Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-22/2024 02.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bərdə rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırda cəzasını çəkən, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələr ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda talamaqla mənimsəmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 28 fevral 2019-cu il tarixli, 19/5008 nömrəli əmək müqaviləsinə və həmin müqaviləyə edilmiş 22 may 2020-ci il tarixli, 20/5008-3 nömrəli əlavəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Anbar təsərrüfatı və logistika departamentində sürücü vəzifəsində işləyərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında satış üzrə nümayəndə işləmiş Şahid2 hesabından sifariş edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında satış üzrə bölmə rəhbəri vəzifəsində işləmiş Şahid1 yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətyanı sahəsinə yığılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan məhsullardan satmaq və satışdan əldə edilmiş pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının xəzinəsinə ödəmək məqsədilə 2021-ci ilin oktyabr ayında Şahid1 tərəfindən ona təhvil verilməklə etibar edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 13.500 (on üç min beş yüz) manat dəyərində “Go Silver” markalı içkini Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində, son olaraq təxminən 15 oktyabr 2021-ci il tarixdə Bərdə rayonu, Güloğlular kəndi ərazisində fəaliyyət göstərən “Uğur market” adlı mağazaya satdıqdan sonra əldə etdiyi cəmi 13.500 (on üç min beş yüz) manat pulu Bərdə rayonunda ələ keçirmək niyyətinə gələrək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının xəzinəsinə təhvil verməyib ona etibar edilmiş 13.500 (on üç min beş yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmiş, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası X11 2000-ci ildə vəfat etmiş, anası X1 rayonunda Divanlı kənd musiqi məktəbində piano müəlliməsi işləyir, qardaşı Orxan Cavadzadə ailəlidir, onlarla eyni evdə yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə rayon filialında 28 fevral 2019-cu il tarixdən 22 may 2020-ci il tarixə kimi istehsalat sahəsində fəhlə, 22 may 2020-ci il tarixdən 21 yanvar 2022-ci il tarixə kimi isə sürücü vəzifəsində işləmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul olunarkən onunla əmək müqaviləsi bağlanmış və vəzifə təlimatlarım ilə tanış edilmişdir. Bundan əlavə tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə ona izah edilmiş və tanış olmağı barədə həmin müqavilə tərəfindən imzalanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücüsü işlədiyi vaxtlarda Bərdə filialı müdiri X12 olmuşdur. Sürücü kimi o, şirkətin Logistika departamentinin işçisi olmuş, birbaşa filial müdirinə tabeçiliyi olmamışdır. Onun əsas vəzifəsi Beyləqan rayonu ərazisində fəaliyyət göstərən satış nöqtələri üçün sifariş edilən malları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının anbarından yükləyib satış fakturasında göstərilən ticarət nöqtələrinə təhvil verməkdən ibarət olmuşdur. Sürücü işlədiyi vaxtlarda Beyləqan ərazisi üzrə bölgə müdiri Şahid1, satış üzrə nümayəndə isə Şahid2 olmuşdur. Sürücü kimi əsas xidməti öhdəlikləri ona təhkim olunmuş nəqliyyat vasitəsinin texniki vəziyyətini və təmizliyini gündəlik yoxlamaq, operatordan lazımi sənədləri almaq, qaimə reyesterinə uyğun olaraq yükləmə vərəqəsini, qayıtma qaiməsini, mal-nəqliyyat qaiməsini yoxlamaq, nağd ödənişlər haqqında məlumatın ticarət nöqtəsindən mal-nəqliyyat qaiməsinə almaq, geri qaytarılan məhsulları anbara qaytarmaq, yükləmə vərəqəsi əsasında anbardan məhsulu almaq, xarici görünüşə görə və SİT-ə görə zay məhsulu seçmək, köməkçinin yardımı ilə yükləməni həyata keçirmək və saxlama qaydalarına riayət etməklə daşımanı həyata keçirmək, ticarət nöqtəsinin bir gün əvvəlki marşurutu ilə hərəkət etmək, malnəqliyyat qaiməsi əsasında malı təhvil vermək, sifarişçi ilə birlikdə zay və çatışmayan məhsulu yoxlamaq, ehtiyac olduqda sifarişçidən ödənişi qəbul etmək, geri döndükdə sifarişi yerinə yetirməyə dair sənədləri təhvil vermək və sairdən ibarət olmuşdur. Satış nümayəndəsi dislokasiyasına daxil olan Beyləqan rayonundakı ticarət nöqtələrindən qəbul etdiyi sifarişləri ona "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmrlə təhkim olunmuş elektron ötürmə vasitəsilə (terminalla) şirkətin anbarına ötürür və bu sifarişlərə əsasən müvafiq ticarət nöqtələrinin adlarına satış fakturaları yazılmışdır. Həmin elektron ötürmə vasitəsi mobil telefona yüklənmiş “Tayqa Sale” – “Avrsale” tətbiqi olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər bir satış üzrə nümayəndəyə “Tayqa Sale” – “Avrsale” proqram təminatında istifadəçi adı və kodu təhkim edilmiş, tətbiqə giriş üçün şifrə satış nümayəndəsinin özü tərəfindən şəxsən müəyyən edilmiş, həmin proqram təminatında edilən bütün mal və pul əməliyyatlarına görə maddi məsul şəxs olmaq öhdəlik kimi onun üzərinə qoyulmuşdur. Bir qayda olaraq, Beyləqan ərazisi üçün məhsullar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində yerləşən baş anbarından daşıyıcı vasitələrlə Bərdə şəhərində yerləşən anbara gətirilirmiş, dislokasiya olunduğu ərazidə müştərilər tərəfindən sifariş olduqda satış üzrə nümayəndə tərəfindən məhsullar ona təhkim edilmiş terminal vasitəsilə sifariş edilmişdir. Həmin sifariş şirkətin anbarına daxil olur və müştərinin adına satış fakturası yazılırmış. Satış fakturası əsasında sifariş edilmiş məhsullar bölgələr üzrə işləyən müvafiq yük avtomobillərinə yığılır, şirkətin sürücüləri məhsulu satış nöqtələrinə təhvil verirmiş, daha sonra satış nümayəndələri məhsulların satışından əldə olunan pulu müştəridən götürür və şirkətin kassasına təhvil verirmiş. Satış fakturalarında maddi məsul şəxs kimi satış üzrə nümayəndənin, məhsulu müştəriyə təhvil verən şəxs kimi sürücünün və malları satışa yararlı vəziyyətdə qəbul edən şəxs kimi müştərinin imzalaları olmuşdur. Sürücü məhsulları təhvil verdikdən sonra satış fakturasına müştəri imza edir, satışdan əldə olunan pullar müştərilərdən dislokasiya aidiyyəti üzrə satış nümayəndələri tərəfindən yığılırmış. Müştərilərdən yığılmış pullar isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə şəhərində yerləşən kassasına təhvil verilirmiş. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında əsas iki komanda – satış və logistika komandaları mövcud idi. Satış komandasına filial müdiri, bölgə müdirləri, satış nümayəndələri və merçendayzerlər, logistika komandasına isə logistka kordinatoru, sürücülər, sürücü köməkçiləri, anbardar, anbardar köməkçiləri və anbar fəhlələri daxil olmuşdur. Sürücülər, sürücü köməkçiləri, anbardar, anbardar köməkçiləri və anbar fəhlələri bilavasitə Logistika departamentinin işçiləri idilər, filialda logistka kordinatoruna tabe imişlər. Logistika kordinatoru isə filial müdirinə deyil, bilavasitə şirkətin Logistika departamentinə tabe olmuşdur. Filialda o işlədiyi dövrdə logistika kordinatoru İsmayıl Bağırov olmuşdur. Bir qayda olaraq, sifariş edilmiş həmin məhsulları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində yerləşən mərkəzi anbarından daşıyıcı vasitələrlə Bərdə şəhərində yerləşən filialdakı anbara gətirilirmiş, Bərdə şəhərində filialın anbardarı və anbardar köməkçiləri tərəfindən həmin məhsul qəbul edilirmiş. Bakı şəhərindən həmin məhsullar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mərkəz anbarında işləyən sürücülər, yaxud kirayə götürülmüş digər yük avtomobilləri ilə gətirilmişdir. O, Bərdə filialında sürücü işlədiyi vaxtlarda heç bir zaman Bakıdakı anbardan məhsul gətirməmiş, yalnız Bərdə filialı ərazisində filialın anbarından satış nöqtələrinə daşımaları həyata keçirmişdir. Mərkəzdən göndərilmiş məhsulları anbardar və onun köməkçiləri filialda anbar yükləmə kağızı ilə qəbul edirmişlər. Anbardar və onun köməkçilərinə anbar yükləmə kağızı ilə birlikdə yazılmış satış fakturaları da təqdim edilirmiş. Bundan sonra, anbar yükləməsi sənədi ilə sifariş edilmiş məhsullar bölgələr üzrə işləyən filialın özünün müvafiq yük avtomobillərinə yığılır, anbar yükləmə sənədi və satış fakturaları sürücüyə təhvil verilir, sürücülər də satış fakturaları əsasında məhsulları konkret satış nöqtələrinə təhvil verirmişlər. O, da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında sürücü kimi yuxarıda göstərdiyi qaydada işləmişdir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili verilmişdir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona hər ay bir aylıq müddətə yol vərəqələri verilirmiş, həmin yol vərəqələri əsasında o, yük avtomobilini idarə etmişdir. Həmin yük avtomobili ona təhkim edilmiş və ondan başqa adam idarə etməmişdir. Ona təqdim edilən tam maddi məsuliyyət daşıma haqqında 22 may 2020-ci il tarixli müqavilənin mətni və imzalarla tanış olmuş, həmin müqavilənin birinci səhifəsinin aşağı sağ küncündəki və ikinci səhifəsindəki “İŞÇİ” sözünün qarşısındakı imza, tam maddi məsuliyyət daşıma haqqında 28 fevral 2019-cu il tarixli müqavilənin birinci səhifəsinin aşağı sağ küncündəki və ikinci səhifəsindəki “İŞÇİ” sözünün qarşısındakı imza ona məxsusdur və birbaşa onun tərəfindən şəxsən icra edilmişdir. Həmçinin, ona təqdim edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat sahəsinin fəhləsinin vəzifə təlimatı ilə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarajının sürücüsünün vəzifə təlimatı ilə tanış olmuş, birinci təlimatda səhifənin aşağısındakı “Fəhlə:” sözünün qarşısındakı imza və ikinci təlimatın birinci və ikinci səhifəsinin aşağı sağ küncündəki və sonuncu səhifəsinin aşağısında “Təqsirləndirilən şəxs” sözünün qarşısındakı imza ona məxsusdur və şəxsən onun tərəfindən icra edilmişdir. Bundan başqa, Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 28 fevral 2019-cu il tarixli, 19/5008 nömrəli əmək müqaviləsi ilə tam tanış olmuş, həmin müqavilənin birinci, ikinci, üçüncü, dördüncü və beşinci səhifələrinin aşağı sağ küncündə və altıncı, yəni sonuncu səhifəsində işçi üçün nəzərdə tutulan “Təqsirləndirilən şəxs” sözü yazılmış hissədə olan “İmzası” qrafasındakı imzalar ona məxsusdur və birbaşa onun tərəfindən şəxsən icra edilmişdir. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamış olduğu 28 fevral 2019-cu il tarixli əmək müqaviləsinə 05 aprel 2019-cu il tarixli, 19/5008-1 nömrəli, 18 sentyabr 2019-cu il tarixli, 19/5008-2 nömrəli, 22 may 2020-ci il tarixli, 19/5008-3 nömrəli və 29 dekabr 2020-cu il tarixli, 19/5008-4 nömrəli əlavələrin hamısı ilə bir-bir tam tanış olmuş, həmin əlavələrin aşağı sağ küncündə “İşçi: Təqsirləndirilən şəxs” sözünün altında “İmza:” qrafasındakı imzalar ona məxsusdur və birbaşa onun tərəfindən şəxsən icra edilmişdir. Bundan başqa, təxminən 2021-ci ilin axırlarında Şahid1 ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətinə xeyli miqdarda, dəyərini dəqiq bilmədiyi təxminən 28 palet qarışıq “Bizon” və “Go Silver” markalı içkilər yığılmışdır. Bundan başqa, Şahid2 Beyləqan şəhərində özünə kiçik anbar kirayəyə götürmüş və həmin anbarda da “Bizon” və “Go” markalı içkilər olmuşdur. Əvvəlcə, o, təxminən 2021-ci ilin sentyabr ayında Rövşənin Beyləqan şəhərindəki anbarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 2.000 manat dəyərində “Bizon” markalı içkiləri götürüb satmış və həmin pulu şirkətin kassasına ödənmişdir. Bu məsələdən Seymur və Rövşənin də məlumatı olmuş, heç bir problem olmamışdır. Ümumiyyətlə, Seymur ona çox etibar edir və inanmışdır. Adətən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satılmış məhsullarından mağazalarda yığılan pulları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödəmək üçün Seymur ona verir, o isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə şəhərində yerləşən xəzinəsinə ödəyirmiş. 2021-ci ilin oktyabr ayında Seymurun yaşadığı evin həyətində olan məhsullardan satmaqda ona yardım etmək məqsədilə Seymurla danışmış, yaşadığı evin həyətində yığılmış məhsulları satmaqda ona köməklik etmək istədiyini demişdir. Seymur ona inanmış və razılaşmışdır, 13.500 manatlıq “Go” içkisi verəcəyini demişdir. 2021-ci ilin oktyabr ayında dəqiq xatırlmadığı gündə Seymur Beyləqan şəhərində yerləşən yaşadığı evin həyətindən satmaq üçün 13.500 manatlıq “Go” markalı içkini ona vermiş, o, həmin məhsulları Seymurun evindən götürüb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona verdiyi xidməti yük avtomobilinə yükləmişdir. O, həmin məhsulun hamısını bir həftə ərzində Beyləqan, Ağcabədi və Bərdə rayonun ərazisində yerləşən hazırda dəqiq xatırlamadığı mağazalara nağd olaraq hissə-hissə satmışdır. O, Beyləqan və Ağcabədi rayonlarında həmin məhsulun az hissəsini satmış, həmin məhsulun əksər hissəsini Bərdə rayonunda yerləşən topdan satış mağazalarına satmışdır. O, Seymurdan götürdüyüm məhsulları 13.500 manata satmışdır. Həmin dövrdə onun borcları olmuşdur. Seymurun ona verdiyi məhsulu sonuncu mağazaya satdıqdan sonra əldə etdiyi 13.500 manat pulla borcunu ödəmək qərarına gəlmişdir. Buna görə də o, həmin pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə ödəməmiş, nə də ki Şahid1 verməmişdir. Həmin pulun 9.000 manatı ilə borclarını ödəmiş, qalan 4.500 manat pulun hamısını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, bölgə müdiri Seymurun konkret olaraq öz adına məhsul sifariş etmək imkanı olmamışdır. Onun Seymurdan götürdüyü 13.500 manat dəyərində “Go” markalı içkilər Beyləqan rayonu üzrə satış nümayəndəsi Rövşənin hesabına sifariş edilmişdir. Həmçinin, Seymurun Beyləqan şəhərində yerləşən yaşadığı evin həyətinə yığılmış 13.500 manat dəyərində “Go” markalı içkini ümumilikdə 13.500 manata satmışdır. Həmin məhsullar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş, o, həmin məhsulların şirkətin olduğunu bilmiş və Seymur da bu barədə ona məlumat vermişdir. Seymurla arasında olan razılığa əsasən o, 13.500 manatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının xəzinəsinə ödəməli imiş. Lakin o, həmin pulu xəzinəyə ödəməyərək mənimsəmişdir. O, Seymurun Beyləqan şəhərində yerləşən yaşadığı evin həyətinə yığılmış məhsuldan ona verdiyi 13.500 manat dəyərində “Go” markalı içkilərin az hissəsini Beyləqan və Ağcabədi rayonlarında yerləşən mağazalara, çox hissəsini isə Bərdə rayonunda yerləşən müxtəlif topdan satış mağazalarına satmışdır. Ağcabədi və Beyləqan rayonlarında mağazalara satış həyata keçirəndə müştərilər bölgə müdirinə və ya satış üzrə nümayəndəyə məlumat verirmişlər. Buna görə də, o, məhsulları əsasən Bərdə rayonunda yerləşən topdan satış mağazalarına satmışdır. Seymurun satmaq üçün ona verdiyi 13.500 manat dəyərində “Go” markalı məhsulları konkret olaraq hansı mağazalara, nə zaman və neçəyə satdığını xatırlamır. Onu qeyd etmişdir ki, sonuncu dəfə təxminən 15 oktyabr 2021-ci il tarixdə Bərdə rayonunda yerləşən “Uğur Market” adlı topdan satış mağazasına 4.000 manatlıq “Go” markalı məhsulu satmışdır. Həmin vaxt “Uğur Market”in işçisi Şahid4 məhsulları ondan almağa razılaşmışdır. O “Uğur Market”də işləyən Niyaməddin adlı fəhlə ilə birlikdə ümumlikdə 134 kasetdə 3200 ədəd “Go” markalı içki məhsullarını mağazanın anbarına yığmışdır. “Go” içkisinin bir ədədini həmişə olduğu qiymətə, yəni 01.25 manata satmışdır. Bundan sonra həmin gün də mağazanın kassasından Fariz nağd olaraq sayıb əlbəəl ona 4.000 manat pul vermişdir. Bununla da, Seymurun ona verdiyi 13.500 manatlıq “Go” markalı məhsulların satışını yekulaşdırmışdır. Bildirmişdir ki, “Uğur Market” topdan satış mağazası Bərdə rayonu, Güloğlular kəndində yerləşir. O, 4.000 manat dəyərində “Go” markalı içki məhsullarını Farizə satış fakturası ilə satmamışdır. Fariz 4.000 manat pulu ona təhvil verməsi ilə əlaqədar özü qəbz yazmış, o da həmin qəbzi imzalamışdır. Fariz həmin qəbzi bir nüxsədə tərtib etmiş və onu özündə saxlamışdır. Aralarında başqa heç bir sənəd olmamışdır. Bundan başqa, bildirmişdir ki, həmin dövrdə Seymurun tabeliyində olan Rövşənin hesabında təxminən 125.000 manatlıq məhsul sifariş edilmişdi. Seymur həmin məhsulun bir hissəsini Beyləqan şəhərində yaşadığı evin həyətinə və bir hissəsini də Beyləqan şəhərində yerləşən anbara yığmışdı. Seymur və Rövşən həmin məhsulları hissə-hissə fakturasız satırdılar. Buna görə o, Seymura kömək etmək üçün ona da məhsul verməsini istəmişdir, məhsulları nağd qaydada satacağını və pulu şirkətin Bərdə şəhərindəki xəzinəsinə köçürəcəyini demişdir. Seymur da onunla razılaşmış və 13.500 manatlıq “Go” markalı məhsul vermişdir. Onun əvvəlcədən Seymurun ona verdiyi məhsulun pulunu götürmək niyyəti olmamışdır. Sonuncu dəfə Bərdə rayonunda yerləşən “Uğur Market” adlı topdan satış mağazasına 4.000 manatlıq “Go” markalı məhsulu satmış və həmin pulu mağazadan nağd olaraq götürmüşdür. O, əlində ümumilikdə 13.500 manat pul olduğunu görmüş. Bundan sonra anidən borclarının olduğu yadına düşmüş, həmin pulu şirkətin xəzinəsinə ödəməmək qərarına gəlmişdir. Bərdə şəhərində 13.500 manatın 9.000 manatı ilə borclarını ödəmiş, qalan 4.500 manat pulun hamısını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, 13.500 manat pulu hər ay maaş aldıqca hissə-hissə şirkətin xəzinəsinə geri qaytarmağı fikirləşmişdir. Seymurun ona evinin həyətindən verdiyi “Go” markalı içki məhsullarını sataraq əldə etdiyi 13.500 manat puldan Seymura, Rövşənə və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər işçilərinə heç bir pul verməmiş, pulu şirkətin xəzinəsinə ödəməmişdir. 13.500 manatın hamısını Bərdə şəhərində öz şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd etmişdir ki, Seymurun evinin həyətindən götürdüyü “Go” markalı içki məhsullarını sataraq əldə etdiyi 13.500 manat pulu ələ keçirmək niyyəti Bərdə şəhərində yaranmış və bu niyyəti barədə Seymura, Rövşənə və heç kimə əvvəlcədən heç bir məlumat verməmişdir. Onun satış komandasına heç bir adiyyəti olmamışdır. Seymur və Rövşənin 125.000 manatlıq məhsulu kim üçün və nəyə görə sifariş etmələri barədə heç bir məlumatı yoxdur. Seymur ancaq ona 125.000 manatlıq mal sifariş etdiyini, məhsulları sata bilmədiyini və əlində qaldığını, buna görə də onu hissə-hissə satdığını demişdir. Bu barədə başqa heç bir məlumatım yoxdur. Həmçinin bildirmişdir ki, onun əvvəlcədən Seymurdan 13.500 manatlıq “Go” markalı içki götürərək pulunu ələ keçirmək niyyətim olmamışdır. Məhsulu Bərdə rayonunda satıb qurtardıqdan sonra borcları olduğunu fikirləşmiş və Seymurdan götürdüyü 13.500 manatlıq “Go” markalı içkinin satışından əldə etdiyi 13.500 manat pulu Bərdə şəhərində özünə götürmüşdür. Verdiyi ilkin izahatda Seymurdan onlara köməklik göstərmək adı ilə satış üçün 13.500 manatlıq “Go” markalı içki istədiyini göstərməyi də eyni mənanı ifadə edir. Qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücülərin satış həyata keçirməsi qadağan idi. Sürücülər satış komandasına daxil deyildilər və onların vəzifə təlimatında məhsul satışının həyata keçirmək göstərilməmişdir. Ona təqdim olunan cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş satış fakturaları və ödəniş qəbzlərinin hamısı ilə bir-bir tanış olmuşdur. Satış fakturalarının üzərilərindəki “Təhvil verdi:” qrafasındakı imzaların əksəriyyətini özü çəkmişdir. Ola bilsin ki, bir neçə satış fakturasındakı imzanı onun icazəsi və xahişi ilə vaxt itirməmək və yol getməmək üçün iş yoldaşları çəkmişdir. Satış fakturalarındakı “Maddi məsul şəxs: Şahid2 İlyas” sözlərinin altındakı imzaların əksəriyyəti Rövşənin imzalarına oxşayır. Ola bilsin ki, bir neçə satış fakturasındakı imzanı Rövşənin icazəsi və xahişi ilə o və ya digər iş yoldaşları çəkmişdir. Konkret olaraq hansı imzaların onun tərəfindən icra edildiyini deyə bilməyəcəyini qeyd etmişdir. Ancaq ona təqdim edilən bütün satış fakturaları Rövşənin istifadəsində olmuş terminal vasitəsilə verilmiş sifarişlər əsasında tərtib edilmişdir. Həmin fakturalarla bağlı hər hansı problem olmamışdır. Ona təqdim edilən kassa ödənişləri barədə qəbzlərin üzərindəki “Təhvil verdi:” sözünün qarşısındakı imzaların əksəriyyətini o, çəkməmiş, lakin həmin qəbzlərdəki məbləğlərin əksəriyyətini o, şirkətin Bərdə şəhərindəki xəzinəsinə təhvil vermişdir. Qəbzi əldə etdikdə bu barədə iş yoldaşları Seymur və Rövşənə ödəniş etdiyi barədə məlumat verirmiş, buna görə də ona təqdim edilən kassa ödənişləri barədə qəbzlərdə göstərilən pul vəsaitlərinin şirkətin hesabına ödənilməsi ilə bağlı heç bir problem yaranmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti Beyləqan rayonu üzrə satış müdiri olan Şahid1 Beyləqan rayonunda yerləşən evinə 80 000 manatlıq “Go” markalı içki yığmışdır. Buna görə Seymura kömək etmək üçün ona da məhsul verməsini istəmiş, məhsulları nağd qaydada satacağını və pulu şirkətin Bərdə şəhərindəki xəzinəsinə köçürəcəyini demişdir. Seymur da onunla razılaşmış və 13.500 manatlıq “Go” markalı məhsul vermişdir. Seymurun ona verdiyi məhsulların pulunu götürmək niyyəti əvvəlcədən olmamışdır. Sonuncu dəfə isə Bərdə rayonunda yerləşən “Uğur Market” adlı topdan satış mağazasına 4000 manatlıq “Go” markalı məhsulu satmış və həmin pulu mağazadan nağd olaraq götürmüşdür. O, əlində ümumilikdə 13500 manat pulu gördükdə, öz şəxsi borclarının da olduğu yadına düşmüş və həmin pulu şirkətin xəzinəsinə ödəməmək qərarına gəlmişdir. Bərdə şəhərində 13.500 manatın 9.000 manatı ilə borclarını ödəmiş, qalan 4.500 manat pulun hamısını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, 13.500 manat pulu hər ay maaş aldıqca hissə-hissə şirkətin xəzinəsinə geri qaytarmağı fikirləşmişdir. Həmin puldan heç kəsə verməmişdir. Bu borcdan ödəniş etməmişdir. Şahid1 mal götürüb satmaq sənədsiz mümkün deyildir. Seymur ona inanmış satışda kömək etməsi üçün məhsulları ona vermişdir. Onun həqiqətən məhsulların pulunu götürmək niyyəti olmamışdır. Pulları əldə etdikdən sonra borclarının olduğu yadına düşmüşdür. Digər şəxslərə olan borcları onu sıxmış, ona görə ödəməkdən vaz keçmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərəçəkmiş şəxs X8 vurulmuş13.500 (on üç min beş yüz) manat ziyanı tamamilə ödənilməsini nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından "xxxx" MMC-nin Hüquq Departamentinin Hüquq şöbəsində hüquqşünas işləyir. Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla arasında ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır, onlarla heç bir qohumluq və dostluq münasibətləri də yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının bütün bölgələrinə qida məhsullarının satışını həyata keçirən firmadır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikanın bir çox rayonlarında filialları vardır. Onlardan biri də Bərdə rayonunda yerləşir. Bərdə filialının satış nümayəndələri Beyləqan, Ağcabədi, Füzuli, Ağdam, Bərdə, Tərtər və Yevlax rayonlarına şirkətin məhsullarının satışını həyata keçirirlər. Həmin rayonlarda filiallar yoxdur. Satış nümayəndələrinin işə qəbulunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş ofisi həyata keçirir. Belə ki, işə qəbul olmaq istəyənlər filiala müraciət edir, filial şəxsi işləri hazırlandıqdan sonra baş ofisə göndərilir. Həmin şəxslər müsahibəyə dəvət olunur və işə qəbul prosesi yekunlaşır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında Şahid1 07 avqust 2014-cü il tarixdən satış üzrə nümayəndə, 06 may 2019-cu il tarixdən 04 fevral 2022-ci il tarixə kimi isə satış üzrə bölgə rəhbəri (müdiri), Təqsirləndirilən şəxs həmin filialda 28 fevral 2019-cu il tarixdən 22 may 2020-ci il tarixə kimi istehsalat sahəsində fəhlə, 22 may 2020-ci il tarixdən 21 yanvar 2022-ci il tarixə kimi isə sürücü, Şahid2 həmin filialda 01 iyun 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixə kimi merçendayzer vəzifəsində, 12 avqust 2020-ci il tarixdən 07 fevral 2022-ci il tarixə kimi isə satış üzrə nümayəndə vəzifəsində işləmişdir. Satış nümayəndəsi Kərimov X7 rayonu üzrə, əsasən, “Bizon”, spirtli “Go” və “Jaguar” markalı içkilərin satışını həyata keçirirdi. Satış nümayəndəsi kimi Şahid2 əsas vəzifəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müştərilərinin sifarişlərini qəbul etmək, şirkətin anbarından mağazalar üçün həmin məhsulları sifariş etmək, daha sonra məhsulların satışından əldə olunan pulu müştəridən götürmək və şirkətin xəzinəsinə, yəni kassasına mədaxil etməkdən ibarət olmuşdur. Şahid2 dislokasiyasına daxil olan Beyləqan rayonundakı ticarət nöqtələrindən qəbul etdiyi sifarişləri ona "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmrlə təhkim olunmuş elektron ötürmə vasitəsilə (terminalla) şirkətin anbarına ötürür və bu sifarişlərə əsasən müvafiq ticarət nöqtələrinin adlarına satış fakturaları yazılırdı. Həmin elektron ötürmə vasitəsi şirkət tərəfindən ona verilmiş “Samsung Galaxy” mobil telefona yüklənmiş “Tayqa Sale” – “Avrsale” tətbiqi idi. Həmin mobil ticarət proqramına giriş Şahid2 özündə olmuş, xidməti ərazisində olan müştərilərin bütün sifarişlərini o, həmin proqram təminatı vasitəsilə etmişdir. Ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər bir satış üzrə nümayəndəyə, eləcə də Şahid2 “Tayqa Sale” – “Avrsale” proqram təminatında istifadəçi adı və kodu təhkim edilmiş, tətbiqə giriş üçün şifrə satış nümayəndəsinin özü tərəfindən şəxsən müəyyən edilmiş, həmin proqram təminatında edilən bütün mal və pul əməliyyatlarına görə maddi məsul şəxs olmaq öhdəlik kimi onun üzərinə qoyulmuşdur. Dislokasiya olunduğu ərazidə müştərilər tərəfindən sifariş olduqda satış üzrə nümayəndə tərəfindən məhsullar ona təhkim edilmiş terminal vasitəsilə sifariş edilirdi. Həmin sifariş şirkətin anbarına daxil olur və müştərinin adına satış fakturası yazılırdı. Satış fakturası əsasında sifariş edilmiş məhsullar bölgələr üzrə işləyən müvafiq yük avtomobillərinə yığılır, şirkətin sürücüləri məhsulu satış nöqtələrinə təhvil verirdi. Daha sonra satış nümayəndələri məhsulların satışından əldə olunan pulu müştəridən götürür və şirkətin kassasına təhvil verirdi. Satış fakturalarında maddi məsul şəxs kimi satış üzrə nümayəndənin, məhsulu müştəriyə təhvil verən şəxs kimi sürücünün və malları satışa yararlı vəziyyətdə qəbul edən şəxs kimi müştərinin imzalaları olurdu. Beyləqən rayonu ərazisi üzrə həmin məhsulların satış nöqtələrinə təhvil verilməsi vəzifəsini isə sürücüsü Təqsirləndirilən şəxs həyata keçirmişdir. Satışdan əldə olunan pullar müştərilərdən dislokasiya aidiyyəti üzrə Şahid2 tərəfindən yığılırdı. Bölgə müdiri kimi Şahid1 öz tabeliyində olan satış nümayəndələrinə, eləcə də Şahid2 nəzarət etmək vəzifəsi olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mal və məhsulların satışından əldə edilmiş pulun tabeçiliyində olan satış nümayəndələri tərəfindən şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə nəzarəti həyata keçirmək Şahid1 vəzifəsi olmuş və o, buna görə məsuliyyət daşımışdır. Şahid1 13.500 manatlıq 450 qutu “Go Silver” markalı məhsulu da öz vəzifə təlimatını pozaraq satması üçün sürücü Təqsirləndirilən şəxs vermişdir. Şahid1 və Təqsirləndirilən şəxs bu halı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə öz xətləri ilə yazıdıqları izahatlarda da təsdiq etmişlər. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara dəymiş 13.500 (on üç min beş yüz) manat ziyanı tamamilə ödəmişdir. Onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2-da yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif markalı qida və içki məhsullarının satışı ilə məşğul olmuşdur. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə rayon filialında 07 avqust 2014-cü il tarixdən satış üzrə nümayəndə, 06 may 2019-cu il tarixdən 04 fevral 2022-ci il tarixə kimi isə satış üzrə bölmə rəhbəri vəzifələrində işləmişdir. İşçilər və müştərilər arasında “bölmə rəhbəri” sözü əvəzinə çox vaxt “bölgə müdiri” anlayışından istifadə edilirdi. Yəni, satış nöqtələrində onu “bölgə müdiri Şahid1” kimi tanıyırmışlar. Həm “bölmə rəhbəri”, həm də “bölmə müdiri” anlayışları eyni vəzifəni bildirir. Onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi (kontraktı) bağlanmış və tərəfindən şəxsən imzalanmışdır. Həmçinin, həm satış üzrə nümayəndə, həm də bölgə müdiri kimi vəzifə təlimatlarım təsdiqlənmiş və o həmin təlimatlarla tanış olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə bölmə rəhbəri kimi əsas vəzifə səlahiyyətlərinə nəzarətində olan işçilərin həftəlik rut proqramlarını hazırlamaq, hazırladığım rut proqramlarını ziyarət etmək, ona təhkim olunmuş ərazilər üzrə marketlərdə işçilərin düzülüş və açılışlarla əlaqədar əskiklikləri barədə müdirinə gündəlik olaraq hesabat vermək, işçilərə düzülüş və açılışlarla əlaqədar lazım olan məlumatları ötürmək, onlara şirkətin məhsullarının rəflərdəki düzülüş və açılışları ilə əlaqədar lazım olan məlumatları vermək, günün sonunda və ya əvvəlində işçilərlə toplantı etmək və onların gün ərzində gördükləri işlərlə bağlı zəruri məlumatları almaq, problemləri varsa, problemi aradan qaldırmaq üçün zəruri tədbirlər görmək, şirkətin satış məntəqələrində olan maddi vəsaitlərinə nəzarət etmək, onlara görə məsuliyyət daşımaq, satış nöqtələri bağlandıqda və ya ödənişi etməkdən imtina etmək təhlükəsi yarandıqda dərhal zəruri tədbirlər görmək və məlumatı tabe olduğu satış menecerinə yazılı bildirmək, satış nümayəndələrinin işlərinə, satılan və əldə olunan gəlirlərə nəzarət etmək, problem və təkliflərini müdirinə hesabat şəklində vermək və sair aid olmuşdur. Bundan başqa, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mallarına tam maddi məsul şəxs olmuşdur. Belə ki, müştərilərdən (ticarət nöqtələrindən) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mal və məhsulların satışından əldə edilmiş pulun tabeçiliyində olan satış nümayəndələri tərəfindən şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə nəzarəti həyata keçirmək onun vəzifəsi olmuş və o, buna görə məsuliyyət daşımışdır. Bölgə müdiri kimi satış nümayəndələri və merçendayzerlər bilavasitə onun tabeçiliyində olmuş və onların fəaliyyətinə o nəzarət etmişdir. O, Beyləqan-Füzuli ərazisinə nəzarət edirmiş, onun nəzarət etdiyi Beyləqan və Füzuli rayonlarının əraziləri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin altı nəfər satış nümayəndəsi fəaliyyət göstərmişdir. Satış nümayəndəsi Kərimov X7 rayonu üzrə “Bizon”, spirtli “Go” və “Jaguar” markalı içkilərin satışını həyata keçirirdi. Beyləqən rayonu ərazisi üzrə həmin məhsulların satış nöqtələrinə təhvil verilməsi vəzifəsini isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş sürücüsü Təqsirləndirilən şəxs həyata keçirmişdir. Satış nümayəndəsi kimi Şahid2 əsas vəzifəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müştərilərinin sifarişlərini qəbul etmək, şirkətin anbarından mağazalar üçün həmin məhsulları sifariş etmək, daha sonra məhsulların satışından əldə olunan pulu müştəridən götürmək və şirkətin xəzinəsinə, yəni kassasına mədaxil etməkdən ibarət olmuşdur. Şahid2 dislokasiyasına daxil olan Beyləqan rayonundakı ticarət nöqtələrindən qəbul etdiyi sifarişləri ona "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmrlə təhkim olunmuş elektron ötürmə vasitəsilə (terminalla) şirkətin anbarına ötürür və bu sifarişlərə əsasən müvafiq ticarət nöqtələrinin adlarına satış fakturaları yazılırdı. Həmin elektron ötürmə vasitəsi mobil telefona yüklənmiş “Tayqa Sale” – “Avrsale” tətbiqi olmuşdur. Həmin mobil ticarət proqramına giriş Şahid2 özündə olmuş, xidməti ərazisində olan müştərilərin bütün sifarişlərini o, həmin proqram təminatı vasitəsilə etmişdir. Ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər bir satış üzrə nümayəndəyə, eləcə də Şahid2 “Tayqa Sale” – “Avrsale” proqram təminatında istifadəçi adı və kodu təhkim edilmiş, tətbiqə giriş üçün şifrə satış nümayəndəsinin özü tərəfindən şəxsən müəyyən edilmiş, həmin proqram təminatında edilən bütün mal və pul əməliyyatlarına görə maddi məsul şəxs olmaq öhdəlik kimi onun üzərinə qoyulmuşdur. Hər bir faktiki və audit yoxlaması həm yerində, həm də proqram təminatından olan çıxarışlara əsasən aparılmışdır. Bir qayda olaraq, onların ərazisi üçün məhsullar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində yerləşən baş anbarından daşıyıcı vasitələrlə Bərdə şəhərində yerləşən anbara gətirilirmiş. Dislokasiya olunduğu ərazidə müştərilər tərəfindən sifariş olduqda satış üzrə nümayəndə tərəfindən məhsullar ona təhkim edilmiş terminal vasitəsilə sifariş edilirdi. Həmin sifariş şirkətin anbarına daxil olur və müştərinin adına satış fakturası yazılırmış. Satış fakturası əsasında sifariş edilmiş məhsullar bölgələr üzrə işləyən müvafiq yük avtomobillərinə yığılır, şirkətin sürücüləri məhsulu satış nöqtələrinə təhvil verirdi. Daha sonra satış nümayəndələri məhsulların satışından əldə olunan pulu müştəridən götürür və şirkətin kassasına təhvil verirdi. Satış fakturalarında maddi məsul şəxs kimi satış üzrə nümayəndənin, məhsulu müştəriyə təhvil verən şəxs kimi sürücünün və malları satışa yararlı vəziyyətdə qəbul edən şəxs kimi müştərinin imzalaları olurmuş. Sürücü məhsulları təhvil verdikdən sonra satış fakturasına müştəri imza edirdi. Satışdan əldə olunan pullar müştərilərdən dislokasiya aidiyyəti üzrə Şahid2 tərəfindən yığılırdı. Müştərilərdən yığılmış pullar isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə şəhərində yerləşən kassasına təhvil vermək Şahid2 vəzifəsi olmuşdur. O və sürücü Təqsirləndirilən şəxs işlə əlaqədar olaraq tez-tez Bərdə şəhərinə gedib-gəlirmişlər. Buna görə də, yol uzaq olduğu üçün Şahid2 xahişi ilə müştərilərdən yığılmış pulları o, çox vaxt isə sürücü Təqsirləndirilən şəxs şirkətin kassasına təhvil vermişdir. Bundan başqa, filial müdiri Faiq Kərimovun ona, onun da satış üzrə nümayəndə Şahid2 təyziqi nəticəsində 2021-ci ilin avqust ayının sonlarında dəqiq xatırlmadığı tarixdə Şahid2 dislokasiyasına daxil olmuş satış nöqtələri tərəfindən sifariş verilmədiyi və tələbat olmadığı halda onun hesabından həddindən artıq, yəni 125.000 manatlıq məhsul, yəni “Bizon”, “Go” və “Jaguar” markalı içkilər sifariş verilmişdir. Təlabat olmadan həyata keçirilmiş həmin sifarişə aid məhsulun hələ də ona məlum olmayan qeyri-müəyyən miqdarı Bakıdan birbaşa Beyləqan rayonuna gətirilmiş, bir hissəsini onun yaşadığı evin həyətinə, digər hissəsini isə Şahid2la birlikdə Beyləqan şəhərində icarəyə götürdükləri anbara yığmışlar. Filial müdiri Faiq Kərimov həmin məhsulu tezbazar satmağı, əldə olunmuş pulu isə şirkətin xəzinəsinə ödəməyi tapşırmışdır. Buna görə də, o və Şahid2 həmin məhsulları aradan çıxarmaq və pulu şirkətə qaytarmaq üçün onları müxtəlif mağazalara satmağa başlamışlar. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs ona yaxınlaşıb malları satmaqda köməklik etmək istədiyini bildirmişdir. O da evinin həyətinə yığılmış təxminən 13.500 manatlıq 450 qutu “Go” markalı içkini satması üçün sürücü Təqsirləndirilən şəxs vermişdir. Çünki, bundan əvvəl Təqsirləndirilən şəxs satması üçün həmin məhsullardan təxminən 2.000 manatlıq məhsul vermiş, o da həmin məhsulları sataraq pulunu şirkətin xəzinəsinə ödəmişdi. İkinci dəfə Kənana təxminən 13.500 manatlıq “Go Silver” markalı məhsulu verəndə o, məhsulu satıb iki həftə sonra pul gətirəcəyinə söz vermişdir. Ancaq Kənan həmin malı satdıqdan sonra 13.500 manatı nə ona qaytarmış, nə də ki şirkətin xəzinəsinə ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Beyləqan şəhəri, şəhid Munis Abbaslı (keçmiş Məşədi Əzizbəyov) küçəsi, ev 34-də ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif markalı qida və içki məhsullarının satışı ilə məşğuldur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında 01 iyun 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixə kimi merçendayzer vəzifəsində, 12 avqust 2020-ci il tarixdən 07 fevral 2022-ci il tarixə kimi isə satış üzrə nümayəndə vəzifəsində işləmişdir. 07 fevral 2022-ci il tarixdə işdən azad olunmağı barədə öz arzusu və istəyi ilə ərizə yazmış, həmin ərizəni yazmaq üçün heç kəs ona təyziq etməmiş, ona hər hansı formada zor tətbiq olunmamışdır. Onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi (kontraktı) bağlanmış və tərəfindən şəxsən imzalanmışdır. Həmçinin, həm merçendayzer, həm də satış üzrə nümayəndə kimi vəzifə təlimatlarım təsdiqlənmiş və mən həmin təlimatlarla tanış olmuşdur. Bundan əlavə, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə də bağlanmış, tanış olmağı barədə həmin müqavilə tərəfindən imzalanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış nümayəndəsi kimi xidməti ərazim Beyləqan rayonunun inzibati ərazisi olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış üzrə nümayəndə işlədiyi vaxtlar bölgə müdiri Şahid1, Bərdə filialının müdiri isə X12 olmuşdur. O, Beyləqan rayonu üzrə “Bizon”, spirtli “Go” və “Jaguar” markalı içkilərin satışını həyata keçirmişdir. Satış nümayəndəsi kimi onun əsas vəzifələri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müştərilərinin sifarişlərini qəbul etmək, şirkətin anbarından satış nöqtələri üçün həmin məhsulları terminalla elektron qaydada sifariş etmək, satış nöqtələri üçün sifariş edilmiş məhsulların paylanmasını təmin etmək, daha sonra məhsulların satışından əldə olunan pulu satış nöqtəsindən götürmək və şirkətin xəzinəsinə, yəni kassasına mədaxil etməkdən və sairdən ibarət olmuşdur. Beyləqən rayonu ərazisi üzrə həmin məhsulların satış nöqtələrinə təhvil verilməsi vəzifəsini isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş sürücüsü Təqsirləndirilən şəxs həyata keçirmişdir. O, dislokasiyaya daxil olan Beyləqan rayonundakı ticarət nöqtələrindən qəbul etdiyi sifarişləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmrlə ona təhkim olunmuş elektron ötürmə vasitəsilə (terminalla) şirkətin anbarına ötürür və bu sifarişlərə əsasən müvafiq ticarət nöqtələrinin adlarına satış fakturaları yazılırdı. Şirkət tərəfindən ona“Samsung Galaxy” markalı mobil telefon verilmişdi. Sifarişlərin verilməsi üçün nəzərdə tutulmuş həmin elektron ötürmə vasitəsi şirkətin ona verdiyi mobil telefona yüklənmiş “Tayqa Sale” – “Avrsale” tətbiqi idi. Həmin mobil ticarət proqramına giriş onun özündə olmuş, xidməti ərazidə olan müştərilərin bütün sifarişlərini həmin proqram təminatı vasitəsilə həyata keçirmişdir. Ümumi proqram təminatında onun sifarişlərini həm Bakı şəhərində fəaliyyətinə nəzarət edən şirkətin vəzifəli şəxsləri, həm də Bərdə rayonundakı rəhbərlik görmüşdür. Həmin terminal yalnız onun özündə olmuş, terminalı (proqram təminatını) hər hansı kənar şəxsə heç vaxt verməmişdir. Buna görə də, terminala ondan başqa kənar şəxsin müdaxilə etməsi qeyri-mümkün olmuşdur. Terminal hər zaman istifadəsində olduğu üçün kənar şəxsin müdaxilə edərək onun xəbəri və məlumatı olmadan sifariş verməsi mümkün olmamışdır, belə bir hal olsa, dərhal biləcəyini qeyd etmişdir. Ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində hər bir satış üzrə nümayəndəyə, eləcə də ona “Tayqa Sale” – “Avrsale” proqram təminatında istifadəçi adı və kodu təhkim edilmiş, tətbiqə giriş üçün şifrə satış nümayəndəsinin özü tərəfindən şəxsən müəyyən edilmiş, həmin proqram təminatında edilən bütün mal və pul əməliyyatlarına görə maddi məsul şəxs olmaq öhdəlik kimi üzərimə qoyulmuşdur. Hər bir faktiki və audit yoxlaması həm yerində, həm də proqram təminatından olan çıxarışlara əsasən aparılmışdır. Satış nümayəndəsi kimi tərəfimdən edilən bütün əməliyyatlar terminalın yaddaşında qalmışdır. Bir qayda olaraq, ərazi üçün məhsullar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində yerləşən baş anbarından daşıyıcı vasitələrlə Bərdə şəhərində yerləşən anbara gətirilirdi. Dislokasiya olunduğu ərazidə müştərilər tərəfindən sifariş olduqda satış üzrə nümayəndə tərəfindən məhsullar ona təhkim edilmiş terminal vasitəsilə sifariş edilirdi. Həmin sifariş şirkətin anbarına daxil olur və müştərinin adına satış fakturası yazılırdı. Satış fakturası əsasında sifariş edilmiş məhsullar bölgələr üzrə işləyən müvafiq yük avtomobillərinə yığılır, şirkətin sürücüləri məhsulu satış fakturası ilə birlikdə satış nöqtələrinə təhvil verirdi. Daha sonra satış nümayəndələri məhsulların satışından əldə olunan pulu müştəridən götürür və şirkətin kassasına təhvil verirdi. Satış fakturalarına o, yəni maddi məsul şəxs kimi satış üzrə nümayəndə, məhsulu müştəriyə təhvil verən şəxs kimi sürücü Təqsirləndirilən şəxs və malları satışa yararlı vəziyyətdə qəbul edən şəxs kimi müştərilər imza etmişdir. Məhsulları təhvil verdikdən sonra satış fakturasında “Təhvil verdi” qrafasında sürücü Təqsirləndirilən şəxs, “Mallar satışa yararlıdır:” qrafasında müştəri imza edirdi. Daha sonra, Təqsirləndirilən şəxs həmin fakturaları ona təqdim edir, o da həmin fakturlarda satış üzrə nümayəndə kimi “Maddi məsul şəxs:” qrafasına imza çəkirmiş. Satış fakturasının bir nüsxəsi sifarişi təhvil alan satış nöqtəsinin nümayəndəsinə verilir, bir nüsxəsi isə onlarda qalırmış. Çox vaxt isə satış fakturalarını itirməmək üçün Təqsirləndirilən şəxs onları öz avtomobilində saxlamasını deyirmiş. Hər ayın sonunda yığılmış fakturaları Təqsirləndirilən şəxs götürür və ona aid olan qrafalarını imzalayaraq şirkətin Bərdə filialına təhvil verirmiş. Satışdan əldə olunan pullar müştərilərdən dislokasiya aidiyyəti üzrə tərəfindən yığılırmış. Müştərilərdən pulları yığmaq və həmin pulları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə şəhərində yerləşən kassasına təhvil vermək onun vəzifəsi olmuşdur. Bölgə müdiri Şahid1 və sürücü Təqsirləndirilən şəxs işlə əlaqədar olaraq tez-tez Bərdə şəhərinə gedib-gəlirdilər. Buna görə də, yol uzaq olduğu üçün o, əlavə olaraq Bərədəyə getmirmiş. Satış fakturalarını və müştərilədən yığılmış pulları bölgə müdiri Şahid1, çox vaxt isə sürücü Təqsirləndirilən şəxs verirmiş, onlardan satış fakturalarını və müştərilədən yığılmış pulları şirkətin filialına təhvil vermələrini xahiş edirmiş. Onlar da onun xahişi ilə satış fakturalarını filiala təhvil verir, müştərilədən yığılmış pulları isə şirkətin kassasına ödəyirmişlər. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hesabında yaranmış 47.543,57 manat çatışmazlıqdan bir qəpik də görütürüb xərcləməmişdir. Həmin 47.543,57 manat çatışmazlıqdan təxminən 13.500 manat dəyərində “Go” markalı içkini Şahid1 sürücü Təqsirləndirilən şəxs satması üçün vermiş, Təqsirləndirilən şəxs Şahid1 aldatmış və malı satsa da, 13.500 manat pulu Şahid1 verməmiş, şirkətin kassasına ödəməmişdir. Bildirmişdir ki, təxminən 2021-ci ilin avqust ayının sonlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə nümayəndəsi işlədiyi vaxtda bölgə müdiri Şahid1 ona Bərdə filialının müdiri Faiq Kərimovun tapşırığının olduğunu, real sifariş olmadan 125.000 manat dəyərində məhsul sifariş etməli olduqlarını bildirmişdir. O, Seymura etiraz etmiş və həmin sifarişi vermək istəmədiyimi bildirmişdir. Seymur ona həmin sifarişi verməsə, işdən azad olunacağını demişdir. O, Seymura həmin sifarişlərin həddindən artıq çox olduğunu bildirərək və narahat olmuşdur. Seymur ona hər şeyin qaydasında olacağını, narahat olmamağı, problem olduğu halda özünün həll edəcəyini demişdir və ondan şirkətin ona təhkim etdiyi mobil telefonu ona verməsini istəmişdir. O, Seymura arxayın olub işimi itirməmək üçün etiraz etməmiş, mobil telefonu ona vermiş və Seymur terminalla onun hesabından 100.000 manatlıq bir, 25.000 manatlıq bir olmaqla iki satış fakturası əsasında Beyləqan şəhərində yerləşən “Üstdad Beyləqan” satış nöqtəsinə “Bizon”, spirtli “Go Silver” və “Jaguar” markalı məhsullar sifariş etmişdir. Sifariş edilmiş həmin məhsulların bir hissəsi Bakı şəhərindən birbaşa Beyləqan rayonuna göndərilmiş, bir hissəsi isə Bakı şəhərində və Bərdə rayonunda yerləşən anbarlarda qalmışdır. Beyləqana göndərilmiş məhsulların ortalıqda qalmaması üçün onun bir hissəsini Beyləqan şəhərində Seymurun yaşadığı evin həyətinə, bir hissəsini isə Seymurun tapşırığı ilə şəxsi vəsaiti hesabına icarəyə götürdüyü anbara yığmışlar. Sürücülər tələsik məhsulları boşaldıb getdiyi üçün və heç bir satış fakturası təqdim etmədiyi üçün konkret olaraq hansı məbləğdə məhsulun onlara göndərildiyini bilməmişdir. O, icarəyə götürdüyü anbara, Şahid1 yaşadığı evə nə qədər məhsul yığılmasını bilmir. Məhsul həddindən artıq çox olduğu üçün əlində qalan şirkətə məxsus malları bölgə müdiri Şahid1 tapşırığı və köməkliyi ilə pərəkandə satmağa başlamışdır. Bölgə müdiri Şahid1 öz həyətinə yığdığı məhsuldan təxminən 13.500 manatlıq “Go” markalı içkini satması üçün sürücü Təqsirləndirilən şəxs vermiş, Kənan malı satmasına baxmayaraq pulları şirkətin kassasına, ya da Seymura təhvil verməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Təxminən 2017-ci ildən Bərdə rayonu, Güloğlular kəndinin ərazisində fəaliyyət göstərən “Uğur market” adlı mağazada anbardar – fəhlə işləyir. “Uğur market” qida və qeyri-qida məhsullarının topdan satışı ilə məşğuldur. Mağazada malların firmalardan sifariş edilməsini, malların təhvil alınmasını, satılmasını, firmalara pulların ödənilməsini, bir sözlə, alğı-satqı ilə bağlı olan bütün işləri təxminən 2020-ci ildən “Uğur market”də satıcı işləyən Şahid4 həyata keçirir və o, kassaya nəzarət edir. Onun işi isə Farizin göstərişi ilə sifariş edilmiş məhsulları anbara yığmaqdan, məhsulları daşımaqdan və anbara nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının işçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər işçiləri ilə arasında heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamış, onlarla hər hansı qohumluq və ya dostluq əlaqəsi də yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bütün məhsul sifarişlərini satıcı Fariz verir. Sifariş edilmiş məhsulları, eləcə də “Bizon”, spirtli “Go” və “Jaguar” markalı içkiləri Təqsirləndirilən şəxs və ya firmanın digər işçiləri mağazaya gətirirdilər. Fariz məhsulları saydıqdan və onların satışa yaralı olub-olmamasını yoxladıqdan sonra ona məhsulları anbara daşımağı tapşırır. Bundan sonra sifarişə uyğun olaraq gətirilmiş məhsulları o, anbara yükləyir. Fariz də satış fakturalarına imza çəkərək məhsulların təhvil alınmasını təsdiq edir və həmin fakturaların bir nüxsəsini götürüb özündə saxlayır. O, isə heç bir sənədə imza etmir, çünki onun işi yalnız məhsulları anbara daşımaqla yekunlaşır. Fariz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məhsulları oranın işçisi kimi tanıdığı Kənan və digər işçilər vasitəsilə sifariş vermiş, verilən sifarişlər əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş malların təhvil verilməsində və ya mağazadan qaytarılmasında hər zaman özü şəxsən iştirak etmişdir. “Uğur market”də məhsulları təhvil alanda Fariz həmişə pulu nağd olaraq şirkətlərə, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında heç bir problem olmamışdır. “Uğur market” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kiçik “Bizon” markalı içkini 62-63 qəpiyə, böyük “Bizon” markalı içkini isə 93 qəpiyə, spirtli “Go” markalı içkini 01.25 manata və spirtli “Jaguar” markalı içkini isə təxminən 01.50 manata alırdı. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi ifadədə düzgün göstərmişdir. Təxminən 15 oktyabr 2021-ci il tarixdə Kənan onun işlədiyi mağazaya gəlmişdir. Kənan Farizə avtomobilində 4.000 manatlıq 134 kasetdə cəmi 3200 ədəd “Go” markalı içki məhsulları olduğunu demiş və ondan həmin məhsulları nağd olaraq almağı xahiş etmişdir. Həmin vaxt mağazada “Go” markalı içkiyə təlabat var idi, buna görə də Fariz Kənana etiraz etməmiş və həmin məhsulları alacağını bildirmişdir. Əvvəlcə Fariz avtomobilin yük yerində Kənanın gətirdiyi “Go” markalı içki məhsullarının istifadəyə yararlı olub-olmamasına baxmış, məhsulları saydıqdan və onların hamısının satışa yararlı olduğuna əmin olduqdan sonra onu yanına çağırmış, məhsulları Kənanın idarə etdiyi yük avtomobilindən anbara yükləməyi tapşırmışdır. O və Kənan birlikdə köməkləşib həmin 134 kasetdə cəmi 3.200 ədəd “Go” markalı içkini mağazanın anbarına yükləmişdir. Kənandan “Go” markalı içkinin bir ədədini həmişə olduğu kimi 01.25 manata almışlar. Məhsulları yükləyib bitirdikdən sonra Fariz kassadan əlbəəl Kənana nağd olaraq 4.000 manat ödəniş etmişdir. Bundan sonra Kənan çıxıb getmişdir. Həmin vaxtdan sonra o, Kənanı görməmiş və onunla danışmamışdır. Bildirmişdir ki, işlədiyi “Uğur market” topdan satış mağazası Bərdə rayonu, Güloğlular kəndi ərzisində yerləşir və orada “Təzə bazar” deyilən bazarda fəaliyyət göstərir. Kənanı tanıdığı vaxtdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə məxsus olan “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. O, “Go” markalı içki məhsullarını da işlədiyi “Uğur market”ə həmin avtomobildə gətirmişdir. Kənanın idarə etdiyi “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində həmin vaxt yalnız 134 kasetdə cəmi 3.200 ədəd “Go” markalı içki olmuşdur, orada başqa heç bir məhsul olmamışdır. “Uğur market” demək olar ki, hər gün və ya gün aşırı olmaqla tez-tez "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müxtəlif növ məhsullar alır. Məhsulların təhvil alınması ilə bağlı sənədlərə, yəni qaimə-fakturalara Fariz imza edir və həmin işlərlə ancaq özü məşğul olur. O, isə heç bir yerə imza çəkmir, yalnız malları daşımaqla və anbara yerləşdirməklə məşğul olur. Təxminən 15 oktyabr 2021-ci il tarixdə Kənan “Uğur market”ə gətirdiyi 4.000 manatlıq “Go” markalı içki məhsullarının fakturasını təqdim etməmişdir. O, bildiyinə görə, Kənan Farizə növbəti sifarişdə təhvil verdiyi həmin “Go” markalı içki məhsullarının fakturaya yazılacağını demişdir. Buna görə də, Fariz Kənana inanaraq “Go” markalı içki məhsullarını ondan satış fakturası olmadan təhvil almış və məhsulun pulunu Kənana həmişə olduğu kimi nağd olaraq ödəmişdir. Bu barədə Farizlə Kənan arasında hər hansı sənədlərin tərtib edilibedilməməsi barədə heç bir məlumatı yoxdur. “Uğur market”də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, eləcə də digər şirkətlərdən alınmış bütün məhsullara görə ödəniş nağd olaraq ödənilir və borc qalığı saxlanılmır. “Uğur market”in "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, demək olar ki, heç bir zaman borcu olmamışdır. Buna görə də, Fariz 2021-ci ilin oktyabr ayının ortalarında Kənandan 134 kasetdə cəmi 3.200 ədəd “Go” markalı içkini təhvil aldıqdan sonra borc saxlamamaq üçün pulu birbaşa Kənanın özünə ödəmişdir. Çünki əvvəllər də Fariz bir neçə dəfə Kənana və şirkətin digər əməkdaşlarına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış məhsulların pulunu ödəmiş və bu barədə heç bir zaman problem olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Uğur market” arasında etibarlı işgüzar münasibətlər vardır. Kənan ondan alınmış 4.000 manat dəyərində “Go” markalı içki məhsullarının satış fakturasını verməmiş, bu barədə heç bir məlumat deməmişdir. Buna görə də,o, həmin məhsulların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kimin hesabından sifarişə yazıldığını bilmir. Şahid1 və Şahid2 tanımır, onlarla heç bir münasibəti olmamışdır. Bildirmişdir ki, Şahid2 və Şahid1 heç vaxt tanımamış, onların kim olmasını bilmir. “X25.H.Eliyev Pr.” Satış nöqtəsi barədə də heç bir məlumatı yoxdur. Kənan təxminən 15 oktyabr 2021-ci il tarixdə “Uğur market”ə satdığı 4.000 manat dəyərində “Go” markalı içki məhsullarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında Beyləqan rayonu üzrə satış nümayəndəsi işləmiş Şahid2 hesabından Beyləqan rayonunda fəaliyyət göstərən “X25.H.Eliyev Pr.” adlı satış nöqtəsinə sifariş edilməsi, həmin məhsulların bölgə müdiri Şahid1 Beyləqan şəhərində yerləşən yaşadığı evin həyətinə yığılması, həmin məhsulları satmaq üçün Şahid1 götürməsi barədə heç bir məlumat verməmişdir. Kənan Farizə növbəti sifarişdə satılmış 4.000 manat dəyərində “Go” markalı məhsulların satış fakturasına yazılacağını demişdir. Sonrada isə Kənan mağazaya bir də gəlməmişdir. Onun bu barədə başqa heç bir məlumatı yoxdur. Kənanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının işçisi kimi tanımış, onun konkret olaraq hansı vəzifədə işləməsini bilmir. O, bildiyinə görə, hazırda Kənan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmir. Kənan həm də şirkətə məxsus olan “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edirdi. Ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında konkret vəzifə bölgüsü olmamışdır, çünki, müxtəlif işçilər “Uğur market”ə həm mal gətirir, həm sifarişləri qəbul edir, həm də ödənişləri təhvil alırdılar. Kənanın təxminən 15 oktyabr 2021-ci il tarixdə “Go” markalı içkilər üçün ona ödənilmiş 4.000 manat pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına ödəyib-ödəməməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istntaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayır. Təxminən 2020-ci ilin əvvəllərindən Bərdə rayonu, Güloğlular kəndinin ərazisində fəaliyyət göstərən “Uğur market” adlı mağazada satıcı işləyir. “Uğur market” qida və qeyri- qida məhsullarının topdan satışı ilə məşğuldur. Mağazada malların firmalardan sifariş edilməsini, malların təhvil alınmasını, satılmasını, firmalara pulların ödənilməsini, bir sözlə, alğı-satqı ilə bağlı olan bütün işləri o, həyata keçirir və kassaya nəzarət edir. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının işçisi kimi tanımışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən sifariş etdiyi “Bizon”, spirtli “Go" və “Jaguar” markalı içkiləri Kənandan və firmanın digər işçilərindən təhvil almış, məhsulları təhvil alanda həmişə pulu nağd olaraq onlara ödəmişdir. Bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında heç bir problem olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məhsulları oranın işçisi kimi tanıdığı Kənan və digər işçilər vasitəsilə sifariş vermiş, verilən sifarişlər əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilmiş malları özü şəxsən təhvil almış, mağazadan qaytarılan malları da özü şəxsən geri qaytarmışdır. Onun verdiyi sifariş əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif işçiləri satış fakturası ilə verdiyi sifariş həddində malı gətirib mağazaya təhvil verir, məhsulları təhvil aldıqdan sonra iki nüsxədən ibarət satış fakturasına o və məhsulu gətirən şəxs imza çəkir, imza çəkdikdən sonra həmin fakturanın bir nüsxəsini məhsulları gətirən şəxsdə qalır, digər nüxsəsini isə o, götürüb özündə saxlayır. ‘Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətindən kiçik “Bizon” markalı içkini 62-63 qəpiyə, böyük “Bizon” markalı içkini isə 93 qəpiyə, spirtli “Go” markalı içkini 01.25 manata, spirtli “Jaguar” markalı içkini isə təxminən 01.50 manata alırmış. Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin digər işçiləri ilə arasında heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamış, onlarla hər hansı qohumluq və ya dostluq əlaqəsi də yoxdur. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən 15 oktyabr 2021-ci il tarixdə Kənan onun işlədiyi mağazaya gəlmişdir. Kənan ona avtomobilində 4.000 manatlıq 134 kasetdə cəmi 3200 ədəd “Go” markalı içki məhsulları olduğunu demiş və ondan həmin məhsulları nağd olaraq almağı xahiş etmişdir. Həmin vaxt mağazada “Go” markalı içkiyə tələbat olmuş, buna görə də o, Kənana etiraz etməmiş və həmin məhsulları alacağını bildirmişdir. Əvvəlcə avtomobilin yük yerində Kənanın gətirdiyi “Go” markalı içki məhsullarının istifadəyə yararlı olub-olmamasına baxmış, məhsulların hamısının satışa yararlı olduğuna əmin olduqdan sonra “Uğur marketdə anbardar işləyən Şahid3 çağırmış, ona məhsulları Kənanın idarə etdiyi yük avtomobilindən anbara yükləməsini tapşırmışdır. Niyaməddin və Kənan köməkləşib həmin 134 kasetdə cəmi 3.200 ədəd “Go” markalı içkini mağazanın anbarına yükləmişlər. Kənandan “Go" markalı içkinin bir ədədini həmişə olduğu kimi 01.25 manata almışdır. Məhsulları yükləyib bitirdikdən sonra o, kassadan əlbəəl Kənana nağd olaraq 4.000 manat ödəniş etmişdir. Bundan sonra Kənan çıxıb getmişdir. Həmin vaxtdan sonra Kənanı görməmiş və onunla danışmamışdır. Satıcı işlədiyi “Uğur market” topdan satış mağazası Bərdə rayonu, Güloğlular kəndi ərzisində yerləşir və təxminən 2017-ci ildən orada “Təzə bazar” deyilən bazarda fəaliyyət göstərir. Kənanı tanıdığı vaxtdan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininə məxsus olan “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. O, “Go” markalı içki məhsullarını da işlədiyi "Uğur market”ə həmin avtomobildə gətirmişdi. Bildirmişdir ki, Kənanın ona satmaq istədiyi “Go” markalı içki məhsullarının satışa yaralı olub-olmamasını yoxlamaq üçün onun idarə etdiyi “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində məhsullara baxmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilinin yük yerində yalnız 134 kasetdə cəmi 3.200 ədəd “Go” markalı içki olmuş, orada başqa heç bir məhsul olmamışdır. “Uğur market”, demək olar ki, hər gün və ya gün aşırı olmaqla tez-tez "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müxtəlif növ məhsullar alır. Həmişə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif işçilərindən sifariş etdiyim məhsulları təhvil almış, məhsulları təhvil aldıqdan sonra iki nüsxədən ibarət satış fakturasına məhsulu gətirən şəxslə birlikdə imza çəkib həmin fakturanın bir nüsxəsini özündə saxlamışdır. 2021-ci ilin oktyabr ayının ortalarında mağazada “Go” markalı içikəyə təlabat olmuş, həmin məhsul növü anbarda azaldığından, onsuz da, “Avrora" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Go” markalı içki məhsullarını sifariş edəcəkdilər. Buna görə də, təxminən 15 oktyabr 2021-ci il tarixdə Kənan mənə “Go” markalı içki məhsulları təklif edəndə onunla razılaşmışdır. Kənan ona növbəti sifarişdə təhvil verdiyi “Go” markalı içkinin fakturaya yazılacağını demişdir. Buna görə də o, Kənana inanmış, məhsulu ondan satış fakturası olmadan təhvil almışdır və məhsulun pulunu onun özünə nağd olaraq ödəmişdir. Həmin vaxt ona məhulla bağlı sənəd təqdim etmədiyinə görə müvəqqəti yaddaş üçün Kənana 4.000 manat pul ödəməyi barədə qəbz yazmış, həmin qəbzi Kənan və o imzaladıqdan sonra özündə saxlamışdır. Həmin vaxtdan xeyli müddət keçmişdir. Buna görə də, o, həmin qəbzi tullamış və onun harada olmasını bilmir. Bildirmişdir ki, o "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı bütün məhsullara görə nağd olaraq ödəniş etmiş və heç bir zaman borc qalığı saxlamamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə onun heç bir zaman borcu olmamışdır. Buna görə də, 2021-ci ilin oktyabr ayının ortalarında Kənandan 134 kasetdə cəmi 3.200 ədəd “Go” markalı içkini təhvil aldıqdan sonra borc saxlamamaq üçün pulu birbaşa Kənanın özünə ödəmişdir. Çünki, əvvəllər də o, bir neçə dəfə Kənana və şirkətin digər əməkdaşlarına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı məhsulların pulunu ödəmiş və bu barədə heç bir zaman problem olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Uğur market” arasında etibarlı işgüzar münasibət vardır. Kənan mənə satıdığı 4.000 manat dəyərində “Go” markalı içki məhsullarının satış fakturasını verməmişdir. O, həmin məhsulların “Avrora" Məhdud Məsuliyyətli Cəmiyyətində kimin hesabından sifarişə yazıldığını bilmir. Bildirmişdir ki, Şahid1 və Şahid2 tanımır, onlarla heç bir münasibəti olmamışdır. “X25.H.Eliyev Pr.” Satış nöqtəsi barədə də heç bir məlumatı yoxdur. Kənan təxminən 15 oktyabr 2021-ci il tarixdə “Uğur markefə satdığı 4.000 manat dəyərində “Go” markalı içki məhsullarının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında Beyləqan rayonu üzrə satış nümayəndəsi işləymiş Şahid2 hesabından Beyləqan rayonunda fəaliyyət göstərən “X25.H.Eliyev Pr.” adlı satış nöqtəsinə sifariş edilməsi, həmin məhsulların bölgə müdiri Şahid1 Beyləqan şəhərində yerləşən yaşadığı evin həyətinə yığılması, həmin məhsulları satmaq üçün Şahid1 götürməsi barədə heç bir məlumat verməmişdir. Kənan ona növbəti sifarişində satıdığı 4.000 manat dəyərində “Go” markalı məhsulların satış fakturasına yazılacağını demişdir. Sonrada isə Kənan mağazaya bir də gəlməmişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. O, Kənanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının işçisi kimi tanımış, onun konkret olaraq hansı vəzifədə işləməsini bilmir. Bildiyinə görə, hazırda Kənan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmir. Kənan həm də şirkətə məxsus olan “Mitsubishi” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edirdi. Ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialında konkret vəzifə bölgüsü yox idi, çünki, müxtəlif işçilər “Uğur markefə həm mal gətirir, həm sifarişləri qəbul edir, həm də ödənişləri təhvil alırdılar. Kənanın təxminən 15 oktyabr 2021-ci il tarixdə “Go” markalı içkilər üçün ödədiyi 4.000 manat pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına ödəyib-ödəməməsi barədə heç bir məlumatı yoxdur. Onun heç bir şikayət və ya tələbi yoxdur. Cinayət işinin 1-ci cildinin 72-73-cü vərəqələrində olan materiallardan görünür ki, 19 oktyabr 2022-ci il tarixdə Bərdə rayon prokuroru, kiçik ədliyyə müşaviri X5 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və eyni tarixdə ibtidai istintaqın aparılması Bərdə rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tapşırıldığından icraatına qəbul edilərək tərəfindən istintaq aparılmışdır. Cinayət işinin 1-ci cildinin 72-73-cü vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə filialının əməkdaşları tərəfindən 84.618,43 manat dəyərində onlara etibar edilmiş külli miqdara qida məhsullarının mənimsənilməsi barədə Bərdə rayon prokurorluğunda toplanılmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin aşkar edilməsi olmuşdur. Cinayət işinin 1-ci cildinin 74-216, 217-231-cü vərəqələrində olan materiallardan görünür ki, Bərdə rayon prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 “Sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 24 yanvar 2023-cü il tarixli qərarı ilə icraatında olan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunmuş ********* №li cinayət işindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* №-li cinayət işi ayrılaraq icraatına qəbul edilmiş və eyni tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı ilə ********* №-li cinayət işi, cinayətin Beyləqan rayonu ərazisində törədilməsi nəzərə alınmaqla ibtidai istintaqın davam etdirilməsi üçün Beyləqan rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 79-80-ci vərəqəsində olan Beyləqan rayon prokurorluğunun “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 2-ci cildinin 112-113-cü vərəqələrində olan Beyləqan rayon prokurorluğunun 25 iyun 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 01-02-ci vərəqələrində olan Beyləqan rayon prokurorluğunun 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, 20 iyul 2023-cü il tarixdə Beyləqan rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona etibar edilmiş 13.500 manat dəyərində əmlakını mənimsəməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaq və ərazi aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmişdir. Cinayət işinin 2-ci cildinin 130-131-ci vərəqələrində olan Bərdə rayon prokurorluğunun 31 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin cinayət işi 31 iyul 2023-cü il tarixdə Bərdə rayon prokurorluğuna daxil olmuş və eyni tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq aparılmışdır. Cinayət işinin 2-ci cildinin 170-171-ci vərəqələrində olan Bərdə rayon prokurorluğunun 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 178-179-cu vərəqələrində olan Bərdə rayon prokurorluğunun 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 249-250-ci vərəqələrində olan Bərdə rayon prokurorluğunun 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 18-28-ci vərəqələrində olan materiallardan görünür ki, xx.xx.2019-cu il tarixli 19/15008 nömrəli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin fəhləsi vəzifəsinə təyin edilmiş, eyni tarixdə onunla maddi məsuliyyət daşıma haqqında müqavilə bağlanmış və vəzifə təlimatı ilə tanış olmuşdur. Cinayət işinin 1-ci cildinin 33-40-cı vərəqələrində olan materiallardan görünür ki, xx.xx.2020-ci il tarixli, 255/k nömrəli əmrdən çıxarışa əsasən, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Anbar Təsərrüfatı və Logistika Departamentinı sürücü vəzifəsinə təyin edilmiş, eyni tarixdə onunla tam maddi məsuliyyət daşıma haqqında müqavilə bağlanmış və vəzifə təlimatı ilə tanış olmuşdur. Cinayət işinin 1-ci cildinin 29,32-41-ci vərəqələrində olan materiallardan görünür ki, 05 aprel 2019-cu il tarixli, 19/5008-1 nömrəli, 18 sentyabr 2019-cu il tarixli, 19/5008-2 nömrəli, 22 may 2020-ci il tarixli, 19/5008-3 nömrəli və 29 dekabr 2020-cu il tarixli, 19/5008-4 nömrəli əlavələrə əsasən, Təqsirləndirilən şəxs "xxxx" MMC-də fəhlə vəzifəsində işlədiyi müddətdə əmək haqqısına ştat cədvəlinə uyğun olaraq əlavələr təyin edilmişdir. Cinayət işinin 2-ci cildinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır Cinayət işinin 2-ci cildiin 195-206-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-123/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-123/2023 saylı hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş apeyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli biindiyi Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 i müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)1292/2024 saylı Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarından kasssiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarina əlavə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarı üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 07 ay 21 gün müddətini çəkmiş və 01 il 11 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 2-ci cildinin 191-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Ağdam Rayon Mərkəzi Xəstəxanası ” X18 daxil olmuş xx.xx.2023-cü il tarixli 425 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası ” X20 Narkoloji və Psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cildinin 165-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Bərdə Rayon Mərkəzi Xəstəxanası ” X18 daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 18-1-28/2-1138/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin narkoloji və ruhi əsəb kabinetlərində qeydiyyatda yoxdur, xx.xx.2022-ci il tarixdə “dəri absesi, furunkul və karbunkul” xəstəliyi ilə bağlı xəstəxanaya müraciət etmişdir. Cinayət işinin 2-ci cildinin 167-ci vərəqəsində olan X26 Dispanserinin xx.xx.2023-cü il tarixli, 679 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs X26 Dispanserində dispanser müşahidəsində deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxlərlə barışmasını, dəymiş ziyanın ödənilməsini, törətdiyi cinayətin zorakı cinayət olmamasını, yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 25 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 12 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarından əvvəl törətmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə vurulmuş 13 500 (on üç min beş yüz) manat ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsi nəzərə alınmaqla Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-596/2023 saylı qərarı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 05 (beş) gün çəkilməmiş hissəsi ilə qismən toplamaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə vurulmuş 13 500 (on üç min beş yüz) manat ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-22/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-22/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver