Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-24/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin müdafiəçisi X4, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Bala Qəcər kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 16 may 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qaradəmirçi kəndində yeləşən torpaq sahəsində günəmuzd fəhlə kimi işləyərkən onunla birlikdə günəmuzd fəhlə işləyən Bərdə rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə mənsub olan 4169 7387 6607 1611 plastik birkartı gizli yolla ələ keçirib 17 may 2023-cü il tarixdə saat 20:35 radələrində ünvan 1 ünvanında yerləşən “X16” MMC-nin qarşı hissəsində quraşdırılmış "xxxx" ASC-yə mənsub bankomata yaxınlaşıb Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə mənsub olan 4169 7387 6607 1611 nömrəli plastik birkartı kartı bankomatın kart yuvasına daxil edib bankomatın əməliyyat aparması üçün müvafiq 4 rəqəmli kodunu yığıb pulun çıxarılmasını təsdiqlədikdən sonra elektron daşıyıcısı hesab edilən birkartdan istifadə etməklə pul vəsaitinin çıxdığı yuvadan Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat puldan ibarət əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Bala Qəcər kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Belə ki, əkin sahələrində fəhləlik edir. Bərdə rayonu, Qullar kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Nəzakət də əkin sahələrində fəhləlik edir. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 16 may 2023-cü il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində yerləşən əkin sahəsinə soğan yığmağa getmişdir. Həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs da orada olmuşdur. Belə ki, onunla birlikdə Nəzakət də soğan yığmışdır. Onlar birlikdə əkin sahəsində özləri ilə apardıqları çayı içdikdən sonra Nəzakət işinə davam etmişdir. Nəzakət ondan kənarlaşandan sonra Nəzakətin oturduğu yerdə bir ədəd “Kapital Banka” məxsus “Birkart”ın olduğunu görmüşdür. O, kartı yerdən götürdükdən sonra kartın üzərində 4 rəqəmli 1969 nömrəli kodun qələmlə yazıldığını görmüş və kartı cibinə qoymuşdur. Həmin vaxt yanında heç kim olmamış və bu barədə heç kimə deməmişdir. Belə ki, həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından qeyd olunan kartdan pul çıxarmaq qərarına gəlib 17 may 2023-cü il tarixdə o, tanıdığı və həmkəndlisi taksi sürücüsü Elgizə zəng edərək yaşadığı evə gəlməsini və birlikdə Bərdə şəhərinə getməyini demişdir. Həmin vaxt Elgiz onunla razılaşdıqdan bir qədər sonra Elgiz idarə etdiyi avtomobil ilə onun yaşadığı evin qarşısına gəldikdən sonra o, oğlu Şahid3 ilə birlikdə yaşadığı evdən çıxıb avtomobilə əyləşmiş və birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən “Brand Credıt” kredit təşkilatının qarşısına quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısına getmişlər. Həmin vaxt o, oğlu Şahid3 ilə birlikdə avtomobildən düşüb bankomatın qarşısına getmişlər. O, kartı bankomata daxil etsə də lakin kartdan pul çıxara bilməmişdir. Həmin vaxt yanlarına taksi sürücü Elgiz də gəlmişdir. O, Elgizə kartdan pul çıxara bilmədiyi üçün kartı Elgizə verib kartdan pul çıxarılmasında köməklik göstərməsini xahiş etmişdir. Elgiz də kartı ondan alıb kartı bankomatın kart yuvasına daxil etdikdən sonra onun Elgizə dediyi qeyd olunan 4 rəqəmli kodu yığdıqdan sonra kartın balansında 800 manat pulun olduğunu görmüşdür. O, Elgizə 800 manat pulu çıxarmasını bildirdiyi üçün Elgiz 800 manat pulu çıxarıb ona vermişdir. Lakin Elgiz kartın oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Elgiz həmin kartın ona məxsus olduğunu bilmişdir. Bundan sonra Elgiz də özünə məxsus kartdan pul çıxardıqdan sonra onu və oğlu Şirazini aparıb yaşadığı evdə düşürüb çıxıb getmişdir. O, həmin 800 manat pulla yaşadığı evə ərzaq məhsulları və digər əşyalar almışdır. Həmçinin, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildidi ki, o, törətdiyi cinayət əməlindən başqa digər cinayət əməli törətməmiş, o, həmin plastik kartı qeyd etdiyi yerdən oğurladıqdan sonra heç kimə bu barədə bildirməmiş, lakin maddi vəziyyəti yaxşı olmadığından həmin kartdan 800 manat pulu çıxarıb yaşadığı evə ərzaq məhsulları və digər əşyalar almış, Elgiz adlı taksi sürücüsünün və oğlu Şahid3 əvəlcədən həmin kartın oğurluq olması barədə məlumatı olmamış, Elgiz həmin kartın ona məxsus olduğunu bilmişdir. Belə ki, o, Elgizə həmin kartın Nəzakətə məxsus olması barədə məlumat verməmişdir. Etmiş olduğu cinayət əməlinə görə əməlindən peşmandır. O, oğurluq etdikdən sonra işləmək üçün Qubadlı rayonu getmiş, iş yerindən Bərdə rayonuna gəlmək üçün icazə verməmişlər. O, özünə iş yeri tapdığı üçün icazəsiz gələ bilməmişdir. Bərdə RPŞ-nin polis əməkdaşları onun mobil telefonuna zəng edib onu polis şöbəsinə dəvət etsələr də o, iş yerindən icazə ala bilmədiyi üçün polis şöbəsinə gələ bilməmişdir. 29 sentyabr 2023-cü il tarixdə iş yerindən icazə alıb yaşadığı evə gəlmiş, 30 sentyabr 2023cü il tarixdə isə o, barəsində aparılan cinayət işi ilə maraqlanmaq üçün Bərdə rayon polis şöbəsinə könüllü olaraq gəlmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 800 manat ziyanın ödənilməsini nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, 03 iyun 2023-cü il tarixli 01 (bir) ədəd «DVD» diskə baxış və götürmə haqqında protokolu, 05 iyun 2023-cü il tarixli zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə mənsub 4169 7387 6607 1611 nömrəli plastik karta baxış və götürmə haqqında protokolu, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu, fotoşəkillər, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, qardaşı qızı X5 ilə birlikdə Bərdə rayonu, Qullar kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fərdi qaydada əkin sahələrinə işləməyə gedir. Belə ki, soğan yığımına gedir. Gündəlik olaraq qazandığı 20-30 manat pulu özünə məxsus "xxxx"a aid «Birkart» plastik pul kartına yükləmişdir. Karta pulu yüklə bilmədiyi üçün kartını yaşadığı Bərdə rayonu, Qullar kəndində yaşayan qardaşı X6 vermiş, Elşən də pulu kartına yükləmişdir. O, həmin kartı təxminən 2 ildən çoxdur ki, istifadə etmiş, həmin kartdan pul çıxartmaq lazım olan vaxtları isə qardaşı X6 vermiş və qardaşı pul çıxarıb ona vermişdir. O, həmin kartı həmişə öz üzərində saxlamış və kartın üzərinə 4 rəqəmli kodu yəni 1969 nömrəli təvəllüdünü qələmlə yazmışdır. Kartını isə qardaşına etibar etdiyindən pul çıxarmaq lazım olan vaxtı Elşənə vermişdir. 19 may 2023-cü il tarixdə kartında olan 800 manat puldan pul çıxarmaq istəmişdir. Lakin kartını axtarsa da tapa bilməmişdir. Buna görə də qardaşı Eləşənə bu barədə məlumat vermişdir. Lakin onlar birlikdə kartı tapa bilmədikləri üçün xx.xx.2023-cü il tarixdə qardaşı Elşənlə birlikdə "xxxx"ın Bərdə filialına gedib yeni “Birkart” plastik kartı sifariş vermiş və kartının balansında olan 800 manat pulu yeni karta köçürülməsini xahiş etmişdir. Lakin bankdan ona kartın balansında olan 800 manat pulun olmaması barədə məlumat verilmişdir. O, kartdan çıxarış çıxarılmasını xahiş etsə də həmin gün çıxarış ala bilməmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə yenidən qardaşı Elşənlə birlikdə qeyd olunan banka getmişdir. Orada olan zaman həmin kart üzrə çıxarış əldə etdikdən sonra çıxarışda xx.xx.2023-cü il tarixdə 800 manat pulun, 2022-ci ilin iyul ayının 1-də isə həmin kartdan 335 manat pul çıxarılmasının qeyd olunduğunu görmüşdür. Həmin vaxt onun 2022-ci ilin iyul ayının 1-də həmin kartdan 335 manat pul çıxarılması barədə məlumatı olsa da lakin, xx.xx.2023-cü il tarixdə 800 manat pulun kartdan kim tərəfindən çıxarılması ona məlum olmamışdır. Belə ki, 2022-ci ilin iyul ayının 1-də o, 335 manat pulu kartından çıxarmaq üçün qardaşı Elşənə kartını vermiş, qardaşı Elşən də həmin 335 manat pulu çıxarıb ona vermişdir. O, sonuncu dəfə 16 may 2023-cü il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində yerləşən əkin sahəsinə işləməyə getmiş, həmin vaxt tanıdığı Bərdə rayonu, Bala Qəcər kəndində yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə əkin sahəsində çay içdikdən sonra ona məxsus olan «Birkart»ı oturmuş olduğu yerə düşmüş, o, isə ayağa durub işinə davam etdikdən sonra Aytəkin kartı götürüb 17 may 2023-cü il tarixdə Bərdə şəhəri ərazisində yerləşən bankomatdan kartın balansında olan ona məxsus 800 manat pulu çıxarmış, kartı isə Aytəkin özündə saxlasa da lakin sonradan istintaqa təhvil vermişdir. Hazırda ona dəymiş ziyan ödənilsə də o, Təqsirləndirilən şəxs ilə barışmamışdır. Onun cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qullar kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Yaşadığı kənddə yaşayan Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Zərərçəkmiş şəxs rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi qaydada əkin sahələrinə işləməyə gedir. Belə ki, soğan yığımına gedir. Gündəlik olaraq qazandığı 20-30 manat pulu özünə məxsus "xxxx" aid «Birkart» plastik pul kartına yükləyir. Nəzakət karta pul yükləyə bilmədiyi üçün kartını ona vermiş, o, da pulu karta yükləmişdir. Nəzakət həmin kartı təxminən 2 ildən çoxdur ki, istifadə edir, həmin kartdan pul çıxartmaq lazım olan vaxtları isə ona verdiyindən o, pul çıxarıb kartı yenidən Nəzakətə vermişdir. Nəzakət kartın üzərinə 4 rəqəmli kodu yəni, 1969 nömrəli təvəllüdünü yazmışdır. Nəzakət həmin kartı həmişə öz üzərində saxlamışdır. Belə ki, Nazakət ondan başqa kartını heç kimə etibar etməmiş və pul çıxarmaq lazım olan vaxtı ona vermişdir. 19 may 2023-cü il tarixdə Nəzakət kartında olan 800 manat puldan pul çıxarmaq istədiyini lakin kartını tapa bilmədiyi barədə ona məlumat vermişdir. Onlar birlikdə kartı tapa bilmədikləri üçün xx.xx.2023-cü il tarixdə birlikdə "xxxx"ın Bərdə filialına gedib Nəzakət yeni “Birkart” plastik kartı sifariş vermişdir. Həmin vaxt Nəzakət kartında olan 800 manat pulu yeni karta köçürülməsini bildirsə də lakin, bankdan kartın balansında olan 800 manat pulun olmaması barədə məlumat verilmişdir. Həmin vaxt onlar kartdan çıxarış çıxarılmasını xahiş etsələr də lakin həmin gün çıxarış ala bilməmişlər. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə yenidən birlikdə qeyd olunan banka getmişlər. Orada olan zaman həmin kart üzrə çıxarış əldə etdikdən sonra çıxarışda xx.xx.2023-cü il tarixdə 800 manat pulun, 2022-ci ilin iyul ayının 1-də isə həmin kartdan 335 manat pul çıxarılmasının qeyd olunduğunu görmüşlər. 2022-ci ilin iyul ayının 1-də həmin kartdan 335 manat pul çıxarılması barədə məlumatları olsa da lakin, xx.xx.2023-cü il tarixdə 800 manat pulun kartdan kim tərəfindən çıxarılması onlara məlum olmamışdır. Belə ki, 2022-ci ilin iyul ayının 1-də Nəzakət həmin kartından 335 manat pulu çıxarması üçün ona vermiş, o, da 335 manat pulu çıxarıb Nəzakətə vermişdir. Bundan sonra Nəzakət kartından 800 manat pulun çıxarılması barədə 23 may 2023-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan onlara məlum olmuş ki, bacısı Nəzakət Bərdə rayonu, Qaradəmirçi kənd ərazisində əkin sahəsində işləyən zaman tanıdığı Bərdə rayonu, Bala Qəcər kəndində yaşayan Təqsirləndirilən şəxs ilə birlikdə əkin sahəsində çay içərkən Nəzakətə məxsus olan «Birkart»ı oturmuş olduğu yerə düşmüş, Aytəkin isə Nəzakətə məxsus həmin kartı götürüb 17 may 2023-cü il tarixdə Bərdə şəhəri ərazisində yerləşən bankomatdan qeyd olunan kartın balansında olan Nəzakətə məxsus 800 manat pulu çıxarmış, kartı isə özündə saxlamışdır. Nəzakət polis şöbəsinə şikayət etdikdən sonra Aytəkin bacısı Nəzakətə məxsus olan «Birkart»ı istintaqa təhvil vermişdir. O həmçinin bildirdi ki, zərərçəkmiş şəxs olan bacısı Zərərçəkmiş şəxs məxsus 800 manat pulu təqsirləndirilən şəxs ona təhvil vermişdir. Belə ki, bacısı əsassız yerə hirslənir və pulu cıracağını bildirdiyindən pulu o almaq qərarına gəlmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Bala Qəcər kəndində yaşayır. O, özünə məxsus «VAZ-21013» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləməsə də əkin sahələrində soğan yığımına gedərək fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs isə tanımasa da onun qardaşı X7 tanıyır. Həmin şəxslərlə aralarında ədavətləri və ya düşmənçili olmamışdır. İstintaq zamanı ona məlum olmuş ki, Təqsirləndirilən şəxs Nəzakət Kalbalıyevə məxsus "xxxx"a məxsus olan «Birkartı»ı 16 may 2023-cü il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində Zərərçəkmiş şəxs ilə birlikdə əkin sahəsində soğan yığarkən həmin kartı oğurlamışdır. Belə ki, Nəzakətin kartı yerə düşmüş, Aytəkin isə kartı yerdən götürmüşdür. Belə ki, 17 may 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı evə gəlməyini və birlikdə Bərdə şəhərinə getməyini bildirdiyindən o, yaşadığı evdən həmin idarə etdiyi həmin avtomobil ilə çıxıb Aytəkinin yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt Aytəkin oğlu Şahid3 ilə birlikdə avtobilə əyləşdikdən sonra Bərdə şəhəri istiqamətində hərəkətdə olmuşdur. Yolda olarkən Aytəkin plastik kartından pul çıxaracağını demişdir. Bundan sonra birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Brand Credıt” kredit təşkilatının qarşısına quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısına getmişlər. Həmin vaxt Aytəkin oğlu Şirazi ilə birlikdə avtomobildən düşüb həmin bankomatın qarşısına getmişdir. O, da anası X2 məxsus "xxxx" aid olan plastik kartdan təqaüd pulunu çıxarmaq üçün avtomobildən düşüb bankomatın qarşısına getmişdir. Həmin vaxt Aytəkin bankomatdan pul çıxara bilmədiyini və pulun çıxarılması üçün köməklik göstərməyini xahiş etmişdir. O, da kartı bankomatın kart yuvasına daxil edib Aytəkinin ona dediyi xatırlamadığı 4 rəqəmli kodu daxil etdikdən sonra kartın balansında 800 manat pulun olduğunu görmüşdür. Həmin vaxt Aytəkin 800 manat pulu çıxarmağını bildirdiyi üçün o, həmin pulu çıxarıb kartla birlikdə Aytəkinə vermişdir. Bundan sonra o, anasına məxsus təqaüd pulu çıxardıqdan sonra birlikdə yaşadıqları kəndə geri qayıdıb Aytəkini və oğlu Şirazini yaşadıqları evə aparıb düşürmüş, oradan isə yaşadığı evə getmişdir. O, Aytəkinin kartından pul çıxararkən həmin kartın oğurluq olması barədə əvvəlcədən məlumatı olmamışdır. Belə ki, Aytəkin bu barədə ona bir söz deməmişdir. O, həmin kartın Aytəkinə məxsus olduğunu bilmişdir. Buna görə də kartdan pulu çıxarıb Aytəkinə vermişdir. O, əvvəlcədən həmin kartın oğurluq olmasını bilsəymiş pulu kartdan çıxarıb Aytəkinə verməzdir. Məhkəm iclasında ifadəsi elan olunmuş iş üzrə qanuni nümayəndəsi ata X1 iştirakı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Bala Qəcər kəndində yaşayır. Zərərçəkmiş şəxs qonşu kəndli kimi tanımış, aralarında hər hansı bir narazlıq, ədavət və düşmənçilik olmamışdır. 17 may 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən anası Aytəkin ona kartdan pul çıxartmaq üçün Bərdə şəhərinə getməli olduğunu demişdir. Buna görə anası həmkəndililəri Elgiz adlı taksı sürücüsünə zəng edərək yaşadıqları evə dəvət etmişdir. Bir qədər sonra Elgiz idarə etdiyi VAZ-2110 markalı, dövlət nömrə nişanını xatırlamadığı minik avtomobili onların yaşadığı evə gəldikdən sonra birlikdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinə yəni, “Sarayın dairəsi” adlanan yerə getmişlər. Ü.Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli binanın qarşısında Elgiz avtomobili saxladıqdan sonra anası Aytəkin həmin binanın altında yerləşən bankomatdan pul çıxartmaq üçün avtomobildən düşmüşlər. Anası əlində olan kartdan pul çıxartmaq üçün bankomata yaxınlaşmış, lakin kartdan pul çıxarda bilməmişdir. Həmin vaxt Sürücü Elgiz də bankomatın qarşısına yaxınlaşdıqdan sonra kartı Elgizə verib kartdan pul çıxarmasını xahiş etmişdir. Elgiz də kartı anasından alıb bankomata daxil etmişdir. Həmin vaxt o, kənarda dayandığı üçün kartdan nə qədər pul çıxarılmasını görməmişdir. Bundan sonra onlar birlikdə Elgizin idarə etdiyi avtomobillə yaşadıqları evə getmişlər. Həmçinin, Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəlcədən anası Aytəkinin Zərərçəkmiş şəxs kartını oğurlanmasını bilməmişdir. Belə ki, sonradan ona məlum olmuş ki, anası Aytəkin Nəzakət ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yerləşən əkin sahəsində işləyərkən Nəzakətin kartı yerə düşmüş, Aytəkin isə həmin kartı oradan oğurlayaraq həmin kartın balansında olan Nəzakətə məxsus 800 manat pulu çıxarmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 24 iyun 2023-cü il tarixli cinayət işinin başlanması, və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 24 iyun 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin tarixdə icraata qəbul edilərək istintaq aparılmışdır. İş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 4-30-cu vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Qullar kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus "xxxx"a aid «Birkart» plastik kartını naməlum şəraitdə itirdiyini, xx.xx.2023-cü il tarixdə isə həmin kartın balansında olan 800 (səkkiz yüz) manat pulun xx.xx.2023-cü il tarixdə naməlum şəxs tərəfindən çıxarılaraq oğurlanmasını bildirməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 41-ci vərəqəsində olan zərərçəkmiş şəxs qismində tanıma haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan olan 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmışdır. Cinayət işinin 90-91-ci vərəqələrində olan olan şübhəli şəxsi tutuma haqqında 30 sentyabr 2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023cü il tarixdə saat 15:15-də tutulmuşdur. Cinayət işinin 114-115-ci vərəqələində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altina vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-ci vərəqəsində olan 07 oktyabr 2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat pul qardaşı X6 verilmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 149-150-ci vərəqələrində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 18 oktyabr 2023-cü il tarixli, 1923 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Qəcər kəndində yaşayır, müsbət xarakterizə olunur. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bərdə Rayon Mərkəzi Xəstəxanası ” X9 daxil olmuş 30 sentyabr 2023-cü il tarixli, nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət işinin 151-160-cİ vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 17 may 2023-cü il tarixli video görüntünü əks etdirən 01 (bir) ədəd «DVD» disk və "xxxx" ASC-yə mənsub 4169 7387 6607 1611 nömrəli plastik birkart cinayəti özündə əks etdirdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər dəfələrlə CM-nin eyni madəsi ilə cinayət törətməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 02 oktyabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün (30 sentyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixdək) müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat pulun qəbzlə qardaşı X6 verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixindən 02 oktyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat pulun qəbzlə qardaşı X6 verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-24/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-24/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver