Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-231/2023 18.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1969-cu il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 8,21 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evində saxlamış, 10 oktyabr 2023-cü il tarixdə saat 13:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Lənbəran kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yaşayış evinin mətbəxində divardan asılmış vəziyyətdə olan özünə məxsus qara rəngli pencəyin sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan bükümündə təmiz çəkisi 8,21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu¸ Lənbəran kəndində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. O, təxminən 3 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Narkotik vasitədən heç kimə təklif etməmiş və satmamışdır. 2023-cü ilin yay aylarında xatırlamadığı gündə yaşadığı kəndin kənarında yerləşən kanalın yaxınlığından 01 (bir) ədəd sarı rəngli sellofan torba bükülünü tapmışdır. Həmin bükülünün içərisində isə “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. O, həmin narkotik vasitəni özünə məxsus qara rəngli pencəyin cibində saxlamış və mütəmadi vaxtlarda istifadə etmişdir. Həmin pencəyi isə yaşadığı evdə mətbəx kimi istifadə etdiyi otaqda divardan asılı vəziyyətdə olmuşdur. Bu barədə heç kimin məlumatı olmamışdır. Həmçinin, həmin narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə verməmiş və satmamışdır. 10 oktyabr 2023-cü il tarixdə saat 13:40 radələrində o, yaşadığı evdə tək olan zaman polis əməkdaşları onun yaşadığı ünvana gedib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, səmimi olaraq etiraf edərək qeyd olunan narkotik vasitədən istifadə etdiyini və yaşadığı evdə saxlaması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra və yaşadığı evə baxış keçirilməsi üçün onun razılıq ərizəsi alındıqdan sonra videoçəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirilməyə başlanılmışdır.o, yaşadığı evdə mətbəxi kimi istifadə edilən otaqda divara asılmış vəziyyətdə ona məxsus qara rəngli pencəyinin sağ yan cibində saxladığı həmin 01 (bir) ədəd sarı rəngli sellofan kəsiyində olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 01 (bir) ədəd sarı rəngli sellofan kəsiyi bükümündə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman ümumi çəkisi 10.56 qram müəyyən edilmişdir. Daha sonra yaşadığı ünvandan aşkar edilmiş 01 (bir) ədəd sarı rəngli sellofan kəsiyi bükümündə olan narkotik vasitə 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri isə onun və baxışda işitrak edən iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə polis şöbəsinə gəlmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili təyin edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsinı başlanılmazdan əvvəl üzərində qanunsuz əşya və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməyi təklifi edilmişdir. Həmin vaxt o, əynində olan göy tünd göy rəngli 01 (bir) ədəd içərisində siqaretlər olan “Bakı” markalı siqaret qutusunu və 01 (bir) ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra ona məxsus 01 (bir) ədəd içərisində siqaretlər olan “Bakı” markalı siqaret qutusu və 01 (bir) ədəd alışqan iş üçün əhəmiyyət kəsb etdiyinə görə özünə qaytarılmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, o, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmiş, gizli şəkildə istifadə etmişdir. O, yaşadığı ünvanda saxladığı narkotik vasitədən heç kəsə satmamış və heç kimə verməmişdir. Onun yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəni 2023-cü ilin yay aylarında xatırlamadığı gündə yaşadığı kəndin ərazisində kanalın kənarından tapmış və öz istifadəsi üçün saxlamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 10 oktyabr 2023-cü il tarixdə Bərdə RPŞnə Bərdə rayonu, Lənbəran kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin istifadəsi, üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 13 radələrində o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Lənbəran kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səsləyərək həyətin giriş darvazasının qarşısına dəvət etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq yaşadığı evdə saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını izah edərək baxış keçirilməsinə etirazının olub-olmaması və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olub-olmamasını soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını və yaşadığı fərdi yaşayış evində şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin vaxt baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim etməsini bildirdikdən sonra birlikdə həyətə daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs onları yaşadığı evin mətbəx kimi istifadə olunan otağa aparıb divara asılmış özünə məxsus qara rəngli pencəyinin sağ yan cibindən 01 (bir) ədəd sarı rəngli sellofan kəsiyi bükülünü çıxarıb könüllü şəkildə təqdim edərək içərisində “nəşə” olduğunu demişdir. Həmin vaxt qeyd olunan bükümün içərisinə baxış keçirilən zaman bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni haradan əldə etməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni yaşadığı kənd ərazisində yerləşən kanalların kənarından tapdıqdan sonra mütəmadi olaraq istifadə etdiyini və hər hansı bir şəxsə satmadığı barədə məlumat vermişdir. Bundan sonra təqdim edilən qurudulmuş marixuana baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 10,56 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürülmüşdür. Daha sonra digər yerlərə baxış keçirilsə də lakin, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt baş təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxışın keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxt baş təhqiqatçı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CMin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri baş təhqiqatçı tərəfindən izah edilmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyanın və ya predmetin olub-olmaması, vardırsa könüllü təqdim etməsi təklifi olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) qutu «Bakı» markalı, siqaret qutusunu və 1 (bir) ədəd alışqanı çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Həmin vaxt baş təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs qeyd olunan 01 (bir) ədəd sarı rəngli sellofan kəsiyi bükümünü yaşadığı kənd ərazisində yerləşən kanalın yaxınlığından tapdıqdan sonra mütəmadi olaraq istifadə etdiyini və hər hansı bir şəxsə satmadığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Vüsal Bayramov baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmişdir. Lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 və Şahid1 ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan 11 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 10 oktyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni istifadəsi, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilinən Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Lənbəran kəndində yerləşən evinə baxış keçirilən zaman evinin anbar həmçinin mətbəx kimi istifadə otağında giriş qapısından sağ tərəfdə divardan asılmış qara rəngli pencəyin yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi 8,21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 18-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 11 oktyabr 2023-cü il tarixli 16/994 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs yaşadığı evdən edilmiş qurudulmuş marixuanaya bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi 8,21 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd:Qurudulmuş marixuana təmiz çəkiləri-8,21 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-8,19 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1823 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyata alınmışdır, narkoloji kabinetində isə dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 97-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 117-125-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd sarı rəngli sellofan bükümündə, qalıq təmiz çəkisi 8,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disklər cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 8,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmiş, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 12 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 oktyabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 8,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixindən 12 oktyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 8,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-231/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-231/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver