Məhkəmə qərarları › İş №1(021)-214/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-214/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-214/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə Rayon Vəkil bürosunun vəkili X2 iştirakı ilə. Təqsirləndirilən şəxs: xx xxxxxx 1975-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, İmamqulubəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə, saat 23 radələrində "X8" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi "OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Tərtər yolunun Bərdə rayonu ərazisindən keçən 23-cü kilometrliyində "X8" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək Bərdə rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman, yolun sağından yol çiyninin başladığı yerdən sola doğru keçib geri qayıdan piyada Zərərçəkmiş şəxs yolun sağ yol çiyninin başladığı yerdən sola doğru 2 metr məsafədə avtomobilin qabaq sağ yan hissəsi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin aşağı 1/3-də yerdəyişmiş sınığı, sağ dirsək sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı ilə müşayiət edilən səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu İmamqulubəyli kəndində yaşayır, 1-ci Qarabağ müharibəsi veteranıdır, 1-ci qrup müharibə əlilidir. Hadisə zamanı idarə etdiyi "OKA" minik markalı, **-BH-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ona 2008-ci il tarixdə dövlət başçısı tərəfindən hədiyyə edilmişdir, həmin vaxtdan da avtomobili idarə etmişdir. Sürücülük vəsiqəsi yoxdur. 24 iyun 2023-cü il tarixdə o, idarə etdiyi "OKA" minik markalı, **-BH-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə Tərtər rayonundan Bərdə rayonu istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Saat təxminən 23 radələrində idarə etdiyi avtomobillə Bərdə Tərtər yolunun Bərdə rayonu Yenidaşkənd kəndi ərazisi ilə yolun sağ zolağı ilə 60 km/saat sürətlə Bərdə rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan uzaqdan görmüşdür ki, yolun sağ hissəsinin kənarından bir qadın yolu sağdan sola adi yerişlə keçir, yolun ortasına kimi keçmiş, o, qadına çatana yaxın həmin qadın qəfildən geriyə qayıtmağa başlamış, məsafə yaxın olduğundan vuramamaq üçün tormoz verməyə çalışsa da avtomobilin sağ yan güzgü hissəsi ilə qadını vurmuş, qadın yerə yıxılmışdır. O, avtomobili bir qədər qarşıda yolun sağında saxlamış, görmüşdür ki, yaxınlıqda yolun kənarında yerləşən şadlıq evinin qarşısından tanımadığı şəxslər vurduğu şəxsin yanına qaçır. O, fikirləşmişdir ki, həmin şəxslər vurduğu qadının qohumları olar, ona nəsə edərlər. Ona görə də kənarda dayanıb baxmışdır. Sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və xəsarət alan qadını hadisə yerindən Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar, o, da avtomobili hadisə yerində qoymuş, vurduğu qadına köməklik göstərmək məqsədilə yol avtomobili ilə xəstəxanaya getmişdir. Sonra oradan hadisə yerinə qayıdıb gəlmişdir. Hadisə yerinə yol polisləri və müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə yadisə yerinə baxış keçirilmişdir, tərtib olunmuş protokola və sxemə imza etmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, sərnişin olmamışdır. Hadisədən əvvəl o, spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyət olmuşdur. Vurduğu piyadanı əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Buna görə məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 24 iyun 2023-cü il tarixdə saat 23:00 radələrində o, Tərtər yolunun kənarında yerləşən "Soyuq Bulaq" adlanan şadlıq sarayından çıxıb yolu qarşı tərəfə keçirmiş, bu zaman Ağdam rayon istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi "OKA" minik markalı, **-BH-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobil onu vurmuş, o, yerə yıxılmışdır. Hadisə nəticəsində xəsarət almışdır. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş onu hadisə yerindən Bərdə rayon tibbi diaqnostika mərkəzinə aparmışlar, həkim müayinəsindən keçmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, Aqil onun bütün xəstəxana xərclərini ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. İbtidai istintaqa bu barədə vermiş olduğu ərizəni bir daha yazılı qaydada təsdiq edərək eyni məzmunlu ərizəni məhkəməyə təqdim etdi. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X5 icraatında olan HK-1/675 nömrəli materialı nəzərdən keçirib, fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* №-li cinayət işinin başlanması, cinayət işinin istintaqın aparılması üçün icraata götürülməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-13-cü vərəqələrində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bərdə-Tərtər yolunun Bərdə rayonu ərazisindən keçən 23-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətlidir, yol Bərdə və Tərtər rayonu istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Yol örtüyünün eni 15,8 metrdir, hərəkət hissənin eni 7,8 metrdir. Bərdə rayon istiqamətinin sağında 5 metr enində asfalt yol çiyni yerləşir, eyni zamanda solda 3 metr enində yol çiyni yerləşir. Hadisə yerinə baxış zamanı piyadanın vurulduğu yer müəyyən edildi, belə ki, "OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı Bərdə rayon istiqamətində yolun sağında yol çiyninin başladığı yerdən sola doğru 2,4 metr məsafədə vurulmuşdur. Hadisə yerinə asfalt üzərində piyada keçid xətləri və piyada keçid yol nişanları vardır. Hadisə baş vermiş ərazidə sürət həddi 80 km/saat sürətlə məhdudlaşdırılmışdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X3” X6 xx.xx.2023-cü il tarixli, 737 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sağ baldır sümüklərinin aşağı 1/3-də yerdəyişmiş sınığı, sağ dirsək sümüyünün çoxqəlpəli yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı piyada kimi törənəm bilər, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 17 iyul 2023-cü il tarixli, 8/1999 nömrəli rəyindən görünür ki, "OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X8" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "X8" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 58-64-cü vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan 25 iyun 2023-cü il tarixli 753 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinin 69-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “"OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 18 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdər, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət işinin 26-cı vərəqəsində olan AA № 911942 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şahədətnaməsinin surətindən görünür ki, "OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 74-77-ci vərəqəsində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "OKA" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs həmin avtomobilin mülkiyyətçisi kimi tanınmışdır. Cinayət işinin 106-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, hazırda məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunması, ailəli olmasını, zərərçəkmiş şəxslə barışmasını, 1-ci Qarabağ müharibəsinin iştirakçısı və 1-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini və 1-ci Qarabağ müharibəsi iştirakçısı və 1-ci qrup müharibə əlili olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 09 oktyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa “OKA” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qaytarılması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi və onunla barışığın olması nəzərə alınmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “OKA” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi və onunla barışığın olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar