Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-213/2023 11.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qızının, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin hömkü ilə Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilməklə, 01 il sınıq müddəti tətbiq edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmiş, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən yaşayış binasına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 iyul 2023-cü il tarixdə saat 14 radələrində Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətinə, oradan isə qonaq otağının pəncərəsinin açıq olmasından yararlanıb yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında rəfin içərisində olan Zərərçəkmiş şəxs1 məxsus kişi pencəyinin sağ cibindən 500 (beş yüz) manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən 02 avqust 2023-cü il tarixdə saat 10 radələrində isə Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətinə, oradan isə qonaq otağının pəncərəsinin açıq olmasından yararlanıb yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında rəfin içərisində Zərərçəkmiş şəxs1 məxsus pul kisəsi formasında olan suvenir şəkilli fil qabın içərisindən 200 (iki yüz) manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 avqust 2023-cü il tarixdə saat 08 radələrində Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin hasarından evin həyətinə, oradan isə evin giriş qapısının açıq olmasından yararlanıb evin dəhlizinə keçməklə dəhlizdə olan şkafın içərisindən qonaq otağının qapısının kilidinin açarını taparaq qonaq otağının kilidini açarla açıb qonaq otağına qanunsuz daxil olaraq orada paltar şkafının içərisində olan yorğan üzlüklərinin arasında olmuş Zərərçəkmiş şəxs2 məxsus 350 (üç yüz əlli) manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 350 (üç yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuş, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatdadır, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində nənəsi Rəna Məhərrəmova ilə birlikdə yaşamışdır. Bərdə rayon Məhkəməsinin hökmü ilə o, 01 fevral 2023-cü il tarixdə CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilməklə, 01 il sınaq müddəti tətbiq cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə o, Bərdə şəhəri, H.Əliyev prospekti ərazisində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirərək onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Bərdə rayon Polis şöbəsinə gəldikdən sonra o, həqiqətdə oğurluq etdiyini etiraf etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmkəndlisi onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə Zərərçəkmiş şəxs1 və ailə üzvləri olmayan vaxt evinin pəncərəsinin açıq olmasını görüb pəncərədən keçmə yolu ilə qonaq otağına keçərək qonaq otağında olan rəfin içərisində olan kişi pencəyinin iç cibindən 200 (iki yüz) manat pulu gizli yolla oğurlamış, həmin pula o, Bərdə rayonu, Əyricə Samux mağazasından bir ədəd qısaqol köynək, bir ədəd şalvar və bir ədəd ayaqqabı almışdır. Bundan sonra o, təkrar olaraq Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs1 və ailə üzvləri olamayan vaxtı evin pəncərəsinin açıq olmasından istifadə edib evin qonaq otağına daxil olaraq qonaq otağında rəfin işərisində pul kisəsi formasında olan fillin içərisindən 120 (bir yüz iyirmi) manat pulu gizli yolla oğurlayıb evin içərisinə daxil olduğu pəncərədən çıxıb getmişdir. Bundan başqa o, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə isə xx.xx.2023-cü il tarixdə həmin evin həyətyanı sahəsinə hasarın üzərindən keçərək evin giriş qapısının açıq olmasından istifadə edib evin dəhlizinə daxil olub, dəhlizdə sağ tərəfdə olan şkafın içərisindən evin qonaq otağının açarını tapıb qonaq otağının qapısını açarla açıb otağa daxil olduqdan sonra qonaq otağında yerləşən rəfin içərisindən ümumilikdə 350 (üç yüz əlli) manat pulu oğurlamışdır. O, oğurluq yolu ilə hətta həmin pula Bərdə şəhəri Diaqnostika mərkəzinin qarşısında olan çay evində işləyən adını bilmədiyi qızla yeyib-içərək şəxsi ehtiyacalarına xərcləmişdir. Həmçinin, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, o, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə yaşadığı evin küçə tərəfdən qapısı olmadığına görə evin həyətyanı sahəsinə keçib evin qonaq otağının pəncərəsinin açıq olmasından istifadə edib evin yataq otağına daxil olmuşdur. Lakin, o, Zərərçəkmiş şəxs1 yaşadığı evdən birinci dəfə etdiyi oğurluq hadisəsinin tarixi tam yadında deyildir, ancaq həmin vaxt o, İlqarın evindən 200 (iki yüz) manat oğurlamış, 500 (beş yüz) manat oğurlamamış, ikinci dəfə isə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evdən 120 (bir yüz) manat pul oğurlamışdır. Bundan başqa o, Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə isə xx.xx.2023-cü il tarixdə həmin evin həyətyanı sahəsinə hasarın üzərindən keçərək evin giriş qapısının açıq olmasından istifadə edib evin dəhlizənə daxil olub, dəhlizdə sağ tərəfdə olan şkafın içərisindən evin qonaq otağının açarını tapıb qonaq otağının qapısını açarla açıb otağa daxil olmuşdur. O, qeyd olunan həmin oğurluq hadisələrini tək olaraq etmiş heç kimin məlumatı olmamış, onun oğurluq etməyinə heç kim köməklik etməmişdir. Həmçinin onun oğurluq etdiyini heç kim görməmişdir. Onun Zərərçəkmiş şəxs1 Əli oğlunun yaşadığı evdən oğurladığı puldan özünə paltar və ayyaqabı aldığı Bərdə rayonu, Əyricə kəndi ərazisində yerləşən «Samux» adlı mağazanın sahibinin və ya satıcının, bundan başqa Bərdə şəhəri Diaqnostioka mərkəzinin qarşısında olan çay evində işləyən adını bilmədiyi qızla yeyib-içərkən pulu xərcəlyən zaman həmin şəxslərin pulun oğurluq olmasından xəbərləri və məlumatları olmamışdır. O, qeyd etdiyi oğurluq hadisəsindən başqa heç bir yerdən oğurluq etməmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, baxış keçirilməsi haqqında protokol, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, arvadı Səadətlə birlikdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Yaşadığı fərdi yaşayış evi mişar daşlarından tikilmiş, üç otaqdan ibarətdir. Onun böyük oğlu Bakı şəhərində işləyir, balaca oğlu isə hərbi xidmətdə qulluq edir. xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə naməlum şəxs daxil olaraq evində yataq otağında rəfin içərisində olan ona məxsus olan pencəyinin iç cibindən 500 (beş yüz) manat pulu oğurlamışdır. Həmin gün o, arvadı ilə birlikdə Elşad adlı qohumunun evində ad günü məclisində olduğundan evində heç kim olmamışdır. xx.xx.2023-cü il tarixdə o, ot yığmaq üçün sahəyə getmiş, arvadı Səadət isə ata evində qardaşı oğlunun hərbi xidmətə yola salınması ilə bağlı məclisdə olmuşdur. Bu səbəbdən evi sahibsiz olmuşdur. Həmin vaxt evinə daxil olan naməlum şəxs evin qonaq otağında rəfin içərisində olan pul kisəsi formasında olan filin içərisindən 200 (iki yüz) manat pulunu gizli yolla talamaqla oğurlamışdır. Birinci dəfə evindən 500 (beş yüz) manat pulu oğurlanan zaman polisə şikayət etməmişdir. Belə ki, o, oğurluq edən şəxsi müəyyən edib tapacağı üçün polis şikayət etməmişdir. Lakin, evindən ikinci dəfə oğurluq olduqdan sonra o, məcbur olub DİN-nin 102 dixmətinə zəng edərək məlumat vermişdir. Belə ki, onun evindən 2 dəfə oğurluq olmuş, birinci dəfə onun evindən 500 (beş yüz) manat pul və ikinci dəfə isə 200 (iki yüz) manat pul oğurlanmışdır. Ona ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan dəymişdir. Həmçinin Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirdi ki, ona məxsus fərdi yaşayış evindən oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə baş vermişdir. Bundan başqa əvvəllər ona məxsus olan evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. O, qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ona məxsus olan evdən oğurluq hadisəsi baş vermişdir. Oğurluq edən şəxs ona məxsus olan evə yaşayış evinin pəncərəsinin açıq olmasından evin onaq otağına pəncərədən keçərək oğurluq etmişdir. Havalar isti olduğuna görə o, evin pəncərələrini açıq qoymuşdur. Oğurluq edən şəxs yaşayış evinə daxil olarkən hər hansı bir pəncərəni və qapını sındırılmadan evə daxil olmuşdur. Ona məxsus yaşayaış evindən xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat xx.xx.2023-cü il tarixdə isə 200 (iki yüz) manat pul oğurlanmışdır. Ümumilikdə onun evindən 700 manat pul oğurlanmışdır. O, ilkin olaraq heç kimdən şübhələnməmiş, sonradan ona məlum olmuş ki, ona məxsus olan evdən xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat pulu və xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat pulu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. O, həmçinin bildirdi ki, ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs ona ziyanı ödədiyi halda onunla barışar və barəsində şikayətçi olmaz. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində tək yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Belə ki, o, hər gün səhər tezdən saat 07 radələrində işləmək üçün sahəyə getdiyindən həmin vaxtlarda evində heç kim olmur, saat 12 radələrində isə qayıdıb evinə gəlir. Onun yaşadığı evin giriş qapısı həmişə açıq olur, hər gün evdən çıxanda qonaq otağının qapısını açarla bağlayıb açarı yaşadığı evin giriş qapısının dəhlizdə olan şkafın içərisinə qoymuşdur. Bundan başqa o, evdən çıxarkən evin darvazasının qapısını bağlayıb açarı üzərində götürmüşdür. xx.xx.2023-cü il tarixdə o, eyni qayadada səhər saat 07 radələrində evdən çıxıb sahəyə gedərkən o, qonaq otağının giriş qapısını bağlayıb qapının açarını evin giriş hissəsində dəhlizdə olan şkafın içərisinə qoyub, darvaznın qapısını bağlayıb açarını üzərində götürüb sahəyə getmişdir. Təxminən saat 12 radələrində evə gəldikdən sonra o, evin darvazasının qapısını açarla açıb həyətə daxil olmuş, sonra isə qonaq otağının qapısının açarını dəhlizdə olan şkafın içərisindən götürüb qapını açarla açıb evə daxil olmuşdur. Həmin gün günorta saat 15 radələrində ona pul lazım olduğu üçün evdə qonaq otağında şkafın içərisində yorğan üzlüklərinin arasında saxladığı puldan götürməyə getmişdir. Həmin vaxt 350 (üç yüz əlli) manat pulunun orada olmadığını görmüşdür. Daha sonra pulunu evin içərisində biraz axtarmış, şkafın içərisinə yığdığı paltarları, yorğan üzlüklərini döşəmənin üzərinə qoyub aralarına baxmış, lakin pulunu tapa bilməmişdir. O, pulunu tapa bilmədikdə pulunun oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bir qədər sonra isə yaşadığı evə polis əməkdaşları gəlib onun yaşadığı ünvana baxış keçirilmiş, ona məxsus olan 350 (üç yüz əlli) manat pulunun oğurlandığı yeri göstərmiş və 350 (üç yüz əlli) manat pulunun oğurlanması barədə ərizə yazmışdır. Həmçinin, Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan fərdi yaşayış evindən ümumilikdə 350 (üç yüz əlli) manat puldan başqa hər hansı bir əşyası oğurlanmışdır. Bundan başqa əvvəllər ona məxsus olan evdən heç bir oğurluq hadisəsi baş verməmişdir. Oğurluq edən şəxs ona məxsus olan evə hasardan keçmə yolu ilə evin həyətinə keçərək evin giriş qapısının açıq olmasından istifadə edib evin dəhlizində olan şkafın içərisindən qonaq otağıının açarını götürüb qonaq otağının qapısını açıb qonaq otağına daxil olub oğurluq etdikdən sonra açarla qonaq otağının qapısını bağlayıb açarı götürdüyü yerə qoymuşdur. O, ilkin olaraq heç kimdən şübhələnməmiş, sonradan ona məlum olmuş ki, ona məxsus olan evdən 350 (üç yüz əlli) manat pulu yaşadığı kənddə yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. O, həmçinin bildirdi ki, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iş üzrə iş üzrə Şahid ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayır. O, Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən Samux-Əyricə mağazasında satıcı işləmişdir. Belə ki, mağazanın ikinci mərtəbəsində kişi və qadın paltarlarının satışı ilə məşğul olmuşdur. Sonradan o, həmin mağazadan işdən çıxmışdır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Təqsirləndirilən şəxs ilə onun arasında hər hansı bir narazılıq, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, mağzada işləyən zaman Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvəllərində tarixi yadında qalmayan gündə mağazaya gələrək mağazadan özü üçün 1 ədəd qısaqol köynək, 1 ədəd şalvar və 1 ədəd ayaqqabı almışdır. Təqsirləndirilən şəxs mağazadan təxminən 40 (qırx) manat dəyərində paltar almışdır. Bundan başqa Sənan mağazadan hər hansı bir paltar gəlib almamışdır. Həmçinin, Şahid verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs mağazadan paltar alarkən xərclədiyi pulun oğurluq olması barədə ona heç bir söz deməmişdir. Sənanın mağazadan aldığı paltarların verdiyi pulun oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. Cinayət işinin 1-2-ci vərəqələrində olan 06 avqust 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə Qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 14 radələrində özgə əmlakını qəsdən gizli talamaq məqsədilə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin pəncərəsinin açıq olmasından yararlanıb pəncərədən keçmə yolu ilə qonaq otağına daxil olub orada rəfin içərisində olan pençəyin yan cibindən 500 manat nağd pulunu, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində özgə əmlakını qəsdən gizli talamaq məqsədilə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin pəncərəsinin açıq olmasından yararlanıb pəncərədən keçmə yolu ilə qonaq otağına daxil olub rəfin içərisində olan fincandan 200 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 700 amant pulunu oğurlaması,bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində özgə əmlakını qəsdən gizli talamaq məqsədilə Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətyanı sahəsinə hasardan daxil olub yaşayış evinin qapısının açıq olasından dəhlizə keçərək dəhlizdə olan şkafın içərisindən açarı götürüb qonaq otağının kilidini açaraq otağa daxil olub qonaq otağında paltar şkafının içərisində olan yorğan üzlüklərinin arasından 350 manat nağd pulu gizli olaraq talayaraq oğurlanması faktı, əsas isə həmin faktla bağlı toplanmış materialar olmuşdur. Cinayət işinin 48-49-cu vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinərək 06 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 112-113-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 139-143-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)169/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 81-82-ci vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 161-169-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 1(021)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, Bərdə Rayon Məhkəməsinin 1(021)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəzasının 05 ay 14 gününü çəkmiş və 06 ay 16 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 157-cı vərəqəsində olan edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 171-ci vərəqələrində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi qeydiyyatsız olaraq Bərdə rayonu, Nəcəfqulubəyli kəndində məskunlaşıb yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü ilə CM-nin 152.1-ci maddəsinə əsasən məhkum olunarkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının CM-nin 18.4.2-ci madəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət, Bərdə rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq olunmuş şərti məhkum etmə Azərbaycan Respublikasının CM-71.5-ci maddəsinə əsasən ləğv edilməli, Bərdə rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü ilə məhkum olunduğu 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bərdə Rayon Məhkəməsinin 4(021)169/2023 saylı 08 avqust 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmışdır. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bərdə rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti məhkum etmə ləğv edilsin. Bərdə rayon Məhkəməsinin 1(021)14/2023 saylı 01 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-213/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-213/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver