Məhkəmə qərarları › İş №1(021)-217/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-217/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-217/2023 18.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR.CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, Səttərxan küçəsi ev 4 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs AR.CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış binasına və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətinə, oradan isə saxlanc yeri hesab edilən evin zirzəmisinə yaxınlaşıb, zirzəminin qarşısında olan dəmir alətlə zirzəminin kilidini sındırmaqla, oraya qanunsuz daxil olaraq zirzəmidə olan Zərərçəkmiş şəxs1 məxsus hər biri 130(yüz otuz) manat dəyərində olan iki ədəd 5 litrlik, 170(yüz yetmiş) manat dəyərində bir ədəd 7 litrlik samovarları, hər biri 250(iki yüz əlli) manat dəyərində olan iki ədəd hər birinin tutumu 35 litr olan mis qazanı, 30(otuz) manat dəyərində olan bir ədəd 2 litr tutumu olan mis qazanı, 50(əlli) manat dəyərində olan bir ədəd 40 litr tutumu olan alüminium qazanı, hər biri 60(altmış) manat dəyərində olan iki ədəd mis aftafanı və 80(səksən) manat dəyərində olan bir ədəd diamtetri 40 sm olan mis sinini talamaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1210(min iki yüz on) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin hasarından evin həyətinə, oradan isə evin pəncərəsini itələyərək, evin qonaq otağına qanunsuz daxil olaraq orada olan 200(iki yüz) manat dəyərində olan "Vestel" markal televizoru, sonra isə evin həyətində olan əl damının qapısının açıq olmasından yararlanaraq, oradan 400(dörd yüz) manat dəyərində olan bir ədəd velosipedi talamaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 600(altı yüz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 26 aprel 1997-ci ildə X3 ilə ailə həyatı qurmuş, bu evlilikdən 3 qızı, 1 oğlu olmuşdur. Övladlarından balaca qızı X4 azyaşlı, 2012 il təvəllüdlü, digər övladları isə böyük, hətta 2 qızı ailəlidir. Arada bir dəmir yığıb satmaqla ailəsini dolandırmış, əvvəllərdə oğurluq və narkotik üstündə məhkumluqları olmuşdur. Sonuncu dəfə onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq gedən zaman Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. Bərdə Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixdə onun barəsində iki iş üçün hökm çıxarmış, ona 02 il 11 ay 14 gün azadlıqdan məhrum etmə cəzası vermişdir. xx.xx.2022-ci il tarixdə 02 ay 08 gün tez cəzadan azad olmuşdur. Bundan başqa lap əvvəllər xırda talama və narkotik üstündə məhkumluğu olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasının doğma əmisi oğludur. Fəxrəddin və ailəsinin Bakı şəhərində olduğunu bildiyindən, 24 iyun 2023-cü il tarixdə 23:30 radələrində Zərərçəkmiş şəxs1 evinin hasarından evin həyətinə atlamış, evin həyətində yerdən dəmir parçası götürüb, evin zirzəmisinin kilid qıfılını sındırmışdır. Evin zirzəmisindən iki ədəd 5 litrlik, bir ədəd 7 litrlik smovarları, iki ədəd hər birinin tutumu 35 litr olan mis qazanı, bir ədəd 2 litr tutumu olan mis qazanı, bir ədəd 40 litr tutumu olan alüminum qazanı, iki ədəd mis aftafanı və bir ədəd mis sinini götürmüşdür. Həmin metal əşyaları götürüb evin həyətinə çıxarmış evin giriş darvazasını açmış və həmin əşyaları həmin gecə çölə çıxardaraq, öz evinə aparmışdır. Sonra evin darvazasını bağlamış və hasardan atlayıb evinə getmişdir. Həmin gün həftənin 6-cı günü olmuş, səhərisi gün Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "qaraçı bazarı" adlanan yerdə həmin əşyaların hamısını tanımadığı bir nəfər şəxsə 190 manata satmış, bir ədəd yeddi litrlik samovarı isə qonşuluqda yaşayan Aydının oğlu Hünərə 100 manata satmışdır. Əldə etdiyi həmin gəliri yeməyə və spirtli içkiyə xərcləmiş, sonradan eşitmiş ki, qohumu Fəxrəddin polisə məlumat vermişdir. Bundan başqa 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində əvvəllər onunla qonşuluqda yaşayan Namaz kişinin evinə oğurluq məqsədilə girmiş, həmin şəxslərin təxminən 6-7 aydır ki, Bakı şəhərində yaşadıqlarını bilmişdir. Həmin evə hasardan atlamış, evin pəncərəsini itələmiş, itələyən kimi, pəncərə açılmışdır. İçəri daxil olmuş, orada olan markasını xatırlamadığı 82 ekran televizoru götürmüşdür. Evin qapısından evin həyətinə çıxmış, oradanda evin giriş darvazasını açmış və televizoru götürüb evinə aparmışdır. Sonra yenidən qayıdıb, evin həyətində yerləşən əl damına girmişdir. Orada iki ədəd velosiped olmuş, həmin velosipedlərdən böyüyünü, yəni "26"lıq olanını oğurlamışdır. Sonra evin darvazasını bağlamış və divarın hasarından çölə çıxmışdır. Səhərisi gün yenə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "qaraçı bazarı" adlanan yerdə onları satışa çıxarmışdır. "Qaraçı bazarı" adlanan yerdə velosipedi tanımadığı bir şəxsə 60 manata satmış. Həmin evdən oğurladığı televizoru isə həmin gün "qaraçı bazarı" adlanan yerdə onunla qonşuluqda yaşayan Aydın kişinin oğlu Hünərə 100 manata satmışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 evinə xx.xx.2023-cü il tarixdə həmin evin yol tərəfində olan hasarından keçərək, daxil olmuş, evin zirzəmisinə onun qıfılını yerdən götürdüyü dəmir parçası ilə sındıraraq daxil olmuşdur. Zərərçəkmiş şəxs2 evinə yol tərəfdə olan hasardan keçmiş, evin pəncərəsini iətələyib oradan televizor götürmüş, açıq olan əl damından isə bir ədəd velosipedi oğurlamışdır. Onun oğurluq etməyindən heç kimin məlumatı olmamış, oğurluq etdiyini heç kim görməmişdir. Qeyd etdiyi oğurluqlardan başqa oğurluq hadisələri etməmiş, əməlini özü könüllü etiraf etmiş, əməlindən peşman olmuşdur. Hazırda himayəsində 3 uşağı olduğunu və zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır, 1985-2000-ci illərdə daxili işlər orqanlarında xidmət etmiş, daxili işlər orqanlarının veteranıdır. Yaşadığı evin zirzəmisində özünə məxsus olan metal əşyalar olmuş, həmin zirzəminin giriş qapısı dəmirdən olmuş və orada asma kilid olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən arvadı Sədiqə və oğlu Əlibəylə birlikdə çıxaraq Bakı şəhərinə qızı evinə getmiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evə gələn zaman görmüş ki, evinin zirzəmisinin kilidinin bağlandığı metal hissə mişarla kəsilib və dəmir qapı açılmış, naməlum şəxs zirzəmiyə daxil olmuşdur. Zirzəmidə arxa otaqda olan bir ədəd beş litrlik, bir ədəd yeddi litrlik smovar, iki ədəd hər birinin tutumu 35 litr olan mis qazan, bir ədəd 2 litr tutumu olan mis qazan, bir ədəd 40 litr tutumu olan alüminum qazan, iki ədəd mis aftafa, bir ədəd mis sini oğurlanmışdır. Oğurlanan samovarların hər birinin dəyəri 100 manatdır, oğurlanan qazanların hər birinin dəyəri 100 manat, mis aftafaların dəyəri ümumilikdə 100 manat, mis sininin qiyməti isə 50 manatdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəymişdir. Oğurlanan əşyaların xüsusi bir nişanı olmasada o, həmin əşyaları tanıya biləcəyini bildimişdir. Sonradan polis şöbəsində ona məlum olmuş ki, onun evinə girərək oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Onunla heç bir düşmənçiliyi olmamışdır. Hazırda təqsirləndirilən şəxsi bağışlayır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Şahid prospektində yaşayır. xx.xx.2023-cü il tarixdə AR DİN-nin 102 xidmətinə zəng edərək, Bərdə şəhəri, Füzuli küçəsində olan evdən televizorun oğurlanması barədə bildirmişdir. Mahiyyəti üzrə qeyd etmişdir ki, o, valideynləri ilə birlikdə 2023-cü ilin mart ayına qədər Bərdə şəhəri, Füzuli küçəsində yerləşən evində yaşamış, həmin vaxtdan sonra isə həmin evin yerləşdiyi həyətdə yeni ev tikməyə başlamışdır. Buna görə həmin vaxtdan Bərdə şəhəri, Şahid prospektində kirayə evdə yaşayır. O və ailə üzvləri hər dəfə evə gedib-gələn zaman gücləri çatdığı qədər əşyaları götürüb kirayə qaldıqları evə aparmış, sonuncu dəfə təxminən iyun ayının axırlarında evə getmiş və evin əşyalarının yerində olduğunu görmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bərdə rayonu Füzuli küçəsində yerləşən evə gedən zaman görmüş ki, evin qıfılı üstündə olmuşdur. Lakin, evə daxil olan zaman evdə olan "Vestel" markalı televizorun yerində olmadığını görmüşdür. Daha sonra AR DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra evin həyətində olan əl damına daxil olduqdan sonra orada olan velosipedin yerində olmadığını görmüşdür. Bu barədə Bərdə RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan polis şöbəsində ona məlum olmuş ki, ona məxsus olan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanımış, belə ki, Vüqarla yaxın qonşu olmuş, Təqsirləndirilən şəxsla münasibəti daim yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs təxminən iyul ayının əvvəllərində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "qaraçı bazarı" adlanan yerdə 100 manata bir ədəd "Vestel" markalı televizor almışdır. Həmin televizorun oğurluq olmasından xəbəri olmamış, həmin televizoru gətirib istintaqa təqdim edə biləcəyini bildirmişdir. Həmin televizou Təqsirləndirilən şəxs 100 manata "qaraçı bazarı" adlanan yerdə Vüqardan almış, həmin televizorun qiymətini münasib hesab etdiyi üçün almış, daha yuxarı qiymətə satmaq niyyətində olmuşdur. Həmin televizoru gətirib istintaqa təqdim etmişdir. Həmçinin Şahid əlavə ifadəsində bildirmişdir ki, əvvəl istintaqa verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmiş ki, Bərdə şəhərində yerləşən "qaraçı bazarı" adlanan yerdə köhnə əşyaların alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxsla üzləşən zaman onun yadına düşmüş ki, 2023-cü ilin yay aylarında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs ona bir ədəd yeddi litrlik smovarı 100 manata vermiş, həmin smovarı dəqiq xatırlamadığı bir vaxtda 110 manata tanımadığı bir nəfərə satmışdır. Həmin şəxsin kim olduğunu bilməmiş, Hünərdən bir ədəd televizor və bir ədəd yeddi litrlik smovar almışdır. Həmin əşyaların oğurluq olduğunu bilməmiş, həmin əşyaların oğurluq olduğunu bilsə, almayacağını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs aldığı bir ədəd "Vestel" markalı televizoru gətirib, istintaqa təqdim etmiş və həmin televizor, onun iştirakı ilə Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. Qeyd etdiyi kimi, "qaraçı bazarı" adlanan yerdə alqı-satqı ilə məşğul olaraq, ailəsini dolandırmış, Təqsirləndirilən şəxs aldığı "Vestel" markalı televizoru və bir ədəd yeddi litrlik samovarı da "qaraçı bazarı" adlanan yerdə almışdır. "Vestel" markalı televizoru 100 manata almış və həmin televizoru gətirib istintaqa təqdim etmişdir. Bir ədəd yeddi litrlik smovarı isə 100 manata almış və "qaraçı bazarı" adlanan yerdə tanımadığı, daha doğrusu xatırlamadığı bir nəfər şəxsə 110 manata satmışdır. Həmin əşyaların oğurluq olduğunu bilməmiş, Vüqardan başqa heç nə almamışdır. Əvvəl ancaq televizoru xatırlamış, lakin sonradan Vüqar ilə üzləşən zaman Vüqarın ona samovar satmasınıda xatırlamışdır. O, "qaraçı bazarı" adlanan yerdə alqısatqı ilə məşğul olur, çox əşyalar alıb-satdığından xatırlamamışdır. İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədilə onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə evimin zirzəmisində olan ikinci otaqdan iki ədəd 5 litrlik, bir ədəd 7 litrlik smovar, iki ədəd hər birinin tutumu 35 litr olan mis qazan, bir ədəd 2 litr tutumu olan mis qazan, bir ədəd 40 litr tutumu olan alminum qazan, iki ədəd mis aftafa, bir ədəd mis sinini oğurlamasını, oğurladığı əşyalarını kimə veribsə, onuda deməsini bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 üzünə sənə məxsus olan evin zirzəmisində yerləşən ikinci otaqdan Fəxrəddinin dediyi kimi iki ədəd 5 litrlik, bir ədəd 7 litrlik smovar, iki ədəd hər birinin tutumu 35 litr olan mis qazan, bir ədəd 2 litr tutumu olan mis qazan, bir ədəd 40 litr tutumu olan alminum qazan, iki ədəd mis aftafa, bir ədəd mis sinini oğurlamış olduğunu, oğurladığı əşyalarıda satmış olmasını, bir ədəd yeddi litrlik smovarı onunla qonşuluqda yaşayan Aydının oğlu Hünərə 100 manata satmış, digər əşyaları isə tanımadığı şəxslərə satmasını bildirmişdir. İstintaq zamanı Şahid ilə Təqsirləndirilən şəxs ifadələri arasında yaranmış ziddiyyətləri aradan qaldırmaq məqsədilə onların arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid üzünə, ona bir ədəd "Vestel" markalı televizor və bir ədəd yeddi litrlik smovarı 2023-cü ilin iyun ayında "qaraçı bazarı" adlanan yerdə hər birini ona 100 manata satdığını, həmin əşyaların oğurluq olduğunu ona bildirmədiyini bildirmiş, Şahid isə Təqsirləndirilən şəxs üzünə, Vüqar dedikdən sonra onun yadına düşmüş ki, bir ədəd "Vestel" markalı televizor və bir ədəd yeddi litrlik smovarı Vüqar ona satmış, Həmin "Vestel" markalı televizoru, gətirib istintaqa təqdim etmiş, lakin, bir ədəd yeddi litrlik smovarı isə "qaraçı bazarı" adlanan yerdə tanımadığı şəxsə 110 manata satmış olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 evinin hasarını göstərərək, oradan evə və evin zirzəmisinə qarşısına getdiyini, zirzəminin qarşısında olan dəmir alətlə zirzəminin kilidini sındırdığını və evin zirzəmisinə daxil olaraq, Zərərçəkmiş şəxs1 məxsus metal əşyaları oğurladığını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs2 məxsus evə hasardan keçməsini göstərmiş, evin pəncərəsini itələyərək, evə daxil olduğunu və oradan oğurladığı televizorun yerini göstərmiş və evin həyətində yerləşən əl damından bir ədəd velosiped oğurladığı yeri göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. 30 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotəcədvəldən görünür ki, 30 iyun 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, Səttərxan küçəsində yerləşən yaşayış evinin zirzəmisinin giriş qapısının qıfılı sındırılaraq oğurluq hadisəsi törədilmişdir. 05 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fətəcədvəldən görünür ki, 05 avqust 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Füzuli küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 əvvəl yaşadığı, hal-hazırda isə yaşayış olmayan evindən, evinin içərisindən bir ədəd "Vestel" markalı televizor və evin həyətində yerləşən əl damından bir ədəd velosiped oğurlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-ci il tarixli 9/7404 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti nəzərə qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Sıra Adı və markalanma göstəricisi Miqdarı Bir vahidinin Ümumi dəyəri №-si (ədəd) qiyməti (manatla) (manatla)

1. 5 litrlik samovar 2 130 260

2. 7 litrlik samovar 1 170 170

3. Hər birinin tutumu 35 litr olan mis 2 250 500 qazan

4. Tutumu 2 litr olan mis qazan 1 30 30

5. Tutumu 40 litr olan alüminium qazan 1 50 50

6. Mis aftafa 2 60 120

7. Diametri 40 sm olan mis sini 1 80 80

8. Diaqonalı 80 sm olan 2020-ci ildə 1 200 200 istehsal olunmuş 2Vestel” markalı tv

9. 26 ölçülü velosiped 1 aydın deyil 0 Cəmi: 1410.00

Digər bir ədəd 26 ölçülü velosiped barədə kifayət qədər ətraflı məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, əmtəə görünüşü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Şahid iş üzrə Təqsirləndirilən şəxs 100 manata almış olduğu "Vestel" markalı televizorun bu olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin bir ədəd "Vestel" markalı televizora baxaraq, evindən oğurlanılaraq, götürülmüş televizorun həmin bir ədəd televizor olduğunu bildirmişdir. Həmin televizor qara rəngdə olmuş, televizorun xarici görünüşündə heç bir qüsur aşkar edilməmişdir. 11 avqust 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus Bərdə şəhəri, Füzuli küçəsində yerləşən evdən bir ədəd "Vestel" markalı televizoru və bir ədəd velosipedi oğurlayan şəxsin xx.xx.1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hömkü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 15 sentyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavabda məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətindəki zirzəmidə olan Fəxrəddin Hamidova məxsus iki ədəd 5 litrlik, bir ədəd 7 litrlik smovarları, iki ədəd hər birinin tutumu 35 litr olan mis qazanı, bir ədəd 2 litr tutumu olan mis qazanı, bir ədəd 40 litr tutumu olan alminum qazanı, iki ədəd mis aftafanı və bir ədəd mis sinini, 01 iyul 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan Bərdə şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən bir ədəd "Vestel” markal televizoru, bir ədəd velosipedi talamaqla tək başına oğurlamış və başqa cinayətlərdə iştirak etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs oğurladığı malları satmaq üçün istifadə etdiyi taksi kimi getdiyi avtomobilləri və həmin avtomobillərin sürücülərini, “qaraçı bazarı" adlanan yerdə oğurladığı əşyaları satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Bundan başqa ünvan 3 ünvanında yaşayan Şahid Təqsirləndirilən şəxs aldığı əşyaların oğurluq olduğunu bilib- bilməməsini müəyyən etmək istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cinayət işi üzrə müstəntiq tərəfindən qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli qərarla bir ədəd "Vestel" markalı televizor maddi sübut kimi tanınmış və cinayət işi materialları ilə tanış olmadan sonra saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra hakimiyyətinin Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 29 avqust 2023-ciü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddətinin başa çatması ilə azad olunmuşdur. Cinayət işinin mateiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 23 sentyabr 2020- cü il tarixli 1(021)-127/2023 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(021)-16/2021 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Bərdə rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1- 28/2-1322/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinika şöbəsində, narkoloji kabinetində 2016; xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu" diaqnozu ilə qeydiyyatdadır və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə törətmiş olduğu cinayət əməlini tam etiraf edərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və yaxud şahid qismində dindirilmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadələrindən başqa, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertin rəyi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər ibtidai istintaq zamanı CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq əməli yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarın 17ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Həmin qərara əsasən cinayət məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli vahid niyyətlə əhatə olunmadığından təkrarlıq əlaməti ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Belə ki, məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun himayəsində 1 uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən şəxsə münasibətdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməllərindən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin sadə residivi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 avqust 2023-ciü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına; Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddətinin başa çatması ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən cinayət əməli törətmiş və onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və cinayətlərin residivini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin əməlində cinayətlərin sadə residivi olduğundan ona CMnin 65-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növü üzrə müvafiq həddən az olmamaqla cəza təyin edilməlidir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-in 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu andan yəni, 12 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olmaqla ittiham aktında qeyd edilmiş zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış 1210 manat və Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış 600 manat dəyərində əşyalardan ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 məxsus olmaqla saxlanması üçün ona təhvil verilmiş 200 manat dəyərində “Vestel” markalı televizor Zərərçəkmiş şəxs2 geri qaytarılmalı, geri qalan hissədə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 dəymiş 1210 manat və Zərərçəkmiş şəxs2 dəymiş 400 manat maddi ziyanın ödənilməmiş qalması və zərərçəkmiş şəxslərlə barışığın olması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə gələcəkdə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu tarix olan 12 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla ittiham aktında qeyd edilmiş zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış 1210 manat və Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış 600 manat dəyərində əşyalardan ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs2 məxsus olmaqla saxlanması üçün ona təhvil verilmiş 200 manat dəyərində “Vestel” markalı televizor Zərərçəkmiş şəxs2 geri qaytarılsın, geri qalan hissədə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 dəymiş 1210 manat və Zərərçəkmiş şəxs2 dəymiş 400 manat maddi ziyanın ödənilməmiş qalması və zərərçəkmiş şəxslərlə barışığın olması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə gələcəkdə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar