Məhkəmə qərarları › İş №1(021)-24/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-24/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-24/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmayan, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən nöməsiz evdə qeydiyyatda olmaqla yaşamış, hazırda 2 saylı Gəncə İstintaqTəcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə həmkəndlisi X5 45 manat pul müqabilində Ağdam rayonu, Qiyaslı kəndində sonuncuya məxsus yaşayış evində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,74 qram, 1,70 qram, 1,89 qram və 1,86 qram olmaqla ümumi təmiz çəkisi 7,19 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq alıb əldə etməklə üzərində saxlamış, 31 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda tanışı Şahid1 25 manat pul müqabilində özünə məxsus Bərdə şəhəri,Koroğlu küçəsində yerləşən nömrəsiz evdə 1,34 qram, 0,23 qram və 0,29 qram olmaqla ümumi təmiz çəkisi 1,86 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satmış, 31 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri,Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunun içərisində 1,74 qram, 1,70 qram, 1,89 qram olmaqla ümumi təmiz çəkisi 5,33 qram tərkibdə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, Ağdam rayon Qiyaslı kəndində qeydiyyatda olsa da Bərdə şəhəri, Koroğlu küçəsində fərdi yaşayış evində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. 31 avqust 2022-ci il tarixdə saat 14 radələrində iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq onu Bərdə rayon polis şöbəsinin inzibati binasına dəvət etmişdirlər. Bərdə RPŞ-nin inzibati binasına olarkən hüquqlarını müdafiə etmək üçün dövlət hesabına təyin olunmuş öz seçimi əsasında Bərdə rayon vəkil bürosunun vəklili Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunda olan marixuana aşkar olunmuşdur. Bərdə rayon polis şöbəsində üzərindən aşkar olunmuş həmin kütlələr narkotik vasitə hesab edilən qurudulmuş marixuna olduğunu və 2 gün əvvəl Ağdam rayon Dördyol-1 qəsəbəsində yaşayan X6 aldığını bildirmişdir. Baxış zamanı onun Şaxmalıdan 45 manat ödəyərək aldığı 3 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq möhürlənərək götrülmüş və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Elektiron tərəzi vasitəsi ilə çəkilmiş marixuananın çəkisi 15,23 qram olmuşdur. Şaxmalı Cəfərovu uzun müddətdir ki, tanıyır hər ikisi Ağdam rayonu Qiyaslı kənd sakinidir. 29 avqust 2022-ci il tarixdə saat 14 radələrində o Ağdam rayonu Dördüyol-1 qəsəbəsinə gedərək Şaxmalı Cəfərovla görüşmüşdür. Aralarında olan söhbət əsnasında Şaxmalı Cəfərov ona narkotik vasitənin hər bir kibrit qutusunu 15 manata satdığını bildirdikdən sonra narkotik vasitəyə baxaraq həmin narkotiki razılaşıb hər kibrit qutusunu 15 manata razılaşmaqla cəmi 3 qutu narkotiki Şaxmalıdan cəmi 45 manata almışdır. O, heç kimə narkotik satmamışdır. Sadəcə narkotiki verib əvəzində dərman almışdır. Ona görə də məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayon 866 saylı qəsəbə bina 11, mənzil 45-də yaşayır və rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2022-ci il Bərdə şəhəe Ü.Hacıbəyov küçəsində Samux marketin yaxınlığında dayanana zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Bərdə rayon Polis Şöbəsinin əməkdaşları olduqlarınıdeyərək üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün onu Bərdə rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Şöbədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişdirlər və baxış zamanı əynində olan göy rəngli cins şlvarın sağ yan cibindən 1 ədəd Vest markalı siqaret qutusunun içərisindəgümüşü rəngli kağız bükümdə və 2 ədəd siqaretdə narkotik vasitə olan marixuana aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə narkotik vasitələrə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr ayrı-ayrılıqda çəkilmişdir. Həmin narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. O həmin narkotik vasitəni 31 avqust 2022-ci il tarixdə tanıdığı “Məşdi” ləqəbli Arzuman adlı şəxsdən 25 manata almışdır. Həmin narkotik vasitəni 31 avqust 2022-ci il tarixdə tanıdığı “Məşdi” ləqəbli Arzuman adlı şəxsin yaşadığı evə gedərək ondan 25 manata almış, Arzumandan əvvəllər narkotik vasitə almamış, həmin narkotik vasitəni heç kimə verməmiş və satmamış, istifadə etmək məqsədilə saxlamış, bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yaşayır. O, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir, polis leytenantı rütbəsindədir. 31 avqust 2022-ci il tarixdə Şahid1 üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün onun və Bərdə RPŞ-nin İTB-in polis nəfəri, polis baş serjantı Şahid3 iştirakı ilə tərəflərindən Şahid1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 12:45 radələrində adı çəkilən şəxsin Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Samux marketin yaxınlığında olması müəyyən edilmiş və onlar həmin əraziyə getmişdirlər. Həmin ərazidə Şahid1 yaxınlaşaraq qanunsuz olaraq narkoptik vasitə əldə edərək üzərində saxlamasında və gəzdirməsində şübhəli olduğunu bildirərək Bərdə rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Şahid1 etiraz etməyərək Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Bərdə rayon X24 Qarayevə hüquq və vəzifələri izah edildikdən, sonra hüquqlarının müdafiə etməsi üçün müdafiəçi Xanım İsayeva dəvət edilmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Şahid1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa konvesiyasına uyğun olaraq öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, onu əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə verən şahidlər üçün eyni olan şərtlərlə onun əleyhinə şahidlər çağırmaq və dindirməyə nail olmaq kimi hüquqları izah edildi, Şahid1 hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Şahid1 daxil olmuş məlumatla əlaqədar üzənndə qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şahid1 masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd Vest markalı siqaret qutusunu masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi təklif edilmişdir. Şübhəli şəxs deyilənlərə əməl etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi siqaret qutusuna baxış keçirilməsinə başlanmışdır. Şübhəli şəxs həmin siqaret qutusnun içərisində olan gümüşü rəngli kağız bükümü və 2 ədəd sıqareti göstərərək “nəşə" olduğunu bildirmişdir. Həmin gümüşu rəngli kağız bükümə və 2 ədəd siqaretə baxış zamanı içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid1 həmin narkotik vasitəni 31 avqust 2022-ci il tarixdə tanıdığı “Məşdi” ləqəbli Arzuman adlı şəxsin yaşadığı evə gedərək sonuncudan 25 manata aldığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdə və 2 ədəd sıqaretdə olan narkotik vasitəyə bənzər kütlələri prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş ve gümüşü rəngli kağız bükümdə olan marixuanaya bənzər kütlənin çəkisi 1,63 qram və 2 ədəd siqaretdə olan marixuanaya bənzər kütlənin çəkisi 2,03 qram müəyyən edilmişdir. Həmin narkotik vasitələrə bənzər kütlələrin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Şahid1 iştirakçılarla birlikdə həmin qablaşdırmanın üərinə imza etmişdirlər. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid4 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyir, polis mayoru rütbəsindədir. 31 avqust 2022-ci il Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün onun və Bərdə RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı Şahid5 iştirakı ilə tərəflərindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 15 radələrində adı çəkilən şəxsin Bərdə şəhəri, Koroğlu küçəsində olması müəyyən edilmiş və həmin əraziyə getmişdirlər. Həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq narkoptik vasitə əldə edərək üzərində saxlamasında, gəzdirməsində və satmasında şübhəli olduğunu bildirərək Bərdə rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyərək Bərdə rayon Polis Şöbəsinə gəlmişdirlər. Bərdə Bərdə rayon X19 Niftalyevə hüquq və vəzifələri izah edildikdən, sonra hüquqlarının müdafiə etməsi üçün Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa konvesiyasına uyğun olaraq öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, onu əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə verən şahidlər üçün eyni olan şərtlərlə onun əleyhinə şahidlər çağırmaq və dindirməyə nail olmaq kimi hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə varsa könüllü olaraq təqdim etsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunu masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ağdam rayonu Dördyol qəsəbəsində yaşayan Şaxmalı adlı şəxsdən hər birini 15 manat qarşılığnda aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütlələri prosses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və 3 ədəd kibrit qutusunda olan marixuanaya bənzər kütlənin çəkisi 15,23 qram müəyyən edilmişdir. Həmin narkotik vasitələrə bənzər kütlələrin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilmişdirlər. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 şahid qismində dindirilmiş Şahid4 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid7 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O, Bərdə rayon polis şöbəsinin X4 baş əməliyyat müvəkkili işləyir, polis kapitanı rütbəsindədir. 31 avqust 2022-ci il saat 19 radələrində X8 yaşadığı ünvan 6 ünvanda, üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün onun, Bərdə rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid8 iştirakı ilə tərəflərindən Şaxmalı Cəfərovun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 31 avqust 2022-ci il tarixdə saat 19 radələrində adı çəkilən şəxsin Ağdam rayonu, Dördyol qəsəbəsində olması müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin, TB-in təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov, Bərdə Bərdə rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid8 və Bərdə rayon Polis Şöbəsinin EKQ-nun baş inspektoru polis baş leytenantı Şahid6 ilə birlikdə həmin əraziyə getmişdirlər. ünvan 6 ünvanında yerləşən Şaxmalı Cəfərovun yaşadığı evə yaxınlaşmışdırlar. Bundan sonra X10 yaşadığı evdə narkotik maddə saxlamasında şühəli olması barədə əməliyyat məlumatının daxil olduğunu və yaşadığı evə baxış keçiriləcəyi bildirmişdirlər. Şaxmalı Cəfərov yaşadığı evdə narkotik vasitə olduğunu təsdiq edərək, təqdim edəcəyini və heç bir etirazınnı olmadığını bildirmişdir. Bundan sonra X8 yaşadığı Ağdam rayonu, Dördyol qəsəbəsi 1289 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı X14 yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə sintetik kisədə olan ilk baxışda narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və sintetik kisə ilə birlikdə çəkisi 5,500 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Şaxmalı Cəfərov həmin narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində əkib-becərərək əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitələrə bənzər kütlələrin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və Şaxmalı Cəfərov iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdirlər. Bundan sonra X25 RPŞ-nə dəvət edilmiş və heç bir etiraz etməyərək Bərdə Bərdə rayon Polis Şöbəsinin gəlmişdir. Bərdə rayon X20 Cəfərova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına X18 müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra yenidən şübhəli şəxs Şaxmalı Cəfərova hüquq və vəzifələri izah edilmiş və X14 hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra X10 daxil olmuş məlumat ilə əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. X14 üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmetin üzərində olmadığı bildimiş, ardınca, X8 üzərində şəxsi axtarış aparılır və sonuncunun üzərindən qanunala qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid8 və Şahid6 şahid qismində dindirilmiş Şahid7 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş X14 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Qiyaslı kəndinndə qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayır. O bir neçə ildir narkotik vasitələrdən istifadə edir. Rəsmi olaraq heç yerdə işləmir. 31 avqust 2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən yaşadığı evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları həmin evin qarşısına gələrək onu saxlamışdırlar. İlkin olaraq mənə Bərdə rayon polis şöbəsinin əməkdaşları olmalarını bildirərək tanışım Arzuman Niftaliyevi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması səbəbindən saxladıqlarını və üzərindən aşkar edilmiş narkotik vasitəni ondan aldığını sorğu etmişdirlər. Sorğu zamanı Arzuman Niftaliyevə narkotik vasitə satdığını etiraf etdikdən sonra polis əməkdaşları tərəfindən yaşadığı evində əlavə narkotik vasitənin olub-olmamasını ondan sorğu etmişdirlər. O yaşadığı evin həyətində yerləşən əl damında narkotik vasitə olmasını etiraf etmişdir. Bundan sonra yaşadığı evə baxışın keçrilməsinə etirazının olmaması barədə ərizəsi qəbul edilmiş və onun könüllü razılığı əsasında baxış keçirəcəklərini bildirmişdirlər. Bundan sonra o proses iştirakçılarına yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə saxladığı bir ədəd ağ rəngli kisədə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitələrə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə çəkilmiş və həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Baxış zamanı sorğu əsasında o həmin narkotik vasitəni özü əkərək becərdiyini bildirmişdir. Həmin əkdiyi narkotik vasitəni həmin yerdə qurudaraq saxlamışdır. Maddi vəziyyəti aşağı olduğundan sataraq pul əldə etmək məqsədi olduğunu baxış zamanı bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən narkotik vasitə saxladığı tikiliyə baxış keçrilmiş, lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Bərdə rayon polis şöbəsinə onu aparmışdırlar və şöbədə müdafiəçiyə ehtiyacı olduğunu bildirmiş və X15 hüquqlarını müdafiə etmək üçün müdafiəçi kimi dəvət etmişdirlər. Müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin bildirmişdir ki, həmin narkotik vasitə ağaclarını öz həyətində əkmiş, həmin narkotik vasitələrdə, əkdiyi çətənə tərkib kannabis bitkilərindən toplamış, həmin bitkinin toxumunu yaşadığı evin qarşısında olan küçədən tapmış, istifadəsində Azercell telekoma məxsus ***-***-**-** saylı mobil nömrə olmuş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya fiziki güç tətbiq olunmamış,o, həmin narkotik vasitələrdən xx.xx.2022-ci il tarixdə həmkəndlisi Arzuman Niftaliyevə satmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun əridir, 15 ildən çoxdur evlidirlər. Təqsirləndirilən şəxs narktik vasitə istifadə etməsindən və ya dövriyyəsi ilə məşğul olmasından məlumatı yoxdur. Belə ki, Təqsirləndirilən şəxs gördüyü işlər barəsində ona heç bir məlumat vermədiyindən əri Təqsirləndirilən şəxs nə ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Cinayət işi materiallarından görünür ki, Şahid1 ilə X3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. Cinayət işi materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 16/1044 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 3 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr.” sözləri və imzalar olan zərfiaçdıqda içərisində, 3 (üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,74 qram, 1,70 qram, 1,89 qram ümumi təmiz çəkisi 5,33qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd zərflərdə və 1 (bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 1766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 31 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunu çıxardaraq həmin qutunun içərisində olan kütlələrlə birlikdə çıxarıb təqdim etmiş və həmin qutular müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 19 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, Bərdə şəhəri Koroğlu küçəsi nömrəsiz evdə yaşamış və həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı Şaxmalı adlı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmin şəxs saxlanılaraq istintaqa təhvil verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nаrkоtik vаsitələrin satışı ilə məşğul olmuşdur. Lakin Şahid1 başqa Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı Azərcel mobil operatora məxsus nömrə olmuşdur. İstintaqın obyektiv aparılmasının təmin edilməsi və cinayətin digər iştirakçılarının ifşa edilməsi məqsədi ilə istintaqın obyektiv aparılmasının təmin edilməsi və cinayətin digər iştirakçılarının ifşa edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə 31 may 2022-ci il tarixdə saat 00:00-dan 31 avqust 2022-ci il, saat 12:00-a qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi haqqında qərar verilməsi və icrasının Azercell MMC-yə tapşırılması üçün təqdimatla Bərdə Rayon Məhkəməsinə müraciət edilmiş, Bərdə Rayon Məhkəməsinin həmin təqdimatla bağlı 18 oktyabr 2022-ci il tarixli qərarı icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən daxil CD diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı həmin CD diskdə səkkiz ədəd faylın olması müəyyən edilmiş, həmin fayllar player proqramı vasitəsi ilə açıldı və içərisində müvafiq olaraq zənglər və SMS mətnlərinin, həmçinin nömrələrin məxsusluğunun olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 14 sentyabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, X1 dəfə Tərtər Qarnizon Hərbi Tribunalının 25 iyul 1996-cı il tarixli hökmü ilə 243, 143 mad, 4 his, 185 mad. 2 his. 28 ilə təqsirli bilinib, 11 il müddətinə əmlakı müsadirə olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28 mart 2003-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin 06 may 2003-cü il tarixli Amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad edilib. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,33 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,27 qram qurudulmuş marixuana, Şahid1 üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,34 qram və 0,52 qram qurudulmuş marixuana, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,32 qram və 0,48 qram qurudulmuş marixuana Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, X11 yaşadığı evə, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə 31 may 2022-ci il tarixdə saat 00:00-dan 31 avqust 2022ci il, saat 12:00-a qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatları özündə əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk 19 noyabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə 29 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda həmkəndlisi X6 45 manat pul müqabilində Ağdam rayonu, Qiyaslı kəndində sonuncuya məxsus yaşayış evində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin vəpsixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,74 qram, 1,70 qram, 1,89 qram və 1,86 qram olmaqla ümumi təmiz çəkisi 7,19 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq alıb əldə etməklə üzərində saxlamış, 31 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda tanışı Şahid1 25 manat pul müqabilində özünə məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən nömrəsiz evdə 1,34 qram, 0,23 qram və 0,29 qram olmaqla ümumi təmiz çəkisi 1.86 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunanı qanunsuz olaraq satmış, 31 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunun içərisində 1,74 qram, 1,70 və 1,89 qram olmaqla ümumi təmiz çəkisi 5,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə 29 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda həmkəndlisi X6 45 manat pul müqabilində Ağdam rayonu, Qiyaslı kəndində sonuncuya məxsus yaşayış evində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin vəpsixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,74 qram, 1,70 qram, 1,89 qram və 1,86 qram olmaqla ümumi təmiz çəkisi 7,19 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq alıb əldə etməklə üzərində saxlamış, 31 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda tanışı Şahid1 25 manat pul müqabilində özünə məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən nömrəsiz evdə 1,34 qram, 0,23 qram və 0,29 qram olmaqla ümumi təmiz çəkisi 1.86 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunanı qanunsuz olaraq satmış, 31 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunun içərisində 1,74 qram, 1,70 və 1,89 qram olmaqla ümumi təmiz çəkisi 5,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və X16 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X23rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını üsmumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,33 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,27 qram qurudulmuş marixuana, Şahid1 üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,34 qram və 0,52 qram qurudulmuş marixuana, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,32 qram və 0,48 qram qurudulmuş marixuana Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, X11 yaşadığı evə, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə 31 may 2022-ci il tarixdə saat 00:00-dan 31 avqust 2022-ci il, saat 12:00-a qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatları özündə əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə mаddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,33 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,27 qram qurudulmuş marixuana, Şahid1 üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,34 qram və 0,52 qram qurudulmuş marixuana, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ayrıayrılıqda ümumi təmiz çəkisi 1,32 qram və 0,48 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, X11 yaşadığı evə, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə 31 may 2022-ci il tarixdə saat 00:00dan 31 avqust 2022-ci il, saat 12:00-a qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatları özündə əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD diski cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,33 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,27 qram qurudulmuş marixuana, Şahid1 üzərindən aşkar edilərək götürülmüş üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,34 qram və 0,52 qram qurudulmuş marixuana, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ayrı-ayrılıqda ümumi təmiz çəkisi 1,32 qram və 0,48 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, X11 yaşadığı evə, həmçinin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinə 31 may 2022-ci il tarixdə saat 00:00dan 31 avqust 2022-ci il, saat 12:00-a qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, zənglər zamanı həmin nömrələrin hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatları özündə əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar