Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-26/2021 14.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxslər X7 Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, 20.02.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Alaçadırlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, xx xxxxxxxx 1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 1(011)- 314/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 07.04.2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, Axundov küçəsi ev 23-də qeydiyyatda olub, Bərdə şəhəri, Sənaye küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 09 may 2020-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Sənaye küçəsində yerləşən açıq sahədən həmin yerdə təmir işlərini görülməsi üçün saxlanılmış X19 məxsus 1000 (bir min) manat dəyərində istifadəyə yararlı vəziyyətdə olan 5 ton su tutumuna malik qoşqulu dəmir su çənini gizli yolla talayaraq zərərçəkmiş X19 ümumilikdə 1000 manat ziyan vurmaqla oğurluq etmişlər. Bununla da X10 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən X10 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 5 ildir ki, tanıyır. 09 may 2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən Elmir adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında dayanmış, həmin vaxt Cahid də həmin yerə gəlmişdir. Söhbət zamanı Cahid ona yaşadığı evin yaxınlığındakı laboratoriyanın qarşısında 1 ədəd böyük həcmli dəmir materialdan su çəninin sahibsiz qaldığını bildirib həmin çəni oğurlayaraq metal qəbulu məntəqəsinə satmağı təklif etmiş, özü də maddi vəziyyəti yaxşı olmadığı üçün Cahidlə razılaşmışdır. Sonuncu ona su çəninin qoşqulu-təkərli olduğunu, çəni oğurlamaq üçün bir ədəd yük avtomobili tapıb çəni həmin yük avtomobilinə qoşmalı olduğunu bildirmiş və ondan tanış birindən yük avtomobili tapmağı xahiş etmişdir. Tanışı İkramın mobil nömrəsinə zəng edərək Elmirin dükanının qarşısına gəlməyini, onunla işi olduğunu demiş, İkram təxminən 10-15 dəqiqə sonra özünə məxsus olan “Qazel” markalı yük avtomobili ilə gəlmişdir. İkram onu tanısa da, Cahidi tanımamış və o, bunu bildiyinə görə İkrama dostu Cahidə məxsus 1 ədəd dəmir qoşqulu su çəni olduğunu, həmin çəni laboratoriyanın qarşısında İkramın yük avtomobilinə qoşaraq metal qəbulu məntəqələrinin birinə aparıb satmaq istədiklərini, bunun əvəzində yol haqqı olaraq İkrama 30 manat pul verəcəklərini bildirmiş, İkram onunla razılaşmışdır. Özü və Cahid İkramın yük avtomobilinə əyləşib su çəninin olduğu yerə getmiş, su çəni Bərdə şəhəri, Sənaye küçəsinin sonunda dəmir yol xəttinə yaxın yerdə laboratoriyanın qarşısında asfalt yolun kənarında olmuşdur. İkram yük avtomobilini həmin yerdə saxlamış, Cahidlə birlikdə avtomobildən yerə düşmüş və su çəninin qoşqu yerini İkrama məxsus yük avtomobilin arxa hissəsindəki qoşqu yerinə qoşmuşlar. Cahidlə yenidən İkrama məxsus yük avtomobilinə əyləşmiş, onların məqsədi həmin çəni Bərdə rayonu Alaçadırlı kəndi ərazisi ilə kənd arası yollarla aparıb “Arifin metallomu” deyilən metal qəbulu məntəqəsinə satmaq olmuşdur. Yolda söhbət zamanı İkram onlardan çəni neçəyə satmaq istədiklərini soruşmuş, çən üçün 150 manat verə biləcəyini demişdir. Cahid qiymətin ucuz olduğunu deyərək satmaqdan imtina etmiş, bundan sonra İkram onlara çəni ona satmalarını xahiş etmiş, Cahid çəni 200 manata satacağını bildirmişdir. İkram razılaşmış və çəni aldığını deyərək birlikdə həmin çəni onun yaşadığı evə aparmağı istəmiş, onlar birlikdə İkramın yük avtomobilində həmin çəni dartaraq Bərdə rayonu Kələntərli qəsəbəsində İkramın yaşadığı evə gətirmiş, həyətdə İkram Cahidə 200 manat pul verən zaman Cahid pulun az olduğunu, 10 manat da əlavə etməsini demiş, İkram əlavə 10 manat da artıraraq Cahidə 210 manat pul vermişdir. Cahid pulu cibinə qoymuş və onlar birlikdə İkramın evindən çıxaraq piyada İkramın evindən uzaqlaşdıqdan sonra Cahid həmin puldan 50 manatını ona vermiş, qalan pulu isə özündə saxlamışdır. Aldığı 50 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra polis əməkdaşları oğurluq hadisəsini onların törətdiyini müəyyən edərək onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğurladıqları su çəni X19 məxsusdur. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmadığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 ildir ki, tanıyır. 2020-ci ilin mart ayının sonlarından etibarən Bərdə şəhəri, Sənaye küçəsinin kənarlarında hasar çəkmə işləri getmiş, bu məqsədlə də, həmin yerə 1 ədəd böyük həcmli su çəni gətirib qoymuşlar. Su çəni onun yaşadığı evin qarşısında yerləşən laboratoriyanın qarşı tərəfində açıq sahədə yerləşdirilmişdir. 09 may 2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb piyada Alaçadırlı kəndi ərazisinə gəlmiş, burada yerləşən Elmir adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısında Nemətin dayandığını görmüşdür. Sonuncu ilə söhbət zamanı evin qarşısında sahibsiz vəziyyətdə qalmış çəni oğurlamağı təklif etmiş, Nemət də onunla razılaşmışdır. Nemətə su çəninin qoşqulu-təkərli olduğunu, çəni oğurlamaq üçün bir ədəd yük avtomobili tapıb çəni həmin yük avtomobilinə qoşmalı olduqlarını bildirmişdir. Nemətdən tanış birindən yük avtomobili tapmağını istəmiş, sonuncu kiməsə telefonla zəng etmiş, bir müddət sonra həmin yerə dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı yük avtomobili ilə bir nəfər tanımadığı şəxs gəlmişdir. Nemət ona həmin şəxsin adının İkram olduğunu bildirmişdir. Söhbət zamanı Nemət İkrama ona məxsus 1 ədəd dəmir qoşqulu su çəni olduğunu, həmin çəni laboratoriyanın qarşısında İkramın yük avtomobilinə qoşaraq metal qəbulu məntəqələrinin birinə aparıb satmaq istədiklərini, bunun əvəzində yol haqqı olaraq ona 30 manat pul verəcəklərini bildirmiş, İkram razılaşmışdır. Nemətlə İkramın yük avtomobilinə əyləşib su çəninin olduğu yerə getmiş, İkram yük avtomobilini laboratoriyanın qarşısında saxlamış, Nemətlə birlikdə avtomobildən yerə düşmüş və su çəninin qoşqu yerini İkrama məxsus yük avtomobilin arxa hissəsindəki qoşqu yerinə qoşmuşdur. Nemətlə yenidən İkrama məxsus yük avtomobilinə əyləşmiş, onların məqsədi həmin çəni Bərdə rayonu Alaçadırlı kəndi ərazisi ilə kənd arası yollarla aparıb “Arifin metallomu” deyilən metal qəbulu məntəqəsinə satmaq olmuşdur. Həmin istiqamətdə hərəkət etməyə başlamış, yolda söhbət zamanı İkram onlarldan həmin çəni neçəyə satmaq istədiklərini soruşmuş, çən üçün 150 manat verə biləcəyini demişdir. Qiymətin ucuz olduğunu deyib satmaqdan imtina etmiş, bundan sonra İkram bir daha həmin çəni satmağı istədikdə o, çəni 200 manata satacağını bildirmişdir. İkram razılaşmış və çəni aldığını deyərək birlikdə həmin çəni yaşadığı evə aparmağı istəmişdir. Birlikdə İkramın yük avtomobilində həmin çəni dartaraq Bərdə rayonu Kələntərli qəsəbəsində İkramın yaşadığı evə gətirmiş, İkram həyət darvazasını açdıqdan sonra onlar çəni orada düşürmüşlər. Həyətdə İkram ona 200 manat pul verərkən pulun az olduğunu, 10 manat da əlavə etməsini demiş, İkram əlavə 10 manat da artıraraq ona 210 manat pul vermişdir. Pulu cibinə qoymuş və onlar birlikdə İkramın evindən çıxaraq piyada İkramın evindən uzaqlaşdıqdan sonra həmin puldan 50 manatını Nemətə vermiş, qalan pulu isə özündə saxlamışdır. Pulu şəxsi ehtiyaclarına xərcləmiş, bir neçə gün sonra polis əməkdaşları oğurluq hadisəsini onların törətdiklərini müəyyən edərək Neməti Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Müalicəsi ilə əlaqədar olaraq Bakı şəhərində olduğundan polis şöbəsinə gələ bilməmiş, sonradan su çəninin X19 məxsus olduğunu bilmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmadığını, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, X17 baş mexanik vəzifəsində işləyir. X18 balansında olan inventarlara maddi məsul şəxsdir. Cəmiyyətin balansında 1976-cı il tarixdən istismarda olan 5 ton su tutumuna malik olan qoşqulu su çəni var. 25 aprel 2020-ci il tarixdə cəmiyyətə məxsus olan su çəni rayon ərazisində baş tutan abadlıq işlərində istifadə olunması üçün Bərdə şəhər Mənzil İstismar Sahəsinin işçilərinin sərəncamına verilmiş, həmin vaxt cəmiyyətin su çəni Bərdə şəhəri, Sənaye küçəsində istifadə olunmuşdur. 11 may 2020-ci il tarixdə Liseyin direktoru Şahid1la danışan zaman Liseyə məxsus su çəninin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını demiş, daha sonra Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində oğurluq hadisənin Nemət və Cahid adlı şəxslər tərəfindən törədildiyi müəyyən edilmişdir. Bərdə rayon Polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işi üzrə Liseyin adından nümayəndə qismində çıxış etmək səlahiyyəti ona verilmişdir. Oğurluq hadisənin necə baş verməsini görməmiş, bu barədə sonra direktor Şəmil müəllimdən eşitmiş, oğurluq hadisəsini törədən şəxslərin heç birini tanımamışdır. Su çəni 5 ton su tutumuna malik olmaqla 1976-cı il istehsalı olmuş, rəngi qəhvəyi rəngli olmaqla dəmir materialdan olmuş, asanlıqla daşına bilməsi üçün təkərləri olmuşdur. Hazırda su çəni onlara qaytarıldığından təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, X18 direktor müavini vəzifəsində işləyir. 25 aprel 2020-ci il tarixdə onun işlədiyi peşə liseyinə məxsus olan 5 tonluq təkərli daşına bilən su çənini rayonda gedən abadlıq işlərində istifadə edilməsi üçün Bərdə şəhər Mənzil İstismar Sahəsinin işçilərinə verilmiş, həmin vaxt Bərdə şəhəri, Sənaye küçəsində dəmiryol xəttinin yaxınlığına təmir işləri görülmüş və yolun kənarı ilə hasar çəkilmişdir. Mənzil İstismar Sahəsinin işçiləri həmin çəni yolun kənarında saxlamışdır. Bərdə rayonu Muğanlı kəndində yaşadığına və evinə həmin yolla getdiyinə görə çənin orada olub-olmamasını demək olar ki, hər gün görmüş, sonuncu dəfə həmin çəni 08 may 2020-ci il tarixdə görmüşdür. 11 may 2020-ci il tarixdə Şəmil müəllim çəni oradan götürüb məktəbə qaytarmaq üçün təmir aparılan həmin yerə getmiş və bu zaman çənin orada olmadığını görmüşdür. Çənin naməlum şəxs və ya şəxslərin oğurladığı məlum olmuş, sonradan, Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Liseyə məxsus olan su çəninin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığı müəyyən edilmiş və Liseyə məxsus su çəni tapılmışdır. Oğurlanan su çəni dəmir materialdan olmaqla 5 ton su tutumuna malik olmuş, su çəni təkərli olmaqla daşına bilən olmuşdur. Su çənini qoşqu vasitəsilə istənilən yerə aparmaq mümkün olmuş, su çəni Bərdə şəhəri, Sənaye küçəsində yerləşən laboratoriyanın qarşısında saxlanılmış, su çəni həmin yerdən oğurlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1518 saylı 06 iyul 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən su çəninin istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2020-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1000 manat müəyyən edilir. Beləliklə, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 09 may 2020-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Sənaye küçəsində yerləşən açıq sahədən həmin yerdə təmir işlərini görülməsi üçün saxlanılmış X19 məxsus 1000 (bir min) manat dəyərində istifadəyə yararlı vəziyyətdə olan 5 ton su tutumuna malik qoşqulu dəmir su çənini gizli yolla talayaraq zərərçəkmiş X19 ümumilikdə 1000 manat ziyan vurmaqla oğurluq etmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 02345 saylı 30 noyabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, X1 rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X6 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 03.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, X2 Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, 20.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən X6 məhkumluğunu nəzərə alaraq, cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxs X8 cəza təyini məsələsini müzakirə edib, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X10 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 03 noyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, X10 03 noyabr 2020-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq aidiyyatı üzrə təhvil verilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin 03 noyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, X10 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bərdə rayon Polis şöbəsinin X11 dərhal azad edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 03 noyabr 2020-ci ildə həbsdə saxlanıldığı 01(bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-26/2021 saylı 01 mart 2020-ci il tarixli qərarından müəyyən olunur ki, X10 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, X10 barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında Bərdə rayon Polis şöbəsinin 31 mart 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, X10 31 mart 2020-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 31 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 5550 saylı 01 dekabr 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Sənaye küçəsində yaşayır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 1(011)-314/2019 saylı hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi saxlanıldığı 01 gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 gün çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 77/09 saylı 14 aprel 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasını çəkmiş və cəza müddətinin sonu ilə əlaqədar 07.04.2021-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 1(011)-314/2019 saylı hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarsa da məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, həmçinin məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 19 noyabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 19 noyabr 2020-ci il tarixdə tutularaq aidiyyatı üzrə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 19 noyabr 2020-ci il tarixli qərardan müəyyən olunur ki, 19 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 19 noyabr 2020-ci ildə həbsdə saxlanıldığı 01(bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, cəza çəkməsinin əvvəli 14 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 06 iyul 2020-ci il tarixli 9/1518 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci X4 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 mart 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 03 noyabr 2020-ci ildə həbsdə olduğu 01(bir) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla ona 02(iki) il 05(beş) ay 29(iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 19 noyabr 2020-ci ildə həbsdə olduğu 01(bir) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla ona 01(bir) il 11(on bir) ay 29(iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-26/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-26/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver