Məhkəmə qərarları › İş №1(021)-212/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-212/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-212/2023 06.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X36 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, dövlət ittihamçısı X19, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X15 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 1530 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, baş etibarnamə əsasında X20 məxsus «Opel Astra minik» markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə rayonu Mollaisalar kəndinin mərkəzi avtomobil yolu ilə yaşayış məntəqəsində nəzərdə tutulmuş 60 km/saat surət həddindən artıq olmaqla, təxminən 70 km/saal surətlə idarə edib yuxarı istiqamətdə hərəkətdə olarkən Mollaisalar kənd orta məktəbinin bərabərliyində, “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsininin 3-cü bəndinin tələbini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunlara əməl etməyib etinasızlıq göstərməklə yolun döngəli hissəsindlə idarəetməni itirərək idarə etdiyi avtomobili yolun hərəkət hissəsindən sol tərəf ehtiyat hissəyə çıxarıb avtomobilin sol arxa tərəfi ilə sol ehtiyat hissədə dayanmış vəziyyətdə olan piyada X5 ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına, dalağın, böyrəklərin cırılması və bağırsaqlara qansızma ilə qarının küt travması, döş qəfəsində sağ İİ-İİİ-İV- V-Vİ qabırğalar orta körpücük xətti üzrə və çanaq sümüklərinin sınıqları ilə döş qəfəsinin küt travması, sol gözətrafı nahiyənin qançırı, burun beli, alın, sol almacıq, sol əl, sol said nahiyələrinin sıyrıqları, sağ baldır sümüyünün qəlpəli sınığı xəsarətləri ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərinin yetirilməsinə, həmin xəsarətlərdən qarının küt travması ilə əlaqədar dalağın, böyrəklərin travmatik cırılmasına görə baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Etibarnamə əsasında idarə etdiyi “Opel Astra minik” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, avtomobili sürücülük vəsiqəsi ilə idarə etmişdir. İdarə etdiyi “Opel Astra minik” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 05 iyul 2023-cü il tarixdə saat 15 radələrində Bərdə rayonu Balaqəcər kəndindən 2 nəfər qadın və 1 nəfər oğlan uşağını müştəri kimi götürüb Bərdə rayonu Gülgəzli kəndinə aparmışdır. Müştəriləri getdikləri ünvana çatdırdıqdan sonra Bərdə-Ağcabədi asfalt yoluna qayıtmaq üçün hərəkət etməyə başlamışdır. Bərdə rayonu Mollaisalar kəndinin ərazisində hərəkətdə olarkən Mollaisalar kənd məktəbinin qarşısında yolun sağa burulan hissəsində idarəetməni itirib yolun sağ hissəsinə və daşlıq-qumluq hissəyə çıxmış və mərhum X5 avtomobilinin sol arxa tərəfi ilə vurmuşdur. Həmin şəxs zərbənin təsirindən yerə yıxılmışdır. Avtomobilini 15 metr qarşıda saxlayıb, arxaya sürüb həmin şəxsi avtomobilin arxa oturacağına uzatmışdır. X29 Rayon Mərkəzi Xəstəxanasına aparmış, yolda olarkən Əmirmayə qıçının sındığını deyərək qışqırmışdır. X14 tibbi yardım göstərilsə də, o, həmin gün xəstəxanada ölmüşdür. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Himayəsində işsiz arvadı və iki nəfər azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Ağzıbir kəndində yaşayır. X2 atasıdır, mərhum atası ölənə kimi onunla birlikdə yaşamışdır. 05 iyul 2023-cü il tarixdə saat 15 radələrində uzaq qohumu X12 ona mobil telefon vasitəsi ilə zəng edərək X34un yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, Bərdə Diaqnostika və Müalicə xəstəxanasında olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, 05 iyul 2023cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bərdə rayonu Mollaisalar kəndindən keçən asfalt yolla hərəkətdə olarkən mərhum X34u vurmuş, daha sonra avtomobilinə qoyaraq xəstəxanaya aparmışdır. X34 aldığı xəsarətlərdən həmin gün xəstəxanada ölmüşdür. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs işə barışdığını, ona qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09-dan, xx.xx.2023-cü il saat 09-a qədər növbə üzrə qrafikə uyğun olaraq Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektorları Şahid2 Raiq oğlu və Şahid3 Qədimah oğlu ilə birlikdə **-YP-*** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində xidmətdə olarkən Bərdə rayonu Mollaisalar kəndi ərazisindən keçən asfalt yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Bərdə Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat daxil olduğundan hadisə baş verən yerə getmişlər. Hadisə yerində olarkən onların iştirakı ilə müstəntiq hadisə yerini müayinə etmişdir. Hadisə yerində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra minik» markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayon sakini piyada X5 vurduqdan sonra idarə etdiyi həmin avtomobilə qoyaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparmış, X14 tibbi yardım göstərilsə də, sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə tək olmuş və idarəetməni itirməsi nəticəsində asfalt yolun sol hissəsində olan piyada Əmirmayə Ədilovu vurmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin inspektorları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X18” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 05 iyul 2023-cü il tarixli 27 saylı rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər- kəskin qanitirmə ilə müşayət olunan dalağın, böyrəklərin cırılması və bağırsaqlara qansızma ilə qarının küt travması, döş qəfəsində sağ İİ-İİİ-İV- V-Vİ qabırğalar orta körpücük xətti üzrə və çanaq sümüklərinin sınıqları ilə döş qəfəsinin küt travması, sol gözətrafı nahiyənin qançırı, burun beli, alın, sol almacıq, sol əl, sol said nahiyələrinin sıyrıqları, sağ baldır sümüyünün qəlpəli sınığı vardır. -Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza hadisəsi nəticəsində piyada olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən tarixəyəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - X1 ölümünə səbəb qarının qapalı küt travması ilə əlaqədar dalağın, böyrəklərin travmatik cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. - X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. - X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli 2381/k saylı maddi sübutların müayinəsi aktı). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 8/2445 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 18-1-28/2-1205/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 05 iyul 2023-cü il tarixli 826 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. BC261591 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriya sürücülük hüququ vadır. BB 351126 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X16 adına qeydiyyata alınmışdır. 19 mart 2023-cü il tarixli ƏN-Vİİİ 817566 nömrəli etibarnamədən görünür ki, X27 mülkiyyətində olan “Opel Astra” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Etibarnamə 9 ay 29 gün müddətinə verilib və xx.xx.2024-cü il saat 2359-dək qüvvədədir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 1530 radələrində sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, baş etibarnamə əsasında X20 məxsus “Opel Astra minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bərdə rayonu Mollaisalar kəndinin mərkəzi avtomobil yolu ilə yaşayış məntəqəsində nəzərdə tutulmuş 60 km/saat surət həddindən artıq olmaqla, təxminən 70 km/saal surətlə idarə edib yuxarı istiqamətdə hərəkətdə olarkən Mollaisalar kənd orta məktəbinin bərabərliyində, “Yol hərəkəti haqqında” Azərbayacan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsininin 3cü bəndinin tələbini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunlara əməl etməyib etinasızlıq göstərməklə yolun döngəli hissəsindlə idarəetməni itirərək idarə etdiyi avtomobili yolun hərəkət hissəsindən sol tərəf ehtiyat hissəyə çıxarıb avtomobilin sol arxa tərəfi ilə sol ehtiyat hissədə dayanmış vəziyyətdə olan piyada X5 ehtiyatsızlıqdan vuraraq sonuncunun sağlamlığına, dalağın, böyrəklərin cırılması və bağırsaqlara qansızma ilə qarının küt travması, döş qəfəsində sağ İİ-İİİ-İV-V-Vİ qabırğalar orta körpücük xətti üzrə və çanaq sümüklərinin sınıqları ilə döş qəfəsinin küt travması, sol gözətrafı nahiyənin qançırı, burun beli, alın, sol almacıq, sol əl, sol said nahiyələrinin sıyrıqları, sağ baldır sümüyünün qəlpəli sınığı xəsarətləri ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərinin yetirilməsinə, həmin xəsarətlərdən qarının küt travması ilə əlaqədar dalağın, böyrəklərin travmatik cırılmasına görə baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol hərəkəti qaydalarını pozması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 02 oktyabr 2023-cü il tarixli 1294 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Ailə üzvləri atası-xx.xx.1960-cı il təvəllüdlü X6, anası xx.xx.1955-ci il təvəllüdlü X7, arvadı-xx.xx.1997-ci il təvəllüdlü X4, oğlu-xx.xx.2019-cu il təvəllüdlü X11 və oğlu-xx.xx.2021-ci il təvəllüdlü X8 ibarətdir. Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən heç bir tapşırıq verilməmiş və onun barəsində bu günə qədər icra nümayəndəliyinə heç bir mənfi məlumat daxil olmamışdır. 27 iyul 2018-ci il tarixli AZ-İİ 279066 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X13 27 iyul 2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir. AA1267364 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X21 xx.xx.2019-cu ildə anadan olmuşdur. 29 mart 2021-ci il tarixli AZ-İV 548129 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2021-ci ildə anadan olmuşdur. CM-nin 59.1.4, 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 18 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, təqdimat və vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən dərhal azad etmə və qətimkan tədbirinin seçilməsi haqqında” 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 sentyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş protest təmin edilməmiş, Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimatın təmin edilməməsinə dair Bərdə Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 4(021)-203/2023 saylı qərarının protestə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 31 avqust 2023-cü il tarixli 8/2445 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində 23 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar