13.05.2020-ci il tarixli, 383 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayət olunan alın, sol almacıq nahiyyələrinin qançırları sol yanaq və sağ baldır nahiyyələrinin sıyrıqları, sağ və sol diz oynağı nahiyyələrinin qançırları və sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə-yəni 12.05.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş 12.05.2020-ci il tarixli 451 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. Cinayət işinə əlavə edilmiş 05.03.2014-cü il tarixdə Az. Res. DİN BDYPİ İmişli RQİTBŞ tərəfindən verilmiş AE 803143 nömrəli “CD” dərəcli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs yük avtomobili və avtobus idarə etmək üçün sürücülük hüququ vardır. Cinayət işinə əlavə edilmiş 23.12.2003-cü il tarixdə Az. Res. DİN BDYPİ İmişli 11 saylı RQİB tərəfindən verilmiş “AA N 437272” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 55111” markalı, **-BB-*** qeydiyyat nişanlı yük avtomobili Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinə əlavə edilmiş “X8” MMC Service tərəfindən verilmiş 29.05.2020-ci il tarixli Preyskurantdan(“İlkin qiymətləndirmə aktı”) görünür ki, Zərərçəkmiş şəxs1 “Chevrolet Cruze” markalı, “**-DV-***” dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ilə birlikdə” ümumilikdə 13082 (on üç min səksən iki) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu sürücülük hüququ olmaqla ayıq vəziyyətdə “AA 437272” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus idarə etdiyi «Kamaz- 55111» markalı, “**-BB-***” qeydiyyat nişanlı yük avtomobili ilə 12 may 2020-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu, Zümürxan kəndi ərazisində avtomagistral yolda 50-60 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxıb qarşı hərəkət zolağında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin əzilmiş-cırılmış-didilmiş yarası, burun sümüyünün sınığı(cərrahi əməliyyat ehtiyacdır), üz nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sürücü Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşayiət olunan alın, sol almacıq nahiyələrinin qançırları, sol yanaq və sağ baldır nahiyələrinin sıyrıqları, sağ və sol diz oynağı nahiyələrinin qançırları və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, həmçinin Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Cruze” markalı, “**-DV-***” qeydiyyat nişanlı avtomobilə, ümumilikdə, 13082(on üç min səksən iki) manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 263.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun hadisəninin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəməyə təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi verərək Təqsirləndirilən şəxs 13082 manat maddi ziyanın tutulmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini dinləyib, mülki iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və mülki iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, CPM-in 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin avtomobilinə, ümumilikdə, 13082 (on üç min səksən iki) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş mülki iddia ilə bağlı bildirmişdir ki, o, zərərçəkmişin avtomaşınına ziyan vursa da həmin məbləği o yox sığorta şirkəti ödəməlidir. Bundan başqa, cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2020-ci il tarixli 8/1270 nömrəli rəyindən görünür ki, Kamaz-55111 markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı omuşdur. Cinayət işinə əlavə edilmiş “X8” MMC Service tərəfindən verilmiş 29.05.2020-ci il tarixli Preyskurantdan(“İlkin qiymətləndirmə aktı”) görünür ki, Zərərçəkmiş şəxs1 “Chevrolet Cruze” markalı, “**-DV-***” dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ilə birlikdə” ümumilikdə 13082 (on üç min səksən iki) manat məbləğində maddi ziyan dəymişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPMin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərarlardan biri əks etdirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə mülki iddia tələbi təmin edilməli, Təqsirləndirilən şəxs 13082 (on üç min səksən iki) manat məbləğində maddi ziyan və mülki iddia verilən zaman ödənilməmiş 30 manat dövlət rüsumu tutularaq mülki iddiaçıya ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Cruze” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 100 (yüz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Qarabağ qəsəbəsindəki yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs оğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs 13082 (on üç min səksən iki) manat maddi ziyan və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Cruze” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (yüz) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-21/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-21/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver