Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-22/2021 20.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Oruc oğlunun, Zərərçəkmiş şəxs3, X6, Müdafiəçilər Müdafiəçi4 Hacıbab oğlunun, Müdafiəçi1, Müdafiəçi3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 oğlunun iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin 23.1.2005-ci il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 1.650.000 manat cərimə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 29.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 08 fevral 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənlmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt 2/29-da yaşayan, aparılan başqa cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə, xx.xx.1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər məhkəməsinin 06.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu Qasımbəyli kəndində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1975-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Tərtər Qarnizonu Hərbi Tirbunalının 29.05.1996-cı il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 241-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinərək, ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31.10.1997-ci ildə Azərbaycan Repsublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli Amnistiya Qərarına əsasən azad olunmuş, Bərdə rayon Xalq Məhkəməsinin 02.07.1998-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 17, 226-1-ci maddəsinin M 1-ci hisəsi ilə ilə təqsirli bilinərək, ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 11.01.1999-cu ildə Azərbaycan Repsublikası Milli Məclisinin 29.12.1998-cu il tarixli Amnistiya Qərarına əsasən azad olunmuş, Bərdə rayon məhkəməsinin 22.03.2000-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 192 M. 1-ci hissə, 207-ci maddəsini 3-cü hissəsi , 38-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 06.06.2003-cü il tarixli qərarı ilə cəzasının çkilməmiş hissəsi azdlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bərdə rayon məhkəməsinin 01.04.2004-cÜ il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 67, 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 27.01.2005-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon məhkəməsinin 12.03.2008-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 12 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, qanunla nəzərdə tutulmuş qaydad məhkumluğu ödənilmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə təkrarən qanunsuz və gizli daxil olaraq maddi ziyan vurmaqla, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 26 iyul 2020-ci il tarixdə saat 04:25 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mələk” adlı marketin qapısını üzərində olan dəmir parçası ilə aralayıb açmaqla marketə qapıdan qanunsuz daxil olub, marketin kassasının süyürtməsindən 1800 (min səkkiz yüz) manat nəğd pul və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə məxsus 1, 2, 3, 4 və 5 manatlıqlarla ümumilikdə 700 (yeddi yüz) manat dəyərində danışıq kartlarını, marketin vitrinindən 3 (üç) manat 70 (yetmiş) qəpik dəyərində 01 ədəd “Sobranie” markalı siqaret və 3(üç) manat 40 (qırx) qəpik dəyərində 01 ədəd “Kent-4” markalı siqareti gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 2507 (iki min beş yüz yerddi) manat 10 (on) qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 avqust 2020-ci il tarixdə saat 14 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Bərdə rayonu Bala Qəcər kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 758 manat dəyərində bir baş diri çəkisi təxminən 145 (140kq+150:2) kq olan erkək dananı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 758 (yeddi yüz əlli səkkiz) manat miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 avqust 2020-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən “Qardaşlar” adlı marketin qapısını üzərində olan dəmir parçası ilə aralayıb açmaqla marketə qapıdan qanunsuz daxil olub, marketdə siqaret vitrinindən və aşağı piştaxdadan 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 20 ədəd “Kent CRYSTAL” markalı siqareti, 1 ədədinin dəyəri 3 manat 30 qəpik olan 60 ədəd “Winston Compakt” markalı siqareti, 1 ədədinin dəyəri 3 manat 30 qəpik olan 120 ədəd “Winston” markalı siqareti, 1 ədədinin dəyəri 3 manat 50 qəpik olan 80 ədəd “Kent 4” markalı siqareti, 1 ədədinin dəyəri 1 manat 50 qəpik olan 20 ədəd “Magna” markalı siqareti, 1 ədədinin dəyəri 1 manat 50 qəpik olan 20 ədəd “Wincester” markalı siqareti, 1 ədədinin dəyəri 2 manat 30 qəpik olan 50 ədəd “Rothmans blue” markalı siqareti, 1 ədədinin dəyəri 5 manat 70 qəpik olan 03 ədəd “Redbull” markalı içkini, 1 ədədinin dəyəri 6 manat 50 qəpik olan 05 ədəd “Ledof” markalı araq, 1 ədədinin dəyəri 5 manat olan 03 ədəd “Zolotoe kolço” markalı araq, 1 ədəd dəyəri 350 manat dəyində “HP 250 G3 Notebook PC” markalı noutbuk və həmin noutbukun içərisində dəyəri 300 manat olan “1C” programı, 50 manat dəyərində idman köynəyini, qiyməti 250 manat dəyərində “@LHUA” markalı kamera yaddaş blokunu, kassadan 20 qəpikliklər olmaqla 20 manat pulu, 10 qəpilklirlər olmaqla 10 manat pulu, 50 qəpikliklər olmaqla 28 manat pulu, 1 ədədinin dəyiri 01 manat olan 20 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 2211 manat 60 qəpik miqdarında maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz və gizli olaraq maddi ziyan vurmaqla, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 oğlu tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 avqust 2020-ci il tarixdə saat 14 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Bərdə rayonu Bala Qəcər kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 758 manat dəyərində bir baş diri çəkisi təxminən 145 (140kq+150:2) kq olan erkək dananı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 758 (yeddi yüz əlli səkkiz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz və gizli olaraq maddi ziyan vurmaqla, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 11 avqust 2020-ci il tarixdə saat 14 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində X15 və Təqsirləndirilən şəxs1 ilə birləşərək Bərdə rayonu Bala Qəcər kəndində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 758 manat dəyərində bir baş diri çəkisi təxminən 145 (140kq+150:2) kq olan erkək dananı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 758 (yeddi yüz əlli səkkiz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir . Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri Bakı küçəsi 28 saylı evdə daimi qeydiyyatda olub hazırda Sumqayıt şəhəri Stansı Sumqayıt 2 \29 ünvanında ailə üzvüləriylə birlikdə yaşayır. Himayəsində 2 azyaşlı oğlan uşaqları və həyat yoldaşı X7 var. Xədicə Novruzova hazırda Sumqayıt şəhərində yuxarda göstərilən ünvanda yaşayır. O, əvvəllər 2006-ci ildə Ağır cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddəsi ilə 4 il müddətinə məhkum olunub. Azadlığa çıxandan sonra da heç bir yerdə işləmir. Bildirir ki, 25 iyul 2020-ci il tarixdə təxminən gecə saat 23-45 radələrində Sumqayıt şəhərindən Bərdə şəhərinə bir sürücüsünü tanımadığı və dövlət qeydiyyat nişanını bilmədiyi “Kia” markalı taksi maşını ilə gəlib çıxmışdır. Ondan başqa həmin taksidə 3 nəfər də şəxs olmuşdur. O, taksi ilə gələrək Bərdə şəhərində Əlişin kruqu deyilən yerdə avtomobildən düşərək sürücüyə yol haqqı olaraq 25 manat pul verərək piyada hərəkət edərək Bərdə şəhərində S.Vurğun küçəsində yaşayan əmisi X1 yaşadığı evinə gecəni qalmaq üçün getmişdir. Novruzgilə getdikdə yatmaqlarını görmüş, ona görə də narahat etməyərək piyada gəzə-gəzə gəlib Bərdə şəhəri H.Əliyev prospektinə 4 nömrəli orta məktəbin yanına çıxmışdır. Elə orada prospektdə gəzirkən orada işıqforun yanından bir vintaçana oxşar dəmir parçası tapıb orada bir marketə yaxınlaşmışdır. Marketin qapısı bağlı olmasını görmüşdür. Ona görə də əlində olan vintaçana oxşar aləti şüşədən olan qapının arasına salaraq sıxmış, qapı açılmış, və marketə daxil olub oradan 1 ədəd “ Sabrine “ və Kent 4 markalı siqareti götürmüşdür. Sonra isə gəlib mağazanın kassasının stolunda oturmuşdur. Sonra isə həmin kassanın sürməsini çəkərək orada danışıq konturları olduğunu gördüm. Həmin sürmədən o, müxtəl növ danışıq konturları götürmüşdür. Hardasa 500 manata yaxın danışıq konturu olardı. Həmin konturlar 128 ədəd olub konturlardan 5 ədəd 10 manatlıq Sim-sim danışıq konturu , 6 ədədi 10 manatlıq Cin danışıq konturu və 5 ədəd 5 manatlıq cin konturu, 6 ədəd 1 manatlıq Sim danışıq konturu, 31 ədəd 2 manatlıq Sim danışıq konturu, 39 ədəd 3 manatlıq Sim danışıq konturu, 36 ədədi 5 manatlıq Sim danışıq konturunu götürüb əlimdə olan corabımın içinə yığmışdır. Sonra isə ikinci sürməni çəkərək orada çoxlu pul olduğunu görüb həmin yerdən cəmi 730 manat pul götürüb pulu da corabın içinə qoyub, mağazadan çıxıb gəlib 4 nömrəli məktəbin yanında orada karobka kağızını yerə sərip yatmışdır. O, mağazaya girəndə 26.07.2020-ci il gecə saat təxminən 04-30 radələri olmuşdur. Təxminən saat 15 radələrinə qədər orada yatdım. Sonra durub piyada Bərdə uşaq xəstəxanasının yanına gəlmiş, oradan da sarayın kuruqundan bir tanımadığı taksi maşınına oturaraq Bərdə avtovağzalına gəlib oradan saat 17 radələrində bir tanımadığı taksi maşını ilə Sumqayıta yola düşərək 26.07.2020-ci il tarixdə saat 20 radələrində Sumqayıta yaşadığı ünvana getmişdir. Sumqayıta çatandan sonra ona Ramin və Rauf adlı polis işçiləri zəng vuraraq oğurluq etməsini təcili qayıtmasını bildirmişlər. O, də onu oğurluğa görə çağırılmasını anlamışdır. O, oğurlamış olduğu cəmi 730 manat puldan 110 manatını Sumqayıtda marketdən ərzaq alaraq xərcləmiş, yerdə qalan 620 manatı və danışıq konturlarını götürəərk polisə gəlmiş və polisə təqdim etmişdir. Eyni zamanda oğurladığı cəmi 128 ədəd danışıq konturunu 5 ədəd 10 manatlıq Simsim danışıq konturu , 6 ədədi 10 manatlıq Cin danışıq konturu, 5 ədəd 5 manatlıq cin konturunu, 6 ədəd 1 manatlıq Sim danışıq konturunu, 31 ədəd 2 manatlıq Sim danışıq konturunu, 39 ədəd 3 manatlıq Sim danışıq konturu, 36 ədəd 5 manatlıq Sim danışıq konturunu gətirərək polisə təqdim etmişdir. Həmin danışıq konturlarının cəmi pulu 500 manat təşkil etmişdir. O, bu oğurluğundan peşmandır. O, oğurlamış olduğu konturların hamısını yuxarda qeyd etdiyi kimi təqdim etmişdir. Eyni zamanda cəmi oğurlamış olduğum 730 manat puldan 110 manatını xərcləmiş və yerdə 620 manat pulu da protokolla polisə təqdim etmişdir. Qalan həmin puldan 2 ədədi 100 manatlıq, 5 ədədi 50 manatlıq, 5 ədədi 20 manatlıq, 5 ədədi 10 manatlıq, 4 ədədi də 5 manatlıq pullar olmuşdur. O, marketdən oğurlamış olduğu 2 ədəd siqaretləri də çəkərək istifadə etmiş, ona görə də həmin siqaretləri təqdim edə bilməmişdir. Həmçinin cinayətkar fəaliyyətini davam etdirərək, 11 avqust 2020- ci il tarixdə təxminən saat 11 radələrində o, Bərdə şəhərində yerləşən Bərdə Yanğın söndürmə məntəqəsinin yanında qohumum Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Həmin vaxt onda, Səbuhidə və Vüqarda pul olmadığından gedib hardansa bir oğurluq edərək ya pul, ya da oğurladıqları nə olsa sataraq pulunu da öz aralarında bərabər olaraq bölməyi qərarlaşdırmışlar. Belə razılaşmadan sonra o, qohumu Təqsirləndirilən şəxs2 VAZ- 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilində qabaq sağ oturacaqda əyləşmişdir. Vüqar isə maşında arxada oturmuşdur. Bundan sonra Səbuhi maşını işə salıb o və Vüqarı Yevlax-Ağdam avtomobil yoluna çıxaraq hərəkət etmiş və Bərdə rayonunun Əliyanlı kəndinin və Balaqacar kəndlərinin ərazisi ilə Şirvanlı kəndi istiqamətinə gedərkən elə Əliyanlını keçərək həmin yolun Balaqacar kəndinin ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən yolun sol tərəfində hardasa 500 metrliyində otlaq sahəsində 7-8 iribuynuzlu heyvanların yerə vurulmuş dəmir mixa kəndirlə bağlanmış olduğunu və heyvanların yanında kimsənin olmadığını görmüşlər. Heyvanlardan bir başını, yəni maşına yerləşə bilənini oğurlayaraq aparmaq və sataraq pulunu da bölməyi qərarlaşdırmışlar. Həmin vaxt hardasa saat 14 radələrində yolun sol tərəfində otlaq sahəsindən həmin heyvanı oğurlamaq üçün Səbuhi maşını Yevlax- Ağdam yolundan sol tərəfdə olan yola, yəni otlaq sahəsinə gedən yola dondərib orada elə bir-neçə metr gedib maşını saxlamışdr. Bir də orada kimsənin olmamasını, heyvanlardan birini oğurlamaq mümkün olmasını görmüşlər. Həmin heyvanlardan birini bir baş qara rəngli erkək dananın bağlı olduğunu və o, biri heyvanlara münasibətdə balaca olduğunu görmüş, o, Vüqar və Səbuhi elə həmin bir baş erkək dana heyvanını oğurlayıb aparıb sataq pulunu da bölməyə qərara gəlmişlər. Maşının baqaj yerinə ya da ki, yük yerinə yerləşən heyvanı seçmişlər. Ona görə də Səbuhi maşınını həmin yerdə ağacın yanında saxlamışdır. Maşından Təqsirləndirilən şəxs3 və o, düşərək kimsənin olmadığı otlaq sahəsində bağlı vəziyətdə olan dana heyvanının yanına getmişdir. Həmin otlaq sahəsi Bərdə rayonunun Balaqəcər kəndi ərazisidir. Həmin heyvanı həmin yerdən kəndirini yerə vurulmuş mıxdan açıb elə kəndiri də boğazında olmaqla erkək dana heyvanını oradan açaraq Səbuhinin maşınının yanına gətirmişdir. Həmin vaxt Səbuhi maşının arxa yük yerini açdı, heyvanı həmin yerə yerləşdirmək istədikdə heyvan həmin yerə yerləşmədiyindən avtomobilin arxa oturacağını söküb maşının arxa yük yerinə qoymuşdur. Bundan sonra həmin bir baş erkək dana heyvanını maşının arxa oturacaq yerinə yerləşdirmişlər. Mən maşında qabaq sağ oturacaqda oturmuş, Vüqar isə dananın yanında oturaraq dananın başından maşını dağıtmaması üçün tutmuşdur. O, Vüqar və Səbuhi həmin heyvanı Zümürxaç kəndinin ərazisində olan çaylağa aparmışdır. Orada heyvanı bir ağaca bağlamışlar. Heyvan hardasa 5-6 gün orada qalandan sonra o, Vüqar və Səbuhi heyvanı Səbuhinin apararaq satmasını qərarlaşdırmışlar. Elə bu razılaşmaya görə heyvanı yenə maşınımın salonuna mindirərək bundan sonra o, Vüqar və Səbuhi hərəkət edərək Bərdə şəhəri köhnə bazarının qarşısına çatanda o və Vüqar maşından heyvanı alan adam üçünü bir yerdə görüb heyvanı almamasından ehtiyat edərək düşmüşdür. Ona görə də heyvanı Səbuhi apararaq Bərdə şəhəri Köhnə bazarında bir nəfər qəssabla danışmış və satmışdır. Səbuhi həmin heyvanı satandan sonra dananı 360 manata satmasını ona və Vüqarda demişdir. Səbuhi heyvanı satandan sonra Bərdə şəhəri köhnə bazarının qarşısına gəlmiş və orada Vüqarla və onunla görüşmüş və ona və Vüqar 110 manat verərək, özünədə 140 manat pul götürmüşdür. O, bu oğurluğu etdiyinə görə peşmançılıq çəkirdir. O, həmin pulu elə yemək içməyə verərək xərcləmişdir.Gərək həmin oğurluğu etməyəydi. Həmin oğurluğu o, Səbuhi və Vüqarla birlikdə razılaşaraq etmişdir. Bundan başqa, o, göstərdi ki, Zərərçəkmiş şəxs3 o, əvvəllər tanımamışdır. Onun Samirlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 14 avqust 2020-ci il tarixdə o, xalası oğlunun yas mərasimində iştirak etməkdən ötrü Bərdə şəhərinə gəlmişdir. Həmin vaxt o, qardaşı Elməddin yaşadığı ünvan 11 qalmışdır. Onun pulu olmadığından, düşdüyü çətin həyat tərzindən çıxmaqdan ötrü oğurluq etmək qərarına gəlmişdir. 15 avqust 2020-ci il tarixdə saat 04 radələrində o, qardaşıgilin evindən hamı yatarkən çıxmışdır. Şəhərdə oğurluq etmək üçün uyğun maqazin axtarmışdır. Bu zaman Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Qardaşlar” adlı marketi görmüşdür. O, əvvəlcədən üstündə götürdüyü maskanı taxmış, belə ki, maqazinin kameraları olmuşdur. Bundan sonra maqazinin giriş qapısına yaxınlaşaraq üzərində olan dəmir parçası ilə qapını açıb içəri daxil olmuşdur. Maqazinin içərisinə daxil olduqdan sonra maqazinin siqaret vitrinindən və aşağı piştaxdasından 20 ədəd “Kent CRYSTAL” markalı siqareti, 60 ədəd “Winston Compakt” markalı siqareti, 120 ədəd “Winston” markalı siqareti, 80 ədəd “Kent 4” markalı siqareti, 20 ədəd dəyərində “Magna” markalı siqareti, 20 ədəd “Wincester” markalı siqareti, 50 ədəd “Rothmans blue” markalı siqareti, 3 ədəd “Redbull” markalı içki, 5 ədəd “Ledof” markalı araq, 3 ədəd “Zolotoe kolço” markalı araq, 1 ədəd “HP” markalı noutbuku, idman köynəyi, 01 ədəd “@LHUA” markalı kamera yaddaş bloku, kassadan olan 20 manatlıq 20 qəpiklər, 10 manatliq 10 qəpilklirlər, 28 manat dəyərində 50 qəpikliklər, 20 ədəd 1 manat dəyərində "xxxx" MMC-yə məxsus danışıq kartını oğurlamışdır. O, marketdən çıxdıqda kameralın kabelini videogörüntülər silinməsi üçün qəsdən kəsmişdir. Bundan sonra o, oğurladığı siqaretləri, araqları, danışıq kartlarını Bərdə şəhərində olduğu müddətdə tanımadığı müxtəlif şəxslərə satmışdır. Noutbuk və idman köynəyi isə qardaşı Elməddingilin yaşadığı evdə qaraja qoymuşdur. Qardaşı Elməddin və ya başqa bir şəxslərin əşyalardan və onun oğurluq etməyindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs3 mağazasından oğurladığınız siqaretləri, araqları və danışıq kartlarını Bərdə şəhərində olduğu zaman satmış, avqust ayının sonlarında o, həmin pulları Sumqayıt şəhərində yerləşən kafelərdə xərcləmişdir. Onun oğurluq etməyindən heç kimin xəbəri olmamışdır. O, oğurluq hadisəsini tək törətmişdir. Zərərçəkmiş şəxs3 mağazasından oğurluq etdikdən sonra kabelləri onu çəkməsin diyə qəsdən kəsmişdir. Oğurluq hadisəsində istifadə etdiyi dəmir parçasını hadisədən sonra yolun kənarına atmış, üzündə ki olan maska isə pandemiyadan qorunmaq üçün taxdığı tibbi maska olmuşdur. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri ödədiklərini və onlarla barışdıqlarını, əməlindən peşman olduğunu, gənc olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfədir ki, oğurluq etmişdir. Ancaq 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2- ci maddələri ilə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, həmin cəzasını da tam çəkib qurtardıqdan sonra azadlığa buraxılmışdır. 11 avqust 2020-ci il tarixdə təxminən saat 11 radələrində mən Bərdə şəhərində yerləşən Bərdə Yanğın söndürmə məntəqəsinin yanında onun atasının dsayısı oğlu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə görüşmüşdür. Həmin vaxt onun, Natiqin və Vüqarın pulu olmadığından gedib hardansa bir oğurluq edərək ya pul, ya da oğurladıqları nə olsa sataraq pulunu da öz aralarında bölməyi qərarlaşdırmışlar. Ona görə də Natiq onun VAZ-2107 markalı 09-BP 998 dövlət qeydiyyat nişanlı avtomobilində qabaq sağ oturacaqda əyləşmişdir. Vüqar isə maşında arxada oturmuşdur. Elə biz Yevlax-Ağdam avtomobil yolu ilə hərəkət edərkən hardasa saat 14 radələrin yolun sol tərəfində otlaq sahəsində bir-neçə heyvanın bağlı vəziyyətdə otladığını görmüşlər. Orada kimsə olmamasını, heyvanlardan birini oğurlamaq olmasını görməmişdir. Həmin heyvanlardan birini bir baş qara rəngli erkək dananın bağlı olduğunu görmüş, onlar elə həmin bir baş erkək dananı oğurlayaraq aparıb satıb pulunu da bölmək qərarına gəlmişlər. Ona görə qara rəngli erkək dananı oğurlamaq istməmişlər, o biri heyvanlar böyük olmasını fikirləşmişlər, nə maşının baqaj yerinə nə də ki, yük yerinə yerləşməzlər. O, maşınını həmin yerdə ağacın yanında saxlamışdır. Maşından Təqsirləndirilən şəxs3 və həm də Təqsirləndirilən şəxs1 düşmüş, kimsənin olmadığı otlaq sahəsində bağlı vəziyətdə olan dana heyvanının yanına getmişlər. Həmin otlaq sahəsi Bərdə rayonunun Balaqəcər kəndi ərazisidir. Həmin heyvanı həmin yerdən kəndirini yerə vurulmuş mixdan açıb elə kəndiri də boğazında olmaqla onun maşınının yanına gətirmişlər. O, maşının arxa yük yerini açmış, heyvanı həmin yerə yerləşdirmək istədikdə heyvan həmin yerə yerləşmədiyindən avtomobilinin arxa oturacağını sökərək maşının arxa yük yerinə qoymuşlar. Bundan sonra həmin bir baş erkək dana heyvanını maşınının arxa oturacaq yerinə yerləşdirərək Natiq maşında qabaq sağ oturacaqda oturmuş, Vüqar isə dananın üzərində oturub dananın başından tutmuş, dana maşını dağıtmasın. Onlar həmin heyvanı Zümürxan kəndinin ərazisində olan çaylağa aparmışlar. Orada heyvanı bir ağaca bağlamışlar. Heyvan hardasa 5-6 gün orada qalandan sonra onunla Vüqar və Natiq heyvanı aparıb satsalar hamı oğru kimi tanıdığından heyvanı almazlar, ona görə də onun həmin heyvanı aparıb satmağını məsləhət bilmişlər. Elə bu razılaşmaya görə Vüqar və Natiqlə birlikdə heyvanı yenə maşınının salonuna mindirib bundan sonra onlar hərəkət edib gəlib Bərdə şəhəri köhnə bazarının qarşısına çatanda Vüqar və Natiq maşından düşmüşlər. O, isə maşını sürüb Bərdə şəhəri köhnə bazarında bir yerdə saxlamış, heyvanı maşının içərisində qoyaraq bazarda bir qəssaba yaxınlaşmışdır. Ona satılıq heyvan olmasını demişdir. Həmin qəssabda onun ***-***-**-** mobil nömrəsi götürmüş və ona işdən sonra ona zəng vuraraq əlaqə saxlayacağını və gəlib həmin heyvana baxmasını demişdir, xoşu gəlsə heyvanı alacaqdır, tarixini dəqiq bilmədiyi , lakin avqust ayının ortalarında təxminən saat 18 radələrində ona həmin şəxs hazırda nömrəsini unutmuş olduğu mobil nömrə ilə zəng vuraraq heyvana baxacağını demişdir. O, da Muğanlı kənd yoluna gəlməsini, o, qarşısına çıxacağını demişdir. O, əvvəlcədən heyvanı Muğanlıda gətirərək yol kənarı bir qapının yanında bağlamış, kimsə o, cümlədən heyvanı alacaq həmin şəxs onda şübhələnməməsi üçün. Bir də həmin qəssab bir qara rəngli QAZ-24 markalı nömrəsinə fikir vermədiyi avtomobillə gəlib çıxmışdır. O avtomobildə qabaq sağ oturacaqda oturmuşdue. Maşını isə tanımadığı bir şəxs idarə etmişdir. Həmin şəxs ona heyvanı 300 manata alacağını bildirmişdir. O da, 500 manata satacağını qəssaba demişdir. Son halda o, qəssabla 360 manata razılaşmış, həmin heyvanı qəssaba satmışdır. O, heyvanı götürərək gedəndən sonra , o, maşınıyla Bərdə şəhəri köhnə bazarının qarşısına gəlmiş və orada Vüqarla və Natiqlə görüşərək, hər birinə 110 manat pul vermiş, özünədə 140 manat pul düşmüşdür. O, bu oğurluğu etdiyinə görə peşmançılıq çəkirdir. Gərək bu oğurluğu etməyəydi. O, həmin pulla maşınına 2 ədəd təkər alaraq qabaq hissəsinə vurmuşdur. Sonra isə 40 manatını siqaretə nə isə ərzağa verərək xərcləmişdir. Sonra isə Natiq və Vuqardan ayrılaraq evinə getmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiklərini və onunla barışdıqlarını, əməlindən peşman olduğunu, gənc olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 avqust 2020- ci il tarixdə təxminən saat 11 radələrində o, Bərdə şəhərində yerləşən Bərdə Yanğın söndürmə məntəqəsinin yanında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Həmin vaxt heç birində pul olmamasını görmüşlər. Ona görə də belə gedib hardansa bir oğurluq edib ya pul, ya da oğurladıqları nə olsa satıb pulunu da öz aramızda bərabər bölmək qərarına gəlmişlər. Onlar belə razılaşmadan sonra o və Natiq Təqsirləndirilən şəxs2 VAZ- 2107 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Natiq avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. O, isə maşında arxada oturmuşdur. Bundan sonra Səbuhi maşını işə salmış və onlar Yevlax-Ağdam avtomobil yoluna çıxaraq hərəkət etmişlər, Bərdə rayonunun Əliyanlı kəndinin və Balaqcar kəndlərinin ərazisi ilə Şirvanlı kəndi istiqamətinə gedərkən elə Əliyanlını keçib həmin yolun Balaqacar kəndinin ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən yolun sol tərəfində hardasa 500 metrliyində otlaq sahəsində 7-8 iribuynuzlu heyvanların yerə vurulmuş dəmir mixa kəndirlə bağlanmış olduğunu və heyvanların yanında kimsənin olmadığını görmüşlər. Heyvanlardar maşına yerləşə bilənini bir başını oğurlayaraq apararaq satıb pulunu da bölmək qərarına gəlmişlər. Ona görə də ətrafa baxmışlar və həqiqqətən kimsənin olmamasını görmüşlər. Həmin vaxt hardasa saat 14 radələrində yolun sol tərəfində otlaq sahəsindən həmin heyvanı oğurlamaq üçün Səbuhi maşını Yevlax-Ağdam yolundan sol tərəfdə olan yola, yəni otlaq sahəsinə gedən yola dondərərək orada elə bir-neçə metr gedib maşını saxlamışdr. Kimsənin orada olmamasını gördükdə heyvanlardan birini oğurlamağın mümkün olmasını görmüşlər. Həmin heyvanlardan birini bir baş qara rəngli erkək dananın bağlı olduğunu və o biri heyvanlara münasibətdə balaca olduğunu görərək, elə həmin bir baş erkək dana heyvanını oğurlayıb aparıb sataq pulunu bölmək qərarına gəlmişlər. Ona görə qara erkək dananı maşının yük yerinə və ya salonuna yerləşsin. Səbuhi maşınını həmin yerdə ağacın yanında saxlamışdır. Maşından o və Natiq düşərək kimsənin olmadığı otlaq sahəsində bağlı vəziyətdə olan dana heyvanının yanına getmişlər. Həmin otlaq sahəsi Bərdə rayonunun Balaqəcər kəndi ərazisidir. Həmin heyvvanı həmin yerdən kəndirini yerə vurulmuş mixdan açıb elə kəndiri də boğazında olmaqla erkək dana heyvanını oradan açaraq Səbuhinin maşınının yanına gətirmişlər. Həmin vaxt Səbuhi maşının arxa yük yerini açmış, heyvanı həmin yerə yerləşdirmək istədikdə heyvan həmin yerə yerləşmədiyindən avtomobilin arxa oturacağını sökərək maşının arxa yük yerinə qoymuşlar. Bundan sonra həmin bir baş erkək dana heyvanını maşınıın arxa oturacaq yerinə yerləşdirmişlər. Natiq maşında qabaq sağ oturacaqda oturmuş, o, isə dananın yanında oturaraq dananın başından maşını dağıtması üçün turmuşdur. Onlar həmin heyvanı Zümürxan kəndinin ərazisində olan çaylağa aparmışlar. Orada heyvanı bir ağaca bağlamışlar. Heyvan hardasa 5-6 gün orada qalandan sonra o, Natiq və Səbuhi heyvanı Səbuhi aparıb satmasını razılaşmışdır. Elə bu razılaşmaya görə heyvanı yenə Səbuhinin maşınının salonuna mindirərək bundan sonra hərəkət edib gəlib Bərdə şəhəri köhnə bazarının qarşısına çatanda o və Natiq maşından heyvanı alan adam üçünü bir yerdə görüb heyvanı almaması, nədənsə şübhələnməsin deyə düşmüşdür. Ona görə də heyvanı Səbuhi aparıb Bərdə şəhəri Köhnə bazarında bir nəfər qəssabla danışaraq satmışdır. Səbuhi həmin heyvanı satandan sonra gəlib dananı 360 manata satmasını demişdir. Səbuhi heyvanı satandan sonra Bərdə şəhəri köhnə bazarının qarşısına gəlmiş və orada Natiqlə və onunla görüşmüş, ona və Natiqə hər birinə 110 manat özünədə 140 manat pul götürmüşdür. Həmin oğurluğu o, Səbuhi və Natiq birlikdə razılaşaraq etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiklərini və onunla barışdıqlarını, əməlindən peşman olduğunu, gənc olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bərdə şəhəri H.Əliyev prospekti 112 v, mənzil 10 da yaşayır. Onun yaşadığı evinin qarşı hissəsində ön hissəsi Bərdə şəhəri H.Əliyev prospektinə doğru olan və elə qapısıda həmin yerə açılan ərzaq və qeyri malların satışı ilə məşğul olduğu “Mələk“ market satış təyinatlı obyektim yerləşir. Bir qayda olaraq həmin market səhər saat 08 radələrindən başlayaraq axşam saat 23 radələrinə qədər fəaliyyət göstərir. Marketində 2 nəfər satıcısı vardır, satıcılar həmin yerə gələn müştərilərə xidmət göstərirlər. 25.07.2020-ci il tarixdə axşam saat 24 radələrində marketdə qapısını bağlayaraq evinə getmişdir. 26.07.2020- ci il tarixdə səhər saat 08 radələrində həmin marketdə satıcı işləyən dayısı oğlu Şahid4 gələrək marketin qapısını açıb içəri daxil olmaq istəyərkən marketin qapısının açıq olmuş olduğunu görmüş və şübhələnmiş, marketdə daxil olub kassaya yaxınlaşaraq baxarkən kassada sürmədə olan 1800 manat pulun və 700 manatlıq Sim və Cin danışıq konturlarının həmin yerdə olmadığını oğurlanıb aparılmış olduğunu gördüyündən dərhal bu baərdə ona məlumat vermişdir. O, də dərhal marketə gəlib dayısı oğlu Xanoğlanın dediklərinin həqiqət olduğunu görmüşdür. Artıq bundan sonra kimsə 26.07.2020-ci il tarixdə gecə marketin qapısını açmaq yolu ilə marketə daxil olaraq oradan kassadan 1800 manat nəğd pulunu və təxnminən 700 manatlıq Sim, Cin, Nar danışıq konturlarını oğurlayaraq aparmasından əmin olmuşdur. Ona görə də həmin oğurluq etmiş şəxsin kimliyini müəyyən olunması üçün dərhal fikirinə marketin çölündə və içərisində müşahidə videokameraları olması gəlmişdir. Oğurluq edən həmin şəxsin videogörüntlərinin olub- olmamasını görmək üçün həmin videokameraların görüntülərinə baxmaq lazım olmasını bilmişdir. Oğurluq edən şəxs heç bir yeri sindırmadan, dağıtmadan sadəcə olaraq marketin qapısını açıb içəri daxil olaraq oradan oğurluq etmişdir. O, bundan sonra həmin videogörüntülərə baxarkən, 26.07.2020-ci il tarixdə gecə saat 04-25 dəqiqədə mağazaya bir nəfər maskasız şəxsin yaxınlaşdığını və onun əlində olan dəmiri marketin qapısının arasına salıb sıxdığından qapının açıldığını və həmin şəxs, artıq polisin araşdrması nəticəsində şəxsiyyəti ona Təqsirləndirilən şəxs1 olması məlum olmuş və marketə daxil olub, bundan sonra marketin kassasına yaxınlaşıb kassanın qarşısında olan stolun sürməsini çəkib oradan pul və danışıq konturları götürdüyünü görmüşdür. Sonra həmin konturları əlində olan torbaya oxşar olan yerə yığmış və sonra da marketi tərk edərək çıxıb getmişdir. Bu görüntüyə baxandan sonra o, həmin şəxsin şəkilini götürərək Bərdə şəhərində ayrı-ayrı adamlara göstərib şəxsin kimliyi ilə maraqlanarkən ona həmin şəxsin Təqsirləndirilən şəxs1 olmuş olduğu və Natiqin əvvəllər də məhkum olunduğu bildirilmişdir. Bundan sonra o, bu barədə , yəni həmin şəxsin tapılması üçün polis işçisi Şahid3 bildirində Ramin də həmin şəxsdən şübhələndiklərini Natiqin Sumqayıtda yaşadığını və bu istiqamətdə tədbirlər görərək üzə çıxaracağını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ziyanın tam şəkildə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərdi ki, o, ailəsini dolandırmaq üçün şəxsi təsərüfatında iribuynuzlu heyvanlar saxlayır. Bir qayda olaraq şəxsi təsərüfatımda saxladığı 11 baş iri buynuzlu heyvanlarını kəndin kənarında olan otlaq sahəsində otarır. 11 avqust 2020-ci il tarixdə səhər-səhər oğlu X10 ilə birlikdə həmin heyvanlarından 8 baş iribuynuzlu heyvanlarını Bərdə-Ağdam avtomobil yolunun kənarına Balaqacar kəndinin ərazisi hesab olunan otlaq sahəsinə gətirmişdir. Orada heyvanları yerə vurmuş olduqları dəmir mixa kəndirlə bağlamışlar. Bundan sonra isə o, evə qayıtmışdır. Oğlu da həmin heyvanların yanında qalmışdır. Oğlu Pünhan da saat 12 də heyvanları sahədə qoyaraq evlərinə çörək yeyib bir az dincəlməsi və yenidən sahəyə qayıtması üçün gəlmişdir. Daha sonra saat 15 radələrində o, evindən çıxaraq həmin heyvanları bağlamış olduqları otlaq sahəsinə gəlmişdir. Hardasa 20 dəqiqəyə həmin heyvanlarımın otladığı sahəyə çatmışdır. Heyvanlarını bir-bir yerə vurulmuş dəmir mıxa bağlanmış kəndirindən açıb suyarmağa başlamışdır. Həmin vaxt 1 baş 7 aylıq qara rəngli erkək dana heyvanın yerində olmamasını görmüşdür. Heyvan açılıb getməsini anlamışdır. Danasını axtarmağa başlamışdır. Hardasa həmin yerdən 70-80 metr kənarda minik avtomobilinin təkər izlərinin görmüşdür. Həmin izə baxarkən nəmalum avtomobil həmin yerdən dönüb hərəkət edəərk getmə izləri olmasını görmüş və həmin heyvanını elə minik maşınına yerləşdiriləərk oğurlanıb aparılmasını anlamışdır. Həmin oğurlanmış heyvanı qara rəngdə erkək dana heyvanı olmuş və həmin heyvan 7 aylıq olmuş, hardasa diri çəkisi 140- 150 kq olmuşdur. Həmin bir baş dana heyvanını o, hardada 7 ay Gürcüstan Respublikasından gəlmə buzov olarkən almışdır. Dananın hər iki qulaqlarında birka olmuşdur. Mən həmin birkaları kəsib çıxarmış, birkaların deşikləri dananın hər iki qulağında qalmışdır. Heyvanın oğurlanmasını bildikdə 11 avqust 2020-ci il tarixdə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vurmuş, bundan sonra Bərdə rayon polis şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. Polisin araşdırması nəticəsində 09 sentyabr 2020 -ci il tarixdə ona polislərin bildirməsi nəticəsində onun 1 baş erkək dana heyvanını həmin yerdən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə oğurlaması məlum olmuşdur. Səbuhi, Vüqar və Natiq 11 avqust 2020- ci il tarixdə günorta saat 14 radələrində heyvanın yanında onun və kimsənin olmadığını görərək heyvanlara baxaraq erkək dana heyvanını oğurlayıb, sataraq pullarını öz aralarında satmışdırlar. Hazırda təqsirləndirlən şəxslərlə barışmış, ona dəymiş ziyanı tam ödənmiş, onlardan tələb və şikayəti yoxdur, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, o, şifahi razılıq əsasında Samir adlı şəxsdən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən ünvanda “Qardaşlar” adlı marketi kirayə götürərək işlədir. O, həmin marketdə ərzaq satışı ilə məşğul olur. 14 avqust 2020-ci il tarixdə saat 23 radələrində o, marketi bağlayaraq əmisi İslamgilə getmişdir. 15 avqust 2020-ci il tarixdə saat 08 radələrində onunla qonşuluqda mağaza işlədən Rəşad adlı şəxs zəng edərək marketinin qapısının açıq olmasını bildirmişdir. O, marketə gəldikdə marketin qapısını açıq olmasını aşkar etmişdir. O, Azərbaycan Respublikası 102-xidmətinə zəng edərək, içəri daxil olmuş və marketdə olan kameranın 80 metr uzunluqda şnurlarının kəsilmiş vəziyyətdə yerdə olmasını aşkar etmişdir. Marketin siqaret vitrinindən və aşağı piştaxdasından 20 ədəd 3 manat 40 qəpik dəyərində “Kent CRYSTAL” markalı siqareti, 60 ədəd 3 manat 20 qəpik dəyərində “Winston Compakt” markalı siqareti, 120 ədəd 3 manat 20 qəpik dəyərində “Winston” markalı siqareti, 80 ədəd 3 manat 40 qəpik dəyərində “Kent 4” markalı siqareti, 20 ədəd 1 manat 80 qəpik dəyərində “Magna” markalı siqareti, 20 ədəd 2 manat 30 qəpik dəyərində “Wincester” markalı siqareti, 50 ədəd 2 manat 30 qəpik dəyərində “Rothmans blue” markalı siqareti, 3 ədəd dəyəri 6 manat olan “Redbull” markalı içki, 5 ədəd dəyəri 10 manat 50 qəpik olan “Ledof” markalı araq, 3 ədəd dəyəri 5 manat 80 qəpik olan “Zolotoe kolço” markalı araq, 1 ədəd dəyəri 1200 manat dəyində “HP” markalı noutbuk və həmin noutbukun içərisində dəyəri 400 manat olan “1C” programı, 50 manat dəyərində “Adidas” markalı idman köynəyi, qiyməti 250 manat dəyərində “@LHUA” markalı kamera yaddaş bloku, kassadan olan 20 manatlıq 20 qəpiklər, 10 manatliq 10 qəpilklirlər, 28 manat dəyərində 50 qəpikliklər, 20 ədəd 1 dəyərində "xxxx" MMC-yə məxsus danışıq kartının oğurlanmasını aşkar etmiş, bundan əlavə isə 200 manat dəyərində “@LHUA” markalı kameranın kabeli kəsmişdir. Hadisə nəticəsində ona 3366 manat 90 qəpik maddi ziyan dəymişdir. Bir müddət isə hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Hazırda təqsirləndirlən şəxslərlə barışmış, ona dəymiş ziyanı tam ödənmiş, onlardan tələb və şikayəti yoxdur, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2004-cu il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. 27 iyul 2020-ci il tarixdə icraatına daxil olmuş əməliyyat tapşırığına uyğun olaraq 26 iyul 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Mələk” mağazasının kassasından 1800 manat nəğd pul, "xxxx" və "xxxx" mobil operatorlara məxsus cəmi 700 manat məbləğində danışıq kartlarını, 01 ədəd 3 manat 70 qəpik dəyətində “Sobranie” markalı və 01 ədəd 3 manat 40 qəpik dəyərində “Kent-4” markalı siqaretlərin oğurlayan şəxsin müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, “Mələk” marketdən oğurluq edən şəxs Təqsirləndirilən şəxs1dur. Bundan sonra əməliyyat məlumatı müvafiq raportla polis şöbəsinə bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2017ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. X3 o, əvvəllər tanımamış, Natiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 o, əvvəllər tanımamış, Səbuhi ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 16 avqust 2020-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Qardaşlar” adlı marketdən 20 ədəd “Kent CRYSTAL” markalı siqareti, 60 ədəd “Winston Compakt” markalı siqareti, 120 ədəd “Winston” markalı siqareti, 80 ədəd “Kent 4” markalı siqareti, 20 ədəd “Magna” markalı siqareti, 20 ədəd “Wincester” markalı siqareti, 50 ədəd “Rothmans blue” markalı siqareti, 03 ədəd “Redbull” markalı içkini, 05 ədəd “Ledof” markalı araq, 03 ədəd “Zolotoe kolço” markalı araq, 1 ədəd “HP 250 G3 Notebook PC” markalı noutbuk və həmin noutbukun içərisində dəyəri 300 manat olan “1C” programı, idman köynəyini, “@LHUA” markalı kamera yaddaş blokunu, kassadan 20 qəpikliklər olmaqla 20 manat pulu, 10 qəpilklirlər olmaqla 10 manat pulu, 50 qəpikliklər olmaqla 28 manat pulu, 20 ədəd "xxxx" MMC-yə məxsus danışıq kartınının oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat üzrə əməliyyat tədqiqatı aparılmış, oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 törətməsi müəyyən edilmişdir. Davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs3 oğurlanan əşyalardan idman köynəyi və “HP” markalı noutbukun X2 yaşadığı ünvan 11 ünvanında yerləşən evin qarajında olması müəyyən edilmişdir. Bundan sonra bu barədə tərəfimdən müvafiq raportla Bərdə RPŞ-nə məlumat verilmişdir. Həmçinin 09 sentyabr 2020-ci il tarixdə icraatına Bərdə rayonu Bala Qəcər kəndinin ərazisində Zərərçəkmiş şəxs2 məxsus 01 baş erkək dananın oğurlanması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Faktla bağlı tərəfindən əməliyyat axtarış tədbirləri və əməliyyat tədqiqatı aparılmışdır. Nəticədə oğurluq hadisəsinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 cinayət əməlini tək törətməmiş, cinayəti əvvəlcədən əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birgə törətmişdir. Təqsirləndirilən şəxs2 01 baş mal-qaranı satmış olduğu qəssabın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır, onun Natiqlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs3 o, tanımır, onunla heç bir münasibəti yoxdur. 14 avqust 2020-ci il tarixdə Natiq xalası oğlu Azərin yas mərasimində iştirak etməkdən ötrü Sumqayıtdan Bərdə şəhərinə gəlmişdir. Həmin vaxt Natiq onun evində qalmışdır. Natiq yas mərasimində iştirak etdikdən sonra avqust ayının sonlarında Sumqayıt şəhərinə geri qayıtmışdır. Bundan sonra təxminən 2020-ci ilin oktyabr ayının sonlarında polis əməkdaşları onun yanına gələrək qardaşı Natiqin Zərərçəkmiş şəxs3 məxsus “Qardaşlar” adlı marketdən oğurluq etməyini ona bildirmişlər. O, dərhal evə getmiş, evdə oğurluq mal axtarmağa başlamışdır. Bundan sonra evin qarajında çadırların altında o, “HP” markalı noutbuk və “Adidas” markalı köynək tapmışdır. Həmin köynəyi və noutbuku polis əməkdaşlarına təhvil vermişdir. X9 ifadəsində göstərmişdir ki, onun əvvəlcədən qardaşı Natiqin Zərərçəkmiş şəxs3 məxsus marketdən oğurluq etməsindən xəbəri olmamışdır. O, bu barədə polis əməkdaşlarının ona deməsindən sonra, Natiqdən soruşduqda oğurluq etməsini bilmişdir. O, “HP” markalı noutbuk və idman köynəyin oğurluq olmasından xəbəri olmamışdır. Natiq onların evində olarkən evdə təkcə o, qalmışdır. O, ailəsiylə birlikdə Bakı şəhərində olmuş və yas mərasimində iştirak etmək üçün Bərdə şəhərinə gəlmişdir. Məhkəmə iclasında iclasında ifadəsi elan olunmuş şahid Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisi oğludur, onun Mahmudla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Mahmudun Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Mələk” adlı marketi var. Həmin marketdə o, arada bir kömək məqsədi ilə satıcı kimi işləyir. 26 iyul 2020-ci il tarixdə saat 08 radələrində o, marketə gəldikdə marketin qapısını açıq olmasını görmüşdür. Marketdən oğurluq olmasından şübhələnib tez kassaya getmişdir. Kassanın süyürtməsindən 1800 manat pul və 700 manat dəyərində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə məxsus danışıq kartlarının olmamasını aşkar etmişdir. Bundan sonra dərhal Mahmuda zəng edərək bu barədə məlumat vermişdir. Mahmud marketə gəldikdə marketin təhlükəsizlik kameralarına baxmışlar. Bundan sonra ona və Mahmuda 26 iyul 2020-ci il tarixdə saat 04:25 radələrində tanımadıqları bir nəfər şəxs marketin qapısını açaraq marketin kassanin süyürtməsindən 1800 manat pul və 700 manat dəyərində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə məxsus danışıq kartlarını, vitrindən isə 01 ədəd “Sobranir” və “Kent-4” markalı siqareti oğurlaması məlum olmuşdur. Mahmud bu barədə həmin gün polisə məlumat vermişdir. Həmçinin Şahid4 ifadəsində göstərmişdir ki, kassanın süyürtməsində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə məxsus danışıq kartlarının dəqiq sayını bilmirəm. Ancaq onların ümumi qiyməti 700 manatdır. Cinayət işinin 2-ci cildinin 27-28-cı vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 27 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 27 iyul 2020- ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 49-50-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 29 iyul 2020- ci il tarixdə Azərbayca Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 65-66-ci vərəqələrində olan 29 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 40-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********** nömrəli cinayət işi üzrə 01 oktyabr 2020- ci il tarixdə Azərbayca Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 211-212-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə 11 oktyabr 2020- ci il tarixdə Azərbayca Respublikası CMnin 177.2.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cildinin 101-102-cı vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 21 noyabr 2020-ci il tarixli qərardan görünür ki, 21 noyabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilərək, Azərbayca Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 204-205-cı vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 09 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 09 dekabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilərək, Azərbayca Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrii ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 4(021)16/2021 saylı 24.02.2021-ci il tarixli qərarından görünür ki, başqa bir- ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 78-82-cı vərəqələrində olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 29.06.2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Repsublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinin 74-75-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon Məhkəməsinin 23.1.2005-ci il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 1.650.000 manat cərimə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 29.06.2006-cı il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 08 fevral 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cildinin 89-cı vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 145-146-cı vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 09 sentyabr 2020- ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 09 sentyabr 2020- ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 185-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 11 sentyabr 2020- ci il tarixdə Azərbayca Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir Cinayət işinin 1-ci cildinin 194-195-ci vərəqələrində olan 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Bərdə rayon Polis Şöbəsinin MSY-dən həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 230-cu vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 09 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 09 dekabr 2020- ci il tarixdə Təqsirləndirilən şəxs2 oğluna elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilərək, Azərbayca Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)22/2021 saylı 15.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, barəsində axtarış elan edilmişdir. Cinayət işinə əlavə edilmiş 19.03.2021-ci i tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 19.03.2021-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 94-113-cü vərəqələrində olan Gəncə Ağır Cinayətlər məhkəməsinin 06.03.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Repsublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 206-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Gəncə Ağır Cinayətlər məhkəməsinin 06.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Cinayət işinin 1- ci cildinin 176-cı vərəqəsində olan Bərdə rayon Kələntərıi kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində İƏD- ə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cildinin 114-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 22 noyabr 2020- ci il tarixdə Azərbayca Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir Cinayət işinin 2-ci cildinin 129-130-cu vərəqələrində olan 22 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 218-ci vərəqəsində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 09 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 09 dekabr 2020- ci il tarixdə Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham dəyişikliklər və əlavələr edilərək, Azərbayca Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 207-208-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Tərtər Qarnizonu Hərbi Tirbunalının 29.05.1996-cı il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 241-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinərək, ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31.10.1997-ci ildə Azərbaycan Repsublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli Amnistiya Qərarına əsasən azad olunmuş, Bərdə rayon Xalq Məhkəməsinin 02.07.1998-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 17, 226-1-ci maddəsinin M 1-ci hisəsi ilə ilə təqsirli bilinərək, ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 11.01.1999cu ildə Azərbaycan Repsublikası Milli Məclisinin 29.12.1998-cu il tarixli Amnistiya Qərarına əsasən azad olunmuş, Bərdə rayon məhkəməsinin 22.03.2000-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 192 M. 1-ci hissə, 207-ci maddəsini 3-cü hissəsi , 38-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 06.06.2003-cü il tarixli qərarı ilə cəzasının çkilməmiş hissəsi azdlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bərdə rayon məhkəməsinin 01.04.2004cÜ il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 67, 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 İL 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 27.01.2005-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon məhkəməsinin 12.03.2008-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 12 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cildinin 133-cü vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1- ci cildinin 98-100–cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2020-ci il tarixli 9/4007 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 12 adda malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1833,60 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin təqdiqat hissəsində göstərilmişdir. 3 adda mallar haqqında kifayət qədər məlumat (modeili, texniki göstəriciləri və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 2-ci cildinin 71–ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında və maddi sübutların işə əlavə edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nurəddin oğlunun təqdim etdiyi , onun 26.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Mələk” adlı mağazadan oğurladığı 620 manat nəğd pul, cəmi 128 ədəd olub, ondan 5 ədəd 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 5 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 1 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 31 ədədi 2 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 39 ədəd 3 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 36 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə həllinədək saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 256–ci vərəqəsində olan 15.12.2020-ci il tarixli Qəbzdən görünür ki, 620 manat nəğd pul, cəmi 128 ədəd olan ondan 5 ədəd 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 5 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 1 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 31 ədədi 2 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 39 ədəd 3 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 36 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartını Zərərçəkmiş şəxs1 Bərdə rayon Polis Şöbəsindən təhvi almışdır. Cinayət işinin 2-ci cildinin 156-158–ci vərəqələrinində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli 9/4561 nömrəli rəyindən görünür ki, tədqiq edilən bir baş dananın, 11 avqust 2020-ci il tarixdə, qərarın təsviri hissəsində olan məlumatlara görə respublikadaxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: bir baş 7 yaşar diri çəkisi təxminən 145 (140kq + 150 kq:2) kq olan erkək dana 758,00 manat. Məhkəmədə baxışı zamanı təqdim olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədə baxışı zamanı təqdim olmuş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X6 ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədə baxışı zamanı təqdim olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 –cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslərə barışmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 117.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 27 iyul 2020-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 fevral 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 başqa bir cinayət işi üzrə 09 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ********* nömrəli cinayət işi üzrə 21 noyabr 2020- ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bərdə rayon Məhkəməsinin 4(021)16/2021 saylı 24.02.2021-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli hökm elan olunduğu andan, yəni 20 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslərə barışmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 oğlu Gəncə Ağır Cinayətlər məhkəməsinin 06.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 31 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi cəzanı çəkib qurtardığı gündən altı il müddət keçməmişdir. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 oğlunun əməli cinayətlərin residivi kimi qiymətləndirilməli və ona residivə görə cəza təyin edilməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, cinayətlərin residivi yaranmasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09 sentyabr 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2020-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həbsdən azad olunaraq barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmiş, Bərdə rayon Məhkəməsinin 1(021)22/2021 saylı 15.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, barəsində axtarış elan edilmiş, 19.03.2021-ci i tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokol tərtib olunaraq tutulmuş və Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 cəzasınnı əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, məhkumluğunun ödənilməsini yaşayış yerindən müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 22 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 22 noyabr 2020- ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına ” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan 620 manat nəğd pul, cəmi 128 ədəd olan ondan 5 ədəd 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 5 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 1 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 31 ədədi 2 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 39 ədəd 3 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 36 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun 27 iyul 2020-ci il tarixindən 29 iyul 2020-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 09 sentyabr 2020-ci il tarixindən 11 sentyabr 2020-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 19 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 620 manat nəğd pul, cəmi 128 ədəd olan ondan 5 ədəd 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 10 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 5 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 6 ədədi 1 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 31 ədədi 2 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 39 ədəd 3 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı, 36 ədədi 5 manatlıq "xxxx" MMC-yə məxsus danışıq kartı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-22/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-22/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver