Məhkəmə qərarları › İş №1(021)-23/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-23/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-23/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Bərdə rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri Bahadur Hacıyev küçəsi Təzə Məhəllələr yaşayış massivində yaşamış, Bərdə rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 оğlunun, Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu Mor Mor kəndində qeyiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Neftçilər küçəsində yaşamış, Bərdə rayon Məhkəməsinin 20 avqust 2022ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 оğlunun, Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, Bərdə rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətiimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 оğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlakını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən vurub onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100-lük pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlaklarını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs2la birlikdə üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlaklarını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə qrupun digər üzvü Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs3lə birlikdə üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 оğlu ona Аzərbаycаn Rеspublikаsı CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus olan Vaz-2107 minik markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksilik edib ailəsini dolandırır. Əvvəllər tanıdığı makler Elməddinlə təxminən 6-7 ay bundan əvvəl çayçıda oturub söhbət edərkən Elməddin ona, Bərdə şəhəri Dəmir yol vağzalı tərəfdə yaşayan Tahirəgilə 500 manat pul almaq üçün getmələrini xahiş etmiş, o da Elməddinlə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən evə getmişdir. Çöldə gözləmiş, Elməddin Tahirəgildən 500 manat borc pul götürüb qayıtmışdır. Elməddin həmçinin ona Tahirənin qızının 30-40 minlik gözəllik salonu axtarmasını demiş, o Tahirənin harada işləməsini soruşarkən Elməddin ona Tahirənin sələmə pul verməsini bildirmişdir. Ondan sonra Elməddini görməmişdir. Sonra sinif yoldaşı Təqsirləndirilən şəxs2 Tahirənin evində pul olmasını, oğurlamaq lazım olduğunu deyib Şükürü aparıb Tahirənin evini göstərmiş, Şükürlə bərabər həmin evə girmələri barədə razılığa gəlmişlər. Bundan sonra o, bibisi oğlu Zaur Ağamirovun vasitəsilə tanıdığı Bakı şəhərində yaşayan Edik ləqəbli Təqsirləndirilən şəxs3 oğurluq barədə, Tahirənin evində pul olması barədə demiş, Emin də onun təklifinə razılaşıb demişdir ki, problem yoxdur. Emin 16 avqust 2022-ci il tarixinə keçən gecə saat 02 radələrində Yevlax şəhərinə gəlmiş, o, özünə məxsus avtomobil ilə gedib Emini orada qarşılayıb Bərdə şəhərinə gətirmiş, Şükürü də çağırmış, onlar Bərdə şəhərində Poliklinikanın yanındakı çayçıda oturub çay içmişlər, plan qurmuşlar ki, həmin gecə Tahirənin evinə getsinlər, pulu, yaxud da qızılı oğurlasınlar. Əgər evdə adam olsa, yapışqan lentlə ayağını, qolunu bağlasınlar. Onun avtomobilində əvvəlcədən fəhlə əlcəkləri və yapışqan lent olmuşdur. Şükürlə Emin demişlər ki, evə onlar girsinlər, o isə girməsin, maşında gözləsin. Şükürlə Emin özlərinin koftasından maska düzəltmiş, onun verdiyi fəhlə əlcəyini də geymişlər. O, 9 mərtəbə adlanan yerdə avtomobilində Şükürgili gözləmiş, X6 evinə oğurluğa getmişlər. Şükürgil gedəndən təxminən 2 saat sonra səhərə yaxın gəlib çıxmışlar, Şükürgilin əlində bir ədəd notbuk kompüter, dəmir kassa bankası və bir ədəd mobil telefon olmuşdur. Emin əsəbi halda ona demişdir ki, “evdə heç nə yox idi, məni nəyə gətirmisiniz?”. Sonra Bankada olan qəpikləri saymış, 260 manata yaxın pul olmuşdur. Onlar 9 mərtəbənin yanından bazara tərəf getmişlər, orada çayçıda çay içmişlər, sonra əlcəkləri və maskanı su olmayan iri kanala tullayıb Bakı şəhərinə Emini aparmışlar. Onlar üçü də Bakı şəhərinə gedib 20 Yanvar metrosu yaxınlığında avtomobilini saxlamış, 28 May metrosunun yanı tərəfə getmişlər. Orada telefonu göstərmişlər, mağazada telefonun xarab olduğunu bildirmişlər. Tahirənin evindən götürülmüş qəpik pulun da bir qisminə yolda benzin tökmüşlər, yemək yemişlər. Sonra Emin kompüteri də götürüb çıxıb getmişdir. O, Şükürlə birlikdə Bərdə rayonuna qayıtmış, yolda Şirvangöl adlanan ərazidə, dəqiq xatırlamadığı yerdə bankanı və mobil telefonu tullamışlar. Bərdə şəhərinə polislər onu saxlayıb Bərdə rayon Polis şöbəsinə aparmışlar. Şöbədə törətdiyi əməli etiraf etmişdir. Onlar əldə etdikləri qəpik pulu kağız pula çevirmiş, hərəsinə 40 manat pul düşmüşdür. Həmin 40 manat puluda avtomobilinin salonundan götürüb istintaqa təqdim etmişdir. Eminlə Şükür ona Zərərçəkmiş şəxs evindən 400 manat pul oğurlanması barədə heç bir söz deməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qəsdən vurmamışlar. Ona qəsdən xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs qışqırmasın deyə Şükürlə Emin onun ağız nahiyəsini əvvəlcədən aldıqları yapışqan lentlə bağlamışlar. Zərərçəkmiş şəxs öldürməklə hədələməyiblər, onların elə bir fikirləri olsaydı, Zərərçəkmiş şəxs öldürərdilər, sadəcə səs-küy salmasın deyə əlini-ayağını bağlamışlar. Eminin, Şükürün və onun əlində bıçaq və ya hər hansı kəsici-deşici alət olmamışdır. Onların fikirləri ilk əvvəl həmin evdən gizli olaraq oğurluq etmək olmuşdur. Razılaşmalarına əsasən evdə kimsə olduğu halda, həmin şəxsin qolunu, əlini bağlayıb oğurluq etməkdir. Bilməmişlər ki, evdə adam var. Düşünmüşlər ki, evdən gizli oğurluq etsinlər. Əgər kimsə də olsa, onda həmin şəxsin qolunu, əlini, ağzını bağlayıb oğurluq etmək fikrində olmuşlar. Hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Törətdiyi əməldən çox peşmandır, ailəsində yeganə qazanc gətirən və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasında 2014-cü ildə oğurluq etdiyinə görə tutulmuş, sonra cəzasını çəkib qurtardığı üçün azadlığa buraxılmışdır. Təxminən 8-9 ildir ki, Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşayır. Tikinti və söküntü işlərində fəhlə işləyir. Adı Emin olmasına baxmayaraq Rusiya Federasiyasında çox yaşadığı üçün çox adam, o cümlədən Asif də ona Edik deyə müraciət edirlər. Bərdə rayon sakinləri Elbəy və Zauru bir neçə ay əvvəl Bakı şəhərində tikinti işlərində işləyəndə tanımışdır. Onların vasitəsilə də Bərdə rayon sakini Asəfi tanımış, Asəflə telefonda danışmışdır. Asəflə telefonda danışan zaman Asəf ona Bərdə şəhərində Zərərçəkmiş şəxs 50-60 min manat pul olmasını, oraya girib oğurluq etmək lazım olduğunu demiş, o da Asəfin təklifi ilə razılaşmışdır. Asəfin təklifini o, nə Elbəyiyə, nə də ki Zaura bildirməmişdir. Asəflə danışıb 15 avqust 2022-ci il tarixdə axşam Bakı şəhərində yol maşını ilə çıxmış, Asəf onu Yevlax şəhərində özünün Vaz-2107 markalı avtomobili ilə qarşılayıb Bərdə şəhərinə gətirmiş, orada çayçıda Asəf onu əvvəl tanımadığı, sonradan adını Şükür kimi bildiyi şəxslə tanış etmiş, Asəf əvvəlcədən əlcək, yapışqan lent hazırlamış, onlar belə qərara gəlmişlər ki, o və Şükür evə girsin, Asəf də maşında gözləsin, demişlər ki, 3-cü şəxs artıqdır. Asəf də onların təklifləri ilə razılaşmış, Şükür koftasını başına keçirərək maska kimi istifadə etmiş, o da göy rəngli koftasını cırıb gözlüklər düzəltməklə maska kimi düzəltmişdir. Asəf verən əlcəkləri də əllərinə geyib yapışqan lenti də özləri ilə götürmüş, tanımadığı şəxsin evinə getmişlər. Onlar evə barıdan düşüb daxil olmuş, evin mətbəxinin pəncərəsi açıq olmuşdur, pəncərənin parça torluğunu çıxartmış, ayağlarının altına stol qoyub pəncərədən evə daxil olmuşlar. İlk olaraq evə o, daxil olmuş, Şükür də onun arxasınca daxil olmuşdur. Onlar evə daxil olanda görmüşlər ki, evdə bir yaşlı qadın zalda divanda uzanmışdır. Sonra evdə digər bir şəxsin olmadığını müəyyən etmişlər. Onlar həmin qadının qolunu, ayağını və ağzını yapışqan lentlə bağlamış, Şükür qadının qolunu tutmuş, o da qolunu, ağzını və ayaqlarını yapışqan lentlə bağlamış, Şükür də ona kömək etmişdir. Həmin vaxt qadın əlini atıb onlara müqavimət göstərmişdir. Onlar Zərərçəkmiş şəxs heç nə soruşmamış, heç nə tələb etməmiş, evi axtarmağa başlamışlar. O və Şükür otaqları axtarmış, onlar oradan dəmir kassada 50 qəpiklik pul tapmış, bir ədəd noutbuk kompüteri və bir ədəd mobil telefon tapmış, evi nə qədər axtarsalar da başqa bir pul və qiymətli əşya tapa bilməmişlər. Sonra onlar Zərərçəkmiş şəxs bağlı vəziyyətdə qoyaraq qapıdan çıxıb Asəfin yanına gəlmişlər. Asəfə oğurladıqları əşya və pul barədə bildirdikdən sonra Asəfin maşını ilə tanımadığı yerə gəlib əlcəkləri və maskanı kanalın kənarına tullamış və çayçıda çay içmişlər. Sonra birlikdə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində oğurladıqları mobil telefonu və kompüteri göstərmişlər, mobil telefonun və kompüterin işləmədiyi məlum olmuşdur. Kompüteri özü ilə götürüb orada tullamış, qəpik pulu da kağız pul etmişlər, hərəsinə 40-50 manat civarında pul düşmüşdür. Həmin pulla Bakıya gedərkən yolda benzin tökmüş və yemək yemişlər. Payına düşən pulun hamısını xərcləmişdir. X12 birlikdə Bərdə rayonuna qayıtmışdır. O isə Bakı şəhərində kirayədə qaldığı evə qayıtmış, sonra polislər onu tutub Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Şöbədə etdiyi cinayət əməlini tam olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs evindən 400 manat pul götürməmiş və oğurlamamışlar. İstifadəsində ***-***-**-** mobil nömrəsi vardır. Hadisə törətməmişdən əvvəl həmin mobil nömrəsinə Bakı şəhərindən 3 manatlıq kontur vurmuş, qəbzi cibinə qoymuş, qəbz Tahirənin evində cibindən düşmüşdür. Onlar evə girməmişdən əvvəl evdə adam olmasını bilməmişlər. Belə qərara gəlmişlər ki, əgər evdə adam olsa, əlini-qolunu bağlayıb oğurluq etsinlər. Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs evinə girəndə Zərərçəkmiş şəxs qəsdən vurmamış və qəsdən xəsarət yetirməmişlər. Onlar həmin vaxt Zərərçəkmiş şəxs qışqırmasın deyə onun ağzını əvvəlcədən aldıqları yapışqan lentlə bağlamışlar. Zərərçəkmiş şəxs öldürməklə hədələməmiş və üstünə ədyal atmamışlar. Elə bir fikirləri olsaydı, Zərərçəkmiş şəxs öldürərdilər. Sadəcə Tahirə xanım səs-küy salmasın deyə əliniayağını bağlamış, ayrı heç bir zərər vurmamışlar. Onların əlində bıçaq və ya kəsici-deşici alət olmamışdır. Onların fikirləri ilk əvvəl həmin evdən gizlin şəkildə oğurluq etmək olmuş, razılaşmalarına əsasən əgər evdə kimsə də olsa, evdə olan şəxsin qolunu, əlini bağlayıb oğurluq etmək olmuşdur. Üzlərinə maskanı ona görə taxmışlar ki, onları tanımasınlar və sifətləri yadlarında qalmasın. Həmin qaydada oğurluq etmişlər. Onlar Zərərçəkmiş şəxs heç bir pul, qiymətli əşya tələb etməmişlər. Zərərçəkmiş şəxs evindən oğurluq etməklərinə başqa şəxslər köməklik etməmişdir, heç kəsin də bundan məlumatı olmamışdır. Törətdiyi əməldən çox peşman olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 uşaqlıq dövründən tanıyır. Edik ləqəbli Təqsirləndirilən şəxs3 Asəfin vasitəsilə tanımışdır. Tutulmamışdan 15 gün əvvəl Asəflə Bərdə şəhərində çayçıda oturub söhbət edərkən Asəf ona, Bərdə şəhəri, Dəmir yolu vağzalı tərəfdə bir qadının yaşamasını, evində yaxşı pul olmasını demiş, həmin evdən oğurluq etmək lazım olduğunu ona bildirmişdir. O, da Asəfin təklifi ilə razılaşmış, Emini də Asəf onunla tanış edərək Eminin oğurluq işləri bacardığını ona bildirmişdir. Asəfdən Zərərçəkmiş şəxs evində pul olması barədə məlumatı haradan əldə etməsini soruşmamışdır. 16 avqust 2022-ci il tarixdə gecə saat 03 radələrində o, Asəf və Emin Bərdə şəhəri Poliklinikanın yanında çayçıda görüşüb söhbət etmişlər. Razılaşmaları belə olmuşdur ki, o və Emin evə girsinlər, Asəf də maşında onları gözləsin. Koftasını cırıb üzünə keçirərək maska kimi istifadə etmiş, Emin də elə etmiş, Asəf onlara əlcək və yapışqan lent vermişdir. Eminlə bilrikdə Tahirənin evinə gedib barıdan həyətə düşərək mətbəx tərəfdə pəncərənin açıq olmasını görüb pəncərənin torluğunu çıxararaq oradan evə daxil olmuşlar. Onlar evə girəndə evin zalında divanın üstündə yaşlı bir qadın uzandığını görmüşlər. Onlar Zərərçəkmiş şəxs əlini-ayağını və ağızını yapışqan lentlə bağlayıb evdə axtarış etmişlər. Evdən dəmir kassada qəpik pulu, bir ədəd noutbouk kompüterini və bir ədəd Samsung mobil telefonu tapıb qadını da əli-qolu bağlı evdə qoyub Asəfin yanına gəlmişlər. Onlar kanalın yanına gəlib əlcəkləri, maskanı və yapışqan lenti kanalın kənarına tullamışlar. X15-2107 markalı avtomobili ilə Emini Bakı şəhərinə aparmışlar. Bakı şəhərində oğurladıqları mobil telefonu telefon satılan yerdə göstərib satmaq istəmişlər, lakin telefon xarab olduğu üçün sata bilməmişlər. Oğurladıqları qəpik pulu bölüşdürmüşlər, payına 40 manat pul düşmüşdür. Yolda maşına benzin tökmüş və yemək yemişlər. Sonra Emin Bakı şəhərində qalmış, o isə Asəflə birlikdə Bərdə rayonuna qayıtmışdır. Yolda gələrkən işləməyən mobil telefonu və boş dəmir kassanı atmışlar. Bərdə şəhərinə gəldikdən sonra onları polislər saxlamış, onun cibində qalmış 20 manat pulu istintaqa təqdim etmişdir. Kompüteri Emin özü ilə aparmışdır. Zərərçəkmiş şəxs evinə girəndə onu qəsdən vurmamış və ona qəsdən xəsarət yetirməmişdir. Törətdiyi əməldən çox peşmandır, ailəsində yeganə qazanc gətirən şəxsdir və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifаdəsində göstərdi ki, həyat yoldaşı X4 2002-ci ildə vəfat etmişdir. 2 qız övladı var, onlar ailə qurub ayrılmışlar. O, Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən evdə tək yaşayır. Həmin ev ona məxsusdur. Ona övladları, bacıları, yaxınları baxır və ona köməklik edirlər. Təqaüdündən bir az özünə pul yığıb, yaşadığı evdə yataq otağında büstqalterin içərisində saxlayır. Həmin pullar 4 ədəd 100 manatlıq olmaqla 400 manat pul olmuşdur. Bundan əlavə dəmir bankada ancaq 50 qəpiklik pul qəpikləri yığmışdır. 16 avqust 2022-ci il tarixdə saat 05 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi müraciəti ilə bağlı bildirmişdir ki, ağır şəkər xəstəsidir, şəkəri ilə əlaqədar olaraq 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində özünü pis hiss etdiyi üçün yatdığı otaqdan durub qonaq otağına keçmişdir. Qonaq otağında olan yemək masasının üzərinə qoyduğu şəkər dərmanından istifadə edib gedib həmin otaqda olan divana əyləşmişdir. Otağın işığı sönülü olmuşdur. Təzəcə özünə gəlmişdir ki, 2 nəfər naməlum şəxs qəfildən otağa daxil olaraq onun əlqolunu tutmuşlar. Həmin şəxslərin üzlərində maska olmuşdur. Həmin şəxslər otağa daxil olan kimi üzərinə hücum çəkib sifətinə yumruqla vurmuş, onu yerə yıxaraq qızılının yerini soruşmuşlar. And-aman etmişdir ki, pulu və qızılı yoxdur. Sonra həmin şəxslər özləri ilə gətirdikləri yapışqan lentlə onun əl qolunu, ayaqlarını və ağzını bağlamışlar. Çabalayaraq həmin şəxslərə mane olmağa çalışmış, buna görə Şükür və Emin yumruqla onun burun və qol nahiyələrinə vurmuşlar. Əl-qolunu bağlayan şəxslərdən birinin beli açıq olduğuna görə əl atıb onun çiyinini cırmış, yalvarıb əl-qolunu açmaları üçün onlardan aman diləmiş, onu bağladıqdan sonra həmin şəxslər yenidən ondan pul və qızıl-zinət əşyalarının yerini soruşmuşlar. O “yoxdu vallah axtar tap götür”-demişdir. Həmin şəxslər ilk olaraq onun yatdığı yataq otağında əynindən çıxartdığı büstqalterinə tikdiyi kiçik xurcunun içərisində olan 400 manat pulu tapıb götürmüşlər. Onu yenidən döyüb ona demişlər ki, “bəs deyirdin pulun yoxdur”, yenidən evin hər tərəfini axtarmağa başlamışlar. O da ağızında yapışqan lent olduğu üçün tam danışa bilmirmiş, az qalmışdır ki nəfəsi kəsilsin. Təxminən 1 saat həmin şəxslər onu yumruqla döyərək əlavə pul və qızıl zinət əşyalarının yerini soruşmuşlar. O, həmin qara rəngli maskalı şəxslərə yalvarmışdır ki, vurmasınlar. Lakin Şükür və Emin yumruqları ilə ağız, üz, göz altı və qol nahiyələrinə vururmuşlar. Həmin şəxslər divanın üstünə sərdiyi ədyalı onun baş nahiyəsinə atmışlar. Havası çatmadığı üçün onlardan ədyalı çəkmələrini xahiş etmişdir. Hava işıqlanan kimi Şükür və Emin evin giriş qapısından çıxıb getmişlər. O, əlləri və qollarındakı yapışqan lenti aşağı çəkərək, güzgülü şkaf tərəfə doğru getmiş, şkafın üzərində olan qayçını götürüb qollarında və ayaqlarında olan yapışqan lenti kəsmişdir. Daha sonra yataq otağına keçib, mobil telefonu ilə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadığı ünvana gələrək baxış keçirmiş, o, hadisə barədə polislərə məlumat, ərizə və izahat vermişdir. Hadisədən sonra o, evi axtarandan sonra müəyyən etmişdir ki, yataq otağından içərisində dəqiq məbləğini bilmədiyi 50 qəpiklik dəmir pul əskinası olan dəmir kassanı və qonaq otağında şüşəli şkafın arxasına qoyduğu 600 manat dəyərində “Grundik” markalı noutbuk kompüteri, köhnə Samsung S 3 markalı dəyəri 800 manat olan mobil telefonu da oğurlanmışdır. Həmin telefonu 4-5 il bundan əvvəl almış, həmin telefonun üstündə mobil nömrə olmamış və telefon işlək vəziyyətdə olmamışdır. Həmin şəxslər, yəni Şükür və Emin mətbəxin pəncərəsindən evə daxil olmuşlar. Elməddini bir neçə ildirki tanıyır. Elməddin onlara gəlib-gedən adamdır. Qızı Şahid3 da həqiqətən almaq üçün 20-25 min manatlıq gözəllik salonu axtarmış, bu barədə Elməddinə demişdir. Elməddinin onlara gəlib qızı Leyladan 500 manat pul almış, onun da bir qismini qaytarmışdır. Bundan başqa zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, cinayəti 3 nəfər deyil, 6 nəfər törətmiş, lakin aşkar edilən şəxslər hazırda həbsdədir, digər şəxslərin də tapılaraq cəzalandırılmasını xahiş edir. Hazırda ona dəymiş ziyanın tam olaraq ödənilməsinə baxmayaraq təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edir. Bundan başqa zərərçəkmiş şəxs məhkəmə istintaqının sonunda keçirilən sonuncu məhkəmə baxış iclasında iştirak etməmiş, lakin işə sədrlik edən hakimə yazılı etiraz göndərərək etirazında işə sədrlik edən hakimin və dövlət ittihamçısının işin nəticəsində maraqlı olmalarını və zərərçəkmiş şəxsi ittiham etmələrini, təqsirləndirilən şəxsin qohumlarının dövlət ittihamçısı ilə çox mehriban danışmalarını, hakimin bu məsələləri diqqətdən kənarda saxlamalarını və işin nəticəsinin proses iştirakçılarına əvvəlcədən bəlli olmasını nəzərə alaraq işə sədrlik edən hakimə və Bərdə rayon məhkəməsinin bütün tərkibinə etiraz edərək etiraz ərizəsinin təmin edilməsi və buna görə də hazırki cinayət işinin baxılması məqsədilə başqa rayona verilməsi üçün cinayət işinin materiallarının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək müşavirə otağında müşavirə edərək etiraz ərizəsini prosessual əsasların olmaması səbəbindən baxılmamış saxlamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ildən DİO-da, 2017-ci ildən isə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 avqust 2022-ci il tarixdə saat 05 radələrində evdə olarkən ona Bərdə rayon PŞ-nin Növbətçi hissəsindən zəng edilərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində köhnə Çörək zavodunun arxasında bir nəfər qadına qarşı soyğunçuluq hadisəsi törədildiyi barədə məlumat verilmişdir. Həmin qadının nömrəsi məsul növbətçi tərəfindən ona verilmiş, o da tez digər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Bakir oğlu ilə birlikdə qeyd edilən ünvana Zərərçəkmiş şəxs evinə getmişlər. Onlar Zərərçəkmiş şəxs evinə gedəndə çöl qapısı açıq olduğu üçün həyətə girmiş, sonra evin qapısı da açıq olduğu üçün evə girəndə görmüşlər ki, Zərərçəkmiş şəxs qolunda, ayağında yapışqan lentlər vardır. Kömək edib həmin yapışqan lentləri çıxartmışlar. Evə baxanda görmüşlər ki, ev tamamilə axtarılmış, evin səliqə-səhmanı pozulmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, gecə saat 03 radələrində yuxudan durub mətbəxə keçərək mətbəxdən dərman götürüb içmiş, evin zal hissəsinə qayıdıb yenicə divanın üzərinə uzanan zaman iki nəfər üzü maskalı şəxslər evinə girmiş, əlini-qolunu, ağzını yapışqan lentlə bağlayıb, əlləri ilə onu vurmuşlar. Zərərçəkmiş şəxs bədəni üzərində elə bir ciddi xəsarəti olmasa da əl-qolunda, üzündə müəyyən yüngülvarı xəsarətləri olmuşdur. Zərərçəkmiş şəxs həmin şəxslərin onu elə də möhkəm döymədiklərini, öldürmədiklərini, evin hər yerini axtardıqlarını, evdən müəyyən əşyaların, 400 manat nağd pulunun, bir qutu 50 qəpiklik 300 manata yaxın pulunun, 800 manat dəyərində bir ədəd Samsung markalı mobil telefonunun, 600 manat dəyərində bir ədəd notebook markalı kompüterinin aparılmasını, başqa bir əşyasının aparılmadığını bildirmişdir. Onlar tez əməliyat qrupunu çağırmış, müstəntiq hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmiş, baxış zamanı evin həyətində mətbəxin çöl tərəf pəncərəsinin alt hissəsində stulun altında bir ədəd nar nömrəyə yüklənmiş pul qəbzinin olmasını müəyyən etmişlər. Evə daxil olan şəxslərin də mətbəxin pəncərəsinin torluğunu çıxarıb oradan daxil olmalarını müəyyən etmiş, hadisə yerinə baxış keçirmə zamanı hər hansı bir əl-barmaq izləri müəyyən edilməmiş, Zərərçəkmiş şəxs da həmin şəxslərin əlində əlcək olmalarını bildirmişdir. Sonradan tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərin Bərdə şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 olması məlum olmuşdur. İlk olaraq Təqsirləndirilən şəxs1 tərəflərindən müəyyən edilərək götürülmüş və istintaqa təqdim edilmiş, həmin günü Təqsirləndirilən şəxs2 müəyyən edilərək istintaqa təqdim edilmiş, sonra isə Bakı şəhərindən Təqsirləndirilən şəxs3 müəyyən edilərək istintaqa təqdim edilmiş, ifadələri yerində yoxlanılan zaman hadisə zamanı istifadə etdikləri yapışqan lentlər, sintetik bağlayıcılar, iki ədəd qara koftadan hazırladıqları maskalar müəyyən edilib götürülmüşdür. Həmçinin tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin bu cinayətdən başqa ayrı bir cinayət törətmələrini müəyyən etməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində ifadə vermiş Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Bakir oğlu, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı şahid qismində dindirilməsinə baxmayaraq onun iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qızı olmasını və cinayətin birbaşa şahidi olmaması səbəbindən iş üzrə əhəmiyyətli halları görmədiyini nəzərə alaraq tərəflərin fikirlərini dinlədikdən sonra onun məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsini və ya onun ibtidai istintaq zamanı verdiyi şahid ifadəsini tədqiq etməyi məqbul hesab etmədi və lazım bilmədi. İş materiallarına əlavə edilmiş 16 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, hadisə yerinə baxış Bərdə şəhəri, Səməd Vurğun küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə keçirilmişdir. Baxış zamanı məlum olmuş ki, ev küçənin sağ tərəfindən yerləşməklə evə dəmir darvazadan daxil olduqda, sol tərəfdə toyuq hini, sağ tərəfdə isə kürsülü birmərtəbəli yaşayış evi vardır. Baxış zamanı Zərərçəkmiş şəxs evin mətbəx hissəsinin pəncərəsini göstərib evə həmin yerdən daxil olunmasını bildirmiş, dəmir darvazanın açar mexanizmi ilə işləmədiyini, bu səbəbdən arxasına daş parçası qoyduğunu bildirmişdir. Mənzilə daxil olduqda, sağ tərəfdə eni 5 metr, uzunluğu 7 metr ölçüdə yataq otağı vardır, otaq dağınıq vəziyyətdədir, otağın əşyalarının səliqə-səhmanı pozulmuşdur, otağa baxış keçirmə zamanı maddi sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Sonra düzünə getdikdə mənzilin zal hissəsinin olması, zalda divan və digər əşyaların olması məlum olur. Zərərçəkmiş şəxs həmin divanın üzərində uzanarkən iki nəfər maskalı şəxslərin evə daxil olub onun əlini-ayağını, ağzını yapışqan lentlə bağladıqlarını, onu yumruqla vurub xəsarət yetirdiklərini bildirmişdir. Bundan sonra digər otağa daxil olduqda, orada da bütün əşyaların səliqə-səhmanının pozulması müəyyən edilmiş, otaqlara baxış keçirmə zamanı sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Mənzilin mətbəxinə daxil olduqda, pəncərəyə keçirilmiş parça torluğun çıxarılması, pəncərənin açıq olması, evə həmin hissədən daxil olunmaları müəyyən edilmişdir. Mənzilə baxış keçirmə zamanı inspektor-kriminalist tərəfindən hər hansı bir əl-barmaq izləri müəyyən edilməmiş, Zərərçəkmiş şəxs evə daxil olan şəxslərin əllərində əlcək olmalarını bildirmiş, evin həyətində mətbəxin pəncərə tərəf hissəsində bir stul qoyulması, stulun alt tərəfindən eManat terminalı vasitəsilə ***-***-**-** mobil nömrəsinə Bakı şəhərindən 3 manat pulun vurulması qəbzinin olması məlum olmuşdur, Zərərçəkmiş şəxs həmin qəbzin onlara aid olmadığını bildiyi üçün həmin qəbz iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün götürülərək protokola əlavə edilmişdir. Hadisə yerinin «xiaomi» markalı mobil telefonla bir neçə görünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, hadisə yerindən başqa bir əşya götürülməmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə 16 avqust 2022-ci il tarixdə digər bir nəfər şəxslə üzlərində maska onun evinə daxil olub onu vurmalarını, onu hədələmələrini, ona xəsarət yetirmələrini, əl-ayağını, ağzını yapışqan lentlə bağlayıb ondan pul tələb etmələrini, ədyalı başına çəkmələrini bildirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üzünə onun əlini, ayağını, ağız nahiyəsini yapışqan lentlə bağlasalar da Zərərçəkmiş şəxs vurmadıqlarını, ona hər hansı bir xəsarət yetirmədiklərini, öldürməklə hədələmədiklərini, ədyalı başına çəkmədiklərini və ondan heç bir pul və qiymətli əşya tələb etmədiklərini bildirmişdir. Üzləşdirmə istintaq hərəkəti video lentə alınmaqla DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli avtomobilə və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünürü ki, Təqsirləndirilən şəxs1 özünün razılığı ilə ona məxsus olan Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və təqdim etdiyi pul əskinaslarına baxış keçirilmişdir. Baxış keçirilən yer Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasının həyətidir. Baxış keçirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim edəcəyi pulu təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs1 özünə məxsus olan avtomobilin salonunda yerləşən kül qabını çıxarıb kül qabının sol tərəfindən 2 ədəd 20 manatlıq pul əskinaslarını təqdim edib həmin pulun Zərərçəkmiş şəxs evindən oğurladıqları qəpik pulu kağız pula çevirib payına düşən 40 manat pul olmasını bildirmişdir. Baxış keçirmə zamanı kül qabının içərisində iki ədəd konfetin, bir neçə qəpik pulun olması, onların içərisindən bir ədəd 50 qəpiklik pulun olması da məlum olmuş, Təqsirləndirilən şəxs1 həmin qəpik pulların özünə məxsus olduğunu, cinayət nəticəsində əldə olunan pullardan olmadığını bildirmişdir. Təqdim edilən 2 ədəd 20 manatlıq pul əskinasına baxış keçirilərkən pul əskinaslarının həqiqi pul əskinası olması, saxta pul əskinasına bənzəmədiyi, üzərlərində B 25841020 və B31624181 seriyalı nömrəli olması məlum olmuş, bundan sonra avtomobilin salon hissəsinə baxış keçirilmiş, sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 avtomobilində başqa bir pul, qiymətli əşyanın olmadığını bildirmişdir. Aşkar edilmiş pulun Zərərçəkmiş şəxs evindən ələ keçirdikləri əmlakdan payına düşən qazancdan qalan pul olduğunu bildirdiyi üçün gələcəkdə maddi ziyanın ödətdirilməsi məqsədilə iki ədəd həmin 20 manatlıq pul əskinasları müstəntiq tərəfindən zərfə qoyulub qablaşdırılmış, iştirakçılar zərf üzərində imza etmişlər, zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış keçirmə və götürmə zamanı iştirakçılar tərəfəindən hər hansı bir təklif, vəsatət, şikayət daxil olmamış, baxış keçirmə video lentə alınmaqla DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 17 avqust 2022-ci ildə tərəflərin iştirakı ilə hadisənin baş verdiyi X1 evinə gedilərək orada baş vermiş soyğunçuluq cinayəti üzrə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, bu istintaq hərəkəti inspektor kriminalist X7 tərəfindən “SONY” markalı video aparatla video lentə alınaraq DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi pula baxış keçirilmiş, baxış keçirilən yer Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasında yerləşən 40 nömrəli xidməti otaqdır. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs2 təqdim edəcəyi pulu təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd 20 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoyaraq həmin pulun Zərərçəkmiş şəxs evindən oğurladıqları qəpik pulu kağız pula çevirib payına düşən 40 manat pulun 20 manatını xərclədiyini, həmin puldan 20 manat qalmasını bildirmişdir. Tərəflərindən həmin pul əskinasına baxış keçirilərkən pul əskinasının həqiqi pul əskinası olması, saxta pul əskinasına bənzəmədiyi, üzərində B41423981 seriyalı nömrəli olması məlum olmuş, Təqsirləndirilən şəxs2, həmin pulun Zərərçəkmiş şəxs evindən ələ keçirdikləri əmlakdan payına düşən qazancdan qalan pul olduğunu bildirdiyi üçün gələcəkdə maddi ziyanın ödətdirilməsi məqsədilə bir ədəd həmin 20 manatlıq pul əskinası müstəntiq tərəfindən zərfə qoyulub qablaşdırılmış, iştirakçılar zərf üzərində imza etmiş, zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Baxış keçirmə və götürmə zamanı iştirakçılar tərəfindən hər hansı bir təklif, vəsatət, şikayət daxil olmamış, baxış keçirmə video lentə alınmaqla DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 17 avqust 2022-ci ildə tərəflərin iştirakı ilə Zərərçəkmiş şəxs yaşadığı evə və bazar yaxınlığındakı su kanalına gedilərək törədilmiş cinayət hadisəsi üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və bu istintaq hərəkəti inspektor kriminalist X7 tərəfindən “SONY” markalı video aparatla video lentə alınaraq DVD diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 19 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 üzünə 16 avqust 2022-ci il tarixdə digər bir nəfər şəxslə üzlərində maska onun evinə daxil olub onu vurmalarını, onu hədələmələrini, ona xəsarət yetirmələrini, əl-ayağını, ağzını yapışqan lentlə bağlayıb ondan pul tələb etmələrini, ədyalı başına çəkmələrini bildirmiş, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs üzünə onun əlini, ayağını, ağız nahiyəsini yapışqan lentlə bağlasalar da Zərərçəkmiş şəxs vurmadıqlarını, ona hər hansı bir xəsarət yetirmədiklərini, öldürməklə hədələmədiklərini, ədyalı başına çəkmədiklərini və ondan heç bir pul, qiymətli əşya tələb etmədiklərini bildirmişdir. Üzləşdirmə istintaq hərəkəti video lentə alınmaqla DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 20 avqust 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus Samsung A12 markalı mobil telefona baxış keçirilmişdir. Baxış keçirmə zamanı telefonun ekranında olan qovluqlardan "xxxx" qovluğuna daxil olduqda, Azercell MMC-dən bildiriş məktublarının gəlməsi, başqa bir şəxslə yazışmanın olmadığı məlum oldu. Telefonun «Kontakt» bölməsində 112 nəfər şəxsin olması, həmin kontaktda bir çox şəxslərin adlarının olması, digər Təqsirləndirilən şəxs2 da ***-***-**-** mobil nömrəsinin yaddaşda olması, digər Təqsirləndirilən şəxs3 ***-***-**-** mobil nömrəsinin yaddaşda olması, Elməddin Ocaqovun ***-***-**-** mobil nömrəsinin, Zaur Ağamirovun ***-***-**-** mobil nömrəsinin yaddaşda olması, Elbəyi Bayramovun ***-***-**-** mobil nömrəsinin yaddaşda olması məlum oldu. Telefonda olan «Telefon zəngləri» qovluğuna baxdıqda həmin qovluqda 15 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 bir neçə dəfə Təqsirləndirilən şəxs3 ***-***-**-** molbil nömrəsinə zəng vurması, 16 avqust 2022-ci il tarixə keçən gecə saat 02 radələrinə kimi onunla mütəmadi danışması, həmçinin Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsinə zəng vurması, xx.xx.2022-ci il tarixə keçən gecə saat 02:15 dəqiqəyədək həmin mobil nömrə ilə danışması, 15 avqust 2022-ci il tarixdə və ondan sonra Təqsirləndirilən şəxs1 Zaur Ağamirovla, Elbəyi Bayramovla və Elməddin Ocaqovla telefon əlaqələrinin, danışıqlarının olmadığı məlum olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 o şəxslərlə danışmadığını, ilkin ifadələrində o şəxslərə hadisə barədə məlumat verməsini düzgün göstərmədiyini bildirmişdir. Telefonun «Qalareya» bölməsinə baxış keçirilən zaman həmin bölmədə bir neçə toy videolarının olması, çoxsaylı musiqilərin, kliplərin olması məlum olmuşdur. Mobil telefonun «WhatsApp» bölməsinə baxış keçirən zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və ondan sonra hər hansı bir şəxslə yazışmadığı, zəng vurmadığı, o cümlədən Elməddin Ocaqovla, Zaur Ağamirovla və Elbəyi Bayramovla hər hansı bir yazışmasının, zənglərinin olmadığı məlum olmuş, bundan sonra telefonda «Saat» Kamera», «Ayarlar», «İnstagram» və digər sosial şəbəkələ saytlarının olması məlum olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və X14 Hüquqi şəxsin Bərdə rayon şöbəsinin Zərərçəkmiş şəxs barəsində verdiyi xx.xx.2022-ci il tarixli, 622 nömrəli ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının sırğalarının, qulaqönü nahiyənin, üst dodağının sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyələrin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sal əl pəncəsinin İ daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin lokalizasiyasına və digər xarakterik xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliiynin MTE və X14 Hüquqi şəxsin Bərdə rayon şöbəsinin Təqsirləndirilən şəxs2 barəsində verdiyi xx.xx.2022-ci il tarixli, 648 nömrəli ekspertiza rəyinin nəticə hissəsində göstərilmişdir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol bazunun yuxarı üçdə birinin ön-bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olması barədə DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında hər hansı bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olması barədə DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında hər hansı bir məlumat yoxdur, əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3, xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhər Zelenoqrad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə RF CM-nin 161.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası ərazisində hər hansı bir məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 barəsində verilmiş Bərdə rayon X2 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1016 və 1120 saylı arayışlarından görünür ki, onun xəstəxananın psixonevroloji və narkoloji kabinetlərində ruhi-əsəb xəstəsi və narkoman kimi qeydiyyatı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 barəsində verilmiş Bərdə rayon X2 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1108 və xx.xx.2022-ci il tarixli 1021 saylı arayışlarından görünür ki, onun xəstəxananın psixonevroloji və narkoloji kabinetlərində ruhi-əsəb xəstəsi və narkoman kimi qeydiyyatı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs barəsində verilmiş Bərdə rayon X2 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1109 və xx.xx.2022-ci il tarixli 1022 saylı arayışlarından görünür ki, onun xəstəxananın psixonevroloji və narkoloji kabinetlərində ruhi-əsəb xəstəsi və narkoman kimi qeydiyyatı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə şəhər İcra Nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, o, xx xxxxxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, 1 azyaşlı övladı vardır, orta təhsillidir, fərdi əməklə məşğul olmuşdur, məhkumluğu yoxdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi Təzə Məhəllələr yaşayış massivində yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 barəsində verilmiş xasiyyətnamədən görünür ki, o, xx xxxxxx 1990-cı ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, fərdi əməklə məşğul olmuşdur, məhkumluğu yoxdur, Gədəbəy rayonu Mor Mor kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Neftçilər küçəsində ünvansız evdə yaşamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mənzil Təmir İstismar Sahəsinin rəisi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilmiş xx.xx.2022-ci il tarixli, 17 saylı xasiyyətnamədən görünür ki, o, xx xxxxxx 1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, işləmir, orta təhsillidir, məhkumluğu yoxdur, ünvan 10 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs 11 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənmişdir, heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəl 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 20 avqust 2022-ci il tarixlli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixlli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Qərarda qeyd edilmişdir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Qərarın 22-ci bəndinə əsasən şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Qərarın 23-cü bəndinə göstərilir ki, həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlakını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100-lük pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlaklarını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs2la birlikdə üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub həmin evdə insanların olduğu halda insanların əl-qolunu, ağız nahiyələrini yapışqan lent və sintetik bağlayıcı ilə bağlayıb insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edəcəkləri və əmlaklarını açıq yolla ələ keçirəcəkləri barədə qrupun üzvləri ilə əvvəlcədən razılığa gəlmiş, 16 avqust 2022-ci il tarixdə saat 03 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs1 özünə məxsus Vaz-2107 markalı, ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlib orada gözləmiş, o isə qrupun digər üzvü Təqsirləndirilən şəxs3lə birlikdə özləri ilə götürdükləri və hazırladıqları maska, yapışqan lent, sintetik bağlayıcı və əlcəkləri götürməklə Zərərçəkmiş şəxs yaşadığı Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən nömrəsiz evin hasarından evin həyətinə, oradan isə evin mətbəx hissəsinin pəncərəsinə qoyulmuş parça torluğu çıxarıb evin pəncərəsindən qanunsuz olaraq evə girməklə evdə Zərərçəkmiş şəxs olmasını görüb Təqsirləndirilən şəxs3lə birlikdə üzlərində maska, əllərində əlcəklə evin zal hissəsinə keçərək həmin otaqda divanın üzərində uzanmış vəziyyətdə ayıq olan Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağız nahiyəsini özləri ilə gətirdikləri yapışqan lentlə və sintetik bağlayıcı ilə bağlayıb əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sol gözaltı-almacıq, sol xarici qulaq seyvanının, qulaq önü nahiyənin, üst dodağın sol yarısının, burun üzərinin, sağ gözaltı nahiyənin sıyrıqları, alt dodağın sağ yarısında dodaq haşiyəsi və selikli qişasının qançırı və səthi əzilmiş yarası, üst dodağın sağ yarısının selikli qişasının, sağ əl pəncəsinin İ əl daraq səviyyəsinin, sağ və sol bazunun orta üçdə birinin ön səthlərinin, sol saidin orta və aşağı üçdə birinin ön səthlərinin, sol əlin İ,İİ əl daraq səviyyəsinin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə evdə axtarış aparıb Zərərçəkmiş şəxs 4 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 400 manat nağd pulunu, hər biri 50 qəpiklik nominallar olmaqla dəmir kassadakı 300 manat nağd pulunu, bir ədəd 800 manat dəyərində Samsung S3 markalı mobil telefonunu, bir ədəd 600 manat dəyərində “Grundik” markalı notebook kompüteri olmaqla ümumilikdə 2100 (iki min yüz) manat məbləğində əmlakını açıq yolla talayıb soyğunçuluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnlar tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının CM-in 180.2.1.-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 180.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə; 180.2.4-cü maddəsinə əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Eyni zаmаndа məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilmələri üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinin təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs3 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinin təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 оğlunun cəzasını yüngülləşdirən hallara onun əməlindən səmimi peşman olması, məhkumluğunun olmaması, himayəsində azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması daxildir. Həmçinin CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 оğlunun cəzasını yüngülləşdirən hallara onun əməlindən səmimi peşman olması, məhkumluğunun olmaması və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi daxildir. Həmçinin CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 оğlunun cəzasını yüngülləşdirən hallara onun əməlindən səmimi peşman olması, atasının əlil olmasını, məhkumluğunun olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması daxildir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan onun 16 avqust 2022-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu andan yəni, 16 avqust 2022-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan onun 16 avqust 2022-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 оğlunun şübhəli şəxs qismində tutulduğu andan yəni, 16 avqust 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxs qismində tutma haqqında 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan onun 19 avqust 2022-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 оğlunun şübhəli şəxs qismində tutulduğu andan yəni, 19 avqust 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və cinayət hadisəsi zamanı istifadə edilmiş 02 ədəd maska, 03 ədəd yapışqan lent, 02 ədəd sintetik bağlayıcı və bir cüt əlcək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan istintaq hərəkətlərini əks etdirən 13 ədəd DVD disk və hadisə yerindən götürülmüş 1 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə vurulmuş 2100 manat maddi ziyanın Zərərçəkmiş şəxs tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 19 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 16 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və cinayət hadisəsi zamanı istifadə edilmiş 02 ədəd maska, 03 ədəd yapışqan lent, 02 ədəd sintetik bağlayıcı və bir cüt əlcək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan istintaq hərəkətlərini əks etdirən 13 ədəd DVD disk və hadisə yerindən götürülmüş 1 ədəd qəbz cinayət işində saxlanılsın. Cinayət işi üzrə vurulmuş 2100 manat maddi ziyanın Zərərçəkmiş şəxs tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar