Məhkəmə qərarları › İş №1(021)-227/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-227/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-227/2023 14.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1984-cü il tarixdə Laçın rayonu, Hətəmlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Hətəmlər kəndində qeydiyyatda olmaqla ünvan 1ndə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış binasına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməllini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14 iyun 2023-cü il tarixdə gecə saat 04:30 radələrində ünvan 1ndə yaşayan qonşusu Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətinin giriş qapısının açıq olmasından yararlanıb evin həyətinə keçməklə evin giriş qapısının açarının giriş qapısının qarşısında qoyulmuş kərpiçin altında olmasını əvvəllcədən bilib həmin açarı götürərək açarla qapını açıb yaşayış binasına qanunsuz daxil olaraq evin yataq otağında yerləşən dəmir sandıqda pul qabının içərisində olan Zərərçəkmiş şəxs məxsus 1700 (min yeddi yüz) manat pulunu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 1700 (min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Laçın rayonu, Hətəmlər kəndindən məcburi köçkün olsa da hazırda Bərdə rayonu, Xamtorpaq adlanan Təhlə kəndində 13 yaşlı oğlu Yusif ilə birlikdə məskunlaşıb yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Həmçinin, İİ qrup əlildir. Belə ki, maddi vəziyyəti yaxşı olmadığından və himayəsində azyaşlı oğlu Yusif olduğundan əvvəl yaşadığı kənd ərazisində mal-qara otarmış və ot bağlamaları yığmışdır. Hazırda isə yaşadığı kənd ərazisində Afan adlı şəxsin fermasında çoban işləyir. X5 ilə evli olsa da hazırda ayrı yaşayır. X13 ilə rəsmi olaraq ayrılmağı barədə yaşadığı Bərdə rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, birgə nikahdan Yusif və Yağmur adlı uşaqları vardır. Yusifin 13 yaşı, Yağmurun isə 16 yaşı vardır. Hazırda Yağmur anası Günel ilə birlikdə Ağcabədi rayonu, İsmət Qayıbov küçəsində kirayədə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Yaxşının yaşadığı ev onun yaşadığı evin qarşı hissəsində yerləşir. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Əvvəl istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Yaxşının oğlu Akif Bakı şəhərində yaşadığı üçün o, arasıra Yaxşının yaşlı qadın olduğu üçün Yaxşının evinə gedib köməklik etmişdir. O, Yaxşının yaşadığı evə gedib gəldiyi üçün Yaxşının yaşadığı evin giriş qapısının açarını evin qarşısında olan kərpicin altında gizlətdiyini görmüşdür. 14 iyun 2023-cü il tarixdə gecə saatlarında o, yaşadığı evdə spirtli içki olan araq içdikdən sonra maddi sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmiş və buna görə də qonşusu Yaxşının evində pul olduğunu ehtimal edərək Yaxşının evinə girmək qərarına gəlmişdir. Buna görə də o, 14 iyun 2023-cü il tarixdə gecə saat 04 radələrində əkin sahəsinə alaq vurmağa işə gedəcəyini bildiyi üçün Yaxşının evdən getməsini gözləmiş və Yaxşı evdən çıxdıqdan sonra həmin gecə saat 04:30 dəqiqədə o, Yaxşının həyətinə həyətə giriş qapısı olan dam örtüyünə istifadə edilən dəmir materialdan düzəldilmiş əl qapısından həyətə daxil olmuşdur. Belə ki, qonşusu Yaxşı yaşadığı evdə olan zaman həyətə giriş qapısının arxasını bağlayır, evdən çıxdıqdan sonra isə qapı açıq vəziyyətdə olur. Həyətə daxil olduqdan sonra evinin giriş qapısının kilidinin açarını qapının yaxınlığında olan kərpicin altından götürüb qapını açaraq evə daxil olmuşdur. Bundan sonra o, əvvəlcə evin içərisində paltar şkafının içərisinə baxmış, lakin oradan pul tapa bilməmişdir. Bundan sonra evin yataq otağında olan sandığa yaxınlaşmış və sandığın üzərində olan kilidə baxdıqda kilidin açıq olduğunu görmüşdür. Həmin vaxt sandığın qapısını açdıqdan sonra sandığın içərisində axtarış aparmağa başlamış və sandığın içərisində bir ədəd pul qabı görmüş və içərisinə baxdıqda orada 1700 manat pulun və bəzi sənədlərin olduğunu görmüşdür. O, 1700 manat pulu götürmüş sənədləri isə sandığın içərisinə ataraq evdən çıxmış və qapının klidini bağlayıb açarı götürmüş olduğu yerə qoyduqdan sonra Yaxşının evini tərk edib yaşadığı evə getmişdir. Bundan sonra oğurladığı 1700 manat pula özünə və azyaşlı oğlu Yusifə ərzaq məhsulları almış, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, Elsevən Behubdova verilən suallara cavab olaraq bildirmişdir ki, o, oğurluq etməsi barədə heç kimə məlumat verməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. O, törətmiş olduğu oğurluq cinayət əməlindən Bərdə rayon ərazisində və ya Respublikanın digər ərazilərində hər hansı bir oğurluq etməmişdir. O, istintaqdan gizlənməsi ilə bağlı bildirmişdir ki, mobil telefonu işləmədiyindən istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng çatmamışdır. Həmçinin, maddi vəziyyəti yaxşı olmadığından yaşadığı kənd ərazisində ot bağlamaları yığmış və yaşadığı kənd ərazisində mal-qara otarmışdır. Hazırda isə yaşadığı kənd ərazisində yerləşən Afan adlı şəxsin fermasında çoban işləyir. Bu səbəbdən də Bərdə rayon polis şöbəsinə gəlib barəsində olan cinayət işi ilə bağlı maraqlana bilməmişdir. Lakin sonradan barəsində olan cinayət işi ilə bağlı maraqlanmaq üçün Bərdə rayon polis şöbəsinə özü könüllü olaraq gəlmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, o, tək olaraq Bərdə rayonu, Xamtorpaq kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Belə ki, yaşadığı evin həyətində yerləşən tövlədə 6 (altı) baş iri-buynuzlu heyvanlar saxlayır və yaşadığı kənd ərazisində yerləşən əkin sahələrinə günəmuzd olaraq işləməyə gedir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun qonşusudur. Elsevən yaşadığı evin qarşı hissəsində yaşayır. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxsla qonşu olduğundan onun yaşadığı evə dəfələrlə gəlib getmişdir. Belə ki, Elsevən ona həyət işlərində köməklik göstərmişdir. Yaşadığı evin həyətyanı sahəsi mişarı daşı ilə hasarlanmasa da həyətin kənarları qamışla hasarlanmışdır. O, əkin sahələrinə işləməyə gedərkən evin giriş qapısının üzərində olan kilidin açarını itirməmək üçün kilidi bağladıqdan sonra açarı həyətdə olan kərpicin altına qoyur. Həmçinin, o, əkin sahələrinə işlməyə getdiyindən 1700 manat pulunu yaşadığı evin yataq otağında yerləşən dəmir materialdan olan dəmir sandıqda pul qabının içərisində saxlayır. Həmin sandığın klidi olmadığından sandığın ağzı açıq vəziyyətdə olur. 14 iyun 2023-cü il tarixdə, gecə saat 04 radələrində o, yaşadığı evdən çıxıb yaşadığı kənd ərazisində yerləşən əkin sahəsinə işləməyə getmişdir. Belə ki, havaların isti keçməsi ilə əlaqədar yay aylarında qeyd olunan saatda yaşadığı evdən çıxıb digər həmkəndliləri ilə birlikdə əkin sahələrinə işləməyə gedir. Günorta saatlarında isə yaşadığı evə qayıdır. 15 iyun 2023-cü il tarixdə, saat 07 radələrində yaşadığı evdə olan zaman özünə məxsus heyvanlara ot almaq üçün yaşadığı evin qonaq otağında yerləşən dəmir materialdan olan sandığın içərisində saxladığı özünə məxsus həmin 1700 (bir min yeddi yüz) manat pulu götürmək istəmişdir. Lakin sandıqda olan pul qabının içərisində saxladığı 1700 manat pulun yerində olmadığını görmüşdür. Həmin vaxt həyacanlı olduğundan DİN-nin 102 xidmətinə zəng edərək ilk əvvəl 3000 manat pulunun oğurlanması barədə məlumat versə də lakin yaşadığı evdən ümumilikdə 1700 manat pulu oğurlanmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evə gələrək yaşadığı evə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Sonradan ona məlum olmuş ki, yaşadığı evin qarşı hissəsində yaşayan qonşusu Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə, gecə saat 04 radələrində o, yaşadığı evdən çıxıb getdikdən sonra saat 04:30 radələrində yaşadığı evin həyətinə həyətə giriş qapısından həyətə daxil olaraq kərpic daşın altında gizlətdiyi evin giriş qapısının açarını götürüb evin içərisinə daxil olduqdan sonra yataq otağında yerləşən ağzı açıq vəziyyətdə olan sandığın içərisindən pul qabından qeyd olunan 1700 (bir min yeddi yüz) manat pulu oğurlayıb gəlmiş olduğu yerdən çıxıb qapını açarla bağladıqdan sonra yenidən açarı yerinə qoyub həyəti tərk edərək çıxıb getmişdir. Həmçinin, Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır və ondan hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid X1 üzürlü səbəblərə görə iştirak etməmişdir. Məhkəmə CPMin 317-ci maddəsinə əsasən tərəflərin fikirlərini nəzərə alaraq yerində müşavirə etməklə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etməklə tədqiq edilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Xamtorpaq adlanan Təhlə kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Həmçinin, Təqsirləndirilən şəxs onun qonşusudur. Həmin şəxslərlə aralarında hər hansı ədavətləri və ya düşmənçilikləri olmamışdır.Yaxşının oğlu Akif Bakı şəhərində yaşadığı üçün və Yaxşı yaşlı qadın olduğundan o, ara-sıra Yaxşının evinə gedib köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, yaşadığı evdə olarkən qonşusu Yaxşının evinə polis əməkdaşlarının gəldiyini görmüşdür. Buna görə də o, küçəyə çıxdıqdan sonra qonşusu Yaxşının evindən 1700 manat pul oğurlanması barədə məlumatı olmuşdur. O, baş vermiş oğurluq hadisəsini görməsə də lakin sonradan ona məlum olmuşdur ki, digər qonşusu Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı evə daxil olaraq yataq otağında yerləşən sandığın içərisindən ümumilikdə 1700 manat pulu oğurlamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 15 iyun 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Zərərçəkmiş şəxs Bərdə rayonu, Xamtorpaq adlanan Təhlə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən sandığın içərisindən ümumilikdə 1700 (bir min yeddi yüz) manat pulun oğurlandığı yeri əli ilə göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixli «şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək 14 iyun 2023-cü il tarixdə, gecə saat 14:30 dəqiqədə Bərdə rayonu, Xamtorpaq adlanan Təhlə kəndində yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağından yerləşən sandıqdan ümumilikdə 1700 (bir min yeddi yüz) manat pulu oğurladığı yeri göstərmişdir. Onun ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, ifadəsi yerində yoxlanılarkən bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Təhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 13 noyabr 2023-cü il tarixli, 68 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Laçın rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu, Təhlə kəndində müvəqqəti qeydiyyatda olmaqla, arvadı xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü qızı X2 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X4 ilə birlikdə Bərdə rayonu, Təhlə kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bərdə rayon polis şöbəsinə və Bərdə rayon Məhkəməsinə vermiş olduğu ərizəsindən görünür ki, qonşusu Təqsirləndirilən şəxs onun yaşadığı evdən oğurladığı ümumilikdə 1700 (bir min yeddi yüz) manat pulu tam şəkildə ödədiyindən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş «Bərdə rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin daxil olmuş 06 noyabr 2023-cü il tarixli, nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 noyabr 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, ünvan 1ndə yaşayan Təqsirləndirilən şəxs cinayət hadisəsindən başqa rayon ərazisində və digər rayon ərazilərində hər hansı bir cinayət hadisəsinin törədilməsində iştirak etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini tək olaraq törətməsi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni görmüş şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Əlillik haqqında 142559 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarında olan AA5516302 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 – xx.xx.2011-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA5516329 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 – xx.xx.2008-ci ildə anadan olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz və gizli daxil olaraq, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişlər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаs yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onların təqsirləndirildiyi CM-in maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsi, himayəsində 2 uşağının olması, bundan başqa zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və onunla barışması, məcburi köçkün və 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş 1700 manat maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışığın olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş 1700 manat maddi ziyanın ödənilməsi və tərəflərin barışması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar