Məhkəmə qərarları › İş №1(021)-212/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-212/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-212/2025 06.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İşin halları: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X3 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Aralarında yaranmış narahatlıqla əlaqədar xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında rəsmi boşanmışlar. Boşandıqları gündən Kərimli Gülnarə onun haqqında ictimaiyyət arasında həqiqətə uyğun olmayan şayələr yayır, onu qohumlar, dostlar, qonşular arasında biabır edir, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyir. Şikayət olunan şəxs onunla yazışmalarında özü etiraf edir ki, o yaxşı edir cəmiyyətdə onu ləkələyərək biabır edir. Bu əməllərini mentəzəm olaraq davam etdirəcək. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında icraat başlanmalı və maddənin sanksiyası həddində məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə görə şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayət ərizəsində şikayət verən şəxsin məşğuliyyət növü və vəzifəsi, əməlin nə vaxt törədilməsi, eyni zamanda şikayətin verildiyi yer qeyd olunmamış, bununla da Cinayət-Prosessual Məcəllənin 293.3.1-ci, 293.3.2-ci və 293.3.6- cı maddələrində göstərilən tələblərə riayət olunmamışdır. Şikayətin məzmunu qeyd olunan tələblərə uyğun olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli və xx.xx.2026-cı il tarixli hazırlıq iclaslarında xüsusi ittihamçı heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbdən olduğu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.2, 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar