Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-234/2023 25.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X1, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Şirvanlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 10 radələrində idarə etdiyi “VAZ 21102” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam- Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 33-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Yevlax rayon istiqamətində olan hərəkət zolağının müvvəqqəti Ağdam istiqamətində hərəkətin təmin edildiyi sağ zolağı ilə Ağdam istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs təmir aparılan yolu ayıran lent olan hissəsin tam ortasında vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs travmatik subaraxnoidal qansızma, baş beyin silkələnməsi, burun sümüklərinin sınığı, başın ənsə nahiyəsinin bə burun belinin əzilmiş yaraları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Şirvanlı kəndində yaşayır. İki övaldı vardır, onlardan bir azyaşlıdır. “VAZ 21102” minik markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisi eyni zamanda atasının qohumluq əlaqəmiz vardır. 21 iyul 2023cü il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi “VAZ 21102” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam yolu ilə Ağdam rayonu istiqamətində Bərdə rayon Şirvanlı kəndinə evə gedirmiş. Yolun Ağdam rayon istiqamətində olan zolağında təmir aparıldığı üçün hərəkət müəvvəqəti olaraq əks istiqamətdə olan zolaqla təmin edilmişdir, həmin zolağın sağ hissəsi ilə də o, avtomobillə 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu zaman görmüşdür ki, yolun sağından səkidən yolun soluna doğru tanıdığı həmkəndlisi Alqış adlı şəxsin iti yerişlə keçdiyini görmüşdür, fikirləşmişdir ki, piyada yolları ayıran kəndirin lentin yanında dayanacaqdır, lakin piyada dayanmadan gəlib yolun sağından soluna doğru gəldiyi kimi kəndiri qaldırıb keçəndə piyadanı vurmuşdur. O, avtomobili təxminən 5-6 metr qarşıda saxlamış avtomobildən düşüb vurduğu piyadanın yanına gəlmişdir. Piyadanı hadisə yerinə gəlmiş, əmisi oğlu Şahid2 idarə etdiyi “Priora” markalı avtomobilinə qoyub Bərdə rayon diaqnostika mərkəzinə aparmışdır, o, da avtomobili orada qoyub başqa bir yol avtomobili ilə xəstəxanaya getmişdir. Atasına da məlumat vermişdir, atası da xəstəxanaya gəlmişdir. O, baş vermiş hadisədən qorxmmuş, atası onun qorxduğunu görüb demişdir ki, avtomobili atasının idarə etdiyini desin. Müstəntiq xəstəxanaya gələn zaman o, da atası da demişlər ki, avtomobili hadisə zamanı atası Musa idarə etmişdir. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Onun Zərərçəkmiş şəxs ilə ədavəti olmamışdır. Həmçinin zərərçəkmiş şəxslərlə barışmasınıN, ona dəymiş ziyanı tamamilə ödəməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayonu Şirvanlı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində yaşadığı Bərdə rayonu Şirvanlı kəndində Ağdam rayonu istiqamətində yolu sağdan sola doğru piyada keçirmiş. Yol həmin vaxtı birtərəfli işləmiş, Ağdam istiqamətində olan zolaq təmirlə bağlı bağlanmışdır, bütün avtomobillər Ağdam rayon istiqamətində sol zolaqla hərəkətdə olmuşlar. O, sağdan səkidən sola doğru yolu keçirmiş, yolları ayıran kəndirin yanına çatıb kəndiri qaldırıb altından keçib dayanmış, bu zaman Bərdə istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21102” minik markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobil onu vurmuş və o, xəsarət almışdır. O, görmüşdür ki, onu vuran avtomobili idarə edən şəxs qohumu Musanın oğlu Ramildir. Onu yol avtomobili ilə Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar. O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayonu Şirvanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs əmisi oğludu. 21 iyun 2023-cü il tarixdə saat təxminən 10 radələrində o, idarə etdiyi “VAZ 21723” minik markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam yolu mal bazarından Ağdam rayonu istiqamətində Bərdə rayon Şirvanlı kəndinə evə gedirmiş. Yolun Şirvanlı kəndi ərazisindən keçən yolla hərəkətdə olan zaman qarşıda yolda admaların toplaşdığını görmüş, yaxınlaşanda əmisi oğlu Ramili görmüşdür, ona demişdir ki, həmkəndlisi qohumluq əlaqəsi olan Alqış Musatafayevi avtomobillə vurubdur, Alqış xəsarət almışdır. Ona görə də onlar Alqışı onun avtomobilinə qoymuşlar, Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar, Ramil də başqa bir avtomobillə gəlib ondan sonra xəstəxanaya çatmışdır. Sonra əmisi Musa xəstəxanaya gəlmişdir. Ramil hadisədən çox qorxmuşdur. Əmisi Musa xəstəxanaya gələn müstəntiqə hadisə zamanı avtomobili özünün idarə etdiyini deyəndən sonra o, da əmisi Musanın sözünə uyğun olaraq ilkin izahatında əmisinin dediklərini demişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində ibtidai istintaqda dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu Şirvanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. “VAZ 21102” minik markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobil etibarnamə ilə oğlu Təqsirləndirilən şəxs məxsusdur, hadisə zamanı avtomobili oğlu Ramil idarə etmişdir. Hadisə zamanı o, avtomobildə olmamış, hadisədən sonra Ramil ona zəng edib demişdir ki, idarə etdiyi “VAZ 21102” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam yolu Ağdam rayonu istiqamətində Bərdə rayon Şirvanlı kəndinə evə gedən zaman yolun keçən piyada qohumu Alqışı idarə etdiyi avtomobillə vurubdur, hadisə yerindən, qardaşı oğlu Natiqlə birlikdə Natiqin avtomibli ilə Bərdə rayon diaqnostika mərkəzinə aparmışlar, o, da xəstəxanaya getmişdir. Ramil hadisədən qorxmuşdur, bu səbəbdən də qərara gəlmişlər ki, hadisəni o, üstünə götürsün, buna görə də avtomobili hadisə zamanı onun idarə etdiyini, hadisəni törətdiyini bildirmşdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb 21 iyul 2023-cü il tarixdə, saat 10 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 33-cü kilometrliyində, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21102” minik markalı **-GJ-*** qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə, piyada xəsarət alaraq Bərdə rayon diaqnostika mərkəzinə daxil olması barədə toplanmış material olmuşdur. Cinayət işinin 96-cı vərəqəsində olan əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl, həmin Məcəllənin 236.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 127-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 75-ci vərəqəsində olan Məhkəmə-tibb ekspertizasının 30 avqust 2023cü il tarixli 503 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – travmatik subaraxnoidal qansızma, baş beyin silkələnməsi, burun sümüklərinin sınığı, başın ənsə nahiyəsinin bə burun belinin əzilmiş yaraları – küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işinin 79-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 8/2425 saylı rəyindən görünür ki, “VAZ 21102” minik markalı **- GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Aparılmış tədqiqatın dəyəri 85 manat) Cinayət işinin 53-cü vərəqəsində olan DİN-in BDYPİ-nin Gəncə RQİTBŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 922076 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin 70-ci vərəqəsində olan Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs X2 əməliyyatı və reanimasiyada yatışı üçün 5000 manat məbləğində ödəniş edilmişdir. Cinayət işinin materialına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, 2500 manat məbləğində ödəniş edilmişdir. Cinayət işinin 84-cü vərəqəsində olan Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ 21102” minik markalı 10GJ710 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, ziyanın tamamilə ödənildiyini bildirmiş, həmçinin bu barədə ərizə cinayət işinin matriallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21102” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21102” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-234/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-234/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver