Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-25/2022 31.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1983-cü ildə Ağdam rayonu, Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Başqərvənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 6, ev 34-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 12,2 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 2 (iki) ədəd kağız bükümdə qanunsuz əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə saat 1630 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən üzərindən, yəni əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin müvafiq istintaq hərəkətindən dərhal sonra Təqsirləndirilən şəxs etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi və cinayətdən məlumatsız olan faktiki sahibi Şahid4 məxsus “VAZ-21063” markalı 10 DS-056 dövlət qeydiyyat nişanlı avtomobilə baxış istintaq hərəkəti keçirilən zaman həmin avtomobilin salonundan 1 (bir) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,07 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Xırdalan şəhərində yerləşən “Heydər Əliyev parkı”nın ətrafında gəzərkən yerdən bir ədəd büküm tapmışdır. Bir qədər kənara çəkilib bükümün içərisini açdıqda içərisində daha iki ədəd ağ rəngli kağız bükümlərin olduğunu görmüşdür. Narkotik vasitə aludəçisi olduğundan həmin bükümlərin içərisindəki kütlənin qurudulmuş marixuana olmasını bilmişdir. Bükümləri istifadə etmək məqsədilə əynindəki şalvarın cibinə qoymuşdur. 08 avqust 2021-ci il tarixdə Abşeron rayonundan Bərdə şəhərinə gəlmiş və bir neçə gün burada qalmışdır. Bərdə şəhərində olduğu müddətdə əvvəllər tanıdığı, aralarında dostluq münasibəti olan Elvin ilə əlaqə saxlayıb piyada olduğunu, idarə etmək üçün avtomobilə ehtiyacı olduğunu söyləmişdir. Elvin idarə etdiyi “VAZ-21063” markalı 10 DS-056 dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı Murada məxsus olduğunu deyərək qardaşı etibar edərsə, avtomobili sürmək üçün ona təhvil verə biləcəyini demişdir. Sonradan Elvin sözügedən avtomobili ona etibar etmişdir. Nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin olmamasına baxmayaraq, “VAZ-21063” markalı avtomobili Bərdə şəhəri ərazisində idarə etmişdir. Avtomobil onda olduğuna görə Xırdalan şəhərində yerdən tapdığı, içərisində narkotik vasitə olan bükümlərdən birini avtomobilin sağ qabaq oturacağının sağ yan tərəfində gizlətmişdir. 11 avqust 2021-ci il tarixdə saat 1630 radələrində avtomobil ilə H.Əliyev prospektində hərəkətdə olarkən narkotik vasitədən istifadə etmək istəmişdir. Buna görə də alışqan almaq üçün avtomobili Bərdə şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının qarşısına doğru idarə edərək yolun kənarında saxlamışdır. Avtomobildən düşdükdən bir neçə saniyə sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Buna heç bir etirazı olmadığını dedikdən sonra polis əməkdaşları onu avtomobil ilə birlikdə polis şöbəsinin inzibati binasına aparmışlar. Polis şöbəsində üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamasını səmimi şəkildə etiraf etmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız büküm çıxararaq masanın üzərinə qoyub içərisində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları başqa haradasa narkotik vasitə saxlayıb-saxlamaması soruşmuş, idarə etdiyi “VAZ-21063” markalı avtomobildə narkotik vasitə saxladığını etiraf etmişdir. İştirakçılar ilə birgə polis şöbəsinin inzibati ərazisində saxlanılan avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə gizlətdiyi bir ədəd ağ rəngli kağız bükümü könüllü polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, özünə məxsus olan “VAZ-21063” markalı 10 DS-056 dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobili idarə etmək üçün hərdən qardaşı Elvinə verir. Təqsirləndirilən şəxs həmkəndlisidir və Ülvini 2008-ci ildən tanıyır. Əvvəllər Ülvi ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Ülvi yaşadığı Abşeron rayonundan Bərdə rayonuna gəlib onun işlədiyi sexə baş çəkərkən qardaşı Elvinə piyada olduğunu, buna görə də idarə etmək üçün avtomobilə ehtiyacı olduğunu söyləmişdir. Həmin vaxt Elvin ondan avtomobilini sürməsi üçün Ülviyə verə bilib-bilməyəcəyini soruşmuşdur. Özü də buna heç bir etiraz etmədiyi üçün Ülvi avtomobili Elvindən təhvil almışdır. 11 avqust 2021-ci il tarixdə saat 1700 radələrində sexdə işləyərkən tanımadığı polis əməkdaşı mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq avtomobilinin polis şöbəsinə aparılması barədə məlumat vermişdir. Dərhal polis şöbəsinə getdikdə Ülvinin üzərində narkotik vasitə saxlaması səbəbindən şübhəli şəxs qismində tutulduğunu və avtomobildən narkotik vasitənin aşkar edilərək götürüldüyünü öyrənmişdir. Ancaq özü heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, Ülvinin avtomobildə narkotik vasitə saxlamasından xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, təxminən 4 ildir Bərdə rayon polis şöbəsinin Post-Patrul Xidməti Bölüyündə sürücü polis nəfəri vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə saat 1630 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 8 saylı körpələr evi-uşaq bağçasının qarşısında Post- Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olarkən tanımadıqları bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsin siqaretin içərisinə narkotik vasitə doldurmaq istədiyini görmüşlər. Təqsirləndirilən şəxs onları gördükdən sonra narkotik vasitəni cibinə qoymuşdur. Onlar cibinə qoyduğu bükümün nə olduğunu soruşduqda sonuncu narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21063” markalı 10 DS-056 dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirib aidiyyəti üzrə təhvil vermişlər. Saat 1720 radələrində onun, Şahid2 və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və vəkilin iştirakları ilə Bərdə rayon Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Sonuncu əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız büküm çıxararaq masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilib zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra Təqsirləndirilən şəxs başqa haradasa narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuşdur. Sonuncu idarə etdiyi VAZ- 21063 markalı avtomobildə narkotik vasitə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs avtomobilə də baxış keçiriləcəyi izah olunmuşdur. İştirakçılar ilə birgə polis şöbəsinin inzibati ərazisinə saxlanan avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ qabaq oturacağının sağ yan tərəfindən bir ədəd ağ rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Bundan başqa avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Avtomobildən aşkarlanan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilib zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Sonda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 şahid X2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 16/832 saylı 12 avqust 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd dəftər vərəqi bükümündə təmiz çəkisi 6,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Ü.Rustamov.” sözləri və imzalar olan kağız paketdəki, 2(iki) ədəd iç-içə qoyulmuş bükümdə təmiz çəkisi 6,07 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -marixuananın təmiz çəkiləri 6, 13 qram və 6,07 qram, tədqiqata sərf edildi 0,04 qram (hər obyektə 0,02 qram), qalıq 6,11 qram və 6,05 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 1390 saylı 18 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 12,2 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 2 (iki) ədəd kağız bükümdə qanunsuz əldə edərək üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşıması, 11 avqust 2021-ci il tarixdə saat 1630 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilməsi, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən üzərindən, yəni əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, həmçinin müvafiq istintaq hərəkətindən dərhal sonra Təqsirləndirilən şəxs etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi və cinayətdən məlumatsız olan faktiki sahibi Şahid4 məxsus “VAZ-21063” markalı 10 DS-056 dövlət qeydiyyat nişanlı avtomobilə baxış istintaq hərəkəti keçirilən zaman həmin avtomobilin salonundan 1 (bir) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,07 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs istər orta məktəb illərində, istərsə də məktəb illərindən sonra özünü nümunəvi, bacarıqlı, vətənpərvər bir gənc kimi göstərmiş, həçyaşıdları arasında hörmətə malik olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 11 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 13 avqust 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin dəyişdirilməsi haqqında 23 noyabr 2021ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 12 avqust 2021-ci il tarixli 16/832 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 64,80 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 6,11 qram və 6,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 6,11 qram və 6,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-25/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-25/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver