Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-25/2025 11.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X23 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 7, mənzil 4-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx xxxxxx 2002-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2008-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Vaqif küçəsi ev 133-də qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu Bala Ərəblər kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının plastik pəncərəsini istintaqa məlum olmayan əşya ilə sındırıb açaraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisində olan piştaxtadan Zərərçəkmiş şəxs3 məxsus 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 20 qutu göy rəngli «KENT-8» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 30 qutu qara rəngli «KENT- 4» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu qara rəngli nazik «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu ağ rəngli kompakt «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 43 manat dəyərində 10 qutu göy rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 84 manat dəyərində 30 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 112 manat dəyərində 40 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 56 manat dəyərində 20 qutu boz rəngli kompakt «ROTHMANS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu qara rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu boz rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «VEGAS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu boz rəngli kompakt «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 120 manat dəyərində 50 qutu göy rəngli nazik «VİCEROY» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 10 qutu ağ rəngli nazik ballı «ARGO» markalı siqaretləri, ümumilikdə 250 manat dəyərində Azercell, Bakcell və Narmobile mobil operatorlara aid danışıq kartlarını, 70 manat dəyərində qara rəngli 01 ədəd «SAMSUNG-J4» markalı mobil telefonu içərisində olan 10 manat dəyərində 050-505-17- 87 saylı “Azərcell” mobil operatoruna aid mobil nömrə ilə birlikdə və ümumilikdə 60 manat dəyərində metal pul nişanlarından ibarət qəpik pulları gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 1620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs2 məxsus olan 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 2018 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları X10 və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 mart 2023-cü il tarixdə, saat 01 radələrində Bərdə rayonu Mirzalıbəyli kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının üzərinə asılmış qıfılı istintaqa məlum olmayan əşya ilə sındırıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın içərisində olan kassadan Zərərçəkmiş şəxs1 məxsus olan 2800 manat nağd pulu, “Hikvision” markalı videomüşahidə kamerasının 100 manat dəyərində 01 ədəd yaddaş aparatını və piştaxtadan 1 qutusunun dəyəri 4 manat 10 qəpik olmaqla, cəmi 30 qutu göy rəngli «Sobranie» markalı siqaretləri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 3023 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları X10 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs2 məxsus olan 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 2018,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə iki il əvvəl olmuş, artıq çox şey yadında qalmamışdır. Bu səbəbdən hadisəni tam təfsilatı ilə xatırlamır. Oğurluğa üç nəfər, yəni o, Vüsal Yadigarov və Təqsirləndirilən şəxs3 getmişlər. Oğurluq etmək təklifi kim tərəfindən irəli sürülüb yadında deyil. Pərvini məktəbdən tanıyır, bir məktəbdə oxumuşlar. Vüsal Yadıgarovun qardaşı onun yaxın dostu oluğundan onu da tanımışdır. “Köhnə bazar” deyilən ərazidə “NAR” market var, həmin mağazaya oğurluğa getmişlər. “NAR” marketə oğurluğa üçü, yəni o, Vüsal Yadigarov və Təqsirləndirilən şəxs3lə birlikdə getmişlər. X13rluq etməyi təklif etmiş, ilk olaraq o razılıq verməmiş, sonradan isə razılaşmışdır. Vüsal Yadigarov və Təqsirləndirilən şəxs3 mağazaya pəncərədən daxil olmuş, özü çöldə bir az dayanıb daha sonra yaşadığı evə getmişdir. 15 dəqiqə keçdikdən sonra evdən çıxıb “NAR” marketin yanına qayıtmışdır. “NAR” marketdən min manatdan artıq pul oğurlanmışdır. Onun payına 450 manat pul düşmüşdür. “NAR” marketdən siqareti az götürmüşlər, yəni 4-5 qutu olmuşdur. Borcu olduğundan oğurluq etməyə razılaşmışdır. Pulu borcuna vermişdir. Pərvinin nə etdiyi yadında deyil. Bərdə rayonu Ərəblər kəndində oğurluğa o və Vüsal Yadigarov getmişlər. Oğurluq etməyi Vüsal Yadigarov təklif etmiş, o da razılıq vermişdir. Mağazadan siqaret oğurlamışlar. Oğurladıqları siqaretləri Vüsal Yadigarov bloklarla ucuz qiymətə başqa mağazalara və Bərdə rayonu “Mal bazarı”nda satmışdır. Ümumi qazancından Vüsal Yadigarov ona 300-350 manat pul vermişdir. Oğurluq etdikləri mağaza Vüsal Yadigarovun nənəsinin qaldığı kəndin ərazisində yerləşmiş, həmin yeri tanımamışdır. Mağazadan pul, danışıq kartları, siqaret oğurlamışlar. O, mağazanın çölündə gözləmiş, Vüsal Yadigarov mağazaya pəncərədən daxil olmuş, mağazadan çıxanda isə artıq mağazanın qapısından çıxmışdır. Oğurladığı bütün əşyaları sellofan paketlərə doldurmuş və əlində çölə çıxarmışdır. Artıq çölə çıxandan sonra Vüsal Yadıgarova paketləri götürməkdə köməklik etmişdir. Xeyli piyada gəldikdən sonra yarı yolda taksi saxladıb maşınla Vüsal Yadigarovun yaşadığı evə getmişlər. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tamamilə ödənilmişdir. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Şorəlli kəndində, Vüsal Yadigarov isə Bərdə rayonu Güloğlular kəndində yaşayır. Bərdə rayonu Güloğlular kəndində yaşayan bibisi evinə qonaq getmiş, həmin vaxt kənddə Vüsal Yadigarovla görüşmüş və sonuncu ona oğurluq etməyi təklif etmişdir. Vüsal Yadigarov xeyli təkid etdikdən sonra razılaşmış və oğurluq etmək qərarına gəlmişlər. Daha sonra Vüsal Rəvan adlı şəxsin də onlarla oğurluğa gedəcəyini bildirmişdir. Üçü birlikdə Bərdə rayonu Mirzalıbəyli kəndində su kanalının yaxınlığında, yolun kənarında olan mağazaya oğurluğa getmişlər. Rəvan su kanalının üzərindən keçən borunun üzərində durub ətrafdan gəlibgedənlərin olub olmamasını izləməyə başlamışdır. Vüsal Yadigarov oğurluğa girəcəkləri marketin arxa tərəfinə keçib elekrtrik naqilini kəsərək mağazanın işığını söndürmüş, sonra qarşı tərəfə keçib əlindəki lom dəmirlə mağazanın qapısını sındırıb içəri daxil olmuşdur. Həmin vaxt mağazanın çölündə dayanıb Vüsal Yadigarovu gözləmişdir. Bir müddət sonra Vüsal Yadigrov mağazanın içərisindən siqaret dolu paketlərlə çölə çıxmışdır. Vüsal Yadigarov ona oğurluqdan sonra 50 manat pul vermiş, əldə etdiyi gəliri borcuna vermişdir. Bərdə Rayon Polis Şöbəsində izahat verərkən ona məlum olmuşdur ki, Vüsal Yadigarov oğurluq etdikləri mağazadan iki min manatdan çox pul oğurlamışdır. Vüsal Yadigarov mağazadan siqaret çıxararaq ona bildirmişdir ki, olan bunlardır. Dəymiş ziyanı Rəvanın atası ödəmişdir. O da söz vermişdir ki, onun payına düşən hissəni Rəvanın atasına ödəsin. Zərərçəkmiş şəxs1 mağazasından oğrluq etməyi Vüsal Yadigarov təklif etmişdir. Bildiyi qədər Vüsal Yadigarov mağazadan 2800 manata yaxın pul oğurlamışdır. Rəvan oğurluğa getdikləri mağazanın ətrafında ət mağazasında qəssab işləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı, yəni oğurluq etdikləri gün spirtli içki qəbul etmişdir. Oğurluq etmək təklif olunmuş, o da razılaşmışdır. Üçü birlikdə “NAR” market mağazasından oğurluq etmişlər. Mağazadan oğurladıqları puldan onun payına 450 manat pul düşmüş, həmin 450 manat pulu da qaytarmışdır. Vüsal Yadigarovu bazarda işlədikləri vaxtdan tanımışdır. Hadisə olan günü onu ad gününə dəvət etmişlər. Ad günündə yeyib içdikdən sonra Vüsal və Nahidlə görüşmək üçün içkili halda “Köhnə bazar”ın ərazisinə gəlmişdir. Görüşüb söhbət etdikdən sonra Vüsal Yaigarov pula ehtiyacı olduğundan oğurluq etməyi təklif etmiş, o da razılaşmışdır. Təqsirləndirilən şəxs1 onun qardaşının sinif yoldaşı olmuş, sonuncunu məktəbdən tanımışdır. Təqsirləndirilən şəxs1 evlərinə getmişdir. Vüsal Yadigarovla birlikdə “NAR” market mağazasına oğurluğa getmişlər. Oğurluq edib mağazadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 evlərindən çağırıb birlikdə oğurladıqlarını bölməyə getmişlər. Oğurluqdan əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. “NAR” marketə pəncərədən daxil olmuşlar. İşıq dirəyi ilə yuxarı, marketin divarına quraşdırılmış kondisionerin üstünə qalxmış, orada oturub pəncərənin dəmir torunu söküb, pəncərədən marketə daxil olmuşlar. Marketdə kassadan pulları oğurlayıb, müşahidə kameralarının monitorunu söküb, xırda pulları və özləri üçün siqaret götürüb bir daha pəncərədən mağazanın çölünə çıxmışlar. Monitoru aparıb su kanalına atmışlar. Bundan sonra da bir neçə dəfə oğurluq cinayətləri törətmişdir. Barəsində yenidən cinayət işləri açılmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə yetkinlik yaşına çatmayan şəxs olmasının nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, Bərdə rayonu Bala Ərəblər kəndində yaşayır. Həmin kənddə özünə məxsus kiçik ərzaq mağazası var. Orada siqaret, su, ərzaq malları satır. Əvvəllər həmin mağazada gecələr özü qalmaqla qarovul çəkmiş, lakin son vaxtlar mağazada deyil, axşamlar evinə gəlib evində qalmışdır. Təqsirləndirilən şəxslər axşam onu güdmüş və mağazanı bağlayıb evə gəldikdən sonra mağazanın pəncərəsini sındırıb mağazaya daxil olub siqaret, telefon kartları, qəpik pullar oğurlayıb aparmışlar. Oğruluq nəticəsində ona ümumilikdə 1600 manat məvbləğində ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs1lə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs1 rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Qalib oğlu ifadə verərək göstərdi ki, Bərdə rayonu Hacıbəyli kəndində yaşayır. Özü Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən ərzaq mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında mağazanın qapısını açmaq istəyərkən giriş qapısının qırıldığını, mağazadan oğurluq edildiyini aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, Vüsal Baramzadə, Vüsal Yadigarov və Rəvan Əsədli əvvəlcədən planlaşdırıb mağazanı yarıblar. Ona dəymş maddi ziyan 3000 manatdan artıq olmuşdur. Bütün pullar kassada olmuş, həmişə axşamlar pulu kassadan götürüb evə aparmışdır. Həmin gün təsadüfən pulu kassada qoymuşdur. Mağazadan su, siqaret, pul və bu kimi digər şeylər oğurlamışlar. Rəvan Əsədlinin atası dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Köhnə bazar ərazisində “NAR” market ərzaq mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində mağazanı açarkən mağazanın içərisinin, kassanın ətrafının dağınıq olduğunu, müşahidə kameralarının monitorunun oğurlandığını, kassadan pulların oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2300 manat məbləğində maddi ziyan dəymişdir. Pul olaraq 2100 manat dəyərində maddi ziyan, qəpik pullar olmuş və aparatura oğurlanmışdır. Siqaret çox oğurlanmamış, cəmi 3-4 qutu oğurlanmışdır. Əsasən pul və müşahidə kameralarının monitoru oğurlanmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə barışmışdır və onlara qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərdi ki, oğurluq hadisəsi üç ildən artıq müddətdə baş vermiş və hadisə ilə bağlı çox şey yadında qalmamışdır. Vüsal Yadigarov və Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuş və Vüsal Yadigarov oğurluq etmək təklifini irəli sürmüşdür. İlk əvvəl razılaşmamış, lakin sonradan razılıq vermiş və bilrikdə Bərdə rayonu Mirzalıbəyli kəndində su kanalı qırağında olan mağazaya oğurluq etməyə getmişlər. Bərdə rayonu Mirzlıbəyli kənd ərazisində su kanalının qırağında maşından düşmüşlər və oğurluğa getmişlər. Kənarda durmuş, mağazaya daxil olmamış, Vüsal Yadigarov mağazanın qapısını qırıb içəri daxil olmuşdur. Vüsal Yadigarov ona oğurlanan puldan və ya digər əşyalardan heç nə verməmişdir. Dəymiş ziyanı zərər çəkmiş şəxsə onun atası ödəmişdir. Vüsal Yadigarov mağazaya tərəf tək getmiş, Təqsirləndirilən şəxs2 mağazaya daxil olub-olmadığını görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmiş, sonuncu həmin ifadəsində göstərmişdir ki, X10 və Təqsirləndirilən şəxs2 tanışlarıdır. Belə ki, Bərdə rayonu Şorəlli kənd sakini Təqsirləndirilən şəxs2 və Bərdə rayonu Güloğlular kənd sakini X5 xeyli müddətdir tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. Bərdə rayonu Mirzalıbəyli kəndində ərzaq dükanı işlədən Zərərçəkmiş şəxs1 tanıyır, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs1 mağazası əvvəl işlədiyi qəssabxananın yanında yerləşir. xx.xx.2023-cü il tarixdə, saat 00:45 radələrində tanışı Vüsal ona zəng edib onu çay içmək üçün yaşadığı Bərdə rayonu, Güloğlular kəndinə dəvət etdiyindən Vüsalın yanına getmişdir. Orada Şorəlli kəndindən olan digər tanışı Vüsal da orada olmuşdur. Vüsal Yadigarov və Təqsirləndirilən şəxs2 ona Bərdə rayonu Mirzalıbəyli kəndində «Yuxarı Qarabağ» kanalının yanında yerləşən avtomobil təmiri sexlərindən birinə girib oğurluq etmək fikirlərinin olmasını bildirmişlər. Ona görə də ondan kömək etməsini istəmişlər. O da razılaşmışdır. Hətta ona oğurluq üçün hazırlıq gördüklərini, qar maskası, əlcək, dəmir montirovka götürdüklərini də bildirmişlər. Onlar piyada Bərdə rayonu Mirzalıbəyli kəndinə getmişlər. Orada kanalın kənarında yerləşən avtomobil təmiri sexinin qarşısında dayanıb ətrafa nəzər yetirmişlər. Sexin qarşısı çox açıqlıq olduğu və magistral yolun kənarında yerləşdiyi üçün daxil olmaq fikrindən daşınmışlar. Onlar irəliyə gedib Zərərçəkmiş şəxs1 məxsus ərzaq dükanına daxil olmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində qabaqcadan planladıqları kimi o, mağazanın qarşı tərəfində dayanıb ətrafa nəzər yetirərək kimsə gələcəyi təqdirdə dərhal xəbər versin. Hər iki Vüsallar isə üzlərini qar maskası ilə bağlamış, əllərinə isə əlcək taxmışlar. İlk öncə Vüsal Yadigarov üzərində olan dəmir montirovka ilə mağazanın qapısını açmaq istəmişdir. Lakin, yuxarı nəzər yetirdikdə təhlükəsizlik kameralarının çəkdiyini görüb dərhal mağazanın arxa tərəfinə keçib işıqları söndürmüşlər. Sonra mağazanın ön tərəfində olan qapıya yenidən yaxınlaşmışlar. Vüsal Yadigarov əlində olan dəmir mıxçıxaran ilə qapının iki ədəd qıfılını sındırdıqdan sonra Vüsal Yadigarov və Təqsirləndirilən şəxs2 içəri daxil olmuşlar. O isə çöldə dayanmışdır. Təxminən 15 dəqiqə ərzində bütün oğurluq prosesini başa çatdırmışlar. Vüsal Yadigarov və Təqsirləndirilən şəxs2 mağazadan çıxandan sonra «Yuxarı Qarabağ» kanalının yanı ilə Bərdə rayonu Güloğlular kəndi istiqamətində piyada getmişlər. Vüsal Yadigarov ona və Təqsirləndirilən şəxs2 cəmi 4 manat nağd pul, 11 qutu göy rəngli nazik “Sobranie” markalı siqaretləri və təhlükəsizlik kamerasının 1 ədəd yaddaş aparatını oğurlaması barədə məlumat vermişdir. Yolda gedərkən Vüsal Yadigarov qar maskalarını, əlcəkləri, mağazanın təhlükəsizlik kamerasının yaddaş aparatını, dəmir mıxçıxaranı «Yuxarı Qarabağ» kanalına atmışdır. O, evə getmək üçün Vüsal Yadigarovdan yol pulu istəmiş, Vüsal ona 10 manat yol pulu vermişdir. Daha sonra onlar yaşadıqları evə getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli 9/6673 nömrəli Məhkəmə əmtəəşünaslıq ekspertizası Rəyindən görünür ki, aşağıda qeyd edilən malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən göy rəngli qalın «KENT-8» markalı siqaretlərin 1 qutusunun qiyməti 4 manat olmaqla 20 qutusu ümumilikdə 80 manat, qara rəngli nazik «KENT-4» markalı siqaretlərin 1 qutusunun qiyməti 4 manat olmaqla 30 qutusu ümumilikdə 120 manat, qara rəngli nazik «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 20 qutusu ümumilikdə 76 manat, ağ rəngli kompakt «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 20 qutusu ümumilikdə 76 manat, ağ rəngli nazik «SOBRANİE» markalı siqaretlərin 1 ədədinin qiyməti 4,30 manat olmaqla 20 qutusu ümumilikdə 86 manat, ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretlərin 1 qutusunun qiyməti 4,30 manat olmaqla 20 qutusu ümumilikdə 86 manat, göy rəngli nazik «SOBRANİE» markalı siqaretlərin 1 qutusunun qiyməti 4,30 manat olmaqla 10 qutusu ümumilikdə 43 manat, boz rəngli nazik «PALL MALL» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,80 manat olmaqla 30 qutusu ümumilikdə 84 manat, boz rəngli nazik «PALL MALL» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,80 manat olmaqla 40 qutusu ümumilikdə 112 manat, boz rəngli kompakt «ROTHMANS» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,80 manat olmaqla 20 qutusu ümumilikdə 56 manat, qara rəngli nazik «MAGNA» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 40 qutusu ümumilikdə 96 manat, boz rəngli nazik «MAGNA» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 40 qutusu ümumilikdə 96 manat, göy rəngli nazik «VEGAS» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,50 manat olmaqla 10 qutusu ümumilikdə 25 manat, boz rəngli kompakt «CLLASİK» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,50 manat olmaqla 10 qutusu ümumilikdə 25 manat, göy rəngli nazik «CLLASİK» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,50 manat olmaqla 10 qutusu ümumilikdə 25 manat, göy rəngli nazik «VİCEROY» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 50 qutusu ümumilikdə 120 manat, ağ rəngli nazik ballı «ARGO» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 10 qutusu ümumilikdə 24 manat, mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 1 ədəd qara rəngli «SAMSUNG-J4» markalı mobil telefonun qiyməti 2023-cü ilin iyul ayına olan tarixə 70 manat müəyyən edilərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1300,00 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. -2023-cü ilin avqust ayına olan tarixə nazik «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 2 qutusu ümumilikdə 7,60 manat, mentollu qalın «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 2 qutusu ümumilikdə 7,60 manat, qalın kompakt «LD» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,20 manat olmaqla 1 qutusu ümumilikdə 3,20 manat müəyyən edilərək Zərərçəkmiş şəxs2 ümumilikdə 18,40 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. -2023-cü ilin avqust ayına olan tarixə 1 ədəd 4-lük 50x84 sm ölçüdə şəffaf şüşə 12 manat və 1 qutusunun qiyməti 2,40 manat olmaqla 1 qutu nazik «MAGNA» markalı siqaretin qiyməti 2.40 manat müəyyən edilərək X12 ümumilikdə 14,40 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. -Qərarda qeyd edilən 1 ədəd «MULTİ STAR» markalı müşahidə kamerası barədə kifayət qədər məlumat (modeli, istehsal yeri, istismar müddəti və digər göstəricilər) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 may 2023-cü il tarixli 6208 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 may 2023-cü il tarixli 6194 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın X9-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 09 fevral 2024-cü il tarixli 18-1-28/2-667/2024 saylı məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 12 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda «Dissosiativ konversion pozuntu, anamnezində funksional tutmalar» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F44) müəyyən edilir. Bunu cinayət işi materialları, tibbi sənədlər, anamnestik məlumatlar (deməsinə görə qıcolma tutmalarından əziyyət çəkməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin stasionar şöbəsində 27 sentyabr 2024-cü il tarixdən 05 oktyabr 2024-cü il tahxədək «Dissosiativ konversion pozuntu, anamnezində funksional tutmalar» diaqnozu ilə müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əhvali-ruhiyyəsinin nisbətən aşağı olması, hövsələsizlikdən, tez yorulmaqdan, halsızlıqdan şikayətlənməsi, ekspert komissiyasın aparılan müayinə gedişində bir qədər həyəcanlı olması, asta səs tonu ilə danışması, emosional cəhətdən bir qədər dəyişkən olması, söhbət zamanı nisbətən tez qıcıqlanması, tez yorulması, davranışlarında yüngül dərəcədə nümayişkaranəlik müşahidə edilməsi və s.) sübut edir. Cinayət işi materiallanndakı ifadələrin, anamnestik məlumatların təhlili nəticəsində müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, habelə hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda «Dissosiativ-konversion pozuntu» müəyyən edilir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törətdikdən sonra və hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırkı müayinə zamanı «Dissosiativ-konversion pozuntu, anamnezində funksionalar tutmalar ilə» diaqnozu müəyyən edilir. Təqdim edilmiş tibbi sənədlərin təhlili zamanı məlum olur ki, hadisəni törətdikdən sonra Təqsirləndirilən şəxs2 psixi vəziyyətində dəyişiklik yaranmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin stasionar şöbəsində 27 sentyabr 2024-cü il tarixdən 05 oktyabr 2024-cü il tarixədək «Dissosiativ konversion pozuntu, anamnezində funksional tutmalar, özünükəsmələrlə» diaqnozu ilə stasionar müalicədə olmuşdur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri V hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub- olmaması sualı cavablandırılmır. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırkı psixi vəziyyətinə görə barəsində təyin olunacaq cəzanı çəkmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırkı psixi durumu onun barəsində azadlığın məhdudlaşdırılması, azadlıqdan məhruetmə cəzası təyin edildiyi təqdirdə cəzanı çəkməsinə və ya üzərinə elektron nəzarət vasitəsinin bağlanmasına imkan verir. Təqsirləndirilən şəxs2 hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs hesab edilmir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırkı psixi vəziyyətinə görə hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Beləliklə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu Bala Ərəblər kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının plastik pəncərəsini istintaqa məlum olmayan əşya ilə sındırıb açaraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisində olan piştaxtadan Zərərçəkmiş şəxs3 məxsus 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 20 qutu göy rəngli «KENT-8» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 30 qutu qara rəngli «KENT- 4» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu qara rəngli nazik «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu ağ rəngli kompakt «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 43 manat dəyərində 10 qutu göy rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 84 manat dəyərində 30 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 112 manat dəyərində 40 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 56 manat dəyərində 20 qutu boz rəngli kompakt «ROTHMANS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu qara rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu boz rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «VEGAS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu boz rəngli kompakt «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 120 manat dəyərində 50 qutu göy rəngli nazik «VİCEROY» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 10 qutu ağ rəngli nazik ballı «ARGO» markalı siqaretləri, ümumilikdə 250 manat dəyərində Azercell, Bakcell və Narmobile mobil operatorlara aid danışıq kartlarını, 70 manat dəyərində qara rəngli 01 ədəd «SAMSUNG-J4» markalı mobil telefonu içərisində olan 10 manat dəyərində 050-505-17- 87 saylı “Azərcell” mobil operatoruna aid mobil nömrə ilə birlikdə və ümumilikdə 60 manat dəyərində metal pul nişanlarından ibarət qəpik pulları gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 1620 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi; -Bundan başqa, onun təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs2 məxsus olan 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 2018 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etməsi; Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları X10 və X17 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 mart 2023-cü il tarixdə, saat 01 radələrində Bərdə rayonu Mirzalıbəyli kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının üzərinə asılmış qıfılı istintaqa məlum olmayan əşya ilə sındırıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın içərisində olan kassadan Zərərçəkmiş şəxs1 məxsus 2800 manat nağd pulu, “Hikvision” markalı videomüşahidə kamerasının 100 manat dəyərində 01 ədəd yaddaş aparatını və piştaxtadan 1 qutusunun dəyəri 4 manat 10 qəpik olmaqla cəmi 30 qutu göy rəngli «Sobranie» markalı siqaretləri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 3023 manat maddi ziyan vurmaqla oğurluq etməsi; Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları X10 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs2 məxsus olan 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 2018,40 manat maddi ziyan vurmaqla oğurluq etməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materiallarında olan digər sübutlarla ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Mənzil Təmir-İstismar Sahəsinin 09 fevral 2024-cü il tarixli 152 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi 7/4-də yaşayır. Ailə üzvləri: anası-1986-cı il təvəllüdlü X4, bacısı-2003-cü il təvəllüdlü X6 və qardaşı-2017-ci il il təvəllüdlü X2 ibarətdir. Bərdə Mənzil Təmir-İstismar Sahəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli 153 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş 10 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş 10 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxslərin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, təqsirləndirilən şəxs Nihad Əliyev yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli 126 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Şorəlli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur, «Dissosiativ-konversion pozuntu, anamnezində funksionalar tutmalar ilə» diaqnozu ilə xəstədir. Onun yaşayış yerindən müsbət xarakterizə olunması, xəstə olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 29 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2024-cü il tarixli, 1517 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə şəhəri Vaqif küçəsi ev 133-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs3lə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olması, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 31 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər cinayət törətməmişlər. Törətdikləri cinayət əməlini səmimi etiraf etməklə əməllərindən peşmandırlar, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişlər, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Habelə işdə olan xasiyyətnamələr ilə təqsirləndirilən şəxslər müsbət xarakterizə olunmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd verərək onlara rəhm edilməsini xahiş etdilər. Bu isə onların cinayət törətməyə meyilli olmamalarını və cəmiyyət üçün tam yararsız olmamalarını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər cinayət törətməmələri və məhkum olunmamaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd vermələri onların cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olmaları kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdikləri müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 09 fevral 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması barədə” 17 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 mart 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. “Şübhəli şəxsin tutulması barədə” 12 avqust 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 12 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 14 avqust 2023-cü il tarixdə “yetkinlik yaşına çatmayan şəxsin valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə”, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Valideyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Bərdə Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxslərdən müştərək qaydada bərabər paylar üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, m\h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi hökm edilmişdir. Göründüyü kimi, ekspertiza xərclərinin tutulması ilə bağlı məsələ Bərdə Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli hökmü ilə həll edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 12 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayan şəxsin valieyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-25/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-25/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver