Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-21/2023 23.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Sayat oğlu Hüseynlinin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Nəsimi oğlunun, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx xxxx 1980-ci ildə Bərdə rayonu, Bala Qəcər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində işləmiş, hazırda işləməyən, Bərdə rayon məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, Bərdə rayonu, Bala Qəcər kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etməklə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, qeyrisini öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etməyə və vəzifəli şəxsi rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməyə təhrik etmiş, qeyrisinin öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamasında və vəzifəli şəxsin rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsində təkrarən köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Bərdə rayon İcra Hakimiyyəti üzrə 01 mart 2010-cu il tarixli 10 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə 21 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verməyə, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər verməyə, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etməyə, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməyə, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmağa, qanunla müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməyə, onların ərizə, şikayət və təkliflərinə baxmağa, lazımi tədbirlər görməyə və nəticəsi barədə vətəndaşlara məlumat verməyə, səlahiyyətləri çərçivəsində əmrlər verməyə və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi 17 dekabr 2012-ci il tarixdən nümayəndəlikdə mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını israf etməklə talamaq məqsədilə 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş qızı Şahid2 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında qabaqcadan əlbir olduğu nümayəndəliyin mühasibi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 ilə birlikdə tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan Şahid2 əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri özü və əlbir olduğu Təqsirləndirilən şəxs3 imzalayaraq idarənin möhürü ilə şəxsən təsdiq edib Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək hesablanaraq köçürülmüş cəmi 2.441,63 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrıayrı ünvanlarda, o cümlədən, Gəncə şəhəri, Bərdə rayonu, Yevlax şəhəri və sonuncu dəfə Bərdə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən poçt şöbəsində "xxxx" ASCyə məxsus bankomatlardan qızı Şahid2 həmin müddətdə çıxarmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla onlara etibar edilmiş cəmi 2.441,63 manat (iki min dörd yüz qırx bir manat altmış üç qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə israf etməklə talamış, Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Bərdə rayon İcra Hakimiyyəti üzrə 21 oktyabr 2019-cu il tarixli 122 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs1 2019-cu ilin oktyabr ayında müraciət edərək övladı olmaqla 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş qızı Şahid2 işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, onun işdən çıxarılmamaqla adının işçilər siyahısında saxlanılıb, əmək haqqı almasına şərait yaratmasını bildirməsinə əsasən, Təqsirləndirilən şəxs1la razılaşmaqla sövdələşib, təhriki əsasında sonuncu Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı talamaq məqsədilə Şahid2 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, təhriki əsasında Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan Şahid2 əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri Təqsirləndirilən şəxs1 qəsdən fərqli formada imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.400,1 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrı-ayrı ünvanlarda, o cümlədən, Abşeron rayonu, Bərdə rayonu, Göygöl şəhəri və sonuncu dəfə Gəncə şəhəri, Heydər Əliyev prospekti 44A ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan qızı Şahid2 həmin müddətdə çıxarmaqla, həmçinin onlayn ödənişlər etməklə şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.400,1 manat (beş min dörd yüz manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etməklə təkrarən talamağa və rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Bundan başqa, o, Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək sonuncunun öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə özünün verdiyi məsləhət əsasında Bərdə rayonu, Qurtlar kənd sakini Şahid1 Təqsirləndirilən şəxs1 tərəfindən verilən 02 mart 2020-ci il tarixli 06 saylı əmrlə nümayəndəliyə baş mühasib kimi sənədləşdirilərək Şahid1 adına "xxxx" ASC-nin Bərdə filialında hazırlanmış plastik kartın bankdan onun tərəfindən götürülməsinə nail olub Təqsirləndirilən şəxs1 tərəfindən alınmasından sonra Şahid1 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, həmin müddətdə Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında Təqsirləndirilən şəxs1 eyni xarakterli yardım edərək sonuncunun tamah niyyətilə guya Şahid1 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan sonuncuya əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri Təqsirləndirilən şəxs1 qəsdən fərqli formada imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid1 adına "xxxx" ASC-də açılmış 510307******5081 hesab nömrəli plastik bank kartına 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.427,94 manat məbləğində pul vəsaitinin Bərdə rayonu ərazisində ayrı-ayrı ünvanlarda, sonuncu dəfə ünvan 6yə məxsus bankomatlardan Təqsirləndirilən şəxs1 tərəfindən çıxarılmasından sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.427,94 manat (beş min dörd yüz iyirmi yeddi manat doxsan dörd qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamasında və rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ona görə ki, o, qeyrisinin təhriki və köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə və mənimsəmə yolu ilə təkrarən talamış, vəzifəli şəxs kimi qeyrisinin təhriki və köməkçiliyi ilə rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Bərdə rayon İcra Hakimiyyəti üzrə 21 oktyabr 2019-cu il tarixli 122 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə” yə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verməyə, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər verməyə, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etməyə, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməyə, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmağa, qanunla müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməyə, onların ərizə, şikayət və təkliflərinə baxmağa, lazımi tədbirlər görməyə və nəticəsi barədə vətəndaşlara məlumat verməyə, səlahiyyətləri çərçivəsində əmrlər verməyə və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi həmin nümayəndəliyin sabiq nümayəndəsi vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2 2019-cu ilin oktyabr ayında özünə müraciət edərək övladı olmaqla 25 oktyabr 2016cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş Şahid2 işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, onun işdən çıxarılmamaqla adının işçilər siyahısında saxlanılıb, əmək haqqı almasına şərait yaratmasını bildirməsinə əsasən, Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı talamaq məqsədilə Şahid2 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 təhriki əsasında Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan Şahid2 əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri qəsdən fərqli formada imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.400,1 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrı-ayrı ünvanlarda, o cümlədən, Abşeron rayonu, Bərdə rayonu, Göygöl şəhəri və sonuncu dəfə Gəncə şəhəri, Heydər Əliyev prospekti 44A ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan Şahid2 tərəfindən həmin müddətdə çıxarılmaqla, həmçinin onlayn ödənişlər etməklə şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Təqsirləndirilən şəxs2 təhriki ilə öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.400,1 manat (beş min dörd yüz manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etməklə talamış, Təqsirləndirilən şəxs2 təhriki ilə rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi həmin nümayəndəliyin sabiq nümayəndəsi vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Təqsirləndirilən şəxs2 verdiyi məsləhət əsasında Bərdə rayonu, Qurtlar kənd sakini Şahid1 02 mart 2020-ci il tarixli 06 saylı əmri ilə nümayəndəliyə baş mühasib kimi sənədləşdirərək Şahid1 adına "xxxx" ASC-nin Bərdə filialında hazırlanmış plastik kartın bankdan sonuncu tərəfindən götürülməsinə nail olub ondan həmin kartı şəxsən aldıqdan sonra Şahid1 02 mart 2020-ci il tarixdən 17 mart 2021ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, həmin müddətdə Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında Təqsirləndirilən şəxs2 eyni xarakterli yardımı ilə tamah niyyətilə guya Şahid1 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan sonuncuya əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri qəsdən fərqli formada şəxsən imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid1 adına "xxxx" ASC-də açılmış 510307******5081 hesab nömrəli plastik bank kartına 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.427,94 manat məbləğində pul vəsaitini Bərdə rayonu ərazisində ayrı-ayrı ünvanlarda, sonuncu dəfə ünvan 6yə məxsus bankomatlardan şəxsən çıxarıb həmin pul vəsaitini Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.427,94 manat (beş min dörd yüz iyirmi yeddi manat doxsan dörd qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 Qara oğlu təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etməklə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Bərdə rayon İcra Hakimiyyəti üzrə 17 dekabr 2012-ci il tarixli 143 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsinə təyin edilməklə 21 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən maddi məsul vəzifəli şəxs kimi 01 mart 2010-cu il tarixdən Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etməklə talamaq məqsədilə 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş Təqsirləndirilən şəxs2 qızı Şahid2 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan sonuncuya əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri özü və əlbir olduğu Təqsirləndirilən şəxs2 imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək hesablanaraq köçürülmüş cəmi 2.441,63 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrıayrı ünvanlarda, o cümlədən, Gəncə şəhəri, Bərdə rayonu, Yevlax şəhəri və sonuncu dəfə Bərdə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən poçt şöbəsində "xxxx" ASCyə məxsus bankomatlardan Şahid2 həmin müddətdə çıxarmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla onlara etibar edilmiş cəmi 2.441,63 manat (iki min dörd yüz qırx bir manat altmış üç qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə israf etməklə talamış, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 32.4, 32.5, 179.2.2, 32.4, 32.5, 179.2.3, 32.4, 32.5, 179.2.4, 313, 32.4, 32.5, 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü vəzifə saxtakarlığı cinayətinin törədilməsində təqsirli bilmir. Amma mənimsəmə və israf etmə cinayətinin törədilməsi ilə bağlı özünü təqsirli bilir. Belə ki, o 10 mart 2010-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixə kimi Bərdə RİHB Şirvanlı kənd İƏD-nin nümayəndəsi vəzifəsində işləmişdir. Bərdə Rayon Məhkəməsinin 1(021)-125/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma imkanlarından məhrum edilməklə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən Bərdə RİHB-nin 21 oktyabr 2019-cu il tarixli, 122 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Vəzifədən azad edildiyinin sabahısı günü, yəni 22 oktyabr 2021-ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyətinin binasına çağırılmış və azad edilməsi ilə bağlı əmri almışdır. 17 mart 2021-ci il tarixdən hazıradək Bərdə RİHB Şirvanlı kənd İƏD-nin nümayəndəsinin müavini vəzifəsində işləyir. Şahid2 onun qızıdır. Aynur onun tərəfindən nümayəndəliyə xadiməçi işinə qəbul edilmişdir. 2016-cı ildə Aynur həyat yoldaşı Kənanla faktiki ayrıldıqdan sonra uşaqları ilə birlikdə onun evində yaşamağa başlamışdır. O da maddi vəziyyətinin pis olduğuna görə sonuncunu işə qəbul etmişdir. Habelə o, ifadəsində maliyyə yoxlaması zamanı Şahid3 təxminən 4 il əvvəl 50 manat qarşılığında həftədə iki dəfə onun qızı Aynurun əvəzinə nümayəndəliyin inzibati binasında təmizlik işləri apardığını bildirməsi ilə bağlı göstərmişdir ki, Şahid3 uzun müddətdir tanıyır. Rahilə həmişə nümayəndəliyin yerləşdiyi küçəni süpürmüşdür. O buna görə sonuncuya pul vermişdir. Aynur işdən çıxmamışdan təxminən 2-3 ay qabaq uşağının xəstəliyi ilə əlaqədar işə gəlməmişdir. Qalan vaxtlarda Aynur işə gəlib əmək funksiyasını icra etmişdir. Sonuncu çox vaxt nümayəndəliyin inzibati binasını təmizləməsi üçün işdən sonra və ya qeyri-iş vaxtları gətirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində "xxxx" MMC-dən daxil olmuş qızı Şahid2 telefon nömrəsi ilə bağlı anten dairəsinə əsasən qızının 2018-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayına kimi əsasən Gəncə şəhəri, Yevlax rayonu və Bakı şəhəri ərazisində görünməsi ilə bağlı göstərmişdir ki, qeyd olunan nömrə 5 ildən çoxdur ki, qızının istifadəsindədir. Qızı 2016-cı ildə nümayəndəliyə işə qəbul olmuş və 2018-ci ilin ortalarına qədər işə gəlib-getmişdir. Lakin 2018-ci ilin ortalarında qızının övladında problem yaranmışdır. Ona görə də sonuncu ailəsi birlikdə uşağının müalicəsinə görə Gəncə şəhərində yaşamağa başlamışdır. Qızının ailəsinin maddi vəziyyəti aşağı olduğundan o da qızını işə gəlməsə də işdə saxlamaq qərarına gəlmişdir. Ona görə də qızı 2018-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayına kimi işə gəlməmiş, lakin əmək haqqı kartı özündə olduğundan əmək haqqısı özünə çatmışdır. Qızının da işlərini görmək üçün Şahid3 nümayəndəliyin binasını təmizləməsini xahiş etmişdir. O, Rahiləyə hər ay 50 manat vermişdir. Sonuncu da həmin vaxtdan yəni 2018-ci ilin avqust ayından həmin binanı təmizləmişdir. İlkin ifadəsində qızının əmək funksiyalarını 1 il olar ki, icra etməməsi ilə bağlı göstərdikləri həqiqəti əks etdirmir. Qızı əslində 2018-ci ilin avqust ayından əmək funksiyalarını icra etməmişdir. Tam səmimi yuxarıda göstərdiyi kimi qızı 2018-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayına kimi işə gəlməmişdir. həmin dövrdə onunla baş mühasib Təqsirləndirilən şəxs3 ona əmək haqqı köçməsi ilə bağlı əmək haqqı cədvəllərini imzalayıb möhürləyərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə göndərmişlər, 2019-cu ildən işdən çıxdıqdan sonra da hazırki icra nümayəndəsi Təqsirləndirilən şəxs1 onun ailə vəziyyətini nəzərə alıb işdə saxlamışdır. Eyni zamanda o, ifadəsində Şahid1 rayon prokurorluğuna vermiş olduğu ifadəsində 02 mart 2020-ci ildən 17 mart 2021-ci ilə kimi adı nümayəndəliyin baş mühasibi vəzifəsində getsə də, heç vaxt işə gəlmədiyini, nümayəndəliyin və fəaliyyəti ilə bağlı hər hansı bir sənədə imza çəkmədiyini, plastik əmək haqqı kartının özündə olmadığını və həmin karta köçürülən puldan heç vaxt istifadə etmədiyini, onun təklifiylə bütün bunlara razı olduğunu bildirməsi ilə bağlı göstərmişdir ki, Şahid1 Amant oğlu rayon prokurorluğuna vermiş olduğu ifadəsini təsdiq edir. Şahid1 Amant oğlunun adına sifariş olunmuş plastik əmək haqqı kartı onda olmuşdur. Həmin kartdan pulları da o, çıxarmışdır. 21 oktyabr 2020-ci il tarixdə işdən azad olunsa da gündəlik nümayəndəlikdə olduğu üçün 5427.94 manat pulun hamısını Şirvanlı kənd İƏDnin nümayəndəliyinin mühasibatlıq işləri üçün xərcləmişdir. İşə gedib gəlmək üçün gündəlik xərcləri olmuş, həmçinin əmək haqqı almadığı dövr ərzində həmin puldan öz tələbatları üçün xərcləmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının tapşırığı ilə Gündüz müəllimə icra işlərində köməklik göstərmişdir. Şahid1 əmək haqqı kartının onda olmasından nümayəndənin məlumatı olmamışdır. Bununla yanaşı o, ifadəsində "xxxx" ASC-dən götürülmüş Şahid1 bank kartına dair görüntülərlə bağlı göstərmişdir ki, qeyd olunan görüntülərdəki şəxs Təqsirləndirilən şəxs1dur. Gündüz Şahid1 kartından istifadə edir. Təqsirləndirilən şəxs1 kartdan pulu çəkib gətirib ona vermiş, o da nümayəndəliklə bağlı işlərə xərcləmişdir. Çünki o, məhkəmə tərəfindən 1 il müddətinə vəzifəyə məhdudiyyət qoyulduğundan həmin vaxtı nümayəndəlikdə hər hansı vəzifə tutmamışdır. Ona görə də rəsmi adı işdə getməmişdir. Amma nümayəndəlikdə Təqsirləndirilən şəxs1 köməklik etmişdir. Ona görə də Şahid1 rəsmiləşdirib əmək haqqısı ona verilmişdir. Hesablama cədvəllərində adının qarşısındakı imzalar ona məxsusdur. 2019-cu ilin oktyabr ayına kimi də həmin cədvəlləri onunla baş mühasib Möhübbət imzalamışlar. Həmin cədvəllər əsasında da əmək haqqı verilmişdir. Əsasən əmək haqqı cədvəllərinin elə bir əhəmiyyəti olmamışdır. Çünki həmin vaxtı nümayəndə o olmuşdur. Necə ola blər ki, həmin ay kartına pul köçsün və o, bunu bilməsin. Bununla bağlı o, məlumatlı olduğundan və möhürlə möhürlədiyindən orda imzanın onun tərəfindən icra edilib-edilməməsinin əhəmiyyəti olmamışdır. 2019-cu ilin oktyabr ayından sonra isə əmək haqqı cədvəllərinə o, imza etməmişdir. Eyni zamanda o ifadəsində bir daha göstərmişdir ki, 2020-ci ildə Şahid1 nümayəndəliyə baş mühasib kimi sənədləşdirilsə də, o işə gəlməmiş, onun əmək haqqısını Təqsirləndirilən şəxs1 bankomatdan çıxarıb gətirib ona vermişdir. Çünki bir dəfə onunla bağlı cinayət işinə Bərdə rayon məhkəməsi baxmış və barəsində bir il dövlət orqanlarında vəzifə tutmağa qadağa cəzası vermişdi. Nümayəndəliyə buna görə rəsmi işə qəbul olunmamışdır. Amma nümayəndəlikdə Təqsirləndirilən şəxs1 kömək etmişdir. Ona görə də Şahid1 baş mühasib kimi sənədləşdirərək, əmək haqqısının ona çatmasını qərara almışlar. Hazırda dövlətə vurmuş olduğu zərəri və qanunvericiliklə nəzərdə tutulmuş zərərin 25 faizini də ödədiyindən barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü vəzifə saxtakarlığı cinayətinin törədilməsində təqsirli bilmir. Belə ki, 03 dekabr 2012-ci ildən etibarən Bərdə RİHB Şirvanlı kənd İƏD-nin nümayəndəsinin müavini vəzifəsində işləməyə başlamışdır. 21 oktyabr 2019-cu ildən 20 aprel 2021-ci il tarixə kimi Şirvanlı kənd İƏD-nin nümayəndəsi vəzifəsini icra etmişdir. Eyni zamanda 21 oktyabr 2019-cu ildən 02 mart 2020-ci ilə kimi həmin nümayəndəliyin baş məsləhətçi-baş mühasib vəzifəsini müvəqqəti icra etmiş. Bərdə RİHB-nin xx.xx.2021-ci il tarixli, 32 nömrəli əmrinə əsasən həmin tarixdən etibarən Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və hazırda da həmin vəzifədə işləyir. Abdullayev X26 Rayon İcra Hakimiyyəti başçısının 02 mart 2020-ci il tarixli 06 nömrəli sərəncamına əsasən kənd icra nümayəndəsinin müavini vəzifəsinə müvəqqəti təyin olunmuş və həmin sərəncamla nümayəndəlin baş məsləhətçi-baş mühasib vəzifəsi ona həvalə olunmuşdur. Şahid1 işə davamiyyəti olmamış və həmin dövrlərdə, yəni 02 mart 2020-ci ildən 17 mart 2021-ci ilə kimi maliyyə sənədlərinə sonuncu tərəfindən imza edilməmiş, mühasibatlıq işləri tərəfindən aparılmamışdır. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs2 rayon prokurorluğuna vermiş olduğu ifadəsində Şahid1 adına rəsmiləşdirilmiş iş saatlarına görə ödənilən 5427.94 manat pulu Şirvanlı kənd İƏD-nin nümayəndəliyinin mühasibatlıq işləri üçün xərclədiyini bildirməsi ilə bağlı göstərmişdir ki, bu barədə heç bir məlumatı olmamışdır. Qasımova X2 İƏD-nin nümayəndəliyinin xadiməsi olmuşdur. Şahid2 01 avqust 2018-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixə kimi olan dövrdə daimi olaraq işə davamiyyətin olmadığına baxmayaraq, həmin dövrlər üçün əməkhaqqı ödənilmişdir. Şuşa şəhərindən köçmüş məcburi köçkün, Uğurbəyli kəndində müvəqqəti məskunlaşmış Şahid3 Şahid2 əvəzinə nümayəndəlikdə xadiməçinin əvəzinə işləmişdir. Şahid2 maddi durumu aşağı və azyaşlı qız övladı xəstə olduğu üçün o, sonuncunu işdən azad etməmişdir. Övladının müalicəsi üçün əmək haqqı lazım olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Şahid1 əmək haqqısını bankomatdan çıxarıb gətirib Təqsirləndirilən şəxs2 özü vermişdir. Çünki Təqsirləndirilən şəxs2 nümayəndəlikdə qeyrirəsmi işləmiş, lakin onun barəsində olan məhkəmə qərarına əsasən onu işə götürmək mümkün olmamışdır. Ona görə də Şahid1 işçi kimi sənədləşdirib əmək haqqısını Xaləddinə vermək qərarına gəlmişlər və Şahid1 sənədləşdirib əmək haqqı kartını özündə saxlamış və hər ay bankomatdan çıxarıb Təqsirləndirilən şəxs2 vermişdir. Hazırda dövlətə vurmuş olduğu zərəri və qanunvericiliklə nəzərdə tutulmuş zərərin 25 faizini də ödədiyindən barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, vəzifə saxtakarlığı cinayətini törətməmişdir. Amma israf etmə cinayətinin törədilməsi ilə bağlı özünü təqsirli bilir. Belə ki, 17 dekabr 2012-ci il tarixdən etibarən Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi vəzifəsində işləməyə başlamışdır. Bərdə Rayon Məhkəməsinin 1(021)-125/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma imkanlarından məhrum edilməklə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən Bərdə RİHB-nin 21 oktyabr 2019-cu il tarixli, 123 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. O, Şuşa şəhərindən köçmüş məcburi köçkün, Uğurbəyli kəndində müvəqqəti məskunlaşmış Şahid3 təxminən 2019-cu ilin avqust-sentyabr aylarında Bərdə RİHB-nın Şirvanlı kənd İƏD-si üzrə nümayəndəliyinin inzibati binasını təmizləyən biri kimi tanımışdır. Şahid2 Təqsirləndirilən şəxs2 qızı, həm də Bərdə RİHB-nın Şirvanlı kənd İƏD-si üzrə nümayəndəliyinin xadiməçisi kimi tanımışdır. 01 avqust 2018-ci il tarixdən işlədiyi vaxta kimi, yəni 21 oktyabr 2019-cu ilə kimi olan dövrdə Şahid2 işlədiyini görmüşdür. Sonuncu, həftədə təxminən 2-3 dəfə iş vaxtlarından sonra gələrək nümayəndəliyi təmizləyib getmiş, bəzən də səhər vaxtları və ya qeyri-iş günlərində də eyni məqsədlər üçün gəlmişdir. Bununla yanaşı o, ifadəsində "xxxx" MMC-dən daxil olmuş Şahid2 istifadəsində olan mobil nömrənin anten dairəsində qızının 2018-ci ilin avqust ayından 2021-ci ilin oktyabr ayına kimi əsasən Gəncə şəhəri, Yevlax rayonu və Bakı şəhəri ərazisində görünməsi ilə bağlı göstərmişdir ki, anten dairəsi ona təqdim olunduqdan sonra sonuncunun həqiqətən 2018-ci ilin avqust ayından baş mühasib işlədiyi 2019-cu ilin oktyabr ayına kimi işə gəlməməsi yadına düşmüş, ilkin ifadəsində isə həyəcanlı olub bu cür göstərmişdir. Həqiqətən baş mühasib işlədiyi nümayəndəliyin nümayəndəsi X9 Qasımova ailə vəziyyəti ilə əlaqədar 2018-ci ildən işə gəlməmiş, həmin vaxtı onun ailə vəziyyətini nəzərə alıb işdə saxlamışlar, onun əmək haqqı kartına işə gəlmədiyi halda hər ay əmək haqqı hesablanması üçün əmək haqqı cədvəllərini imzalayıb Bərdə rayonu üzrə Maliyyə İdarəsinə göndərmişlər. o, heç kimlə əlaqəyə girib cinayət törətmədiyindən, heç bir vəsaiti mənimsəmədiyindən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Nəsimi oğlu ifadəsində göstərmişdir ki, dəymiş zərər və qanunla müəyyən edilmiş ödəniş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Həmin şəxslərə münasibətdə heç bir şikayət və tələbləri yoxdur. Lakin Təqsirləndirilən şəxs3 tərəfindən isə vurulmuş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “050 553-96-03” saylı mobil nömrə ona məxsusdur və təxminən 6-7 ildir ki, istifadəsindədir, habelə, "xxxx" MMC-dən digər rabitə şirkətinə abunəçilik üçün nömrə daşınma xidmətindən istifadə etməmişdir. Ali təhsillidir. X27 Akademiyasının Aqronom ixtisası üzrə təhsil almış, uzun müddət işsiz olduğu üçün Bərdə rayonu, Məşğulluq Mərkəzinə iş üçün müraciət etmiş və onu orada işsiz kimi qeydiyyata almışlar. Bərdə RİHB-nın Şirvanlı kənd İƏD-nin sabiq nümayəndəsi Təqsirləndirilən şəxs2 onun xalası oğludur. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 nümayəndə vəzifəsindən azad edilmişdir. Xaləddin ona nümayəndəliyin baş mühasibi və müavini vəzifəsini təklif etmişdir. Ancaq sonuncunun etdiyi təklifə əsasən işə gəlmədən sadəcə onun işdə adı getməli olmuşdur. Belə ki, Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının 02 mart 2020-ci il tarixli sərəncamı ilə o, Təqsirləndirilən şəxs1 vəzifəsinə, yəni nümayəndəliyin baş mühasibi və müavini vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs1 isə nümayəndə vəzifəsini müvəqqəti icra etmişdir. 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə adının nümayəndəliyin işçiləri siyahısında olmasına baxmayaraq işə gəlməmiş, heç bir sənədə imza çəkməmiş, işiylə bağlı hər hansı bir iclasda iştirak etməmişdir. Həmçinin o, ifadəsində Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin mühasibatlığından maliyyələşən Şirvanlı kənd Körpələr evi-uşaq bağçasının maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılan zaman 02 mart 2020ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə Bərdə RİHB-nın Şirvanlı kənd İƏD-nin nümayəndəliyinin baş məsləhətçisi - baş mühasibi vəzifəsinin müvəqqəti icra etdiyinə görə onun plastik əmək haqqı kartına cəmi 5427.94 manat pul köçürülməsi ilə bağlı göstərmişdir ki, həmin plastik əmək haqqı kartının nə vaxt, kim tərəfindən şifariş edildiyini, həmçinin sifariş edildikdən sonra kartın kimin tərəfindən götürüldüyünü, onun adına yazılan aylıq əmək haqqının kartdan kim tərəfindən çıxarıldığını bilməmişdir. Onun işə düzəlməyi barədə məsələnin hamısını Təqsirləndirilən şəxs2 həll etmişdir. O da guman edir ki, onun adına olan əmək haqqı kartı Təqsirləndirilən şəxs2 olmuşdur. Onun Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin mühasibatlıq işlərində onun əvəzinə kimlərinsə imza çəkmələri barədə məlumatı olmamış, ona Təqsirləndirilən şəxs2 işə gəlməyinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “051 415-07-62” saylı mobil nömrə ona məxsusdur və təxminən 1 ildir ki, istifadəsindədir, habelə, "xxxx" MMC-dən digər rabitə şirkətinə abunəçilik üçün nömrə daşınma xidmətindən istifadə etməmişdir. Orta təhsillidir. Şuşa şəhəri işğal edildikdən sonra 2005-ci ilə kimi Ağcabədi rayonunda məskunlaşmışlar. Həmin vaxtlar X4pıçı işləmişdir. 2005-ci ildə Bərdə rayonu, Uğurbəyli kəndinə köçmüş və hazırda da orada yaşayırlar. 2011-ci il tarixdən etibarən Bərdə rayonu, Şirvanlı kənd orta məktəbində 1 ştat xadimə vəzifəsində işləyir. Əmək haqqısı 250 manat təşkil edir. Şahid2 tanıyır. Sonuncunun atası Təqsirləndirilən şəxs2 əvvəllər Bərdə RİHB-nın Şirvanlı kənd İƏD-nin nümayəndəsi işləmiş, hazırda isə həmin nümayəndəlikdə müavin vəzifəsində işləməkdədir. Aynur nümayəndəliyin xadiməsi olmuşdur. Belə ki, təxminən 1 il əvvəl Təqsirləndirilən şəxs2 pul qarşılığında nümayəndəliyin inzibati binasının həyətini süpürməyi təklif etmişdir. Həftədə bir dəfə süpürəndə Xaləddin ona 15-20 manat pul vermişdir. Təxminən 6-7 ay bundan əvvəl Xaləddin qızı Aynurun səhəttində problem olduğunu, işə çıxa bilmədiyini demiş və buna görə də, ona 50 manat qarşılığında həftədə iki dəfə nümayəndəliyinin inzibati binasının otaqlarını təmizləməyi təklif etmişdir. O da Xaləddinin təklifini qəbul etmiş və 50 manat qarşılığında həftədə iki dəfə olmaqla 4 ay nümayəndəliyin otaqlarının üçünü də təmizləmişdir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün eyni anda iki işi görmək onu daha çox yormağa başladığına görə nümayəndəliyin binasını 4 aydan sonra təmizləməkdən imtina etmişdir. Həmçinin, o, ifadəsində 6 saylı Regional maliyyə müfəttişliyinə vermiş olduğu izahatında 4 il bundan əvvəl Təqsirləndirilən şəxs2 təklifi ilə 50 manat qarşılığında həftədə iki dəfə olmaqla Şirvanlı kənd İƏD-nin nümayəndəliyinin inzibati binasında təmizlik işləri aparmağa başladığını bildirməsi barədə göstərmişdir ki, ola bilsin ki, fikrini tam çatdıra bilməmişdir. 1 il əvvəl sadəcə nümayəndəliyin binasının həyətini süpürməyə başlamışdır. Otaqları isə cəmi 4 ay təmizləmişdir. Bərdə rayonu, Şivanlı kənd orta məktəbi ilə Şirvanlı kənd İƏD-nin nümayəndəliyinin inzibati binası arasında məsafə təxminən 30 metrdir. Öz işi ilə gedib gələrkən və ya 1 il əvvəl nümayəndəliyin həyətini süpürərkən həmin nümayəndəliyin xadiməsi Şahid2 işə gedib gəldiyini görməmiş, sonuncuyla ümumiyyətlə heç vaxt qarşılaşmamışdır. Şahid3 əlavə ifadəsində göstərmişdir ki, 6 saylı Regional maliyyə müfəttişliyinə vermiş olduğu izahatda Təqsirləndirilən şəxs2 təklifi ilə sonuncunun övladı Şahid2 əvəzinə təxminən 4 il müddətində Bərdə rayonu, Şirvanlı kənd İƏD-nin nümayəndəliyinin inzibati binasını təmizlədiyini, Bərdə rayon prokurorluğuna vermiş olduğu ifadədə isə həmin qurumun inzibati binasını cəmi 1 il müddət olar ki, təmizlədiyini bildirməsi, eyni zamanda ona təqdim olunan istintaq sənədlərində olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmiş Şahid2 məxsus “070 587-37-10” saylı mobil nömrəsinin anten dairəsi 01 avqust 2018-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək müddətdə əsasən Gəncə şəhəri, Göygöl və Yevlax rayonları ərazisində görünməsi, həmin anten dairəsi, mobil nömrənin kimə aid olması və s məlumatlarla bağlı göstərmişdir ki, Maliyyə nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırma ilə ondan birinci dəfə ifadə alınan müddət arasında xeyli vaxt keçmişdir. Ola bilsin ki, dəqiq xatırlamadığı üçün ifadəsində 1 il müddətə təmizlik işlərini apardığını bildirmişdir. O, Maliyyə nazirliyi əməkdaşlarına vermiş olduğu izahatını təsdiq edir. Belə ki, Şahid2 əvəzinə 4 il müddətə Bərdə rayonu, Şirvanlı kənd İƏD-nin nümayəndəliyinin inzibati binasını təmizləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “070 587-37-10” saylı mobil nömrə ona məxsusdur və təxminən 6-7 ildir ki, istifadəsindədir, habelə, "xxxx" MMC-dən digər rabitə şirkətinə abunəçilik üçün nömrə daşınma xidmətindən istifadə etməmişdir. Telefon da, mobil nömrə də həmişə üzərində olmuşdur. Ali təhsillidir. 2006-cı il tarixdə Yevlax, rayonu, Aran qəsəbəsinin sakini X19 ilə evlənmişdir. Ailə daxili problemlərə görə 2016-cı il tarixdə faktiki olaraq Kənan Qasımovla ayrılmış, ayrıca evləri olmadığı üçün o, 3 azyaşlı övladı ilə Kətəlparaq kəndindəki ata evinə qayıtmalı olmuşdur. Onun iki qız, bir oğlan olmaqla 3 övladı vardır. Böyük qızı Aysel Qasımova 2006-cı il təvəllüdlüdür. 2019-cu ildə Ayseldə onurğa əyriliyi, sol döş qəfəsində batıqlıq xəstəliyinin olduğunu müşahidə etmişdir. Bunun üçün bir çox həkimə müraciət etmişlər. Həm həyat yoldaşıyla ayrıldığı, həm də qızının müalicəsi üçün işləməli olmuşdur. Belə olan halda, atası Təqsirləndirilən şəxs2 onu nümayəndəsi olduğu Bərdə RİHB-nın İƏD-nin Şirvanlı kənd nümayəndəliyində xadimə vəzifəsi üzrə işə qəbul etmişdir. 2016-cı il tarixdən 2021-ci ilin noyabr ayına kimi həmin nümayəndəlikdə xadimə işləmişdir. 2021-ci ilin may aylarına kimi o, Kətəlparaq kəndində atasının evində yaşamışdır. Bu müddət ərzində həmçinin qızının müalicəsi ilə də məşğul olmuşdur. 2021-ci ilin may ayında xəstə qızı Ayselə görə artıq əri Kənan Qasımovun yanına –Yevlax rayonu, Aran qəsəbəsinə qayıtmaq məcburiyyətində qalmışdır. O, qızının müalicəsi ilə təkbaşına məşğul ola bilməmişdir. Bərdə RİHB-nın İƏDnin Şirvanlı kənd nümayəndəliyinin inzibati binası Bərdə rayonu, Şirvanlı kəndində yerləşir. Yaxınlığında poçt və məktəb vardır. Nümayəndəliyin inzibati binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə məcburi köçkünlər yaşayırlar. Həmçinin dəftərxana və tibb məntəqəsi vardır. İkinci mərtəbə polis, müavin və müdir otağı olmaqla üç otaqdan və 1 dəhlizi vardır. O ancaq ikinci mərtəbənin otaqlarına təmizləmişdir. İkinci mərtəbəyə qalxdıqda dəhlizin sağında birinci otaq polis otağıdır. Bundan sonra sol tərəfdə müavin və baş məsləhətiçi-baş mühasibin otağı, daha sonra isə sağ tərəfdə nümayəndənin iş otağı yerləşməkdədir. Şahid3 tanımır. Həmçinin, o, ifadəsində Şahid3 Bərdə rayon prokurorluğuna verdiyi ifadəsində onun 2021-ci il tarixdə təxminən 3-4 ay müddətində davamlı olaraq işə gəlmədiyindən nümayəndəliyin otaqlarını təmizlədiyini bildirməsi, bundan əlavə, Şirvanlı kənd körpələr evi-uşaq bağçasının maliyyə-təsərrüfat fəaliyyət yoxlanılan zaman 2018-2021-ci illər ərazində nümayəndəlikdə qeyri-rəsmi xadimə işlədiyini və əvəzində onun atası Xaləddindən 50 manat pul aldığını bildirməsi ilə bağlı göstərmişdir ki, Şahid3 yalan izahat vermişdir. O, 2016-2021-ci ilin may ayına kimi Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən atasının evində yaşamışdır. Həmin müddət ərzində nümayəndəliyin inzibati binasını təmizləmişdir. Həyat yoldaşından faktiki olaraq ayrıldığına, 3 azyaşlı övladının və sonunculardan böyüyünün xəstə olduğuna görə ona iş lazım olmuş, sadəcə utandığından nümayəndəliyin inzibati binasını işdən sonra və ya qeyri-iş günlərində atası ilə birlikdə gedərək özü təmizləmişdir. Bundan başqa, Şahid3 prokurorluğa vermiş olduğu ifadəsini təsdiq edir. Övladının müalicəsi üçün, həmçinin artıq Yevlax rayonu, Aran qəsəbəsinə qayıtdığı üçün işə gələ bilməmişdir. Yoldaşı Azpetrol yanacaq məntəqəsində işləməklə 350 manat əmək haqqı alır. Maddi vəziyyətləri çox ağır olduğundan və qızının müalicəsi üçün o, işini itirmək istəməmişdir. Təxminən 5 ay işə gələ bilmədmişdir. Ayseli müalicə üçün Bakı şəhərinə aparıb gətirmişdir. Ancaq sonradan işə vaxtı-vaxtında gələ bilməyəcəyini görüb işdən çıxmışdır. O, hazırda nümayəndəlikdə xadimə işləmir, 2021-ci ilin noyabr ayında öz ərizəsi ilə işdən çıxmışdır. Habelə o, ifadəsində Bərdə RİHB-nın İƏD-nin Şirvanlı kənd nümayəndəsi Təqsirləndirilən şəxs1 Şirvanlı kənd körpələr evi-uşaq bağçasının maliyyə-təsərrüfat fəaliyyət yoxlanılan zaman vermiş olduğu izahatında onun 01 avqust 2018-26 oktyabr 2021-ci illərdə işə davamiyyətinin olmadığı halda həmin dövr üçün ona əmək haqqı hesablandığını bildirməsi ilə bağlı göstərmişdir ki, atası da, o da nümayəndəlikdə xadimə işləməsini istəməmişlər. Ancaq övladlarına görə buna məcbur olmuşdur. Ali təhsilli olduğu halda xadimə işləmək pisinə gəldiyindən, o, nümayəndliyin binasını qeyri-iş vaxtlarında və iş saatlarından sonra təmizləmişdir. Əmək haqqı kartı özündə olmuşdur. İlk vaxtlar 120 manat əmək haqqı alsa da, sonradan 220 manat olmuşdur. Əsasən plastik kartdan pul vəsaitini özü şəxsən nağdlaşdırmışdır. Bəzi vaxtlarda isə pulu nağdlaşdırıb ona gətirməsi üçün atasına vermişdir. Nağdlaşdırma daha çox Bərdə ərazisində olmuşdur. Ola bilsin ki, bundan başqa Yevlax və Bakı ərazisində olan zaman da kartdan pul nağdlaşdırılmışdır. Əmək haqqını özünün və uşaqlarının tələbatı üçün xərcləmişdir. 2021-ci ilin may ayından 2021-ci ilin noyabr ayına kimi də, bundan əvvəlki dövrdə də əmək haqqı kartı özünün istifadəsində olmuşdur. 03 mart 2020 – 17 mart 2021-ci illərdə Bərdə RİHB-nın İƏD-nin Şirvanlı kənd nümayəndəliyinin sabiq baş mühasibi Şahid1 onun uzaq qohumudur. O, nümayəndəlikdə adətən qeyri-iş günləri və iş vaxtından sonra təmizlik işləri aparmışdır. Ancaq Şahid1 ümumiyyətlə nümayəndəlikdə görməmişdir. Bildiyi qədərilə, Şahid1 əmək haqqı hesablansa da, işə gəlməmişdir.Təzə işlədiyi zaman işə gedib gəlməyilə bağlı bir cədvələ imza çəksə də sonradan həmin cədvəli görməmişdir. 2018-ci ilin avqust ayından 2021-ci ilin noyabr ayına kimi Bərdə RİHB-nın İƏD-nin Şirvanlı kənd nümayəndəliyində xadimə vəzifəsi üzrə işlədiyi vaxtda əmək haqqı kartına cəmi 7841.73 pul köçürülmüş, həmin pulun hamısı ona çatmış, özü və ailəsi üçün xərcləmişdir. 2021-ci ilin may-noyabr aylarında 2-3 dəfə işləmək üçün Yevlaxdan Bərdə rayonuna gəlmiş, sonra isə artıq çatdıra bilmədiyini görmüş və buna görə də ərizə yazaraq işdən çıxmışdır. Həmin vaxt əmək haqqı kartına hər ay üçün 235.5 manat pul köçürülmüşdür. 6 ay ərzində cəmi 2-3 dəfə işə gələ bilmişdir. Həmin altı ayda hər ay 235.5 manat olmaqla ümumilikdə 1.413 manat plastik əmək haqqı kartına pul köçürülmüşdür. İşlədiyi müddətdə plastik karta əmək haqqıdan başqa əlavə pul köçürülməmişdir. Şahid2 əlavə ifadəsində göstərmişdir ki, (070) ***-**-** mobil nömrəni 5 ildən çoxdur ki, istifadə edir. həmin nömrə öz adına olmaqla daim onun istifadəsində olmuşdur. Nömrəsindən kənar şəxsin istifadəsi halı olmamışdır. O, ailəsi ilə birlikdə Gəncə şəhərində yaşamışdır. Uşağının xəstəliyi ilə əlaqədar da Bakı şəhərinə gedib gəlmişdir. Sonradan Yevlax rayonu, Aran qəsəbəsində yaşamışdır. O, istintaqa hazırda tam səmimi ifadə verərək 2018-ci ilin avqust ayında ailə vəziyyətiylə əlaqədar, yəni uşağının xəstəliyi ilə əlaqədar Gəncə şəhərində yaşadığını və uşağının müalicəsi üçün pul lazım olduğundan həmin dövrdə nümayəndəlikdə atasının vəziyyətini nəzərə alıb işə getmədiyi halda, onu işdə saxladığını göstərmişdir. O, işə 2016-cı ildə qəbul olmuş və 2018-ci ilin yay aylarının sonuna kimi gedib gəlmişdir. Lakin sonradan övladının xəstəliyi ilə bağlı Gəncə şəhərində ailəsi ilə birlikdə yaşamışdır. 2018-ci ildən 2021-ci ilin oktyabr ayına kimi işə getməmiş və əmək funksiyalarımı yerinə yetirməmişdir. Həmin müddətdə onun əvəzinə atası Şahid3 ayda 50 manat vermiş, sonuncu da binanı təmizləmişdir. İlkin ifadəsini verərkən həyəcanlı olduğundan neçə vaxt işə gəlmədiyini xatırlamamışdır. Lakin indi ona telefonunun anten dairəsi göstəriləndə 2018-ci ilin avqust ayından işə gəlmədiyi və əmək funksiyalarını icra etmədiyi yadına düşmüşdür. Əmək haqqı özünə çatmış, həmin pulu da uşağının müalicəsinə xərcləmişdir. Həmin pulu nə atasına, nə də digər vəzifəli şəxsə verməmişdir. 2018-2021-ci illərdə də işə gəlmədiyi müddətdə də hər hansı sənədə imza etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə 15 avqust 2022-ci il tarixdə baxış protokolundan görünür ki, Şahid1 istifadəsində olan ***-***- **-** telefon nömrəsinin anten məlumatlarından görünür ki, həmin nömrə 02 mart 2020-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək əsasən Bərdə rayonu Uğurbəyli kəndi, Bərdə şəhəri ərazisində görünür. Çox nadir hallarda isə Bərdə rayonu, Şirvanlı kəndi ərazisində görünür. Həmin nömrəyə daxil olan və çıxan SMS-lərin siyahısından görünür ki, telefonu Şahid1 istifadə etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi 01 avqust 2018-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək əsasən Gəncə, Göygöl, Abşeron rayonu ərazisində görünür. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş Şahid2 ödəniş kartı üzrə çıxarış sənədindən görünür ki, əmək haqqı kartından 01 avqust 2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əsasən Gəncə şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlarda istifadə edilmiş, həmçinin kartla onlayn ödənişlər həyata keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş Şahid1 ödəniş kartı üzrə çıxarış sənədindən görünür ki, əmək haqqı kartından 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək Bərdə rayonu ərazisində istifadə edilmişdir. Eyni zamanda bank kartının görüntülərindən görünür ki, Şahid1 əmək haqqı kartından Təqsirləndirilən şəxs1 istifadə edir. Cinayət işi materiallarına əlavə edilmiş 01 avqust 2018-ci il tarixdən 01 oktyabr 2021ci il tarixi əhatə edən əmək haqqı cədvəllərindən görünür ki, Şahid2 həmin dövr üzrə ümumilikdə 7841.73 manat əmək haqqı köçmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 Bərdə rayon Şirvanlı kənd İnzibati dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs3 isə nümayəndəliyin baş mühasibi vəzifəsində işləyərkən yəni 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixə kimi Şahid2 həmin dövr üzrə 2.441,63 manat əmək haqqı köçmüşdür. Həmin dövr üzrə hesablama cədvəllərindən görünür ki, cədvəllər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən imzalanaraq nümayəndəliyin möhürü ilə möhürlənmişdir. Həmçinin hesablama cədvəllərindən görünür ki, Bərdə rayon Şirvanlı kənd İnzibati dairəsi üzrə nümayəndəliyin müavini və baş məsləhətçisi-baş mühaisb vəzifəsini müvəqqəti icra edən Şahid1 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək 5427,94 manat əmək haqqı hesablanaraq ödənmişdir. Həmin dövr üzrə hesablama cədvəllərindən görünür ki, cədvəllər Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq nümayəndəliyin möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının 02 mart 2020-ci il tarixli 06 saylı əmrindən görünür ki, Şahid1 həmin tarixdə Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının 17 mart 2021-ci il tarixli 24 saylı əmrindən görünür ki, Şahid1 həmin tarixdə Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilmişdir Cinayət işi materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Şirvanlı kənd İƏD üzrə icra nümayəndəsinin 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrindən görünür ki, Şahid2 həmin nümayəndəliyin xadiməsi vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Şirvanlı kənd İƏD üzrə icra nümayəndəsinin 01 noyabr 2021-ci il tarixli 12 saylı əmrindən görünür ki, Şahid2 həmin nümayəndəliyin xadiməsi vəzifəsindən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti başçısının 01 mart 2010-cu il tarixli 10 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 02 mart 2010-cu il tarixdən Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 2019-cu il tarixli 122 saylı əmrindən görünür ki, Səlimov X6 inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsindən azad olunmuş, həmin vəzifənin müvəqqəti icrası Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti başçısının 17 dekabr 2012-ci il tarixli 143 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş məsləhətçi- baş mühasib vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 2019-cu il tarixli 123 saylı əmrindən görünür ki, Abdullayev X3 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasib vəzifəsindən azad olunmuşdur Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2021-ci il tarixli 32 saylı əmrindən görünür ki, Ələsgərov X7 inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon polis şöbəsindən 27 yanvar 2022-ci il tarixdə daxil olmuş tələbnamadən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələri Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verməyə, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər verməyə, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etməyə, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməyə, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmağa, qanunla müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməyə, onların ərizə, şikayət və təkliflərinə baxmağa, lazımi tədbirlər görməyə və nəticəsi barədə vətəndaşlara məlumat verməyə, səlahiyyətləri çərçivəsində əmrlər verməyə və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş 05 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin 1(021)- 125/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum cəza müddətinin sonu ilə əlaqədar cəzadan azad edilərək 28 dekabr 2020-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin islah işləri cəzasına məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş 05 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Abdullayev X21 Rayon Məhkəməsinin 1(021)-125/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum cəza müddətinin sonu ilə əlaqədar cəzadan azad edilərək 08 dekabr 2020-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin islah işləri cəzasına məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-125/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs3 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvanlı kənd İƏD-dən daxil olmuş 13 oktyabr 2022-ci il tarixli 1079 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2010cu il təvəllüdlü X16, 29 yanvar 2012-ci il təvəllüdlü X14 adında övladları vardır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvanlı kənd İƏD-dən daxil olmuş 13 oktyabr 2022-ci il tarixli 1078 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 17 yanvar 2013cü il təvəllüdlü X5 adında övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş Kətəlparaq kənd İƏD-dən daxil olmuş 13 oktyabr 2022-ci il tarixli 958 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 1988-ci il təvəllüdlü X20 və 1987-ci il təvəllüdlü Şahid2 adında övladları vardır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu üzrə Maliyyə şöbəsinə maddi ziyan dəydiyindən həmin şöbə tərəfimdən 10 oktyabr 2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış, 14 oktyabr 2022-ci il tarixdə isə həmin şöbənin Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektorunun müdiri Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş videogörüntü olan CD disk və bank kartının çıxarışları, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər, 2018-2021-ci illəri əhatə edən əməkhaqqı hesablama cədvəllərinin surəti cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə 21 oktyabr 2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün dəlillər gətirərək ifadələrində qızı Şahid2 1 il işə gəlmədiyini, həmçinin vəzifə saxtakarlığı cinayətini törətmədiyini göstərməsi toplanmış sübutlarla təkzib olunduğundan özünü müdafiə kimi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2, Bərdə rayon İcra Hakimiyyəti üzrə 01 mart 2010-cu il tarixli 10 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə 21 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verməyə, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər verməyə, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etməyə, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməyə, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmağa, qanunla müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməyə, onların ərizə, şikayət və təkliflərinə baxmağa, lazımi tədbirlər görməyə və nəticəsi barədə vətəndaşlara məlumat verməyə, səlahiyyətləri çərçivəsində əmrlər verməyə və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi 17 dekabr 2012-ci il tarixdən nümayəndəlikdə mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını israf etməklə talamaq məqsədilə 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş qızı Şahid2 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında qabaqcadan əlbir olduğu nümayəndəliyin mühasibi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 ilə birlikdə tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan Şahid2 əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri özü və əlbir olduğu Təqsirləndirilən şəxs3 imzalayaraq idarənin möhürü ilə şəxsən təsdiq edib Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək hesablanaraq köçürülmüş cəmi 2.441,63 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrıayrı ünvanlarda, o cümlədən, Gəncə şəhəri, Bərdə rayonu, Yevlax şəhəri və sonuncu dəfə Bərdə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən poçt şöbəsində "xxxx" ASCyə məxsus bankomatlardan qızı Şahid2 həmin müddətdə çıxarmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla onlara etibar edilmiş cəmi 2.441,63 manat (iki min dörd yüz qırx bir manat altmış üç qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə israf etməklə talamış, Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Bərdə rayon İcra Hakimiyyəti üzrə 21 oktyabr 2019-cu il tarixli 122 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs1 2019-cu ilin oktyabr ayında müraciət edərək övladı olmaqla 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş qızı Şahid2 işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, onun işdən çıxarılmamaqla adının işçilər siyahısında saxlanılıb, əmək haqqı almasına şərait yaratmasını bildirməsinə əsasən, Təqsirləndirilən şəxs1la razılaşmaqla sövdələşib, təhriki əsasında sonuncu Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (xx.xx.2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı talamaq məqsədilə Şahid2 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, təhriki əsasında Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan Şahid2 əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri Təqsirləndirilən şəxs1 qəsdən fərqli formada imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.400,1 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrı-ayrı ünvanlarda, o cümlədən, Abşeron rayonu, Bərdə rayonu, Göygöl şəhəri və sonuncu dəfə Gəncə şəhəri, Heydər Əliyev prospekti 44A ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan qızı Şahid2 həmin müddətdə çıxarmaqla, həmçinin onlayn ödənişlər etməklə şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (xx.xx.2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.400,1 manat (beş min dörd yüz manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etməklə təkrarən talamağa və rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Bundan başqa, o, Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək sonuncunun öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə özünün verdiyi məsləhət əsasında Bərdə rayonu, Qurtlar kənd sakini Şahid1 Təqsirləndirilən şəxs1 tərəfindən verilən 02 mart 2020-ci il tarixli 06 saylı əmrlə nümayəndəliyə baş mühasib kimi sənədləşdirilərək Şahid1 adına "xxxx" ASC-nin Bərdə filialında hazırlanmış plastik kartın bankdan onun tərəfindən götürülməsinə nail olub Təqsirləndirilən şəxs1 tərəfindən alınmasından sonra Şahid1 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, həmin müddətdə Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında Təqsirləndirilən şəxs1 eyni xarakterli yardım edərək sonuncunun tamah niyyətilə guya Şahid1 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan sonuncuya əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri Təqsirləndirilən şəxs1 qəsdən fərqli formada imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid1 adına "xxxx" ASC-də açılmış 510307******5081 hesab nömrəli plastik bank kartına 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.427,94 manat məbləğində pul vəsaitinin Bərdə rayonu ərazisində ayrı-ayrı ünvanlarda, sonuncu dəfə ünvan 6yə məxsus bankomatlardan Təqsirləndirilən şəxs1 tərəfindən çıxarılmasından sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.427,94 manat (beş min dörd yüz iyirmi yeddi manat doxsan dörd qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamasında və rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsində köməkçi qismində təkrarən iştirak etmişdir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon İcra Hakimiyyəti üzrə 21 oktyabr 2019-cu il tarixli 122 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verməyə, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər verməyə, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etməyə, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etməyə, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirməyə, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmağa, qanunla müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirməyə, onların ərizə, şikayət və təkliflərinə baxmağa, lazımi tədbirlər görməyə və nəticəsi barədə vətəndaşlara məlumat verməyə, səlahiyyətləri çərçivəsində əmrlər verməyə və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi həmin nümayəndəliyin sabiq nümayəndəsi vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2 2019-cu ilin oktyabr ayında özünə müraciət edərək övladı olmaqla 25 oktyabr 2016cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş Şahid2 işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, onun işdən çıxarılmamaqla adının işçilər siyahısında saxlanılıb, əmək haqqı almasına şərait yaratmasını bildirməsinə əsasən, Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı talamaq məqsədilə Şahid2 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 təhriki əsasında Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan Şahid2 əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri qəsdən fərqli formada imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.400,1 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrı-ayrı ünvanlarda, o cümlədən, Abşeron rayonu, Bərdə rayonu, Göygöl şəhəri və sonuncu dəfə Gəncə şəhəri, Heydər Əliyev prospekti 44A ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan Şahid2 tərəfindən həmin müddətdə çıxarılmaqla, həmçinin onlayn ödənişlər etməklə şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Təqsirləndirilən şəxs2 təhriki ilə öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.400,1 manat (beş min dörd yüz manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etməklə talamış, Təqsirləndirilən şəxs2 təhriki ilə rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi həmin nümayəndəliyin sabiq nümayəndəsi vəzifəsində işləmiş tanışı Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Təqsirləndirilən şəxs2 verdiyi məsləhət əsasında Bərdə rayonu, Qurtlar kənd sakini Şahid1 02 mart 2020-ci il tarixli 06 saylı əmri ilə nümayəndəliyə baş mühasib kimi sənədləşdirərək Şahid1 adına "xxxx" ASC-nin Bərdə filialında hazırlanmış plastik kartın bankdan sonuncu tərəfindən götürülməsinə nail olub ondan həmin kartı şəxsən aldıqdan sonra Şahid1 02 mart 2020-ci il tarixdən 17 mart 2021ci il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, həmin müddətdə Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında Təqsirləndirilən şəxs2 eyni xarakterli yardımı ilə tamah niyyətilə guya Şahid1 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan sonuncuya əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri qəsdən fərqli formada şəxsən imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid1 adına "xxxx" ASC-də açılmış 510307******5081 hesab nömrəli plastik bank kartına 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə hesablanaraq köçürülmüş cəmi 5.427,94 manat məbləğində pul vəsaitini Bərdə rayonu ərazisində ayrı-ayrı ünvanlarda, sonuncu dəfə ünvan 6yə məxsus bankomatlardan şəxsən çıxarıb həmin pul vəsaitini Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla ona etibar edilmiş cəmi 5.427,94 manat (beş min dörd yüz iyirmi yeddi manat doxsan dörd qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs3 Bərdə rayon İcra Hakimiyyəti üzrə 17 dekabr 2012-ci il tarixli 143 nömrəli əmrlə Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsinə təyin edilməklə 21 oktyabr 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən maddi məsul vəzifəli şəxs kimi 01 mart 2010-cu il tarixdən Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Bərdə rayonu üzrə Maliyyə İdarəsinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etməklə talamaq məqsədilə 25 oktyabr 2016-cı il tarixli 11 saylı əmrlə Şirvanlı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyə xadimə kimi rəsmiləşdirilmiş Təqsirləndirilən şəxs2 qızı Şahid2 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddətdə işə gəlməməklə hər hansı əmək funksiyasını yerinə yetirməməsinə baxmayaraq, Bərdə rayonu, Şirvanlı kəndində yerləşən nümayəndəliyin inzibati binasında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah niyyətilə guya Şahid2 işə gəlməklə əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan sonuncuya əmək haqqının köçürülməsinə dair həmin aylar üzrə əmək haqqı cədvəllərinə qeyd edilən müddətdə daxil edib həmin cədvəlləri özü və əlbir olduğu Təqsirləndirilən şəxs2 imzalayaraq idarənin möhürü ilə təsdiq edib Bərdə rayon Maliyyə İdarəsinə göndərməklə Şahid2 adına "xxxx" ASC-də açılmış 416974******0744 hesab nömrəli plastik bank kartına 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək hesablanaraq köçürülmüş cəmi 2.441,63 manat məbləğində pul vəsaitinin Respublika ərazisində ayrıayrı ünvanlarda, o cümlədən, Gəncə şəhəri, Bərdə rayonu, Yevlax şəhəri və sonuncu dəfə Bərdə şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında yerləşən poçt şöbəsində "xxxx" ASCyə məxsus bankomatlardan Şahid2 həmin müddətdə çıxarmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Bərdə rayonu üzrə Maliyyə İdarəsinə (01 iyul 2020-ci il tarixdən Bərdə rayonu üzrə Maliyyə şöbəsinə) məxsus olmaqla onlara etibar edilmiş cəmi 2.441,63 manat (iki min dörd yüz qırx bir manat altmış üç qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə israf etməklə talamış, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla və təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 32.4, 32.5, 179.2.2, 32.4, 32.5, 179.2.3, 32.4, 32.5, 179.2.4, 313, 32.4, 32.5, 313-cü maddələri, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü-cü maddələri və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 313-cü cü maddələr ilə düzgün tövsif edilmişdir. Cinayət nəticəsində dəymiş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aid hissədə tam ödənilmiş, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsait qeyd edilən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 1(021)21/2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 32.4, 32.5, 179.2.2, 32.4, 32.5, 179.2.3, 32.4, 32.5, 179.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətlərindən azad edilmişdirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti 21 oktyabr 2019-cu il tarixdən 01 oktyabr 2021ci il tarixədək olan müddət ərzində törətmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti 02 mart 2020-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddət ərzində törətmişdir, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayəti 01 avqust 2018-ci il tarixdən 21 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində törətmişdir və həmin vaxtdan iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında iki ilədək müdətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilmə, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 1(021)21/2023-cü il tarixli qərarla təqsirli bilindikləri və özlərinin də təqsirli hesab etdikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən xitam verilmiş və onlar həmin hissədə cinayət məsuliyyətindən azad edilmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X29rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləçdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 Qara oğlu barəsində hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 Qara oğlu müəyyən müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında mühasib vəzifəsini tutmaq hüququndan məhrum edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs3 Qara oğlu üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 Qara oğlunun cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 Qara oğluna təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onların yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Qara oğlu Azərbaycan Respublikasını cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bilmədiyindən həmin maddə üzrə təqsirli bilinməli və barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Qara oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vurulmuş 13269,67 manat zərərdən 10828,04 manat hissəsinin və həmin vəsaitin 25 faizi olan 2707,01 manat vəsaitin ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Qara oğlu zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə vurduğu 2441,63 manat ziyanı ödəməmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vurulmuş ziyan üzrə ödənilməmiş 2441,63 manat vəsaitlə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" ASC-dən daxil olmuş videogörüntü olan CD disk və bank kartının çıxarışları, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər, 2018-2021-ci illəri əhatə edən əməkhaqqı hesablama cədvəllərinin surəti cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-ci maddələri ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında mühasib vəzifəsini tutmaq hüququndan məhrum edilməklə 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bərdə rayonu Bala Qəcər kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Qara oğlu Azərbaycan Respublikasını cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vurulmuş 13269,67 manat zərərdən 10828,04 manat hissəsinin və həmin vəsaitin 25 faizi olan 2707,01 manat vəsaitin ödəniilməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vurulmuş ziyan üzrə ödənilməmiş 2441,63 manat vəsaitlə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-21/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-21/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver