Məhkəmə qərarları › İş №1(021)-27/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-27/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-27/2022 06.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, 24 avqust 1996-ci il tarixdə Bərdə rayonu, Meşədiibişli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 14,78 qram qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 26 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın yan və arxa ciblərindən 02 ədəd kibrit qutularında, 01 ədəd göy rəngli kağız bükümdə, 01 ədəd bir manatlıq pul əskinası bükümündə və 01 ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,43 qram, 5,19 qram, 0,90 qram, 0,87 qram və 2,39 qram olmaqla, ümumi təmiz çəkisi 14,78 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq öz dolanışığını təmin edir. Təxminən 8-9 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 24 avqust 2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Bərdə şəhəri Təbriz küçəsində piyada şəkildə gəzişərkən küçədən keçən qaz borusunun ətrafında yerdə bir ədəd kibrit qutusu görmüş və qutunu götürərək içərisinə baxmışdır. Narkotik vasitə hesab edilən marixuanadan istifadə etdiyi üçün həmin qutunun içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu bilmişdir. Daha sonra kibrit qutusunu tapdığı yerin ətrafına baxan zaman sellofana bükülmüş vəziyyətdə olan bir ədəd büküm tapmışdır. Sellofanı açdıqda oradakı bir ədəd kibrit qutusunda, bir ədəd göy rəngli kağızda, bir ədəd salfetdə və bir ədəd pul əskinasına bükülmüş halda qurudulmuş marixuana olduğunu görüb bükümü götürmüşdür. Ardınca içərisində narkotik vasitə olan kibrit qutusunu və sellofan bükümü əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Narkotik vasitələr tapması barədə heç kimə xəbər vermədən onları bir gün ərzində üzərində saxlamışdır. 25 avqust 2021-ci il tarixdən dostu Sübhan ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, həmin gün təxminən saat 00:00 radələrində Sübhan idarə etdiyi qara rəngli, “VAZ-21705” markalı **- NE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu H.Əliyev prospektindən götürmüşdür. Bundan sonra o, təxminən 3 il əvvəl tanıdığı tanışı Günel ilə əlaqə saxlayaraq görüşmək istədiyini söyləmişdir. Günel buna razılıq verdiyindən Sübhanın idarə etdiyi avtomobil ilə gedib Güneli yaşadığı ünvandan götürmüşlər. Günel avtomobilə əyləşdikdən sonra onlar şəhəri gəzməyə başlamışlar. Bərdə şəhəri H.Əliyev prospektində avtomobil ilə hərəkətdə olan zaman adlarını bilmədiyi yol polisi əməkdaşları Sübhana “Kənarda saxla” işarəsi vermişlər. Sübhan avtomobili saxladıqda o, yol polisi əməkdaşlarının avtomobilə yaxınlaşdıqlarını görmüş, həmin vaxt tapdığı narkotik vasitələr üzərində olmuşdur. Buna görə də polis əməkdaşlarının bundan məlumatlı olduqlarını düşünüb dərhal avtomobildən düşərək qaçmağa başlamışdır. Ancaq həmin ərazidə xidmət aparan digər polis əməkdaşları onu saxlayıb nə üçün qaçdığını soruşmuşlar. Bu zaman o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin gün saat 01:00 radələrində polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində o, üzərində narkotik vasitə saxlamasını bir daha səmimi şəkildə etiraf etmiş və həmin gün saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa dövlət hesabına təyin edilmiş Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazı olub-olmaması soruşulmuşdur. O, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını dedikdən sonra ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, tapdığı narkotik vasitələri əynindəki göy rəngli şalvarın sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, onları Təbriz küçəsindən tapdığını demişdir. Daha sonra üzərindən aşkarlanan narkotik vasitələr elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra ona yaşadığı evdə narkotik vasitə saxlaması şübhəsi olduğu bildirilmiş, evə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi izah olunmuşdur. Buna görə də polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı ünvana getmişlər. Evə baxış keçirməzdən əvvəl ondan buna hər hansı etirazı olub-olmadığı soruşulmuş, baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı evdən hər hansı qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri 24 avqust 2021-ci il tarixdə Bərdə şəhəri Təbriz küçəsindən tapdığını, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını, heç vaxt kiməsə narkotik vasitə satmadığını, belə bir niyyətinin olmadığını, üzərində narkotik vasitə saxlaması barədə heç kimin, o cümlədən Şahid1 və Şahid2 məlumatı olmadığını, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur və Elvini təxminən 7-8 ildir tanıyır. Əvvəllər Elvin ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Onun özünə məxsus “VAZ-21705” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 26 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində avtomobildə Elvin ilə Bərdə şəhəri ərazisində gəzmişlər. Bu zaman yol polisi əməkdaşları ona avtomobili saxlaması ilə bağlı işarə vermiş, o da avtomobili H.Əliyev prospektində saxlamışdır. Bu zaman Elvin özünü şübhəli apararaq qəflətən avtomobildən düşüb qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları Elvini saxlamış, onun özünü də Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Elvinin üzərində aparılan şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bundan başqa o, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə məşğul olub-olmaması və üzərində narkotik vasitə saxlaması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur və Elvini təxminən 3 ildir tanıyır. Əvvəllər Elvin ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 26 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində avtomobildə Elvin mobil telefon vasitəsilə ona zəng edərək hərbi xidmətdən qayıtdıqdan bəri onu görmədiyini, görüşmək istədiyini demişdir. O, Elvin ilə razılaşdıqdan bir qədər sonra Elvin qara rəngli “Priora” adlandırılan avtomobil ilə onun arxasınca gəlmişdir. Həmin vaxt avtomobildə sonradan adının Sübhan olmasını bildiyi şəxs də olmuşdur. Onlar avtomobil ilə Bərdə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol polisi əməkdaşları avtomobili saxlatmışlar. Bu zaman Elvin qəflətən avtomobildən düşüb qaçmağa başlamışdır. Daha sonra polis əməkdaşları Elvini saxlayaraq Bərdə rayon polis şöbəsinə aparmış, o isə tanımadığı taksi avtomobili vasitəsilə evə qayıtmışdır. Sonradan polis şöbəsində Elvinin üzərində aparılan şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edildiyi məlum olmuşdur. Bundan başqa o, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin alğı-satqısı ilə məşğul olub-olmaması və üzərində narkotik vasitə saxlaması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2017-ci ildən Bərdə rayon X7 Yol Polisi X9 Xidməti inspektoru işləyir, polis baş serjantı xüsusi rütbəsindədir. 26 avqust 2021-ci il tarixdə saat 00:00 radələrində digər inspektor Şahid4 ilə birlikdə xidməti avtomobil ilə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən qara rəngli “VAZ-21705” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq sistemində nasazlıq olduğu üçün həmin avtomobil tərəflərindən saxlanılmışdır. Xidməti avtomobildən düşərək sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini istəyən zaman sağ qabaq oturacaqda sərnişin qismində əyləşmiş şəxs qəflətən avtomobildən düşərək qaçmağa başlamışdır. Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid5 və Şahid6 həmin şəxsin arxasınca düşüb yaxalamışlar. Həmin şəxsdən qaçmasının səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə saxladığı üçün qaçdığını bildirmişdir. Bundan sonra saxlanılan şəxs Bərdə rayon polis şöbəsinə gətirilmiş və Bərdə şəhəri Təbriz küçəsində yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin gün saat 01:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və saat 02:00 radələrində onun, Şahid4, Şahid5 və Şahid6 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın yan və arxa ciblərindən iki ədəd kibrit qutusu, bir ədəd göy rəngli kağız büküm, bir ədəd bir manatlıq kağız əskinas büküm və bir ədəd ağ rəngli salfet büküm çıxararaq masanın üzərinə qoyub içərilərində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yaşadığı Bərdə şəhəri Təbriz küçəsində gəzişərkən yerdən tapdığını söyləmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Bərdə rayon X7 Yol Polisi X9 Xidməti inspektoru işləyir. 26 avqust 2021-ci il tarixdə saat 00:00 radələrində digər inspektor Şahid3 ilə birlikdə xidməti avtomobil ilə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən qara rəngli “VAZ-21705” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq sistemində nasazlıq olduğu üçün həmin avtomobil tərəflərindən saxlanılmışdır. Xidməti avtomobildən düşərək sürücüyə yaxınlaşıb sənədlərini təqdim etməsini istəyən zaman sağ qabaq oturacaqda sərnişin qismində əyləşmiş şəxs qəflətən avtomobildən düşərək qaçmağa başlamışdır. Həmin vaxt ərazidə xidmət aparan Post- Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid5 və Şahid6 həmin şəxsin arxasınca düşüb yaxalamışlar. Həmin şəxsdən qaçmasının səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə saxladığı üçün qaçdığını bildirmişdir. Bundan sonra saxlanılan şəxs Bərdə rayon polis şöbəsinə gətirilmiş və Bərdə şəhəri Təbriz küçəsində yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin gün saat 01:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və saat 02:00 radələrində onun, Şahid3, Şahid5 və Şahid6 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın yan və arxa ciblərindən iki ədəd kibrit qutusu, bir ədəd göy rəngli kağız büküm, bir ədəd bir manatlıq kağız əskinas büküm və bir ədəd ağ rəngli salfet büküm çıxararaq masanın üzərinə qoyub içərilərində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yaşadığı Bərdə şəhəri Təbriz küçəsində gəzişərkən yerdən tapdığını söyləmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, 2014-cü ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2017-ci ildən Bərdə rayon polis şöbəsinin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir, polis serjantı xüsusi rütbəsindədir. 26 avqust 2021-ci il tarixdə saat 00:00 radələrində polis nəfəri Şahid6 ilə birlikdə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin qara rəngli “VAZ-21705” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək qaçdığını görmüşlər. Buna görə də həmin şəxsin arxasınca düşüb saxlamışlar. Sonradan adının Təqsirləndirilən şəxs olmasını bildikləri şəxsdən qaçmasının səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə saxladığı üçün qaçdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilmiş və həmin gün saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. Saat 02:00 radələrində onun, Şahid6, həmçinin digər polis əməkdaşları Şahid3, Şahid4 və Şahid7 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın yan və arxa ciblərindən iki ədəd kibrit qutusu, bir ədəd göy rəngli kağız büküm, bir ədəd bir manatlıq kağız əskinas büküm və bir ədəd ağ rəngli salfet büküm çıxararaq masanın üzərinə qoyub içərilərində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yaşadığı Bərdə şəhəri Təbriz küçəsində gəzişərkən yerdən tapdığını söyləmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Ardınca protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir. 26 avqust 2021-ci il tarixdə saat 00:00 radələrində polis nəfəri Şahid5 ilə birlikdə Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin qara rəngli “VAZ-21705” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək qaçdığını görmüşlər. Buna görə də həmin şəxsin arxasınca düşüb saxlamışlar. Sonradan adının Təqsirləndirilən şəxs olmasını bildikləri şəxsdən qaçmasının səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə saxladığı üçün qaçdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilmiş və həmin gün saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. Saat 02:00 radələrində onun, Şahid5, həmçinin digər polis əməkdaşları Şahid3, Şahid4 və Şahid7 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın yan və arxa ciblərindən iki ədəd kibrit qutusu, bir ədəd göy rəngli kağız büküm, bir ədəd bir manatlıq kağız əskinas büküm və bir ədəd ağ rəngli salfet büküm çıxararaq masanın üzərinə qoyub içərilərində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yaşadığı Bərdə şəhəri Təbriz küçəsində gəzişərkən yerdən tapdığını söyləmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Ardınca protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 baş inspektor-kriminalisti işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 26 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində Bərdə şəhəri Təbriz küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxladığı üçün polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün saat 01:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və saat 02:00 radələrində onun, digər polis əməkdaşları Şahid3, Şahid4, Şahid5 və Şahid6 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın yan və arxa ciblərindən iki ədəd kibrit qutusu, bir ədəd göy rəngli kağız büküm, bir ədəd bir manatlıq kağız əskinas büküm və bir ədəd ağ rəngli salfet büküm çıxararaq masanın üzərinə qoymuş və içərilərində narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yaşadığı Bərdə şəhəri Təbriz küçəsində gəzişərkən yerdən tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkarlanan bükümlər elektron tərəzidə çəkilib zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Sonda protokol tərtib edilərək iştirakçılara ucadan oxunduqdan sonra o, digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. Bunun ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması şübhəsi olduğu bildirilmiş və həmin evə də baxış keçiriləcəyi izah olunmuşdur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla evə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etmədiyindən iştirakçılar ilə birgə şübhəli şəxsin yaşadığı evə gedərək baxış keçirilməsinə başlanılmışdır. Lakin baxış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Buna görə də protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 26 avqust 2021-ci il tаriхli 16/886 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda, 01 (bir) ədəd göy rəngli kağız bükümdə, 01 (bir) ədəd bir manat pul əskinası bükümündə və 01 (bir) ədəd salfet bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,43 qram, 5,19 qram, 0,90 qram, 0,87 qram, 2,39 qram, ümumi təmiz çəkisi 14,78 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli 1431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktiki qеydiyyаtа alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın yan və arxa ciblərindən 02 ədəd kibrit qutusunda, 01 ədəd göy rəngli kağız bükümdə, 01 ədəd 01 manatlıq kağız əskinasda və 01 ədəd ağ rəngli salfet bükümdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı təqdim etmiş, həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 25 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın yan və arxa ciblərindən 02 ədəd kibrit qutusunda, 01 ədəd göy rəngli kağız bükümdə, 01 ədəd 01 manatlıq kağız əskinasda və 01 ədəd ağ rəngli salfet bükümdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı təqdim etməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 30 avqust 2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon Polis Şöbəsinin 29 sentyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə üzərində saxladığı müəyyən edilmiş, narkotik vasitə və yа оnun prеkursоrlаrını satması ilə bağlı heç bir məlumat əldə olunmamış, onun narkotik vasitə və ya prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 18 noyabr 2021-ci il tarixli 7607 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 01 dekabr 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə ümumi təmiz çəkisi 14,68 qram olan narkotik vasitə - qurudulmuş marixuana və şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 01 dekabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, 26 avqust 2021-ci il tаriхdə Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istintaq orqanından qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, 01 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü şəkildə Bərdə rayon Polis Şöbəsinə gələrək özünü təqdim etdiyi üçün cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İş materiallarından görünür ki, 01 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan tədbiri” “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 14,78 qram qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 26 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın yan və arxa ciblərindən 02 ədəd kibrit qutularında, 01 ədəd göy rəngli kağız bükümdə, 01 ədəd bir manatlıq pul əskinası bükümündə və 01 ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,43 qram, 5,19 qram, 0,90 qram, 0,87 qram və 2,39 qram olmaqla, ümumi təmiz çəkisi 14,78 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 14,78 qram qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 26 avqust 2021-ci il tarixdə saat 01:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın yan və arxa ciblərindən 02 ədəd kibrit qutularında, 01 ədəd göy rəngli kağız bükümdə, 01 ədəd bir manatlıq pul əskinası bükümündə və 01 ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,43 qram, 5,19 qram, 0,90 qram, 0,87 qram və 2,39 qram olmaqla, ümumi təmiz çəkisi 14,78 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cemlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 14,68 qram olan narkotik vasitə qurudulmuş marixuana Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 14,78 qram olan narkotik vasitə - qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq 14,68 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bərdə şəhəri Təbriz küçəsi ev 31 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 14,68 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEMin VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar