Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-21/2022 12.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1975-ci ildə Bərdə rayonu Mirzəcəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 25.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu 24.10.2021-ci il tarixdə Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində mübahisə yaranmışdır. Qeyd olunan tarixdə saat 18:30 radələrində yaşadığı evdən çıxaraq evinin arxa yolundan istifadə etməklə qohumunun toy mərasiminə gedən zaman cibindən telefon çıxardaraq danışmaq istədikdə Zərərçəkmiş şəxs yola çıxdıqda, Təqsirləndirilən şəxs oradan “ayaqyolu” kimi istifadə etməsini düşünərək sonuncuya etirazını bildirmiş, tərəflər arasında bu səbəbdən mübahisə baş vermişdir, mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq, burun nahiyəsinin qançırı və sıyrığı ilə burun sümüyünün yerdəyişməyən sınığı, başın alın, təpə nahiyəsinin əzilmiş yaraları, sağ əlin 4-cü barmağının gərilməsi ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayon Mirzəcəfərli kəndində yaşayır, evlidir, üç övladı vardır. Rəsmi olaraq heçbir yerdə işləmir, kənd təsərrüfatı ilə məşğuldur. 24.10.2021-ci il tarixdə Bərdə rayonu Mirzəcəfərli kəndində qohumu evində toy məclisində olmuşdur, həmin vaxt qonşusu ondan sahəsində əkin işləri aparmasını xahiş etmişdir, bu məqsədlə o yanacaq almış və öz yaşadığı evə getmişdir. O evə gəldikdə qızı Pəridə evdə olmuş, o Pəridən arvadı Nurlanənin harada olduğunu soruşmuşdur, Pəri ona Nurlanənin toy evində olduğunu və evə qayıtmadığını bildirmişdir. O evdən cıxmış və ara yolla toy olan evə doğru getmiş, həmin vaxt həyat yoldaşına zəng etmək üçün cibindən mobil telefonu çıxartmışdır, bu zaman qonşusu Nizami küçəyə çıxmış və ona yolun kənarından sanitar qovşağı kimi istifadə etdiyini düşünərək ona öz iradını bildirmişdir. O cibindən mobil telefon çıxartmaq istədiyini bildirmiş, lakin bu zaman Nizami ona inanmayaraq onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Buna görədə aralarında sözlə mübahisə baş vermiş, mübahisə zamanı o Zərərçəkmiş şəxs yerə yıxaraq onun baş və bədən nahiyəsinə coxsaylı yumruq zərbələri vurmuşdur. Bundan sonra o oradan kənarlaşaraq evə getmişdir. O, Zərərçəkmiş şəxs yalnız yumruqla döydüyünü bildirmişdir. Həmin vaxt orada başqa heçkim olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Bərdə rayon Mirzəcəfərli kəndində yaşayır, evlidir, dörd övladı vardır. 24.10.2021-ci il tarixdə saat 18:30 radələrində o hasarın kənarında olan dəmir toru düzəldən zaman qonşusu Həsən adlı şəxsin yolun kənarında dayanıb “ayaqyolu” kimi istifadə etdiyini görmüşdür. O Həsənə yaxınlaşaraq öz iradını bildirmiş, bu zaman Həsən ona kobud cavab vermiş, buna görədə aralarında mübahisə yaranmışdır, mübahisə zamanı Həsən qəflətən yumruqla onun burun nahiyəsinə vurmuşdur. Həmçinin mübahisə zamanı Həsən onun baş nahiyəsinə əlində olan küt əşya ilə vurmuşdur. O həmin əşyanın nə olduğunu görməmişdir. Onlar arasında mübahisə təxminən 3-4 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş ifadəsi, MTE-nin rəyi, Təqsirləndirilən şəxs oğlunun öz səmimi etirafedici ifadəsi və digər təhqiqat sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 25.10.2021-ci il tarixli 912 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – burun nahiyəsinin qançırı və sıyrığı ilə burun sümüyünün yer dəyişməyən sınığı, başın alın təpə nahiyəsinin əzilmiş yaraları, sağ əlin 4-cü barmağının gərilməsi - küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 24.10.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 52-53-cü vərəqələrində olan DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 25.01.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. 12.06.2020-ci ildə cəza müddəti başa çatmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqəsində olan Bərdə RİHB-nın Bərdə rayon Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Bu Qanunun 8-ci bəndinə görə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qanunun 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikasının CPM-nin 39.1 və 39.1.12-ci maddəsinə əsasən şəxs amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlana bilməz, başlanılmış cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 1.13, 8, 9.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının təsiri altına düşdüyündən, onun barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-21/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-21/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver