Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-212/2022 27.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 12,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Gəncə küçəsi ev 3 ünvanında saxlamış, 07 iyul 2022-ci il tarixdə saat 23:20 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri ünvan 3 ünvana baxış keçilən zaman yaşadığı ünvandan 3 ədəd kibrit qutusunda və 1 ədəd salfet kağız bükümdə olan 1 ədəd kəsilmiş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram, 3,43 qram, 4.11 qram, 1,42 qram ümumi təmiz çəkisi 12,25 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonunda anadan olub, orta təhsillidir. Hazırda heç bir yerdə işləmir. Təxminən 10ildir ki, narkotik vasitə istifadəçisidir. O, mütamadi olaraq narkotik vasitə istifadə edirmiş. Təxminən 4-5 gün əvvəl Bakı şəhəri Binəqədi rayonunda yerləşən Avtovağzalının yaxınlığında gəzərkən orada bir ədəd sellofan bükülüsünün olduğunu müşahidə etmişdir. O, həmin sellofan bükülüyə baxdıqda sellefanın içərisində 4 ədəd kibrit qutusunun olduğunu görmüş və həmin kibrit qutuları diqqətini cəlb etdiyindən açaraq baxdıqda içərisində qurudulmuş marixuananın olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs öz istifadəsi məqsədi ilə üzərində götürmüş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Bərdə rayonuna qayıdaraq narkotik vasitələri yaşadığı evin otaqlarının birində sonradan özü istifadə etməsi üçün gizlətmişdir. Həmin kibrit qutularından birini götürüb yarı bölərək istifadə etmiş, qalıq yarım kibrit qutusunu isə ağ rəngli solfet kağıza bükərək stolun üzərinə qoymuş və həmin gün gecə saatlarında təkrar istifadə etməsi üçün qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində yaşadığı Bərdə şəhəri Gəncə küçəsində yerləşən evin qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar və ona bildirmişlər ki, yaşadığı evdə və üzərində narkotik vasitə saxlamağında şüphəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış və axtarış keçiriləcəyi bildirilmişdir. O, yaşadığı evə baxışın və axtarışın keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ona təklif edilmiş ki, yaşadığı evdə saxladığı narkotik vasitəni özü könüllü olaraq təqdim etsin. O, yaşadığı evdə yerləşən özünün yaşadığı otaqda divanın alt tərəfində saxlamış olduğu 3 ədəd kibrit qutusunda olan narkotik vasitə hesab edilən marixuananı təqdim etmişdir. Bundan sonra stolun üzərində unudularaq qoyduğu ağ rəngli solfetə bükülü formada olan yarım kibrit qutusunda olan narkotik vasitə polis əməkdaşlarının diqqətini cəlb etdiyindən həmin bükülüyə baxış keçirilmişdir. Həmin vaxtı ona məxsus olan yarım kibrit qutusunda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə digər aşkar edilmiş narkotik vasitələrlə birlikdə elektron tərəzidə çəkilmiş və müvafiq ekspertizanın aparılması üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitədən hər hansı şəxsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin KTQ-un, baş inspektoru, polis baş leytinantı rütbəsindədir. 07 iyul 2022ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi şəkildə üzərində narkotik vasitə gəzdirməsi barədə məlumatlar olduğu üçün onun, O, Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili, polis leytinantı Şahid2 və Bərdə RPŞ-nin polis sahə nəfəri, polis serjantı Şahid3 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirildi və 07 iyul 2022-ci tarixdə saat 23:20 dəqiqədə adı çəkilən şəxs Bərdə şəhəri Gəncə küçəsi ev 3 ünvanının qarşısında olmasını müəyyən etmişlər. Bundan sonra Bərdə RPŞ-in, TB-in tədqiqatçısı, polis mayoru Eşqin Məmmədov, Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili, polis leytinantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis sahə nəfəri, polis serjantı Şahid3 Hafiz oğlu ilə birlikdə həmin əraziyə getmişlər. ünvan 5 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddə saxlamasında şüphəli olmaları barədə əməliyyat məlumatının daxil olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu təstiq edərək, təqdim edəcəyini və heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən yaşadığı evinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda özünün yaşadığı yataq otağında olan divanın altında gizlətdiyi ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirildikdə 3 ədəd üzərinə “Murat” yazılmış kibrit qutularında hər birinin içərisinə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin kütlələrə tərəfindən baxış keçirilmiş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri Bakı şəhəri Binəqədi rayonunda yerləşən avtovağzalın yaxınlığında yolun kənarından tapdığını bildirmişdir. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 19,16 qram olması müəyyən edilmişdir. Daha sonra masanın üzərində ağ salfetə bükülü kütlə aşkar edilmişdir. İbrahim həmin ağ salfetə bükülüdə də narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin salfetə baxış keçirilmiş və içərisində kəsilmiş kibrit qutusu aşkar edilmişdir. Həmin yarı kəsik kibrit qutusu da təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildi və ümumi çəkisi 2,15 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus mənzildən aşkar edilərək götürülmüş 3 ədəd tam 1 ədəd kəsilmiş kibrit qutularında olan narkotik vasitələrin tərkibini və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün İbrahimin özünün iştirakı ilə tərəflərindən müvafiq qaydada, 02 ədəd zərfdə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına tərəflərindən gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçisi X3, onun və Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili, polis leytinantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis sahə nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğun olaraq hüquqları Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şüphəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən 2 ədəd siqaret qutusunu və 2 ədəd qəpik pulu çıxardaraq masaya qoymuşdur. Həmin siqaret qutularına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən siqaret qutuları və qəpik pullar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, İbrahimin üzərində əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı ifadəsi elan edildi və onun ifadəsi şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eynilik təşkil etdi. Cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 iyul 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 51-52-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X5 Yerindən azad edilmişdir. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 08 iyul 2022-ci il tarixli 16/795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 3 (üç) ədəd kibrit qutusunda və 1 (bir) ədəd salfet kağız bükümdə olan 1 (bir) ədəd kəsilmiş kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,29 qram, 3,43 qram, 4,11 qram və 1,42 qram ümumi təmiz çəkisi 12,25 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkisi-12.25 qram, tədqiqat sərf edildi-0.08 qram, (hər 0.02 qr) qalıq 12.17 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 1376 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə olan metamfetaminden epizodik istifadə etməsi halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 84-cü vərəqəsində olan Bərdə RİHB-nın Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs narkotikaya meyilli kimi xarakteriza olunmuşdur. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm xx.xx.2011ci il tarixdə qanuni qüvvəyə minmiş, cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 100-107-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 12,25 qram lakin tədqiqatdan sonra qalıq qalmış 12,17 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanması təmin olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən evinə və üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, 18.4.3-cü madəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 09 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 09 iyul 2022-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət (08 iyul 2022-ci il tarixdən- 09 iyul 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi təmiz çəkisi 12,17 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixindən 09 iyul 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ümumi təmiz çəkisi 12,17 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-212/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-212/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver