Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-23/2025 11.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Bərdə rayonu Əliyanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əliyanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı - Bərdə rayonu Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs ilə 2022-ci ilin yay aylarında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evində görüşüb danışaraq, Bakı şəhəri ərazisində müxtəlif köhnə tipli tikililərdə söküntü işlərinin aparılmasının ona həvalə edilməsi, həmin işə etibarlı şərik axtarması və söküntü materiallarının satılmasından böyük məbləğdə gəlir əldə edəcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, danışıqlarından təxminən 1(bir) həftə sonra, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, yenidən Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinə gəlib Zərərçəkmiş şəxs 16000 (on altı min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 16000 (on altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən bir il əvvəl onu Bərdə Rayon Prokurorluğuna dəvət edib ona bildirmişlər ki, guya Zərərçəkmiş şəxsTelman oğlundan 16000 manat pul almışdır. Bütün olanlarla bağlı izahat vermiş və Zərərçəkmiş şəxs Bakı şəhərində 16000 manat deyil, 7000 manat pul aldığını bildirmişdir. Pulu alarkən onların yanında heç kim olmamışdır. Bununla bağlı Bakı Şəhəri Xətai RPŞ-də iki dəfə və Bakı Şəhər Baş Pois İdarəsində yeddi dəfə araşdırma aparılmışdır. Zərərçəkmiş şəxs 2021-ci ildə sələmə 7000 manat pul almış, 2022-ci ilədək, yəni bir il ərzində sələm aldığı 7000 manat pulun hər ay 500 manat faizini ödəmişdir. Lakin 2022-ci ildə Zərərçəkmiş şəxs gələrək anasının ona pul verdiyindən xəbəri olduğunu və 7000 manat pulu ondan tam ödəməyi tələb etmişdir. Zərərçəkmiş şəxs onlara yuk maşını ilə gəlmişdir. Onların həyətlərində söküntü materialları olmuş, o da həmin söküntü materiallarını satıb Zərərçəkmiş şəxs sələm aldığı 7000 manat puldan 4250 manatını qaytarmışdır. Bundan sonra onun Zərərçəkmiş şəxs 2750 manat borcu qalmışdır. Bakı şəhərində fəhlə işləmiş, pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs sələmə pul götürmüşdür. Zərərçəkmiş şəxs pulu Bakı şəhərində almışdır. Bir il ərzində aldığı 7000 manat pulun sələmini (faizini) qaytarmışdır. O, Zərərçəkmiş şəxs 16000 manat pul almamışdır. Bakı Şəhəri Xətai RPŞdə araşdırma 7000 manat pulla bağlı olmuşdur. Pulu sələmə götürərkən aralarında heç bir yazılı razılaşma olmamışdır. Zərərçəkmiş şəxs sələmə aldığı 7000 manat puldan 4250 manat pul qaytarmış, lakin qaytarmasını sübut edə bilmədiyi üçün 7000 manat pulu aldığını etiraf edir. Həmin dövrdə xəstəxanada olmuş, barəsində axtarış verilməsindən xəbəri olmamışdır. Xətai RPŞ-də ondan Zərərçəkmiş şəxs sələm aldığını sübut edə biləcəyini soruşmuşlar. O da Zərərçəkmiş şəxs sələm götürmüş şəxsləri Xətai RPŞ-nə gətirmiş, orada həmin şəxslər ifadə verərək həqiqətən Zərərçəkmiş şəxs sələm aldıqlarını və ödədəiklərini bildirmişlər. Polis şöbəsində ona bildirmişlər ki, Zərərçəkmiş şəxs 7000 manat pul ödəyər və bununla da məsələ bitər. Zərərçəkmiş şəxs ilə dost olmuşlar. Belə ki, sonuncu yaşadığı kənddə işləmiş, oradan dostluqları yaranmışdır. Zərərçəkmiş şəxs pul lazım olduğunu, sələmə pul götürəcəyini bildirmiş, sonuncu da xalası qızının sələmə pul verdiyini, ondan 20 faizlə götürə biləcəyini bildirmişdir. 10 il Bakı şəhərində söküntüdə Nüsrət adlı şəxsin fəhləsi işləmişdir. Heydər adlı şəxsi tanıyır, sonuncunu Nüsrət adlı şəxsin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxsla birlikdə işlə bağlı Heydərlə danışmağa getmişlər. Sələmə pul götürməsi, söküntü ilə bağlı danışıqlardan çox-çox qabağa olmuşdur. Nüsrət ona Heydərdə bina olduğunu, gedib binanı götürüb sökmələrini demişdir. O da Zərərçəkmiş şəxsla razılaşaraq danışmaq üçün Heydərin yanına getmişlər. Heydər onlara binanı göstərmiş və bildirmişdir ki, binanı söküb ona 10000 manat pul verərlər. Zərərçəkmiş şəxs Heydərə 6000 manat pul vermiş, lakin Heydər onları aldatdığından Hafiz Məhərəmov pulu geri alıb rayona getmişdir. Onların heş bir şəriklikləri olmamışdır. O, söküntü işləri ilə məşğul olmamış, sadəcə söküntüdə 10 il fəhlə kimi işləmişdir. Söküntü işi ilə məşğul olmağı ona Zərərçəkmiş şəxs təklif etmişdir. Sonuncu özü söküntü materialları alıb gətirib Bərdə rayonu Əlyanlı kəndində satmışdır. Zərərçəkmiş şəxs söküntü materialları satmamışdır. X5 6000 manat pulu beh olaraq vermiş, onu da bir müddət sonra geri almışdır. Zərərçəkmiş şəxs dostu olduğundan sonuncunun puluna görə Heydərə zəng edib onunla dalaşmışdır. X11 Məhərrəmov vermiş, onlar isə həmin pulu Bakı şəhəri Yasamal rayonunda geri almışlar. Heydər pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Pul 3000 manatdan və dollardan ibarət olmuşdur. Cəmi 6000 manat pul olmuşdur. Həmin puldan Zərərçəkmiş şəxs ona 100 ABŞ dolları benzin pulu vermişdir. Onun avtomobili olmamış, dostunun avtomobili ilə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsində səhvlik olmuşdur. İfadəsini müdafiəçisi Müdafiəçi1 iştirakı ilə müstəntiq yazmışdır. Lakin müstəntiqə ifadəsində yazılan sözləri deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan edir. Sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. Onun Hafizlə ailəvi gediş-gəlişi olmuşdur. O, uzun müddət Bakı şəhərində binaların söküntü işləri ilə məşğul olmuşdur. Bakı şəhərində sökülməli olan binaları bina sahiblərindən müəyyən məbləğ qarşılığında aldıqdan sonra həmin binaların söküntüsündən qalıq əşyaları sataraq gəlir əldə etmişdir. 2021-ci ildə Hafiz ona zəng edərək əlində müəyyən məbləğdə pul olduğunu, işə şərik olmaq istədiyini bildirmişdir. O da Hafizlə razılaşmışdır. Onlar Bakı şəhərində Nəsimi rayonuna gedərək orada adının sonradan Heydər olduğunu öyrəndiyi şəxs ilə görüşmüşlər. Həmin şəxs binanı onlara satmaq üçün 25000 manat əvvəlcədən ödəməli olduqlarını, 25000 manatı isə iş bitdikdən sonra ödəyəcəklərini bildirmiş, onlar isə həmin şəxs ilə razılaşmamışlar. Heydər onlara 10000 manat beh verməyi təklif etmiş, Hafiz isə cəmi 7000 manat pulu olduğunu, qalan 3000 manat pulu isə bir neçə gün sonra ödəyə biləcəyini söyləmişdir. Lakin onlar razılaşa bilməmişlər. O, Hafizlə birlikdə söküntü aparmaq üçün başqa binalar axtarmağa başlamışdır. 2 gün sonra Heydər adlı şəxs ilə yenidən Nəsimi rayonunda “Ağ şəhər” adlanan yerdə görüşmüşdür. Görüş zamanı Heydər olduqları yerin yaxınlığındakı binanı göstərərək həmin binanın söküləcəyini bildirmişdir. Onlar söküntünün həvalə edilməsi üçün 6000 manat beh verməyi təklif etmiş, Heydər də razılaşmışdır. Hafiz onun yanında Heydərə 6000 manat pul vermişdir. Lakin üzərindən bir müddət keçməsinə baxmayaraq Heydər hər dəfə müxtəlif bəhanələr gətirərək binanı verməkdən imtina etmişdir. O da zəng edərək pulu tələb etdikdən təxminən 2 ay sonra Heydər Yasamal rayonunda 6000 manat pulu Hafizə qaytarmışdır. Həmin iki ay müddətində o, Hafizlə birlikdə Hafizə məxsus “Mercedes Ateco” markalı yük maşınında yaşamışlar. Hafiz 6000 manat pulu Heydərdən aldıqdan sonra Bərdə rayonuna qayıtmışdır. Təxminən 2-3 ay sonra Hafiz yenidən Bakıya gələrək Bakı şəhərində tikinti materialları mağazası açmaq istədiyini bildirmişdir. Həmin vaxtı Hafiz onunla görüşmüşdür və onun istifadəsində olan “BMW X5” markalı avtomobillə Hafizin bir nəfər tanımadığı şəxsdə olan pulunu almaq məqsədilə Ramana istiqamətində hərəkət etmişlər. Həmin yerə gedərkən onun avtomobili xarab olmuşdur. Bu zaman o, Xətai rayonunda “Nargilə” adlanan yerdə Hafizdən 2800 manat pul alaraq ustaya vermişdir. Bir neçə gün sonra isə həmin avtomobil lombardda olduğu üçün o, aylığı ödəmək məqsədilə Nizami rayonunda “Şam bağı” adlı restoranın yanında 2000 manat pulu Hafizdən almışdır. Bir neçə gün sonra isə oğlu Eltonun müalicəsi məqsədilə Nərimanov rayonunda “Montin” adlanan yerdə 1000 manat pulu Hafizdən götürmüşdür. Son olaraq isə qardaşı Mərhəmət avtoqəza keçirdiyi üçün Nərimanov rayonunda “Montin” adlanan yerdə Hafizdən 500 manat, bir neçə gün sonra isə əlavə 500 manat almışdır. O, aldığı bütün pulu Hafizə 10 faiz əlavə ödəməklə qaytarmaq üçün razılaşmışdır. Təxminən 1 il müddətində o, Hafizə faiz məbləği olaraq hər ay 500 manat pul ödəmişdir. 2022-ci ilin yay aylarında isə o, Bərdə rayonu Otuzikilər kəndində yerləşən yaşayış evinin həyətində olan tikinti materiallarını sataraq əsas borc məbləğindən 4250 manat pulu Hafizə qaytarmışdır. Ondan sonra isə maddi imkanının zəif olması səbəbindən nə əsas borcu, nə də faizi qaytara bilməmişəm. Hafizdən ümümilikdə 7000 manat pul almışdır, həmin puldan faizlər istisna olmaqla 4250 manatını qaytarmışdır. Hafizdən Bərdə rayonu Qaraqoyunlu kəndində pul almamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra sonuncu göstərdi ki, onun ifadəsi qismən düzdür. Zərərçəkmiş şəxs 2800 manat bir dəfə, 2000 manat bir dəfə, 1000 manat bir dəfə, 1000 manat bir dəfə pul alımış və beləliklə, Zərərçəkmiş şəxs müxtəlif yerlərdə ümumilikdə 7000 manat pul almışdır. Heydər pulu sayıb ona vermiş, o da pulu Zərərçəkmiş şəxs vermişdir. Heydər pulu sayıb ona verəndə, avtomobildə onun yanında oturan şəxs Zərərçəkmiş şəxs olmuşdur. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 13-14 ildir ki, tanıyır, ailəvi dost olmuşlar. Sonuncu 15 ildir ki, söküntü işi ilə məşğul olur. Bakı şəhərində bina alıb söküb, sökülən materialları satır. Son vaxtlar xeyli miqdarda ziyan etmişdir. Təqsirləndirilən şəxs arvadı ilə birlikdə onlara gəlmiş, iş təklifi olduğunu, işi görmək üçün 20000 manat pul lazım olduğunu, lakin pulu olmadığından verə bilmədiyini və çıxıb getdiklərini bildirmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs yenidən onlara gəlmiş və ondan pul istəmişdir. O da kənd təsərüffatı təyinatlı torpağını qayınatasına satmış və ümumi olaraq 16000 manat pulunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qalan pulu da özünün tapıb düzəldəcəyini demişdir. 16000 manat məbləğində pulu öz evində anasının və arvadının yanında Təqsirləndirilən şəxs vermişdir. Elbəyi ona hazırlaşmasını, Bakı şəhərinə gedəcəklərini demişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs avtomobili olmuşdur. Sonuncu axşam evlərindən ona zəng etmiş və bildirmişdir ki, indi getsələr şirkətlər bağlıdır, müqavilə bağlaya bilməyəcəklər, sabah tezdən çıxarlar. Səhər saat 09 radələrində onlar artıq Bakı şəhərində olmuşlar. Təqsirləndirilən şəxs ona bir neçə bina göstərmiş, sonra Heydər adlı şəxsə zəng edərək çağırmışdır. Sonuncu gəlmiş, Təqsirləndirilən şəxsla danışmış, gəzə-gəzə parkın içərisinə gedib, qayıtmışlar. Onların etdikləri söhbətdən onun xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs maşına əyləşmiş və binanı götürdüyü bildirmişdir. Elbəyi ona demişdir ki, binanı tam götürənədək onların şərik olduqları heç kim bilməməlidir. Binanı tam götürəndən sonra onun şəriki olduğunu deyəcək. O da Elbəyi ilə razılaşmışdır. Sonuncu ona binanın behini də verdiyini demişdir. Təqsirləndirilən şəxs nə qədər beh verdiyini soruşduqda sonuncu 6000 manat beh verdiyini bildirmişdir. Elbəyidən binanın harada olduğunu soruşmuş, sonuncu onu bir binanın yanına apararaq avtomobillə binanın başına fırlanmış və sökəcəkləri binanın olduğunu demişdir. Elbəyi başqa adamlarla görüşmüş, tanımadığı adama 3000 manat beh vermişdir. Hətta Bərdə rayonu Əlyanlı kəndində söküntü materialları satmağa yer də açmışlar. Bir müddət keçmiş, lakin söküntü ilə bağlı heç bir iş görülməmişdir. Bu barədə Elbəyidən soruşmuş, sonuncu Prezidentin qərarı olduğunu, bütün şirkətlərin rəhbərlərinin Qarabağa göndərildiyini, orada işlər getdiyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs gedib binaya baxmalarını təklif etmiş, gedib baxarkən binanı başqa şəxslərin sökdüyünü görmüşlər. Təqsirləndirilən şəxs behi verdikləri şəxsə zəng etməsini və binanı sökən şəxslərin kimliyi barədə maraqlanmasını demiş, sonuncu zəng etmişdir. Elbəyi danışdıqdan sonra binanı sökənlərin binada yaşayan şəxslər olduqlarını, öz əşyalarını sökdüklərini demişdir. Bir müddət sonra birdə həmin binaya baxmağa gedəndə görmüşlər ki, bina artıq tam sökülmüşdür. Araşdırdıqda məlum olmuşdur ki, onları aldadıblar, həmin binanı Nüsrət deyilən şəxsin qardaşı oğluna vermişlər və binanı o sökmüşdür. Bu günə kimi Təqsirləndirilən şəxs ona olan borcunu vermir. Dəfələrlə bununla bağlı telefon danışıqları olmuş, səs yazıları da vardır. 16000 manat puldan 100 manat olsa belə ödənilməmişdir. Son dəfə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, “get şikayət et mənim pulum yoxdur”. Təqsirləndirilən şəxs ona 7000 manat deyil, 16000 manat borcu var. O, heç kimə sələm verməmişdir. 16000 manat pulu öz evində Təqsirləndirilən şəxs vermişdir. Həmin puldan 2000 manat pul qaytarılmış, qalan məbləğ isə qaytarılmamışdır. Onlar şərik olmamış, şərik işlər görməmişlər. Ona iş təklifini Təqsirləndirilən şəxs etmişdir. Binaların söküntüsü işləri ilə məşğul olduğundan, həmin işlərdə təcrübəli olduğundan Təqsirləndirilən şəxs dediklərinə inanmışdır. Heydəri tanıyır, sonuncu ona pul qaytarmamışdır. O, 6000 manat beh vermiş, Təqsirləndirilən şəxs başqa kimlərə pul verib bilmir, tanımır. Sonuncu tək onu deyil, başqa şəxsləri də bu cür aldatmışdır. Bakı Şəhər Baş Polis İdarəsində Heydər adlı şəxs onu tanımamış, onun adı çəkiləndən sonra demişdir ki, pulu Hafizə verib. Təqsirləndirilən şəxs Bakı şəhərində şəxsən özü binaların söküntüsü ilə məşğul olmuşdur. Torpağını satmış, Təqsirləndirilən şəxs da onu bilmişdir. Yəni, kənd təsərrüfatı təyinatlı torpağını 3000 manata dörd illik icarəyə vermiş, 3 heyvan satmış, həmin heyvanlardan birini geri qaytarmışlar. Borc da alaraq pulu düzəldib Təqsirləndirilən şəxs vermişdir. Lakin sonra iş getmədiyindən, Təqsirləndirilən şəxs pulunu vermədiyindən məcbur qalıb "xxxx" ASC-dan kredit götürüb borc aldığı şəxslərin pulunu qaytarmışdır. 8200 manat kredit götürmüşdür. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs oğludur. Təqsirləndirilən şəxs onlara gəlmiş, oğluna şərikli iş görməyi təklif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs söküntü işləri ilə məşğul olmuş, oğlu Zərərçəkmiş şəxs isə sürücü olmuşdur. Təqsirləndirilən şəxs oğlu Hafizə söküntü işində yaxşı pul olduğunu, bu işlə məşğul olmalarını təklif etmişdir. Oğluna hər cür şərait qurmağa köməklik edəcəyini demişdir. Onlarda ailəlikcə 16000 manat pul düzəldib öz evlərində Təqsirləndirilən şəxs vermişlər. Lakin sonradan Təqsirləndirilən şəxs işi alınmadığından ziyan etmiş və pullarını qaytara bilməmişdir. Hazırda iki ildir pullarını qaytarmır. Elbəyiyə pulu verəndə evdə gəlini, oğlu və özü olmuşdur. Həmin 16000 manat pulu düzəltmək üçün torpaqlarını satmışlar, mal heyvanlarını satmışlar, oğlu Zərərçəkmiş şəxs qayınatasından borc almış, evlərində pulları olmuş, ümumilikdə 16000 manat pul düzəldib Təqsirləndirilən şəxs vermişlər. Heyvanlardan birini 1800 manata, digərini isə 1600 manata satmışlar. Elbəyi qayınatasından 3000 manat borc almışdır. Torpağı isə 6000 manata satmışlar. Qalan məbləği isə evdən götürüb vermişlər. Evdən nə qədər pul vermişlər, yadında deyil. Oğlu Zərərçəkmiş şəxs pulu olmadığından, Təqsirləndirilən şəxs borcunu qaytara bilmədiyi üçün "xxxx" ASC-dən kredit götürüb oğlunun qayınatasına olan borcunu qaytarmışlar. Oğlu Hafiz bu işlə bağlı bir neçə ay Bakı şəhərində qalmışdır. Təqsirləndirilən şəxs 16000 manat pul vermişlər, həmin puldan sonuncu onlara cəmi 2000 manat pul qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, tikinti işləri ilə məşğul olur. Nəsimi rayonunda layihələri olmuş, orada bina sökməli idilər. Müəyyən şirkətlərlə müqavilə bağlayaraq istismar müddəti bitmiş köhnə binaların sökülməsini təşkil etmişlər. Sakinlərin köçürülməsi, binanın qapı, pəncərələrinin, döşəmə və tavanının sökülməsi işlərini tez bir zamanda təşkil etmişlər. Söküntüyə baxan şəxslər də pul müqabilində binanın qapı, pəncərələrini, döşəmə və tavanını söküb aparıb özləri satmışlar. Bu sahədə çox adamlarla iş bilriyi qururlar. Nəsimi rayonunda olan layihə ilə bağlı bir neçə nəfərlə danışmış, lakin heç kim onlara lazım olacaq işi bacarmamışdır. Onu Təqsirləndirilən şəxsla tanış etmişlər və onun işi bacardığını demişlər. Təqsirləndirilən şəxs Elton adlı şəxslə işləmişdir. Ona 28 May metro stansiyası yaxınlığında işlər gördüyünü demişlər. O da gedib baxmış və görmüşdür ki, sonuncu bütün işləri, yəni söküntü işlərini lazımi qaydada bacarır, bu sahədə təcrübəsi var. Danışaraq razılığa gəlmişlər ki, Elbəyi ümumi kvartalı söküb, bütün tör-töküntünü yığışdırıb aparacaq və bunun müqabilində söküntüdən apardığı materialın əvəzinə onlara 120000 manat pul verəcək. Elbəyiyə bildirmişdir ki, əvvəlcədən pulun yarısını alırlar. Sonuncu o qədər məbləğə gücünün çatmadığını, əvvəlcədən 20000-30000 manat verə biləcəklərini demişdir. Elbəyiyə avans olaraq 10000 manat verməsini, qalanını da işləyib hissə-hissə verməsini demişdir. Təqsirləndirilən şəxs ona 6000 manat pul vermişdir. Onlar da həmin dövrdə Fövqəladə Hallar Nazirliyndən sənədlər gözləmişlər ki, evləri söksünlər. Sənədlər gələndən sonra bir neçə evi artıq sökməli idilər. Çünki Bakı şəhər şəhərsalma komitəsi onları tələsdirmişdir ki, sənədlər varsa evlər sökülməlidir. Təqsirləndirilən şəxs zəng etmiş, 10 günə yaxın Təqsirləndirilən şəxs tapa bilməmişdir. Təqsirləndirilən şəxs tapmadığından özü öz vəsaiti hesabına fəhlə tapıb evləri sökdürmüş, zibilləri daşıtdırmışdır. Ancaq yenə də Təqsirləndirilən şəxs tapa bilməmişdir. Ona məlumat vermişlər ki, Təqsirləndirilən şəxs xəstədir, Bakıda yoxdur, rayona getmişdir. O da artıq gözləyə bilməmiş, çünki layihəni təhvil verməli olmuşdur. Nüsrət adlı şəxsin qardaşı oğlu Ceyhun adlı şəxslə razılaşmış, hətta aşağı qiymət müqabilində kvartalın söküntüsünü Ceyhuna həvalə etmişdir. Təqsirləndirilən şəxsla söküntünü 120000 manata razılaşsalar da, vaxt az olduğundan Ceyhunla 90000 manata razılaşmışlar. Bir müddət sonra Elbəyi onunla əlaqə saxlamış və binanı sökmək üçün gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs atası xəstə olduğundan rayona getdiyini, evlərin söküntüsünü başqa şəxsə tapşırdığını, Bakıya qayıdan kimi pulunu qaytaracağını demişdir. Elbəyi xahiş etmişdir ki, ona başqa iş versin. O da Bakıya qayıdandan sonra ya pullarını verəcəyini, ya da əlavə iş verəcəyini bildirmişdir. Gecə rayondan çıxarkən Elbəyiyə zəng etmiş və Bakı şəhərinə gəldiyini bildirmiş, tezdən Yasamal Rayon Prokurorluğunun qabağında, Ümid klinikasının yanında olmalarını demişdir. Hətta Elbəyi ilə telefonda bir az mübahisələri də olmuşdur. Çünki bir-iki nəfər Təqsirləndirilən şəxs ona verdiyi 6000 manat pula görə ona zəng edib mübahisə etmişdir. Səhəri gün sonuncu ilə razılaşdıqları yerdə görüşmüşlər. Təqsirləndirilən şəxs ağ rəngdə “BMW X5” markalı avtomobillə gəlmiş, yanında da bir nəfər şəxs olmuşdur. Elbəyi ilə görüşüb pulu sonuncuya verəndə, Elbəyi pulu Hafizə verməsini, pulun Hafizə məxsus olduğunu bildirmişdir. O isə cavabında demişdir ki, “qardaşım, pul kimindir mən bilmirəm, götürün”. O, pulun bir hissəsini dollarla, bir hissəsini isə manatla qaytarmışdır. Bir müddətdən sonra onu Bakı şəhəri Nəsimi RPŞ-nə çağırmışlar və orada ona Elbəyi ilə aralarında pul məsələsi olduğunu bildirmişlər. O da izahatında Elbəyi ilə aralarında 6000 manat pul məsələsi olduğunu, həmin pulu da Təqsirləndirilən şəxs qaytardığını qeyd etmişdir. Nəsimi RPŞ-də ona Zərərçəkmiş şəxs göstərmişlər. O da Təqsirləndirilən şəxs yanında bir nəfər dolu bədənli adam olduğunu, lakin üz cizgilərinin yadında qalmadığını bildirmişdir. Nəsimi RPŞ-də Zərərçəkmiş şəxs demişdir ki, əgər Təqsirləndirilən şəxs deyirdisə ki, pul Heydərdədi, niyə demirdin gedək pulumuzu alaq? Zərərçəkmiş şəxs bu barədə Elbəyiyə dediyini, lakin sonuncunun Heydərin Qarabağda işlədiyini dediyini bildirmişdir. Hafiz Məhərəmov deyəndə ki, “gedirəm Heydərdən şikayət edib 6000 manat pulumu tələb edəm”, onda artıq Təqsirləndirilən şəxs pulu aldığını, pulun onda olduğunu bildirmişdir. Hafizi Məhərrəmovu Bakı Şəhər Baş Polis İdarəsində görəndə tanımamışdır. Maşında pulu sayıb Təqsirləndirilən şəxs vermiş, sonuncu da pulu yanında oturan şəxsə vermiş, o da pulu sayıb cibinə qoymuşdur. Təqsirləndirilən şəxs pulu qaytararkən onun yanında kim oturmuşdu yadında deyil. Zərərçəkmiş şəxs bu hadisə ilə əlaqədar tanımışdır. O pulu Elbəyiyə vermiş, sonuncu da yanında olan şəxsi Hafiz adlandıraraq pulu ona vermiş, sonra sağollaşıb çıxıb getmişdir. Onun Elbəyinin yanında olan şəxslə heç bir danışığı olmamışdır. Təqsirləndirilən şəxsla onun Elvin adında ortaq yoldaşları olmuşdur. Elbəyini onun yanına Elvin gətirmişdir. Elbəyi yanına üç nəfər şəxlə gəlmiş, şəxsən Elbəyi ilə söhbət etmiş, pulu ona Elbəyi şəxsən özü vermişdir. Elbəyi 6000 manat pulu ona ya Günəşlidə, ya da iş yerlərində, yəni söküntü yerində vermişdir. Təqsirləndirilən şəxs şərikləri olduğunu, pulu şəriklərinin verdiyini demişdir. Sədrlik edən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. Sonuncu ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Bakı şəhərində köhnə binaların söküntüsü işi ilə məşğul olur. 2022-ci ilin ortalarıdan o, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 42 saylı tam orta məktəbin qarşısında olan binaların söküntüsünü həyata keçirmək üçün işlədiyi "xxxx" MTK tərəfindən ona həvalə edilmişdir. O, öz növbəsində söküntü işlərini həyata keçirmək üçün bacarıqlı və etibarlı briqada axtarmışdır. Tanışları vasitəsi ilə Elbəyi adlı şəxsin bu işi həyata keçirə biləcəyini öyrənmişdir. Bir neçə gün sonra Elbəyi onunla əlaqə saxlayaraq özünü təqdim etmiş, sonra görüşərək söküntü barədə danışmaq istədiyini bildirmişdir. O, Elbəyini söküntünün həyata keçiriləcəyi yerə dəvət etmişdir. Həmin gün iki nəfər şəxs onunla söküntünün həyata keçiriləcəyi yerdə görüşmüşdür. Həmin şəxslər özlərini Elbəyi və Hafiz olaraq təqdim edib, birlikdə söküntü işi ilə məşğul olduqlarını bildirmişlər. Sonra ondan söküləcək binaları göstərməyini xahiş etmişlər. O isə söküləcək ərazini onlara göstərmişdir. O, Elbəyi və Hafizlə ümumi söküntü ilə bağlı 12000 (on iki min) manata razılaşmış və ilkin olaraq 10000 (on min) manat vermələrini bildirmişdir. Elbəyi isə əlində 6000 (altı min) manat olduğunu deyib işi onlara verməyini xahiş etmişdir. O, onlarla razılaşmışdır. O, bütün söhbətlərini Elbəyi ilə aparmışdır. Hafiz işdən biraz kənarda qalmışdır. Sonra özü Elbəyinin söküntü işlərini keçirdiyi yerə baxmış və işi onun xoşuna gəlmişdir. Sonra Elbəyi ilə əlaqə saxlayıb, görüşmək istədyini söyləmişdir. Həmin günü o, Elbəyi və Hafiz ilə görüşmüşdür. Görüş zamanı Elbəyi cibindən 6000 manat pulu çıxarıb ona vermişdir. O isə Elbəyiyə gəlib söküntü işlərini həyata keçirə biləcəyini söyləmişdir. Bir neçə gün sonra isə o, Elbəyi ilə söküntü işlərinin keçirilməsi üçün əlaqə saxlamağa çalışsa da, Elbəyi telefon zənglərinə cavab verməmişdir. Buna görə də o, təxminən 10-15 gün sonra ziyan etməmək üçün söküntü işi ilə bağlı başqa şəxslərlə razılaşmışdır. Elbəyinin ona verdiyi 6000 manat pulu isə özündə saxlamışdır. Bundan təxminən 10 gün sonra Elbəyi ona zəng etmiş və o, Elbəyi ilə telefonda mübahisə edərək, pulunu geri qaytarmaq istədiyini, işi başqa şəxslərə verdiyini bildirmişdir. Elbəyi isə təkidlə pulu istəmədiyini, işi ona verməyini istədiyini söyləmişdir. O, bir neçə gün sonra atası Zahidin səhhətində olan problemlə əlaqədar Gəncə şəhərində olduğu üçün Elbəyi ilə görüşüb pulu qaytara bilməmişdir. O, Bakı şəhərinə qayıdan kimi Yasamal rayon Prokurorluğunun qarşısında Elbəyi ilə görüşmüşdür. Elbəyi öz maşınında oturmuşdur. O, Elbəyi oturan tərəfə yaxınlaşmışdır. Elbəyinin yanında tanımadığı və üzünü dəqiq xatırlamadığı şəxs oturmuşdur. O, Elbəyi ilə bir az mübahisə etdikdən sonra bir hissəsi ABŞ dolları, bir hissəsi Azərbaycan manatı olmaqla 6000 manat pulu sayaraq qaytarmışdır. Elbəyi həmin pulu yanında oturan şəxsə vermiş və həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu söyləmişdir. Daha sonra o, oradan uzaqlaşmışdır. Həmin gündən sonra Elbəyi və Hafizin telefon nömrələrindən ona zəng gəlməmişdir. O, Zərərçəkmiş şəxsla bir neçə dəfə Bakı şəhər BPİ-də qarşılaşmışdır. Maşında olan şəxsin üzünü dəqiq xatırlamasa da, həmin şəxsin Hafiz olduğunu düşünmür. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra sonuncu göstərdi ki, Elbəyinin yanında Hafizlə ya bir dəfə, ya iki dəfə görüşmüşdür. Elbəyi Hafizlə şərik olduğunu bildirmişdir. Ancaq üz cizgiləri tam yadında qalmamışdır. Avtomobildə məhz Hafizin olması yadında deil. O, pulu Elbəyiyə pəncərədən vermişdir. Elbəyi də “pul Hafizindi” deyib, pulu yanında oturan şəxsə uzatmışdır. Həmin şəxs pulu saymışdır. Pulun düz olub-olmamasını soruşmuş, düz olduğunu bildirmişdir. Bundan sonra çıxıb getmişdir. Həmin vaxt aralarında pulla bağlı mübahisələri olmuşdur. Gecə saat ikidə də Elbəyi onu pulla bağlı telefonla yığmışdır. Bu səbəbdən bir az əsəbi, bir az səbirsiz olmuş, yəni bir çox şeylərə fikir verməmişdir. Eyni zamanda atası həmin vaxt ürək əməliyyatı keçirdiyindən fikirli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Əri Hafizlə Təqsirləndirilən şəxs uzun illər dostluq etmişlər. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs iş qurmaq üçün pul lazım olduğunu bildirmiş, əri Hafiz də o qədər məbləğin onlarda olmadığını bildirmişdir. Sonra əri ilə qayınanası öz aralarında məsləhətləşmiş və belə qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs iş qurmaq üçün pul düzəldib versinlər. Pul düzəltmişlər və Təqsirləndirilən şəxs gəlib pulu aparan günü, onların evlərində ərinə demişdir ki, hazırlaşsın, iş qurmaq üçün axşam Bakıya gedəcəklər. Təqsirləndirilən şəxs 16000 manat pul vermişlər. Sonuncu pulu istəyəndən bir neçə gün sonra vermişlər. Belə ki, 3 inək satılmış, kənd təsərüffatı təyinatlı torpaqlarını icarəyə vermişlər və atasından borc pul almışlar. 3 iri buynuzlu heyvan satmışlar, onun birini qaytarmışlar. Torpaqlarını atası icarəyə vermiş, eyni zamanda atasından borc pul almışlar və evlərində olan ehtiyat pullarını həmin pulun üstünə qoyaraq Təqsirləndirilən şəxs 16000 manat pul vermişlər. Hətta atasından borc aldıqları pulu Təqsirləndirilən şəxs onun qızı ilə gedib atasıgildən götürüb gəlmişdir. Atası torpaqlarını 3000 manata icarəyə vermişdir. Pulları çatmadığından atasından da 3000 manat borc almışlar. Pulu Təqsirləndirilən şəxs onların evlərində vermişlər. Evdə pulu verərkən, əri, qayınanası, o, Təqsirləndirilən şəxs, onun arvadı və qızı olmuşdur. Pulu verəndə Elbəyi demişdir ki, işləri bina sökməkdən ibarət olacaq. Təqsirləndirilən şəxs işi düzüb-qoşandan sonra şərik olacaqlarını, alınmasa pulunu qaytaracağını bildirmişdir. Qızı ilə Təqsirləndirilən şəxs atası evinə getmiş, atasından 3000 manat pulu alıb gətirib onlara vermişlər. Onlar da evdəki pulun üstünə həmin 3000 manat pulu qoyub Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs 20000 manat pul istəmiş, lakin əri 16000 manat pul düzəldə bilmişdir. Pulu o gətirib stolun üstünə qoymuşdur. Əvvəllər əri ilə Elbəyinin şərikliyi olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ərinə 14000 manat borcu var. Əri sələmə pul verməmişdir. 05 iyul 2024-cü il tarixli 131 nömrəli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, o, Elbəyiyə Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən özünə məxsus evdə anası Şahid1 və arvadı Şahid2 yanında 16000 manat nağd pulu Bakı şəhərində söküntü işlərinə şərik olmaq məqsədilə vermişdir. Həmin puldan 2000 manatı Elbəyi ona qaytarmış, daha sonra Elbəyi onu aldadaraq həmin pulu ələ keçirmişdir. -Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs iş qurmaq məqsədilə pul almamışdır. 2022-ci ildə Bakı şəhərində Zərərçəkmiş şəxs ümümilikdə 7000 manat pulu sələm məqsədilə almışdır. Həmin puldan da 4250 manatını Zərərçəkmiş şəxs qaytarmışdır. 05 iyul 2024-cü il tarixli 130 nömrəli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs 2022-ci ilin yayında 16000 manat pulu yaşadıqları Bərdə rayonu Qaraqoyunlu kəndində onun və gəlini Şahid2 yanında Elbəyiyə vermişdir. Elbəyi həmin puldan 2000 manatını Hafizə qaytarmış, daha sonra Elbəyi Hafizi aldadaraq ona məxsus pulu ələ keçirmişdir. -Təqsirləndirilən şəxs Fatmanın üzünə qarşı dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs iş qurmaq məqsədilə pul almamışdır. O, 2022-ci ildə Bakı şəhərində Zərərçəkmiş şəxs ümumilikdə 7000 manat pulu sələm məqsədilə almışdır. Həmin puldan da 4250 manatını Zərərçəkmiş şəxs qaytarmışdır. İş materiallarında olan: “Respublika Psixiatriya Xəstəxanası” X10 06 avqust 2024-cü il tarixli 9674 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə stasionar müalicədə olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 3493 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi 2022-ci ilin yayında üzvi emosional-labil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməli törətdiyi 2022-ci ilin yayında öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi 2022-ci ilin yayında öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, üzvi emosional labil pozuntu ilə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ətrafda olan şəxslərə qarşı hazırda təhlükə törətmək ehtimalı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsdən 16000 manat deyil, 7000 manat məbləğində sələmə pul aldığını, həmin pula görə hər ay zərərçəkmiş şəxsə 500 manat faiz ödədiyini, faizdən əlavə 7000 manat əsas borcdan 4250 manatını zərərçəkmiş şəxsə qaytardığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 zərərçəkmiş şəxsin 16000 manat pulu onların yanında Təqsirləndirilən şəxs verdiyini, sonuncunun söküntü işlərində zərərçəkmiş şəxsi özünə şərik edəcəyinə söz verdiyini bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bərdə rayonu Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs ilə 2022-ci ilin yay aylarında dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evində görüşüb danışaraq, Bakı şəhəri ərazisində müxtəlif köhnə tipli tikililərdə söküntü işlərinin aparılmasının ona həvalə edilməsi, həmin işə etibarlı şərik axtarması və söküntü materiallarının satılmasından böyük məbləğdə gəlir əldə edəcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə sonuncunu aldadaraq, danışıqlarından təxminən 1 (bir) həftə sonra, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, yenidən Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinə gəlib Zərərçəkmiş şəxs 16000 (on altı min) manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 16000 (on altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu Çaykovski küçəsi ev 2/102-də qeydiyyatda olmaqla Bərdə rayonu Əliyanlı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 340899 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu ildə anadan olmuş X1 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İV 850221 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü ildə anadan olmuş X3 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs vurulmuş 16000 manat məbləğində maddi ziyanın 2000 manat hissəsini ödəmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 27 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin istintaq müddətinin sonunadək, yəni 11 sentyabr 2024-cü il tarixədək müəyyən edilməsi, həbs etmənin başlanğıcının 05 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-23/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-23/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver