Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-24/2025 03.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixində Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Bərdə rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 6,04 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 31 iyul 2024-cü il tarixdə saat 06:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilir. o, Bərdə şəhəri, Füzuli küçəsi, ev 97 ünvanında yerləşən evində olarkən polis əməkdaşları gəlmiş və onu şöbəyə aparmışdırlar. Evdə tək yaşayır. Polis əməkdaşları onu narkotik istifadəsinə görə saxladıqlarını bildirmişdirlər. Onun üzərinə baxış zamanı 1 kibrit qustusunun yarısından nəşə çıxmışdır. Həmin narkotik vasitəni tutulmamışdan bir gün əvvəl dəmir yol vağzalından tapmışdır. 2-ci qrup əlildir. Əməlindən peşmandır. Həbsdən azad olunmasını xahiş edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, ünvan 3 ünvanda yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 30 iyul 2024-cü il tarixində Bərdə rayonunda dəmiryolu vağzalının yaxınlığında hərəkətdə olarkən yerdə 1(bir) ədəd şübhəli kibrit qutusu görmüşdür. Həmin kibrit qutusu diqqətini çəkdiyi üçün yerdən götürərək onu açıb içərisinə baxdıqda narkotik vasitə hesab edilən marixuana oluğunu aşkar etmişdir. İçərisində narkotik vasitə hesab edilən marixuana olan həmin kibrit qutusunu cibinə qoymuşdur. 31 iyul 2024-cü il tarixdə saat 06:50 radələrində tapmış olduğu narkotik vasitə hesab edilən marixuana üzərində olarkən Bərdə şəhəri Füzuli küçəsində tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmiş və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişdirlər. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqları bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və müdafiəçi ilə ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitəni, əynimdə olan qara rəngli şalvarın sol yan cibindən çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin üzərində olan “İnoi” markalı mobil telefonu da masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 9,07 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə və “İnoi” markalı mobil telefon 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmişdir. Üzəri tərəflərindən imzalanmış və götürülmüş, ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütləni 30 iyul 2024-ci il tarixdə Bərdə şəhərində dəmiryolu vağzalının yaxınlığında yerdən tapmışdır. O, həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. O, narkotik vasitəni tanıdığından istifadə həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkilişi o aparmışdır. Təqsirləndirilən şəxs özü səmimi etiraf edərək üzərindəki qurudulmuş marixuananı üzərindən çıxarıb yerdən tapdığını etiraf etmişdir. Təhqiqatçı onun üzərindən çıxan narkotik vasitəni sənədləşdirib götürmüşdür. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞnin NMQ-nin əməliyyat müvvəkili vəzifəsində, polis leytenantı rütbəsindədir. 31 iyul 2024cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1974-cü il təvəllüdlü Bərdə şəhəri, ünvan 4 ünvanda yaşamış Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. 31 iyul 2023-cü il saat 06:50 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsində saxlanıldı və Bərdə RPŞ-nin inzibati binasına gətirildi. Şübhəli şəxs qisimində tutulmuş Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdi. Ardınca şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid1 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edildi ki, masaya doğru yaxınlaşaraq üzərində olan əşya və predmetləri masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “İNOİ" markalı mobil telefonu ardınca əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoydu. Şübhəli Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı Şahid3 tərəfindən onun üzərinə baxış keçirildi, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzrəindən aşkar edilərək masanın üzərinə qoyduğu kibrit qutusunun nə olduğu soruşuldu. Şübhəli Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində narkotik vasitə hesab edilən "nəşə" olduğunu bildirdi. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən həmin kibrit qutusunda olan kütləni harada əldə etməsi, hansı məqsədlə üzərində saxlaması, kiməsə satıb-satmaması, verib-verməməsi, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deyib-deməməsi soruşuldu. Şübhəli Təqsirləndirilən şəxs üzərindən çıxardıb masanın üzərinə qoyduğu kibrit qutusunda olan kütləni 30 iyul 2024-cü il tarixdə dəmiryolu vağzalının yaxınlığından tapdığını, heç kimə satmadığını, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deməməsini, xəstə olduğunu, istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 9,07 qram olduğu müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldü. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı təyziq göstərilmədiyini, zor tətbiq olunmadığını, həmin kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heçkimə satmadığını qeyd etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş "İNOİ" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürüldü və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Ardınca təhqiqatçı Pərvin Səfərli tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşuldu. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirdilər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdı, video çəkiliş dayandırıldı. Bundan əlavə verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq blildirdi ki, Təqsirləndirilən şəxs Füzuli küçəsində yaxınlaşmışlar. Onu polis şöbəsinə dəvət etmişlər. Onun üzərinə təhqiqatçı və vəkilin iştirakı ilə baxış keçirilmiş və 1 karopka marixuana aşkar edilərək götürülmüşdür. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin post-patrul xidmətinin polis nəfəri vəzifəsində işləyir, polis serjantı xüsusi rütbəsindədir. 31 iyul 2024-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1974-cü il təvəllüdlü Bərdə şəhəri, ünvan 4 ünvanda yaşamış Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil oldu. 31 iyul 2023-cü il saat 06:50 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsində saxlanıldı və Bərdə RPŞ-nin inzibati binasına gətirildi. Şübhəli şəxs qisimində tutulmuş Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdi. Ardınca şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nin Əməliyyat müvvəkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2, iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edildi ki, masaya doğru yaxınlaşaraq üzərində olan əşya və predmetləri masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd "İNOİ" markalı mobil telefonu ardınca əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoydu. Şübhəli Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra tərəfindən onun üzərinə baxış keçirildi, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzrəindən aşkar edilərək masanın üzərinə qoyduğu kibrit qutusunun nə olduğu soruşuldu. Şübhəli Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində narkotik vasitə hesab edilən "nəşə" olduğunu bildirdi. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən həmin kibrit qutusunda olan kütləni harada əldə etməsi, hansı məqsədlə üzərində saxlaması, kiməsə satıb-satmaması, verib-verməməsi, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deyib-deməməsi soruşuldu. Şübhəli Təqsirləndirilən şəxs üzərindən çıxardıb masanın üzərinə qoyduğu kibrit qutusunda olan kütləni 30 iyul 2024-cü il tarixdə dəmiryolu vağzalının yaxınlığından tapdığını, heç kimə satmadığını, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deməməsini, xəstə olduğunu, istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildi və çəkisinin 9,07 qram olduğu müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürüldü. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı təyziq göstərilmədiyini, zor tətbiq olunmadığını, həmin kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heçkimə satmadığını qeyd etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş "İNOİ" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürüldü və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edildi. Ardınca təhqiqatçı Pərvin Səfərli tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşuldu. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirdilər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdı, video çəkiliş dayandırıldı. Bundan əlavə verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs narkoik vasitənin daşınmasında şübhəli şəxs qismində saxlanılmışdır. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 31 iyul 2024cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, xx.xx.1974-cü il təvəllüdlü Bərdə şəhəri, ünvan 4 ünvanda yaşamış Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 31 iyul 2024-cü il saat 06:50 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qisimində tutulmuş Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Ardınca şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, masaya doğru yaxınlaşaraq üzərində olan əşya və predmetləri masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “İNOİ” markalı mobil telefonu ardınca əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Şübhəli Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı Şahid3 tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzrəindən aşkar edilərək masanın üzərinə qoyduğu kibrit qutusunun nə olduğu soruşulmuşdur. Şübhəli Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində narkotik vasitə hesab edilən “nəşə” olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən həmin kibrit qutusunda olan kütləni harada əldə etməsi, hansı məqsədlə üzərində saxlaması, kiməsə satıb-satmaması, verib-verməməsi, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deyib-deməməsi soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən çıxardıb masanın üzərinə qoyduğu kibrit qutusunda olan kütləni 30 iyul 2024-cü il tarixdə dəmiryolu vağzalının yaxınlığından tapdığını, heç kimə satmadığını, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deməməsini, xəstə olduğunu, istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,07 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı təyziq göstərilmədiyini, zor tətbiq olunmadığını, həmin kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heçkimə satmadığını qeyd etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İNOİ” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Ardınca təhqiqatçı Pərvin Səfərli tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuşdur. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatmış, video çəkiliş dayandırılmışdır. Polis əməkdaşı Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Cinayət işinin 1-ci vərəqəsində olan 31 iyul 2024-cü il tarixli cinayət işi başlanması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin 09-48-ci vərəqələrində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 31 iyul 2024-cü il tarixdə saat 06:50 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Bərdə şəhəri, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 33-36-cı vərəqələrində olan 31 iyul 2024-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 07:35 dəqiqədən saat 07:48 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin KTQnin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, masaya doğru yaxınlaşaraq üzərində olan əşya və predmetləri masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxs masaya doğru yaxınlaşıb əynində olan əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “İNOİ” markalı mobil telefonu, ardınca əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Şübhəli Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı Şahid3 tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 30 iyul 2024-cü il tarixdə Bərdə rayonu dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 9,07 qram müəyyən edilmişdir. Həmin narkotik vasitənin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərflə qablaşdırlıaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmannın üzərinə imza etmişlər. Bundan başqa 01 ədəd İNOİ markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 58-59-cu vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 25 mart 2025-ci il tarixli protokoldan görünür ki, 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə “MP4” formatlı 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin “VİD_20240731_081316.mp4” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 13 dəqiqə 10 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin video görüntüdən görünür ki, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, masaya doğru yaxınlaşaraq üzərində olan əşya və predmetləri masanın üzərinə qoyaraq könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “İNOİ” markalı mobil telefonu ardınca əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Şübhəli Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşı Şahid3 tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzrəindən aşkar edilərək masanın üzərinə qoyduğu kibrit qutusunun nə olduğu soruşulmuşdur. Şübhəli Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində narkotik vasitə hesab edilən “nəşə” olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Pərvin Səfərli tərəfindən həmin kibrit qutusunda olan kütləni harada əldə etməsi, hansı məqsədlə üzərində saxlaması, kiməsə satıb-satmaması, verib-verməməsi, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deyib-deməməsi soruşulmuşdur. Şübhəli Təqsirləndirilən şəxs üzərindən çıxardıb masanın üzərinə qoyduğu kibrit qutusunda olan kütləni 30 iyul 2024-cü il tarixdə dəmiryolu vağzalının yaxınlığından tapdığını, heç kimə satmadığını, həmin kütlənin onun üzərində olması ilə bağlı kiməsə deməməsini, xəstə olduğunu, istifadəçisi olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,07 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə həmin kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı təyziq göstərilmədiyini, zor tətbiq olunmadığını, həmin kibrit qutusunda olan kütlənin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heçkimə satmadığını qeyd etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İNOİ” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Ardınca təhqiqatçı Pərvin Səfərli tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuşdur. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatmış, video çəkiliş dayandırılmışdır. Cinayət işinin 15-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 31 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 31 iyul 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 86-89-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 4(021)-104\2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 31 iyul 2024-cü il tarixli 16/820 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “.....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən narkotikə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat) Qeyd: Marixuananın təmiz çəkisi-6,04 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq- 6,02 qramdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 586 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin ekspertlərinə həvalə edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserin 11 sentyabr 2024-cü il tarixli 1529 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində Oliqofreniya)» müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən və hal-hazırda «Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)» formasında kamağıllıqdan əziyyət çəkdiyi müəyyən edilir. Buna baxmayaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun psixi vəziyyətində ötən müddət ərzində dəyişiklik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir və o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab edildiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cəza təyin edilə bilər. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanı çəkməsinə imkan verir. Cinayət işinin 105-115-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)- 60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işinin 95-96-ci vərəqələrində olan Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 3142 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri, Füzuli küçəsi, ev 97 ünvanında daimi qeydiyyatdadır. Yaşayış yeri üzrə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla münasibəti yaxşı olmuşdur. Onun barəsində bugünə kimi Bərdə ŞİN-nə heç bir şikayət daxil olmamışdır. Spirtli içkilər içir, narkotikaya meyillidir. Cinayət işinin 93-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-1501/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində “çətənə” qəbulu diaqnozu ilə Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmış, xx.xx.1991-ci il tarixində “yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə” diaqnozu ilə Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyata alınmışdır. Cinayət işinin 130-139-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda ümumilikdə təmiz çəkisi 6,04 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6,02 qram qalmış narkotik vasitə qurulmuş marixuana və İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut hesab olunan 6,02 qram qalmış narkotik vasitə qurulmuş marixuana Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xüsusilə təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Belə ki, cinayət işinə əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu (Bərdə Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmü) üzrə 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş 02 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, lakin Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu (Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü) üzrə 02 il 02 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırki cinayət işi üzrə cinayət əməlini isə 31 iyul 2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü və xx.xx.2017-ci il tarixli hökmü ilə müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə, 234.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.3-cü madəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur Cinayət Məcəlləsinin 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli və xx.xx.2017-ci il tarixli hökmləri ilə məhkumluğu ödənilsə də, cəzadan azad ediliyi gündən, 6 il müddət keçmədən yenidən cinayət törətdiyinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, cəzadan azad edildiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən 6 il müddət keçmədən yenidən qəsdən cinayət törətdiyinə görə qeyd olunan hökm üzrə CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə məhkumuluğun ödənilmə müddətinin axımı Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə hökmlərin məcmusu üzrə təyin edilmiş cəzadən azad edildiyi, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, hazırki cinayət işi üzrə cinayət əməlini isə 31 iyul 2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü üzrə cəzadan azad ediliyi gündən 2 il müddət keçmədən yenidən cinayət törətiyinə görə həmin hökmlər üzrə də məhkumluğu ödənilməmişdir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə qəsdən az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həmin hökmlər üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, cəzadan azad edildiyi gündən 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətdiyinə görə qeyd olunan hökmlər üzrə CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 1 dəfə qəsdən ağır (Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli tarixli hökmü) və 2 dəfə qəsdən az ağır (Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü) cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra, məhkumluqları ödənilmədən yenidən hazırki hökm üzrə qəsdən az ağır cinayət törətdiyinə görə onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli Qərarına görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərara görə Cinayət Məcəlləsinin 83-cü maddəsində "məhkumluğun ödənilməsinin axımı müddətinin kəsilməsi" kimi müddəa yoxdur. Bu o deməkdir ki, birinci cinayətə görə məhkum edilən və cəzasını çəkib qurtaran şəxs məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilən müddətdə yeni cinayət törətdikdə məhkumluğun ödənilməsi müddətinin axımı kəsilmir. Yəni hər bir məhkumluq üçün onun ödənilmə müddəti müstəqil hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər fədələrlə məhkum olunmasna baxmayaraq islah olunmamasını, əməlində xüsusilə təhlükəli residivin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bərdə Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 1(021)-163/2024 nömrəli, 07 oktyabr 2024cü il tarixli qərarı ilə məhkəmə istintaqı dövründə barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, cəzasının əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli xüsusilə təhlükəli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün dörddə üçündən az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd kibrit qutusunda 6,02 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Nəticə: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxsn ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd kibrit qutusunda 6,02 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-24/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-24/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver