Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-26/2023 27.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi - X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayon Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu təqsirləndirilir оndаn ötrü ki, о, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs оğlu 03 may 2022-ci il tarixdə Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 3 (üç) ədəd ümumi təmiz çəkisi 1920 qram olan əkilibyetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, yetişdirməklə kultivasiya etmiş, 30 iyul 2022-ci il tarixdə saat 12:20 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirlən zaman onun tərəfindən kultivasiya edilmiş 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Bununlа dа Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı CM-in 237.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, üç azyaşlı övladı var. Yaşadığı evdə o, arvadı, üç azyaşlı uşaqları və anası X4 ilə yaşayır, arvadı Ləman və anası Ədibə heç bir yerdə işləmirlər. Təxminən üç il olar ki, arabir narkotik maddə olan marixuanadan istifadə edir. Kənddə iş olanda fəhləlik edir. İstifadə etdiyi qurudulmuş marixuananın toxumlarından 03 may 2022-ci il tarixdə yaşadığı evin həyətində güllərin yanına və evin yan tərəfinə torpağa əkmiş, onlardan iki ədəd güllərin yanında, bir ədədi isə evin yan tərəfində olan kiçik dağdağan ağacının dibində bitmiş, kiçik dağdağan ağacının dibində bitən çətənə koluna dağdağan ağacı maneə olduğuna görə çıxardıb həmin yerdən bir az aralıda əkmişdir ki, yaxşı inkişaf eləsin. Əkdiyi toxumlardan çıxan üç ədəd çətənə bitkilərinə qulluq etmiş və dibini suvarmış, tutulanadək əkib becərdiyi üç ədəd çətənə bitkilərinə mütəmadi qulluq etmiş, dibini boşaltmış və suvarmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları onun yaşadığı evə gəldilər, onu çağırdılar, darvazadan çölə çıxanda görmüşdür ki, polis əməkdaşları dayanıb. Onun narkotik tərkibli bitki əkib becərməyini demişlər, o da səmimi olaraq etiraf etmişdir və polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər, o da etiraz etməmişdir. Həyətinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermiş, sonra polis əməkdaşları aqronumun iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirmişlər və güllərin yanında olan iki ədəd, evin yan hissəsində isə bir ədəd torpaqda bitili vəziyyətdə olan çətənə kollarına baxış keçirdilər, aqronom həmin kollara baxıb bildirdi ki, bitkilərə qulluq olunmuşdur. Sonra əkib becərdiyi üç ədəd çətənə kollarını kökündən çıxardıb saydılar cəmi 3 (üç) ədəd çətənə kolları oldu. Onun iştirakıyla bir ədəd kisədə 3 (üç) ədəd çətənə kollarını qablaşdırdılar, tərəzidə yaş halda çəkdilər 2370 qram, yəni iki kiloqram üç yüz yetmiş qram yaş halda çəkisi oldu. Sonra bir ədəd kisədə möhürlə möhürləyib ekspertizaya təqdim etmək üçün götürdülər. Sorğu zamanı əkdiyi çətənə kollarını öz ehtiyacını ödəmək üçün əkdiyini, yəni özü istifadə etmək üçün əkib becərdiyini, peşiman olduğunu bildirmişdir. Hal-hazırda özünü CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilir, heç vaxt kiməsə narkotik vasitə və psixotrop maddə satmamışdır və etdiyi əməldən çox peşmandır. Ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu və himayəsində 3 (üç) azyaşlı övladının olmasını qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X10 Mərkəzində aparıcı aqronom işləyir. Vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 30 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmiş, həmin gün saat 12 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən ünvana yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Arif Ağayevin evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış, Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda həmin şəxsə yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də evə baxış keçirilməli olduğu bildirildi. Həmin vaxt Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini etiraf etdi. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını dedi. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil oldu. Təqsirləndirilən şəxs polis əməkdaşlarına sol tərəfdə hasarın dibində olan güllük hissədə narkotik tərkibli bitkilər əkibbecərdiyini və qulluq etdiyini deyərək göstərdi. Ardınca o, bitkilərə baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, bundan sonra fərdi yaşayış evinin arxa tərəfində künc hissədə də 1 ədəd narkotik tərkibli çətənə kolu əkdiyini bildirdi. Ardınca o həmin 1 ədəd bitkiyə də baxış keçirib ona aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, kollar polis əməkdaşları tərəfindən gövdələrindən tutub çıxarıldı və sayılaraq cəmi 3 ədəd narkotik tərkibli çətənə kolu olduqları müəyyən edildi. Kollar sayıldıqdan sonra ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürüldü. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldı. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxundu və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi məqsədilə polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə aparıldı. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 göstərdi ki, Bərdə RPŞnin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert-kriminalisti vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 30 iyul 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi, istifadəsi və yaşadığı evdə narkotik vasitələrin saxlanılması barədə əməliyyat məlumatı daxil oldu. Həmin gün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmiş, daha sonra Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Orxan Nəbiyevin, CAB-nin baş əməliyyat müvəkkili Şahid2, X1 ekspert-kriminalisti Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar, baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom Şahid4 da dəvət edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməli olduğu izah edildi. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd edərək bununla bağlı ərizə yazdı. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətinə daxil oldu və hasarın dibində olan güllük hissəni göstərib orada narkotik tərkibli bitkilər əkdiyini və qulluq etdiyini səmimi şəkildə etiraf etdi. Bundan sonra Təqsirləndirilən şəxs, polis əməkdaşları və aqronom ilə birlikdə həmin yerə getmişlər. Həqiqətən də həyətə daxil olduqdan sonra bir qədər qarşıda sol tərəfdə olan hasarın dibində güllük olan ərazidə əkdiyi toxumlardan bitmiş 2 ədəd narkotik tərkibli kolları göstərərək onların özünə məxsus olduğunu, qulluq etdiyini dedi. Bundan başqa Təqsirləndirilən şəxs evin arxa tərəfində də 1 ədəd narkotik tərkibli çətənə kolu olduğunu bildirdi. Onlar həmin yerə getmişlər. Orada da evin künc hissəsində 1 ədəd narkotik tərkibli çətənə kolu olduğunu görmüşlər, aqronom hər 3 kola baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs kolları göstərərək onları özünün tapdığı toxumlardan əkdiyini qeyd etdi. Həmin kollar gövdələrindən tutub çıxarıldı və sayılaraq 3 ədəd olduqları müəyyən edildi. Kollar sayıldıqdan sonra tərəzidə çəkilib kütlələri müəyyənləşdirildi və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırıldı. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırıldı. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxundu və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutuldu. Sonra polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparıldı. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da iştirak edirdi. Həmin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, şahidlər Şahid2, Şahid1 və X2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 və Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, onlar da, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onun tərəfindən göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Səbuhi və digər ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qazıqurdalı kəndində yaşayır. Səbuhi fərdi əməklə məşğul olur. Səbuhinin arabir narkotik vasitə istifadə etdiyin eşitmişdir. Lakin özü görməmişdir. Narkotik tərkibli çətənə bitkisini və digər narkotik vasitələri tanımır. Səbuhinin arabir həyətdə olan hasarın dibindəki güllüyə gedib baxdığını görürmüş, lakin orda nə olduğunu bilməmiş, bu barədə Səbuhidən heç nə soruşmamışdır. 30 iyul 2022-ci il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək Səbuhini çölə çağırmışlar və narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğuna görə baxış keçirəcəklərini bildirmişlər. Sonra polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə hasarın dibində olan güllük hissəyə və evin arxa tərəfinə baxış keçirmiş və polis əməkdaşları tərəfindən oradan torpaqda yetişdirilmiş 3 ədəd narkotik tərkibli bitki kolları aşkar edilmişdir. Buna görə də Səbuhi polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə aparılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X10 Mərkəzinin aparıcı aqronomu Şahid4 30 iyul 2022-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə əkilmiş 3 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmişdir. Bizim tərəfimizdən həyətyanı sahəyə baxış keçirilən zaman müəyyən olundu ki, əkilmiş 3 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 bölməsinin məhkəmə-bioloji ekspertizasının 31 iyul 2022-ci il tarixli 16/906 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar edilmiş 3 ədəd kol..” yazılar və imzalar olan sintetik kisədəki, sayı 3 (üç) ədəd ümumi təmiz çəkisi 1920 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narktoik tərkibli çətənə (kannabis) bitkiləridir. -Aparıcı aqronom (mütəxəsis) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması haqqında 30 iyul 2022ci il tarixli protokoldan görünür ki, Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15 avqust 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 26 sentyabr 2022-ci il tarixli cavabından görünür ki, Bərdə rayonu Qazıqurdalı kəndində yaşamış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə kollarını, həmin kolların bitməsi üçün əkdiyi toxumları əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin kollarını əkib-becərməklə kultivasiyası ilə məşğul olmuş, ancaq digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya onun prekursorlarını satması ilə bağlı məlumat əldə edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Vəliyev X5 Ləman Ədalət qızı ilə 14 iyul 2014-cü ildə rəsmi nikah bağlamışdır və bu nikahdan 26 dekabr 2014-cü ildə X9 və xx.xx.2018-ci ildə X18 adlı övladları anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bərdə rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 5(021)-153/2022 saylı Əməliyyataxtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 30 iyul 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında və cinayət işi üzrə icraatın dayandırılması haqqında 14 oktyabr 2022-ci il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə bir sıra istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yaranmış, lakin Təqsirləndirilən şəxs istintaqdan gizlənməsi nəzərə alınaraq onun barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxsin olduğu yer müəyyən edildikdə tutularaq cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi və qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə tapşırılması, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 oyabr 2022-ci il tarixdə könüllü şəkildə Bərdə rayon Polis Şöbəsinə gələrək özünü təqdim etməsi nəzərə alınaraq cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-26/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 02 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon X12 Saxlama yerinə təhvil verilmişdir və barəsində açılmış axtarış işi xitam olunmuşdur. Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X7 14 iyul 2014-cü il tarixdə 33 saylı nikah bağlamışlar. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X18 doğulmuşdur. Uşaqların atası Təqsirləndirilən şəxs, anası X3r. Təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı övladı vardır. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 03 may 2022-ci il tarixdə Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 3 (üç) ədəd ümumi təmiz çəkisi 1920 qram olan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, yetişdirməklə kultivasiya etmiş, 30 iyul 2022-ci il tarixdə saat 12:20 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirlən zaman onun tərəfindən kultivasiya edilmiş 3 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanun) Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kol-kosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş – yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama;
4. çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərə görə məsuliyyət müəyyən edən normalar cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-in 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən sayları 3-15 ədəd (6-30 hissə) olan çətənə növlü bitkilər xeyli miqdarda qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan mərum etmə cəzasının təyin edilməsinin əsas səbəbləri sırasına təqsirləndirilən şəxsin həm cinayət işinin ibtidai istintaqı dövründə, həm də məhkəmə baxışı zamanı onun gizlənməsi və olduğu yerinin müəyyən edilməməsini, dəfələrlə barəsində axtarış elan edilməsini və qanuna tabe olmamasını, təqsirləndirilən şəxs qismində qanunla müəyyən edilmiş istintaq orqanının və məhkəmənin çağırışlarına gəlməməsini və istintaqdan yayınmağa cəhd etməsini və nəhayət ibtidai istintaq və məhkəmə baxışı zamanı barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinə riayət etməməsini aid edir. Məhkəmə hesab edir ki, göstərilən halları və təqsirləndirilən şəxsin davranışı nəzərə alınaraq onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzalardan hər hansı birinin təyin edilməsi gələcəkdə həmin cəzanın icrasında çətinliklər yarada və ya cəzanın icrasını mümkünsüz edə bilər. Buna görə də hazırki mərhələdə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, evli və himayəsində azyaşlı uşaqlarının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan 30 iyul 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək tutulmaqla faktiki olaraq azadlığı 2 gün məhdudlaşdırılmışdır. Həmçinin Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Bərdə rayon X12 Saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona yekun cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin ediməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs оğlunun yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş 3 (üç) ədəd ümumi təmiz çəkisi 1920 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən evində və həyətyanı sahəsində baxış və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs оğlunun yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş 3 (üç) ədəd ümumi təmiz çəkisi 1920 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinаdаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hаkim: Fuad Babaşov